Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə6/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   2   3   4   5   6   7   8   9   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İstehsal sahəsi-texnoloji cəhətdən həmcins əməliyyatlar yerinə yetirən və ya 
məhsulun hər hansı bir hissəsini hazırlayan və eyni məkanda təmərküzləşmiş iş 
yerlərinin məcmusundan ibarətdir.
Fəhlənin əmək fəaliyyəti üçün zəruri olan texniki vasitələrlə (dəzgah, maşın, 
alət vəs.) təchiz olunmuş və istehsal meydançasının hüdudlanmış hissəsinə-
fəhlənin əmək fəaliyyəti zonasına –iş yeri deyilir. Sənaye müəssisələrinin istehsal 


strukturunun texnoloji, predmet (əşya) və qarışıq tipləri mövcuddur. İstehsalın 
strukturunun texnoloji tipində sexlər həmcins texnoloji əməliyyatların yerinə 
yetirilməsi 
üzrə 
ixtisaslaşır, 
müstəqilləşirlər. 
Məsələn, 
maşınqayırma 
müəssisəsində tökmə, dəmirçi, mexaniki emal, yığma və s. sexlər. İstehsalın 
strukturunun əşya (predmet) tipində sexlər müəyyən məmulatların və ya onların 
hissələrinin hazırlanması üzrə ixtisaslaşırlar. Məsələn, avtomobil zavodunda 
mühərrik, neftmaşınqayırma zavodunda reduktor, nasos ştanqları və s. 
hazırlanması üzrə ixtisaslaşmış sexlər. İstehsalın strukturunun qarışıq tipində 
qeyd edilən tiplərin hər ikisinin-texnoloji və predmet-elementləri mövcud olurlar.
3. Sahibkarlıq- iqtisadi azadlığa söykənən, lakin qanunvericilik aktlarına və 
təsərrüfat riskinə əsaslanmaqla, cəmiyyətin məhsul və xidmətlərə ehtiyaclarını 
ödəmək üçün, məqsədi gəlir əldə etmək və əmlakını çoxaltmaq olan fəaliyyət 
növüdür. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin motivi və məqsədi mürəkkəb bazar 
situasiyalarında, güclü rəqabət mübarizəsi şəraitində heç də xeyriyyəçilik etmək 
deyil, maddi marağı, sahibkarlıq gəliri əldə etmək istəyi ilə əlaqədardır. 
Sahibkarlğın təməlində duran əmək bölgüsü, əmək kooperasiyası və əmtəə 
istehsalı və onun mübadiləsinin baş tutması üçün 4 amilin (resursun) mövcudluğu 
həlledici şərtdir. Bunlar əmək (iş qüvvəsi), kapital (əsas və dövriyyə), təbii 
resurslar və bir də sahibkarlıq fəaliyyətinin özüdür.
Əmək-istehsalın “baş agenti” olan iş qüvvəsi-insanların bilik (intellectual), 
təcrübə, vərdiş və fiziki enerjisini sərf etmək bacarığıdır ki, məhsul (əmtəə) 
istehsalında onların hamısından məcmu şəkildə istifadə edir. Kapital-insanların 
özləri tərəfindən yaradılmış istehsal vasitələridir-investisiya resurslarıdır. Bunlara 
əmək vasitələri (bina, maşın, avadanlıq və s.) və ilkin emaldan keçmiş xammal, 
daha doğrusu, materiallar, yarımfabrikatlar və s. aid edilir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin