Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   10   11   12   13   14   15   16   17   18

 
Kitabut-Tövhidə dönürük: 
Kitab 116 kiçik səhifədən və 65 bölümdən meydana gəlməktədir. 
İbn  Əbdülvəhhabın  fikri  və  metodu  ilə  əlaqə  qurmaq,  ilk  qələmə 
aldığı  kitabın  yerini  qeyd  etmək  üçün  mülahizələrdən  nümunələr 
verəcəyəm.  Ayrıca  onun  Kəşfuş-Şübühatla  bərabər  vəhhabilikdəki  yerini 
ortaya  qoyacağam.  Kitabın  tənqidi  oxumalarını  hələ  tamamlamamışam  və 
bunu etmək üçün fürsətimin olacağını ümüd edirəm. 
 
Birinci mülahizə: 
İbn  Əbdülvəhhab  kitabın  beşinci  səhifəsində  sadəcə  Allaha  ibadət 
etməyin  vacibliyi  və  onun  şəriki  olmadığına  dair  ayələri  sayaraq  başlayır. 
Bunda müsəlmanlar arasında ixtilaf yoxdur. Əgər kitab Allahdan başqasına 
tapınan  müşriklərə  qarşı  olsaydı,  doğru  olardı.  Ancaq  təəssüf  ki,  ondan 
məqsəd  müxaliflərimiz  olan  və  onun  şirk  olaraq  gördüyü  bəzi  hərəkətləri 
edən  müsəlmanlardır.  Həqiqətdə  o  bəzilərinin  etdiyi  mübah,  bidət  və  ya 
kiçik  şirk  olan  xətalı  tətbiğatların  ortaya  çıxardığı  fərqliliklərdir.  Böyük 
şirklər  isə  çox  azdır.  Üstəlik  bu  xürafə  və  bidətlər  sadəcə  dövrümüzə  aid 
deyildir.  O,  qədimdən  bəri  davam  etmişdir.  Bu  onu  tənqid  etməkdən, 
açıqlamaqdan və çəkinməkdən uzaq durmaq mənasına gəlməz. Vacib olan 
inkardakı ifratdan uzaq durmaqdır. İşin əsli müsəlmanları təkfir etməkdir. 

 
 
164 
 
Bizə  görə  bəzi  şəxslərin  uydurma  fikirlərindən  ötrü  bütün 
müsəlmanları günahlandırmaq doğru deyildir. Çünki bu, bütün ümmətdə və 
xalqlarda  meydana  gələn  təbii  bir  işdir.  Ancaq  müxalifəti  əsas  alaraq 
başqalarına  zərər  vermək,  hakimiyyətə,  xütbələrə,  nəşriyyatlara,  minbərə, 
vəzifə  və  zənginliyə  əsaslanaraq  düşmənçilikdə  ifrata  getmək  işlərin 
yürüdülməsində  ifrata  getməkdir.  Onun  çoxu  ixtilaflı  məsələdir,  bidət  və 
zülmdür. 
 
İkinci mülahizə: 
Sonra  İbn  Əbdülvəhhab  İbn  Məsuddan  belə  bir  rəvayət  edir: 
“Peyğəmbərin  (s.ə.s)  vəsiyyətinə  baxmaq  istəyən  Allahın  bu  sözünü 
oxusun:  “(Ya  Rəsulum!)  De:  “Gəlin  Rəbbinizin  sizə  nələri  haram  etdiyini 
deyim:  Ona  heç  bir  şərik  qoşmayın;  ata-anaya  yaxşılıq  edin;  kasıblıq 
üzündən  uşaqlarınızı  öldürməyin.  Sizin  də,  onların  da  ruzisini  Biz  veririk. 
Açıq  və  gizlin  pis  işlərə  yaxın  düşməyin.  Allahın  (qətlini)  haram 
buyurduğu  cana  qıymayın  (müsəlman  və  ya  əhli-zimməni  haqsız  yerə 
öldürməyin).  (Allah)  bunları  sizə  tövsiyə  etmişdir  ki,  bəlkə,  düşünüb 
anlayasınız!  Yetimin  malına,  xeyirxah  məqsəd    istisna  olmaqla,  həddi-
buluğa  çatana  qədər  yaxın  düşməyin.  Ölçüdə  və  çəkidə  düz  olun.  Biz  hər 
kəsi  yalnız  qüvvəsi  yetdiyi  qədər  yükləyirik.  Söz  söylədiyiniz  zaman 
(lehinə  və  ya  əleyhinə  danışdığınız  adam)  qohumunuz  olsa  belə,  ədalətli 
olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. 
(Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul 
edəsiniz!  Bu,  şübhəsiz  ki,  Mənim  doğru  yolumdur. ”
288
İbn  Əbdülvəhhab 
ayələrin  dəlalət  etdiyi  mənanı  və  sözün  qaynağını  qeyd  etmədi.  Ancaq 
bizim  üçün  mühüm  olan  buradakı  ayələrdir.  Bu  vəsiyyətin  Peyğəmbərə 
(s.ə.s) aid olub- olmadığını bir tərəfə qoyuruq. Allahın əmir və qadağa deyə 
adlandırdıqları yetərlidir. Bu iki ayəyə baxdığımızda aşağıdakıları görürük: 
1 – Şirki qadağan edir. 
2 – Ana ataya yaxşılıq etməyi əmr edir. 
3 – Ruzi qorxusundan körpələri öldürməyi qadağan edir. 
                                                 
288
 Ənam, 151-153. 

 
 
165 
 
4- Xaricdə və daxildə ifratçılığı qadağan edir. 
5  –  Allahın  haram  etdiklərini  (sadəcə  haqqlı  səbəblər  istisna) 
öldürməyi qadağan edir. 
6 – Yetimin malını yeməyi qadağan edir. 
7 – Tərəzini doğru çəkməyi və ölçüyə riayət etməyi əmr edir. 
8 – Yaxın olsa belə sözündə ədalətli olmağı əmr edir. 
9 – Əhdə vəfa etməyi əmr edir. 
İbn Əbdülvəhhabın şirk hesab etdiklərinin çoxunun şirk olmamasına 
baxmayaraq,  istər  böyük,  istərsə  də  kiçik  olsun  şirki  qadağan  etməsi 
gözəldir.  Ancaq  bu  mövzuda  ifrata  getməsək,  ayədə  vəhhabilərin  əməl 
etmədikləri  etdikləri bəzi əmrləri də görürük. Bu da Allahın haram qıldığı 
nəfsin  (sadəcə  haqqlı  səbəblər  istisna)  öldürülməməsidir.  Vəhhabilər 
müsəlmanların  çoxunu  haqqsız  yerə  öldürdülər.  Hətta  onların  qətli 
məscidin içində namaz qıldıqları yerdə ediləcək qədər həddi aşdı. Belə ki, 
zamanlarının alim və avamına qarşı, digərləri bir yana hənbəli və sünnilərə 
qarşı  dindən  çıxaran  böyük  təkfir  ittihamında  da  ədalətli  olmadılar.
289
 
“Yaxında olsa da sözündə ədalətli olmaq” kəlamından isbat etməyə yetəcək 
qədər dəlilə sahib olmağı başa düşürük. 
İbn  Əbdülvəhhab  və  tərəfdarları  ayənin  birinci  qismindəki  vəsiyyət 
üzərində çox dayandılar. O da şirki qadağan etmə əmridir. Ümmətdə şirkin 
az  olması  və  ya  heç  olmamasına  baxmayaraq  ifrata  getdilər  və  şirk 
olmayanları da şirkə daxil  etdilər. Bununla bərabər  yenə də ifrata  gedərək 
ayənin  (Quranın  bütünündəki  əmr  və  qadağalar  bir  yana)  digər  əmr  və 
qadağalarına  biganə  yanaşdılar.  Onlardan  ən  mühümü  qanın  və  ismətin 
haram olmasıdır. Müsəlmanların qanının haramlığına,
290
 onlara qarşı hökm 
və  sözlərdə  ədalətli  olmağa  riayət  etmədilər.  Allah  onlara  mərhəmət  etsin 
və günahlarını bağışlasın.  
 
                                                 
289
 Yuxarıda  bunun  nümunələri  heç  bir  şübhə  buraxmayacaq  şəkildə  qeyd  olundu.  Məhəmməd  ibn 
Əbdülvəhhab və tərəfdarları təkfir mövzusunda ifrata getdilər və zamanlarının müsəlmanlarının çoxunu 
təkfir etdilər. 
290
 Müsəlmanların  qanı  sadəcə  zahiri  və  ümümi  dindən  dönmə  və  müsəlman  ölkələrinin  birindən 
ayrılma  olarsa  halal  olur.  Ya  da  ədalətli  imama  qarşı  asi  gəlmək,  yol  kəsmək  və  qisas  kimi 
vəziyyətlərinin olması lazımdır. 

 
 
166 
 
Üçüncü mülahizə: 
Sonra İbn Əbdülvəhhab Muaz ibn Cəbəldən Peyğəmbərin (s.ə.s) belə 
dediyini  rəvayət  edir:  “Ey  Muaz,  Allahın  qulu,  qulun  da  Allah  üzərindəki 
haqqı  nədir?  Allahın  qul  üzərindəki  haqqı  sadəcə  ona  ibadət  edilməsi  və 
şirk  qoşulmaması,  qulun  Allah  üzərindəki  haqqı  isə  ona  şirk  qoşmadığı 
müddətcə əzaba məruz qalmamasıdır.” 
Birincisi,  burada  zahirən  Qurana  müxalif  olan  hədisləri  dəlil 
göstərmək məsələsi ətrafında böyük fəlsəfə vardır. Bunu ona aid etmək və 
Muazın  hədisinin  onlardan  olduğunu  söyləmək  istəmirəm.  Lakin  istənilən 
halda  hədis  ahad  (sübuti  zənni)  olaraq  işlədilmişdir.  Sübutu  qəti  olan  
ayədən istifadə etmək lazımdır. 
Məhəmməd İbn Əbdülvəhhab və vəhhabi hərəkatı bu hədisdən çıxış 
edərək  insanlara  şirk  qoşmadıqları  müddətcə  Allahın  onlara  əzab 
verməyəcəyini  bildirirlər.  Şirkdən  isə  iki  şeyi  nəzərdə  tuturlar:  həqiqi  şirk 
və şirkə daxil etdikləri digər tətbiqatlar. Bu ikincisində ixtilaf vardır. 
Birincisi, bu, zənni dəlildən vəya digər daha açıq və sağlam dəlilləri 
görməməzlikdən  gələrək  meydana  gələn  bir  metod  xətasıdır.  O,  sadəcə 
vəhhabilərin  deyil  ümumən  müsəlmanların  düşdüyü  bir  xətadır.
291
 Bir 
(ahad)  hədis  səhih  olsa  belə  Qurana  ziddirsə  onunla  dəlil  gətirmək  caiz 
deyildir  və  ya  ən  azından  hədisi  doğru  anlamağımız  lazımdır.  Bir  hədisin 
zahiri  və  məhdud  mənasını  ələ  alaraq,  mənadakı  məhdudlaşdırmanı 
                                                 
291
Bu  böyük  metod  xətası  Qurani-Kərimi  düşünməyi  tərk  etmənin  təbii  bir  nəticəsidir.  Onu  oxuyuruq 
ancaq nə düşünür nə də ayələri bir mövzu ətrafında toplayırıq. Rəvayət olunan hədislərin oxunmasına 
kömək  etmək  üçün  ümumi  nəzəriyyələr  də  çıxarmağa  çalışmırıq.  Bu  rəvayət  edənlərə  laqeyd 
yanaşmağa    ya  da  hədislərin  rəvayətini  unutmağa  aparır.  Sonra  da  bir  çox  alimlərin  doğru  deyə 
təsdiqlədiyi gözlənilməz hadisələrlə qarşılaşırıq. Ya hədislər ya da bizim  onları açıqlamağımız Qurana 
tərs düşür. Bu hədislərin çoxu savaba təşviq etmə və günahdan uzaqlaşdırma ilə əlaqədardır. Müsəlman 
hədisin  bir  şəxsi  çox  vaxt  bəsit  işdən  ötrü  cənnətə  və  ya  cəhənnəmə  aid  etməsinə  təəccüblənir.  Bu, 
alimlərin mənanı çıxarmada  (əmr və qadağalarla əlaqəli Qurandan çıxan ümümi qaydada) göstərdikləri 
biganəliyin təbii nəticəsidir. Böyük və kiçik günahlar, Allahın bir şeyə savab ya da əzab dediyi şeylər, 
heç  üzərində  nəss  olmayan  işlər  və  s.  Bundan  ötrü  də  ümumi  mənada  hədisləri  rədd  edən,  onların 
isbatına şübhə ilə yanaşan və yazılmasının şəri olub olmadığını münaqişə edən qruplar ortaya çıxdılar. 
Əgər Müsəlmanlar işlərdə hökm verərkən, Quranı hakim təyin etsəydilər (hakim etmələri də vacibdir) 
belə böyük  fikri dağınıqlıq da  olmazdı.  Bu da ayəyə, hədisə  və alimin sözünə bağlanmağı şərt qoşur. 
Bizim  işlər  bir  birinə  qarışmış  vəziyyətdədir.  Çünki  dəlil  ierarxiyası  inşa  edə  bilməmişik.  Dəqiq 
dəlillərdən  zənnə  dayananlara,  açıqdan  mütəşabih  olana,  Qurandan  zənni  sünnəyə,  şəri  nəsslərdən 
alimlərin sözlərinə dönürük. Bu həqiqətən də  uzun bir mövzudur. Vaxt isə azdır.  

 
 
167 
 
görməməzlikdən  gələrək,  daha  səhih  olana,  Quran  ayələrinə,  digər  səhih 
hədislərə, qəti İslami dəlillərə zidd olub olmadığına baxmayaraq dəlil irəli 
sürmək cahillik və boş istəkdir. Bu bizi ziddiyətə düşürər. Tabe olanları da 
düşüncədə, hökmdə və tətbiqatda xətalara sövq edər.  
Hədisə  görə  ibadət  etmək  (əgər  kəlmələri  səhidirsə)
292
 Allahın  böyük 
əmr  və  qadağalarına  itaət  etməkdir.  Hədisi  ayələrdən  və  digər  səhih 
hədislərdən ayrı anlamaq caiz deyildir. Xüsusilə də hədisi zahiri mənası ilə ələ 
alsaq  Qurani-Kərimə  açıq  bir  şəkildə  tərs  düşə  bilər.  Əgər  bir  insan  Allaha 
şərik qoşmamış, ancaq öldürülməsi haram olan birini öldürmüşsə ona beləmi 
deyəcəyik: “İnsanları öldürsən də, zülüm etsən də, mallarını yesən də əmin ol 
ki, Allaha şirk qoşmadığın üçün cəzalandırılmayacaqsan?” 
Əksinə  ona  belə  deyərik:  Qurani-Kərim  (ahad  hədisdən  əvvəl) 
öldürülməsi haram olan birini öldürəni cəhənnəm ilə cəzalandıracağını bildirir. 
Belə  ki,  Allah  (c.c)  belə  deyir:  “Hər  kim  bir  mömini  qəsdən  öldürərsə  artıq 
onun  cəzası əbədi cəhənnəmdə qalmaqdır.  Allah ona qəzəb  etmiş,  lənətləmiş 
və  böyük  əzab  hazırlamışdır”
293
 Açıq  ayəni  hədis  ravilərinin  silsiləsi  üçün 
tərkmi edəcəyik? 
Üstəlik İbn Əbdülvəhhab və vəhhabi cərəyanı birini Allaha ibadət edib, 
ona  şərik  qoşmaması  ilə  qane  olmurlar.    Ölkəsində  olan  pisliklərə  qarşı  çıxa 
bilməyən şəxsi də, öz yanlarına hicrət etmədiyi müddət ərzində təkfir edirlər. 
Müsəlmanların  təkfiri  və  onlarla  savaşma  mövzusunda  onları  təsdiq 
etməyənləri  də  təkfir  edirlər.  Onlara  xarici  deyənləri  də  təkfir  edir,  onlarla 
savaşır  və  bunu  Peyğəmbərimizin  (s.ə.s)  dinini  inkar  hesab  edirlər.  Bunun 
nümunələri  şahidlərin  təsdiqi  ilə  daha  əvvəl  qeyd  olundu.  Onlar  tətbiq 
baxımından şirk ittihamını, hökm verməyi və qılınc çəkməyi genişləndirirlər.  
                                                 
292
Çünki  mühəddislərin  özlərinin  də  etiraflarına  görə  hədislər  ümumi  məna  olaraq  rəvayət  edilmişdir 
(İbn Salahın müqəddiməsinə və hədis üsulu elminin bütün kitablarına baxmaq yetərlidir). Rəvayət məna 
olaraq edildiyində vəhm, üsyan və xətanın olması təbiidir. Bundan əvvəl isə Qurana, daha səhih hədisə 
və  məntiqi  dəlillərə  tərs  olmaması  lazımdır.  Hədis  isnadı  səhih  isə  iki  səhih  hədis  kitabında  yer  alır. 
Ancaq mətn göründüyü kimi deyildir. Yəni Quran böyük günahlar işləyənə böyük şirkə girməsə belə 
əzab  verəcəyini  (haqsız  yerə  adam  öldürmə,  yetimin  malını  yemə,  zülm  hallarında)  bildirir.  Hədisin 
zahiri  mənası  buna  tərsdir.  Hədisi  Qurana  tabe  tutmaq  lazımdır.  Əks  halda  Qurani-kərim  yalnızca  bir 
bərəkət  kitabı  kimi  qalar.  Təəssüf  ki,  indi  belədir.  Biz  Quranı  hər  ay  vəya  hər  il  xətm  edirik,  ancaq 
işlərimizdə  ona  görə  höküm  vermirik.  Ravilərin  rəvayətlərini  Qurana  dayandırmırıq.  Buna  görə  də 
ağlımız, ədalətimiz, elmimiz və şəriətimiz zəif qalır.   
293
Nisa/ 93. 

 
 
168 
 
Dördüncü mülahizə: 
Sonra İbn Əbdülvəhhab altıncı səhifədəki hədisdən çixiş edərək bunu 
qeyd edir: 
1 – “İbadət tövhiddir. Çünki düşmənçilik ondadır”. 
Bu  ibadəti  məhdudlaşdırmaqdır.  Çünki  İbn  Əbdülvəhhabın 
müxalifləri belə deyirlər: Biz Allahdan başqasına ibadət etmirik,  onda bizi 
niyə təkfir edirsiniz? O isə yuxarıdakı sözü onlara söylədi. İbadət tövhidlə, 
tövhid  də  kəlimeyi-tövhidin  (vəhhabilik  tərəfindən)  genişləndirilmiş  uzun 
şərtləri ilə məhdudlaşsa, onda muxaliflərdən  heç  kimin müsəlman qalması 
mümkün  olmaz.  Hər  hansı  bir  şəxs  sadəcə  tövhid  və  şirk  mövzusunda 
ancaq  onun  (İbn  Əbdülvəhhabın)  tərifinə  və  ictihadına  tabe  olarsa 
müsəlman ola bilər. Elm tələbəsi işin başlanğıcında bunun doğru olduğunu 
zənn edə bilər. Buna görə də Əmir Sənani, Şövkani və digər alimlərin İbn 
Əbdülvəhhabın dediyinin doğru olduğuna şahid olduqlarını görürük. Çünki 
İbn Əbdülvəhhab və tərəfdarları bu alimlərlə qarşılaşdıqlarında onlara belə 
deyirdilər:  “Biz  yalnız  Allaha  ibadət  etməyə  və  şirki  tərk  etməyə  dəvət 
edirik”.  Digər  alimlər  isə  belə  deməkdən  başqa  çarə  tapa  bilmirlər:  “Bu 
Allahın dinidir və biz sizinləyik”. Beləcə onlar İbn Əbdülvəhhab və ondan 
sonra  gələn  tərəfdarları  ilə  yazışmış,  onları  nəzm  və  nəsr  ilə  tərifləmişlər. 
Ancaq bu alimlər vəhhabilərə görə tövhid kəlməsinin uzun, incə şərtlərinin 
və  çox  sayda  doğru  olmayan  təzadlarının  olduğunu  bilsəydilər  İbn 
Əbdülvəhhabı  dəstəkləməzdilər.  Buna  görə  də  Əmir  Sənaninin  vəhhabilər 
tərəfindən  hicri  1171-ci  ildə  Rağbədə  öldürülən  Mərbəd  ət-Təmimi 
tərəfindən məlumatlandırıldıqdan sonra İbn Əbdülvəhhabı tərifləməkdən üz 
döndərib ona tənqidlər yönləndirdiyini görürük. Mərbəd ət-Təmimi ona İbn 
Əbdülvəhhabın kitablarının uzun izahlarını müxtəsər şəkildə anlatmışdı.  
Alimlərin  İbn  Əbdülvəhhabla  olan  ixtilafları  tövhidə  dəvət  ya  da 
şirkdən  uzaqlaşdırmaq  məsələsində  deyildir.  Bu  işə  heç  avam  müsəlman 
belə  etiraz  etməz.  Zamanının  Nəcd,  Hicaz,  İraq  və  Yəmən  alimləri  necə 
qarşı  gələr  ki?  Onların  müxalifət  etdikləri  məsələ  tövhid  üçün  və  şirkdən 
qurtulmaq üçün İbn Əbdülvəhhabın irəli sürdüyü uzun və təzadlı şərtlər idi.  

 
 
169 
 
Bunu  yaxşı  bir  şəkildə  dərk  etdiyimizdə  alimlərin  nə  səbəbdən  ona 
qarşı  çıxdıqlarını  və  avamın  da  uyduğunu  anlayarıq.  İbn  Əbdülvəhhabın 
özü  müxaliflərinin  avamdan  deyil,  alimlər  və  xüsusi  adamlar  olmasından 
şikayət  edir.  Çünki  avam  avamdır.  Bir  hədis  və  ya  alimin  nöqsan  bir 
görüşünü  duyduqlarında  zəif  belə  olsa  orada  olan  təşviq  və  çəkindirmə 
(tərğib və tərhib)  ifadələrinə  inanar və müsəlmanlara  etiraz  edərlər. Çünki 
alimləri onlara bu insanların Əbu Cəhlin şirki kimi böyük şirkdə olduqlarını 
söylədilər. İbn Əbdülvəhhab də müxalif alimləri belə vəsf etdi.
294
 Əgər İbn 
Əbdülvəhhab  peyğəmbərlərlə  insanlar  arsındakı  düşmənçiliyin  səbəbinin 
ancaq  tövhid  olduğunu  nəzərdə  tutursa,  bu  doğru  deyildir.  Bu  risaləti 
sadəcə dəvətin bir qismi ilə məhdudlaşdırmaqdır. Burada məsələ insanların 
çox  günah  işləmələri  idi.  Elçilər  onları  zülmdən,  tərəzidə  haqqı  az 
verməkdən,  öldürülməsi  haram  olan  birini  öldürməkdən  çəkindirdilər.  İbn 
Əbdülvəhhab  “Məsailul-Cahiliyyə”  adlı  bir  kitab  yazdı.  Orada 
Peyğəmbərin  (s.ə.s)  cahillərlə  yetmişdən  çox  məsələdə  ixtilafa  düşdüyünü 
qeyd  etdi.  Qurani-kərimin  bütün  qadağan  etdikləri  ən  azından  kafirlərin 
bəzilərində var idi.  
İbn Əbdülvəhhab alimlərlə onun arasında olan düşmənçiliyin sadəcə 
tövhid  məsələsində  olduğunu  nəzərdə  tutursa  bu  doğru  deyildir.  Ona  iki 
böyük məsələdən ötrü müxalif oldular: Təkfir və savaş. 
İbn  Əbdülvəhhabın  ibadəti  tövhidlə  məhdudlaşdırması  səhvdir. 
Düşmənçiliyin də səbəbinin tövhid olduğunu deməsi ayrı bir xətadır. Ancaq 
bu  iki  xətanı  bədəvi  ərəblər  anlaya  bilmədilər.  Bundan  ötrü  də 
Müsəlmanlarla  savaşmağa  böyük  arzu  göstərdilər.  Çünki  onların  İbn 
Əbdülvəhhabın  dediyi  kimi  Qüreyş  kafirlərindən  daha  böyük  şirkdə 
olduqlarını zənn edirdilər. 
 
2- “Tövhidə gəlməyən kimsə Allaha ibadət etməz”
Bu  nəzəri  olaraq  doğrudur.  Bu  mövzuda  İbn  Əbdülvəhhabla  o 
dövrün Nəcd, Hicaz  və digər bölgələrinin alimləri  arasında ixtilaf yoxdur. 
                                                 
294
Daha  sonra  onun  bir  hənbəli  alimini  Əbu  Cəhildən  daha  böyük  küfürlə  ittiham  etdiyini  görəcəyik. 
Dövrünün Nəcd  və Hicazda  yaşayan insanlarının iki keyfiyyət baxımından Qureyiş kafirlərindən daha 
böyük şirkdə olduqlarını tez tez təkrar etdi. 

 
 
170 
 
İxtilaf  İbn  Əbdülvəhhabın  uzun,  zənnə  dayanan  və  xətalı  şərtlər  qoşduğu 
tövhidin mənası ilə bağlıdır. Digər alimlər buna etiraz etdilər. Buna müxalif 
olan İbn Əbdülvəhhaba görə müşrik, onlara görə isə müsəlman idi. 
İxtilaf bir mövzudan mübahisə edilməsi mümkün olmayan başqa bir 
mövzuya keçdi. Burada bir qarışıqlıq olduğunu görürük.  
 
3- “Allaha ibadət sadəcə tağuta küfr etməklə olur”. 
Bu doğrudur və ixtilaf mövzusu deyildir. Çünki  İbn Əbdülvəhhabın 
müxalifləri  “Biz  Allaha  və  tağuta  iman  edirik”  demirdilər.  İbn 
Əbdülvəhhab  tağutun  təvəssül  və  xətalı  tətbiqatlar  olduğuna  qərar  verdi. 
Müxalifləri belə dedilər: “Bu mübah, məkruh ya da  haramdır. Ancaq, ona 
tağut  deməmiz  doğru  olmaz”.  Sonra  da  bunun  üzərinə  bəzi  fikirlər  bina 
etdik və onu etməyənin tağuta iman etdiyinə, qətlinin vacib olduğuna qərar 
verdik. 
Siz  də  sözün  ümumi  olduğunu  müşahidə  edirsiniz.  Onda  ixtilaf 
yoxdur. Problem bu ifadəni doğru olmayan mənalarda işlətməkdir. Buradan 
da İbn Əbdülvəhhabla dövrünün Nəcd, daha sonra da Hicaz və İraq alimləri 
arasında  ayrılıq  başlayır.  Daha  sonra  da  bizimlə  bütün  dünya  arasında 
ayrılıq ortaya çıxır! 
 
4- “Tağut Allahın xaricində ibadət edilən hər şeydədir”. 
Bu  doğrudur.  Ancaq  burada  bəzi  məsələlər  var.  Onlardan  biri 
ibadətin mənasıdır. Allahdan başqasına ibadət etmək təvil və izahın nəticəsi 
olan  məcazi  mənaya  gəlirmi?  Bundan  ötrü  (cahillik  və  ya  təvillə)  təqlid 
edənləri Allahın xaricində alimlərini rəbb saydılar deyə təkfir etməmiz caiz 
deyildir.  Belə  ki,  İbn  Əbdülvəhhab  müxalif  alimləri  təqlid  edənləri  təkfir 
etdi.  O  zaman  mənim  də  bunu  inkar  edənləri  təkfir  etməyim  caiz  olardı. 
Çünki  mən  də  onları  Məhəmməd  ibn  Əbdülvəhhabı  Allahdan  başqa  rəbb 
saydılar  deyə  günahlandıra  bilərəm.  Bəzi  nəsslərdən  ümumi  məna 
çıxartmaq zahiri mənasına görə olmaz. Müsəlmanları təkfirdən uzaq tutan, 
cəhalət, təvil kimi maneələri göz qabağında tutan digər nəsslərı da bir araya 
gətirmək  lazımdır.  Başqasının  fikrinə  müraciət  edən  hər  kəsi  “Ona  ibadət 

 
 
171 
 
edirsən”  deyə  ittiham  etmək  caiz  olsaydı  yer  üzündə  küfr  və  Allahdan 
başqasına ibadət etməklə ittiham olunmayan müsəlman qalmazdı. 
Bu kitabı İbn Əbdülvəhhabın müxalifləri onun əleyhində dəlil olaraq 
yazdılar.  Onun  tağuta  iman  deyə  adlandırdığı  bəzi  şeyləri  araşdırdılar  və 
belə olmadığına qərar verdilər. Onlar mübah, məkruh, haram və ya bidətdır. 
Ümmətin içində böyük şirk olduğuna dair onun fikrini  təsdiq etsək də, bu 
şirkin  ümumi  olduğunu  qəbul  etmirik.  O,  zənn  edir  ki,  şirk  bütün  xalqa 
yayıldı.  İnsanlar  Lat  və  Uzza  dövrünə  qayıtdılar.  Allahdan  başqa  ibadət 
edilən  büt  tapa  bilməyəcəyimiz  bölgə  yoxdur.  “Böyük  şirk  Ərəb 
yarmadasına  yayıldı.  Nəcd  və  Hicaz  xalqının  çoxu  öldükdən  sonra 
dirilməyi  inkar  edir!”  Onun  irəli  sürdüyü  daha  böyük  məsələlər  də  var, 
onlar mənbələri ilə daha öncə keçdi.  
Onlar böyük şirkin varlığını ümumi deyil, fərdi olduğunu desəydilər 
haqlı  olardılar.  Belə  ki,  bu  gün  də  böyük  şirk  müsəlman  burdan  uzaq 
deyildir.  Ancaq,  bunu  çox  az  sayda  insanlar  etməktədir.  Müsəlmanların 
hamısı şirkdədir deyəni izləyə bilmərik. 
- “Bu məsələni səhabənin çoxu bilmirdi”. 
Əgər  İbn  Əbdülvəhhab  Peyğəmbərin  (s.ə.s)  Muaza  gizləməyi  əmr 
etdiyi  üçün  səhabələrin  çoxunun  bu  hədisi  bilmədiyini  nəzərdə  tutursa 
haqlıdır. Hədisin əhatə etdiyi mənanı səhabələrin çoxu bilmir deyirsə, onda 
haqsızdır.  Bu  hədis  mətnində  olan  problemlərdən  biridir.  Peyğambərə 
(s.ə.s)  bildirilən  məsələlərdən  birini  əshabından  gizləməsi  caiz  deyildir! 
Sonra  əgər  səhabələrin  çoxu  bunu  bilmirdilərsə,  onda  İbn  Əbdülvəhhab 
dövrünün  müsəlmanlarının  hamısına  onu  öyrətmək  istəyir?  Onu  bilməyən 
də  təkfir  çəkicinin  altında  qalır.  Dəriyyə  xalqının  bildiyi  mühüm  bir 
məsələni  onların  çoxunun  bilmədiyini  zənn  etsək,  səhabənin  bizdən  daha 
bilikli olduğunu necə iddia edə bilərik ki? 
1 – “Məsləhət olarsa  elmi gizləmək caizdir”. 
Peyğəmbərimizin  (s.ə.s)  əmri  ilə  Muazın  bu  hədisi  gizləməsini 
nəzərdə  tutur.  Bəs  onda  necə  olur  ki,  İbn  Əbdülvəhhab  bunu  dəvətinin 
başlanğıcı  etdi?  Görəsən  İbn  Əbdülvəhhab  muxaliflərinin  müsəlman 
olduğunu  qəbul  edir,  ama  bir  məsləhət  səbəbilə  bunu  gizlədirdi?  Çünki 
onların  müsəlman  olduqları  desə,  insanlar  onlarla  savaşmağa  cəsarət 

 
 
172 
 
etməzdilər?!  Peyğəmbər  (s.ə.s)  səhabə  arasında  söz-söhbətə  səbəb 
olmasından çəkindiyi üçün onu gizlədi. İbn Əbdülvəhhab isə hədisdən çıxış 
edərək,  insanların  çoxunun  batil  yolda  olduqlarına  və  təvəkkül 
etmədiklərinə  dair  hökm  verdi!  Əgər  Peyğəmbər  (s.ə.s)  hədisdən  İbn 
Əbdülvəhhabın anladığını nəzərdə tutsaydı, insanlar batil yola düşməsinlər 
və təvəkküldən də uzaqlaşmasınlar deyə onu gizləməyi əmr edərdi! 
Bu  İbn  Əbdülvəhhbın  hədisi  anlamadakı  təhrifini  bizə  açıqlayır. 
Çünki qeyd olunan hədisdən çəxış edərək ibadəti tövhid ilə məhdudlaşdırdı, 
sonra da ona çoxlu şərtləri və bir çox əlavə etdi. Hədis təvəkkülə dəvətdən, 
batilə dəvətə döndü. 
Hədisin ya Qurana tərs düşməsi, ya da onunla uyğun olması lazımdır. 
Əgər  Quranla  ittifaq  edirsə,  onu  Qurana  tərs  düşməyəcək  şəkildə 
açıqlamamız  lazımdır.  Risaləti  tövhidlə  məhdudlaşdıra  bilmərik.  Ona 
sadəcə müsəlmanları təkfir etmək fikri kimi şərtlər qoşa bilmərik. 
Əgər  Qurana  tərsdisə,  onda  Peyğəmbərin  (s.ə.s)  bunu  deməsi 
fikrindən  uzaq  durarıq.  Ravilər  səhvdən,  xətadan  və  üsyandan  məsum 
deyildirlər. Onlardan biri hədisin mənasını dəyişdirə biləcək və ya ona təsir 
edə biləcək bir  kəlməni  unuda bilərdilər. Bunun üçün də Qurani-kərim ilə 
ittifaq edib etmədiyinə baxılmalıdır. 
Ravi Muaz ibn Cəbəl ilə Buxari  və Muslüm  arasında  iki  yüz il  var. 
Nəql  sırasında  ravilərin  ümumi  olaraq  etibarlı  kimsələr  olmalarına 
baxmayaraq  vəhmə  düşmələri,  xətaya  düşmələri  və  ya  unutmaları 
mümkündür.  Zamanımızda  elə  insan  var  ki,  onun  etibarlı  kimsə  olmasına 
şübhə  etmirik  ancaq  birindən  hər  hansı  bir  mövzuda  bir  xəbər  nəql 
etdiyində  səhvə  düşə  bilər.  Bir  də  görəsən  bir  şəxsın  digərindən  onun  da 
üçüncü və dördüncüdən nəql etdiyində necə olar? 
Mən  hədisi  açıq  şəkildə  Qurana  zidd  olmadığı  müddətcə  rədd 
etməkdən  bəhs  etmirəm.  Mühəddislər  nəzəri  olaraq  bir  hədisin  sənədinin 
doğru, ancaq mətn baxımından Qurana müxalif ola biləcəyini etiraf edirlər.  
Əqli  İslam  məzhəbi  olan  mötəzilə  mənsubları  belə  deyirlər:  “Hədis 
Qurana müxalif isə onu uyğun olub olmamasını tədqiq etməyə ehtiyac hiss 
etmərik. Çünki onu qəti olaraq Quran rədd edir. Ravilər nəql əsnasında xəta 

 
 
173 
 
edə  bilərlər  və  bu  nəbinin  (s.a.s)  kəlamı  olmaz.  O,  Qurana  müxalifət 
etməz”. 
2- “İnsanların bəzilərini elmlərinə görə ayırmaq caizdir”. 
Mühəddislərə  görə  bu  fikir  problemlidir.  Çünki  ümmətin  ehtiyac 
duyduğu  elmi  gizləmək  caiz  deyildir.  Ehtiyac  olmayan  elmi  isə  gizləmək 
caizdir. 
3 – Muaz hədisindən əldə olunacaq faydaların sonunda bu məsələnin 
“böyük bir dəyər”-ə sahib olduğunu  qeyd edir. 
Bu  hədisin  mətninin  problemlərindəndir.  Peyğəmbər  (s.ə.s) 
ümmətdən heç bir böyük məsələni gizləmədi və gizlədilməsini əmr etmədi. 
Peyğəmbər  (s.ə.s)  insanların  ümumuna  təbliğlə  vəzifəlidir.  İslamda  sirr 
yoxdur  və  açıq  bir  dindir.  Batinililər  məhz  bu  yoldan  istifadə  etdilər. 
Sələfilərin  bəziləri  buna  etiraz  etdi  və  Peyğəmbərin  (s.ə.s)  bir  məsələni 
ümmətdən gizlədiyini iddia edənləri təkfir etdilər. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin