Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə9/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   5   6   7   8   9   10   11   12   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Əlavə məsuliyyətli müəssisənin (firmanın) məhdud məsuliyyətli 
müəssisədən fərqi ondan ibarətdir ki, onun iştirakçıları müəssisənin öhdəliklərinə 
görə nizamnamə fonduna qoyduqları paylarının nizamnamə ilə müəyyənləşdirilən 
və hamısı üçün eyni olan misli miqdarında subsidiar məsuliyyət daşıyırlar. 
İştirakçılardan biri öz payını ödəmək imkanına malik deyildirsə, bu pay digər 
iştirakçılar arasında onların paylarına uyğun olaraq bölünür.
Müəssisənin geniş yayılmış təşkilati-hüquqi formalarından biri də səhmdar 
cəmiyyətləridir. Kollektiv mülkiyyətə əsaslanan səhmdar cəmiyyəti özünün 
təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm 
buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi 
əsasında yaradılan müəssisədir. Səhm-onun sahibinin (səhmdarın) səhmdar 
cəmiyyətin mənfəətinin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin 
idarə olunmasında iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir 
hissəsini əldə etmək hüququnu özündə təsbit edən qiymətli kağızdır. Səhmdar 
cəmiyyətin Nizamnamə kapitalı adi (sadə) və imtiyazlı səhmlərin yerləşdirilməsi 
nəticəsində formalaşdırılır. Sadə (adi) səhmlər səhmdar cəmiyyətin Nizamnamə 
kapitalının 75faizindən az, imtiyazlı səhmlər isə 25 faizindən çox ola bilməz. 
4. Sahibkarlıq fəaliyyəti təyinatına və ya növünə görə 4 qrupa bölünür-
istehsal, kommersiya, maliyyə və məsləhət (konsaltinq). 
Sahibkarlığın istehsal təyinatlı növü əsasdır; kommersiya, maliyyə və 
məsləhət növləri isə onun törəmələridir və ona xidmət edirlər. Elmi mücərrədçiliyə 
yol verməklə göstərmək olar ki, sahibkarlığın istehsal təyinatlı növü olmasaydı, 
digərləri də olmazdı. 
Kommersiya 
sahibkarlığı. Bu növ sahibkarlıqdanməqsəd əmək 
məhsullarının istehsalı və istehlakı ilə məşğul olan firmalar arasındakı ticarət 
vasitəsilə mənfəət əldə etməkdir. Kommersiya sahibkarlığı əmtəə birjaları və 
ticarət təşkilatları vasitəsilə həyata keçirilir. Firmaların istehsal vasitələri əldə 
etmələri üçün əlaqəyə girdikləri vasitəçilərdən biri olan əmtəə birjası bazar 
iqtisadiyyatı sisteminə xas olan infrastrukturun tərkib hissələrindən biridir. O, alıcı 
və satıcının müvafiq razılaşmaları əsasında formalaşan əmtəələrin real qiymətləri 
ilə realizə olunan bazarıdır-kommersiya firmasıdır, hüquqi şəxsdir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin