Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə7/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   2   3   4   5   6   7   8   9   10   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Təbii resurslar-təbiətin insanlara bəxşişidir, tövhəsidir; bunlara meşə, hava, 
su, tikinti üçün meydançalar, mineral xammallar, əkin yerləri və biçənəklər və s. 
aiddirlər. İnsanların bu resursların yaranmasında heç bir rolları olmayıb. İnsanlar 
həmin resursları təbiətdən hazır şəkildə götürüb onlarda müəyyən dəyişikliklər 
(fiziki, kimyəvi və s.) aparmaqla öz ehtiyacları üçün istifadə edirlər. İstehsal 
amillərindən biri də insanın sahibkarlıq bacarığıdır. Bu amil istehsalın xüsusi, 
qeyri-maddi, maddi olmayan amilidir. Fiziki şəxsin (şəxslərin) sahibkarlıq bacarığı 
bütün digər amilləri müəyyən kəmiyyət nisbətində istehsalın vahid sisteminə 
çevrilə bilir, onların hər birindən ayrılıqda və habelə kompleks şəkildə istifadə 
səmərəliliyinin yüksəldilməsinə təminat verir.
Sahibkarlığın özünə məxsus əlamətləri vardır və onlar aşağıdakılardır: 
a) Təşəbbüskarlıq. Sahibkarlıq insanların durğunluqla, mühafizəkarlıq və 
ədalətlə ziddiyyət təşkil edən növüdür. Təşəbbüskarlıq sahibkarlığı daimi 
“müşayiət” edən, yardımçı olan, ona yeni məhsul istehsalı və yeni bazaar 


tapmaqla fayda gətirən imkanların aşkarlanmasında köməklik göstərən sahibkara 
məxsus vəziyyətdir.
b) Kommersiya riski və təsərrüfatçılıq məsuliyyəti. Sahibkar müəyyən 
təsərrüfat qərarı qəbul edərkən özünün bilik və təcrübəsi ilə yanaşı qorxu və 
cəsarətinə, riskinə əsaslanır.
c) İstehsal amillərinin kombinələşdirilməsi. İstehsal amillərinin hər 
birindən qənaətlə istifadə etməklə istehsalın sinergetik səmərəliliyinə nail olmaq 
məqsədilə onların sahibkar tərəfindən bir-birilə əvəzlənməsinin optimal 
kombinələşmə variantının seçilməsidir. 
d) Yenilikçilik. Sahibkarlığa xas olan bu xüsusiyyət sahibkar üçün, onun 
fəaliyyətinin nəticələri üçün çox böyük əhəmiyyət kəsb edir. Bazar 
konyunkturasının mütəhərrik olması-vaxtaşırı dəyişməsi, bazarın qeyri-müəyyənlik 
şəraitində fəaliyyət göstərən sahibkardan yenilikçilik, ixtiraçılıq, əldən çevik 
olmaq, hadisələrə qarşı həssaslıq, manevr edə bilmək, davranışına inam kimi 
xüsusiyyətlər tələb edir; o, hər konkret situasiyanı tez, yubatmadan öyrənməli, 
təhlil etməli, qərar qəbulu zamanı isə bu işə yaradıcılıqla yanaşmalıdır; o, öz 
davranışı ilə bazar qeyri-müəyyənliyinin “girov”una çevrilməməli, innovative 
məzmunlu tədbirlər görməklə vəziyyətdən çıxmağı bacarmalı, öz istehsalının 
səmərəlilik səviyyəsinin azalmasına imkan verməməlidir.
Mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında firmalar 
(müəssisələr) təsərrüfat ortaqlıqları və cəmiyyətləri şəklində yaradıla bilər. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin