Həsən ibn Fərhan əl-Maliki


Vəhhabi məktəblərində etidal nümunələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   10   11   12   13   14   15   16   17   18

Vəhhabi məktəblərində etidal nümunələri 
Səthi də olsa məsələnin digər tərəfini də qeyd etmək yerinə düşərdi. 
Daha əvvəl də, az olsa belə bəzi mötədil fikirləri qeyd etdim. Ancaq təəssüf 
ki, onların sayı çox azdır. Həmçinin, qapalı və ziddiyətlidir. 
Bəzi  vəhhabilər  Dəriyyənin  süqutundan  sonra  Misirdə  yaşadılar  və 
fərqli baxış tərzi qazandılar. Onların bəzi fətvalarında  (qapalılıq olmadan) 
açıq  mötədil  xarakterli  sözlərə  rast  gəldik.  Məsələn,  Şeyx  Abdulla  ibn 
Məhəmməd  ibn  Əbdülvəhhab  belə  düşünür:  “Həqiqəti  araşdıran  elm  əhli 

 
 
122 
 
belə  deyər:  xaricilər,  rafizilər,  qədərilər  və  mürciə  təkfir  olunmayan  bidət 
əhlidir. Çünki yalnız zəruri olaraq dindən olduğu  bilinənləri inkar edən və 
küfr əməllər işləyənlər təkfir edilir”.
257
 
Bu  mötədil  bir  fikir  olmaqla  günümüzə  qədər  yaşamış  vəhhabi 
alimlərinin  və  İbn  Əbdülvəhhabın  düşüncələrinin  əksinədir.  Onun  mötədil 
bir  “əs-sirətun-nəbəviyyə  (Peyğəmbərin  həyatı)”  kitabı  vardır.  Orada 
Əmmar  ibn  Yasiri  mədh  edir  və  onu  savaşlarda  haqq  mizanı  olaraq  qəbul 
edir.  Bu  vəhhabilərdə  görmədiyimiz  (İbn  Baz  istisnadır)  bir  mötədillik 
nümunəsidir. Vəhhabilər iki səbəbə görə Əhli-beytdən qaçırlar: Birinci, İbn 
Teymiyyə və ifrat hənbəliləri təqlid etdiklərindən, ikinci sə başdan etibarən 
şiələr ilə olan tarixi düşmənçilik səbəbilə. 
 
DÖRDÜNCÜ BÖLÜM 
Vəhhabiliyə qarşı olanların ən məşhurları    
 
1  –  Süleyman  ibn  Süheym  əl-Hənbəli  ən-Nəcdi  (h/  1130  –  1181). 
Riyad  fəqihidir.  Tam  adı  Süleyman  ibn  Əhməd  ibn  Süheymdir.  Atası  da 
fəqih  və  İbn  Əbdülvəhhabın  muxaliflərindən  idi.  Anzə  qəbiləsindəndir. 
Fəzilətli  bir  hənbəli  fəqihi  və  tədqiqatçısı  idi.  Vəhhabilərin  istilasından 
sonra  Zübeyr  diyarından  çıxaraq  Riyada  gəldi  və  orada  vəfat  etdi.  İbn 
Əbdülvəhhab  onu  dindən  çıxaran  küfrlə  ittiham  etdi  və  kələfin  ucunu 
qaçıraraq ona heyvan dedi. Bu isə ifrata getmənin son həddidir. 
2  –  Süleyman  ibn  Əbdülvəhhab  ət-Təmimi  ən-Nəcdi  (h/  1208).  İbn 
Əbdülvəhhabın doğma qardaşıdır. Ondan daha bilikli idi. O, hənbəli fəqihi, 
Nəcd  qazısı  və  mötədil  alimlərdən  idi.  Üyeynədə  doğulmuşdur.  Təhsilini 
Hürəymilədə  aldı.  Qazı  olaraq  geri  döndü.  Vəhhabilər  Hürəymiləni  ələ 
keçirdikdən  sonra  Sədirə  getdi.  Onun  Üyəynə  və  Dəriyyədə  tərəfdarları 
vardı. Onları təkfir mövzusunda xəbərdar etmələri  və  (təkfirdən yayınmaq 
üçün)  razı  salmaları  üçün    İbn  Əbdülvəhhabın  yanına  elçi  göndərdi.  İbn 
Əbdülvəhhabın  tərəfdarları  onun  göndərdiyi  bir  elçini  öldürdülər.  Çünki 
onlara  görə  o,  darul-hərbdən  (hərb  diyarından)  gəlirdi.  Hürəymilənin 
                                                 
257
Dürər, 10/ 244. 

 
 
123 
 
süqutundan sonra  Sədirə köçdü. Qırx ildən çox qardaşının muxalifi olaraq 
qaldı.  Hicri  1157-ci  ildən  1190-cı  ilə  qədər  dəvət  (vəhhabi)  dövlətinin 
Nəcdin  ortalarına  qədər  irəliləməsindən  sonra  məcburi  olaraq  heyətin 
tərkibində  (vəhhabilərin  yanına)  gəldi.  Dəriyyədə  təxminən  iyirmi  il  öz 
etiqadında  qaldı.  Qardaşının  vəfatından  iki  il  sonra  vəfat  etdi.  Bəzilərinə 
görə  onun  dəvəti  yaydığı  doğru  deyildir.  O,  elmi  ilə  seçilən  böyük 
alimlərdəndir.  Allahın  dininin  dəyişdirilməsi  ilə  yaxından  uzaqdan  əlaqəsi 
yoxdur.  Aslanın  ağzında  olmasına  baxmayaraq,  haqlı  bildiyinə  səbr  etdi. 
Şeyx  Səud  Sərhanın  onun  digər  qardaşları  (Məhəmməd  və  Süleyman) 
əleyhinə  yazdığı  gözəl  bir  araşdırması  vardır.  Şeyx  Bəssam  Nəcd  alimləri 
kitabında  bunu  ortaya  çıxardı.  Şeyx  Süleyman  öz  məzhəbindən  (İbn 
Əbdülvəhhaba muxalifətdən) geri dönmədi. Ancaq onun səsi zəif idi (yəni 
gücü  yox  idi).  İbn  Əbdülvəhhabın  qardaşı  olması  onu  ölümdən  qurtardı. 
Yoxsa  o  da  vəhhabilərin  görüşünə  görə  Rəsulullahın  (s.ə.s)  dinini  inkar 
eləyirdi ve dindən çıxaran böyük küfr içində idi. Onun qardaşının əleyhinə 
yazdığı  “əs-Savaiqul-İlahiyyə”  adlı  kitabı  var.  Bu  kitab  vəhhabilik 
əleyhində  yazılmış  ən  güclü  rəddiyələrdən  biridir.  Bir  neçə  dəfə 
Hindistanda, Misirdə və Türkiyədə yayımlanmışdır. Günümüzədək hənbəli 
olması,  İbn  Əbdülvəhhabın  doğma  qardaşı  olması,  Nəcdi  yaxşı  tanıması, 
heç bir tayfa, qəbilə, bölgə fanatizminə yönəlməməsi səbəbilə yazdığı əsər 
vəhhabilik  rəddiyələrinin  ən  qüvvətlilərindən  sayılmaqdadır.  Mən  onun 
kitabını oxumuşam. Kitabda möhkəm təmələ əsaslanan qaneedici və tutarlı 
dəlillər var. Allah ona rəhmət etsin və ondan razı olsun. 
3 – Məhəmməd ibn Əbdürrəhman ibn Əfaliq əl-Hənbəli əl-Əhsai (h/ 
1100–1164). Əhsanın böyük alimlərindən idi. Böyük fəqih və dövrünə görə 
dərin  mədəniyyətə  sahib  idi.  Fiqh  və  astronomiya  sahələrində  kitabları 
vardır.  Üyəynə  əmiri  Osman  ibn  Müəmmərin  İbn  Əbdülvəhhabdan  uzaq 
olmasına  səbəb  olmuşdur.  İbn  Əbdülvəhhabın  o  dövrdə  İbn  Müəmmərin 
yanında  olmasına  baxmayaraq,  İbn  Əfaliqin  qüvvətli  dəlilləri  əmirin  ona 
yardım  etməsinə  əngəl  olmuşdur.  Əfaliq  Əhsadan  İbn  Müəmmərə  məktub 
göndərərək  onu  İbn  Əbdülvəhhabın  dəlillərinin  zəifliyi  mövzusunda  razı 
sala  bilmişdir.    Bu  nümunə  onun  nə  qədər  qüvvətli  elmə  sahib  olduğunun 

 
 
124 
 
isbatıdır.  İbn  Əbdülvəhhab  onu  da  dindən  çıxaran  böyük  küfrlə  ittiham 
etmişdir. 
4 – Abdullah Müveys (h/ 1175). Nəcdin mərkəzində yerləşən Hərmə 
adlandırılan  yerin  fəqihidir.  Adı  Abdullah  ibn  İsa  ət-Təmimidir.  Muveys-
deyə  məşhurdur.  Nəcdin  ən  dəyərli  şeyxlərindəndir.  Elmi  öncə  Nəcd 
alimlərindən  sonra  isə  Şama  gedərək  əllamə  Səfarinidən  öyrəndi. 
Səfarininin ona vəsiyyəti var. İbn Əbdülvəhhabın özü belə onun Nəcdin ən 
dəyərli  şeyxlərindən  olduğunu  etiraf  edir.  O  Abdullah  ibn  Süheymi  İbn 
Əbdülvəhhaba  dəstək  olduqdan  sonra  dəstəyini  geri  çəkməsi  mövzusunda 
razı salmışdır. Bu səbəbdən  İbn Əbdülvəhhab ondan küsmüş və onu təkfir 
etmişdir. Şeyx Bəssam İbn İsanın İbn Əbdülvəhhaba yazdığı rəddiyələrdən 
iqtibaslar  vermişdir.
258
O,  İbn  Əbdülvəhhabın  təkfir  mövzusundakı 
fikirlərini qüvvətli dəlillərlə tənqid etmişdir. Onu  Allahın elçisinin dininin 
önünü  kəsməklə  ittiham  etmiş  və  dindən  çıxaran  təkfirlə  ittiham  etmiştir. 
Bunu  inkar  edə  bilmərik  ki,  İbn  Əbdülvəhhab  prinsiplərinə  uymayan  hər 
kəsi  Allahın  dininə  düşmənçilik  etməklə  suçlamıştır.  Heç  kimsəyə  dini  öz 
dəvətinin  inhisarına  alması  və  buna  istinad  edərək  insanları  təkfir  etməsi 
caiz deyildir.    
5  –  Abdullah  ibn  Əhməd  ibn  Süheym  (h/  1175).  Qasim  camaatının 
fəqihidir.  Bütün  Sədir  bölgəsinin  hənbəli  fəqihi  və  qazısı  idi.  Vəhhabiliyə 
düşmənçilikdə  şiddətli  deyildi.  Ancaq  onların  təkfir  mövzusundakı 
ifratlarına etiraz etdi.  
6  –  Abdullah  ibn  Məhəmməd  ibn  Əbdüllətif  əl-Əhsai.  O,  İbn 
Əbdülvəhhabın şeyxlərindən və onun dəvətinin ən kəskin muxaliflərindən idi. 
7  –  Məhəmməd  ibn  Abdullah  ibn  Firuz  əl-Əhsai  (h/  1216).  Firuz 
ailəsi  İbn  Əbdülvəhhabın  qəbiləsindəndir.  Özü  də,  atası  və  babası  da 
hənbəli  alimlərindən  idi.  Hafizə  və  zəkada  məşhurdu.  Hətta  Səhih-i 
Buxarini əzbərdən imla etdiyi söylənilir. Bir çox tələbələrə qucaq açmış və 
əlliyə  qədərini  oxutmuşdur.  Əbdüləziz  ibn  Məhəmmədin  dövründə 
vəhhabilər Əhsanı istila etdikdən sonra ətrafı və tələbələri birlikdə Bəsrəyə 
getdi. Bəsrə xalqı öndə gələnləri  və  alimləri  ilə onu möhtəşəm bir  şəkildə 
                                                 
258
Üləma-i Nəcd 4/ 365. 

 
 
125 
 
qarşıladılar.  Şeyx  Bəssamın  ifadəsinə  görə,  o  gün  bayram  günü  kimi  idi. 
Burada  şəriət  elmlərini  tədris  etdi.  Yanına  gələn  o  qədər  çox  idi  ki,  bu 
səbəbədən  Bəsrə  və  Mosul  məscidlərini  genişləndirdilər.  İdarəçilər  və 
sultanlar  qazıları  və  müəllimləri  seçməsini  məhz  ondan  istəyirdilər. 
Ölümündən  sonra  Bəsrədən  Zübeyr  bölgəsinə  aparıldı.  Qəbri  Zübeyr  ibn 
Avvamın  qəbrinin  yanındadır.  Fərqli  məzhəblərdən  olan  şəhərlərin  xalqı 
onun  ölümünə  mərsiyə  dedi.  Onun  Osmanlı  sultanları  yanında  böyük 
nüfuzu vardı. O, İbn Əbdülvəhhaba şiddətlə qarşı çıxdı. Ona muxalifəti və 
müxtəlif  şəri  elimlərdə  böyük  təsiri  ilə  məşhurdur.  İbn  Əbdülvəhhab  onu 
dindən  çıxaran  böyük  küfrlə  ittiham  etdi.  Beləcə  dəyərli  bir  alimi  böyük 
təkfirlə  ittiham  edən  İbn  Əbdülvəhhabın  təkfir  mövzusunda  ifrata 
getdiyinin bir daha şahidi oluruq. 
8  –  Məhəmməd  ibn  Əli  ibn  Səllum  (h/  1246).  Fərəzi  ləqəbi  ilə 
məşhurdur.  Sədirdə  doğulmuşdur.  Hənbəli  fəqihlərindəndir.  Vəhhabilərin 
əlindən şeyxi İbn Firuz əl-Əhsai ilə bərabər Bəsrəyə qaçmışdır.  
9 – Osman ibn Mənsur ən-Nəsri (h/ 1282). Sədir camaatındandır. Elmi 
Nəcd  və  İraqda  öyrənmişdir.  Yarımadanın  daxilində  və  xaricində  onu  mədh 
etdilər.  İbn  Əbdülvəhhabın  “Kitabut-tövhid”-inə  şərh  yazdı.  Ancaq  İbn 
Əbdülvəhhabın hər dediyi ilə razılaşmadığını bildirdi. Sədirdə qazı oldu. Sonra 
Abdullah ibn Faysal Türki dövründə Xəlildə oldu. Bu da ikinci Səud dövlətinin 
vəhhabi yönümlü olmadığına və ya vəhhabilikdən uzaq olduğuna dəlalət edir. 
Şeyxin vəhhabilik haqqında fikri kəskin idi. Onları xaricilərdən sayırdı. Onun 
dəvətdəki ifratla əlaqəli yazdığı kitabları var. Onlardan biri “Cəlaul-ğummə an 
təkfiri həzihil-ümmə” kitabıdır. Bu səbəblə vəhhabi alimləri onu təkfir etdilər 
və  pislədilər.  Onu  günahlandıranlardan  Əbdürrəhman  ibn  Həsən  və  oğlu 
Əbdüllətifi  göstərə  bilərik.  Bu  hənbəli  alimə,  Nəcd  qazısına  qarşı  belə  bir 
ittiham  yönəltdilər:  “Allahın  dinini  inkar  edir,  Allahın  və  Elçisinin  (s.ə.s) 
adından  yalan  söyləyir.  (İnsanları)  Allahın  yolundan  azdırır  və  dininə 
düşmənçilik edir. Bu, günümüzə qədər davam edən vəhhabi zülmlərindəndir. 
Onlara  muxalifət  edən  hər  kəsi  töhmət  altında  saxlayır  və  ona  qarşı  ağır 
ittihamlar  irəli  sürürlər:  “Dini  yox  edir,  Allaha  və  elçisinə  küfr  edir,  rəsulun 
dinindən  uzaqlaşdırır”.  Düşmənçilikdən,  xüsusilə  də  ifratçıların  zülmündən 
Allaha sığınırıq. 

 
 
126 
 
10  –  Osman  ibn  Sənəd  əl-Bəsri  (h/  1250).  Bəsrə  fəqihidir. 
Vəhhabilərin  yer  üzündə  yaşayan  bütün  müsəlmanları  təkfir  etdiyini  irəli 
sürdü.  Doğrusu  bunun  (vəhhabilərin  hamını  təkfir  etməsinin)  Osman  ibn 
Sənədin  iftirası  olduğunu  iddia  edən  Doktor  Əbdüləziz  Əbdüllətifə  heyrət 
edirəm.  Belə  ki,  sözbəsöz  olmasa  da,  bundan  əvvəl  qeyd  olunan 
nümunələrdə də göründüyü kimi, vəhhabilərin etimad etdikləri bəzi məzhəb 
kitablarında bu səpkidəki görüşlər mövcuddur.  
11 – Məhəmməd ibn Süleyman  əl-Kürdi (h/  1194). Şamda böyüyüb 
başa  çatmışdır.  Mədineyi-münəvvərəyə  gəldikdən  sonra  orada  müfti  oldu. 
Şafei  məzhəbinə  mənsub  idi.  Vəhhabilik  dəvətinin  muxaliflərindən  idi. 
Onun İbn Əbdülvəhhaba yazdığı “Məsailun və Əcvibətun və Rududun aləl-
Xavaric”  adlı  rəddiyyəsi  vardır.  Təkfir  mövzusundakı  ifratı  səbəbilə  İbn 
Əbdülvəhhabı  və  vəhhabiləri  xariciliklə  ittihamı  ilə  məşhurdur.  Ancaq 
ləqəblər  qoşması  uyğun  deyildir.  Çünki  vəhhabilər  böyük  günah  işləmək 
səbəbilə təkfir etmədilər. İmanla əlaqəli  təfərrüatı məsələlərdə mövzularda 
təkfir  etdilər.  Buna  görə  də  onlar  mütləq  mənada  xarici  deyildirlər,  lakin 
bəzi  məsələlərdə  onlarla  eyni  görüşü  paylaşmış,  bəzilərində  isə  muxalifət 
etmişlər.  
12  –  Mərbəd  ibn  Əhməd  ət-Təmimi  (h/  1171).  Nəcdin  böyük 
alimlərindəndir. Nəcd və Şamda təhsil almış, Hürəymiləyə geri dönmüşdür. 
O,  daha  sonra  Sənaya  getmiş  orada  böyük  alim  və  “Subulus-səlam” 
əsərinin  müəllifi  olan  Məhəmməd  əl-Əmir  əs-Sənani  ilə  görüşmüşdür.  O 
(Sənani),  bir  qəsidəsində  İbn  Əbdülvəhhabın  dəvətini  mədh  etmişdi. 
Mərbəd  onu  bu  qəsidəsindəki  (İbn  Əbdülvəhhab  haqqındakı  müsbət) 
fikirlərindən  əl  çəkməyə  razı  saldı.  Sonra  ona  İbn  Əbdülvəhhabın 
kitablarını  verdi.  Əmir  Sənani  orada  müsəlmanların  təkfir  olunduğunu 
gördü.  Qəsidədəki  fikrindən  vaz  keçdi.  Vəhhabilər  bu  qəsidə  ilə  əlaqəli 
şübhələr ortaya atmağa çalışdılar.  Onlardan (şübhəçilərdən) ən məşhuru da 
İbn  Səhmandır.  O,  Sənainin  böyük  elmi  dərəcəsini  nəzərə  alaraq  bunları 
(onun  İbn  Əbdülvəhhabla  əlaqəli  mənfi  söz  söyləmədiyini)  özünün 
“Təbriətul-İmameynil-Cəlileyn”  adlı  kitabında  qeyd  etdi.  Halbuki  qəsidə 
mövcuddur və Sənaninin “Divan”-ın içindədir. Bunu Bəssam, Həmd Casir 

 
 
127 
 
və  digərləri  isbat  etdilər.  Vəhhabilər  bu  fəqihi  (Mərbəd  ibn  Əhməd  ət-
Təmimini) h/ 1171-ci ildə Rağbə bölgəsində öldürdülər. 
13  –  Seyf  ibn  Əhməd  əl-Ətiqi  (h/  1189).  Harmədə  doğulmuş,  daha 
sonralar Əhsaya köçmüşdür. O, böyük bir fəqih idi. 
14  –  Salih  ibn  Abdullah  əs-Saiğ  (h/  1183).  Uneyzə  fəqihi  və  qazısı 
idi.  Əmir  Sənaninin  İbn  Əbdülvəhhabı  mədh  etdiyi  qəsidəsinə  rəddiyyə 
yazdı. 
15  –  Əhməd  ibn  Əli  əl-Bəsri  əl-Qabbani.  İraq  sünnilərindəndir.  İbn 
Əbdülvəhhab  əleyhində  “Faslul-Xitab  fi  rəddi  zəlaləti  İbn  Əbdilvəhhab” 
(İbn  Əbdülvəhhabın  zəlalətləri  haqqında  kitab)  adlı  kitab  yazdı.  Doktor 
Əbdüləziz Əbdüllətif kitabın “qalın cildli” olduğunu qeyd edir. 
16  –  Abdullah  ibn  Davud  əz-Zübeyri  (h/  1225).  İraq 
sünnilərindəndir.  Zübeyr  bölgəsindəndir.  Elmi  təhsilini  Zübeyr  və  Əhsada 
aldı.  Vəhhabilik  əleyhinə  “əs-Savaiq  vər-rudud”  kitabını  yazdı.  İraq,  Şam 
və Həzrəmövtlü bəzi sünni alimləri onu təriflədilər. Ayrıca onu  “Subulul-
Vabilat alə Zaraihil-Hənabilə” kitabının müəllifi İbn Həmid əl-Hənbəli əl-
Məkki də tərifləmişdir.  
17  –  Ələvi  ibn  Əhməd  əl-Həddad  əl-Hadrami  (h/  1232). 
Həzrəmövtün  böyük  sünni  alimlərindəndir.  Vəhhabilik  əleyhində  bir  neçə 
kitabı var.  
18  –  Ömər  ibn  Qasım  ibn  Mahcub  ət-Tunusi,  “Mücəmul-müəllifin” 
əsərinin yazarıdır. 
19  –  Məhəmməd  ibn  Abdullah  ibn  Kiran  əl-Məğribi  (h/  1227).  Fas 
alimlərindəndir.  
20  –  Məhəmməd  ibn  Abdullah  ibn  Həmid  (h/  1295),  Məkkəli 
Hənbəli imamı. “Subulul-Vabilə”-nin müəllifidir. Məkkədə hənbəli fiqhinə 
dair dərs verirdi və hənbəli imamı idi. 
21  –  Əbdüləziz  ibn  Əbdürrəhman  ibn  Udvan  (h/1109).  Vəşm 
alimlərindəndir. 
22  –  Həsən  ibn  Ömər  əş-Şəti  əd-Diməşqi  (h/  1274).  Şam 
alimlərindəndir. Məşhur hənbəli alimidir.  
 

 
 
128 
 
Alimlərin İbn Əbdülvəhhaba  
yönəltdiyi ən məşhur ittihamlar 
1  –  TƏKFİR.  Bu  müxalifləri  tərəfındən  İbn  Əbdülvəhhaba  və 
tərəfdarlarına  yönəldilmiş  ən  qüvvətli,  səhih,  açıq,  təhlükəli  ittihamdır. 
Sələfi alimlərdən (Şövkani nümunəsində olduğu kimi) İbn Əbdülvəhhab və 
dəvətin  ən  güclü  müdafiəçilərinin  belə  bu  ittihamı  təsdiq  etməkdən  başqa  
çıxış  yolları  qalmır.  O  (Şövkani),  sələfiyyənin  tövhid  anlayışının  tərəfini 
tutur. Vəhhabilər özləri də onun dəvətin təəssübkeşi oluğunu etiraf edirlər. 
Lakin  o  (Şövkani),  ancaq  bunu  deyə  bildi:  “Nəcd  dövlətinin  tabeçiliyinə 
girməyənlər  onlara  görə  İslam  xaricindədirlər”.
259
 Sələfi  olan  Mənsur  əl-
Hazimi  İbn  Əbdülvəhhabı  tərifləsə  də  iki  məsələdə  ona  qarşı  çıxmışdır: 
Birinci;  uydurmalara  əsaslanaraq  yer  üzündə  yaşayanları  təkfir  etməsi: 
İkincisi,  dəlil  gətirmədən  məsum  insanın  qanının  axıdılmasını  caiz 
görməsi.
260
 Sələfi  şeyxi  Məhəmməd  Siddiq  Həsən  Xan  da  hədis  əhlinin 
vəhhabilərdən  uzaq  olduğunu  elan  etdi.  Çünki  ona  görə    onlar  qan 
axıtmaqdan başqa bir şey bilmirlər.
261
 
Şeyx  Mühəddis  Ənvər  Şah  Kəşmiri  kimi  bitərəflər  də  vəhhabiliyi 
təkfirlə  səciyyələndirdilər.  Onun  fikrincə  vəhhabilər  təkfir  hökmü 
verməkdə bir-birləri ilə yarışdılar.
262
 
Vəhhabilərin  müxaliflərinin  bu  mövzudakı  sözləri  isə  həqiqətən 
çoxdur.  Burada  əhli-sünnə  alimlərinin  sözlərini  nəql  etməklə 
kifayətlənəcəyik. Hənbəlilərin sözləri ilə başlayıram: 
Hənbəli şeyxi  İbn Əfaliq İbn Əbdülvəhhabın belə dediyini  söyləyir: 
“And  içirəm  ki,  yəhudilər  və  müşriklərin  halı  bu  ümmətin  vəziyyətindən 
daha  yaxşıdır.”
263
 Bu  İbn  Əbdülvəhhabın  sözlərində  açıqca  ifadə  edildi: 
“Zamanımızın müşrikləri (ona muxalif olan müsəlmanları nəzərdə tutur) iki 
baxımdan  Qüreyş  kafirlərindən  daha  böyük  küfr  içindədirlər”.  Açıqdır  ki, 
                                                 
259
 Şövkaninin əl-Bədrut-tali (2/5) əsərinə bax. 
260
 Əbcədül-Ulum, 3/ 194. 
261
 “Daaval-Münaviin”, səh. 160 
262
 Dəaval-Munaviin, səh. 160. 
263
Doktor  Əbdüləziz  Əbdüllətif,    “Dəaval-münaviin”,  birinci  nəşr,  Riyad:  Darul-vatan  mətbəəsi,  səh, 
164.  Bu, Riyadda imam Muhamməd ibn Səud adına İslam universitetinin dərsliyidir.   

 
 
129 
 
Qüreyş  kafirləri  əhli  kitabdan  daha  kafirdir.  Doktor  Əbdüləziz  “Dəaval-
münaviin”  adlı  əsərində    İbn  Əfaliqi  bu  sözünə  görə  yalançı  adlandırır. 
Halbuki,  bu  mövzuda  İbn  Əbdülvəhhabın  ifadələri  çox  açıqdır  və  bu 
“Kəşfuş-Şubuhat”-ın tənqidində qeyd olundu. 
Hənbəli  şeyxi  Süleyman  ibn  Süheym  İbn  Əbdülvəhhab  haqqında 
bunları  söyləyir:  “O,  bütün  dediklərini  mənimsəməyən  və  onların  haqq 
olduğunu qəbul etməyənlərin küfrünə yəqinlik gətirdi.   Onun hər dediyinə 
uyana isə “xalis fasiq olsan belə sən töhvid əhlisən” deyirdi.
264
 
İkinci  Səud  dövlətində  Səud  ailəsinin  əmirlərinin  qazılığını  etmiş 
Hənbəli şeyxi Nəcdli Osman ibn Mənsur belə deyir: “Allah Nəcd xalqını və 
yarımada ərəblərini imtahan etdi. Onlardan ümmətin avamını və alimlərini 
təkfir  etmək  üçün  çalışanlar  çıxdı.
265
 Ancaq,  bu  adam  (İbn  Əbdülvəhhabı 
nəzərdə tutur) özünə itaət etməyi İslamın altıncı əsası təyin etdi.”
266
 
İbn Əbdülvəhhabın qardaşı Süleyman ibn Əbdülvəhhab belə deyir:” 
Ey  Məhəmməd  ibn  Əbdülvəhhab  İslamın  neçə  rüknü  var?  Beş.  Sən  onu 
altıya çıxartdın. Altıncısı odur ki, sənə tabe olmayan müsəlman deyil. Sənə 
görə bu İslamın altıncı rüknüdür.”
267
 
Şeyx  Süleymanın  bu  sözü  (İbn  Əbdülvəhhabı)  susdurmaq  üçün 
deyilmişdir.  İbn  Əbdülvəhhab  belə  bir  şey  söyləmədi.  Lakin  onun 
müsəlıman olmaq üçün irəli sürdüyü şərtlərin nəticəsi bunu dəstəkləyir. 
Zəhhavi  deyir:  “Biri  soruşsa  ki,  vəhhabilər  nəyi  məzhəb  etdilər? 
Onların  son  hədəfləri  nədir?  Hər  iki  suala  belə  cavab  verərik:  O,  bütün 
müsəlmanları  təkfir  etməkdir.  Bu  qısa  cavab  onların  məzhəbini 
təsnifləndirməyə yetər.”
268
 
Şeyx  Əhməd  Zeyni  Dəhlan  belə  deyir:  “Tövhid  əhli  onların 
dediklərinə tabe olmayınca iman etmiş olmaz.”
269
 
Seyyid  Sinni  əl-Həddad  əl-Hadrami:  “Bir  şəxs  onun  dininə  girmək 
istərsə ona belə deyilir: Nəfsinə şahidlik et ki, daha əvvəl  kafir idin. Ana-
                                                 
264
Eyni əsər, səh. 164. 
265
“Daaval-Münaviin”, səh. 166. 
266
Eyni əsər, səh. 166. 
267
Eyni əsər, səh. 166. 
268
Eyni əsər, səh. 167. 
269
Eyni əsər, səh. 166. 

 
 
130 
 
atanın  da  kafir  olaraq  öldüyünə  şahidlik  et.  Bu  və  ya  digər  alimin  kafir 
olduğuna  da  şahidlik  et.  Əgər  şahidlik  edərsə  qəbul  edilər,  əks  halda 
öldürülər.”
270
 
Həddad  vəhhabilərin  etdiklərini  bu  sözlərlə  davam  etdirir: 
“Canlılardan  müşrik  saydığınız  halda  necə  razı  olursunuz?  Hətta  uzun 
illərdir müsəlmanların ölülərinə də hücum edirsiz. Böyük alimlərdən zəlalət 
əhli və azğınlığa sövq edənlər deyə bəhs edirsiniz.” 
Sünni  alimlərdən  Həsən  əş-Şatiy  əd-Dəməşqi  belə  deyir:  “Vəhhabi 
dəvətinin dönüb -dolaşdığı yer müsəlmanları təkfir etməkdir.”
271
 
Beləcə  İbn Əbdülvəhhabın bütün muxalifləri istər sünni-əşəri olsun, 
istər  Şövkani,  Sənani,  Osman  ibn  Mənsur  kimi  sələfilər  olsun  (onların 
bəziləri  İbn  Əbdülvəhhabın  təəssübkeşi  olmalarına  baxmayaraq)  onun 
müsəlman  alim  və  xalqı  təkfir  etməsinin  ifratçılıq  olduğunu  irəli  sürdülər. 
Bunu biz də kitablarında gördük. 
Şiə, ibaziyyə kimi əhli-sünnə xaricindəki firqələr də sünnilərlə yanaşı 
İbn  Əbdülvəhhabın  və  tərəfdarlarının  təkfir  mövzusunda  ifrata  getdiyini 
qeyd  etdilər.  Şiə  olan  Məhəmməd  Cavad  Muğniyə  belə  deyir:  “Heç 
şübhəsiz  onlar  tövhid  əhli  kimi  yalnız  vəhhabiləri,  müşrik  kimi  isə 
istisnasız  bütün  müsəlmanları  nəzərdə  tuturlar.”
272
 Bunu  Şökvani  də 
dəstəkləyir.  O  saf  sələfidir.  Qəbir  daşının  haram  olduğuna  dair,  xalis 
tövhidə  dəvət  və  bidəti  pisləyən  kitabları  var.  Ancaq  müsəlmanları  təkfir 
etmir və birinin etdiyini hamıya şamil etmir. Nə cahili, nə də bu mövzuda 
fikir  mülahizə  edəni  təkfir  etmir.  Bəzi  ifratçılardan  başqa  müsəlman 
alimlərinin hamısı belədir.  
Ancaq  bir  məsələyə  diqqət  çəkməliyəm.  Vəhhabilərin  təkfiri  zəif 
olduqları  zamanlarında  azalır  və  güc  itirir,  güclü  dövrlərində  isə  güclənir. 
Mənə zahir olan budur, ən doğrusunu isə Allah bilər. 
Bəzən  də  korluğa  və  yalana  sığınırlar.  Belə  ki,  onlardan  bir  qismi 
belə  deyir:  “Biz  müsəlmanları  təkfir  etmirik,  bu  tutarsız  bir  ittihamdır. 
Allah  bizi  müsəlmanları  təkfir  etməkdən  qorusun!  Biz  sadəcə  Allahın 
                                                 
270
Eyni əsər, səh. 165.  
271
Eyni əsər,səh. 165. 
272
Eyni əsər, səh. 168. 

 
 
131 
 
Elçisinin  (s.ə.s)  dininə  küfr  edən  müşrikləri  təkfir  edirik.”  Bu  söz  aldatma 
məqsədiylə deyilir. Buna ancaq onları tanımayanlar aldanar. Söz təbliğ ilə 
təkfir  arasında  cəm  edilir.  Bunun  belə  olduğunu  onların  əsərlərini 
müsəlmanlarla  aralarındakı  ixtilafın  sirrini  anlamağa  çalışaraq  oxumağa 
davam  edən  biri  bilər.  İxtilafın  yerini  müəyyən  etməyə  çalışan  bunun 
səbəbinin, onların muxalifləri olan digər müsəlmanları müşrik hesab etməsi 
olduğunu görər. Buna baxmayaraq, onlardan biri çıxıb müsəlmanları təkfir 
etmədiklərinə  dair  əlli  dəfə  and  içə  bilər!  Onlar  “müsəlman”  kəlməsini 
özlərinə görə tərif edirlər. Bu tərif isə qarışıq və xətalıdır. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin