Mühazirə müəllimi: Dos. R. Rzayev Seminar müəllimi: Dos. R. Rzayev Tələbənin adı: Hüseynova Zahidə Bakı-2023



Yüklə 75,85 Kb.
səhifə1/4
tarix07.04.2023
ölçüsü75,85 Kb.
#94371
növüMühazirə
  1   2   3   4
serbest iş-Qurani Kərim, No6




AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
TARİX VƏ COĞRAFİYA FAKÜLTƏSİ


İxtisasın adı: İslam dini və mədəniyyətinin tarixi
Mövzunun adı və nömrəsi: “Qurani-Kərim” kitabı, No:6
Mühazirə müəllimi: Dos.R.Rzayev
Seminar müəllimi: Dos.R.Rzayev
Tələbənin adı: Hüseynova Zahidə

Bakı-2023
Quranın adları: Quranın yenə Quranda gələn bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır. Digər adları isə aşağıdakılardır:

  • Əl-Kitab - Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.

  • Ümmül-Kitab Ana kitab mənasına gələn. Bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.

  • Əl-Furqan - Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.

  • Əl-Huda - Hidayət edici deməkdir.

  • Əz-Zikr - Zikr həm zikr etmək, həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.

Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları da vardır.
Surə: : الله الرحمن الرحيم

الْحَمْدُ لِلَّهِ رَبِّ العَامِينَ الرمن الرَّحيمِ مَلِكِ يَوْمِ الدِّينِ )


إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ) اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِية


صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ


الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِينَ


ǝl Fatihə Quranın birinci surəsi


Surə kəlməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar" deyə başlayan surələr Məkkədə, "Ey iman gətirənlər" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır. Quranın 114 surəsindən yalnız Tövbə surəsi


"Bismillahir-rəhmanir-rəhim!"-lə başlamır. Buna baxmayaraq, Quranda "Bismillahir-rəhmanir-rəhim" kəlməsi 114 dəfə işlədilib. Belə ki, Nəml surəsinin 30- cu ayəsində Süleyman peyğəmbərin yazdığı məktub "Bismillahir-rəhmanir-rəhim"-lə başlayır.
Ayə: Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrətverici bir öyüd olduğu üçün ayə adını almışdır. Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməkdədir. Ayələrin sayı Nafiyə görə 6217, Şeybəyə görə 6214, kufəlilərə görə 6236, misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə 6666-dır.Ayələrin tərtibi Quranın bir endirilmə sırası var. Ayələr, surələr tam endirildikdən sonra Məhəmməd Cəbrayıl ilə Allahın nəzarəti altında bunu yığıb (Məkarim Şirazi ağanın fikrinə əsasən). Bəzi alimlərin fikrincə, nömrələmədə dəyişiklik var. Bununla belə, bütün məzhəblər Quranın təhrif olunmamasını yekdilliklə qəbul edir. lk nazil olan ayələrin Ələq surəsinin 1-5-ci ayələri olduğu hesab edilir. Lakin Muddəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yer aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bagara surasidir.

Yüklə 75,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin