Həsən ibn Fərhan əl-Maliki


İxtilaf nöqtələrini ortaya çıxarmaq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

İxtilaf nöqtələrini ortaya çıxarmaq 
İbn  Əbdülvəhhabla  müxalifləri  arasında  ən  böyük  ixtilaf  onun 
nəzəriyyəyə, digərlərinin isə nəticələrə əhəmiyyət vermələridir.  

 
 
80 
 
İbn  Əbdülvəhhaba  qarşı  cəbhədə  yer  alanlar  avam  insanlar  deyillər. 
Tam  tərsinə,  özünün  də  “Dürərdə”
108
 etiraf  etdiyi  kimi,  dövrünün  sayılıb-
seçilən insanlarıdır. 
Onu  şəfaəti  inkar  etməkdə  ittiham  etdilər.  İbn  Əbdülvəhhab  isə 
şəfaəti inkar etmədiyini söylədi. Ancaq o, eyni zamanda şəfaəti tövhid əhli 
adlandırdığı  öz  tərəfdarları  ilə  məhdudlaşdırdı!  Şəfaət  müsəlmanlardan 
(yəni, onun fikrində olanlardan) başqası üçün deyildir. 
Müxaliflərin  xətası  onu  mütləq  olaraq  şəfaəti  qəbul  etməmək 
ittihamında,  İbn  Əbdülvəhhabın  səhvi  isə  sadəcə  şəfaəti  davamçıları  ilə 
məhdudlaşdırmasında  idi.  Müxalifləri  nəticəyə  baxırdılar,  o  isə  öncədən 
fikirlərini söyləyirdi. 
Onlar deyirlər: Sən müsəlmanları təkfir edirsən. O isə müsəlmanları 
(Allahın və elçisinin (s.ə.s) təkfir etdiklərindən başqa) təkfir etmədiyinə and 
içir.  İşin  sirri  onların  nəticəyə  baxıb  özlərinin  və  tərəfdarlarının  İbn 
Əbdülvəhhab  tərəfindən  küfrlə  ittiham  edildiklərini  görmələridir.  O  isə 
ümumiyyətlə onları müsəlman saymır! O, müsəlmanları təkfir etmir, çünki 
(ona  görə  müsəlmanlar)  onlar  müvahhidlərdir  (öz  tərəfdarlarıdır).  Bu  son 
adı onlara o verməmişdi.
109
 
İbn  Əbdülvəhhab  və  düşmənləri  təkfir  məsələsi  ətrafında  dönüb 
dolaşırlar.  Hər  kəs  bir  tərəfdən  yapışır.  O,  müqəddiməyə  etimad  göstərir, 
digərləri  isə  nəticələrə  etiraz  edir.  Buna  görə  da  qarşılıqlı  anlaşma  və 
ixtilafı  müəyyən  etmək  mümkün  olmur.  İki  tərəfin  də  davam  etdiyi  ifrat 
burada bitmir. Hər biri öz tərəfdarlarına arxa çıxır və digərlərinə zülm edir. 
 
 
 
                                                 
108
 II cild, səh. 62. 
109
 Müsəlmanları təkfir ittihamından özünü müdafiə etdiyinə nümunə kimi “Dürərə” (1-ci cild, səh. 63) 
bax. İbn Əbdülvəhhabın müxalifləri onun avamı təkfir etdiyini söyləyirlər. Bu böyük böhtandır. Ancaq 
o,  ittihamı  bu  sözüylə  dəstəkləyir.  Tövhidin  Allahın  və  Elçisinin  (s.ə.s)  dini  olduğuna  şəhadət  edəni 
(dəvətin Allahdan başqasına edildiyinə) təkfir etdiyimiz batil görüşdür. Sonra tövhid əhlini təkfir edir və 
onları  xaricilər  deyə  adlandırır!  O  zaman  sadəcə  sözdə  ittifaq  təsis  olunmalıdır.  İbn  Əbdülvəhhabın 
müxaliflərı və düşmənlərı tərəfındən xarici, vəhhabi adlandıraraq təkfir edilməsi caiz deyildir. Onların 
bizi  küfrdə  ittiham  etmələri  bizi  hiddətləndirsə  də,  bizim  də  onları  təkfir  etməyimiz  caiz  deyil.  Bu 
səhabənin metodudur. Onlar başqalarını təkfir etmədilər. İbn  Əbdülvəhhab başqa bir  yerdə bunu iqrar 
edir. Bunu ziddiyyət sayır.  

 
 
81 
 
 
 
İKİNCİ BÖLÜM 
 
İbn Əbdülvəhhabın digər əsər və risalələrindəki 
görüşləri haqqında araşdırma 
(Dürərus-səniyə nümunəsi) 
 
Birinci: İbn Əbdülvəhhabın “Kəşfüş-şübuhat”  
xaricindəki görüşləri  
İbn  Əbdülvəhhabın  Qasim  xalqına  yazdığı
110
 risalədən  başqa
111
 
təxminən  bütün  əsərlərində  təkfir  mövzusunda  ifrata  yol  verdiyinin  şahidi 
oluruq. İnadçılıq etməsək (ki, bu reallaşmışdır), onun xətalarını üzrlü hesab 
etməyimiz mümkün deyildir. 
İbn  Əbdülvəhhabın  bir  çox  əsər  və  risalələrini  əhatə  edən 
“Dürəri”
112
ələ  alsaq  (“Kitabut-Tövhid”  də  buraya  daxildir.  Onun  tənqidi 
əlavədən  sonra  gələcək),  aşağıda  göstəriləcək  nümunələrini
113
 seçdiyim 
yazılarında  təkfir  mövzusunda  açıq  şəkildə  ifrata  dəlalət  edən  bölümlər 
aşkarladım.   
 
                                                 
110
 Dürər, 1.cild, s.34. 
111
 Orada  övliya  ilə  təvəssül  edənləri,  Busirini,  İbnul-Farizi,  İbnul-Ərəbini  və  məzhəblərə  dairyazılmış 
əsərləri (batil olduğu mövzusunda) təkfir etmədiyini açıqlayır. Onun eyni kitabın birinci cildində (səhifə 
səksən) bənzər sözləri vardır.  
112
 Dürərus-Səniyyə  fil  Əcvibətil-Nəcdiyyə.  Əbdürrəhman  ibn  Qasım  əl-Hənbəli  ən-Nəcdi  tərəfındən 
hazırlanmış və hicri 1417-ci ildə gözdən keçirilərək, əlavələrlə altıncı dəfə nəşr olunmuşdur. Mətbəənin 
adı  qeyd  edilməmişdir.  İbn  Qasım  bu  kitabı  İbn  Əbdülvəhhabın  dövründən  günümüzə  qədər  Nəcdin 
öndə gələn alimlərinin məsələ və risalələrinin məcmusu kimi təqdim etmişdir! Halbuki, İbn Qasım hicri 
1392-ci ildə  vəfat  etmişdir. Əbdüləziz ibn  Baz bu kitabı gündəlik dərs kimi  oxudurdu.  Lakin bildiyim 
qədər təkfir mövzusunda ifrat fətva və risalələri oxutmurdu. Ancaq digər əsərlərində İbn Əbdülvəhhab 
və davamçılarının öndə gələnlərinin metodunu  ortaya çıxaracaq çoxlu dəlil tapdım.  Bu bölümdə qeyd 
etdiyim  kitabla  kifayətlənəcəyəm.  Sonra  İbn  Əbdülvəhhabın  Kitabut-Tövhiddən  nümunələr  verərək 
xətalarını göstərəcəyəm.  
113
 Dürərdən seçilmiş nümunələr. 

 
 
82 
 
Birinci nümunə: Nəcdin alim və qazıları İslamı bilmirlər! 
Bu,  Məhəmməd  ibn  Əbdülvəhhabın  sözüdür.  Onların  Allahın 
biriliyini,  Məhəmməd  ibn  Abdullahın  diniylə  Amr  ibn  Lüheyin
114
(ərəblər 
üçün buraxdığı) “dini” arasındakı fərqi bilmədiklərini söyləyir! 
Bunun  dəlili  onun  öz  sözüdür  -  “Dürər”-in  X  cild,  əlli  birinci 
səhifəsində  deyilir:  “Elm  tələb  etdim.  Mənim  indiyədək  Allah  birdir  və 
başqa  ilah  yoxdur  ifadəsinin  mənasını  və  İslam  dinini  bilmədiyimə 
yəqinlik  qazandım.  Bu  xeyirdən  əvvəl  Allah  onu  verdi.  Müəllimlərimin 
içində də bunu bilən yox idi. Bu zamananadək Ariz alimlərindən biri bu 
ifadənin  mənasını  və  İslamı  bildiyini  (və  ya  müəllimlərdən  biri  bunu 
bildiyini)  söyləsə,  yalan  demiş  və  iftira  atmış  olar!  İnsanları  aldatmış 
olar! Layiq olmadığı şeylə özünü tərifləmiş olar!” 
Sonra oxşar ifadələri “Dürər” I cild, əlli yeddinci səhifədə bir daha qeyd 
etmişdir.  Onlara  xitab  edən  alimlər  və  onların  ustadları  da  İslam  dinini  başa 
düşmürlər.  Məhəmmədin  (s.ə.s)  dini  ilə  Amrın  (ərəblər  üçün  qoyduğu)  “dini” 
arasındakı fərqi ayırd edə bilmirlər. Amrın “dini” onlara görə doğrudur! 
Mənə  görə,  şübhəsiz  burada  Nəcdin  seçilmiş  alim  və  qazılarının, 
onların  müəllimlərinin  açıq  təkfiri  vardır.  Bunların  vəziyyəti  belədirsə, 
avam necə olar? Bunu bu gün təsdiq etmirik. Müasir tarixçilər hicri IX əsr 
İbn Üzeybdən XII əsrdə İbn Əbdülvəhhabadək Nəcd bölgəsinin alimlərini, 
qazılarını  və  müsəlman  elm  tələbələrindən  bəhs  edən  bütün  tarix  kitablar 
bunu  deməkdədir.  Çağdaş  tarixçilər  Üşeyqar,  Şuqra,  Büreydə,  Üneyzə, 
Hüreymilə,  Üyəynə,  Riyad,  Xərc  və  Əfləcin
115
İbn  Əbdülvəhhabdan  əvvəl 
yaşamış  alimlərinin  çoxunun  bioqrafiyasını  yazmışlar.  Bunların  kafir  və 
bütpərəst  olmadığına  dair  icma  vardır.  Bəli,  onların  bəzisı  və  ya  hamısı 
övliyaya  təbərrük  mövzusunda  ifrata  getmiş,  dəvətləri  zəif  olmuş,  ya  da 
bəzi bidətlərə yol vermiş ola bilərlər. Bunların da bidət və ya əqidə xətası 
olduğunu  söyləmək  ən  son  ağla  gələn  məsələdir.  Ancaq  onların  bütə 
tapındıqları,  Amrın  dinini  Məhəmməd  ibn  Abdullahın  (s.a.s)  dinindən 
üstün  saydıqları  sözü  batildır.  Bunu  insaflı  kimsə  deməz.  Buna  oxşar 
ifadəni  deməyə  cəsarət  edəcək  ağıllı  adam  ola  biləcəyini  zənn  etmirəm. 
                                                 
114
Amr ibn Lühey Ərəbistana bütpərəstliyi gətirən şəxsdir (mütərcim). 
115
Ərəbistan yarımadasında yer adlarıdır (mütərcim) 

 
 
83 
 
Müsəlmanları təkfir etməkdən Allaha sığınırıq. Allahdan İbn Əbdülvəhhabı 
Nəcd  alimlərini  (Allah  onlara  rəhmət  etsin)  açıq  təkfir  etdiyi  üçün 
bağışlamasını istəyirik.  
Şeyx  ibn  Hümeyd  “Suhubul-vabilə”
116
 əsərində  İbn  Əbdülvəhhab 
zamanında  və  ondan  əvvəl  yaşamış  bir  çox  Nəcd  üləmasının  adını  qeyd 
etmişdir.  
Şeyx  Abdullah  Bəssam
117
“Uləmau  Nəcd  xilalə  səməniyəti  qurunin” 
kitabında  bütə  tapındıqları  və  Amrın  dinini  seçmələri  bir  tərəfə,  heç  birini 
bidətlə belə ittiham etmir. Nəcd alimlərindən bəhs edən əsərlər içərisində Şeyx 
Salih  Qazinin,  Şeyx  Bəkr  Əbu  Zeydin
118
(“Uləmaul-Hənabilə”  kitabı)  və 
digərlərinin  kitablarını  nümunə  kimi  göstərə  bilərik.  İbn  Əbdülvəhhabdan 
əvvəl  və  onun  zamanında  bioqrafiya  yazanlardan  heç  kimin  əsərlərində  bu 
alimlərin hər hansı birinin bütə tapındığını və ya İslamdan başqa din seçdiyini 
tapa bilmədim! Belə inancdan Allaha sığınırıq. Bu, İbn Əbdülvəhhabın təkfirə 
və xətaya düşdüyünün açıq dəlilidir.  
 
İkinci nümunə: İbn Əbdülvəhhab zamanında Hənbəli və digər  
məzhəb alimləri dindən çıxara biləcək böyük şirkə  
batmış müşriklər idilər. 
İbn  Əbdülvəhhabın  müəyyən  şəxsləri  təkfir  etməsi  nümunələrindən 
biri  də  şeyx  Süleyman  ibn  Süheym  əl-Hənbəliyə  yazmış  olduğu 
məktubdur:
119
 
“Yadına  salım  ki,  sən  və  atan  küfrdə,  şirkdə  və  nifaq  içindəsiniz! 
Sən  və  atan  gecə  gündüz  bu  dinin  əleyhinə  çalışırsınız!  Sən  inadkar  və 
yolunu azmış bir adamsan və İslamın yerinə küfrü seçmisən! Bu da sənin 
kitabın, orada sənin küfrün yer almaqdadır.” 
İbn  Əbdüllətif,  İbn  Əfaliq  və  İbn  Mütləqə  gəlincə,  onlar  da 
tövhidi  inkar  edirlər.  Onların  içində  İslama  ən  yaxın  olan  İbn 
Firuzdur.
120
 
                                                 
116
 Doktor Əbdurrahman Üseyminin təhqiqi.   
117
 Böyük alimlər heyətinin üzvü. Hənbəli alim. 
118
 Böyük alimlər heyətinin üzvü. Hənbəli alim. 
119
 “Dürər”, X cild, səh. 31. 
120
 “Dürər”, X cild, səh. 87. 

 
 
84 
 
Məhəmməd  ibn  Firuz  Hənbəli,  İbn  Teymiyyə  və  İbn  Qəyyimin 
davamçısı olmasına baxmayaraq, İbn Əbdülvəhhab onun İbn Teymiyyə və 
İbn Qəyyimin görüşlərini qəbul etmədiyini iddia edir. Allah qorusun. Əgər 
bu,  İbn  Teymiyyə  və  İbn  Qəyyimi  təqlid  edən  hənbəli  məzhəbindən  olan 
birisi İslama girməmişsə, digərlərinin halı necə olar?! 
İbn Əbdülvəhhab başqa bir yerdə onun dindən çıxaracaq böyük küfr 
içində  olduğunu  açıqlayır.
121
Əgər  İbn  Teymiyyə  və  İbn  Qəyyimi  təqlid 
edənin  vəziyyəti  belədirsə,  o  zaman  zeydiyyədən,  ibaziyyədən, 
imamiyyədən,  sufilərdən  və  digərlərindən  olan  fəqihlər  bir  tərəfə  maliki, 
şafei, hənəfi və zahiri alimlərin vəziyyəti necədir?! 
 
Üçüncü nümunə: Nəcd və Hicaz müsəlmanları  
öldükdən sonra dirilməni inkar edirlər?! 
O, Nəcd və Hicaz əhalisinin çoxunun öldükdən sonra diriləcəklərini 
inkar etdiklərini iddia edir!
122
 
Əslində bu doğru olmayan, batil bir iddiadır. Ondan əvvəl, yaşadığı 
dövrdə  və  ondan  sonra  da  müsəlmanların  hamısı  deyə  biləcəyimiz 
əksəriyyəti  (bütün  yəhudi  və  xristianlar  da  daxil)  oxşar  şəkildə  öldükdən 
sonra  dirilməyə  inanırdılar.  Düzdür  bəzən  bidət  və  xurafat  çoxalmışdır. 
Qədimdən  günümüzədək  İslam  ümməti  içərisində  istər  Ərəbistan 
yarımadasında,  istərsə  də  onun  xaricində  bu  kimi  hallar  olmuşdur.  Lakin 
bu,  müsəlmanların  kafir  olduqlarına  və  ya  axirəti  inkar  etdikləri  mənasına 
gəlmir. O hara, bu hara?! 
 
Dördüncü nümunə: İbn Əbdülvəhhab dindən  
çıxaran küfrlə nəyi nəzərdə tutur?!  
İbn  Əbdülvəhhabın  küfr  deyərkən  nəzərdə  tutduğu  adi  yox,  dindən 
çıxaran böyük küfrdür. Bunu əsərlərində tez-tez təkrar edir. “Digərləri bir 
tərəfə İbn Firuz, Salih ibn Abdulla və bənzərlərinin ifadələri açıq şəkildə 
dindən çıxaran zahiri küfrdür!” 
                                                 
121
 “Dürər”, X cild, səh. 63. 
122
 “Dürər”, X cild, səh. 43. 

 
 
85 
 
Bunlar iki hənbəli fəqihləridir. Bu, İbn Əbdülvəhhabın öz metodunda 
açıq  təkfiridirsə,  o  zaman  digər  davamçıları  necə  davranacaqlar?  İnsaflı 
şəxsin  bundan  böyük  isbata  ehtiyacı  olmaz.  Bu  son  iki  ifadənin  iki  də 
böyük xətası vardır: 
Birinci: Müəyyən bir şərhi olan müsəlman alimi təkfir etməkdir; 
İkinci:  Təkfir  insanı  dindən  çıxardır.  Bu  təkfir  də  dindən  çıxardar. 
Bunun,  qanın  və  malının  halallığı,  zürriyətinin  əsirliyi,  mirasdan  məhrum 
etmə,  istiğfarı  (bağışlanmağı)  haram  etmə,  sədəqə  verməmə,  həccə  icazə 
verməmə və oxşar mühüm işlərə mane olma kimi təhlükəli əməllərə gətirib 
çıxaracağı  məlumdur.  Bundan  sonra  əsl  müsəlman  onların  içində  ancaq 
ikiüzlülük  edərək  yaşaya  bilər.  Qeyri-müsəlmanların
123
 çalışdığı  kimi 
işçilik  edər.  O,  yalnız  boyun  əyər  və  zülmə  məruz  qalar.  Doğru  desə 
onlardan, yalan desə Allahdan qorxar. Müsəlman olaraq ölər, ancaq nifaqla 
yaşayar. 
 
Beşinci nümunə: Yenə müəyyən bir təkfir 
İbn Əbdülvəhhab nəcdli hənbəli alimi olan Əhməd ibn Əbdülkərimə 
qarşı  çıxaraq  ona  məktub  yazmışdır:
124
İbn  Ğənnama  yönəldərək 
İbrahimin  dinindən  uzaqlaşdın.  Müşriklərə  tabe  olduğun  üçün  onlar 
əleyhində şahidlik edəcək!” 
Bu, İbn Əbdülvəhhabın üslubuna xas açıq təkfirdir. 
 
Altıncı nümunə: Hərameyn əş-Şərifeyn
125
 küfr diyarıdır! 
Onun  itaətinə  girməyən  və  dəvətini  qəbul  etməyən  bütün  bölgələr 
(Harameyn  də  daxil  olmaqla)  müşrik  diyarlarıdır!  Nümunə  üçün  baxın: 
Dürər, X cild, səh. 12,64, 65, 77, 86.
126
 
 
 
 
 
                                                 
123
 Əhli Zimmət  
124
 Dürər, X cild, səh. 64 
125
 Məkkə və Mədinə 
126
 Bütün bunlar sənədləşdirilmiş şəkildə Dürərdən alınmışdır. Yalnız yerində qeyd etdiyim istisna təşkil 
etməkdədir. 

 
 
86 
 
Yeddinci nümunə: İmamiyyənin
127
 təkfiri 
Hənbəlilərin  təkfiri  ilə  müqayisə  etsək,  imamiyyənin  təkfiri  daha 
asandır. İbn Əbdülvəhhab “kim onların küfründən şübhə edərsə, kafirdir”, - 
deyir.
128
 Bunu  Məqdisidən  rəvayət  edir.  Lakin  İbn  Teymiyyə  (ifratına  və 
mövzuya  dərindən  bələd  olmasına)  açıq  şəkildə  onların  bidətçi  müsəlman 
olduqlarını,  ancaq  kafir  olmadıqlarını  deyir.  Lakin  İbn  Əbdülvəhhab 
şiddətə daha çox üstünlük verir. 
 
Səkkizinci nümunə: Səhabələrə dil uzadanların təkfiri 
İbn  Əbdülvəhhabın  səhabələrə  dil  uzadanları  təkfir  etməsi  Dürərdə 
yer almışdır.
129
 Bu, ifrat əqaid kitablarında da yer almaqdadır. Ancaq doğru 
deyildir.  Xaricilərin  İmam  Əlini    (r.a)  təkfir  etməsinə  və  ona  dil 
uzatmalarına  baxmayaraq  o,  onları  kafir  hesab  etməmişdir.  Əbu  Bəkir 
Siddiq  də  eynisini  etmişdir.  İmam  Əhmədin  “Müsnəd”-ində  səhih  sənədlə 
Həzrət Əbu Bəkr özünə küfr edən və ağır həqarətlər yönəldənlərə qarşı bir 
söz deməyi qadağan etdiyi rəvayət olunur. Bəs onda niyə bunlar səhabəyə 
söyməyi  təkfir  sayır  ki?  Özləri  Əlini  (Allah  ondan  razı  olsun)  söyən 
Muaviyəni  müdafiə  etmirlərmi?  O  kimdir,  digəri  kimdir?  Müslimin 
“Səhih”ində  onun  Əli  ibn  Əbu  Talibi  söyməyi  əmr  etdiyi  yer  almırmı? 
İmam  Əlininimi  (r.a)    müdafiə  etmək  mübahdır,  yoxsa  ağzına  gələni 
danışanları  müdafiə  etməkmi?  Niyə  İmam  Əlini  (r.a)      müdafiə  etmək  və 
zülmü inkar etmək sadəcə şiə kitablarının haqqı edilsin ki?
130
 Sizə nə olub, 
necə hökm edirsiniz?  
                                                 
127
 On iki imam şiəsini (isnəəşəriyyə) nəzərdə tutmaqdadır. 
128
 Dürər, 10. cild, s. 369. 
129
 Dürər, 10. cild, s. 369. 
130
 Bir  çox  böyük  sünni  alimləri  İmam  Əlinin  (r.a)  fəzilətlərinə  həsr  olunmuş  əsərlər  qələmə  almışlar. 
Onlardan  biri  də  Nəsaidir.  “Xasaisu  Əmiril-Muminin  Əli  ibn  Əbi  Talib”  kitabını  dördüncü  əsrdə, 
Şamdakı  üsyana  rəddiyə  mahiyyətində  yazmışdır.  Bu  kitab  ucbatından  Nəsai  həyatından  olmuşdur. 
Şamlılar ayağa qalxdılar və oxşar bir kitabın Müaviyənin fəzilətləri haqqında yazmağını tələb etdilər! O 
dedi  ki,  onunla  əlaqəli  sadəcə  bir  dənə  hədis  bilir.  “Allah  onun  qarnını  doyuzdurmasın!”  Ona 
hirsləndilər və ölənə qədər xayalarını sıxdılar!  Onların pislikləri digər alimləri öldürdüklərində də üzə 
çıxdı. Digər bir əhli sünnə alimi “Müstədrək”-in müəllifi İmam Hafız Əbu Abdullah əl-Hakim idi. O, 
hicri beşinci əsrin əvvəllərində qələmə aldığı bu əsərdə İmam Əlinin (r.a) fəzilətlərindən bəhs etmiş və 
onu  müdafiəsi  mahiyyəti  daşəyan  rəvayətlərə  yer  vermişdir.  Yenə  adətləri  üzrə  müxaliflər  baş 
qaldırdılar  və  Müaviyənin  fəziləti  haqqında  hədis  çıxarmağını  tələb  etdilər.  O  da  dedi  ki,  içimdən 
gəlmir.  Buna  görə  Xorasandakı  evinə  həps  edildi.  Zamanın  əhli  sünnə  imamı  İmam  Əbdül-Bərr  də 

 
 
87 
 
Doqquzuncu nümunə: Vəhhabi məktəbinin  
Məkkə Mədinə xalqını təkfir etməsi  
İbn Əbdülvəhhabın Məkkə xalqını təkfir etdiyini görürük.
131
 Onların 
dinlərinin  Allahın  Elçisinin  (s.ə.s)  islah  etməyə  çalışdığı  müşrik 
inanclarının  eynisi  olduğunu  qeyd  edir!  Bəzi  vəhhabilər  buna  “onlar 
qəbirlərə  tapnırlar”  sözünü  də  əlavə  edirlər!  Onları  təkfir  etməyən  də 
(İslamı və müsəlmanları sevsədə)  onlar kimi kafirdir!
132
 
Bu əqidədən çıxış edərək İbn Əbdülvəhhabın tərəfdarları iki mübarək 
şəhəri  istila  etdilər.  Şəhərin  alimlərini,  ailələrini,  sakinlərini  bu  əqidəyə 
inanmağa  məcbur  etdilər.  Bu  hicri  1225  ilində  baş  verdi.  Mübarək 
məkanların  istilası  təxminən  hicri  1222  ilində  Səud  ibn  Əbdüləziz 
zamanında  tamamlandı.  (Bu  Səud,  XX-ci  əsrin  ortalarında  kral 
Əbdüləzizdən  sonra  hökmranlıq  edən  kral  Səud  ibn  Əbdüləziz    deyildir). 
İmam Səud ibn Əbdüləziz İbn Əbdülvəhhab kimi təkfir mövzusunda ifratçı 
idi. O, birinci Səudiyyə dövlətinin imamlarından idi. Onların hamısı ikinci 
və üçüncü Səudi dövlətlərinin əksinə vəhhabi ifratçıları idilər. Onlar (ikinci 
və üçüncülər) siyasətçilər idi və onları daha çox milli birlik və ümumi rifah 
                                                                                                                 
onlardan biridir. İmam Əlini (r.a) hicri beşinci əsrin ortalarında “İstiab” və “İstizkar” adlı kitablarında 
müdafiə  etdi.  Başına  pis  bir  şey  gəlmədi.  Çağdaş  sələfilər  isə  mövzunu  genişlətməyi  tənqid  edir  və 
“Səhabələr arasında ayrı-seçkilik etmirik” deməkdədirlər. Onlar bunu ən çox İbn Teymiyyənin etdiyini 
bilirlər. Bununla bizim bəhs etdiyimiz, İmamın (r.a) fəzilətlərini qeyd edib, Əməvi zülmünü pisləməyi 
nəzərdə tuturlar. Bu gün də onların İmam Əlini (r.a) müdafiə edən və Əməvi zülmünü tənqid edən hər 
kəsə  qarşı  hücumlarını  artırdıqlarını  və  onları  birbaşa  rafiziliklə  ittiham  etdiklərini  görürsən!  Burada 
məqsəd əhli sünnənin Əhli-beytin fəzilətini göstərməkdən və onları müdafiə etməkdən çəkinmədiklərini 
göstərmək  idi.  Ancaq  ifratçılar  ümumiyyətlə  (bu  gün  olduğu  kimi)  onların  yaddaşlardan  silinməsinə 
çalışırlar. Bütün bunları da səhabələr haqqında İbn Teymiyyənin, əl-Fərra əl-Hənbəlinin, Mühibbuddin 
əl-Xatib və sair sələfi kitabları, universitetlərdə oxudulan kitabları olmalarına  baxmayaraq edirlər. Gizli 
üsyanlarda çoxlu ləkə var! 
131
 Dürər, 9. cild, s. 291, 10. cild, s. 86. 
132
 Vəhhabilər  Məkkə  və  Mədinəni  fəth  etdikdən  sonra    Səud  əl-Kəbir  zamanında  yerli  alimləri  sənəd 
imzalamağa məcbur etdilər. Sənəddə bir hökm yer almaqda idi. “Məkkə və Mədinə xalqı fəthdən əvvəl 
böyük  küfr  içində  idilər.  Buna  görə  onların  qanları  və  malları  mübah  idi.  Geridə  qalan  müsəlman 
ölkələri də o gün böyük şirk içindədirlər!” (bax. Dürər, 1. cild, s. 314 – 317, orada iki vəsiqəyi də tapa 
bilərsən). Onların zorla və şiddətə məruz qalaraq alındığını – iki sənədin bənzərliyindən və bu alimlərin 
istiladan  əvvəl  vəhhabilik  əleyhində  olduqlarından  –  o  dəqiqə  başa  düşə  bilərsən.  Birinci  Səudiyyə 
dövlətində  hədsiz  ifratçılığın  səbəbi  idarə  edənlərin  də  alimlər  kimi  ifrat  olmaları  idi.  Ancaq  Allaha 
şükür  ikinci  və  üçüncü  Səudiyyə  dövlətində  vəhhabi  yoxdu.  Ancaq  onlar  hələ  də  ifrat  vəhhabiliyin 
təhlükəsini  anlamırdılar.  Buna  görə  də,  krallıqda  ifrat  güclərin  hücumları  ilə  qarşı  qarşıya  qaldılar. 
Çünki  ifratçılar  bütün  ifrat  sələfi  və  vəhhabi  mirasını  bundan  əlavə  partiyaçı  oyanış  hərəkatlarını  da 
mənimsədilər. Ölkədə əski və yeni ifratlçılıq üstəlik partiyaçılıq bir yerə toplandı. Həll yolu metodların, 
kitabların, fikirlərin və fətvaların yenidən gözdən keçirilməsindədir.  

 
 
88 
 
maraqlandırırdı.  Vəhhabilərə  digər  vətəndaşlara  hücum  etməyi  qadağan 
etdilər.  Onlardan  bəzilərı  gizli  də  olsa  vəhhabilikdən  uzaq  deyildi. 
Vəhhabiliyə  qarşı  böyük  sevgi  ehtiva  edən  davranışlara  sövq  etmişdir. 
Uzun  zaman  boyunca  bu  sevginin  daşıdığı  təhlükələrin  fərqinə  vara 
bilmədilər.  
İstənilən  halda  həmin  qalan  siyasətçilər  müsəlmanları  təkfir  etməyi 
və  haqlarına  təcavüz  etməyi  öz  dinləri  halına  gətirənlərin  çoxundan  daha 
fəzilətlidirlər.  Vəhhabiliyin  içində  ağıllı  və  insaflı  insanlar  da  var.  Ancaq 
biz, ifratdan uzaq olmayan çoxluqdan bəhs edirik.  
Bu  əvvəlki  sünni  məzhəblərindən  tövbə  etməyə  məcbur  edilən  və 
sonradan  bütün  müsəlmanları  təkfir  etmiş  olan  ifratçı  vəhhabilərə  tabe 
olaraq Məkkə və Mədinə alimlərinin imzaladığı tövbə sənədi) sənəddir: 
 
Məkkeyi- mükərrəmə alimlərinin nüsxəsi   
Təkfir  nüsxəsi  Səud  ibn  Əbdüləziz  ibn  Məhəmməd  zamanında 
yazıldı.  O  İbn  Əbdülvəhhabın  ixlaslı  tələbələrindən  idi.  Məkkə  alimləri 
həmin  sənədə  imza  atdılar:  “Biz  imzalarımızı  və  möhürlərimizi  bu  yazıya 
qoyan  Məkkə  alimləri  şahidlik  edirik  ki,  şeyx  Məhəmməd  ibn 
Əbdülvəhhabın  gətirdiyi  və    müsəlmanların  imamı  Səud  ibn  Əbdüləzizin 
dəvət etdiyi bu yol Allahın tövhidindəndir və şirkdən uzaqlaşdırmaqdır. Bu 
kitabda  qeyd  olunanlar  heç  şübhə  yox  ki,  haqqdır.  Keçmişdən  günümüzə 
qədər  Məkkə  və  Mədinədə,  Misirdə,  Şam  və  digər  diyarlarda  meydana 
gələnlər  şirk  növlərindəndir.  Onların  küfrü  mübah,  qanı  və  malı  halaldır. 
Əbədi  atəşdə  qalmaq  onlara  vacibdir.  Kim  bu  dinə  girməz  –  Məhəmməd 
ibn Əbdülvəhhabın gətirdiyi ilə əməl etməz, beyət gətirməz, düşmənləri ilə 
savaşmazsa  o  bizə  görə  Allaha  və  axirət  gününə  iman  gətirməmişdir. 
Etdiklərindən  tövbə  edib  bu  dinin  tələbinə  görə  yaşayana  qədər 
müsəlmanların imamına
133
 və müsəlmanlara onlarla savaşmaq və öldürmək 
vacibdir!!! Əvvəllər İbn Əbdülvəhhab və vəhhabiliyin əleyhində olanlar bu 
sənədə adlarını yazdılar və imza atdılar. Məcburiyyət olduğu açıq-aydındır. 
 
                                                 
133
 Səud ibn Əbdüləziz nəzərdə tutulmaqdadır. 

 
 
89 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin