Həsən ibn Fərhan əl-Maliki


Mədineyi-münəvvərə nüsxəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Mədineyi-münəvvərə nüsxəsi    
Mədinə  nüsxəsi  söz  və  məna  baxımından  Məkkə  nümunəsinə 
bənzəyir: “Keçmişdən bu günə qədər Məkkə, Mədinə, Şam, Misir və digər 
bölgələrdə  bu  kitabda  qeyd  olunan  şirk  növləri  ortaya  çıxdı.  O  da  budur: 
Qanının  və  malının  halal  sayıldığı  küfr.  Bu  dinə  girməyən,  iman  gətirib, 
onunla  əməl  etməyən  kəs  Allaha  və  axirət  gününə  inanmamışdır. 
Müsəlmanların  imamına  və  bütün  müsəlmanlara  onlara  qarşı  cihada 
qalxmaları,  şirk,  inad  əhlini  öldürmələri  vacibdir!  Misir,  Şam,  İraq 
xalqından  kim  bu  yazılanlara  müxalifət  edər,  hazırki  dinlərinin  vacibatını 
yerinə yetirməyə davam edərsə, o buna görə kafir və müşrikdir!”
134
 
Zənn  edirəm  ki,  bu  vəsiqələr  ortaya  çıxdıqdan  sonra  İbn 
Əbdülvəhhabın  məktəbinin  təkfir    məsələsində  çox  ifrata  vardığı  bütün 
açıqlığı  ilə  bilindi.  İbn  Əbdülvəhhabın  sözlərini  yeniləmək,  gözdən 
keçirmək,  onun  yol  verdiyi  xətalardan  uzaq  durmağa  tam  aşkarlığı  ilə 
çalışmaq əvvəlcə İslamın sonra da müsəlmanların xeyrinə olardı. 
Buna  görə  də  günümüz  vəhhabiləri  və  bu  açıq  təkfirdən  faydalanan 
gruplar təkfirin səbəblərini xarici təsirə bağlamaqda və İbn Əbdülvəhhabın 
məktəbini  tərifləməyə  davam  etməkdədirlər.    Onlar  həmişə  İbn 
Əbdülvəhhabın  məktəbini  gözdən  keçirmədən,  bu  işləri  tənqid  edənlərə 
qarşı  düşmənçilik  etmişlər.  Təəssüflər  olsun  ki,  onlar  məhəlli 
mədəniyyətimizdə mövcud xəstəliklərə çarə axtaran (xəstəliyin səbəbi istər 
sələfilik, vəhhabilik ya da hərəkətlilik olsun) hər kəsə qarşı savaşdılar və bu 
savaşda dövlətin özündən də istifadə etdilər.  
 
Onuncu nümunə: Bədəvilərin
135
 təkfiri 
Bədəvilərin  təkfiri:
136
 “Onlar  yəhudi  və  xristianlardan  daha  çox 
küfr içindədirlər. Hər nə qədər şəhadət gətirsələr də İslamın bir tükü belə 
onlarda  yoxdur!
137
”  Daha  əvvəlki  alimlərdən  heç  kim  səhradakı  insanları 
təkfir  etməmişdir.  Onların  elminin  az  olduğu,  öz  aralarında  qəbilə 
                                                 
134
 Dürər, 1. cild, s. 316/ 317. 
135
Köçəri ərəblərin 
136
 Dürər, 10/ 113 – 114, 8/ 117, 118 – 119.  
137
 9/2, 137. 

 
 
90 
 
adətlərinə  görə  hökm  verdikləri  doğrudur.  Ancaq  bu  dindən  çıxaran  küfr 
deyildir.  Onlar  namaz  qılar,  oruc  tutardılar.  Zahiri  cahillikləri  istər  İbn 
Əbdülvəhhabın zamanında, istərsə də İslamın digər əsrlərində olmuşdur. 
 
On birinci nümunə: Ənzə qəbiləsinin təkfiri 
Ənzə  qəbiləsinin  təkfiri:  “Onlar  öldükdən  sonra  dirilməyə 
inanmazlar!”
138
 
 
On ikinci nümunə: Zəfir qəbiləsinin təkfiri 
Zəfir  qəbiləsinin  təkfiri:  “Onlar  öldükdən  sonra  dirilməyə 
inanmazlar!”
139
 
 
On üçüncü nümunə: Üyəynə və Dəriyə xalqının təkfiri  
İbn  Süheym  ilə  bərabər  İbn  Əbdülvəhhaba  muxalif  olan  Üyəynə  və 
Dəriyə xalqının təkfiri mövzusunda Dürərə bax.
140
 
 
On dördüncü nümunə: Müsəlmanlarin böyük  
əksəriyyətinin təkfiri 
Müsəlmanların böyük əksəriyyətinin təkfiri mövzusunda Dürərə bax.
141
 
 
On beşinci nümunə: İbn Ərəbinin təkfiri 
O  firondan  daha  qatı  kafirdir.  Onu  təkfir  etməyən,  küfründə 
şübhəyə  düşən  də  kafirdir!
142
Orada  bütün  təsəvvüf  alimlərinə  və  ən  azı 
dörd məzhəb alimlərinin əksəriyyətinə qarşı kafirliklə ittiham vardır. 
 Çox  qəribədir  ki,  Qasim  xalqına  yazdığı  başqa  bir  risaləsində  İbn 
Ərəbini  təkfir  etdiyini  inkar  edir!  Bu  da  inkar  etdiyini  dediyi  fikrin  ona 
aidiyyətinin  doğru  olduğuna  dəlildir.  Burada  İbn  Ərəbiyə  kafir  deməkdən 
özünü  uzaq  tutur,  kitablarında  və  risalələrində  isə  çox  daha  böyük 
                                                 
138
 Dürər, 10/ 113. 
139
 Dürər; 10/ 113. 
140
 Dürər, 8/ 57. 
141
 Dürər, 10/ 8. 
142
 Dürər; 10/ 25. 

 
 
91 
 
ittihamlar  yönəltdiyini  görürük.  Hətta  daha  da  irəli  gedərək  İbn  Ərəbinin 
küfründə şübhə edənləri də təkfir edir! 
Özünə  aid  olmadığını  dediyi  şeylərin  (o  da  azdır)  böyük  hissəsinin 
ləfz və yaxud da məna baxımından kitab və risalələrində mövcud olduğunu 
müəyyən  etdim!  Bunun      mənası  onun  fərqli  hallara  düşməsidir.  Bəzən 
təkfir  edir,  bəzən  bunu  etmədiyini  deyir,  ya  da  tam  tərsini  edir.  Böyük 
ehtimalla  onun  söylədiklərindən  uzaqlaşmağının  səbəbi  dini  deyil,  siyasi 
idi. Xüsusən də Qasim xalqına yazdığı risalədə (günümüz vəhhabilərinin ən 
çox  qeyd  etdikləri)  ifrata  vardığı  mövzuların  bir  çoxunun  özünə  aid 
olmadığını  deyir  və  özünü  müdafiə  edir.  Mötədil  tərəfdarlarının  təhlil 
etdikləri  əsərlərində  buna  dair  çox  nümunələr  toplamaq  olar!  Onun  cavab 
verdiyi  Qasim xalqı o dövrdə İraq üləmasının təsiri ilə təkfirə qarşı idilər. 
Bu da onu göstərir ki,  onun Qasim xalqına  yazdığı məktub siyasi xarakter 
daşıyır.  Çünki  onun  bütün  metodu  buna  ziddir.  Təkfiri  inkar  etmək 
mövzusunda da ifrata getdi. Hətta bütə tapınan cahil müsəlmanları da təkfir 
etdiyini  dandı!  Bu  böyük  bir  ifratdır.  Onun  nə  cahilliklə,  nə  də  şərhə 
dayanaraq  əsla  bütə  ibadət  etməyən  Nəcdli  hənbəli  fəqihlərini  təkfir 
etdiyini görmüşdük. 
 
On altıncı nümunə: “Lə iləhə illallah” deyənləri  
təkfir etməyənlərin təkfiri 
Bu,  “Dürər”-in  10-cildinin  139-cu  səhifəsində  qeyd  edilir.  Bu  çox 
qəribə  bir  fətvadır.  Onları  deməkdə  məqsədi  muxalifləri  arasında  bütün 
körpüləri yandırmaq idi. 
Bu  qədimdən  bəri  ifratçıların  xüsusiyyətidir.  Onlar  tərəfdarlarının 
təkfir  məsələsində  tərəddüd  edəcəklərini  bildiklərindən  (görüşlərindən) 
çəkinmələrindən  qorxduqlarında  “Buna  şübhə  edən  də,  geri  duran  da 
kafirdir.  (Təkfirdən)  çəkinmək  Cəhənnəmilikdən  daha  pisdir.  Bu  Allahın 
hökmünə  şübhə  etməkdir.  Şəkk  edən  də  kafirdir”,-deyirlər.  Necə  ki,  İbn 
Əbdülvəhhabın  zamanında  xalqın  kəlimeyi  tövhid  gətirənləri  təkfir 
etməkdən uzaq durduqları qeyd olunur. Bu doğrudan da böyük problemdir. 
Ancaq təkfir etmənin dərmanı da budur. Ancaq vicdanlar yol verərsə təbii 
ki! 

 
 
92 
 
On yeddinci nümunə 
Tövhid əhli olduqları və Allahdan başqasına dəvət etmədikləri halda 
İbn  Əbdülvəhhabın  tərəfdarlarının  düşmən  sayaraq  təkfir  etdikləri  və 
xaricilər (xavaric) deyə adlandırdıqlarının təkfiri
143
 
Bu  iddiaya  görə,  öz  qəbilələrilə  birlikdə  İbn  Əbdülvəhhaba  və 
tərəfdarlarına  qarşı  olan  insanlar  tövhid  mövzusunda  cahil  idilər.  Bu 
qəbilələr  və  bölgələr  tövhid  əhli  ilə  vuruşmadılar.  Onlar  təkfirdən  uzaq 
durmaq,  İbn  Əbdülvəhhaba  tabe  olmaqdan  çəkinmək  mövzusunda  öz 
alimlərinin  yolunu  tutdular.  Əgər  vuruşduqları  insanlar  müşrik  idilərsə 
onda niyə tövhidin haqq olduğuna inanır və Allahdan başqasına olan dəvəti 
də inkar edirdilər. Bunun belə olduğuna İbn Əbdülvəhhabın özü də şahidik 
edir. Bu məsələnin birinci tərəfidir. 
İkincisi  bu  məsələdə  təkfirin  ifrata  getdiyi  açıqdır.  Daha  əvvəl 
xaricilərin Əlini  (r.a) və onu dəstəkləyən səhabələri kafir adlandırdıqlarını 
bildirdik.  Bu  vəhhabiləri  xariciliklə  ittiham  etməkdən  daha  böyük  bir 
iddiadır. Buna  baxmayaraq, nə İmam Əli (r.a), nə də mühacir və ənsardan 
olan səhabələr onları təkfir etmədilər. 
 
On səkkizinci nümunə: Nəcdin hər yaşayış məskənində  
Allahdan başqa tapınılan bir büt var 
İbn  Əbdülvəhhab  Nəcdin  hər  yaşayış  yerində  Allahdan  başqa 
tapınılan bir büt olduğunu iddia edir.
144
 
Nəcdin  tarixini  az  da  olsa  bilən  şəxs  bunun  doğru  olmadığını  bilir. 
Bəlkə də, o, burada həqiqi bütlərı deyil, dörd məzhəbi təqlid edən fəqihləri 
nəzərdə  tutmuşdur.  Ya  da  insanların  təbərrük  etdikləri  və  onda  xeyir-
bərəkətin  olduğunu  zənn  etdikləri  kimsələrlə  əlaqədar  ola  bilər.  Əgər 
demək  istədiyi  budursa,  o  zaman  düşmənçilikdə  və  məcazda
145
 həddini 
aşmışdır.  Çünki  bu  məcazi  ifadədə  ifrat  var.  Bu,  doğru  olmayan  bir 
ümumiləşdirmədir.  
 
                                                 
143
 Dürər, 1/ 63. 
144
 Dürər; 10/ 193. 
145
 Vəhhabilər İbn Teymiyyəni təqlid edərək dini mətnlərdə məcazın olmadığını qəbul edirlər 

 
 
93 
 
On doqquzuncu nümunə: Təfsir sahibi Razinin təkfiri 
Məşhur  müfəssir  Fəxrəddin  Razinin  təkfiri  də  Dürərdə  yer 
almaqdadır.
146
 İbn  Əbdülvəhhab  Razinin  ulduzlara  ibadət  etməyin  xeyri 
haqqında  kitab  yazdığını  iddia  edir!
147
 Bunu  “doğru  yola  tabe  olmaq” 
mövzusunu işləyərkən İbn Teymiyyənin qeyd etdiyini və özünün də ondan 
nəql  etdiyini  bildirir.  O  kitabı  gözdən  keçirdim  ancaq  belə  bir  sözə  rast 
gəlmədim.  Bu  sözün  İbn  Teymiyyəyə  aid  olması  doğru  olsa  da  o,  xəta 
etmişdir. Razi müsəlman bir alimdir və  Allahdan başqasına ibadət  etməyə 
xoş baxmamışdır.
148
 O ulduzların faydaları və bitkilərə təsiri haqqında kitab 
yazmış, ulduz elmi ilə məşğul olanlardan nəqllər etmişdir. Onu istinadgah 
saymamış  və  iman  etməmişdir.  İbn  Teymiyyə  və  İbn  Əbdülvəhhab    də 
bunu  ona  aid  edirlər.  İbn  Teymiyyə  və  İbn  Əbdülvəhhabdan  nəql 
etməyəndə də tərəfdarları bizim ifratçılardan və xaricilərdən nəql etdiyimizi 
söyləyirlər! Allah yalanın və zulmün bütününü haram qıldı. Heç bir böyük 
Müsəlman  alimə  əldə  qəti  dəlil  olmadan  belə  ağır  ittiham  yönəltmək  caiz 
deyildir. 
 
İyirminci Nümunə: 
Tayfaların  təkfir  etmənin  və  onların  əməllərinin  şirk  olduğunu  irəli 
sürməyin yeganə səbəbi onların İbn Əbdülvəhhaba qarşı düşmənçilikləridir. 
İbn Əbdülvəhhabın şirk məfhumunun əhatə dairəsini genişlətdiyini və onu 
qəbul  etməyənlərin  çoxunun  bidətə  və  kiçik  şirkə  (böyük  şirkə  deyil) 
girdiyini  iddia  etdiyini  bilirik:  “Şirk  əhlinə  qarşı  düşmənçilik  bəsləyib 
onları təkfir etməmək də küfrdür! Tövhidi nə sevən, nə də ona qarşı kin 
bəsləməyən,  şirkin  və  tövhidin  mahiyyətini  anlamayan,  tövhidin 
vacibatını  yerinə  yetirməyənlər  də  küfrə  girmişdi.  Onu  tərk  edənləri 
pisləməyən və təkfir etməyənlər də küfr içindədir”.
149
 
                                                 
146
 Dürər, 10/ 72, 273. 
147
 Dürər, 10/ 355. 
148
 Onu  Zəhəbi,  Sübki,  İbn  Xalliqan  və  başqaları  tərifləmişdir.  O  fəqih,  müfəssir,  üsulçu,  kəlamçı  və 
təbibdir. (Razi təsəvvufi görüşlərə  yer  verməsi ilə də tanınır tərcüməçidən) Hamı kimi onun da  xətası 
olmuşdur.  Ancaq,  İbn  Əbdülvəhhabın  dediyi  kimi  bunlar  küfrə  səbəb  olan  xətalar  deyildir.  Əgər  o 
ulduzlara  ibadəti  tərifləmişdisə  niyə  alimlər  onu  pisləmədilər  və  bunun  ən  azından  küfr  olduğunu 
demədilər. Hər xəta edəni təkfir etsək bizdən başqa geriyə kimsə  qalmaz.   
149
 Dürər, 2/ 22. 

 
 
94 
 
İbn  Əbdülvəhhabın  şirk  sözüylə  böyük  şirki  nəzərdə  tutmuşdusa, 
qeyd  etdiklərinin  hamısı  doğrudur  (hər  kəs  bunun  böyük  şirk  olduğunu 
düşünür).  O  zaman  bu  insanları  “şirkdə  olan”  və  “tövhiddə  olan”  deyə 
təsnifləndirməyə  məcbur  etməkdir.  Bunu  onun  müasiri  olmuş  alimlərin 
böyük  əksəriyyəti  təsdiq  etməmişdir.  Bu  da məsələni  fərqliləşdirir.  Böyük 
şirklə kiçik şirkin və şirklə bidətin arasını mütləq olaraq ayırmaq lazımdır. 
Sonra  da  böyük  şirkdə  olanlara  (olmamasına    baxmayaraq)  qarşı  təkfir  və 
savaş  açılmışdır.  İbn  Əbdülvəhhabın  qəbul  etmədiyi  mövzuların  çoxunda 
haqlı olduğunu qəbul etsək belə bunlar bidət, xürafələr və  olsa olsa  kiçik 
şirk  məsələləridir.  Yarımada  ərazisində  bu  cür  Allah  bəndələrinin  olması 
ehtimal  daxilindədir.  Ancaq,  bu  İbn  Əbdülvəhhab  və  tərəfdarlarının  bütün 
bölgələri təkfir etmələrini və savaşa səbəb ola biləcək böyük düşmənçiliyin 
caiz  olduğunu  göstərməz.  Onların  etdiyi  kimi,  başqalarını  bidət,  xürafə 
içində  olduqlarına  görə  dindən  çıxaran  böyük  küfrlə  damğalamaq  caiz 
deyildir. Bunlara diqqət etmək lazımdır! 
 
İyirmi birinci nümunə: Şam əhlinin çoxunun İbn Ərəbiyə ibadət  
etmələri səbəb göstərilərək təkfir edilməsi 
İbn Ərəbinin küfründən şübhə edənlərin də təkfir edilməsi. 
İbn  Əbdülvəhhab  Şam  xalqının  çoxunu  İbn  Ərəbiyə  tapınırlar, 
deyərək  təkfir  edir.
150
Halbuki,  İbn  Ərəbinin  davamçıları  ona  tapınmırlar. 
Bunu  bəzilərində  görmüş  olsa  belə  tərəfdarlarının  çoxu  kimi  ümumi  ifadə 
işlətməsi  caiz  deyildir.  İbn  Ərəbinin  tərəfdarlarının  küfründə  şübhə 
edənlərin təkfiri Dürərdə yer almaqdadır.
151
 
 
İyirmi ikinci nümunə: fiqh şirkin özüdür 
İbn  Əbdülvəhhabın  buradakı  sözlərini  yanlış  anlamış  olmağı  arzu 
edirəm.  Fəqihlərin  onun  kimi  düşünmədiklərini  deyən  İbn  İsaya  yazdığı 
risalədə  ona  bu  ayəni  nümunə  gətirdi:  “Onlar  Allahı  qoyub  alimlərini  və 
rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər.”
152
 
                                                 
150
 Dürər, 2/ 45. 
151
 Dürər, 2/ 45, 10/ 25. 
152
 Tövbə/ 31. 

 
 
95 
 
Daha  sonra  belə  dedi:  “Onu  Allahın  elçisi,  imamlar  sizin  “fıqh” 
adlandırdığınız şey kimi təfsir etdilər. Allahın şirk deyə anlatdığı da budur. 
Onları  rəbb  yerinə  qoydular.  Müfəssirlər  arasında  bu  mövzuda  fikir 
ayrılığına rast gəlməmişəm!
153
 
Birincisi  bu  Adiyy  ibn  Hatim  hədisidir  ki,  onun  haqqında  böyük 
mübahisə var. 
İkincisi:  Necə  olur  ki,  düşmənlərin  ona  qarşı  dəlil  gətirmək 
məqsədilə  istifadə  etdikləri  fiqh  kitabları  şirkin  özü  ola  bilər?  Əgər 
düşmənlərinin  fiqh  kitablarını  təqlid  etdiyini  nəzərdə  tutursa  özü  də 
“Mürtəd bölümündə” fəqihlərin görüşündən geniş şəkildə faydalanmışdır. 
 
İyirmi üçüncü nümunə: Döymə edənlər kafirlərdir 
Alimlərdən və xalqdan olan döymə edənlərin təkfiri:
154
 
 
İyirmi dördüncü nümunə: Sədir xalqı kafirlərdir 
Sədir xalqının alimlərinin və xalqın təkfiri:
155
 
 
İyirmi beşinci nümunə:  
Abdullah ibn Əbdüllətif adlı məşhur bir qazıya yazdığı risalədə belə 
deyir:  “Bu  axır  zamanda  Ömərin  (r.a)  ilk  dinini  tərk  etdiyi  kimi,  Allahın 
dini üçün indiki dinini tərk etməyin sənin üçün nə qədər yaxşı olardı.”
156
 
Beləcə o müxaliflərinin müsəlman olmadığını zənn edir.  
 
İyirmi altıncı nümunə: Kəlamçılar kafirdir 
“Kəlamçıların  küfrü  icma  ilə  sabitdir!”
157
 Bu  mülahizə  doğru 
deyildir.  Kəlamçı  sözünün  mənasını  bilən  belə  bir  mülahizə  yürütməz. 
Xüsusən  də  əqaid  məsələsinə  diqqət  göstərən  əşari  və  mötəzilədən  olan 
müsəlman  alimləri  nəzərdə  tutulursa,  şərhləri  ilə  bidətə  və  ya  təvillə  küfrə 
düşsə də müsəlman  kəlamçı müsəlmandır.  İbn Teymiyyə də  (o da hənbəli 
                                                 
153
 Dürər; 2/ 59. 
154
 Dürər, 2/ 77. 
155
 Dürər, 2/ 77. 
156
 Dürər, 1/ 43. 
157
 Dürər, 1/ 53. 

 
 
96 
 
kəlamçılarındandır)  sonradan  olanların  (həvadis)  sonsuz  bir  silsilə  içində 
yer  almaları (təsəlsül), aləmin növ baxımından başlanğıca  sahib olmaması 
(qədim),  Allahın  “tüksüz  bir  gənc”  formasında  (Allah  belə  olmaqdan 
münəzzəhdir)  olduğuna  dair  görüşlərindəki  kimi  sələfin  bəzilərinin  küfr 
hesab  etdiyi  bəzi  görüşlərə  sahib  olmuşdur.  Lakin  o,  kafir  deyildir.  Çünki 
batil  bir  hədisi  səhih  olduğunu  və  ya  müəyyən  bir  fikrin  doğru  olduğunu 
zənn  edərək  təvil  etmişdir.  Demək  ki,  küfrə  yol  verən  hər  şəxs  kafir 
deyildir.  İstər  alim,  ya  da  xalqdan  olsun,  heç  kim  bir  görüşdən  qurtula 
bilməz. Ancaq təkfir edilməz.   
İbn  Əbdülvəhhab  Zəhəbi,  Daraqutni,  Beyhəqi  və  digərlərindən 
kəlamçıların  təkfirinə  dair  nəqllər  edir.  Bu  uydurma  bir  nəqldir.  Çünki 
onların üçü də kəlamçıdır! Ən azından onların bəzisinin  kəlamçıları təkfir 
etmədiklərini  bilirik!  Bunu  kəlamçıların  həyat  hekayələri  ilə  zəngin  olan 
“Nübəla” əsərindən də görürük. Orada kimi isə təkfir etdiyini xatırlamıram. 
Bəli,  onların  xətaları  və  bidətlərı  qeyd  olunmuş  ola  bilər.  Ancaq  İbn 
Əbdülvəhhabın dediyi kimi təkfir etmir. Belə ki, o, bu cür deyir: “Bəlkə, o 
bunu  dalğınlıq  halında  demişdir.  Bəlkə,  o  başqa  cür  dedi  ama  əslındə 
belədir”. Bu mövzunu araşdırmaq istəyən kitaba baxa bilər. Əslində Zəhəbi 
İbn  Əbdülvəhhabın  metoduna  görə  dindən  çıxaran  və  insanı  böyük  küfrə 
daxil edən salehlərin qəbirləri ilə təbərrük etməyi (daha öncə də keçmişdi) 
caiz görür. Onu üzrlü gördüyü kimi, dövrünün hənbəli alimlərini, yəni İbn 
Süheym, İbn Firuz, İbn Əfaliq və digərlərini də üzrlü qəbul edə bilərdi.  
Hənbəlilərin Əhməd ibn Hənbəlin qəbrinin fəziləti ilə bağlı üç kitabı 
vardır.  İlk  dövr  hənbəlilərinin  sufi  olduqlarını,  lakin  Allahın  sifətlərı, 
Quranın yaradılışı (xalqul-Quran) və səhabələr ilə əlaqəli mövzularda ifrata 
vardıqlarını  və  bu  mövzularda  onlarla  həmfikir  olmayanları  təkfir 
etdiklərini daha öncə qeyd etmişdim. 
Daraqutniyə aid edilən kitab əslındə ona aid deyildir. Bəzı hənbəlilər 
bunu onun adına çıxmışdır. Bəlkə də, İbn Əbdülvəhhab bunları ondan nəql 
etmişdir.  Beyhəqi  isə  əşaridir.  İbn  Əbdülvəhhabın  əşarilərlə  bağlı  rəyi  isə 
çox sərtdir, təxminən küfrə yaxındır. 
 
 

 
 
97 
 
İyirmi yeddinci nümunə: Əhsa xalqı bütlərə tapınır 
Əhsa əhlinin bütlərə sitayiş etdiyi söyləyir.
158
 Bu doğru deyildir. 
 
İyirmi səkkizinci nümunə: Nəcd xalqı daşa və ağaca tapınır 
Bunu İbn Əbdüllətifə yazdığı risalədə qeyd etdi.
159
 
Onlar  insandan  və  daşdan  olan  bütlərə  ibadət  edirlər.  Üstəlik  buna 
“büt  və  tağuta  inananlar
160
 istisna  heç  bir  alimin  bu  mövzuda  fərqli 
düşünmədiyini  əlavə  etdi.  (Ona  görə)  Əbdüllətifin  məmləkətinin  elm  əhli 
böyük şirkə düşməklə qalmayıb, üstəlik ona dəvət də edirlər.  
Bütün bunlar mübaliğədır. Heç bir həqiqət payı yoxdur. Nəcd, Hicaz, 
Əhsanın  müsəlman  alim  və  qazılarında  olan  ifratçılıq  (əgər  varsa),  digər 
İslam aləminin alim və qazılarının ifratçılığı qədərdir. Onun zamanında da, 
əvvəl  və  sonra  da.  İbn  Teymiyyə  və  Əhməd  ibn  Hənbəlin  zamanında  da 
belə  idi.  Kitablar,  risalələr  və  xalqlar  ortadadır.  Onların  nə  bütlərə 
tapındıqları,  nə  də  ona  dəvət  etdikləri  nəql  edilməmişdir.  Şeyxlər  və 
təbərrük mövzusunda ifrata gəlincə, bu  dindən çıxaracaq böyük şirk  kimi 
deyil, bidət və xürafə kimi qəbul oluna bilər.  
 
İyirmi doqquzuncu  nümunə:  
“Mən  Allahın  elçisinin  dinini  bildikdən  sonra  ona  küfr  edən  və 
insanları  ondan  uzaqlaşdıran,  onunla  əməl  edənlər  düşmən  olanları 
təkfir edirəm”.
161
 
Bu  kəlməni  İbn  Əbdülvəhhab  tez-tez  təkrar  edir.  Bu,  nəzəri  olaraq 
doğrudur.  Ancaq  həqiqətdə  Allahın  Elçisinin  (s.ə.s)    dini  özünün  və 
tərəfdarlarının  tutduğu  yolun  nəzərdə  tutur.  Onun  düşmənləri,  alimlər, 
qazılar  və  xalq  İslam  dininə  qarşı  gəldiklərini  söyləmirlər.  Tam  tərsinə, 
onlar  İslamın  beş  rüknünə  əməl  etdiklərini  təsdiq  edir,  bu  dinə  qarşı 
düşmənçilik bəsləmir, insanları da ondan uzaqlaşdırmırlar.  
                                                 
158
 Dürər, 1/ 54. 
159
 Dürər, 1/ 53 – 54. 
160
 Nisa/ 51. 
161
 Dürər, 1/ 73. 

 
 
98 
 
Onlar  dinin  özündən  dəlil  gətirir  və  deyirlər:  “Allahın  elçisinin 
dinində  “Lə  iləhə  illallah”  ,-  deyən  kimsəylə  savaşmaq  qadağan  edilmiş, 
onların  qanının  və  malının  qorunması  əmr  olunmuşdur.  İbn  Əbdülvəhhab 
bunu  bilir,  ancaq  insanları  ondan  uzaqlaşdırır  və  onunla  düşmənçilik  edir. 
Bunu  etməklə  o,  Peyğəmbərin  (s.a.s)  dininə  qarşı  çıxmış  və  insanları  da 
ondan uzaqlaşdırmış olur! 
Beləcə  bu  dairədən  kənara  çıxa  bilmirik.  Çay  dönüb-dolaşıb 
mənbəyinə geri gəlir. İbn Əbdülvəhhab və düşmənləri qarşılıqlı küfrləşirlər. 
Çünki  hamısı  təkfir  və  ona  mane  olan  qaydaları  göz  ardı  edirlər.
162
 
Məsələlərə qatı qərar verirlər. Onların bəzisi doğru, çoxu isə barəsində qəti 
fikir bildirmək qeyri-mümkün olan təşbehlərdir. Onlardan biri bir məsələni 
seçdiyindən və onu Peyğəmbərin (s.ə.s) dini saydığından ona qarşı gələnlər 
də düşmən olmuş olur.  
Bu  xeyli  dolaşıq  məsələdir.  Ona  qarşılıqlı  zülm,  təkfir  və 
düşmənçilik  (təkfir  və  küfr  pisləməkdən  daha  ifratdır)    nəticəsində  ortaya 
çıxan  cinayət  qarışmışdır.  Bəlkə  də,  buna  siyasi  vəziyyət,  məzhəb 
düşmənçiliyi, bölgə, qəbilə və məzhəb təəssübü kömək etdi. Allah hamısına 
mərhəmət  etsin.  Biz  keçmiş  xətaları  təkrar  etməməli  onlardan  dərs 
çıxarmalıyıq. Tarix mərhəmət etmir. Bu gün ört-basdır etməyə çalışdığımız 
xəta  sabah  iki  yanlış  şəklində  ortaya  çıxacaqdır.  Qiyamət  günündə  isə  üç 
olacaqdır. Bir xəta reallaşır, ona təəssüb göstərməksə ikincini doğurur. Onu 
xəbərdar edənə müharibə elan etməklə də üçüncüsü ortaya çıxır.  
 
Otuzuncu Nümunə: 
Salehlərə (övliya) etiqadı zina və oğurluq kimi görmür, bütlərə ibadət 
sayır.
163
 Bunu tez- tez təkrar edir. Halbuki, salehlərə etiqad kəliməsi ümumi 
bir ifadədir. Ona təvəssül, təbərrük və bənzərləri daxildir. Elm sahibləri bu 
mövzuda xüsusən də təbərrük mövzusu ilə əlaqədar çox şey deyiblər. Mən 
nə  elə,  nə  də  belə  düşünürəm.  Təbərrükdə  problem  görməyən  bəzi  elm 
tələbələri  ilə  bu  mövzu  barədə  mübahisə  etdim.  Bunun  inkarında  mən  də 
İbn  Əbdülvəhhabın  yanında  yer  aldım.  Bunun  haqqa  daha  yaxın  olduğu 
                                                 
162
 Düşmənlərinin çoxu böyük küfrlə deyil xariciliklə ittiham edirlər. 
163
 Dürər, 1/ 78. 

 
 
99 
 
görüşündəyəm.
164
 Ancaq bunun doğruluğunu qəbul etmək onunla eyni fikri 
bölüşməyən  alimləri  və  xalqı  təkfir  etmək  mənasına  gəlmir.  İbn 
Əbdülvəhhabın  inkar  etdiklərinin  əksəriyyəti  (küfr  deyil)  fərqli  şərhi  olan 
ictihadlar,  şübhə  və  təvildən  irəli  gələn  məsələlərdir.  Bunun  nümunələri 
daha öncə şərh edildi. 
 
Otuz Birinci Nümunə: 
Aşağıdakı qrupları təkfir etdiyini:
165
 
1.
 
Allahın Elçisinin (s.a.s) dinini bilib, ona tabe olmayanlar. 
2.
 
Onu bilib və sevən, tövhidə gələnləri xor görən və şirkdə qalanları 
sevənlər. 
3.
 
Dini bilən ancaq ona küfr edən. Yusif, Aşkar və Xızıra tapınanları 
tərifləyənlər. 
4.
 
Tamamən  ona  təslim  olan,  lakin  öz  şirk  diyarından  tövhid 
məkanına hicrət etməyənlər.
166
 
Bu  dörd  halı    dönüb-dolaşıb  mənbəyinə  axan  çaya  oxşada  bilərik! 
Cavabı  daha  öncə  ifadə  olundu.  Onlar  İbn  Əbdülvəhhabın  hər  dediyinin 
haqq  olduğuna  qənaat  gətirmirlər.  O  da  öz  növbəsində,  onların  hər 
dediklərinin batil olduğuna inanır.  İbn Əbdülvəhhabın bidəti rədd etməsini 
alqışlayanlar, onun təvil edən alimləri, adi insanlardan olan bidət və cəhalət 
sahiblərini təkfir etməsini qəbul etmirlər. 
Üstəlik  tövhidi  bilən,  onu  sevən  və  tabe  olan,  şirki  tərk  edənlərin 
bütün bunlardan  sonra  tövhid  əhlini  xor  görməsi,  şirkdə  qalanları  sevməsi 
necə mümkün ola bilər, bu sözün doğruluğunu ağıl qəbul etməz. 
Dünyada  dinini  və  məzhəbini  sevən  birinin  sadəcə  onlara  müxalifət 
edənlərə  kin  bəsləməsindən  söhbət  gedə  bilər.  Belə  ki,  biz  sünnilər  də 
                                                 
164
 Hər  halda  müəllif  Səudiyyə  Ərəbistanında  yaşadığı  üçün  vəhhabilər  tərəfindən  şirklə  ittiham 
olunmamaq üçün bəzi məsələlərdə İbn Əbdülvəhhabın görüşlərini bölüşdüyünü vurğulayır (mütərcim).  
165
 Dürər, 1/ 102. 
166
 İşin  qəribə  tərəfi  onun  başqa  bir  yerə  hicrət  edərək  onun  yanına  gəlməyənləri  təkfir  etdiyini  rədd 
edir! Bu ya çaşqınlıq, ya geri addım atmaq ya da manevrdir. 

 
 
100 
 
bəzən bir birimizə qarşı düşmənçilik hissləri daşıyırıq. Çünki digər tərəfin 
sünniliyi təmsil etmədiyini və ona zərər edirık.
167
 
İslama  girəni  xor  görən  müsəlman,  Xxristianlığa  girəni  xor  görən 
xristian,  şiəliyi  qəbul  edəni  xor  görən  şiə  və  sələfiliyi  qəbul  edəni  xoş 
qarşılamayan sələfi yoxdur. Bu qəribə bir məntiqdir. 
Bəli,  bidəti  inkar  etmək  və  xalis  tövhidə  dəvət  etmək  kimi  qəbul 
etdiyi  bəzi  görüşlərdə  bu  şəxs  təsdiq  etmək  olar.  Lakin  yolun  axırına  kimi 
onunla gedərək insanları təkfir etmək olmaz. 
Bunun mənası  İbn Əbdülvəhhabın sözündə  həm haqqın, həm batilin 
olmasıdır.  Mühüm  olan  haqqı  almaq  və  batili  tərk  etməkdir.  İbn 
Əbdülvəhhab  isə  sözünün  hamısının  qəbul  və  ya  rədd  edilməsini 
istəməkdədir.  Bu  isə  yalnızca  peyğəmbərlərin  gətridiklərində  etibarlıdır. 
Onların  bütün  dediklərinə  və    etdiklərinə  tabe  olmaq  və  qadağan 
etdiklərindən  də  uzaq  durmaq  vacibdir.  Xəlifələr  və  alimlər  kimi  digər 
insanların  gətirdiklərinin  bəzilərinə  müxalifət  edilmişdir.  Onlar  təkfiri  və 
əks  fikirli  insanlarla  vuruşmağı  doğru  qəbul  etməmişlər.  Bəzi  səhabələr 
üsyankarlara  qarşı  döyüşdə  İmam  Əliyə  (r.a)  qarşı  çıxdılar.  Bəzilərı  də 
onunla bərabər döyüşdülər. Bəziləri də, insanları uzaqlaşdırdılar. Onlardan 
nə  duranlar,  nə  pis  göstərənlər,  nə  də  savaşanlar  belə  dəmədilər:  “Onlar 
Allahın  dininə  küfr  etdilər!  Onlar  insanları  Rəsulun  (s.ə.s)  dinindən 
uzaqlaşdırdılar!” Əli ibn Əbu Talib (r.a) və Əmmar ibn Yasirin yaşadıqları 
din  Məhəmməd  ibn  Əbdülvəhhabın  yaşadığı  dindən  daha  saf  və  pak 
olmasına baxmayaraq belə bir şeydən söhbət belə getmədi. İmam Əli (r.a) 
İbn Əbdülvəhhabın metodunu tətbiq etsəydi, Cəməl, Siffin və Haruriyyədə 
olanları Peyğəmbərin (s.a.s) dininə qarşı vuruşduqlarını iddia edərək təkfir 
etməsi lazım gələrdi. Onun məxsusi bir mətnə sahib olmağına baxmayaraq 
bu tayfalara qarşı təkfir iddiası olmadı.
168
 
                                                 
167
 Belə ki, İbn Əbdülvəhhab və müxaliflərı də müsəlman və sünni olmaqlarına baxmayaraq bir-birlərini 
xor görürlər.  
168
 Xaricilər  ilə  bağlı  olan  nəss  belədir:  “Onlar  oxun  yaydan  çıxdığı  kimi  İslamdan  çıxdılar”.  İkinci 
qrupa aid olan mətn isə belədir: “Müaviyənin tayfası onları atəşə çağırır”. Onların zülm etdikləri aşkar 
oldu.  Bu  iki  qrupu  İmam  Əli  (r.a)  və  onun  yanında  olan  Bədr  və  Rizvan  beyətində  iştirak  etmiş 
səhabələr təkfir edə bilərdilər. Daxili düşmənçiliyi və xarici savaş halını nəzərə alıb belə edə bilərdilər. 
Yaxud da bu cür deyə bilərdilər: “Oxun yaydan çıxıb geri dönüşünün mümkün olmadığı kimi, İslamdan 
çıxanların  da  dönüşü  imkansızdır.  Atəşə  dəvət  edən  müsəlman  deyildir.  Amma  haqsızlar  cəhənnəmə 

 
 
101 
 
Eyni  zamanda  (İbn  Əbdülvəhhab)  vətənindən  hicrət  etməyəni  də 
küfrdə  günahlandırdı.  Bu  da  xətadır.  Çünki  şəriətdə  vacib  olan  hicrət 
Peyğəmbərə (s.a.s) edilən hicrətdir. Ancaq ondan (s.a.s) sonra edilən hicrət 
müəyyən  şərtlər  əsasında  vacib  olar,  tərk  edən  isə  təkfir  olunmaz. 
Günümüzdə olduğu kimi başqa məqsəd və mənfəətlər üçün edilən hicrət isə 
vacib  deyildir.  Dünyada  öz  yurdlarından  hicrət  etmək  istəməyən  çətinlik 
içində yaşayan müsəlmanları təkfir etməyimiz caiz deyildir.  
 
Otuz üçüncü nümunə: Əşarilik və zahirilik haqqında dediyi sözü   
İbn  Əbdülvəhhab  Allahın  sifətlərini  inkar  edən  əşarililər  və 
digərlərinin təkfirini təlqin edən bir görüş nəql edir.
169
İbn Həzmi də mütləq 
şəkildə  sifətləri  inkar  etdiyinə  görə  təkfir  edirlər.  Onun  (İbn  Həzmin)  bu 
mövzudakı  dəlillərini  “əl-Fəsl”  adlı  kitabında  tapa  bilərsən.  Təkfir 
etməmişdən qabaq onları oxuyun!
170
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin