Mühazirə müəllimi: Dos. R. Rzayev Seminar müəllimi: Dos. R. Rzayev Tələbənin adı: Hüseynova Zahidə Bakı-2023



Yüklə 75,85 Kb.
səhifə2/4
tarix07.04.2023
ölçüsü75,85 Kb.
#94371
növüMühazirə
1   2   3   4
serbest iş-Qurani Kərim, No6

Quranın yazılması: Hər ayə və surə nazil olduğunda Məhəmməd peyğəmbər vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surǝyǝ yazacaqlarını bildirirdi. Şiə mənbələrində qeyd olunur ki, Məhəmmədin vəfatından sonra İmam Əli 6 ay ərzində Quranın surələrini ayəbǝayə şəni-nüzul və səbəbi-nüzulla birlikdə yazıb. Bu kitab tamamlanan vaxt Quran hafizlərinin çox olması səbəb göstərilərək ona ehtiyacın olmaması vurğulanıb. Həmin kitab imamlardan bir-birinə ötürülüb. Lakin müharibələr zamanı Quran hafizlərinin kütləvi şəkildə şəhid olması Quranın kitab kimi gələcək nəsillərə ötürmək zərurətini gündəmə gətirib. Bu səbəbdən Ömərin təklifi ilə Zeyd b. Sabitin başçılığı ilə İmam Əli, Osman, Übeyy b. Kab, İbn Məsud, Əbu Dərda kimi səhabələrdən meydana gələn bir komissiya qurulub. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirilib. İbn Məsudun təklifi ilə Qurana mushaf adı verilib. Bu mushaf Xəlifə Əbu Bəkirin yanında mühafizə olunmağa başlanıb.
Nazil olma səbəbi (Əsbabul- Nüzul): Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir. Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin əhəmiyyəti böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Baxmayaraq ki, hər ayənin nazil olma səbəbinin olduğunu iddia etmək olmaz, ayənin nüzül səbəbini bilmədikcə, onun tam olaraq başa düşülməsi mümkün deyil. Məsələn, Bəqərə surəsinin 158-ci ayəsi: "(Ey möminlər!) Həqiqətən, Səfa (dağı) və Mərvǝ (dağı) Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir".
Əgər bu ayənin nüzül səbəbini bilməsək, belə aydin olar ki, Həcc ziyarəti zamanı Səfa və Mərvənin arasında səy etmək vacib deyil. Amma həqiqətdə bu əməl həcc ziyarətinin rüknüdür və yerinə yetirilməsə, bu ziyarət batil olar.Ayənin nazil olma səbəbi isə belədir: Müsəlmanlar ilk dəfə İslami qaydada həcc ziyarətini yerinə yetirən zaman Səfa və Mərvənin hər birində bir büt qoyulmuşdu və müsəlmanlar səy edərkən bu bütlərin qarşısından keçməli idilər. Onlar bunun dogru olub-olmadığını bilmirdilər və ziyarətlərini batil edəcəklərini düşünürdülər. Ayənin nazil olması ona dəlalət etdi ki, o zaman bu işi görmələrində müsəlmanlar üçün heç bir günah yoxdur.
Nəsih-Mənsuh: Nəsihin lüğət mənası izalə etmək, yox etmək, dəyişdirmək, nəql etməkdir. Bir termin olaraq isə bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır. Nəshedən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir.Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur: "Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!"Məsələn, "Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!" ayəsini "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir"

Yüklə 75,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin