Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


Firmada istehsal prosesi və onun təşkili



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə14/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   10   11   12   13   14   15   16   17   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Firmada istehsal prosesi və onun təşkili
1. İstehsal prosesinin mahiyyəti 
2. İstehsal tsikli və onun təşkili 
3. Firmada istehsal prosesinin təşkili prinsipləri 
4. Firmada istehsalın təşkili formaları 
1. İstehsal prosesinin elementlərindən-əmək vasitələri, əmək cisimləri və iş 
qüvvəsindən istifadə olunmasının təşkili vəziyyəti, nəticə etibarilə, müəssisə 
iqtisadiyyatının inkişaf imkanlarının səviyyəsini müəyyən edir.
İstehsal prosesi əsas, köməkçi və xidmətedici əmək və habelə təbii 
proseslərin məcmusu olub, onların qarşılıqlı təsiri və əlaqələri vasitəsilə xammal və 
materialın hazır məhsula çevrilməsi texnologiyasıdır. Başqa sözlə, müəssisənin 
istehsal prosesi əmək cisimlərinin (xammal, material və s.-nin hazır məhsula 
çevrilməsinə yönəldilmiş müxtəlif maşın və avadanlıqların vasitəsilə həyata 


keçirilən texnoloji əməliyyatları özündə birləşdirir, onların məcmusudur. İstehsal 
prosesi məhsulun istehsalı ilə bağlı, insanların silahlandıqları texnika vasitəsilə 
əmək cisimlərinə yönəltdiyi məqsədyönlü, qarşılıqlı təsir və əlaqələri olan işlərin 
vəhdətidir. İstehsal prosesinin hər bir mərhələsi, məxsusi (yaxud xüsusi) 
proseslərdən ibarət olur. Xüsusi proseslər məhsul istehsalının müəyyən 
mərhələsinin bitkinliyi ilə xarakterizə olunur (məsələn, tökmə sexində-torpağın 
hazırlanması, formanın (qəlibin) qurulması, metalın əridilməsi, ərintinin qəliblərə 
tökülməsi vəs.). Xüsusi proseslər özü də texnoloji (əsas) və köməkçi əməliyyatlara 
bölünürlər. 
Əməliyyat-istehsal prosesinin xüsusiləşdirilmiş tərkib hissəsi olmaqla-bir iş 
yerində bir və ya bir neçə işçi tərəfindən əmək predmeti (xammal, material, 
yarımfabrikat) üzərində ardıcıl yerinə yetirilən işlərin cəmindən ibarətdir. 
Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin