Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   10   11   12   13   14   15   16   17   18

Beşinci mülahizə: 
İbn  Əbdülvəhhabın  bu  sərt  düşüncələrindən  biri  də  doqquzuncu 
səhifədə  “Tövhidin  fəziləti  və  hansı  növ  günah  təkfir  olunur”  bölümündə 
yer  almaqdadır.  Bir  neçə  hədis  nəql  edir  və  onlardan  biri  də  Übadə  ibn 
Samitin hədisidir: “Kim Allahın birliyinə, Məhəmmədin onun qulu və elçisi 
olduğuna, İsanın onun qulu, elçisi və Məryəmə çatdırdığı bir söz olduğuna, 
cənnət  və  cəhənnəmin  haqq  olduğuna  şahidlik  edərsə,  bütün  etdiklərinə 
baxmayaraq Allah onu cənnətə daxil edər”. 
Hədis  tənqidi  ilə  əlaqəli  bir  nümunə  zikr  edəcəyəm.  Mühəddislər 
tətbiqatda  deyil  ancaq  nəzəriyyədə  ona  qarşıdırlar.  Nəzəriyyə  ilə  tətbiqat 
baxımından meydana gələn fərqlilik üç şeyi bilən üçün asandır. 
Birincisi:  Hədis  əhlilin  nəzəriyyələrini  (iləl  elmi  ilə  bərabər 
istilahları)  bilmək.  Bu  mövzuda  xüsusilə  hədis  tələbəsinin  öyrənə  biləcəyi 
çox şey var. 
İkincisi: Mühəddislərin hədis kitablarını özlərinin qoyduğu nəzəriyyə 
ətrafında mühakimələri. Belə mühakimə çox nadirdir və zəiflikləri məşhur 
olan hədislər haqqında edilmişdir. Bu mövzuda Dəraqutni, Albani, Əhməd 

 
 
174 
 
əl-Ğımari  kimi  bəzi  şəxslər  istisna  edilirsə  digərləri  bunun 
(nəzəriyyələrinin) tətbiqində zəiflik göstərmişlər.  
Üçüncüsü:  Elmi  cəsarətin  olması.  Elm  tələbəsi  qınaqdan  və  ya 
insanlardan  birinin  onun  əleyhində  bidət,  zəlalət  və  küfr  kimi  hökm 
verməsindən  qorxmamalıdır.  Ona  vacib  olan  niyyətinin  Allah  və  həqiqət 
üçün  saf  olması  sonra  da  gördüyü  haqqı  ortaya  çıxarmasıdır.  Elm  iki 
qismdir: Məlumat və məlumatı tələb edərkən cəsarət göstərmək. 
İbn  Əbdülvəhhabın  Səhihi-Buxaridən  nəql  etdiyi  yuxarıdakı  hədisin 
Peyğəmbərə  (s.ə.s)  nisbət  edilməsi  qeyd  edəcəyim  səbəblərdən  doğru 
deyildir.
295
 
Birincisi,  hədisin  zahiri  mənası  açıq  bir  şəkildə  Qurana  ziddir.  Əgər 
müsəlman bunlara şahidlik edər, ancak pis işlər görər, zülm edər, insanları 
öldürər, oğurluq və zina edər, yetimin  malını yeyər, namazı, zəkatı, həcci, 
orucu  tərk  edər  və  bu  bənzər  böyük  günahları  işləyərsə  Qurana  görə 
cənnətə deyil cəhənnəmə girər. 
Bundan ötrü bu sözü təkrar edirəm. Biz Quranı tərk olunan bir kitab 
halına gətirdik. Quran müraciət edəcəyimiz ən son dəlil oldu.  Peyğəmbərə 
(s.ə.s)  nisbət  edilən  ahad  rəvayətlərə  güvənirik.  Halbuki  bəlkə  də  onları 
rəvayət edənlər yalan, fayda əldə  etmək, siyasət, məzhəb təəssübündən  və 
ya  bir  görüşdən  ötrü  olmasa  belə  vəhmə  düşmüş,  unutmuş  və  ya  xətaya 
düşmüşlər.  
Bu  hədisdə  olduğu  kimi  isnada  baxmağa  ehtiyac  duymuruq.  Böyük 
günah işləyənlərə Cəhənnəm vədi ayələrdə qeyd edildi. Biz isə ahad hədisə 
baxarıq.  Bu  böyük  günahlardan  uzaqlaşdırmırsa,  onun  Peyğəmbərə  (s.ə.s) 
nisbəti Səhihi-Buxaridə olsa belə doğru deyildir. 
 
Hədis sənədinin tənqidi 
Birincisi:  Hədis  Şam  qaynaqlıdır.  Onlar  isə  mürciə
296
 içərisində  ən 
pis  olanlardır.  Bu  hədis  də  mürciə  əqidəsinə  uyğundur.  Buxari  Səhihində 
                                                 
295
Bütün  hədislərin  Peyğəmbərə  (s.ə.s)  nisbəti  xüsusilə  də  zahiri  mənasında  Quran  baxımından  bu 
hədisdə nöqsanlıq varsa doğru deyildir. İsnadın doğru olması mətnin səhhətinə (doğru olmasına) dəlalət 
etməz.  Mətnin  səhhəti  digər  şeylərə  İslami  təhsilə,  Qurani-kərimə,  ağla,  başqa  səhih  hədislərə  və 
Peyğəmbərin (s.ə.s) qəti olaraq belə söylədiyinə dəlalət edən bir sıra məlumatlara möhtacdır.  

 
 
175 
 
hədisi  Sədəqə  ibn  Fəzldən  (xorasanlı  sələfidir,  etibarlı  ravidir)  o  da  Vəlid 
ibn  Müslüm əd-Diməşqi əl-Əməvidən (Vəlid müdəlləsdir
297
, bu da hədisin 
problemli  olduğuna  dəlildir),  o  da  Övzaidən  (Şam  xalqının  imamı, 
güvəniləcək  olmasına  baxmayaraq,  hədislərinin  çoxu  zəifdir
298
)  o  da 
Umeyir  ibn  Hanidən  (şamlıdır,  heç  bir  mötəbər  qaynaq  ona  güvənmir) 
rəvayət etdi. İbn Əbi Havari Övzainin ondan rəvayət etdiyini inkar etdi və 
onu pislədiyini qeyd etdi. Umeyir Bəni Ümeyyənin Ömər ibn Əbdüləzizdən 
sonra ən adili olan Yezid ibn Vəlidə hücum edən şamlılar ilə bərabər idi və 
bu  səbəbdən  ötrü  öldürüldü.  Bu  da  onun  (Umeyrin)  Bəni-Ümeyyənin  ən 
fasiqlərindən  olan  Vəlid  ibn  Yezidlə  bərabər  olduğunu  göstərir.  Bu  hədisi 
asilikdə ifrata gedən Vəlidi təmizə çıxararaq onu səkkiz qapısından cənnətə 
qoymaq  üçün  uydura  biləcəyi  uzaq  bir  ehtimal  deyildir.  Cünadə  ibn  Əbi 
Ümeyyə  (O  da  şamlıdır.  Şam  xalqı  hədis  əshabı  deyildir.  Zəhrani  idi. 
Hədislə  məşğul  olan  Zəhranilərin  çoxu  sənədi  olmayan  bir  çox  rəvayət 
etdilər.  Cünadə  Muaviyənin  dəniz  sərkərdəsi  idi.  Muaviyə  dənizdə 
savaşdığı qövmə acığı tutanda  gəmini batırırdı. Bu da o adamın  məlumatı 
ilə  həyata  keçirilirdi!  Muaviyənin  etibarını  qazanmışdı).  Bunu  Übadə  ibn 
Samitdən  (O  böyük  Bədr  səhabəsidir.  Faiz,  şərab  satışı  kimi  günahlardan 
ötrü  Muaviyə  ilə  düşmənçilik  edirdi.  Əgər  bu  hədisi  rəvayət  etmiş  isə, 
Muaviyənin zülmünü üzürxahlıq olaraq görür deməkdir. Çünki yuxarıdakı 
məsələlərdə  tamamən  iman  qabağa  çıxır)  də  nəql  edir.  Rəsul  (s.ə.s)  bir 
tərəfə, belə bir hədis rəvayət etməkdən Allah Übadə ibn Samiti uzaq tutsun. 
Üçüncüsü:  Hədisin  təməl  problemi  (illəti)  Vəlid  ibn    Müslümdir.  O 
şamlıdır  və  Bəni  Ümeyyə  idarəçilərindəndir.  Şam  xalqı  hədis  əshabı 
olmamış  və  onlara  əhəmiyyət  verməmişdir.  Bəni  Ümeyyə  tərəfdarlarından 
olması  Mürciə  olması  ehtimalını  artırır.  Çünki  Əməvilər  Şamda  cəbr 
                                                                                                                 
296
Mürciə böyük günah işləmənin imana zərər verməyəcəyini iddia etmiş bir müsəlman məzhəbidir.  
297
Müdəlləs ravi o raviyə deyirlər ki, o rəvayət edəndə arada olan ravilərdən birinin adını çəkmir. Bu cür 
arada ravi itəndə həmin hədis zəif və etibarsız sayılır.
 
298
Əhmədə  onu  soruşduqlarında  belə  dedi:  Hədisi  və  görüşü  zəifdir.  Bunu  Zəhəbi  “Nubəla”  adlı 
əsərində  Övzainin  və  Malikin  tərcümeyi-halında  qeyd  etdi.  Əhməd  Övzainin  zəif  olduğunu  nəzərdə 
tutmadı. Onun hədislərinin zəif olduğunu söylədi. Bu ikisi arasında fərq var. Hədisi zəifdir deyəndə onu 
zəif  olanlardan  aldığını  və  ya  mürsəl,  çatışmamazlıqları  olan,  bölgə  xalqının  əməl  etdiklərini  dəlil 
aldığını, o zaman zəifliyi digərindən qaynaqlandığını və onun zəif nəql edən olduğunu nəzərdə tuturuq. 
O, zəifdir dediyimiz zaman isə bu, onun qaynaq olaraq zəif olduğu mənasına gəlir.  

 
 
176 
 
(insanın  öz  əməllərində  azad  olmadığı)  və  irca  (böyük  günahların  imana 
heç  bir  zərər  vermədiyi)  fikrini  yaydılar.  Bu  hədisin  problemli  olmasına 
dəlalət  edən  ən  mühüm  dəlil  onun  (Vəlid  ibn    Müslümin)  yalançılıqla 
ittiham olunmasıdır. Özü ilə Övzai arasında yalançılar və zəiflərdən rəvayət 
etdi.  Ayrıca  nəql  əsnasında  isimləri  ortadan  qaldırdı.  Övzainin  zəif 
şeyxlərinin  yerinə  etibarlı  raviləri  qoydu.  Beləcə  Övzaini  yalançı  və 
zəiflərdən rəvayət etməkdən təmizləmiş oldu!  
Onun ümumi etibarlılığını bir tərəfə qoyaq. Xüsusi olaraq onun cərhi 
(tənqidi) ilə bağlı qeyd olunanalara baxaq. Onunla bağlı İmam Əhməd belə 
dedi:  “Onun  çox  xətası  var  və  rəvayətlərində  ortadakı  raviləri  qeyd 
etmədən, bir başa Peyğəmbərdən hədis nəql edərdi”. 
Onunla  bağlı  yerlisi  və  müasiri  Əbu  Mishar  əş-Şami  belə  deyirdi: 
“Vəlid Övzainin hədisini İbn Əbi Səfərdən aldı. İbn Əbi Səfər yalançı idi. 
O orada (yalançılqla) belə dedi: Övzai belə dedi”. 
Yenə  Əbu  Mishar  belə  deyir:  “Vəlid  ibn  Müslüm  Övzainin 
hədislərini  yalançılardan  aldı  sonra  da  sənədini  qarışdırdı  ya  da  adamları 
dəyişdirdi”. 
Heysəm  ibn  Xaricə  Vəlid  ibn  Müslüm  haqqında  belə  deyir: 
“Övzainin  hədisini  dəyişdirdi”.  Sonra  bunu  necə  etdiyini  anlatdı:  “O,  zəif 
ravilərdən  nəql  etdi.  Vəlid  isə  bu  zəifləri  isnaddan  qaldırdı.  Vəlid  bu 
təhlükəli  ittihama  qarşı  soyuqqanlı  bir  şəkildə  belə  dedi:  Övzai  bunlardan 
nəql  etməz”.  Heysəm  Vəlidin  onun  tövsiyələrinə  qulaq  asmadığını  qeyd 
etdi.  
Dəraqutni belə dedi: Vəlid ibn Müslüm Övzaidən hədislər nəql etdi. 
Övzainin  Nafi,  Ata  və  Zühri  kimi  şeyxləri  vardı.  Zəiflərin  isimlərini  qeyd 
etmədi. Övzainin Nafidən, Ata və Zühridən rəvayət etdiyini bildirdi. 
Əbu  Davud  belə  dedi:  “Vəlid  ibn  Müslüm  Malikdən  onlarca  hədis 
rəvayət  etdi.  Onun  təməli  yoxdur.  O  şamlıdır,  Malik  isə  mədinəli  və 
hicazlıdır.  Malik  şamlı  olsa  necə  olardı?  Ondan  neçə  dənə  batil  hədis 
rəvayət  edərdi?”  Sonra  Əbu  Davud  belə  davam  etdi:  “Digərləri  Vəlid  ibn  
Müslümdən  daha  yaxşı  vəziyyətdədirlər”.  Digərləri  dediyi  isə  hədisləri  ən 
çox qarışdıran (müdəlləs) insanlar idi. 

 
 
177 
 
Hafiz  ibn  Həcər  belə  dedi:  “Etibarlıdır  ancaq,  çox  sayda  qarışdırma 
(tədlis)  və  düzəltməyə  yol  vermişdir.”  Onu  hədisə  hiylə  qatanlar  kitabına 
daxil  etdi.
299
 Onun  dördüncü  bölümü  qarışdıranlar  haqqındadır.  “Onların 
hədisləri  ittifaqla  dəlil  qəbul  edilməz.  Onların  qarışdırmalarının  çoxu  zəif 
və məçhullardandir.” 
Beləcə Vəlidin zəif tərəfi ortaya şıxdı.  
Zəhəbi  Vəlidin  çox  pis  qarışdırma  etdiyini  etiraf  etməsinə 
baxmayaraq  müdafiə  etdi.  Daha  sonrakı  dövrün  mühəddislərin  yayğın 
iddialarını  dəlil  gətirdi:  “Buxari  və  Müslüm  onu  dəlil  göstərdi.  O  ikisi 
hədisi seçər və onun inkar edilməsindən çəkinirlər” dedi.
300
 
Ancaq  Zəhəbi  Buxari  və  Müslümin  hədislərinin  saf  və  yanlışlardan 
uzaq  olduğunu  iddia  etdi.    Bu  iddia  Quranı-Kərimə  muxalif  olan  hədisin 
varlığını ortadan qaldırır. 
Buxari və Müslümin minlərcə səhih hədisə sahib olduqları doğrudur. 
Ancaq  belə  demək  mümkündürsə,  Quranın  məntiqi  onlara  çatmamışdır. 
Bundan ötrü də bunun kimi hədis rəvayət etdilər.  
 
Xülasə:    
Müslimin  uzaq  durduğu,  Buxarinin  isə  rəvayət  etdiyi  bu  hədis 
batildir.  Onun  Peyğəmbərimizə  nisbət  edilməsi  Quran  mətninə  müxalifət 
etməsindən və sənədinin zəif olması səbəbiylə doğru deyildir.  
İbn  Əbdülvəhhabın  təkfir  etdiyi  hər  kəs  kəlimeyi-şəhadət  gətirir  və 
bu  hədisdə  mövcud  olan  xüsusiyyətlərə  iman  edərdilər.  İbn  Əbdülvəhhab 
tövhid  araşdırmasında  öz  şərtlərinə  bağlı  olan  biri  olsa  belə  sifətlər 
mövzusunda təvil, təbərrük, salehlərlə təvəssül etmək, Əlini, Əbu Bəkr və 
digərlərindən  üstün  görməyi  bidət  elan  edərək  onları  cəhmiyyə,  şirk, 
rafiziliklə ittiham etdi. Hədisdə qeyd olunan xüsusiyyətlər bağlayıcı olmaz. 
Dini sadəcə onunla məhdudlaşdırmaq xətadır. Çünki əməlsiz qəlb və dillə 
                                                 
299
Kitab “Tərif əhlin-naqdis biməratibi’l-məvsufîn bi’t-tədlis” adıyla tanınmışdır. Əleyhində mülahizələr 
vardır.  Ancaq,  Vəlid  haqqındakı  sözləri  qəti  qarışdırma  ilə  vəsf  edilmişdir.  Qarışdırmanın  ən  pisi 
qarışdırma və düzəltmədir.  
300
Onun  “Təhzibul-Kamal”  kitabındakı  biyoqrafiyasına  bax.  Digər  ravilər  haqqında  etdiyi  nəqilləri  də 
“Təhzibul-kamal”-dan aldı. 

 
 
178 
 
iqrar  olunan  iman  mürciədir.  Bunlar  onu  şiddətli  bir  şəkildə  pislədilər. 
Müasir  sələfilərdən  bəzisi  hənbəlilərin  Əbu  Hənifəni  təkfir  etməsini  üzrlü 
gördülər.  
 
Nəticə: 
Bu Məhəmməd ibn Əbdülvəhhabın “Kitabu’t-Tövhid” kitabının hələ 
tamamlanmamış  tənqid  nümunəsi  idi.  Bunun  qalmasını  istəmədim!  Onun 
içindən bitirdiklərimin faydalı olanlarını  nəşr etmək istədim. Bəzi insanlar 
bu kitabda batil heç bir şeyin yer almadığını zənn edirlər.
301
Oxucular içində 
bunu tamamlamam üçün məni cəsarətləndirənləri tapmağı ümüd edirəm.  
Allah  İbn  Əbdülvəhhabı,  tərəfdarlarını,  müxaiflərindən  müsəlman 
alimlərini və avamın hamısını rəhməti içində bağışlasın. 
Allah İbrahim və ailəsini xeyirlərlə əhatə etdiyi kimi, Məhəmməd və 
onun ailəsini də xeyirlə əhatə etsin. 
 
Həsən ibn Fərhan əl-MALİKİ 
 
Hicri 1425 Cəmadiyəl-Əvvəlin 11-i 
Riyad 
Səudiyyə Ərəbistan Krallığı 
 
 
                                                 
301
Onlar  ifrat,  təkfir,  təcsim  mövzusunda  öz  fikirlərini  dəstəkləyən  hər  kitaba  belə  yanaşırlar.  İçində 
böyük ifratkarlıq olmasına baxmayaraq Barbaharinin “Kitabus-Sünnə”-ini tərifləyərlər. İbn Teymiyənin 
“Minhacus-sünnə”  adlı  kitabında  böyük  ifratkarlıqlar  zahir  olmasına  baxmayaraq  ona  da  eynisini 
edirlər.  İçi  təcsimlə  dolu  olmasına  baxmayaraq  əski  hənbəli  etiqad  kitabları,  təkfir  metodunu  izlədiyi 
halda  İbn  Əbdülvəhhabın  kitablarını  da  tərifləyərlər.  Bunun  nəticəsi  şəri  hökm  vermə  ilə  son  olur. 
İnsanlara hökm vermək üçün bu kitablar qaynaq qəbul edilir. Özlərindən başqa bütün müsəlmanlar küfr
dindən dönmə və zəlalət arasında qalırlar. Gözəl bir iş tutduqlarını sanırlar.  

 
 
179 
 
MÜNDƏRİCAT 
 
Giriş .................................................................................................. 3 
Məhəmməd ibn Əbdülvəhhabın həyatı.............................................. 4 
Əsərləri............................................................................................... 6 
Fikirləri..............................................................................................  7 
MÜQƏDDİMƏ............................................................................... 13  
Müqəddimə məsələləri..................................................................... 13 
Birinci məsələ. Məhəmməd ibn Əbdülvəhhab kimdir?  .................. 13 
İkinci məsələ. İbn Əbdülvəhhabı təqlid edənlərlə onu  
pisləyənlərin həddi aşmaları .............................................................14 
Üçüncü məsələ. “Vəhhabi” termininin istifadəsi ............................ 16 
Dördüncü məsələ. Elm və dəvətdə İbn Əbdülvəhhab  
yalnız deyildi ................................................................................... 16  
Beşinci məsələ. İfratçı qruplar vəhhabiliyi  
necə mənimsəyib müdafiə etdilər? .................................................. 19 
Altıncı məsələ. Radikallığa meyilli cərəyanların vəhhabiliyi  
mənimsəmələrinin qarşısını necə ala bilərik? ................................. 20 
Yeddinci məsələ. Kimin dəyərləndirmə haqqına  
sahib olduğunu ifratçılar təyin edir? ................................................ 22 
Səkkizinci məsələ.  İfratı qadağan edən ifratçılar! ........................... 26 
Doqquzuncu  məsələ. İbn Əbdülvəhhabın düşüncəsini  
və üslubunu tanımaq üçün qaynaqlarımız  ...................................... 27 
Onuncu məsələ. Araştırmanın metodu və səbəbi ............................ 30 
SON SÖZ ........................................................................................ 33 
 
BİRİNCİ BÖLÜM 
Məhəmməd ibn Əbdülvəhhabın “Kəşfüş-şübuhat”  
kitabının tənqidi. Nə üçün “Kəşfüş-şübuhat”?  ............................... 34 

 
 
180 
 
İxtilaf nöqtələrini ortaya çıxarmaq .................................................. 79 
 
İKİNCİ BÖLÜM 
İbn Əbdülvəhhabın digər əsər və risalələrindəki görüşləri  
haqqında araşdırma (Dürərus-səniyə nümunəsi) ............................. 81 
XÜLASƏ ...................................................................................... 106 
İbn Əbdülvəhhabı təkfirdən uzaq tutmaq ...................................... 106 
İbn Əbdülvəhhab ziddiyyətə düşdümü? ........................................ 107 
 
ÜÇÜNCÜ BÖLÜM  
Fəaliyyət davam edir ..................................................................... 111 
Vəhhabilərin öz içərilərində bəzilərini təkfir etmələri .................. 119 
Günümüzdə ................................................................................... 121 
Vəhhabi məktəblərində etidal nümunələri .................................... 121 
 
DÖRDÜNCÜ BÖLÜM  
Vəhhabiliyə qarşı olanların ən məşhurları ..................................... 122 
Alimlərin İbn Əbdülvəhhaba yönəltdiyi ən məşhur ittihamlar ..... 128 
 
Əlavə 
Birinci paraqraf  .......................................................................... 132 
İkinci paraqraf: Vəhhabi termini ................................................ 135 
Üçüncü paraqraf: Məhəmməd ibn Əbdülvəhhabın  
müasiri olan alimlər ....................................................................... 137 
Dördüncü paraqraf: İbn Əbdülvəhhabın qadağan etməsinə  
baxmayaraq onunla bağlı mövzularda ifrata getmə ...................... 139 
Beşinci paraqraf: Zeydiyyə ......................................................... 150 
Altıncı paraqraf ........................................................................... 152 

 
 
181 
 
Yeddinci paraqraf: İraq və Nəcdi pisləyən hədislər ................... 157 
 
Nəticə ............................................................................................ 160 
Məhəmməd ibn Əbdülvəhhabın  
“Kitabut-Tövhid”-inin tədqiq olunması ........................................ 162 
Kitabut-Tövhidə Dönürük ............................................................. 163 
Birinci mülahizə ........................................................................... 163 
İkinci mülahizə ............................................................................ 164 
Üçüncü mülahizə ........................................................................  166 
Dördüncü mülahizə ....................................................................  168 
Beşinci mülahizə .........................................................................  173 
Hədis sənədinin tənqidi ................................................................. 174 
Xülasə ..........................................................................................  177 
Nəticə ...........................................................................................  178 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin