Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

1 – Hicaz, Şam və Yəmən kimi yerlərdə yaşayıb daxildə vəhhabiliyi 
sevsə və öz qövmünə qarşı kin bəsləsə də, zahirdə yaşadığı bölgənin əhalisi 
kimi  yaşayanlar  təkfir  olunur.    Bu,  Dürərdə  (8/121)  şeyx  Süleyman  ibn 
Abdullah ibn Məhəmməd tərəfındən dilə gətirildi. 
2  –  Dəvət  bölgəsi  xaricinə  səfər  edənin  səfər  etdiyi  yer  İslam  üzrə 
olsa  belə,  təkfir  olunması.  Bunu  Həmd  ibn  Əbdüləziz    dilə  gətirmişdir 
(Dürər, 8/ 424). 

 
 
112 
 
3 – İbn Ərəbi və İbn Farizin təkfiri. Onlar yer üzünün ən kafirləridir. 
Şeyx Əbdüllətif ibn Əbdürrəhman belə düşünür (Dürər, 8/ 366). 
4 – Məkkə və Mədinə  İslamdan dönmüş və küfr diyarıdır (Dürər, 9/ 
285) 
5  –  Osmanlı  dövlətinin  təkfiri  (Dürər,(10/  429).  Onu  (Osmanlını) 
təkfir  etməyən  də  kafirdir  və  kəlimeyi  tövhidin  mənasını  bilmir.  Onlara 
kömək edən açıq şəkildə dindən dönmüş sayılır. Bu fikirlər Şeyx Abdullah 
ibn Əbdürrəhman əl-Babteynə aiddir. 
6  –  Qəhtan  qəbiləsinin  təkfiri.  (Dürər,10/  503).  Qəbilə  qanunları  ilə 
hökm etdikləri üçün İbn Sahman bu görüşü iləri sürdü. 
7 - Acman qəbiləsinin təkfiri.  (Dürər,  10/ 503). Qəbilə qanunları ilə 
hökm etdikləri üçün İbn Sahman bu görüşü irəli sürdü. 
8 – Hayil xalqının təkfiri. (Dürər, 10/ 503). Onlara qarşı cihad etmək 
cihadın ən fəzilətlisidir. 
9  –  İbaziyyənin  təkfiri  (Dürər,  10/  431,  438).  Abdullah  ibn  
Əbdüllətifin görüşü. 
10  –  Dəvəti  qəbul  edən,  lakin  ata-babalarının  İslam  üzrə  öldüyünü 
iddia edənlərin təkfiri. Bunlar tövbəyə məcbur edilir. Tövbə etməzsə boynu 
vurular və malı müsəlmanların qəniməti olar. (Dürər, 10/ 143).
213
Əgər daha 
öncə  həccə  getmişdisə,  bunu  təkrar  etməlidir.  Çünki  dəvəti  qəbul 
etməmişdən qabaq şirkdə idi. Həccin şərtlərindən biri İslam üzrə olmaqdır 
(Dürər, 10/ 138). Bu İbn Əbdülvəhhabın oğlanlarının və Həmd ibn Nəsrin 
rəyidir.  
11  –  Cəhmiyyənin  təkfiri,  (10/  430).  Onlar  zındıqdırlar  və  hamısı 
dindən  dönmüşlər.  Bəzi  vəhhabilər  əşariliyi  də  cəhmiyyəyə  daxil  edirlər. 
Son  dönəm  dəvət  alimləri  daha  mötədildirlər  (10/  373).  Onların  təkfir 
edilməsinə  qarşı  çıxmışlar.  Onların  İslam  üzrə  olduqların  bildirmiş  və 
təkfiri hamısına aid etməmişlər. 
12  –  Vəhhabiləri  xarici  adlandıranların  təkfiri  (10/  182).  Mötədil 
olmağına baxmayaraq, bu görüş şeyx Abdullah ibn Məhəmmədə aiddir. Bu 
bidətin  təkfirlə  rədd  edilməsidir.  Əli  və  əhatəsindəki  səhabələr  xaricilərin 
                                                 
213
Sadəcə ataları dəvəti qəbul edən ya da İbn Əbdülvəhhab tərəfindən qadağan olunan əməlləri etməyən 
kimsələr istisnadır. 

 
 
113 
 
onları  təkfir  etməsinə  baxmayaraq,  buna  eyni  qarşılığı  vermədilər.  İbn 
Əbdülvəhhabın  özü  bu  biri  təkfirçinin  təkfir  olunması  caiz  olmadığını 
demişdir. (10, 24). 
13  –  Şeyx  Əbdüllətif  ibn  Əbdürrəhmana  görə  Əhməd  ibn  Hənbəlin 
cəhmilərin  arxasında  namaz  qılması  onların  küfrünün  açıq  dəlilidir  (10/ 
420). Bu dəlil çox qəribədir və bunu başa düşməkdə çətinlik çəkirəm?! 
14  –  Hərb  əsnasında  kəlimeyi  tövhid  gətirən  öldürülməlidir,  çünki 
Üsamə  ibn  Zeyd  belə  etdi.  Çünki  Üsamənin  sahibi  (Rəsulullahı  nəzərdə 
tutur)  bunu  (yəni  onu  öldürməsinin  səhv  olduğunu)  ona  (həmin  şəxsi 
öldürməmişdən)  əvvəl  yox,  sonra  demişdi.  Onlar  isə  bundan  öncə  iqrar 
etdilər (9/ 239). 
15  –  Dəvətin  ona  çatdığı,  ancaq  buna  baxmayaraq  dəvəti  qəbul 
etməyən kimsənin təkfiri (9/ 245). 
16 – Məkkə əhlini təkfir etməyənin təkfiri (9/ 291). 
17  -  Kəlimeyi  şəhadətin  mənasını  bilmədiklərinə  görə  əşarilərin 
təkfiri ( 1/ 364, 362, 364, 312, 320). 
18 – Mötəzilənin təkfiri (1/ 357). 
19  –  İslamdan  çıxdıqlarına  görə  xaricilərin  təkfiri  (10/  177).  İbn 
Əbdülvəhhabın oğlu Abdullanın fikridir. 
20  –  Zəkata  mane  olanların  İslamdan  çıxmış  olduqları  üçün  təkfiri 
(10/ 177). İbn Əbdülvəhhabın oğlu Abdullanın fikridir. 
21  –  Harameyn,  Misir,  Şam,  Yəmən,  İraq,  Nəcran,  Həzrəmövt, 
Mosul xalqının və kürdlərin təkfiri (1/ 385; 380). 
22 – Şeyx İbn Hümeyd müsəlmanların çoxunun İslamdan döndüyünü 
və bütpərəstlər, şəriət düşmənləri, mülhidlər, xristianlar və rafizilər (şiələr) 
ilə  qardaşlıq  etdiklərindən  bəhs  edir  (15/  471).  Bu,  tövhid  əqidəsində 
sabitqədəm  olanlardan  başqa  bütün  kəndlilər,  şəhərlilər  və  bədəvilər 
arasında yayılıb (15/ 471). 
23 – Kafirlər, müşriklər, yəhudilər, xristianlarla dostluq edən, onların 
şirklərini  inkar  etməyən,  onların  etdiklərini  mədh  edən  və  ya  onların 
küfrlərində  şəkk  edən  hər  müsəlman  tövhidi  bilsə  və  İslamın  zahiri 
şərtlərınə əməl etsə belə kafirdir ( 15/ 475). 

 
 
114 
 
24 – Sonra kafirlərə oxşamaq və onlara əsaslanmaqdan bəhs olundu. 
Onlar  kimi  geyinmək,  onları  ziyarət  etmək,  xoş  söz  demək,  gözü  onlarda 
olmaq,  yaxınlarında  oturmaq,  onlara  vəzifə  vermək,  onların  içinə  girmək, 
gülümsəmək  kimi  olsa  belə  xoş  niyyət  izhar  etmək,  onların  yanına  girib-
çıxmaq,  pay  vermək,  az  da  olsa  kömək  etmək,  paltarlarını  geyinmək, 
onların ölkələrində onlarla birlikdə yaşamaq, onlara meyl etmək, onlara xoş 
söz demək, oturarkən onlara yaxınlaşmaq küfr sayılır (10/ 476, 482). 
25  –  Sonra  davam  edir:  “Yuxarıda  açıqlananı  anladınsa,  günümüz 
insanlarının  çoxunun  tənəzzül  və  açıq  dindən  dönmə  içində  olduğunu 
görərsən”. Onlara pay verən, onları öyən, onlarla əlaqə quran və onlardan uzaq 
olduğunu  elan  etməyən  də  belədir:  “Bunu  edən  dindən  dönmüşdür.  Onun 
haqqında  mürtəd  hökmü  yerinə  yetirilməlidir.  Belə  ki  kitab,  sünnə,  ümmətin 
icması və onlara tabe olanların görüşləri buna dəlalət edir” ( 10/ 479). 
26  –  Müsəlmanın  müşriklərin  ölkəsinə  ticarət  məqsədiylə  səfər 
etməsi haramdır. Müsəlman yalnız dinini izhar edəcək və onları təkfir edə 
biləcək,  dinlərinin  naqisliyini  onlara  deyəcək  və  onlara  tənə  edə  biləcək 
qədər  güclü  olsa,  belə  səfərə  çıxa  bilər.  O  (müsəlman),  yolda  onlarla 
(kafirlərlə) qarşılaşsa onları dar bir yola  keçmələri üçün məcbur etməli  və 
kafir  olduqlarını  açıqlamalıdır.  Onların  düşməni  olduğunu  deməli  və 
digərlərinə də bunu bildirməlidir. Bunları etməyən dində deyildir. (Belə bir 
şəxsin) namaz qılmasına etibar edilməz, kəsdikləri yeyilməz (10/ 482, 491). 
27 – Kafirlərə evlərində xidmət edən, onların ofislərində işləyən, onlarla 
məşğul  olanlar  vacib  əməllərin  çoxunu  tərk  edir,  haramların  çoxunu  işləyir, 
kəlimeyi  şəhadəti  sadəcə  söz  olaraq  bilirlər.  Onlar  da  kafirlər  və  mürtədlər 
kimidirlər.  Kim  onların  dindən  döndüklərinə  şübhə  edərsə  dini  bilmir  və 
faydalı  elmin  nə  olduğundan  zərrə  qədər  xəbəri  yoxdur  (15/  482).  Bu  cür 
xidmət kitab, sünnə, ümmətin sələfinin icması ilə haram qılınmışdır (15/ 486). 
Eynisinə  və  ən  azından  oxşarına  rastlamadığım  bu  ifratdan  sonra 
dəvət alimlərinin çoxu təkfir və şiddətin səbəbinin Seyyid  Qütb, Mövdudi, 
İxvanul-Müslimin  və  Hizbut-Təhrir  olduğunu  iddia  etdilər.  Siyasi 
baxımdan  bunlarda  ifratın  olduğu  həqiqətə  uyğundur.  Ancaq  ifratları  hər 
mövzuda siyasi, əqidə, fiqhi, mədəni, ictimai sahələrdə vəhhabiləri keçməz. 
İnsaf da dindəndir. 

 
 
115 
 
Yuxarıda  keçən  ibarələri  düşünün.  Görün  vəhhabilərin  cihad 
hərəkatın  qaydalarını  tənzimləmək  üçün  demədikləri  bir  şey  qaldımı? 
Bunun əksi doğrudur. Qaydalar və cihad hərəkatı bu ifratın bütün dedikləri 
deyildir.  Onlar  müsəlmanların  ölkələrini  küfr  diyarı  və  İslam  diyarına 
böldülər.  
Vəhhabi  alimlərinin  görüşlərində  təkfir,  İslam  aləmində  cihad 
fəaliyyətlərinin  təşkil  edilməsi  və  qan  tökmənin  mübah  sayılması 
qaydasının olduğu çox açıqdır.  İfratı şiddətlə inkar etsələr də onların təkfir 
və savaş hədəfi müsəlmanlardır.  
 
İkinci bölüm:  
Son dövrdə yaşayanların təhsilə dair fikirlərindən  
bəzi nümunələr 
 
Çağdaş  məsələlər  barəsində  onların  radikal  fətvalarını  qeyd 
edəcəyəm.  Onlardan  ən  məşhuru  təhsil  barədədir.  İlk  olaraq  isə  onların 
çağdaş  təhsilə  sisteminə  qarşı  hücumlarının  səbəbini  açıqlayacağam. 
Zənnimcə  radikal  vəhhabiliyin  güclənməsinə  xidmət  edən  şəri  elmlərə 
(şəriət  elmlərinə)  əngəl  olacağından  qorxurlar.  Şəri  elmin  yayılmasını 
istəməyən müsəlman yoxdur. Ancaq ifratçılıqla dini qüsurlu hala gətirdilər 
və buna “şəri elm” adını verdilər. Bu başqa bir məsələdir.  
Hər  halda  bu  görüşdə  olanların  adlarını  qeyd  etmədən  (onları  pis 
vəziyyətdə  qoymamaq  üçün)    nümunələr  verəcəyəm.  Çünki  doğrudan  da 
radikal görüşlər vardır və hədəf şəxsləri deyil, fikirləri tənqid etməkdir. Bu 
nümunələrdən bəziləri belədir: 
1  –  Təhsil  nazirliyinin  ərəb  ölkələrindən  gətirdikləri  müəllimlər 
mülhid və zındıqdırlar (Allahı inkar edən).
214
 
2  –  Təkfir  o  yerə  çatdı  ki,  bəzi  alimlər  Doktor  Fövzi  Şeybini  təkfir 
etdilər.  Onu  ilhad  və  zındıqlığın  (dinsizlik)  ən  böyük  dəvətçisi  -  deyə 
ittiham etdilər (16/ 12). 
                                                 
214
Dürər, 5/ 16, 16/ 12. 

 
 
116 
 
3  –  Ərəb  ölkələrindən  olan  bu  müəllimlər  Məhəmməd  ibn 
Əbdülvəhhabın
215
 gətirdiyi  kəlimeyi  tövhid  ağacını  bu  vətəndən  söküb 
atdılar,(16/ 8). 
4 – Bu ağac o şəhərlərdə itmişdir (8/ 16).
216
 
5  –  Bu  müəllimlər  xaricilərdən  daha  çox  əcnəbidirlər,  övliyalara 
ibadət edirlər, namaz və İslamın digər əsaslarını tərk edirlər.
217
 
6 – Kim qonşu ölkələrə təhsil və ya ticarət məqsədiylə gedərsə, tövbə 
edincəyə qədər sürgün edilməlidir.
218
 
7 – Bu ölkələrdən geri qayıdan  vətəndaşlar Cümə namazından sonra 
paltarlarını  suya  batırar  və  müşriklərin  torpaqlarına  səfər  etməkdən  imtina 
edərdilər (15/ 462). 
8  –  Onların  fətvalarında  qeyri-şəriət  elmlərinin  (rəssamlıq,  idman, 
oyunlar kimi) haram olduğu və qadağan edildiyi öz əksini tapır (16/ 15). 
9 – Hüquq, təbiət elmi və rəssamlıq da qadağandır (16/ 10). 
10- Çağdaş təhsil də (16/ 50). 
11 – Qızların təhsili də qadağandır (16/ 71). 
12  –  Çağdaş  elmlər  ilhadın  (dindən  çıxmanın)  başlanğıcıdır,  (15/ 
489).  (Bununla  əlaqəli  bir)  Məqalənin  müəllifi onları  (yəni  dindən  çıxaran 
elmləri) rəsm, idman və oyunlar olaraq açıqladı (16/ 15). 
13 – Qadınların təhsilində açılmaq, hicabı  atmaq, diz, baldır, baş və 
sinənin açılmağı reallaşır (16/ 74). Fahişəxanaların açılması, kinoteatr, rəqs 
və çılpaqlıq əmələ gəlir (16/ 81). 
14  –  Bütün  müsəlmanlara  qız  və  oğlan  övladlarını  zahiri  rəhmət, 
batini  isə  fitnə,  sonu  açıqlıq  və  fücur  olan  bu  məktəblərə  göndərməmələri 
tövsiyə edilir (16/ 74). 
15 – Qız məktəbləri açmaq böyük müsibət və qiyamətdir (16/ 78, 83). 
                                                 
215
Burada  İbn  Əbdülvəhhab  mövzusunda  zahiri  ifratlıq  vardır.  Çünki  kəlimeyi  tövhid  ağacını 
Peyğəmbərimiz  (s.a.s)  gətirdi.  Ondan  öncə  də  digər  nəbilər  (a.s)  tövhidlə  gəldilər.  Əgər  ifadə 
“Məhəmməd  ibn  Əbdülvəhhab  o  ağacı  suladı”  şəklində  olsaydı  (bunda  belə  ifratlıq  olmasına 
baxmayaraq) Peyğəmbərin (s.a.s) məqamına və İbn Əbdülvəhhabın məqamına daha layiq olardı. Yoxsa 
İbn Əbdülvəhhabı Məhəmməd Peyğəmbərin (s.a.s) məqamına yüksəltmiş olarıq. Xeyr, min kərə xeyr. 
216
Bu təhsil nazirliyinin işə aldığı müəllimlərin (Misir, Suriya, İordaniya, Sudan, Fələstin, Məğrib ölkəsi 
və digərləri) ölkələrində yaşayan müsəlmanların açıq şəkildə küfrlə ittiham olunmasıdır. 
217
Dürər, 16/ 100. 
218
 Dürər, 15/ 462. 

 
 
117 
 
16 – Qızların ümumi təməl təhsili (hesab, həndəsə və coğrafiya kimi) 
pisdir.
219
 
17 – Qızları təhsilə çağıranlar əcnəbilərin törəmələridir.
220
 
18  –  Onlar  şəri  sevir  xeyrə  nifrət  edirlər.  Kafirləri  təqlid  edir, 
məcusilərə  (atəşpərəstlərə)  oxşayırlar.
221
Onlar  qızlarını  evlərindən 
çıxarmaq üçün çalışırlar ki, təhsil hiyləsi ilə onlarla əylənsinlər.
222
 
19  –  Bu  məktəblərə  namusu,  adamlığı  və  dini  olmayanlar  razı  ola 
bilərlər. Tərbiyəsizliyə çağırmaq onlara üstün gəlmişdir.
223
 
20 – Bu ölkənin xalqı xaricilərə oxşayır və bəzi haram  məsələlərində 
onların  yolunu  gedirlər.  Bunlar  (yəni  haramlar)  içərisində  əyləncə  və 
gəzinti yerləri, televizoru qeyd etdilər.
224
 
21  –  Tələbələrə  və  digərlərinə  futbol  oynamağı  qadağan  etdilər. 
Çünki  o,  müsəlmanlara  Qərbdən  gəldi  və  nə  xüləfayi-raşidin  nə  də 
müsəlmanların  hökmranlığı  dövründə  yoxdu.
225
O  Allahın  düşmənlərinə 
oxşamağı  ifadə  etməkdədir.
226
Onu  təkcə  səfehlər  oynayar.
227
Bu 
bənzərlikdir  -  dedikdən  sonra  “Bir  qövmə  bənzəyən  onlardandır”  hədisini 
dəlil  gətirdilər.  Ayrıca  onun  dəyişdirilməli  olan  pis  əməllərdən  olduğu
228

qumar olduğunu
229
 da qeyd edirlər.  
22  –  Televizor  bəla  və  şər  alətidir,  alçaqlıq  və  tərbiyəsizliyə  dəvət 
edir.
230
 Televizorun  mübah  olduğunu  deyənlər  şeytanın  tələsinə  düşən  və 
qəlblərində  zülmət  olan  şəxslərdir.
231
 Onlar  başqalarını  da  doğru  yoldan 
uzaqlaşdıran azğın bir qövmdür.
232
 
                                                 
219
 Dürər, 16/ 79. 
220
 Dürər, 16/ 81. 
221
 Dürər, 16/ 81. 
222
 Dürər, 16/ 82. 
223
 Dürər, 16/ 83. 
224
 Dürər, 15/ 31. 
225
 Dürər, 15/ 200, 204. 
226
 Dürər, 15/ 206. 
227
 Dürər, 15/ 206. 
228
 Dürər, 15/ 206. 
229
 Dürər, 15/ 207. 
230
 Dürər, 15/ 243. 
231
 Dürər, 15/ 236. 
232
 Dürər, 15/ 236. 

 
 
118 
 
23  –  Musiqini  haram  saydılar.  Musiqi  aləti  olan  dəfin  də 
dinlənməsini  haram  qıldılar
233
:  “Musiqi  alətlərinin  səsi  şübhəsiz 
haramdır”.
234
 
24 – Siqaret çəkməyi şərab dərəcəsinə çıxartdılar və haram saydılar. 
Çünki o da şərab kimi sərxoşluq verir.
235
Siqaret çəkənə də şərab içən kimi 
səksən dəyənək vurulmalıdır-deyə fətva verdilər.
236
 
25  –  Rəsm  çəkməyi  bütün  şəkilləri  və  növləri  ilə  haram  qıldılar. 
Kölgəsi olsun və ya olmasın, onu şirkin əsli qıldılar.
237
 
26  –  Polislərin  paltarları  da  haramdır.  Çünki  o  da  (kafirlərə) 
bənzərlik  ifadə  etməkdədir  və  “kim  bir  qövmə  bənzəsə,  o, 
onlardandır”.
238
O, əcnəbi müşriklərin geyimlərinə bənzəyir.
239
 
27 – Şapka da belədir.
240
 
28 - Şalvar da.
241
 
29  –  Kim  bu  paltarları  geyinsə  onunla  xaricilər  arasında  fərq 
yoxdur.
242
 
30 – Bu paltarlar İslama pislik etmək istəyənlər üçündür.
243
 
31  –  Onlara  müsbət  yanaşmaq  şirk  və  küfr  simvollarına  müsbət 
yanaşmaqdır.
244
 
32 – İnsanların ayaqlarını yerə vurması və əsgər salamı da belədir.
245
 
Ayağı yerə vurmaq eşşək və qatırın ayaqlarını yerə vurmaqlarına bənzəyir. 
Onlar  da  bir  şey  hiss  etdikdə  ayaqlarını  yerə  vururlar.  Onda  iki  cinsə  də 
bənzərlik vardır.
246
 
                                                 
233
 Dürər, 14/ 536, 537. 
234
 Dürər, 14/ 537. 
235
 Dürər, 15/ 59, 62. 
236
 Dürər, 15/ 93. 
237
 Dürər, 15/ 395. 
238
 Dürər, 15/ 365. 
239
 Dürər, 15/ 365. 
240
 Dürər, 15/ 367. 
241
 Dürər, 15/ 367. 
242
 Dürər, 15/ 367. 
243
 Dürər, 15/ 366. 
244
 Dürər, 15/ 366. 
245
 Dürər, 15/ 363. 
246
 Dürər, 15/ 379. 

 
 
119 
 
33 – İnsanların alqışlaması ən pis əməllərdəndir.
247
Bu eyni zamanda 
Lut qövmünün əməllərindəndir. Onunla  həlak oldular.  Bu həm də Allahın 
düşmənlərinə bənzəməkdir.
248
 
34 – Alqışlamaq xanımların xasiyyətidir. Allahın Elçisi (s.ə.s) qadına 
oxşayan kişiləri lənətləmişdir.
249
 
35  –  O  (alqışlamaq)  qadınlara  xas  əməllər  cinsindəndir.
250
 Böyük 
günahlardandır.
251
 
Bu  nümunələr  İbn  Əbdülvəhhabın  məktəbinin  çağdaş  alimlərinin 
fətvalarındandır.  Onlarda  zahiri  ifrat  vardır.  Mübahları  haram 
qılmaqdadırlar.  
 
Vəhhabilərin öz içərilərində  
bəzilərini təkfir etmələri  
 
İbn  Əbdülvəhhabın  təkfir  mövzusunda  radikal  mövqeyinin  nəticəsi 
olaraq ondan sonra bir neçə il müddətində davamçıları bir-birlərini küfrdə 
ittiham  etdilər.  Bir  birilərinin  xanımlarını  əsir  aldılar.
252
 Bunun  məşhur 
nümunələri vardır. İkisini qeyd etməklə kifayətlənəcəyik. 
 
Birinci Nümunə: 
Şeyx  Əbdüllətif  ibn  Əbdürrəhman  bir  fətva  çıxardı.  Orada  “kafir” 
Osmanlı dövlətindən kömək tələb etdiyi üçün əmir Abdullah ibn Faysaldan 
uzaq olduğunu açıqladı. (Əmir) Riyadı ələ keçirdiyində isə şeyx Əbdüllətif 
ona  (Abdulla  ibn  Faysala)  biət  etdi  və  onun  yenidən  İslama  girdiyini  irəli 
sürdü.
253
 Daha  sonra  isə  onun  təkfir  edilməsinə  dair  dəlilinin  olmadığını 
                                                 
247
 Dürər, 15/ 396. 
248
 Dürər, 15/ 397. 
249
 Dürər, 15/ 399. 
250
 Dürər, 15/ 404. 
251
 Dürər, 15/ 404. 
252
Dürər, 8/ 329, 9/ 35, 33, 23, 22. 
253
Dürər, 9/ 22. 

 
 
120 
 
bildirdi.
254
 Səud  ibn  Faysalı  və  onun  əsgərlərini  yenə  kafirlərdən  kömək 
istədiyi  üçün  təkfir  etdi.
255
Sonra  onun  müsəlman  olduğuna  və  ona  beyət 
edilməsinə  dair  hökm  verməyə  məcbur  oldu.  Beləcə  gülünc  bir  vəziyyət 
ortaya çıxdı. Bəzən onu təkfir etmək və ona qarşı cihad etməyi vacib gördü. 
Bəzən  də  onunla  bərabər  digərlərinə  qarşı  (daha  əvvəl  onların  İslam  üzrə 
olduğuna  və  onlarla  bərabər  savaşılmalıdır,  -deyə  fətva  vermişdi)  cihad 
etməyi  vacib  qıldı.  Bu  sonuncu  əmir  də  onu  təkfir  edən  fəqihlərdən  xali 
deyildi. Burada məsələ təkcə küfr və imanla əlaqəli fətvalar vermək deyildi. 
Əsas  odur  ki,  insanlar  bu  dilə  öyrəşdilər.  Asi,  zülm  əhli  və  düşmənlərlə 
savaşmağın  lazım  olduğunu  heç  eşitmədilər.  Onunla  savaşan  dindən 
dönmüş  kafir  və  müşrikdir.  Küfrü  iblis  və  fironun  küfrü  kimidir.  Onunla 
bərabər  savaşanlar  isə  möminlərdir.  Onların  imanı  nəbilər  və  siddiqlərin 
imanı kimidir və o, Allahın yer üzündəki sultanıdır! 
 
İkinci Nümunə: 
Kral  Əbdüləzizi  dəstəkləyən  alimlərlə  Faysal  Duveyşin  tərəfdarları 
bir-birlərinə qarşılıqlı küfr ittihamı yönəltdilər. Məncə də şübhəsiz Düveyş 
və  tərəfdarlaının  xətaları  vardı.  Ancaq  onların  bu  xətaları  əsla  İslamdan 
çıxaran  küfr  deyildi.  Onlar  müsəlman  idilər.  Ancaq  kralın  idarəsindən 
çıxmışdılar.  Fəqihlər  bu  vəziyyətdə  olanları  “asilər”,-  deyə  adlandırırlar. 
Kral  Əbdüləzizi  dəstəkləyən  alimlər  Düveyş  və  Acmanın  dindən 
çıxdıqlarını isbat etmək üçün fətva verdilər. Alimlərdən çoxu, Məhəmməd 
ibn Əbdüllətif, Məhəmməd ibn İbrahim, Süleyman ibn Səhman, Saleh ibn 
Əbdüləziz və Ariz bölgəsinin bütün alimləri  belə fətva  verdilər.
256
 Onların 
                                                 
254
Dürər, 9/ 33. Şeyx Əbdüllətif fitnəni dəf etməyə çalışdı. İnsanların namuslarını və mallarını qorudu. 
Ancaq  hər  etdiyinə  şəriətdən  bəhanə  tapdı.  Şəriətə  əsaslanaraq  Səud  ibn  Faysalın  qətlini  vacib  qıldı, 
sonra isə ona kömək etməyi vacib gördü! Onun qardaşi ilə cihad edilməsini də şəriət baxımından vacib 
qıldı.  Ona  kömək  etməyi  də!  Fəsadçılarla  savaşmağı  da  vacib  gördü.  (Dürər,  9/  34-ə  bax).  Bu  cür 
təsnifləndirmələrlə  şəriəti  yorduq.  Kaş  ki,  İbn  Əbdülvəhhab  bu  ziddiyətləri  İslama  yükləməyəydi. 
Təəssüf  ki,  əskidən  bəri  sələfi  mənzumələr  ümumi  mənada  bu  ziddiyətləri  və  ziqzaqları 
dəstəkləməkdədir.  O  qədər  ki,  oxucu  sələfilərin  İslamı  özlərinə  uydurmaq  istədiklərini  xəyal  edir.  Öz 
istəklərini  şəriətin  tələbi  kimi  göstərməkdədirlər.  Onlara  görə  o,  xalis  tövhiddir.  Onu  inkar  edən  və 
anlamayan şəri olaraq pislənmişdir.  
255
Dürər, 8/ 392. 
256
Dürər, 9/ 209. 

 
 
121 
 
küfrlərində və dindən çıxmaqlarında heç bir şübhə olmadığını dəstəklədilər. 
Onların  dindən  çıxdıqlarının  ən  böyük  dəlili  İbn  Səudun  əmri  altına  zorla 
girmələri və türklərin rəiyyəti olmaları idi.  
Kral  Əbdüləziz  müsəlmanları  təkfir  etməsələr  də  onlardan  razı  idi. 
Düveyş və tərəfdarlarının təkcə asi olduqlarına dair də hökm verə bilərdilər. 
Asilərlə də haqqa və camaata dönüncəyə qədər savaşmaq vacibdir. Biz bu 
gün icma ilə onların dindən döndüklərini deyil, xəta etdiklərini və idarəyə 
qarşı  çıxdıqlarını  deyirik.  Günümüzdə  yazılan  bütün  əsərlərdə  Duveyş, 
Cəhman  və  digərlərinin  üsyanı  hakimiyyətin  əmrindən  çıxmaq  kimi 
qiymətləndirilməkdədir. Bütün fəqihlər bunu nə küfr, nə də dindən dönmək 
deyil, asilik adlandırırlar. 
 
Günümüzdə 
Hər  kəs  bilir  ki,  İkinci  Körfəz  Böhranından  sonra  (Küveytin  azad 
edilməsi  uğrunda  müharibə)  vəhhabilər  bir-birilərinə  kin  bəsləyən  və 
ittiham  edən  dörd  qrupa  ayrıldılar.  Bu,  kitab  və  məqalələrdə  belə  nəşr 
olundu. Toqquşma bütün şiddəti ilə davam edirdi. İş qarşılıqlı düşmənçiliyə 
qədər gəlib çıxmışdı.  
Oxucu  sələfi  simpoziumlarında  iştirak  etsə  (vəhhabilik  bütün 
sələfilərə  təsir  etdi)  onların  qarşılıqlı  olaraq  bidət  və  təkfir  ittihamlarını 
görər  (radikallar  üçün  bu  iki  məfhum  bir-birindən  fərqlənmir,  çünki  hər 
ikisi də cəhənnəmə aparır).  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin