Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


“Firmanın iqtisadiyyatı” kursunun



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə3/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   2   3   4   5   6   7   8   9   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

“Firmanın iqtisadiyyatı” kursunun ən ümumi şəkildə vəzifəsi tələb və 
təklif arasındakı ziddiyyətlərdən törənən və bilavasitə firmanın iqtisadiyyatına aid 
olan məsələləri öyrənmək və həmin ziddiyyətlərin həlli yollarını tapmaqdır. 
Məlumdur ki, konkret iqtisadi elmləri sahə və mövzu nişanələri üzrə 
ixtisaslaşmışlar. Sahə nişanəsi üzrə ixtisaslaşmış konkret iqtisad elmlərinin 
xarakterik cəhəti onlar üçün bu və ya digər sahənin bütövlükdə tədqiqat obyekti 
kimi seçilməsidir.
“Firmanın iqtisadiyyatı” kursu həm sahə, həm də mövzu nişanəsi üzrə 
ixtisaslaşmış konkret iqtisad kurslarının hamısı ilə qarşılıqlı əlaqə və asılılıqda 
inkişaf etmiş, özü zənginləşmiş və onları zənginləşdirmişdir. “Firmanın 
iqtisadiyyatı” kursunun iqtisad elmləri arasında yeri və əhəmiyyəti firma və 
müəssisələrin ölkə iqtisadiyyatının özülünü təşkil etməsi ilə müəyyən olunur.
 “Firmanın iqtisadiyyatı” kursunun vəzifələrindən biri istehsalın idarə 
olunması, iqtisadi və hüquqi islahatlardan irəli gələn vəzifələrlə əlaqədar olaraq 
idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlətin müəssisə iqtisadiyyatına dair 
tənzimlənmə tədbirləri və s. bu kimi məsələləri öyrənməkdir.
İstehsal firmalarının təsnifatı, quruluşu və formaları 
 
1. İstehsal firmalarının təsnifatı 
2. İstehsal firmalarının quruluşu və onu müəyyən edən amillər 
3. Sahibkarlıq və firmanın təşkilati-hüquqi formaları 
4. Sahibkarlğın təşkilati-iqtisadi formaları, firmanın xarici və daxili 
mühiti 
5. Firmanın yaradılması və ləğvi qaydaları 
 


1. İstehsal firmaları və ya sənaye müəssisələri aşağıdakı əlamətlərə görə 
təsnifləşdirilir. 
Buraxılan məhsulun iqtisadi təyinatına görə bütün sənaye müəssisələri iki 
əsas qrupa: istehsal vasitələri və istehlak şeyləri istehsal edən sənaye 
müəssisələrinə bölünür. İstehsal vasitələri istehsal edən sənaye sahələrinə-
metallurgiya, energetika, maşənqayırma, kimya sənaye müəssisələri və s. aiddirlər.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin