Həsən ibn Fərhan əl-Maliki


Bu kitaba beş bölüm daxildir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   2   3   4   5   6   7   8   9   ...   18

Bu kitaba beş bölüm daxildir
1.Bu  bölümdə  “Kəşfüş–şübuhat”  və  İbn  Əbdülvəhhabın  ən  məşhur 
əsəri “Kitabut-Tövhid” kitablarının tənqidi öz əksini tapmışdır. 
2.  İbn  Əbdülvəhhabın  digər  kitab  və  risalələrində  təkfirlə
54
 əlaqədar 
görüş və sözlərindən ibarətdir. 
                                                 
52
 Son  vaxtlar  bu  və  digər  araşdırmalarım  və  kitablarım  olduğundan  daha  böyük  göstərildiyi  zaman 
heyrət edirəm. “Kəşfüş-şübuhat”a dair yazdığım kitaba də gözəl sözlər deyilir. Təhsil sahəsində yüksək 
vəzifəli  şəxslərdən  biri  məndən  kitabın  çap  edilmiş  bir  nüsxəsini  istəmişdi.  Kitabın  çap  olunmadığını 
söylədiyimdə, mənə artıq onu əldə etdiyini bildirdi. Birləşmiş Ərəb Əmirlikləri Dubay Vəqflər Nazirliyi 
mənim kitabımdan 100 min nüsxə nəşr etmişdi! Bu dövlətin daxilində məsul şəxslərin mübaliğələridir. 
Bu  kimi  işlərin  ola  bilməsi  üçün  bir  şəxsin  arxasında  birinin  olduğunun,  ona  görə  də  kitabını  100 
minlərlə  çap  edə  biləcəyini  hiss  etdirmək  üçündür.  Belə  bir  adam  təhlükəli,  hətta  agentdir!  Bunların 
içində  ən  heyrətamiz  hal  isə  bu  mübaliğəli  xəbərlərin  mənimlə  bağlı  olduğunu  bildikdən  sonra  onun 
rahatlaması idi. Çünki heç nədən böyük bir iş gördüyünü düşünürdü. Sanki biri “Mavəraünnəhr ölkəsini 
fəth  etdiyini  deyir.  Zənn  edərsən  ki,  səmərqəndlilər  səni  zurna-balabanla  qarşılayır”.  Bu  gözəl  bir 
hədiyyə deyilmi?    
53
 Mən bu yazımı 11 sentyabrdan əvvəl qələmə almağıma baxmayaraq, hadisənin törədilməsindən sonra 
kitabı  nəşr  etməyə  həvəs  göstərmirdim.  Lakin,  mən  İbn  Əbdülvəhhabın  davamçılarından  olan 
ifratçıların hələ də özlərini müdafiə etdiklərini gördüm. İbn Əbdülvəhhabın xətalarından uzaq olduğunu 
göstərmək  üçün  konfranslar,  simpoziumlar  keçirildi.  Bu  cür  toplantılarda  onun  xətalarını  etiraf  etmək 
daha  ədalətli  idi.  Onlar  isə  tam  tərsinə,  daha  da  ifrata  gedərək  vəhhabiliyin  küfrün  mütləq  şəkildə 
yayılmasının  qarşısının  alınması  üçün  yarandığını  iddia  etdilər!  Artıq,  haqqı  gizlətməyin  şeytanlıq 
olduğunu düşündüm. Kitabın nəşr edilməsinə qarar verdim. Bu şorbada bizim də duzumuz olsun dedik. 
Hər kəsin öz qənaəti və insafı vardır. Kitabı nəşr etməyimin başqa bir səbəbi də var. Vəhhabi cərəyanını 
tənqid edənlərin təkfir mövzusunda açıq misallar verə bilmədiklərinin şahidi oldum. Bəlkə də, onların 
bəziləri  həddən  çox  zülm  etmiş  və  İbn  Əbdülvəhhabın  fəzilətlərini  unutmuşdular.  Onların  çoxu 
müxaliflərdən  misal  gətirir  və  şübhəli  məqamları  tənqid  edirdilər.  Mən  isə  obyektivliyimi  qoruyaraq 
kiməsə  hücum  etməkdən,  yaxud  kimisə  haqlı  çıxarmaqdan  çəkinmək  qərarına  gədim.  Bu  da  İbn 
Əbdülvəhhabın  sözlərini  sənədlərlə  qeyd  etməklə  olacaq.  Ondan  sonrakı  çizgiyə  gəlincə,  İbn 
Əbdülvəhhabı təqlid edən birindən nümunə göstərməklə fikrimi əsaslandırdım. Zahirdə bu ifadələr küfr 
ittihamından  uzaq  görünsə  də,  onları  təhlil  edərək  bunlara  əlavə  etdim.  Amma  təəssüf  ki,  əslində 
başqasını  küfrdə  ittiham  edənin  özü  küfrdədir.  Hər  nə  qədər  “biz  Allahın  və  rəsulunun  (s.ə.s)  kafir 
dediyindən  başqasına  kafir  demərik”,-  kimi  ümumi  ibarələri  təkrarlasalar  da,  bu  sadəcə  məsələnin 
görünən  tərəfidir.  Həqiqəti  bilməyənlər  aldanırlar.  Onlardan  necə  təkfir  mənasının  çıxdığına  heyrət 
edirlər.  Ancaq  araşdırmaları  oxuduqdan  sonra  heyrətin  ortadan  qalxar.  Çünki  onların  bu  cür  zənn 
etdiklərini görərsən. Sanki Allah və elçisi rüku və səcdə edən möminləri təkfir etməkdədir!    
 

 
 
32 
 
3.  İbn  Əbdülvəhhab  ziddiyyətə  düşdü?  Təkfir  barəsində  geri  addım 
atdı? 
4.  İbn  Əbdülvəhhabdan  sonrakı  vəziyyət:  Onun  davamçıları  İbn 
Əbdülvəhhabın  görüşündə  ittifaq  etdilər,  etmədilər?  Əsərlərini  gözdən 
keçirdilər, yoxsa bu yolu xəta və doğruları ilə davam etdirdilər? 
5.  İbn  Əbdülvəhhaba  düşmənçilik  edənlər  və  ona  qarşı  gələnlər, 
ixtilafa  düşənlər,  hücum  edənlərlə  orta  yolu  təqib  edənlər  arasındakı 
müxtəlif  qruplar.  İbn  Əbdülvəhhab  və  davamçıları  ilə  müxaliflərinin 
aralarındakı  ixtilafın  səbəbini  müəyyənləşdirmək.  Bu  iki  qrup  arasında 
anlaşılmazlığın necə yarandığını ortaya çıxarmaq. 
Bu  məsələnin  nəticəsi  təhlükəli  deyil.  Bu  araşdırmanın  xülasəsi 
budur  ki,  İbn  Əbdülvəhhab  təkfir  məsələsində  xətaya  düşdü.  Əhli-insafa 
görə,  bunu  etiraf  etmək  səhih  dəlillər  olduqdan  sonra  asan  məsələdir. 
Bununla nə din ortadan qalxar, nə də günəş Qərbdən doğar. 
 
 
 
                                                                                                                 
54
 Bu sözlər Əbdürrahman ibn Məhəmməd ibn Qasım “Dürərus-Səniyə” adlı kitabında qeyd edilmişdir. 
Sonra  “Kitabut-Tövhid”-dən  nümunələr  təqdim  etmişəm.  Bu  nümunələri  əlavədə  ayrı  bir  bölüm 
şəklində görə bilərsiniz. Lakin bir çoxunu bura daxil etməmişəm. Təkcə İbn Əbdülvəhhabın özünə isnad 
edilən təkfir mövzusunda sözlərindən bəzilərini pərakəndə şəkildə göstərmişəm. 

 
 
33 
 
SON SÖZ 
 
Bu  məsələlərlə  maraqlanan  qardaşlardan  istəyim  ondan  ibarətdir  ki, 
araşdırmanı insafla və haqqı göz önündə tutaraq oxusunlar: “Hər hansı bir 
camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. 
Bu,  təqvaya  daha  yaxındır.  Allahdan  qorxun.  Allah  etdiklərinizdən 
xəbərdardır!”.
55
 Haqq  riayət  olunmalı  ən  ümdə  vəzifələrdəndir.    Hər  şey 
ona  görə  ya  qəbul,  ya  da  rədd  edilər.  Müşahidələri  açıqlamaqda  qəbahət 
yoxdur. Tam tərsinə, mən onu bu sahənin əhlindən tələb etdim. Bunu mənə 
təqdim edənlərə təşəkkür edirəm. Ancaq onu qəbul etmək üçün düzgünlüyü 
şərt kimi irəli sürürük. İnsanları azdırmaq və onları qorxutmaq istəyənlərin, 
nəssin
56
 önünü  kəsənlərin  və  digərlərinin  etdiklərinə  gəlincə,  bu  üslub 
zənimcə  elm  tələbələri  və  insaf  sahibləri  tərəfindən  xor  görülmüş, 
pislənmişdir.  Buna  görə  də  vaxtımı  bu  düşüncədə  olanlara  sərf  etmək 
istəmirəm.  Bunu  etmiş  olsaydıq  heç  nə  əldə  edə  bilməzdik.  Allah 
Mütənəbbiyə rəhmət etsin.
57
 
Onlar bu tənqidləriylə mənə yaxşılıq etdiklərini bilsəydilər, əsla buna 
yol  verməzdilər!  Onların  fikirlərinin  bütün  insanlara  çatdığını  gördüm.  Bu 
gün insanlar oxuyur  və  heyrət edirlər.  Sabah düşünəcək və araşdıracaqlar. 
Daha  sonra  da  həqiqəti  tapacaqlar!  Nəticə  çıxarmaq  vaxt    apardığından, 
yanıltmaq da asan olduğundan həqiqəti tapmaq çətindir.  
Allaha həmd, elçisi Məhəmmədə və ailəsinə salat və salam olsun. 
 
 
Həsən ibn FƏRHAN ƏL-MALIKI 
 
Bu səhifələri ilk yazdığım tarix: 01.08. 1421/h 
Son müraciət tarixi: 28. 04. 1425 /h  
 
                                                 
55
Maidə surəsi, 8  
56
 Quran ayəsi və ya hədisdən ibarət olan dini mətnlərə “nəss” deyilir. 
57
 O, bu cür deyir: “Əgər hər hürən itə daş yedizdirsəydim, onda qaya parçası dinar dəyərində olardı”. 

 
 
34 
 
BİRİNCİ BÖLÜM 
 
Məhəmməd ibn Əbdülvəhhabın  
“Kəşfüş-şübuhat” kitabının tənqidi 
 
Nə üçün “Kəşfüş-şübuhat”? 
Nümunə  kimi  İbn  Əbdülvəhhabın  yazdığı  “Kəşfüş-şübuhat”  kitabı 
üzərində dayandım. Çünki bu kitab həcminin azlığına baxmayaraq, açıqlığı, 
sübut  və  dəlilləri  baxımından  digərlərindən  fərqlənir.  Bundan  başqa, 
kitabdakı  fikirlər  daha  aydındır.  Elm  tələbələri  arasında  məşhurdur  və 
böyük təsirə malikdir. Bir neçə səbəbə görə  kitabı müsbət  təqdim etməyə 
çalışmayacağam: 
1.  Kitabın  mahiyyətinə  ümumi  nəzər  saldığımız  zaman,  xüsusilə 
təkfir  məsələsində  ifratçılığa  yol  verildiyinin  şahidi  oluruq.  Bu  səbəbdən 
kitabın müsbət tərəfinin çox az olduğunu görürük; 
2.  Bu  tədqiqatın  məqsədi  müşahidələrimizi  və  kitabın  xətalarını 
göstərməkdir.  İbn  Əbdülvəhhab  və  onun  əqidəsinə  bağlı  olan  dəvət 
alimlərinin  kitablarında  təkfirin  yayılmasını  izah  edən  əsas  dəlilləri  nəzərə 
almışıq; 
2.  Gördüyümüz  işin  əsas  hədəfi  küfr  ittihamlarının  sirrini  ortaya 
qoymaqdır;  
3.  İxtilaf  İbn  Əbdülvəhhabın  dəvətini,  niyyətini,  yaxud  onun 
üzərində daha çox dayandığı şirkdən, xurafatdan, bidətdən uzaqlaşdırmasını 
tərifləməkdə  deyil.  Bu  mənim  və  İbn  Əbdülvəhhabın  dəvət  metodunu 
dəyərləndirən azsaylı müxalifləri tərəfindən qəbul edilən nüansdır. Kitabın 
əsas  hissəsi  ittifaq  edilən  məsələlərdən  deyil,  bizim  müşahidələrimizdən 
ibarət  olduğuna  görə  oxuyuculardan  üzr  istəyirəm.  Çünki  İbn 
Əbdülvəhhabın  tərəfdarları  və  əleyhdarları  arasındakı  olan  ixtilaf  onun 
dövründən  günümüzədək  hələ  də  davam  edir.  İxtilafın  təməlinə  nəzər 
salmaq isə heç kimin ağlına gəlmir. İxtilaf yaradan məsələlər də bunlardır: 

 
 
35 
 
-
 
İbn  Əbdülvəhhab  şirk  olmayan  məsələləri  də  şirkə  qataraq  ondan 
uzaqlaşdırmaqda  ifrata  yol  vermişdir?  Bu  müsəlmanları  şirkdə  ittiham 
etməyə səbəb ola bilər? 
-
 
Təkfir mövzusunda ifrata yol verib, yoxsa yox? Bu ifratın dərəcəsi 
nə qədərdir? 
-
 
Xüsusilə,  əhli-sünnədən  və  camaat  arasında  (xüsusən  hənbəlilər 
tərəfindən) onu böyük küfrdə və dindən çıxmaqda ittiham etmişdilər? 
-
 
Bütün bunlar həqiqətdirsə, bu gün onları incələməyimiz doğrudur? 
Buna  görə  müşahidələrin  sırasını  tərtib  edərkən,  açıq  və  incə 
məsələləri,  ümumi  konteksdən  çıxış  edilərək  açıqlananlar  arasında  rabitə 
yarada  bilmək  üçün  ən  incə  detallara  belə  diqqət  ayırdım.  Bundan  başqa, 
“Kəşfüş-şübuhat  əsəri  ilə  yanaşı,    digər  kitab  və  risalələrindəki  qeydlərini 
əlaqələndirərək araşdırma apardım.  
 
1. Kəşfüş-şübuhat” kitabına dair araşdırmalar
58
 
Əvvəl  İbn  Əbdülvəhhabın  sözlərini  olduğu  kimi  göstərdikdən  sonra 
səhv  və  ifrat  gördüyümüz  məsələlərin,  xüsusi  ilə  də,  təkfirlə  əlaqəli 
olanların  izahına  çalışacağıq.  Əslində  kitab  dəfələrlə  çap  edilməsinə 
baxmayaraq,  göstərəcəyimiz  xətalar  heç  bir  alim  tərəfindən  qeyd 
edilməmişdir.  Əvvəllər  dərc  olunmuş  kitablarda  belə  xətalara  ya  məqsədli 
şəkildə göz yumublar, ya da onu anlaya bilməyiblər. Hər iki halda, məsələ 
o qədər də ürək açan deyil. İbn Əbdülvəhhab barəsində yazan hər sələfinin 
məqsədli şəkildə yol verdiyi belə qüsurlar məni bu kitabı yazmağa məcbur 
etdi.  Əgər  əvvəldən  adil  birisi  haqqında  söhbət  edəcəyimiz  məsələləri 
araşdırsaydı, yəqin ki, mən də bu kitabı yazmazdım. 
“Kəşfüş-şübuhat”  kitabındakı  tənqidi  məsələləri  sıralayarkən,  az 
əhəmiyyətli olanlar önə keçmiş ola bilər. Ən açıq olanları aşağıdadır. 
 
 
 
 
                                                 
58
Hamdi Əbus-Suud Ali Hamdanın hazırladığı və Riyadda “Daru Zəmzəm” mətbəəsində h. 1414-cü ildə 
nəşr edilmiş nüsxədən istifadə edilmişdir.  

 
 
36 
 

 Beşinci  səhifənin  başında  İbn  Əbdülvəhhab  deyir:  “Allah  sənə 
rəhmət etsin, bil ki, tövhid, yalnız tək olan Allaha ibadət etməkdir. Bu da, 
Allahın  qullarına  göndərdiyi  peyğəmbərlərin  dinidir.  Onlardan  birincisi 
Nuhdur  (ə).  Allah  onu  Vudd,  Suva,  Yəğus,  Yəuq  və  Nəsr  kimi  saleh 
insanlar barəsində ifrata yol verən qövmə göndərdi”.  
Bu  fikrin  əvvəli  doğrudur,  ancaq  sonu  təkfir  üçün  şərait  hazırlayan 
qüsurlu  düşüncədir.  Şübhəsiz,  Nuh  (ə)  qövmünə  Allaha  ibadətə  dəvət 
etmək  və  şirki  tərk  etsinlər  deyə  göndərilmişdir.  Onun  müasirləri  bütə 
sitayiş  edirdilər.  Onların  hərəkətləri  və  qəbahətləri  təkcə  saleh  insanlar 
barəsində  ifrata  getməkdən  ibarət  deyildi.  Bu,  çox  geniş  mənaları  ehtiva 
edən,  ehtiyatsız  işlədildiyində  xəta  və  bidət  ifadə  edən  sözdür.  İfrat  küfrə 
apara  bilər,  ancaq  bu  çox  nadir  halda  olur.  Əl  öpmək,  övliyadan  bərəkət 
istəmək ifrat sayıla bilər. Lakin bu və bənzəri hərəkətlər şirk deyil, səhv və 
bidət  hesab  edilə  bilər.  Bu  hərəkətləri  şirk  saysaq  belə,  dindən  çıxaran 
böyük şirk deyil, maksimum kiçik şirk adlandırmaq olar.  
İbn  Əbdülvəhhab  yuxarıda  keçən  sözlərində  öz  dəvətinin 
peyğəmbərlərin dəvətinin davamı olduğunu isbat etmək üçün dəlil gətirmişdir. 
Onun sözlərindən belə anlaşılır ki, peyğəmbərlər sadəcə övliya barəsində ifrata 
gedən qövmlərə göndərilmişdir. Sanki bu qövmlərin ən böyük xətaları övliya 
barəsində ifrata yol vermələri idi. Bu doğru deyil. Təkcə bunu demək yetərlidir 
ki, onlar Allaha şirk qoşur və bütlərə ibadət edirdilər.  
İbn  Əbdülvəhhabın  müxaliflərinin  onu  rədd  etmələrinin  əsas  səbəbi 
müsəlmanları  küfrdə  ittiham  etməsi  və  onlarla  savaşmasıdır.  Xalqın  da, 
üləmanın  da  içində  saleh  insanlar  barəsində  ifrata  yol  verənlər  var,  ancaq 
bu onları kafir elan eməyə və onlarla savaşmağa haqq qazandıra bilməz. Bu 
mənada  münaqişəyə  səbəb  ola  biləcək  dəlillər  kitablarında  tez-tez  təkrar 
edilir. 
Əziz oxucunun bilməsini istəyirəm ki, mən də İbn Əbdülvəhhab kimi 
bəzi müsəlmanların övliya barəsində ifrata yol verdiklərini, qəbirlərə təzim 
və  bu  kimi  halları  bidət,  xurafat,  xəta  olduğunu  deyirəm  və  bənzər 
hərəkətləri  qınayıram.  Lakin  bu  bidət  və  xurafatı,  bəlkə  də  şirk 

 
 
37 
 
qoşmaqlarını  inkar  etməyim,  bunu  edənləri  şirkdə,  İslamdan  çıxmaqda 
ittiham etmək üçün mənə əsas vermir. İstər onlar cahil olsunlar, istərsə də 
alim. Çünki cahilin cahilliyi, alimin isə açıqlaması (təvili) bizi onları təkfir 
etməkdən məhrum etməkdədir. 
Bəli,  bu  əməllər  zəlalət,  bidət,  təhrifə  yol  vermək  kimi  qəbul  oluna 
bilər.  Lakin  belə  hallarda  təkfir  ittihamda  ümumiləşdirmə  və  təhlükə  var. 
Çünki biz həddi aşaraq deyirik: “Filankəs kafirdir, böyük küfr içindədir, o 
dindən çıxmışdır!” Bu, İbn Əbdülvəhhabın və tərəfdarlarının bəsitləşdirdiyi 
böyük günahlardandır. Hökmlər və zülm onunla ortaya çıxar. Təkcə zahiri 
dəlillər  və  Allahın  qəti  buyruğu  ilə,  sübutu  ilə  kimisə  küfrdə  ittiham  edə 
bilərik,  yoxsa  “siz  kafirsiniz”,-  deməyimiz  doğru  deyil.  Buradan  da  açıq 
görünür  ki,  İbn  Əbdülvəhhabın  küfr  ifadəsi  altında  nəzərdə  tutduğu  məna 
insanı dindən çıxaran böyük küfrdür.     
 Bu  ayrı-seçkiliyə  səbəb  olan  önəmli  məqamlardan  və  böyük 
iddialardandır. Ancaq mənim və ya başqa birinin tənqidini əsas  götürərək, 
fərqli inananları, nəbilərin, saleh insanların və səhabənin qəbirləri barəsində 
xurafata yol verənləri heç kimin təkfir etməsi qəbul edilən deyildir.  
İbn Əbdülvəhhabın təkfir etdiyi, savaşdığı insanlar namaz qılan, oruc 
tutan,  həccə  gedən  müsəlmanlar  olduğu  üçün  onun  hərəkəti  düşmənçilik 
kimi  qəbul  edilmişdir.  Onun  zehnindəki,  kitablarında  və  risalələrindəki 
fikirləri böyük şübhə ilə qarşılamış və rədd edilmişdir. İbn Əbdülvəhhab da 
buna  münasibət  bildirərkən  yuxarıdakı  sitatdan  görüldüyü  kimi  ifrata  yol 
vermışdir.  Bundan  başqa, 
İbn  Əbdülvəhhab  Qüreyş  kafirlərini, 
Müseyləmə
59
 tərəfdarlarını  və  Peyğəmbər  (s.ə.s)  dövründəki  münafiqləri
60

İmam  Əlinin  (r.a)  yandırdığı
61
həddini  aşmışları  müsbət  xarakterizə 
                                                 
59
 Müseyləmə ibn Həbib əl-Hənəfi peyğəmbərlik iddia edən yalançı bir şəxs olmuşdur. O, Nəcdi İslam 
dövlətindən ayırmış, birinci xəlifə Əbu Bəkir əs-Siddiqin (r.a) dövründə öldürülmüşdür. 
 
60
 Məhəmməd  peyğəmbər  (s.ə.s)  dövründə  yaşayan  münafiqlər  öldürülməmişdir.  Onların  da  digər 
səhabələr  kimi  gəlir  əldə  etmək,  döyüşlərə  qatılmaq,  evlənmək,  miras  qoymaq  və  əldə  etmək, 
müsəlmanların qəbristanlığında dəfn edilmək və s. kimi haqları vardı.   
61
 İkrimənin  İbn  Abbasdan  rəvayət  etdiyi:  “Dinini  dəyişdirəni  öldürün!”  məşhur,  lakin  zəif  hədisinə 
dayanaraq  əqaid  alimlərinin  dillərində  şöhrət  tapmasına  baxmayaraq,  Əlinin  (r.a)
 
onları  yandırması 
həqiqət  deyil.  Bu  rəvayət  Buxaridə  olmasına  baxmayaraq,  zəifdir.  Çünki  hədis  alimlərinin  çoxu 
İkriməni zəif ravi qəbul etmişdir. Yandırma hadisəsinə gəlincə, Bəsrədə baş vermişdir. Lakin İmam Əli 
(r.a)
 
həmin  vaxt  Kufədə  idi.  Ümumiyyətlə,  yandırmaq  hadisəsinin  sadəcə  bir  rəvayətdə  olması  onun 
batil olduğunu sübut edir. Sələfi cərəyanının çoxu İmam Əlinin (r.a)
 
yandırmağını şiələr əleyhinə (zəif 

 
 
38 
 
etmişdir,  Məkkə  kafirlərini  dövrünün  camaatından  və  üləmasından  daha 
üstün  olduğunu  bəyan  etmişdir.  Hətta,  döyüşdüyü  insanların  Qüreyş 
kafirlərindən,  münafıqlərdən  və  Müseyləmə  tərəfdarlarından  belə  aşağı 
olduqlarını  isbat  etməyə  çalışmışdır.  Şübhəsiz  bu  xətadır.  Onlar  arasında 
yaxınlıq  olduğunu  söyləsə  də,  müqayisə  edildiyində  fərqin  çox  böyük 
olduğu açıq görünür. Onun düşmənləri belə fətvalardan narahat olduqlarını 
və onun müsəlmanların qanını halal saymağa rəvac verdiyini söylədilər. 
Əslində o, belə deməliydi: “Onların birincisi Allahın göndərdiyi Nuh 
(ə) idi. Onun qövmü bütlərə ibadət edirdi. Öncə övliya barəsində ifrata yol 
verdilər  və  onların  ifratlaşması  tədricən  bütlərə  sitayişə  yəni,  Allahdan 
başqasına ibadətə çevrildi. Mən də sizi övliyalar barəsində ifrata getməkdən 
uzaqlaşmağa  dəvət  edirəm  ki,  onların  səviyyəsinə  enməyəsiniz.  Sizin  və 
davamçılarınızın tədricən Bədəvi, Əbdulqadir əl-Geylani, Şazəli və s. kimi 
övliyalara ibadət edərək ifrata getməyinizdən qorxuram.” 
Əgər  İbn  Əbdülvəhhabın  ifadələri  bu  cür  olsaydı,  o  zaman  daha 
doğru, fəzilətli olar, ifrat və zülmdən də uzaq olardı.  
 
II 
Beşinci  və  altıncı  səhifənin  əvvəlində  deyilir:  “Sonuncu  elçi 
Məhəmməd (s.ə.s) bu saleh insanların heykəllərini qırdı. O, ibadət edən, 
həccə gedən, sədəqə verən və Allahı zikr edən bir gövmə peyğəmbər kimi 
göndərildi.” 
İbn  Əbdülvəhhab  bu  sözləri  ilə  Qüreyş  kafirlərinin  gözəl,  ancaq 
doğru  olmayan  obrazlarını  yaratdı.  Bundan  yararlanaraq  müsəlmanları 
təkfir etmək fikrinin təməlini qoydu. “İbadət edərlər, həccə gedərlər, sədəqə 
verərlər,  Allahı  zikr  edərlər...”.  Daha  öncə  də  deyildiyi  kimi,  aralarında 
böyük  fərq  olduğundan  bu  cür  müqayisə  doğru  deyil.  Bunun  izahı  daha 
sonra veriləcəkdir. 
                                                                                                                 
olmasına baxmayaraq) istifadə etdilər. İmama (r.a)
 
aid bu beyti əsas gətirdilər: “Atəşimi alovlandırdım 
və Qənbərimi dəvət etdim”. Bunu şiə imamlarının onları (şiələri) necə pislədiyinin dəlili olaraq istifadə 
etdilər. Digər müsəlmanlara təkidlə İmam Əliyə (r.a)
 
görə, şiənin cəzasının atəşdə yandırmaq olduğunu 
söylədilər.  Bu  məzhəb  mübaliğəsi  və  təəssübüdür.  İmam  Əli  (r.a)
 
insanları  atəşə  ata  biləcək  ən  son 
adamdır.  Xüsusilə  də,  bu  mövzuda  başqa  bir  hədis  də  mövcuddur:  “Atəş  ilə  ancaq  atəşin  Rəbbi 
cəzalandıra bilər”. 
 

 
 
39 
 
Sonra  İbn  Əbdülvəhhab  Peyğəmbərin  (s.ə.s)  kafirlərlə  savaşdığı 
səbəbin  eynisi  meydana  gəldiyindən  müsəlmanlara  qarşı  döyüşdüyünü 
söyləyir:  “Lakin  onlar  (yəni,  Qüreyş  kafirləri)  Allahla  özləri  arasına  bəzi 
məxluqatı vəsilə seçdilər!” Bunun mənası odur ki,  necə ki, onlarla (Məkkə 
müşrikləri)  savaşmaq  vacibdir,  eləcə  də  bizim  də  eyni  səbəblə  (digər 
müsəlmanlarla) savaşmağımız vacibdir!”
62
 
“Sübhənallah”,  “Lə  iləhə  illəllah”  deməyən,  Qiyamət  gününə, 
öldükdən  sonra  dirilməyə,  Cənnətə  və  Cəhənnəmə,  Peyğəmbərə  (s.ə.s) 
inanmayan,  bütlərə  ibadət  edən,  insanları  öldürən,  zülm  edən,  içki  içən, 
zina edən, faiz yeyən, hər cür haramı işləyən Qüreyş kafirləri namaz qılan, 
oruc tutan, həccə gedən, zəkat və sədəqə verən, haramlardan uzaq duran, ən 
gözəl  əxlaqla  bəzənən  müsəlmanla  eynidir?  “Məgər  Biz  müsəlmanları 
kafirlərlə eyni tutacağıq?! Sizə nə olub, necə mühakimə yürüdürsünüz?”
63
 
Xeyr, əsla eyni ola bilməzlər. Müsəlmanlar cahil və alim olmasından 
asılı olmayaraq kafirlərlə eyni deyil. Təvil qapısı da, cahillik də çox geniş 
məfhumlardır. Bu iki amil küfr ittihamını səsləndirməyə mane olur. Həzrət 
Məhəmmədi  (s.ə.s)  elçi  və  rəsul  olaraq  qəbul  edənlə,  onu  inkar  edən, 
sehrbaz  və  kahin sayan eyni ola bilməz. Peyğəmbərə (s.ə.s) təvəssül  edən, 
övliyadan  bərəkət  istəyənlər  Nəbiyə  (s.ə.s)  dil  uzadan  və  övliyanı 
öldürənlərlə eyni də deyil. 
Allah birdir və başqa ilah yoxdur (lə iləhə illəllah) deyənlə, “Dünya 
həyatımızdan  başqa  heç  bir  həyat  yoxdur,  ölürük  və  dirilirik,  bizi  öldürən 
ancaq  dəhrdir  (zamanın  gərdişi,  ömür  müddətidir;  yaşa  dolub 
qocalmağımızdır)”
64
,  -  söyləyənlə  qarışdırmamalıyıq.  İman  edənlə  küfr 
edən,  Rəsulu  təsdiq  edənlə  onu  təkzib  edən,  öldükdən  sonra  dirilməyə 
inananla onu inkar edən eyni ola bilməz. 
                                                 
62
 İlk  baxışda  bu  ifadələri  oxuyan  buradakı  incəliklərə  diqqət  yetirə  bilməz,  çünki  o,  bu  nəzəriyyədə 
olduğu  kimi  adi  oxucunu  müsəlmanları  təkfiri  qəbul  etməyə  hazırlayan  gizli  dəlilləri  görmür.  İbn 
Əbdülvəhhab elmi, şəxsi görüşləri olmayan qrupu bu kimi təhlükəli təkfir düşüncələri ilə fikirlərindən 
daşındırdı. Beləcə, bu düşüncənin təsiri altında təkfir və savaş gücünə yarımadanın hüdudlarını aşdılar. 
Təsadüfi  deyil  ki,  onlardan  bəziləri  bu  cür  deyir:  “Əgər  Məhəmməd  İbn  Əbdülvəhhab  onları  təkfir 
etməsəydi  və  onlarla  savaşmasaydı  gerçək  İslam  yayılmazdı  Dövrümüzdə  qədər  bidət  və  xurafat 
içində qalardılar”. 
 
63
 Qələm surəsi, 35-36 
64
 Casiyə surəsi, 24 

 
 
40 
 
Nəbilərdən şəfaət istəyən və onun sadəcə Allahın bir qulu olduğunu 
bilənlə, bütlərdən şəfaət istəyən və Allaha ortaq qoşanları bərabərləşdirmək 
qəbul edilməzdir. 
Xeyr, İbn Əbdülvəhhab, burada onlar arasında böyük fərq var! 
Bu məsələdə mənimlə razılaşmayan qardaşlarıma deyirəm: 
İbn Əbdülvəhhabın dövründə olduğu kimi, günümüzdə də müsəlman 
alimlərinin  əksəriyyəti  övliyadan  bərəkət  istəməyin  və  təvəssülün
65
 caiz 
olduğunu deyirlər. Bu gün onların hamısına kafir damğasımı vurulmalıdır?! 
Yoxsa  onların  sadəcə  xəta  etdiyinimi  söyləyək?!  Xətalı  olduqlarını  da 
ancaq sübut və dəlillər əsasında irəli sürmək mümkündür. 
Əgər  desəniz  ki,  “Biz  o  alimləri  təkfir  edirik”,-  onda  krallığın 
daxilində  və  xaricində  olan  müasir  alimlər  sizi  rədd  edər,  sizi  dində  ifrata 
getməkdə və müsəlmanları təkfirdə ittiham edirlər. 
Yox,  əgər  desəniz  ki,  “biz  onları  təkfir  etmirik”,-  onda  siz  İbn 
Əbdülvəhhabı  rədd  etmiş  olarsınız,  çünki  o,  üləma  və  xalqı  bugünkü 
(vəhhabi) alimləri və əhalinin hamısı kimi təkfir edirdi. Onun ardıcılları da 
bu  xəstəlikdən  qurtula  bilmədilər.  İbn  Əbdülvəhhabın  zamanındakı  və 
günümüzdəki  alimlər  və  avam  arasındakı  fərqliliyi  özlərinə  aid  etdilər. 
Qüreyş  kafirləri  ilə  bunlar  -  alim  və  xalq  arasındakı  fərq  çox  açıq  və 
aydındır!  
Bəli,  övliyaya  təvəssül  və  təbərrük,  Peyğəmbərdən  (s.ə.s)  şəfaət 
istəmək,  qəbirləri  ziyarət,  idarəçiləri  və  xalqı  açıq  inkara  tərk  etmək  və 
digər  mövzularda  dövrünün  alimləri  İbn  Əbdülvəhhabın  fikirlərinə  qarşı 
çıxdılar.  Misir,  Şam,  İraq,  Hicaz,  Yəmən  və  Məğrib  alimləri  və  xalqı  İbn 
Əbdülvəhhabın bu görüşlərini günümüzədək davam etdirməktədirlər.  
Əgər siz bunların küfrlərini qəbul etsəniz, onda onları təkfir etməyən 
alimlərin  görüşlərini  rədd  etməli  və  əgər  o  alimlər  yenə  də  onları  təkfir 
                                                 
65
 Əhməd ibn Hənbəl, Zəhəbi, İbn Həcər və digər sünni üləmasının böyükləri təbərrükü caiz görürdülər. 
Hafız ibn Həcərin Şeyx ibn Baz basqısındakı (Fəthul-bari, cild 3, s. 144, 254, 367) təbərrükün cəvazıyla 
bağlı  irəli  sürdüyü  dəlillərə  baxın.  Qaldı  ki,  bu  mövzuda  onun  bir  çox  görüşləri  var  (Nümunə  üçün 
“Siyəru Əlamin-nübəlada”-kı Məruf Kərxinin tərcümeyi halına baxın ). Əhməd ibn Hənbələ gəlincə isə, 
bütün  hənbəlilər  onun  təbərrükü,  Peyğəmbərin  (s.ə.v)  minbərinin  kənarlarına  və  qəbri  şərifinə 
sürünməyi  caiz  gördüyünü  qəbul  edirlər  (İləl  və  təbəqat  kitablarına  baxın).  Şəxsən  mən  bu  şəkildə 
təbərrükü  qəbul  etmirəm.  Lakin  onu  edəni  üzrlü  görürəm.  Əhməd  ibn  Hənbəlin  bu  ictihadına 
qatılmamaqla bərabər onu təqdir edirəm.  

 
 
41 
 
etməsə,  onda  alimləri  təkfir  etməlisiniz.  Çünki  dəvətçi  alimlərin  çoxunun 
kitablarında  sələfi  dəvətinin  qaydalarından  biri  budur:  “Kafirin  küfrünü 
söyləməyən və ya onun küfrünə şəkk edən kafirdir!” 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin