F. Köçərli adına Respublika Uşaq Kitabxanası



Yüklə 171,1 Kb.
Pdf görüntüsü
tarix17.04.2017
ölçüsü171,1 Kb.
#14317

 

   



F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

 



 

  

 



Söhrab Tahirin 90-illik yubileyi  münasibəti ilə         

hazırlanmış  metodik vəsait 

 

 

 



    Sözə sevdalı  şair- Söhrab Tahir  

 

 



 

 

 



                                  Bakı -2016 

 

Redaktor və  



buraxılışa məsul                     Şəhla Qəmbərova 

 

Tərtibçi:                                   Aynurə Əliyeva 

 

 

 

 



 

 

 

 

“Sözə sevdalı  şair- Söhrab Tahir” Söhrab Tahirin 90-illik 

yubileyi  münasibəti ilə hazırlanmış  metodik vəsait . 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016. 

 

 



 

 


 

                                    Tərtibçidən. 



Bizim  nəsil  Söhrab  Tahiri  həmişə  xeyirxah,  nəcib, 

sözübütöv  cəfakeş  mərd  və  mübariz,  xırda  hislərdən  uzaq 

görmüşdür.  Bizim  gözümüzdə  S.Tahir  inqilabçı,  döyüşkən 

Cənubi  Azərbaycan  xalqının  timsalıdır.  Uca  boylu,  iti 

baxışları,  şimşək  gülüşləri  ilə  Söhrab  Tahir  Cənubi 

Azərbaycan torpağının  bir parçasıdır.  Güney Azərbaycanda 

sərhədsiz, maneəsiz addımlayan, Savalandan qopan bir qaya 

kimi    gəzən,  bütün  qapıları  ərklə  açan,  bütün  evlərdə 

intizarla gözlənilən, varlığında işıq,  inam, qələbə gəzdirən, 

özü demiş, Azər Azər babadır! Bu il Söhrab Tahirin 90 illik 

yubileyi  olur.  Bu  münasibətlə  bu  vəsaiti  işləməyi  özümüzə 

borc  bildik.  Vəsait  iki  hissədən  ibarətdir.  I  hissə  “İstiqlal 



şairi–Söhrab  Tahir”  adlanır  və  S.Tahirin  həyat  və 

yaradıcılığından  bəhs  edir.  II  hissədə  isə  S.Tahirin  

yaradıcılığından bəhs edən tədbirlərdən söhbət açılır. 

 

 



 

 

 



 

 

 



 

                               Həyat və yaradıcılığı 



 

                 Ömrü nağıla bənzəyən şair. 

Azərbaycanın  xalq  şairi,  nasiri,  publisisti  Tahiri  Söhrab 

(Söhrab  Tahir)  Əbülfəz  oglu  6  avqust  1926-cı  ildə  İranın 

Astara şəhərərində sənətkar  ailəsində anadan olmuşdur. Şair 

“Səadət” və “Şapur” orta məktəblərində  9-cu sinfədək təhsil 

almışdır. Lakin ailənin maddi imkanları aşağı olduğuna görə 

şair  təhsilini  davam  etdirə  bilməmiş,  atası  ilə  birgə  “İran 

İngilis  neft  şirkəti”  ndə  işləməyə  məcbur  olmuşdur.  Sovet 

ordusunun  İrana  yeridilməsindən  sonra,  Söhrab  Tahir  xalq 

hərəkatında  aktiv  yer  almışdır.  1946-cı  ildə  Söhrab  Tahir 

təhsil  almaq  üçün  Bakıya  gələrək      Bakı  Tibb  İnsititunun 

stomatoloq  və    feldşerlik  fakultəsində  təhsil  alır.  O,  1952-

1957-ci  illərdə  ADU-nun  filologiya  fakultəsində  təhsilini 

davam  etdirir.  S.Tahir  1959-1961-ci  illərdə  isə  Moskvada 

Maksim  Qorki  Adına  Ali  Ədəbiyyat  kurslarında  müdavim 

olmuşdur.  1962-1966-cı  illərdə  ADF-in  Bakı  komitəsində 

birinci katib,“Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında 

bədii  şöbələrdə  müdir,  “Səhər”  ədəbi-tarixi    jurnalında  isə 

redaktor  müavini,  1984-cü  ildən  isə  “Azərbaycan” 

jurnalında  redaktor  vəzifəsinə  işləmişdir.  Azərbaycan 

Yazıçılar Birliyi idarə heyətinin, “literaturnıy Azerbaydjan” 

jurnalı  redaksiya  heyətinin,  “Yazıçı”  nəşriyyatının  bədii 

şurasının,  Azərbaycan  Ədəbiyyat  Fondu  idarə  heyətinin 

pleniumunun  üzvü,  Azərbaycan  Yazıçılar  Birliyi  şeir 

şurasının  sədri  (1986-1991)  olmuşdur.  1991-ci  ildə  Bədii 

ədəbiyyatı  təbliğat  birosu  idarə  heyətinin  sədri  təyin 

edilmişdir. İnqilabi, ədəbi içtimai fəaliyyətinə görə Təbrizdə 


 

“21Azər”  medalı  və  bir  sıra  medallarla,  Azərbaycan  Ali 



Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə  təltif edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  23  may  1998-ci  il 

tarixli,  709  nömrəli  Fərmanı  ilə  ona  “Xalq  şairi”  fəxri  adı 

verilmişdir. 

2006-cı 

ildə 


isə 

S.Tahir 


Azərbaycan 

Respublikası Prezidentinin sərəncamı ilə  “Şöhrət” ordeninə 

layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar ittifaqı və 

onun  Moskva  şəhər  təşkilatı  nəznində  fəaliyyət  göstərən 

Yazıçı-tərcüməçilər  ittifaqının    qərarı  ilə  Beynəlxalq  V.V. 

Mayakovski ordeni ilə təltif edilmişdir. Onun kitablarından, 

“Qırılan  zəncirlər”  (1965),  “Mən  səni  görmüşəm”  (1965), 

“Burdan bir atlı keçdi” (1972), “Azad qardaşım var” (1973),  

“Mənim  yolum  (1975)”,  “Döyüş  lövhələri”  (1980), 

“Ölümdən  güclü  həyatdan  uca  (1981)”,  “Qonşu  qızın 

məktubları”  (1985),  “Vətənlə  sevgi  arasında”  (1986),  “İki 

dəfə  yox olmuş adam” (1988), “Əmanət” (1991), “Seçilmiş 

əsərləri”  (2005),  “Ata”  (2009)  çox  cildli  kitabı  və  s.  nəşr 

olunmuşdur.  Ümumiyyətlə, şairin 50-dən çox kitabı Bakıda, 

Moskvada,  Berlində,  Tehranda,  Təbrizdə  işıq  üzü  görüb. 

AMEA  Şərqşunaslıq  İnstitunun  böyük  elmi  işçisidir.  1993-

cü  il  mart  ayından  Yeni  Azərbaycan  Partiyasının  üzvüdür. 

S.Tahir  1996-cı  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin 

Ağsaqqallar  Şurasının  üzvü,  Dünya  Azərbaycanlıları 

Mədəniyyət  Mərkəzinin  prezidenti,  2002-ci  ildən  isə 

Azərbaycan 

İçtimai-Siyasi 

Universitetinin 

müəllimi 

olmuşdur.  S.Tahirin  yaradıcılığı  aşağıdakı  çap  olunmuş 

əsərlərdən ibarətdir.  

1.

 

1500-dən çox şeir.  



2.

 

57 poema. 



 

3.



 

18 roman. 

4.

 

5 povest. 



5.

 

75 hekayə. 



6.

 

2 pyes.  



7.

 

800-dən çox ədəbi, elmi, publisistik məqalələr. 



8.

 

Esse. Fəlsəfi traktat və ssenarilər. 



9.

 

Kitablara,  elmi  əsərlərə  yazdığı  müqəddimə  və 



rəylər.  

10.


 

Azərbaycan YB-nə daxil olmaq üçün 50-dən çox  

gənc qələm sahibinə zəmanət vermişdir.  

Xalq  şairi,  Azərbaycan    Respublikası  Prezidentinin  fərdi 

təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-

də ömrünün 90-cı ilində vəfat etmişdir.  

Görkəmli şairimiz Söhrab Tahirin anadan olmasının 90 illik 

yubileyi  ilə  əlaqədar  olaraq,    bir  sıra    tədbirlər;  kitab 

müzakirəsi,  oxucu  konfransı,  rəsm  və  şeir  müsabiqəsi, 

ədəbi-bədii  gecə  keçirilə  bilər.  Bu  şairi  sevdirmək, 

yaradıcılığını  gənc  nəslə  və  şagirdlərə    tanıtmaq  və  eyni 

zamanda    oxucularda  mütailə  vərdişi  aşılamaq    məqsədi 

daşıyır. S. Tahirin 90 illik yubileyi ilə əlaqədar kitabxanada 

kitab sərgisi keçirilməsi məqsədəuyğundur. Sərgiyə müxtəlif 

başlıqlarlar  verilə  bilər.  “Dərdi  Araz  şairim”,    “Bu  tayın 

Şəhriyarı”,  “Ömrü  nağıla  dönən  şair”,  “Yolu  Vətən  olan 

şair”,  “Vətənlə  sevgi  arasında”,  “Döyüşdən  yaranan 

poeziya”,  “İki  tayın  şairi”,  “Poeziyamızın  Ərk  qalası”, 

“Ədəbiyyatımızın  mürşüdü-S.Tahir”,

 

“Mən  sükut  etmişəm, 



məqam  gəzirəm,  Mənim  sükutum  da  mübarizədir”,  “Araz 

sahilində bitən tənha palıd”,

 

“Ədəbiyyatımızın dərdli şairi”, 



 

“Gözümdə  bir  gilə  yaş  gətirmişəm,  Urmiyə  gölündən 



yadıgar sənə”, “Azadlıq yolçusu şair”, “Poeziyamızın əmisi-

S.Tahir”,  “...Mən  gərək  sahili  sahilə  qoşum”,  “Mən 

əkinçiyəm Azadlıq becərirəm ürəklərdə”, “Savalandan gələn 

yol”,


 

“Cənubla  Şimalın  canlı  körpüsü”,

 

“Mən  həm  o 



tayınam,  həm  də  bu  tayın”,  “Heç  vaxt  vətən  eşqim 

ikiləşmədi” və s. verilir. 

 


 

Şairin  müxtəlif  illərdə  çəkilmiş  foto  stendi,  bundan  başqa 



S.Tahirin kitabları və digər şairlərin S.Tahir haqqında dövri 

mətbuatda    yazdığı  materiallar  sərgidə  öz  yerini  alır. 

Görkəmli  insanların  şair  haqqında  söylədikləri  sitatlar  və 

şeir parçaları da sərgidə verilir. 



Görkəmli şəxsiyyətlərin şair haqqında söylədikləri: 

1.Söhrab Tahirin təkcə bu iki misrasına görə heykəl düşür: 

                     “İki bölünməkdən elə qorxmuşam, 

 

 



Çöpü də ikiyə bölmərəm daha”  

 

 



 

 

 



  

2

.Söhrab Tahir nadir şairdir, onun şeirləri dəhşətdir. 



                                                                  Xalq şair M. Araz  

3. Mən təzə şair tapmışam. Arazı gümüş telli saza bənzədib, 

onu çalır, dərdlərini bəyan edir, adı Söhrab Tahirdir.  

             Xalq şairi B. Vahabzadə 

4.Söhrab  Tahir,  sən  dahisən,  sən  həm  də  Pişəvərinin 

varisisən.  

 

 



        

 

             Xalq şairi N. Həsənzadə 



5.Söhrab, neçə dəfə demişəm, yenə də deyirəm, sən məndən 

yaxşı şairsən.   

 

 

 



 

              

Xalq şairi Qabil 

6. Söhrab Tahir o tay-bu tayın tanınmış şairidir.  

 

 

 



 

               Xalq yazıçısı Anar 

 

7.Söhrab  əmi,  döyüşkən  yaralı  poeziyanın    Azərbaycanda 



əsasını sən qoymusan. Biz səndən öyrənmişik qəhrəmanlığı. 

 

 



 

 

       Şair-yazıçı



 

Əlirza Xələfli.  

8.  Söhrab  Tahir  təkcə  bizim  əmimiz  deyil,  həm  də 

Azərbaycan şeirinin əmisidir.  

 

 



 

 

               Xalq şairi C. Novruz.  



9.Söhrab  Tahirin    “Ata”  poema-eposu  “Şahnamə”  dən  də 

böyükdür.  

 

 

 



 

         



Xalq şairi S. Rüstəmxanlı  

Söhrab Tahirin 90-illik yubileyi ilə əlaqədar  kitabxanalarda 

keçiriləcək  tədbirlərdən  biri  də,  “Mən  özüm  də  azadlığın 

vətəndaşı  olmuşam!”  adlı  şeir  müsabiqəsidir.  Kitabxanaçı 

ilk  öncə  şairin  bir  neçə  şeir  kitabını,  eləcə  də  Seçilmiş 

əsərlərini  məktəblilərə  təqdim  edir.  Nəfis  şəkildə    nəşr 

olunmuş  kitablar  hər  kəs  tərəfindən  rəğbətlə  qarşılanır. 

Məktəblilər  müəyyən  etdikləri  şeiri  əzbərləyərək  təyin 

edilmiş tarixdə kitabxanaya  gəlirlər. Qonaqlar və münsiflər 

heyəti  öz  yerini  aldıqdan  sonra  kitabxanaçı  hər  kəsi 

salamlayaraq tədbirə keçid alır. O, ilk olaraq S.Tahirin həyat 

və  yaradıcılığından,  onun  ömür  yolundan,  əsərlərindən  və 

kitablarından söhbət açır.   



Kitabxanaçı:  Çağdaş  cənubi  Azərbaycan  şeirinin 

bayraqdarlarından  biri  olan  S.Tahir  dünyanın  döyüşkən, 

inqilabi  poeziyasının,  ömrü  mühacirətdə  keçmiş  qüdrətli 

nümayəndələri 

sırasında 

dayanır. 

Güneyli-Qüzeyli 


10 

 

Azərbaycanın  ədəbi  ənənələrinin    müştərək  özülü  üzərində 



yüksələn  şairin  yaradıcılığı  poetik  mübarizə  yolu  kimi 

doğma vətəndən didərgin düşmüş yüz minlərlə soydaşın acı, 

nisgilli,  ömürlüyüdür.  S.Tahirin  kitablar  toplusunda  şairin 

vətəndaşlıq,  içtimai  ruhlu  şeirləri  cəmlənmişdir.  Güney 

Azərbaycanın  taleyindən  doğan  mübariz  əhvallı  həmin 

şeirlərlə  yanaşı    müxtəlif  mövzulu  poetik  parçaların  da  yer 

aldığı  kitablarda  müəllifin  ikili  taleyindən  gələn  bir  mövzu 

əlvanlığı, sevinclə göz yaşının görüşlə ayrılığın, xoşbəxtliklə 

ömürlük dərdin sıx-sıx qovuşması, bir-birini təmizləməsi və 

tamamlaması  var...

 

S.Tahir  sözləri  o  qədər  işıqlıdır  ki...  O 



qədər  işıqlı  ki,  bu  işıqlı  sözlərin  hərəkəti,  cazibəsi,  saflığı 

onun  yazdığı  hər  şeyə  haqq  qazandırır.  Gəlin  biz  də  bu 

cazibədən,  bu  saflıqdan  bəhrələnərək  pay  alaq.  S.Tahir 

yaradıcılığının  zirvəsinə  iştirakçıların  söyləyəcəyi  şeirlərlə 

ucalaq...  Gəlin  nəğməkar  şairimizin  şeirlərini  dinləyək. 

Kitabxanaçı  söhbəti  bitirdikdən  sonra  birinci  iştirakçı 

“Şəhriyar” adlı şeiri qiraətli bir şəkildə deməyə başlayır.  

 

Gördüm inqilablar doğan diyarda  



 

Sevgim ağlayırdı qəmli setarda,  

 

Özün düşünürdün bir az kənarda,  



 

 

 



 

Şəhriyar. 

 

           Tehran-Təbriz yolu tarım çəkilib, 



 

Bu yolda mən tüfəng, 

 

Sən tovlu bir ip, 



 

Burda ağ şeir kimi ölçülər itib,  

 

 

 



 

Şəhriyar!..... 



11 

 

Ikinci iştirakçı şairin “Savalan” adlı şeirini demək üçün 



səhnəyə yaxınlaşır.  

 

Qayalardan sallanaram, 



 

Salxım-şüşə buz kimi, 

 

Quzu olub daşlarını  



Yalayaram duz kimi

 

Sən buluddan yaşmaq tutsan 



 

Bir nişanlı qız kimi, 

 

Dağıdaram buludları 



 

Qılnc kimi, gürz kimi, 

 

Savalanım, Savalan. 



Üçüncü  iştirakçı  isə  “Azərbaycanım”  şeirini  deməyə 

başlayır.  

 

Mən bir inqilabam, mənim yanımda 



 

Sən udma sözünü, Azərbaycanım! 

 

Niyə kədərlisən, niyə susursan 



 

De mənə düzünü, Azərbaycanım! 

 

 

 



Təbriz öz oğlundan azadlıq umar, 

 

Çəkilsin ömrümdən daha toy-tumar, 



 

Bir-bir sapa keçir, sən as boynuma 

 

Azadlıq közünü, Azərbaycanım! 



Dördüncü  iştirakçı  şairin  “Birlik”  adlı  şeirini  deməyə 

başlayır.  

 

Birləşək! Dünyada güclər birləşib



Qalalar birləşib, bürclər birləşib.  

 

Birləşib dünyada dili ayrılar, 



 

Torpağı ayrılar, eli ayrılar. 



12 

 

 



Alıblar dünyadan öz haqlarını, 

 

Behişt eləyibdir torpaqlarını. 



Tədbirin 

sonunda 

münsiflər 

heyəti 

qalibləri 

müəyyənləşdirir.  Sonra  qaliblər  və  digər  iştirakçılara 

mükafat verilir.   

Kitabxanada    şairdən  bəhs  edən    “Həsrətin  ilk  pıçıltısı 

vətəndir”

 

başlıqlı  konfrans  da  keçirmək  olar.  Konfransda 

yuxarı  sinif  şagirdləri,  oxucular,  ədəbiyyat  müəllimləri  bir 

sözlə, S. Tahir qəlminə vurğun olan hər kəs iştirak edə bilər. 

Kitabxanaçı  ilk  öncə  qonaqları  salamlayır  və  S.  Tahirin 

ömür  yollarından  və  qələmindən  ağ  səhifələrə  yağan 

əsərlərindən söhbət  açır. Sonradan isə konfrans iştirakçıları 

şair  haqqında  məruzələr  edirlər.  Həmçinin  kitabxanada 

Söhrab Tahirin yaradıcılığından bəhs edən sual-cavab gecəsi 

də, təşkil etmək olar.   



Kitabxanaçı:  XX  əsrin  poetik  kəhkəşanında  Azərbaycan 

azadlığının  romantikasından  şehlənmiş  çiçək  misralar 

gecənin  qaranlığında  yanan  ulduzlar  kimi  görünür.  Bu 

görüntüdə hər misrası Azərbaycan istiqlalı, milli mədəniyyət 

mücadiləsi,  haqq  gerçəkliyi  uğrunda  mübarizədə  döyüşən, 

vuruşan  S.Tahir  poeziyasının  da  öz  parlaqlığı  var.  O, 

Azərbaycan  azadlığı  mübarizəsinə  gənclik  illərindən-

ömrünün  ən  xoş,  saf,  təmiz,  ülvi  çağlarında,  dünyanın 

minbir  nəfsindən  uzaq,  qaynar  həyat  eşqi  ilə  dolu  bir 

zamanında atılıb. Gənclik illərinin ilk sevgisi Azərbaycanın 

istiqlal  mübarizəsi  olub.  Bu  eşqin  oduna  böyük 

Azərbaycanın-ikiyə  bölünmüş  Azərbaycanın  o  tayından  bu 

tayına  pənahlanıb.  Vətən  eşqi  ilə  18  yaşında  yola  çıxan 

Söhrab Tahir 90 il  mənalı və eyni zamanda enişli-yoxuşlu 

ömür  sürüb.  90  yaşında  daha  mübariz,  daha  ötkəm,  daha 


13 

 

inadkar  olub.  Şairin  əbədi  vətən  sevgisinə,  bağrı  qan 



Vətəninə    olan    eşqinə  əlmi  yetirmək  olar?  Söhrab  Tahirin 

şeirləri uca-uca dağlar başından aşıb, nurlu dərələr boyunca 

yayılıb, milyonlarla ürəklərə yol tapıb. 

 

 



                      Əziz Vətən, doğma diyar,   

 

 



Vuruşuram sinəndəki 

 

 



Qan yerini silənədək. 

 

 



Vuruşuram azadlığım 

 

 



Başım üstə gələnədək.  

Kitabxanaçı 

söhbətindən  sonra  suallarını  oxuculara 

ünvanlayır.  



Kitabxanaçı:  Söhrab Tahir kimdir? 

Oxucu:  Qüdrətli  şair,  istedadlı  yazıçı,  mübariz  publisist, 

alovlu  vətənpərvər,  tanınmış  içtimai  xadim,  Söhrab  Tahir 

(Azər-Azər) 

dövrünün, 

zəmanəsinin, 

içtimai-siyasi 

mühitinin yetişdirməsi olan nadir qələm ustalarındandır.  

 Sual: Söhrab Tahir ilk  məktəblə  görüşünü necə xatırlamış, 

o anları necə qələmə gətirmişdir? 

Cavab:    Şair  öz  müsahibələrinin  birində  bu  anı  belə 

xatırlayır:  “Anam mənə bir həftə yaxalıq çanta tikdi, kitab-

dəftər  aldı.  Qələm  və  çernil  qabı  düzəltdi.  Həftənin  birinci 

günü  məni  məktəbə  apardı.  Mən  fars  dilini  bilmirdim. 

Həyətimizdə Gitidən fars dilində eşitdiyim sözlərin incələyi 

və  deyilişi  xoşuma  gəlmirdi.  O  sözləri  tez-tez  deyir,  Gitini 

yamsılayırdım.  Fars  dilini  bilmədiyim  üçün  çox  sıxıntı 

keçirirdim.  Anam  bunu  hiss  etmişdi.  Bir  gün  anam  mənə 

dedi: 

-Az fars dili, fars dili deyə narahat ol. Atanı, əmini tutduran 



elə bu farslar imiş. O gündən mən Gitini dindirmədim”.  

14 

 

Sual:  -Sizcə,  Söhrab  Tahir  ədəbiyyata,  poeziyaya    necə 

gəldi? 

Cavab:-Şair ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda 

Seyid  Cəfər  Pişəvərinin  rəhbərlik  etdiyi  inqilabda  atası  

Əbülfəzlə  birgə  yaxından  iştirak  etmişdir.  Milli  hökümət 

qurularkən  təşkilatı  şöbənin  işləri  S.Tahirə    tapşırıldı.  Şair 

“Qüdrətli qoşun” adlı ilk şeirini də elə o vaxtlar  yazmışdır.  

Sual: Şair Bakıya nə vaxt gəldi? 

Cavab:-  O,1946-cı  ilin  aprelində  Bakıya  gəlmişdir.  Onun 

yazılarında  həmin  dövr  belə  təsvir  edilirdi.  “Azərbaycanda 

əhalinin vəziyyəti ağır idi.  Mən də xalqla birgə çətinliklərə 

sinə  gərdim.  Bir  çox  quruculuq  işlərində  fəal  iştirak  etdim.  

Sonralar  bütün  bunlar  “Gəncliyim,  hardasan?”  poemasında 

öz əksini tapdı”.   



Sual:  S.Tahirin  qələmini  həm  şeirdə,  həm  də  nəsrdə 

sınamısı hansı zərurətdən irəli gəlib? 



Cavab: Mən də bu cavabı şairin öz dilindən yazılan sözlərlə  

cavablandırmaq 

istəyirəm.  “Şeir  kitablarım  çıxanda 

düşündüm  ki,  bütün  dərdləri  şeir  dili  ilə  demişəm. 

Gördüklərimi monumental şəkildə vermək niyyəti ilə roman 

və  digər  nəsr  əsərləri  yazdım.  Onlar  da  oxucular  tərəfindən 

maraqla  qarşılandı.  “Qonşu  qızın  məktubları”  romanım 

çapdan  çıxanda  Lerikdən  bir  oxucum  gəlib  məni  tapmışdı. 

Həmin  kitabı  əldə  etmək  üçün  məndən  kömək  istəyirdi. 

Deyirdi, kəndlərinə cəmi bir kitab gəlib çıxıb, onu da qızlar 

beş yerə bölüb oxuyurlar. Poemalarımda isə əsasən II Dünya 

müharibəsinin  qəhrəmanlarının,  əmək  adamlarınnn  surətini 

canlandırmışam”.  

Kitabnxanaçı:  S.Tahir  gənc  oxuculara  daim  gözəl 

tövsiyyələr  verirdi.  Bunlardan  bir  neçəsini  sizə  çatdırmaq 



15 

 

istəyirəm.  “XXI  əsr  texnologiya  dövrüdür.  Təbii  ki, 



texnikaya  çox  üstünlük  verilir,  oxucular  zəngin  şüura 

malikdirlər. 

Onlara  bir  tövsiyyəm  var-Azərbaycan 

ədəbiyyatını həmişə əziz tutsunlar, ona biganə olmasınlar”.  



Sual:  Vaxtı  ilə  şairə  doğum  günü  ilə  bağlı  təbriklər,  xoş 

sözlər  deyilmişdir  və  şairin  ən  böyük  arzusu  ilə 

maraqlanmışlar. Deyə bilərsinizmi, onun ən ümdə arzusu nə 

idi?  


Cavab:  “Torpaqlarımızı  tezliklə  azad  edək,  o  yerlərdə 

yenidən bayrağımız dalğalansın. Mən həmişə Azərbaycanın 

istiqlaliyyətini  görmək  istəmişəm,  bütün  həyatımı  ona  həsr 

etmişəm.  Azərbaycanın  istiqlaliyyəti  həmişə  ömrümün 

amalı, həyatımın mənası olub”.   

Sonda  şairin  şeirlərinin  oxucular  tərəfindən  səsləndirilməsi 

məqsədəuyğundur. 

  

 



 

Xalq  


 

Hamı xalq adından danışsın, ancaq 

 

Xalqın inamına inamı varsa. 



 

Dünyada  ən güclü adam olacaq, 

 

Kim onu özünə inandırarsa.  



 

 

Xalq səngər kimidir, çətin işində  



 

Hamı boğazacan onda gizlənir.  

 

Adam var əlinə bir iş düşəndə 



 

Xalqa minnət vurur, xalqa hirslənir.  

 

 

Xalq ümid deməkdir, gələcək demək,  



 

Ümidsiz nə varsa ondan uzaqdır.  

 

Dünyada hər bir şey ölüb gedəcək,  



Heç zaman ölməyən, dünyada xalqdır. 

16 

 

S.Tahir  yaradıcılığını  oxuculara  tanıtmaq  və  şair  qələmini 



sevdirmək  üçün  kitabxanada  bir  neçə  tədbir  aparılır.  Bu 

tədbirlərdən  biri  də  “Yaradan  yox,  yaranışdır  od  özü...” 

başlığı  ilə  keçirilən  kitab  təhlilidir.  Kitabxanaçı  əvvəlcədən 

məktəblərlə  əlaqə  saxlayaraq  oxucuları  kitabxanaya  cəlb 

edir.  O,  S.Tahirin  “Ata”  poema-epos  kitabı  haqqında  

oxuculara məlumat verir və sözü gedən kitabı onlara təqdim 

edir.  Oxucular  müəyyən  vaxt  ərzində  sözü  gedən  kitabla 

yaxından tanış olurlar və müəyyən edilmiş tarixdə tədbirdə 

iştirak  edirlər.  Kitabxanaçı  hər  kəsi  salamlayır  və  kitabın 

qısa  tanıtımına,  eləcə  də    kitabın  yazılma  zəruriyyətini 

iştirakçılara məhz kitabda yer alan “müəllifdən” bölümü ilə 

(müəllifin dilindən) sözə başlayır...             

 “Azərbaycan  ədəbiyyatında  ən  irihəcmli  poetik  əsər  hesab 

edilən  “Ata”  (poema-epos)  1991-cü  ildən  qələmə  almağa 

başlamışam.  Azərbaycanın  qədim  şeir  forması-qoşma 

şəklində  yazılmış  bu  əsər  15-bölmədən  ibarətdir.  Əsərin 

eramızdan  9  min  əvvəl  Yaxın,  Orta,  Uzaq  Şərq 

genişliklərində  yaşayan,  yaradan,  döyüşən  varlığını  və 

ləyaqətini  isbat  edən  türkdilli  qəbilə,  tayfa  və  xalqların, 

xüsusi  ilə  Azərbaycan  xalqının  eramızın  əvvəlinə  qədərki 

həyat  və  məişətinin  bədii-tarixi  lövhələrdə  təsvirini  əhatə 

edir.  “Ata”  sadə  xalq  dilində  yazıldığı  üçün  burada  demək 

olar  ki,  fars  və  ərəb  sözləri  işlənməmişdir.  Əsərdə 

Azərbaycan,  Orta  Asiya,  Türkiyə,  Rusiya,  İran  və  Ərəb 

ölkələri, İngiltərə, Almaniya və s. Avropa alimlərinin tarixi 

sənədlərə, 

tarixi 

həqiqətlərə 



uyğun  fikirləri  əsas 

götürülmüşdür.  Çoxdandır  ki,  xarici  ölkələrdə  yaşayan 

soydaşlarımız  xalqımızın  varlığı,  mənşəyi,  yaşadığı  ərazi, 

qədim  həyat  tərzi,  dili  və  qəhrəmanlıqları  ilə  maraqlanır, 



17 

 

bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa 



ciddi  suallar  qoyurdular.  Son  20  ildə  Azərbaycan  xalqının 

varlığı,  etnogenizi  ilə  əlaqədar  elmi  kitablarla  yanaşı, 

şamanizm,  zərdüştizim  haqqında  kitablar,  əsatir,  əfsanə, 

dastan,  nağıl,  deyim  və  söyləncələr  oxuyurdum.  Xalqımın 

qədim  varlğını,  adını,  qəhrəmanlıqlarını  göstərən  sənədləri, 

abidələri  dağıdıb,  yandırıb  məhv  edən  düşmənlərin 

qəddarlığının qanlı izlərinə düşüb, yavaş-yavaş dünyanın ən 

qədim,  ən  nəcib,  ən  dəyişkən  və  ən  ləyaqətli  və  sücaətli 

xalqları  olan  türkdilli  ellərin,  o  cümlədən  xalqımızın  ən 

qədim  tarixinin  monumental  mənzərələrini  aydın  şəkildə 

görməyə başladım. Azərbaycanda istiqlal hərakatı başlarkən 

bu  mövzuda  böyük  bir  əsər  yazmaq  imkanı  reallaşdı:    Bir 

gün  bir  yas  məclisində  Moskavadan  yenicə  qayıtmış 

xalqımızın  ağsaqqalı,  böyük  rəhbəri  Heydər  Əliyev 

xalqımızın  tarixinin  müxtəlif  dövrlərindən  söhbət  açaraq 

üzünü  məclisdə  oturan  alim  və  yazıçılara  tutub  dedi:  “Bu 

xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!” 

 

    Mən  xalqımızın  böyük  oğlu  Heydər  Əliyevin  bu 



haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu yazmağa 

başladım... 



Bundan  sonra,  şagirdlər  poemanın    müəyyən  hissələrindən  

şeir parçaları söyləyirlər.  

 

Od tanrısı dindi, göylər gurladı, 



 

Od olmasa varlıq  donar, dayanar.  

Ovcunuza alın odu, qoruyun,  

Od olmasa varlıq donar, dayanar. 

 

Mən dursamda sizdən azca yuxarı, 



Məndən alır dirrik axar-baxarı, 

  


18 

 

Bunca   hamı yeyir, içir, otarır, 



Od olmasa varlıq donar, dayanar. 

 

 



Birdən baxıb ərənləri gördülər,  

Çağırışa, haraya səs verdilər, 

İtiatı ovlaqlara sürdülər, 

Od olmasa varlıq donar, dayanar.  

Kitabxanada    şairdən  bəhs  edən    ədəbi-bədii  gecə  də  təşkil 

etmək  olar.  S.Tahirin  xatirəsinə  həsr  olunmuş  “Araz 



sahilində  bitən  tənha  palıd-Söhrab  Tahir”  adlı  ədəbi–bədii 

gecəyə Azərbaycanın gorkəmli ədibləri, sənət-söz adamları, 

oxucular, məktəblilər dəvət olunur. Qonaqlar şairin şəkilləri, 

müxtəlif  adda  əsər  başlıqları  və  şeir  misraları  yazılı 

çərçivərələrlə  bəzədilmiş  zalda  öz  yerlərini  alırlar.  Şairin 

kitablarından  ibarət    kitab  sərgisi  qonaqlar  tərəfindən 

rəğbətlə qarşılanır. 

 

I aparıcı:  Salam, dəyərli qonaqlar, S. Tahir sevərlər,  şeirə 

vurğun  oxucular,  bu  gözəl  şeirli,  nəğməli  tədbirə  xoş 

gəlmisiniz.  Bu  gün  hamımız  S.Tahirin  90  illik  yubileyi 

münasibətilə  onun  keçdiyi  ömür  yoluna  işıq  salmaq  üçün, 

şairin   söz ocağına, istisinə yığışmağa, S. Tahir zirvəsindən 

od  götürməyə  yığışmışıq.  Çünki  Azərbaycan  torpağında  S. 

Tahir  zirvəsi  var.  Bu  zirvədən  günəş  doğur.  Onun 

yaradıcılığında  “Nənəmin  evi”,  “Azərbaycan”,  “30  il 

zindanda”,  “Qızıl  cam”,  “Ata”,  “Səttarxan”  əsərləri  sanki 

gur  şəlalə olub qəlblərə axır.  



19 

 

II  aparıcı:    Şair  əks-sədadır.  O,  həyatın  bütün  səslərinə, 

bütün  çağırışlarına  cavab  verməlidir.  S.  Tahir  əsl  şair  idi. 

Azərbaycan  öz  böyük  oğlu  üçün  daim  fəxr  və  qürur  hissi 

keçirir.  Şair  təkcə  düşmənə  qarşı  amansız  deyildir.  O, 

qorxaq  və  mühavizəkar  olan  bütün  şəxsləri  öz  odlu 

şeirlərinin  hədəfinə qoyur.   

I  aparıcı:  S.  Tahir  elə  sənətkarlardandır  ki,  onların  həyat 

yolu  yaradıcılıq  yolu  qədər,  yaradıcılıq  yolu  isə  həyat  yolu 

qədər  maraqlı  və  zəngin  olur.  Həkim,  filoloq,  şair,  içtimai 

xadim,  azadlıq  təşnəsi  kimi  müxtəlif  adlar  qazanmış, 

vətəndaşlıq  mövqeyi  və  özünəməxsus  poetik  dünyası  ilə 

seçilən S. Tahir ana vətəninin ürəyində doğulmuş, diləyində 

həmişə  azadlıq  bəsləmiş  və  bu  yolda  qılıncını  ovxarlı 

saxlayan  qüdrətli söz ustasıdır.  



II  aparıcı:    Azadlığı  Savalanın  zirvəsində  görən  və  bu 

ucalığa  çatmaq  üçün  “dərələri  xurcun  kimi  çiyninə  aşırıb, 

qayalardan  atılaraq”,  “quzu  olub  daşlarını  yalayaram  duz 

kimi”  deyə  üzünü  dağlara  tutub  söylədiyi  şeirlərdəki 

məqama fikir verin:  

Qurban olum sənin daim uçuran yağışına, doluna.  

Qurban sənin dağ yolunu səngər etmiş oğluna, 

 

Gir qoluma, daha çıxaq böyük dünya yoluna, 



 

Dayan, dayan. Ey əcdadım,  qoy mən girim qoluna  

 

Savalanım, Savalan!.. 



I aparıcı:  Gözəl günlər uğrunda ömrünü odlara atan və indi 

sanki  yer  üzünün  gəzəri  Savalanına  çevrilən  S.Tahir  elə 

təvazökar,  mənəviyyatı  zəngin  bir    şəxsiyyətdir  ki,  90 

baharlı  bir  arzman  çinarın  haqqında  bəlkə  də  yetərincə 



20 

 

yazılmayıb. Halbuki həm şəxsiyyət kimi, həm də yaradıcılıq 



ləyaqətinə 

görə  Söhrab  Tahir  yalnız  Azərbaycan  

ədəbiyyatının 

deyil, 


dünya 

poeziyasının 

qüdrətli 

nümayəndələrindəndir.   



II  aparıcı:  Onun  haqqında  yazılmış  tədqiqatların  birində 

deyilir  ki,  S.Tahir  yaradıcılığı  xalqın  mənəvi,  ədəbi  ruhi 

birliyini  yaradan  ən  güclü  qüvvələrdən,  aramızdakı  ən 

möhtəşəm körpülərdən biridir. S. Tahir Cənubi Azərbaycan 

da milli azadlıq yolunda çarpışan, mübarizə aparan hürriyyət 

aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi onun da 

taleyi  dövrün,  zamanın  haqsızlıqlarına  tuş  gəlmişdir. 

Apardığı  haqq  işinin  bəxş  etdiyi  “ərməğan”  bu  oldu  ki, 

döğulduğu  yurddan,  anasından,  əzizlərindən  uşaqlığının 

minbir  xatirəsini  yaşadan  yerlərdən  ayrı  düşdü.  Şehli 

gəncliyindən  bu  günə-Savalanmış  ömrünə  kimi,  özü 

demişkən, iki həyat yaşadı.  



I aparıcı:          Mənim qollarımı iynə-sap edin 

 

 



  Tikin Astaranı biri-birinə. 

 

 



  Çayları, yolları iynə-sap edin 

 

 



  Tikin Culfaları biri-birinə.  

Söhrab  Tahir  şeirləri  Azərbaycan  poeziyasında  bir  mənəvi 

səngər  qurdu.  Bu  səngərdə  döyüşənlərin  birinci  vəzifəsi 

ürəklərdə,  beyinlərdə  hürriyyət  adlanan  bir  səadətin 

məhəbbət  toxumunu  səpmək  idi.  Qəlbinin  diktəsi  ilə 

qələmini  məhz  bu  istiqamətə  yönəldib  poeziyamızın 

sükanını  məharətlə  azadlığa,  bu  yolda  çarpışmalara 

yönəldən  S.Tahir  bütün  bu  illər  ərzində  öz  istəyinə  bir 

bəndlik də olsa, xəyanət etmədi.  

II  aparıcı:  Bəzən  poeziyamızın  dünəninə  boylananda 

fikirləşirsən  ki,  yazarlarımız  od  püskürən  misraları,  insanın 



21 

 

ruhunu  azadlığa-bəxtiyarlığa  çəkən  nidaları  yazmasa  idilər, 



bəlkə  də  poeziyamız  sakit  görünərdi,  lal  görünərdi.  Indi 

həmin  şeirləri  oxuduqca,  qürurlandığımız  ideyaların, 

arzuların  əzəməti  və  dəyəri  önündə  baş  əyməli  oluruq. 

Gününü qələmsiz, yazı masasız keçirməyən  S. Tahir çağdaş 

qələm sahiblərindən-bəlkə də, ən məhsuldarlarından biri idi.   

II  aparıcı:  Dünyada  bütün  itkilərə  dözmək,  ağır  dərdlərə 

sinə 


gərmək

tənha 


yaşamaq  mümkündür.  Ancaq 

vətənsizlik,  doğulduğun  yerdən  ayrı  düşmək  ölümdən  də 

betərdir.  S.Tahir  bu  ağır  yükü,  bu  ikiyə  bölünmüş  vətən 

dərdini  ömür  boyu  çiyinlərində  və  ən  əsası  da  qəlbində 

daşıdı.  S.Tahir  min  səadətin  içində  belə  vətən  sarıdan 

nisgillidir. İkiyə bölünmək, vətən həsrəti qəlbindən süzülüb 

yazılarına töküldü.  

 

 



İki bölünməkdən elə qorxmuşam,  

 

 



Çöpü də ikiyə bölmürəm daha... 

I  aparıcı:  Mənalı  ömür  yolu,  dəyərli  yaradıcılığı  ilə  həm 

qələm  dostlarının,  həm  də  oxucuların  dərin  sevgisini 

qazanmış  Söhrab  Tahir  min  səadətin  içində  belə  vətən 

sarıdan  nisgillidir,  ən  bəxtəvər  çağında  da  kövrəkdir,  bir 

həzin himə bənddir:  

 

 



Öləndə kəfənim ikiqat olsun,  

 

 



Mən həm o tayınam, həm də bu tayın. 

 

 



Qoy bütün dünyaya belə yayılsın 

 

 



Öləndən sonra da birlik harayım.  

II aparıcı:  Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”, 

“Təbrizim”,    “Savalanım”,  “Ərk  qalası”,  “Mərənd”  və  s. 

şeirlərində  yurd  sevgisinin  yaratdığı  bir  sıra  məqamları 

görür,  müəllifin  vətəndaşlıq  hislərinin  qədərsizliyinə, 



22 

 

əbədiliyinə  şahid  olursan. Şeirlərindən  çəkdiyimiz  ayrı-ayrı 



ləçəklərdəki fikir duyumu çox düşündürücüdür. 

 

 



 Xalqım, sənin üzərinə  

 

 



 Qanlı qılınc sıyıranlar,  

 

 



 Bir milləti parçalayıb  

 

  



 Neçə yerə ayıranlar, 

 

    



 Səni təhqir edə-edə  

 

   



 Bu dünyada ucaldımı 

 

  



 Bu təhqirlə sənin, xalqım, 

 

  



 Böyüklüyün azaldımı. 

I aparıcı:  Hərdən mənə elə gəlir ki, S.Tahir ulu Savalandan 

qopan bir qaya parçasıdır. Varlığında bütöv məmləkətimizin 

ağrı-acılarını gəzdirməkdən sərtləşib. Müəllifin ürək qanı ilə 

yazdığı  şeirləri  hərdən  bayraq  kimi  başımızın  üstündə 

dalğalandırmağa  bir  ehtiyac  duyursan.  Özünü  “ayrılığın 

qanlı misrası”,  “iki ölkənin vətəndaşı” sayan və bu minvalla 

iki  taleyi  bir  ürəkdə  birləşdirmək  üçün    gənclikdən  ömrün 

qışına yol gələn S.Tahir üzünü Araz boyu tutaraq demişdir: 

 

 

 



 Araz şah misramdır, Təbriz poemam, 

 

 Tale kitabımı oxu bu yerdə. 



 

 Biz ki, bu torpaqdan, bir taledəndik, 

 

 Daha nə gərəkdir sorğu bu yerdə. 



 

II  aparıcı:    Oxucularına  həmişə  deməyə  sözü  olan, 

şeirlərini gözəllikdən, oddan yoğuran, köhnə şeirimizdə təzə 

üsyan başlayan,  “mənə iki tayda bir qəbir tikin” vəsiyyətini 

yazan,  yalançı  vədlərdən  uzaq  ağır  taxtalı  yaradıcılığı, 

bəyazlaşmış  saçları  ilə  90  bahar  yaşadı.  Arazla  baş-başa 


23 

 

dayanan qüdrətli söz sərrafının yaradıcılıq nəhri çox sellərin 



yönünü dəyişdi, qurumuş könüllərə yeni həyat gətirdi.  

I  aparıcı: Sözlə əməl bir olanda, o sözün və əməlin sahibi 

sevilir,  şəxsiyyəti  dəyərləndirilir,  yazdıqları  məlhəm,  tutiya 

kimi cana can, ruha qanad verir, Söhrab Tahir kimi.

.. 


S.Tahir 

bir  əsrə  yaxın,  90  il    qələmi  ilə    xalqa  xidmət  göstərdi. 

Dərdləri ilə gəldi dünyaya, həsrəti ilə də getdi bu dünyadan. 

Bitməyən vətən sevdası ilə. Bəlkə də bu dərdlər idi onu şair 

edən.  Güney  dərdi,  Araz  ağrısı,  doğma  yurd  nisgili  ilə  şair 

oldu  S.Tahir.  Ölümünün  sonunacan  qələmə  sarınan  şair 

ölümü  ilə  ölümsüzlük  gətirdi,  ədəbi  yaşayacağını  bildiyi 

üçün.  Xalq  şairi  Söhrab  Tahirin    əziz  xatirəsi  onun 

tanıyanların  qəlbində  həmişə  yaşayacaqdır.  Yerin  uçmaq, 

məkanın cənnət olsun şair!..

 

  

Xalq  şairi  Söhrab  Tahirin  əziz  Xatirəsi  onun  tanıyanların, 



sevənlərin qəlbində həmişə yaşayacaqdır.   

 

 



Kişi inadıyla yaşadın  ömrü, 

 

 



Qız-gəlin misallı ismətin oldu.  

 

 



Qorxardın çöpü də iki bölməyə, 

 

 



İkiyə bölünmək qismətin oldu.  

Sərvaz Hüseynoğlu

 

 



 

 

 



 

 

 



 

24 

 

ƏSƏRLƏRİ 



 

Latın qrafikası ilə 

 

Seçilmiş əsərləri : poeziya. - Bakı : Şərq-Qərb, 2005. - 271 

s. ; 21 sm. - (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 

"Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin 

həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli 

Sərəncamı ilə nəşr olunub. -  

Çağdaş Cənubi Azərbaycan şeirinin bayraqlarından biri olan 

Söhrab Tahir dünyanın döyüşkən, inqilabi poeziyasının, 

ömrü mühacirətdə keçmiş qüdrətli nümayəndələri sırasında 

dayanır. Söhrab Tahirin seçilmiş əsərlərindən ibarət olan bu 

topluda şairin vətəndaşlıq ruhlu, ictimai ruhlu şeirləri 

cəmlənmişdir. 

Ata : poema-epos. V cild. II kitab. - Bakı : Şirvannəşr, 2009. 

- 372 s. 

Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab 

edilən "Ata" poema-eposu qoşma şəklində yazılmış və 15 

bölmədən ibarətdir. Əsər sadə xalq danışıq dilində 

olduğundan ərəb və fars sözlərindən istifadə edilməmişdir. 



Ata : poema-epos. VI cild. III kitab. - Bakı : Şirvannəşr, 

2009. - 560 s.  

Bu poetik əsər qoşma şəklində yazılmış, 15 bölmədən 

ibarətdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, 

İran, Ərəb ölkələri, İngiltərə, Almaniya və s. Avropa 

alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri 

əsas götürülmüşdür. 

 

 



 

 

 



25 

 

Kiril qrafikası ilə 



 

Döyüş lövhələri : şeirlər və poemalar. - Bakı : Yazıçı, 1980. 

- 142, [1] s.  



Əmanət : povestlər. - Bakı : Gənclik, 1991. - 424 s.  

Qırılan zəncirlər : şeirlər və poemalar. - Bakı : Azərnəşr, 

1965. - 200 s 



Qonşu qızın məktubları. İki dəfə yox olmuş adam : 

Romanlar. - Bakı : Yazıçı, 1988. - 383 s.   



Qonşu qızın məktubları : povest və roman. - Bakı : 

Gənclik, 1985. - 272, [1] s.  



Mən səni görmüşəm : şeirlər və poemalar. - Bakı : Gənclik, 

1967. - 119 s.  



Mənim yolum : şeirlər və poemalar. - Bakı : Gənclik, 1975. 

- 126 s.  

 

Ölümdən güclü, həyatdan uca : hekayələr. - Bakı : 

Gənclik, 1981. - 172 s.  



Vətənlə sevgi arasında : şeirlər və poemalar. - Bakı : 

Yazıçı, 1986. - 342 s.  



 

KİTABLARDA 

 

Ana hökmdar : iki pərdəli yeddi şəkilli mənzum dram // 

Azərbaycan dramaturgiyası antologiyası. C.5. - B. : Şərq-

Qərb, 2007. - S. 240-300.  

Cəlil Məmmədquluzadə : şeir // Seçilmiş əsərləri. - B. : 

Şərq-Qərb, 2005. - S. 250-251.  



Tikanlı sim ; Torpaq həsrəti ; Son nəğmə ; Təbriz - Tehran 

yolunda və b. : hekayələr // XIX-XX əsr Azərbaycan 

Ədəbiyyatı (Nəsr). - B. : Nurlar, 2012. - S. 645-657. - 

Hekayələrin əvvəlində müəllifin həyat və yaradıcılığı 

haqqında qısa məumat verilmişdir.  

 

 



26 

 

DÖVRİ MƏTBUATDA 



 

Araz sahilində bitən tənha palıd : [xalq şairi, "21 Azər" 

hərəkatının iştirakçısı Söhrab Tahir Azər Azərlə söhbət / 

söhbətləşdi Ə. Bayramov] // Respublika. - 2014. - 24 

dekabr. - № 282. - S. 7.  



Dünya özünə qalib gələnlərindir : [xalq şairi Söhrab Tahir 

ilə müsahibə / söhbətləşdir S. Hüseynoğlu] // Ədəbiyyat 

qəzeti. - 2014. - 13 iyun. - № 22. - S. 8-9.  

Fədai kimi : Sabir Nəbioğlu - 85 // Ədəbiyyat qəzeti. - 

2011. - 16 dekabr. - № 46. - S. 5.  



Getdi : şeir // Mədəni həyat. - 2012. - № 10. - S. 94.  

Həm doğmayam, həm qərib : [Söhrab Tahirlə söhbət / 

yazdı Z. Fərəcova ] // El. - 2008. - № 6 . - S. 16-25.  



İnsanlıq rütbəsini vəzifədən üstün tutan adam : Həsən 

Cabbarzadə - 95 // Xalq qəzeti. - 2014. - 5 noyabr. - № 241. 

- S. 6.  

Köhnəlib : şeir // Füyuzat. - 2015. - № 5. - S. 42-43.  

Məni ötənlərə çəkmə bu qədər : [xalq şairi Söhrab Tahirlə 

söhbət / yazdı Sərvaz]  // Ədəbiyyat qəzeti. - 2011. - 27 

may. - № 19. - S. 5.  

Namərd  əldən dən göyərməz : Fəxri Müslüm - 60  // 

Ədəbiyyat qəzeti. - 2008. - 30 may. - S. 4.  



85 il ayrılıq ; Qucaqlayanda ; Gəldim və b. şeirlər // 

Ədəbiyyat qəzeti. - 2015. - 16 may. - № 30/31. - S. 2.  



  

HAQQINDA 

 

KİTABLARDA 

 

Şükürova E. Bu dünyada bir şair yaşayır – Söhrab 

Tahir adında // Sözə sevdalılar : ədəbi düşüncələr. I kitab

- Bakı : Nərgiz, 2011. – S.603-605.  



 

27 

 

DÖVRİ MƏTBUATDA 



 

Arzumanlı V. Bölünmüş vətənin bütövlük rəmzi : Söhrab 

Tahir - 80 // Ədəbiyyat qəzeti. - 2006. - 2 iyun. - S.4.   



Arzumanlı V. Qəlbi cavan, ömrü dastan Söhrab Tahir : S. 

Tahirin-80 yaşı // Azərbaycan. - 2006. - №5. - S.190-192.  



Əsədova İ. Azərbaycanın istiqlaliyyəti ömrümün amalı olub 

: Söhrab Tahir-85 // Mədəniyyət. - 2011. - № 38.  



Gülayə. Boş qalan yerlərdən gözlərim qorxub : Söhrab 

Tahir yaradıcılığı haqqında  // Kaspi. - 2014. - 11-13 

oktyabr. - № 166. - S. 24.  

Hüseynoğlu S. Heç vaxt vətən eşqin ikiləşmədi : xalq şairi 

Söhrab Tahirə : şeir  // Ədəbiyyat qəzeti. - 2016. - 9 aprel. - 



№ 13. - S. 27.  

Xəlilzadə F. Arazla baş-başa dayanan poeziya : Söhrab 

Tahir - 80 // Azərbaycan. - 2006. - 27 may. - S.7.   



Xəlilzadə F. Yer üzünün gəzəri Savalan : Söhrab Tahir // 

Kaspi. - 2014. - 24 may. - № 89. - S. 17.  



Söhrab Tahir - 85 / Azərbaycan Yazıçılar Birliyi // 

Ədəbiyyat qəzeti. - 2011. - 27 may. - № 19. - S. 5.  



Söhrab Tahiri : [nekroloq] // Azərbaycan : qəzet. - 2016. - 

5 may. - № 96. - S. 9.  



Ülvi A. Həsrətinin ilk pıçıltısı Vətəndir... : Söhrab Tahir -  

80 // Xalq qəzeti. - 2006. - 17 may. - S.7.   



Yusifli V. Söhrab əmi... : Azərbaycanın xalq şairi Söhrab 

Tahir haqqında // Ədəbiyyat qəzeti. - 2015. - 14 mart. - № 



16/17. - S. 13.  

 

 

 

 

 



 

28 

 

 



Söhrab  Tahirin  90  illik  yubileyi  münasibəti  ilə  hazırlanmış 

metodik vəsait   

 

Kompyuter yığımı 



və dizayn:                                 Aynurə Əliyeva 

 

 



Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

F.Köçərli adına Respublika  



Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 

Çapa imzalanmışdır: 

Tirajı: 

Pulsuz 


29 

 

 



Yüklə 171,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin