Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   10   11   12   13   14   15   16   17   18

 
Deyirəm  ki,  bu  da  bizim  ifratçılarda  var.  Belə  ki,  bəzi  sələfilər 
digərlərinin xatalarını düzəldərkən  “bundan öncə bunu kim etdi?” deyərlər. 
                                                 
275
 Taha/ 51. 

 
 
141 
 
Öz  xətalarının  daha  əvvəl  kimdə  olduğunu  isə  soruşmazlar.  Buna  bənzər 
çox sözlər vardır. Onları “əqidə kitabında” bəzi bölümlərdə qeyd etdik. 
4 – Anlama və əməl qüdrəti olan qövmü nümunə olaraq göstərmək.    
Söylədiklərinə  baxıldığında  İbn  Teymiyyənin  bir  sıra  təqlidçilərinin 
vəziyyəti  də  belədir:  “Sən  kimsən  ki  İbn  Teymiyyəni  anlayasan?  O  zəka, 
məntiq, fəlsəfə və digər başqa üstünlüklərə sahibdir”.  
5 – Ancaq zəiflərin tabe olduğu məsələləri nümunə olaraq vermə. 
Yenə  bunu  da  dediklərinə  baxdığımızda  bu  gün  bizim  ifratkarlar 
həyata  keçirirlər.  “Bunlara  kiçik  azlıqdan  başqa  kim  bağlanar?  Nə  ağılları 
var,  nə  diplomları,  üstəlik  mövqe  sahibləri  də  deyillər.  Bir  alimdən  bəhs 
edəndə sənə belə deyərlər:“Onu heç kim tanımır, alimlər də onu xeyirlə yad 
etmirlər!” 
6 – İbn Əbdülvəhhabın qarşı çıxdığı məqamlardan biri də, alimlər və 
saleh  insanlar  haqqında  ifrata  varmaqdır.  Bunun  nümunələri  də  çoxdur. 
İnsaflı birisi ifratçıların  İmam Əhməd, İbn Teymiyyə ve  İbn Əbdülvəhhab 
haqqında  yazdıqlarını  oxusa,  onların  sanki,  cinlərdən,  insanlardan  və 
mələklərdən  olmayan  qeyri  adi  bir  məxluq  olduğunu  xəyal  edər.    Onun 
səma  ilə  yer  arasında  bir  yerdən  endiyini  zənn  edər.  Monqol  hücumunun 
ölkəsinə  yönəlməsini  öncədən  xəbər  verən  kimi  görər.  Sonra  bu  ifratçıları 
xürafələrə yönəldiklərini  görürük. Bu mövzuda bizim “Kitabul-əqaid”-dəki 
ifratçılıqla əlaqəli yazdıqlarımıza baxa bilərsiniz. 
7- İbn Əbdülvəhhabın qeyd etdiyi mövzulardan biri də həva və zənnə 
boyun  əyərək  Allahdan  gələnə  üz  çevirməkdir.  Günümüz  ifratçılarına  şəri 
dəlillər gətirdiyin zaman buna İbn Teymiyyə, İbn Həzmin görüşləri, ya da 
digər  alimlərin  dedikləri  ilə  cavab  verirlər.  Əgər  bu  sözləri  savadsız  biri 
desəydi  məsələ  çox  sadə  olardı.  Ancaq  elmdə  sağlam  təməlləri  olanlara 
alimlərin  təqlidçiləri  tərəfindən  nəsihət  edildiyini  görürük.  Onlar  daha 
fəzilətli elm əhlinə  azacıq elmləri və ondan  daha çox təəssübləri ilə təqlid 
etdiklərini  yaxşı bilirlər. Biz  isə  çox sayda  həqiqi alimin olduğunu bilirik. 
Ancaq  onların  səsləri  gəlmir  və  digərlərinə  tabe  olurlar.  Nə  bir  anlıq 
həqiqətpərəstlikləri,  nə  də  insafları  var.  İnsanlar  başlarına  cahilləri 
seçərlərsə elm əngəllənər, onlar özləri  doğru yoldan azarlar və digərlərini 
də azdıralar.    

 
 
142 
 
8  –  İbn  Əbdülvəhhab  qeyd  edir  ki,  onların  (şirk  qoşanların) 
bəhanələri  Allahın  gətirdiyini  anlaya  bilməmələridir:  “Bizim  qəlblərimiz 
örtülüdür  dedilər”
276
Mən  bunları  müzakirə  edərkən  onların  (vəhhabilərin) 
bəzilərində gördüm. 
9 – “Onlar batil görüşlərini peyğəmbərlərə isnad edirlər”. 
Bu  da  bizim  vəhhabilərdə  var.  Təkfiri  Allaha  və  elçisinə  nisbət 
edirlər. 
10  -  “Onların  ziddiyyəti  ondadır  ki,  Peyğəmbərin    (s.a.s)  yolunda 
olduqlarını  söyləyirlər,  lakin  ona  itaət  etmirlər”.    Bu  bizim  bəzi 
ifratçılarımızda  ortaya  çıxır.  Bəzi  sufilərin  etdiklərinə  baxıb  hamsına 
hücum  edirlər.  Şiələrə  də  həmçinin.  Bundan  da  irəli  gedərək  bəzi  şiələrin 
əməllərindən  hərəkətlə  İmam  Əli  (r.a)  və  Cəfər  əs-Sadiqə  (r.a)  tənə 
vururlar.  Hətta  sələfilərin  ifratkar  olanları  Həzrət  Əlinin  (r.a)  din  üçün 
deyil,  hakimiyyət  üçün  savaşdığını  zənn  edir!  Başqa  birisi  də  Cəfər  əs-
Sadiqin  (r.a)  yalançı,  mason  olduğunu  düşünür!  Biz  burada  heç  kimsəni 
xətadan  tənzih  etmirik.  Nə  Əbu  Bəkri  (r.a),  nə  Əlini  (r.a),  nə  Cəfər  əs-
Sadiqi  (r.a)  nə  də  Şafeini.  Onlar  da  digərləri  kimi  bəşər  idilər  və  xətaları 
olmuşdur. Ancaq Əhli-beyti batillə ittiham etmək caiz deyildir! Allah bizi 
belə  bir  fikirdən  qorusun  ki,  Cəfər  əs-Sadiq  (r.a),  Cəbhanın  iddia  etdiyi 
kimi mason və ya yalançı olsun. İşin qəribə tərəfi mötədil olanların bunlara 
qarşı səssiz qalmalarıdır. İbn Teymiyyə, Bərbahari və İbn Əbdülvəhhabdan 
söz  düşdükdə  onları  qorumaqdan  dala  qalmazlar.  Bu  təzaddır.  Bəşərin 
ittihamı  və  dindən  dönməklə  ittiham  etməkdən  qorxurlar.  İnsanların 
rəbbinin töhmətindən özlərini əmin hiss edirlər. 
12  –“Dünya  həyatı  onları  aldatmışdır.  Allahın  onlara  verdiklərinə 
baxıb,  Onun  razı  olduğunu  zənn  edirlər.  “Biz  mal  və  övlad  baxımından 
daha çoxuq və öncəkilər kimi deyilik.” 
Bu da bizim bəzi ifratçılarımızda var. Özlərinə müxalifət edənləri bu 
sözlə  susdururlar:  “Görmürsünüz  ki,  Allah  bizə  mal  və  nəsəb  nemətlərini 
verdi!”  Başqalarına  eynisi  verildiyində  isə  “Allah  bu  dünyada  onlara  verir 
ki, axirət günündə ona həsrət qalsınlar!” deyirlər. Bu bütün ifratçılarda var. 
                                                 
276
Bəqərə, 2/88 

 
 
143 
 
Onlara  pislik  gəldiyində  “bu  imtahandır  və  Allah  bir  qövmü  sevdiyində 
onları bəla ilə hesaba çəkər” deyirlər. Düşmənlərının başına gələndə isə “bu 
Allahın  əzabıdır,  daha  da  böyüyünü  gözləyin”  söyləyirlər.  Bütün  bunlar 
Allahı  öz  işlərinə  alət  etməkdir.  Heç  kimsə  bu  xoş  olmayan  işin  sirrini 
bilmir.  Sadəcə  Allah  bilir.  Müsəlman  özünə  ya  da  rəqibi  olan  müsəlmana 
bir  müsibət  gəldiyində  qəti  qərar  verməməlidir.  Özü  üçün  istədiyini  və 
Allahdan  qorxduğu  kimi  digər  müsəlmanlar  üçün  də,  istərsə  ən  şiddətli 
düşməni olsun, tələb etməlidir.     
 13  –  “Zəiflərin  öncədən  daxil  olduqlarına  baxaraq  haqqa  daxil 
olmağı tərk etmək təkəbbürdür”. 
Bunun nümünəsi daha öncə qeyd olundu. 
14  –  “  Əvvəlkiləri  haqqın  batilliyinə  dəlil  gətirmək  müşriklərin  halı 
kimidir:“Əgər o xeyir olsa bizdən öncə ona qucaq açmazdılar”
277
 
Bunun da misalı verildi. 
15 – “Onlar haqdan sadəcə öz qruplarının dediklərini anlayırlar”. 
Bu  bizim  ifratçılarda  açıq  şəkildə  mövcuddur.  Onlara  dəlil 
gətirdiyində  belə  deyirlər.  Bunu  bizim  şeyxlərdən  eşitmədik  və 
qaynaqlarımızda  da  mövcud  deyildir.  Haqqın  hamısı  ancaq  bizim 
qaynaqlardadır  deyə  bir  şərt  yoxdur.  Keşmişdə  də  ifratçılar  bu  məzmunda 
(məntiq elminin fəziləti kimi məsələlərdə) savaş açdılar. 
16  –  “Bununla  bərabər  onlar  öz  qruplarının  dediklərinə  də  əməl 
etməzlər”. 
Bu  da  bizim  ifratçılarda  var.  Onlar  bilmirlər  ki,  İbn  Teymiyyə  nə 
cəhmiyyəni,  nə  də  rafiziləri  təkfir  etmədi.  Ayrıca  kiminsə  bir  tayfanın 
qurtuluşa çatacağına, başqa birisinin isə həlak olacağına dair qərar verməsi 
caiz deyildir. Çünki bu Allahın səlahiyyətindədir. Bəzi əvvəlki hənbəlilərin 
Əbu Hənifəni təkfir etdiklərini bilmirlər! Əhməd ibn Hənbəl  Peyğəmbərin 
(s.ə.s) qəbrindən və torpağından təbərrük tələb edənləri təkfir etməmişdir. 
17  –  “Haqq  sevmədikləri  birisi  tərəfindən  ortaya  qoyulanda  onu 
inkar edərlər”.  
                                                 
277
 Əhqaf surəsi, 11. 

 
 
144 
 
Bu  bizim  ifratçılarımızın  bəzilərində  özünü  göstərdi.  Onun  birisi 
tərəfindən  deyildiyini  bildiklərində  sənin  haqqlı  olduğunu  rədd  etdiklərini 
görürük. Sevdikləri birisindən olduğunu öyrəndiklərində isə “bu sözlə sizin 
işiniz asanlaşar, savab qazanarsınız və nəfsiniz rahatlar” deyərlər. 
18  –  “Dinlərindən  bir  hissə  olduğunu  qəbul  etdikləri  şeyləri  inkar 
etmələri”. 
Bu  bizim  ifratçıların  dinimizin  zülmü  və  asiliyi  pisləməsini  inkar 
etmələri  kimidir.  Allahın  və  elçisinin  dediklərindən  başqa  dəlil  yoxdur. 
Cərh  və  tədil  metodu  qaynaqlarımızda  əqidə  mövzularında  uydurma 
hədislərin olduğunu ortaya qoyur. 
19  –  “Hər  firqə  özünün  qurtuluşa  (firqeyi-naciyə)  çatacağını  iddia 
edir.  Allah  onları  bu  sözüylə  yalanlayır:  “Doğru  isəniz  dəlillərinizi 
gətirin”
278
 
Bu  da  bizim  ifratçılarımızda  açıqca  görülməktədir.  İslam  firqələri 
içində  ancaq  onlar  qurtuluşa  çatacaq,  onlara  tabe  olmayanlar  atəşdə  həlak 
olacaqlar!  Ancaq  bəziləri  həlak  olan  digər  müsəlmanların  zəif  bir  ehtimal 
olsa belə şəfaatlə cəhənnəmdən çıxacaqlarını qəbul edirlər. 
20 – “Halalı yasaqlayan qulluq”. 
Nə  qədər  halal  var  ki,  ifrat  vəhhabilər  onu  haram  saydı.  Bəzən 
onların  haram  qılmaları  təhsilə  qədər  gedib  çıxdı.  Hakimiyyətin  gücü 
olmasaydı kimsə onları razı sala bilməzdi. Çox açıq şəri dəlillər gətirilsə də 
onlar sadəcə öz tərəftarlarının sözləri ilə razı olardılar. 
21 – “Allahı qoyub alimlərini və rahibləri Allahdan başqa rəblər kimi 
qəbul etməklə gerçəkləşən qulluq.
279
 
Bu İbn Əbdülvəhhabın sözüdür.  
22 – “Allahın müəyyən etdiyi qədərə qarşı gəlmə”. 
Bu  da bizim  ifratkarlarda  var.  Onlar  deyirlər  ki,  Həccacı  Allah  İraq 
xalqına  bəla  olaraq  düçar  etdi.  Ama  Allah  Amerikanı  Talibana  göndərdi-
demirlər.  Başqalarının  müsibətlərinə  qədəri  dəlil  gətirməyi  sevirlər.  Öz 
başlarına gələnlərdə isə bunu rədd edirlər. 
23 – “Məzhəb təəssübü”. 
                                                 
278
 Bəqərə surəsi, 111. 
279
 Bütün bu maddələr İbn Əbdülvəhhabın rəqiblərinə yönəltdiyi suçlamalardır. 

 
 
145 
 
Nümunələr açıq-aydındır. 
24 – “Kəlmələrin kökünü dəyişib təhrif etmək”. 
Bu  çox  açıq  bir  şəkildə  bizim  ifratkarlarda  təzahür  etməktədir. 
Kəlmələri bu şəkildə təhrif etməyin başqa bir nümünəsini heç bir məzhəbdə  
görmədim. 
25 – “Rəqiblərinə batil ləqəblər taxmaq”. 
Bu da bizim ifratçılarda kifayət qədər var. İmam Əliyə  edilən zülmə 
qarşı  çıxan  hər  kəsi  şiə  və  rafizi  deyə  vəsfləndirdilər.  Özlərinə  qarşı  irəli 
sürülən  təcsim,  təşbeh  və  cəhmiyyə  iddialarını  rədd  edərkən,  vəhhabilərin 
təkfir mövzusunda metodunu tənqid edənləri mürciə və quburiyyə (qəbrlərə 
sitayiş edənlər) deyə adlandırdılar. 
26 – “Haqqı təkzib etmək”. 
Bizim ifratçılar müxaliflərinin söylədikləri haq sözü təkzib edirlər. 
27 – “Allaha yalan isnad etmək”. 
Belə ki, bəzi ifratçılarımız əskidən və indi də Allahın Peyğəmbərinin 
(s.ə.s) gördüyü hər kəsi təriflədiyini  və ona cənnət vəd etdiyini söyləyirlər! 
Onların içində dindən dönən, nifaq çıxaran və pis əməllər işləyən olmasına 
baxmayaraq belə deyirlər. Bu söz Allahın yerinə cahilcə danışmaqdır. Bu, 
mühacirlər  və  ənsarın,  onların  hökmündə  olanların,  əməli  saleh  olaraq 
tabeinlərə  aid  edilənlərin  fəzilətlərini  qeyd  etmək  üçün  enən  ayələrin 
şərhində həddi aşmaqdır. 
28  –  “Dəlillər  qarşısında  aciz  qaldıqlarında  şikayət  etmək    üçün  
padşahlarının hüzuruna gedərlər”. 
Bu  da  bizim  ifratçılarda  mövcuddur.  Dəlilləri  zəif  olduqda 
hakimiyyətdən  müxaiflərini əzmək, yayılmalarına əngəl olmaq, kitablarını 
qadağan etmək, giriş-çıxışlarına mane olmaq üçün yardım istəyərlər. Bəlkə 
də,  yer  üzündə  fəsad  çıxmasını  əngəlləmək  və  gəncliyi  qorumaq  üçün 
müxaliflərinin bəzilərini öldürmək belə istəyirlər!  
29  –  “Salehlərə  qarşı  “  padşahın  dinində  nöqsanlık  görür”  iftirasını 
atmaq”. 
Bəzi  ifratçıların  sözündə  olduğu  kimi.  Onlara  görə  kim  sələfi 
əqidəsinə müxalifət edərsə onun qəlbi vəliyyul əmirə (krala) qarşıdır. 
30 – “Onlara din dəyişdirmə iftirası atarlar”. 

 
 
146 
 
Bu  bizim  ifratçıların  rəddiyyələrində  açıqca  ortaya  çıxır.  Müsəlman 
müxaliflərinə qarşı səsləndirdikləri ittiham dini dəyişdirdikləri yönündədir. 
31 – “Vacib olan əməllərini dindarlıq adı ilə tərk etdilər”. 
İfratçıların  dindarlıq  əlaməti  olaraq  İmam  Əliyə  (r.a)  müsbət 
yanaşmağı  və  yenə  dindarlıq  əlaməti  olaraq  zalımları  pisləməyi  tərk 
etmələri və müsəlmanların axirətdə qurtulacağını inkar etmələri kimi.  
32 – “İbadət niyyəti ilə gözəl ruziləri tərk edirlər.” 
Bu haqda daha əvvəl danışıldı. 
33 – “Elmləri olmadan insanları zəlalətə dəvət edirlər”. 
Bu  bizim  ifratçılarda  ortaya  çıxdı.  Cahilcə  təkfirə  və  bidət 
ittihamlarina dəvət edirlər. Əslində isə təkfir və bidət qaydalarını bilmirlər. 
Bu  gün  vəhhabilərin  təkfir  qaydalarına  və  maneələrinə  diqqət  etmələri 
lazımdır.  Çünki,  hakimiyyət  bunu  tələb  edir.  “Nə  qədər  gözəl  etdiniz”,-
dediklərində onlar daha da həvəslənirlər. Əcr almaq niyyətə görədir. Onlar 
alimlərdən  bidət  qaydalarına  diqqət  etmələrini  tələb  edir.  Çünki  ifratçılar 
(alimlərin  də  içində  ifratçılar  var)  bidətçiləri  əhli-kitabdan  daha  çox 
pisləyirlər. Onların fətvaları təkcə bidətçiləri deyil, özlərindən başqa hamını 
pisləyirlər.  Bu  gün  qeyri-müsəlmanlar  ifratçıların  fətvalarında, 
seminarlarında,    iclaslarında,  xütbələrində  öz  hüquqlarını  əldə  etdilər.  Bu 
gözəl bir  şeydir. Ancaq,  müsəlmanların  haqqı qalmaqdadır. Dövlətə  lazım 
olan  alimləri  bidət  qaydalarına  riayət  etməyə  dəvət  etməkdir.  Küfr 
məsələlərində  cəhalət  və  şərh  kimi  maneələr  vardır.  Maneələrin  bidət 
mövzusunda da olması vacibdir. Albani bunların bir birinə bağlı olduğunu 
təsdiq  etdi.  Məlumdur  ki,  əməllərinə  bidət  və  sünnənin  qarışmadığı 
müsəlman  yoxdur.  Bunu  İbn  Teymiyyə  özü  də  təsdiq  etmişdir.  Allah 
nəfsimizin  bundan  uzaq  tutmağımızı  qadağan  etdi.  Nəfsin  tərbiyəsi  isə 
vacibdir.  Şəriət  isə  hər  kəsin  ortaq  görüşünə  görə  praktikada  fərqliliklər 
olsa da nəzəri olaraq məzhəbin önündə yer almaqdadır.  
34  –  “Şəriəti  tərk  etmələrinə  baxmayaraq,  Allahı  sevməyə  dəvət 
edirlər”. 
Müsəlmanları  təkfir  etməmək,  qeybət  etməmək,  təkəbbür,  insanları 
yalanlamamaq, müsəlmanların ismətlərinin halal olmaması, nəsəb və bölgə 

 
 
147 
 
ilə  qürurlanmamaq  Allahın  şəriətidir.  Ancaq,  bütün  bunlar  təəssüf  ki, 
ifratçılarımızda var. 
35 – “Böyük məkr”. 
Bunu 
ifratçılar 
tez-tez 
edirlər. 
Xüsusilə  də  hakimiyyətin 
hökmranlığından  uzaq  olan  yerlərdə,  İslam  universitetlərində  onların 
hiylələri  böyükdür.  Bəzi  saf  tələbələri  tora  salırlar  və  onlardan  gələcəkdə 
istifadə  edə  bilmələri  üçün  oxumalarını  tələb  edirlər.  Sonra  onlara  üç  şey 
verirlər.  Kasıb  tələbələri  qruplara  ayırırlar.  Bu  ağıllıca  tərtib  olunmuş  bir 
tələdir. 
36 – “Onların imamları ya günahkar alimlər, ya da cahil abidlərdir”. 
İbn Əbdülvəhhabın yuxarıda keçən sözündə böyük qüsur var. Onunla 
razılaşmıram.  İfratçılarımız  başqaları  mövzusunda  Allahdan  qorxmayan 
şeyxlərin ya da ixtilafın ortaya çıxma səbəbini anlamayanların görüşlərinə 
sığınırlar.  Suallar  ətrafında  fətvalar  verir  və  böyük  cavablar  ortaya  atırlar. 
Şeyx  Abdullah  ibn  Nəcad  əl-Uteybi  qardaşımın  bu  mövzuda  “Sinaatul-
fətva”  adlı  məqaləsi  var.  Gözəl  və  incə  olan  bu  çalışmasını  təkmilləşdirib 
nəşr edəcəyinə ümüd edirəm. 
37 – “Onların diləkləri yalançı ümiddir”. 
Onların Cənnət, digərlərinin isə Cəhənnəmə  gedəcəyini ümid etmək 
kimi,“Bu onların arzularıdır”, “Doğru söyləyirsinizsə dəlillərinizi gətirin” 
38  –  “Onlar  insanların  xaricində  Allahın  dostları  olduqlarını  iddia 
edirlər”. 
Kim ancaq öz məzhəbdaşlarının qurtulacağını, digərlərinin isə həlak 
olacağını  düşünürsə  onda  bu  tərifə  uyğundur.  Tərəfdarları  bu  mövzuda 
öndə gəlirlər. 
39 – “Soyları ilə qürurlanmaq”. 
40 – “Nəsəbə küfr etmək”. 
Bunun  nümunələri  bizim  ifratçılarda  kifayət  qədər  mövcuddur. 
Elmləri olmadan hədəflərinə uyğun olaraq nəsəbləri ilə qürurlanırlar. Əgər 
bundan  hədəfləri  yaxşılığa  təşviqdirsə  gözəl,  yox  hədəfləri  başqa 
insanlardan daha çox mənfəət əldə etməkdirsə çox pisdir. Nəsəbi pisləmək 
isə  bəyənilməyən  xüsusiyyətdir.  Fəzilətdə  şəri  ölçü  təqvadır.  Təqvanın 
ölçüsü isə Allah qatındadır. 

 
 
148 
 
41 – “Onlar öz qruparının üzvlərinə qarşı təəssüb bəslərlər, zalım da, 
məzlum da olsalar ona kömək edərlər”. 
42 – “Onların dinlərini başqasına zülm etməklə əldə etdi”. 
43 – “Özlərini qoyub başqalarını ittiham edərlər”. 
44 – “Qəlblərində dünyanın böyük yeri var”. 
45  –  “Rəsulun  (s.ə.s)  davamçıları  ondan  sonra  ixlası  tərk  etdilər  və 
dünyaya üz tutdular”. 
Bu  nöqtə  bizim  ifratçılarda  var.  Başqasının  günahından  ötrü  bir 
insanı  cəzalandıra  bilərlər.  Öz  tayfa,  qəbilə  və  bölgələrinə  qarşı  təəssüb 
içindədirlər.  Dünya  sevgisi  onlara  möminləri  tərk  etdirdi.  Onlar  dünyanı 
hamıdan çox istəyən insanlardır. 
46 – “Haqqı batilə qarışdırdılar”. 
Bu  da  bizim  ifratçılarda  açıqca  ortaya  çıxır.  Bizdən  biri  bir  şey 
söylədiyində  onu  başqa  şəkilə  salar  və  onunla  insanlara  fətva  verərlər.  Bu 
məsələ  ifratkarlarımızın  açıq  sifətləndirməsidir.  Bütün  ifrat  İslam 
firqələrində bunu görmək mümkündür. 
47 – Haqqı bildikləri halda onu gizləyirlər. 
Bu bizim ifratçılarda da, mötədillərdə də var. Bu mövzuda mövzu ilə 
əlaqəsi  olmayan  bəzi  səhih  dəlillər  gətirirlər.  Məsələn:  Hər  bilinən 
deyilməz! Bildiklərini insanlara anladarlar! Dəvətdə tədrici olmaq lazımdır! 
Bundan  başqa  da  bəhanələr  bəyan  edərlər.  Ancaq  onlarla  kitabların  əhatə 
etdiyi  təkfir  və  müəlmanların  haqqını  bəsitə  alma  kimi  məsələləri  inkar 
etmənin vacib olduğu prinsipini pozarlar. Səhih elmi gizləyir, yersiz olaraq 
irəli  sürdükləri  bu  batil  dəlilləri  gözəl  göstərirlər.  Ayələri  nazil  olduqları 
mənanın xaricinə çıxarırlarsa digərlərini çox daha rahat edərlər. 
48 – “Elmləri olmadan Allahla əlaqəli danışmaq”. 
Bu həqiqətən də çoxdur. Onlar Allahın bunu istədiyini, bunu etdiyini, 
haram ya da mübah qıldığını iddia edərlər. 
49 – “Onlar açıqca təzad içindədirlər”. 
Bizim  ifratçılar  İslam  firqələrinin  təkfiri  və  bidət  məsələsində  daha 
da  ifrata  gedərək  bəzi  sələfin  söyləmədiyi  sözləri  onlara  isnad  edirlər. 
Onların  metodlarında  təkfir  və  bidətə  aparan  bəzi  sələfin  sözlərini 

 
 
149 
 
(Bərbahari, Əbu Yəla, İbn Teymiyyənin, məsələn “bığı çıxmayan gənc”
280
 
əqidəsi  kimi)  onlara  söyləsən  bidət,  zəlalət  kimi  əslində  əsası  olmayan 
bəhanələrə  sığınarlar.  Xaricilərin  Osmana  (r.a.)  etdiklərini  də,  onların 
başında Rizvan biətində orada olan səhabələr olmasına baxmayaraq, onları 
pisləməkdə  ifrata  getdiklərini  görürük.  Onları  təkfir  edir  və  xüsusiylə  də 
boş  gəzən  (tüləqa)  səhabələri  həddindən  artıq  tərifləyirlər!  Müxaliflərinin 
içində  Bədr  səhabələri  də  yer  almaqdadır  və  onların  müdafiə  olunmağa 
ortalıqda  gəzən  səhabələrdən  daha  çox  haqları  çatır!  Onların  məşhur 
təzadlarından  biri  də  İbn  Teymiyyəni  günahlandıranları  pis  göstərmələri, 
Əbu Hənifəni ittiham edənlər qarşısında isə səssiz qalmalarıdır. 
50  –  “Nazil  olan  ayələrin  bir  qisminə  iman  edib  digərinə 
etməmələri”. 
51 – “Elmləri olmayan mövzularda müxalifət və mübarizə edirlər”. 
Bizim  ifratçılar  saleh  sələfin  yolunda  olduqlarını  zənn  edirlər. 
Sələfilər  hicri  üçüncü  və  dördüncü  əsrlərdə  dörd  və  ya  beş  şəxslə, 
səkkizinci əsrdə isə iki nəfərlə məhdudlaşdırırlar. Mühacir, ənsar və onlara 
xeyirli bir şəkildə tabe olan həqiqi sələfilərə isə biganə yanaşırlar. Ətrafında 
dönüb  dolaşdıqları  ən  böyük  məsəslələr  isə  təkfir,  təcsim,  təşbeh,  alimlər 
mövzusunda ifrata getmə və bənzəri şeylərdir.  
İbn  Əbdülvəhhabın  cahiliyyə  məsələləri  olaraq  gördüyü  mövzuların 
çoxu bu gün tərəfdarları arasında mövcuddur.  
 
Bu paraqrafın 
xülasəsi

İfratçılar,  əsasən  də  vəhhabilər  və  digərləri  başqalarına  ədaləti  tövsiyə 
edir özləri isə zülm edirlər. Hər cür yaxşılığı əmr edir, özlərini isə unudurlar. 
İfratçılığı tərifləmək ağıllı iş deyildir. Rəhmət və ehsanı tərifləyir, təfəkkür və 
dərindən  düşünməyi  əmr  edirlər.  Hardasa  öz  əmrlərinə  müxalifət  etmədikləri 
məsələ yoxdur. Bu müxalifəti dərk etmirlər. 
Başqalarına  nəsihət  etməzdən  əvvəl  özlərini  gözdən  keçirməyə 
möhtacdırlar.  Şeytandan  sığınmaqdan  və  nəfslərini  təmin  etməkdən  başqa 
                                                 
280
Bəzi  vəhhabilər  “Allahı  bığı  çıxmamış  bir  gənc  şəklində  gördüm”  hədisini  zahiri  mənada 
yorumlayaraq antropomorfizmə yaxın görüşlər irəli sürürlər.  

 
 
150 
 
bir şey edə bilmirlər. Özlərinin də digər insanlar kimi nöqsanlı olduqlarını 
etiraf  etməyə  möhtacdırlar.  Onlar  isə,  əksinə,  düşmənçilik,  rədd  və 
uydurmalarla  dolu  ittihamlar  səsləndirirlər.  Müxalif  və  fərqli  görüşlərdə 
olanlara qarşı pis davranış sərgiləmək onların həyəcanlarını alovlandırır.  
 
Beşinci paraqraf: Zeydiyyə 
İfratçıların Əhli-beytə qarşı zülmünü ortaya qoymaq üçün apardığım 
təvazökar  çalışmama  baxan  sələfilərin  çoxu  məni  zeydiyyəyə  aid  edirlər. 
Əgər  bu  doğru  olsaydı  elan  etməkdən  çəkinməzdim.  Zeydilər  elmləri, 
imanpərəstlikləri,  tarixləri  və  nəsəbləri  baxımından  ifratçı  sələfilərin 
çoxundan daha fəzilətlidir. 
İstənilən halda zeydilər də digər məzhəblər kimidir. Bu məzhəbin də 
bəzi  görüşləri  qəbul  oluna,  bəziləri  isə  rədd  oluna  bilər.  Onlar  ifratçılara 
nəzərən  məzlum  firqələrindəndir.  Alimləri,  fəzilət  sahibi  insanları  və 
zahidləri var. İslam fikri və siyasi tarixində mühüm yerləri var. Onların və 
ya  şafei,  hənəfi,  maliki,  zahiri  və  digər  məzhəblərin  müsəlman  və  fəzilət 
sahibi  olduqlarını  etiraf  etməyim  bu  məzhəblərdən  birinə  aid  olduğum 
nəticəsini  doğurmaz.  Üstəlik  ifratçılar  pisləsələr  də,  bu  dörd  məzhəbdən 
birinə  ya  da  Zeydi,  Zahiri,  Cəfəri,  İbazi  məzhəbinə  üzv  olmaq  nə  şəriət 
baxımından  haramdır,  nə  də  ayıbdır.  Əgər  məsələ  bunların  təsəvvür 
etdikləri  kimi  olsaydı,  Rəsulun  (s.ə.s)  övladlarının  (onlar  xeyirlilərin  ən 
xeyirlisidirlər  və  biz  hər  təşəhhüddə  onlara  dua  edirik)  birinin  məzhəbinə 
aid  olmaq  Bəkr  Vail,  Bəni  Təmim  ya  da  Asabih  qəbilələrindən  olan 
birisinin məzhəbindən olmaqdan daha fəzilətli olardı. Zeydilər xüsusilə də 
onların ilkləri əhli-sünnənin imamları idilər. İmam Zeyd ibn Əli (Allah ona 
rəhmət  etsin)  və  Nəfsi  Zəkiyyə  zamanlarının  bir  çox  mühəddis  və 
fəqihlərinə kömək etdilər. Dörd imamın üçü ( Əbu Hənifə, Malik və Şafei) 
zamanlarının  zeydi  imamlarına  tabe  idilər.  Əbu  Hənifə  əvvəlcə  Zeyd  ibn 
Əli, sonra isə Nəfsi Zəkiyyənin tələbəsi və davamçısı oldu. Abbasi xəlifəsi 
Mənsur məhz bu səbəbdən onu zəhərlədi. İmam Malik də Nəfsi Zəkiyyə ilə 
bərabər  üsyan  etməyə  fətva  verdi.  Bundan  ötrü  də  həbs  edildi.  Şafei  də 
Yəməndə  zeydi  imamlardan  birinin  yanında  idi.  Harun  ər-Rəşid  onun 

 
 
151 
 
öldürülməsini əmr etdi. Eyni zamanda Mənsur ibn əl-Mütəmər, Sələmə ibn 
Kuheyl,  Süfyan  əs-Sövri  kimi  böyük  əhli-sünnə  alimləri  (fəqih  və 
mühəddislər)    də  onlarla  bərabər  idi.  Süfyan  İbrahim  ibn  Abdullahın 
öldürülməsindən  sonra  belə  dedi:  “Namazımın  qəbul  ediləcəyini  zənn 
etmirəm,  ancaq  onu  yerinə  yetirmək  tərk  etməkdən  daha  xeyirlidir”.  Bu, 
hadisənin  ona  nə  qədər  təsir  etdiyinin  və  özünü  günahlandırdığının 
sübutudur.  Eyni  zamanda  Əməş,  Əbbad  ibn  Avam,  Yezid  ibn  Harun, 
Həşim ibn Bəşir (İmam Əhmədin ilk şeyxləri), Avvam ibn Həvşəb, Misar 
ibn  Kəddam,  hədis  möminlərinin  əmiri  Şöbə  ibn  Həccəc  (Zeydilərlə 
birlikdə  vuruşmağı  kiçik  Bədr  adlandırdı),  Həsən  ibn  Səd  əl-Fəqih,  Yezid 
ibn  Əbu  Ziyad,  Məhəmməd  ibn  Əbu  Leyla,  Qeys  ibn  Rəbi,  məşhur  dilçi 
Əbu  Əmr  ibn  Əbul-Əla,  Səllam  əl-Haza,  Əbu  Davud  ət-Tahavi,  Fitr  ibn 
Xalifə, İsa ibn Əbu İshaq əs-Səbii və qardaşı Yunis, Əbu Xalid əl-Əhmar, 
Əli ibn əl-Mədəninin atası Abdullah ibn Cəfər, Usamə ibn Zeyd (o səhabə 
deyil mühəddisdir), Müslim ibn Səid, Xəlifə ibn Həssan, İshaq ibn Yusif əl-
Əzraq,  Əsbağ  ibn  Zeyd,  Hişam  ibn  Həsən,  Saleh  Mərvəzi,  Həccəc  ibn 
Bəşir, Əbu Avvam əl-Qattan, İbn Zeyd, Abdülhəmid ibn Muhbaq, Hakəm 
ibn Musa, İmran ibn Şəbib, İbad ibn Mənsur, Xalid ibn Abdullah əl-Vasiti 
(zülmü  ilə  məşhur  olan  Qasri  əmiri  deyil),  Yunis  ibn  Ərkam,  Mufaddal 
Dabiy,  Ömər  ibn  Avn,  Müəmməl  ibn  İsmayıl    və  digər  çox  sayda  elm  və 
fəzilət  əhli,  fəqih  də  onlara  kömək  etdilər.  İstəyən  Təbəri  tarixinə, 
İsfahaninin  “Məqatilut-talibin”  və  digər  qaynaqlara  baxa  bilər.  Orada 
zamanın  bütün  mühəddis  və  fəqihlərinin  (bir  neçə  adam  istisna  olmaqla) 
zeydilərə kömək etdiklərinə dair rəvayətlər yer almaqdadır. 
Zeydi məzhəbindən olmama gəlincə, əgər istəsəydim olardım. Mənə 
mane  olan  bu  məzhəb  haqqında  təfsilatlı  məlumata  (cərh,  tədil  və  rəvayət 
metodu haqqında) sahib olmamamdır. Yenə də istəsəydim ona uyardım ya 
da  məndən  daha  fəzilətli  və  bilikli  olanlarına  kömək  edərdim.  Onların 
içində  Bərbahari,  İbn  Bətta,  Əbu  Yəla  və  digərləri  bir  tərəfə  Əhməd  ibn 
Hənbəl,  İbn  Teymiyyə  və  Məhəmməd  ibn  Abdulvəhhabdan  daha  fəzilətli 
və bilikli olanlar var. Zeydiliyə mənsub olmama mane olan səbəb yuxarıda 
da  qeyd  etdiyim  kimi  onu  yaxşı  bilməməyimdir.  Həqiqət  budur  ki,  mən 
sünni olaraq böyüdüm, qaynaqlar, ibadət, namazım, orucum, həccim, əqidə 

 
 
152 
 
mövzusunda  fərqli-fərqli  incəliklərə  girməyim  sünni  metoduna  uyğundur. 
Araşdırmalarım  da  sünni  qaynaqları  üzərinə  oldu.  Ancaq  bu,  haqqı 
Zeydiyyə,  ya  da  başqa  bir  məzhəbdə  taparsam,  inkar  edəcəyim  mənasına 
gəlməz. Əgər elmlə insanları təmizləmək və mövqe əldə etmək istəsəydim 
on beş ildən çox davam edən bu düşmənçiliyin içində olmazdım. İfratçılara 
necə yaxşı görünməyi və müsəlmanları təkfir etməyin yolunu yaxşı bilirəm. 
Bəziləri kimi  mal əldə etməyi Allaha ibadət dərəcəsinə qaldırardım. 
Zeydilərin bir qismində başqa məzhəblərdəki kimi ifratçılıq, bidət və 
insanları  dəyərindən  artıq  ucaltma  olduğu  doğrudur.  Ancaq,  ifratçılarının 
niyə  görə  zeydilərə  qarşı  qürurlanmasını  başa  düşə  bilmirəm.  Onların 
nəsəblərində  dəyərli,  sağlam  dindar,  şüurlu,  dünyaya  qarşı  zöhdə  sarılan, 
azadlıq  və  ədalət  üçün  çarpışan  biri  olmadığı  kimi,  tarixlərində  də 
qəhrəmanlıq yoxdur. 
Sələfilərin  zeydilərə  hücum  etmələrini  cəhalətdən  başqa  bir  səbəblə 
izah  edə  bilmirəm.  İnsanlar  bilmədiklərinin  düşmənidir.  İfratkar  sələfilər 
zeydi  kəliməsini  ar  və  küfr  hesab  edirlər.  Həqiqətən  də  məsələ  çox 
qəribədir. Sanki zeydilərə qarşı qürurlanan ifratkar sələfilər elm, bilik, ağıl, 
fəzilət, tarix və nəsəb baxımından onların eynidirlər? 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin