Həsən ibn Fərhan əl-Maliki


Kimin dəyərləndirmə haqqına sahib olduğunu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   2   3   4   5   6   7   8   9   ...   18

Kimin dəyərləndirmə haqqına sahib olduğunu  
ifratçılar təyin edir? 
 
Burada bəzilərinin irəli sürdüyü bir sual var: “Sənin bu sözün nəzəri 
olaraq doğrudur. Nə sənə, nə də başqasına onu düzəltməyə icazə vermərik. 
Ancaq dəvətdə (vəhhabiliyə) sadiq olan alimlərə icazə verərik”. 
                                                 
38
 Əqidə  kəlməsinə  mənim  bir  əlavəm  var.  Bununla  bərabər  onu  ümumən  istifadə  olunan  mənada 
verdim. Onun şəri mənasına gəlincə “iman” deməkdir. “Şəri” sözünü bir tərəfə qoyaraq yerinə “istilah” 
kəlməsini istifadə etdim. Çünki ortaya çıxan “əqidə” istilahı sərhədsiz və daha çox məna ehtiva edərək, 
ifratçıların  sözlərindəndir.  Bunun  üçün  də  ifratçılar  istilaha  daha  çox  üstünlük  verirlər.  Bu  onlara 
başqalarının qanlarını halal görmək və cəhənnəmə məhkum edərək, bu yolla onlara zülm etmək fürsəti 
vermişdir. Bu zülmün qaynağı “əqidə kitabları”-dir. Şəri nəslərlə məhdud olan imanın əksinə insanların 
sözlərinə dayanaraq, düşmənçilikdən təsirlənərək şəri nəsslərı tərk etdilər. Bu mövzunu daha öncə nəşr 
olunmuş  “Qiraatun  fi  Kutubil–Əqaid  (Əqidə  kitabları  haqqında  mülahizə)”  adlı  kitabda  geniş  şəkildə 
işıqlandırmışam. 

 
 
23 
 
Bəziləri bu kitabın ilk bölümlərini çıxmaq şərti ilə belə dedilər: “Bizə 
əqidəmizi öyrətməyə çalışan bu münkir zeydi kimdir?
39
” 
 
Cavabında bunu deyirik
1)  Yenilik  etmək  istəyənin  gözəl  əxlaqı  və  təmizliyi  haqqında  ifrata 
varan  və  təmizliyi  yalnız  sadiq  davamçılarında  görənlərə  bəraət  sənədi  və 
əxlaqının yaxşı olduğuna dair referans kağızı təqdim etməsi şərt deyil.  
2)  “Bir  məzhəbi  sadəcə  öz  mənsubları  tənqid  edə  bilər”,  -  deyə  bir 
qayda yoxdur. İfratçılar da  heç birinin mənsubları olmadıqları  halda bütün 
məzhəbləri tənqid edirlər.  
3)  Xətalı  təməllər  üstünə  fikir 
yürütmək  də  ifratçıların 
xüsusiyyətlərindəndir. Sizin kin bəslədiyiniz adam Əhli-beyt məzhəbi olan 
Zeydilik  də  daxil  bütün  İslam  məzhəblərini  təqdir  edir.  Amma  o,  bu 
məzhəbin  mənsubu  deyil.  Çünki  o,  azad  sünni  olmağı  sevimli  və  daha 
üstün görür. O, hər hansı bir məzhəbə bağlı deyil. Sadəcə boya-başa çatdığı 
mühitin zərurətinə görə hənbəlidir. Bir müsəlman üçün ən dəyərli olan şey 
hər  məzhəbdən  nəssin  dəstəklədiyini  götürməkdir.  Əhli-sünnə  nəzdində 
mötəbər  sayılan  və  üzərində  ittifaq  edilən  həqiqi  sünnə  budur.  Əməllərin 
sözlərdən  sonra  gəlməsi  təbiidir.  Elə  insanlar  vardır  ki,  nəzəri  baxımdan 
biliklidir,  amma  bildiklərinə  az  əməl  edir.  Keçmişdə  imam  Şafii  də  Əhli-
beyti  sevdiyi  üçün  sünniliyindən  şübhə  edilmiş,  o  da  özünü  bu  sözlərlə 
müdafiə etmişdir: “Əgər Məhəmmədin (s.ə.s) ailəsini sevmək rafizilikdirsə, 
insanlar və cinlər şahid olsun ki, mən rafiziyəm.” 
Tarixi  oxuyan  və  ona  marağı  olan  bu  zəif  şəxs  İmam  Əlinin  (r.a)  və 
Əhli-beytin  haqqını  və    mədəni  həyatımızda  onların  nə  qədər  zülmə  məruz 
qaldıqlarını  bilir.  Bundan  başqa,  Bəni  Uməyyənin  onlara  o  qədər  zülm 
etməsinə  baxmayaraq,  tariximizdə  müdafiə  olunduqları  da  açıq-aşkardır. 
Həqiqət  və  ya  yanlış  olsa  da  bu  ancaq  tənqid  oluna  bilər.  Tərəf  tutmağı  və 
zülmü tənqid etmək yalnız Zeydiliyə xas deyil (bu fikir tamamilə doğrudur), 
tam  tərsinə  zülm  Əhli-beytə,  mötəziləyə,  cəhmiyyəyə,  əşarilərə,  sufilərə, 
hətta sülh tərəfdarı olan kafirlərə qarşı olsa belə biz də inkar etməliyik. Hansı 
                                                 
39
 Əslində  müəllif  zeydi  deyildir.  Bu  vəhhabilərin  ona  qarşı  ittihamıdır.  Həsən  ibn  Fərhan  tərcümeyi-
halında da göstərildiyi kimi sələfi-vəhhabi bir mühitdə doğulub boya-başa çatmışdır (mütərcim). 

 
 
24 
 
ki, onların  hamısına  zülm  etdik.  Nədir bu  cahilcə  inkar?! Dörd  nəfərin  (Əli, 
Fatma,  Həsən  və  Hüseyn)  məsumiyyətini  qəbul  etməyin  və  ya  əqli  nəqlin 
önünə  keçirməyin
40
 təkcə  zeydilərə  aid  görüş  olduğu  deyilə  bilməz.  Eyni 
zamanda,  övliyadan  bərəkət  istəmək  də  təkcə  zeydilərin  xüsusiyyətlərindən 
deyil.
41
 Bunlar  sadəcə  zeydilərin  üsulları  deyil.
42
 Müaviyənin  həddini 
aşmasını  pisləməsi  onun
43
 zeydiyyə,  ibaziyyə  və  ya  imamiyyəyə  bağlı 
olduğuna  görə  deyil.  Əksinə,  bu  barədə  həqiqətinə  inandığı  sünni 
kitablarındakı  şəri mətnlərdə qeyd  edildiyinə  görədir. Əlbəttə,  tədqiq  etdiyi, 
öyrəndiyi və qürur duyduğu bu kitabların məsum olduğuna inanmamaqdadır. 
Mübaliğə  və  yalana  bağlı  bu  ifratların  pislənməsinə  dair  mətnlər  bütün 
müsəlmanların  qaynaq  qəbul  etdiyi  Allahın  Kitabında  mövcuddur.  Allah 
(c.c)  bu  məsələ  ilə  bağlı  buyurur:  “Həqiqətən,  Allah  (Quranda  insanlara) 
ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina 
etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir.
44
 Sizin etdiyiniz 
kimi  yalanı,  fuhuşu,  ifratı  cahilliyin  qarşılığı  olaraq  saymazdı.  Bu  onun 
Zeydiyyə,  İmamiyyə,  Zahiriyyə  və  ya Cəhmiyyə məzhəblərinə bağlı olduğu 
mənasına da gəlməz.
45
 
                                                 
40
 Bunu  mötəzilə  və  zeydiyyə  iddia  edir.  Hər  ikisi  bu  fikri  digərinin  ondan  aldığını  söyləyir.  Necə  ki, 
bəzi  əşarilərin  də  bu  cür  dedikləri  bəllidir.  İnsafən  qeyd  etməliyik  ki,  əqli  nəqlin  önünə  alan  bu 
firqələrin görüşü sələfiyyənin məşhur görüşünün xaricində qalmaqdadır. Bunun izahı çox  vaxt aparar. 
Bu mövzuda məlumat əldə etmək istəyən onların kitablarına və ya onlarla bağlı yazı yazan insaflı əhli-
sünnə  mənsublarına,  doktor  Əhməd  Subhinin  mötəzilə  və  zeydiyyə  haqqında  yazdığı  kitablara  və  ya 
Əbdürrahman Bədəvinin “Fi Məzahibil–İslamiyyin” adlı kitabına, doktor Əli Sami Nəşşarın “Nəşətul-
fikril-fəlsəfiyyi  fil-İslam”,  doktor  Məhəmməd  Ammar  və  digərlərinin  əsərlərinə  baxsınlar.  Bu  məsələ 
sələfilərin qeyd etdikləri kimi deyil.    
41
 Sələfilər  xaric əhli-sünnənin çoxu övliyadan bərəkət istəməyi (təbərrük) qəbul etmişdir.  Hətta İmam 
Zəhəbi  Maruf  əl-  Kərxinin  bioqrafiyasını  yazarkən,  onun  qəbrinin  torpağının  sınaqdan  keçirilmiş 
dərman  olduğunu  qeyd  edir.  İlk  hənbəlilər  sufilərin  Peyğəmbərin  (s.ə.s)  qəbrinə  və  məscidinin 
minbərinə  əllərini  və  üzlərini  sürtdüklərini  görmüşdülər.  Bunu  Əhməd  ibn  Hənbəl  də  şəxsən  qeyd 
etmişdir. İlk hənbəlilər sufilərə düşmən deyildilər. Onlar əsasən cəhmiyə və şiəyə düşmən idilər. Sonra 
vəhhabilik gəldi  və İbn Əbdülvəhhaba tabe  olmayan dörd məzhəb mənsublarına olan düşmənçiliyi də 
buna  əlavə  etdi.  Təkfir  məsələsini  genişlədərək,  onu  savaşa  qədər  gətirib  çıxardılar.  Müsəlmanların 
ölkələrini “darul-küfr” və “darul-İslama” böldülər. Hətta Riyadı “diyar-ı küfr”, əd-Dəriyyəni isə “diyar-ı 
İslam”  adlandırdılar.  Baxmayaraq  ki,  bu  iki  şəhər  bir-birinə  o  qədər  yaxın  idi  ki,  insanlar  digərində 
verilən azanı eşidə bilərdilər.  
42
Övliyadan bərəkət ummaq mövzusunda  Hafız ibn Həcər əl-Əsqalaninin nəql ediyini alimlər də qəbul 
etdilər.  
43
Müəllif özünü nəzərdə tutur 
44
 Nəhl surəsi, 90-cı ayə. 
45
 Xahiş  edirəm  heç  kim  məni  bu  sözlərlə  İslam  məzhəblərindən  olan  cəhmiyyə,  zeydiyyə  və  ya 
mötəziləni pisləmək üçün söylədiyimi düşünməsin. Mən mütləq olaraq heç bir məzhəbi nə pisləyərəm, 

 
 
25 
 
4) İslahatçı və ya tədqiqatçı öz dediklərinin başqaları tərəfindən qəbul 
və ya rədd edilməsini gözləməməlidir. İbn Əbdülvəhhabın özü belə dövrünün 
alimlərindən  belə  bir  şey  gözləməmişdir.  O,  onlara  qarşı  öz  dəlillərini  irəli 
sürmüş  və  onlardan  da  buna  qarşı  dəlil  irəli  sürmələrini  istəmişdi.  Əsrlər 
boyu dəvət alimlərinin mövqeyi bu şəkildə davam etmişdir. 
İslahatçının haqlı dəlillərlə ortaya çıxması lazımdır. Batil düşüncəni 
də qarşı tərəfın  razılığını  və pisləyə biləcəyini gözləmədən rədd etməlidir. 
Din kiminsə şəxsi malı deyil. O, hər kəs üçündür. Bütün insanlar dəlillərinə 
və sübutlarına görə hesaba çəkilərlər. Əgər kimsə haqqı tələb edirsə, sübut 
və dəlillərlə cavab verilməlidir.  
5)  Yanlışlıqların  düzəldilməsi  məsələsini  bəzi  adamlara  aid  edərək 
məhdudlaşdırmaq  yanlışdır.  Qüreyş  kafirləri  də  bunu  tez-tez  təkrar 
edirdilər: Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya 
Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin 
Məsuda)  nazil  edilməli  deyildimi?”.
46
 Kafirlərdən  çoxunu  hidayətdən 
uzaqlaşdıran  səbəb  onların  Haşim  oğullarına  peyğəmbərliyi  layiq 
görməmələri  idi.  Qüreyşlilərin  mənfəətlərinə  uyğun  olan  peyğəmbərliyin 
digər  qəbilələrdən  birinin  nümayəndəsinə  verilməsi  idi.  Lakin  Allah  (c.c) 
onların istəklərini qəbul etmədi. Çünki O, Allahdır! Risalət vəzifəsini kimə 
verəcəyini daha yaxşı bilir. Əslində bu onlardan hansının haqq, hansının da 
qəbilə təəssübkeşi olduğunu ortaya çıxarmaq üçün imtahan idi. 
Tarix  boyu  bütün  islahatçılar  şübhələrlə  qarşılaşmışlar.  Haqq  və 
onun  kəlamı  hansısa  qrupa,  nə  də  coğrafi  məkana  aid  deyil.  Tam  tərsinə 
onu  iqrar  etmək  bütün  müsəlmanlara  fərzdir.  Dindar  və  dərrakəli  elm 
tələbələrinin  belə  cahil  fikirləri  mənimsəyə  biləcəklərini  zənn  etmirəm. 
Onların Məhəmməd ibn Abdullahın (s.ə.s) buna oxşar cahiliyyə görüşlərini 
pozmaq  üçün  göndərildiyini  qəbul  etdiyini  bilirəm.  Məhəmməd  ibn 
Əbdülvəhhabın məşhur “Məsəilu əhlil-cahiliyyə” kitabını tənqid etməzdən 
əvvəl bu məsələyə toxunmaq ehtiyacı hiss etdim. 
                                                                                                                 
nə də tərifləyərəm. Hər məzhəbdə ifratçılar, orta yolu izləyənlər, təəssübkeşlər və insaflılar var. Allahın 
övliya  qullarını  əsla  pisləmirik.  Digər  məzhəblərə  qarşı  bəzi  sələfilərin  hiss  etdiyi  bu  nifrətin  şəriət 
baxımında heç bir dayağı yoxdur.  
46
 Zuxruf surəsi, 31 

 
 
26 
 
6)  Niyyətləri  ən  yaxşı  bilən  Allahdır  (c.c).  İnsanlar  var  ki,  onlara 
etibar  edirlər,  onlar  isə  bu  etimada  xəyanət  edirlər.  İnsanlar  da  var  ki, 
onlardan şübhələnirlər. Halbuki, o insan etimad ediləndən İslam üçün daha 
xeyirlidir. Kimin niyyətinin daha pak olduğunu Allahın ixtiyarına buraxaq. 
Biz  dəlillərin  hansının  Allahın  Kitabına  və  Rəsulunun  (s.a.s.)  sünnəsinə 
daha yaxın olduğu barədə danışaq.  
7)  Bu  etibarlı  insanlar  hardadır?  Biz  onların  hələ  də  susduğunu 
görürük. Bunun bilinməsinə baxmayaraq, məhəlli ifratın həqiqi səbəblərini 
açıqlamırlar.  Hər  kəsin  ittifaq  etdiyi  görüşə  görə  sələfilər  vəhhabi 
əsərlərinin  ifratda  böyük  payı  olduğu  fikrinə  münasibət  bildirmirlər. 
Bundan  başqa  etibarlı  insanların  İbn  Teymiyyə,  Məhəmməd  İbn 
Əbdülvəhhab  və  bəzi  dəvət  alimlərinin  xətaya  düşdükləri  mövzularda 
açıqlamasını görməmişik. Nəticədə, bu xətalara istinad edən bəzi gənclər və 
cərəyanlar  aldanaraq  günahsız  insanlara  küfr  iftirası  atmaqda  tələsdilər. 
Mən  nümunə  göstərmək  istəmirəm.  Çünki  bunu  hər  kəs  bilməkdədir. 
Onların  bu  düşüncəyə  malik  olmaları  bir  kənara  qalsın,  bizim  doğrunu 
açıqlamağımıza  icazə  verəcəklərinə  də  inanmıram.  Onların  mənfəətləri 
İslamın  xeyrinə  olmadığına  görə,  təbii  olaraq  nəsihət  edənlərə  qarşı  çıxır, 
onların  niyyətinə  və  üslubuna  da  şübhə  ilə  baxırlar.  Bu  mərhələyə  çata 
bilmək  üçün  onlar  öz  nəfsləri  ilə  mübarizə  aparmağa  və  uzun  bir  yol  qət 
etməyə möhtacdırlar. 
Hər  halda  şübhə  yoxdur  ki,  xətalarımızı  tənqid  etmək  və  evimizin 
içini düzəltmək üçün heç nədən çəkinməməliyik, cəsarətli olmalıyıq. Çünki 
məsələ nə siyasi mübarizə, nə də dünya malı deyil, DİNdir! 
 
Səkkizinci məsələ 
İfratı qadağan edən ifratçılar! 
Nə  qədər  heyrətamizdir  ki,  zamanımızda  radikalların  ifratı  qadağan 
etdiyini  görürük!  Sələfilik  və  vəhhabiliyin  hər  cür  təkfiri  rədd  etdiyini 
deyirlər.  Mövdüdi  və  Seyyid  Qütbün  mütəşabih  mövzusunda  ifrat  fikirləri 
olduğu  iddia  edirlər.  Sələfilik  və  vəhhabilikdən  qaynaqlanan  açıq  təkfiri 
yaddan  çıxardırlar.  Hamıya  daş  atmaqdan  utanmırlarmı?  Təkfir  əhlinə 

 
 
27 
 
qarşılıq  verdikləri  halda,  özləri  təkfirçidirlər.  Təkfir  mövzusunda  İbn 
Teymiyyə və dəvət imamlarının xətalarını müdafiə edərkən hədlərini aşırlar.  
Bəli,  bu  ifratçıların  sonuncu  ziddiyyəti  deyil.  Onların  ifratı  qadağan 
etdiklərini görürük. Öz fikirləri ilə azdırdıqları, düşüncələri ilə bəslədikləri 
ifrat  gəmilərinin  lövbər  atdığı  dənizlərdəki  gəncliyin  təkfirçi  cərəyanına 
cavab verirlər. 
İfratı  qadağan  edənlər  Məhəmməd  ibn  Əbdülvəhhaba  cavab  verən 
üləmanın  dəlilləri  ilə  təkfirçi  radikal  cərəyanlara  cavab  verirlər!  Sanki  bu 
ifratlara  İbn  Əbdülvəhhab  haqqında  həddlərini  aşan  fikirlər  irəli  sürməklə 
cavab  verirlər.  Böyük  ziddiyyətləri  birləşdirən  bu  yolla,  onun  əsərlərini 
gözdən keçirməyi və onun üslubunu dəyərləndirməyi qadağan edirlər. 
Biz  isə  onlara  deyirik:  Əgər  bu  ziddiyyət  cəhalətdən  qaynaqlanırsa, 
xətalardan dönməyən və onları düzəltməyə mane olan cahillər bizdən deyil. 
Əgər  bu  ziddiyyət  onların  iddia  etdiyi  kimi  elm  və  siyasətdirsə,  Allah 
ikiüzlülüyü haram etmişdir. Peyğəmbər (s.ə.s) də onu pisləmişdir. Onlara bu 
cür deyilir: Əgər siz küfr içində olan gəncliyə cavab vermək istəsəniz, onların 
metodunu  tənqid  etməklə  yola  gətirə  bilməlisiniz.  Zəmanə  alimlərinin  və 
idarəçilərinin əleyhində olan alimlər bu küfr ittihamını əsas götürür.  
Siz,  İbn  Teymiyyə,  İbn  Əbdülvəhhab  və  dəvət  üləmasını  müdafiə 
edərək, onları haqlı görürsünüz, onda təkfirə yönəlmiş olan bu gəncləri də 
qorumalısınız.  Çünki  onlar  tənqid  etməyi  qadağan  etdiyiniz  (bu)  alimləri 
təqlid  edirlər.  Öyrətdiklərinizi  və  tövsiyyə  etdiklərinizi  birbaşa  o 
kitablardan oxuyurlar. Daha sonra bununla bağlı nümunələr qeyd olunacaq.  
Allaha  həmd  olsun  ki,  bəziləri  mənim  haqqımda  sui-zənndə  olsalar 
belə
47
, mən həqiqətləri bir tərəfə qoyaraq, əsla diplomatik gedişlər etmirəm. 
Buna görə də, müxtəlif məzhəblərin, qrupların və cərəyanların ifratçılarına 
qarşı  düşüncə  savaşı  elan  etmişəm.  Yalnızca  tək  bir  yolun  olduğunu  zənn 
edirəm,-  deyənin  düşmənçiliyindən,  dostluğundan,  güclü,  ya  da 
                                                 
47
 Bu təbii bir haldır. Bundan narahat olmuruq, tam tərsinə onsuz da belə olacağını gözləyirdik. Bilirdik 
ki, islah etmək istəyən hər kəs mütləq sıxıntı ilə üzləşir. Bundan başqa, Allahın yaradılış qanunudur ki, 
istər peyğəmbər, istər islahatçı, istərsə də yaxşılığı əmr edənlər mütləq bununla qarşılaşırlar. Biz necə 
fərqli ola bilərik ki?  

 
 
28 
 
zəifliyindən,  elm  tələbəsi,  alim,  ya  da  xalqdan  biri  olmasından  asılı 
olmayaraq, təkfir şübhələrinə qarşı cavab verirəm.  
Cəmiyyətdə  bu  böyük  problemi  ortaya  çıxardığı  üçün  xüsusən  də, 
İbn  Əbdülvəhhabın  İslami  haqqını  qorumaqla  yanaşı,  bu  şübhələrə  də 
cavab verməyi özümə dini vəzifə sayıram. Şimaldan-cənuba, qərbdən-şərqə 
ölkəmizin  övladlarının  bu  problemlər  ucbatından  üz-üzə  gəlmələrinin 
səbəbkarı  İbn  Əbdülvəhhabdır.  Əgər  bizim  İbn  Əbdülvəhhaba  haqq 
qazandırmaq  istəyimiz  İslamı  qorumaq  istəyimizdən  daha  böyükdürsə, 
bizdən xeyir gəlməz. Şəxslərə haqq qazandırmaq uğrunda İslamdan istifadə 
etməyimiz  bizə  asan  gəlirsə,  müsəlman  olaraq  bizlərin  vəziyyəti  nə  qədər 
də acınacaqlıdır.  İslamı qorumaq onun davamçılarının  uydurduğu və əməl 
etdiyi nəzəriyyələri haqlı çıxarmaqdan sözsüz ki, daha çox lazımdır.  
 
Doqquzuncu  məsələ 
İbn Əbdülvəhhabın düşüncəsini və üslubunu  
tanımaq üçün qaynaqlarımız 
Biz  İbn  Əbdülvəhhabın  dövründə  yaşamırıq  ki,  lehinə  və  əleyhinə 
insanların  şahid  kimi  dindirilməsinə  nail  ola  bilək.  Lakin  bu  gün  onun 
adıyla  bağlı  olan  və  onun  yoluna  dəvət  edən  kitablar  və  cərəyan  var.
48
 
Bizim də (müəllif özünü nəzərdə  tutur. Tərc.) içində yaşadığımız cərəyan, 
Allah  şahiddir  ki,  görüşlərinə  müxalif  olanlara  zülm  edir.  Onları 
görüşlərindən uzaqlaşdırır və şübhələnərək onlara hücum edir. Radikalların 
bu günədək törətdiklərini sənədləşdirmək çox çətindir.  
Vəfat  etmiş  alimləri  qiymətləndirmək  üçün  elmi  əsərlərindən  başqa 
heç nə qalmamışdır. İbn Əbdülvəhhabın araşdırılacaq kitabları və risalələri 
                                                 
48
 Bu  cərəyanların  içində  ifrata  gedənlər  də  var,  mötədil  olanlar  da.  Amma  orta  yolu  tutanlar  zülmə 
məruz qalmışdır. Onların nə fikirləri, nə səsləri, nə canlıları, nə də ölüləri qalmamışdır. İfrata gedənlər 
üstün  olmuşdur.  Fətva  müəssəsələri,  şəriət  universitetlərinin  təhsili,  xütbə  verə  biləcəkləri  minbərlər, 
seminarlar,  sempoziumlar,  kasetlər  kimi  İslami  təbliğat  işlərinin  çoxunu  əllərində  tuturlar.  Əgər 
ifratçılar  sənə  hirslənsə  insana  elə  gəlir  ki,  sanki  bütün  insanlar  sənə  qarşı  çıxıb.  Təəssüflər  olsun  ki, 
vəhhabiliyin  bu  radikal  qanadı  rəsmi  şəkildə  dəstəklənməkdədir.  Bəlkə  də,  ərəb  hökumətləri  hərəkat 
içində ifratçıların hücumlarına göz yümur. Ola bilsin ki, onlar keçmişdə faydalı olublar. Yaxud da onlar 
bəzən  susmaq  lazım  olan  yerdə  danışmış,  danışmaq  lazım  olan  yerdə  də  susmuşlar.  Ziyalıların 
ifratçılığa qarşı mübarizəsinin vaxtı çatıb. Çünki ifratçılıq  zülmdür. Zülm bir saat sevindirsə də, ömür  
boyu üzüntü verər. Bunun ən münasib qarşılığı həqiqəti axtarmaqdır. Bilik, güc və yaxşılıq kimi, insaf 
da rahat və güvən kimi kifayət edər. Ondan sonra da insanların haqqına riayət etməliyik. 

 
 
29 
 
arasında  “Kitabut-Tövhid”,  “Kitabu  Kəşfiş-şübuhat”  və  digərlərinin 
adlarını  çəkə  bilərik.  Bunların  içində  doğru  və  xeyirli  olan  dəlillər 
tapmağımıza  baxmayaraq,  unudulmamalıdır  ki,  bu  yazıları  bir  bəşər 
yazmışdır.  O  da  ictihad  edər  və  yanıla  bilər.  Qəbul,  yaxud  inkar  edilər. 
Onun  sözlərində  ziddiyyət  tapmağımız  çox  təbiidir.  Ancaq  biz  ümumi 
metodu  anlamağa  çalışırıq.  Çoxu  aza,  açıq  olanları  (möhkəm)  mütəşabihə 
üstün  tuturuq.  Bizim  üçün  etiqadi  məsələlər  siyasi  məsələlərdən  daha 
vacibdir.  İbn  Əbdülvəhhabın  təkfir  və  digər  mövzularda  təqib  etdiyi  yolu 
öyrənməyimizə nə şəriət, nə də ağıl baxımından heç bir əngəl yoxdur. Belə 
ki,  biz  onu  olduğundan  daha  yaxşı  göstərməyə,  nə  də  haqsız  yerə  ona 
hücum etməyə çalışmırıq. Çox bəsit bir sualın cavabını axtarırıq: 
İbn 
Əbdülvəhhabın 
təkfir 
məsələsindəki 
metodu 
nədir? 
Müxaliflərinin  israrla  dedikləri  kimi,  o  doğrudan  da  müsəlmanları  küfrdə 
ittiham  etmişdir,  yoxsa  tərəfdarlarının  yaydığı  kimi  küfrlə  savaşmışdır? 
Əvvəlcədən hökm verməkdən, onu haqlı çıxarmaqdan və ya ona qarşı zalım 
hücum etməkdən çəkinərək, həqiqətin nə olduğunu anlamağa çalışaq.  
Son  olaraq  istər  İbn  Əbdülvəhhabdan,  istərsə  də  digərlərindən 
meydana  gələn  xətalar  ölçüsünə  və  miqyasına,  fiqhi  və  ya  əqaid 
mövzularından hansınasa aid olmasına baxmayaraq, hər kəsin edə biləcəyi 
davranışları  dəyərləndiririk.  Bu  hal  çox  sayda  əsər  yazan  hər  müəllifin 
başına  gələ  bilər.  Unutmayaq  ki,  düşmən  kəsilmək  qarşılıqlı  zülm  etməyə 
səbəb olar.  
Bunu  əngəlləməyə  çalışanlar  ifrata  qaçdılar.  Nə  İbn  Əbdülvəhhabın 
özünün, nə də ixlaslı elm tələbələrinin bunu təsdiq edəcəyini düşünmürəm. 
Tam tərsinə, bəlkə də İbn Əbdülvəhhabın dəvəti bütövlükdə övliya insanlar 
haqqında  həddi  aşmaqla  əlaqəlidir.
49
Onun  başqalarına  bunu  qadağan  edib, 
özünü  bu  kateqoriyaya  daxil  etmədiyini  düşünmək  hüsni-zənn  olardı.  İbn 
Əbdülvəhhabın  fəaliyyətini  düşmənləri  və  müxaliflərindən  əvvəl  onu 
sevənlər və tərəfdarları şişirdib səmaya qaldırırlar. Hənəfilərin Əbu Hənifə, 
zahirilərin İbn Həzm, sufilərin Peyğəmbər (s.ə.s), bəzi şiələrin də İmam Əli 
                                                 
49
 İbn  Əbdülvəhhab  alimləri  tənqid  və  xətalarını  inkar  etməyi  Allahdan  başqasını  Rəbb  qəbul  etmək 
kimi  görür  (Əd  –  Dürərus-səniyə,  II  cild,  səh.  9).  Belə  olan  təqdirdə  onun  özünün  də  bu  cür  istisna 
haqqa sahib olması mümkün deyil. 

 
 
30 
 
(r.a)  haqqında  ifrata  getdiklərini  inkar  etməyimiz  ədalət  və  insafdan  deyil. 
Halbuki,  biz  səudiyyəli,  vəhhabi  sələfilər  kimi  İbn  Əbdülvəhhab  haqqında 
həddi aşırıq.
50
 
 
Onuncu məsələ  
Araştırmanın metodu və səbəbi 
Bu araşdırmanın səbəbi mənim “Kəşfüş-şübuhat”-ı tənqidi yanaşma ilə 
oxumağımdır.  Daha  sonra  buna  əqaid  məsələlərini  ələ  alan  “Əd-dürərus-
səniyə”  adlı  beş  cildlik  əsər  və  İbn  Əbdülvəhhabın  digər  sözlərini, 
risalələrindən  bəhs  edən  tənqidi  yazımı  da  əlavə  etdim.  “Kəşfüş-şübuhat” 
kitabının  doğrularını  çıxardım  və  ictihadıma  görə  müşahidələrimə  isnad  edib 
onun  içində  olanlar  barədə  məlumat  verdim.  Bütün  bunları  bir  neçə  il  əvvəl 
topladım.  Məsləhətləşmək  və  fikirlərini  öyrənmək  məqsədiylə  topladığım 
materialı üç qardaşıma (din qardaşı  nəzərdə  tutulur - tərc.) verdim. Onlardan 
biri bəlkə də, xoş niyyətlə əlindəki qaralamanı nəşr etdi. Ancaq daha sonra bu 
əməlini  boynuna  almadı.  Görünür  bu  əməli  ilə  mənə  zərər  vermək  istəyirdi. 
Özü əqaid müəllimi olmasına baxmayaraq, bir şeyi unudurdu. Fayda da, zərər 
də  Allahın  əlindədir.  “Halbuki  başqasına  quyu  qazan  özü o quyuya  düşər.”
51
 
Bəlkə  də,  zərər  daha  xeyirlidir.  Lakin  onun  əməli  bir  neçə  il  öncə  məndən 
xəbərsiz nəşr edilən qaralama işimi kamil şəkildə tamamlayaraq, yenidən nəşr 
etməyə  cəsarətləndirdi.  Bu  cəsarətli  işdə  xətalar  olmasına  baxmayaraq,  artıq 
nəşr  edilmiş  əsərə  yenidən  yönəlməyimə  səbəb  oldu.  Bəlkə  bununla  elmə 
xeyrim dəymiş olar. Daha sonra bu araşdırmanı  İbn Əbdülvəhhabın ailəsindən 
birinə təqdim etmək qərarına gəldim. Çünki ümumi nəsihət, şəxsi düşüncədən 
daha  faydalıdır.  Şübhəsiz  ki,  İbn  Əbdülvəhhabın  bütün  əsərləri  ortadadır  və 
fikirləri heç kimə gizli deyil.  
Daha  öncə  “Qıraatu  fi  Kəşfi-şübuhat”  adıyla  yayınlanan  bu 
araşdırmanın  adını  “Daiyətun  və  Leysə  Nəbiyyən”  (O  islahatçıydı, 
peyğəmbər  deyildi)  olaraq  dəyişdirdim.  “Kəşfüş-şübuhat”  əsərinin  tənqidi 
                                                 
50
Bu  ifratçılığın  göstəricilərindən  biri  də  onların  İbn  Əbdülvəhhabın  fikirlərini  xatalı  görənlərə  heyrət 
etmələri və “Filan adam şeyxə filan mövzuda hücum etdi”,- deməklə kifayətlənmələridir. Onlar dəlilləri 
müzakirə etmək əvəzinə İbn Əbdülvəhhabı xətalı görməyi sanki onu məsum qəbul edərək tənə və bidət 
hesab edirlər.  
51
 Fatir surəsi, 43 

 
 
31 
 
bu  kitabın  birinci  bölümündə  əks  olunmuşdur.  Bu bölüm  icazəm  olmadan 
ilk dəfə “Nəqdu Kəşfiş-şübuhat” adıyla internetdə yayıldı. Mən isə bu adla 
heç  razılaşmıram.  Ondan  sonra  kitabı  ilk  adıyla  nəşr  etdim.  Bəzilərinin 
zənn etdiyi kimi kitab daha öncə çap olunmamışdır.
52
 
Beləliklə,  “Kəşfüş-şübuhat”  kitabının  tənqidi  “Daiyətun  və  Leysə 
Nəbiyyən” adıyla ortaya çıxdı.
53
 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin