Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


həssaslıq dərəcəsi-elastiklik əmsalı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə71/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   63   64   65   66   67   68   69   70   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

həssaslıq dərəcəsi-elastiklik əmsalı müəyyən 
olunmalıdır. Əgər tələbin qiymətə görə elastiklik səviyyəsi aşağıdırsa, onda 
firmanın öz məhsullarına qiymətlərini artırması məqsəduyğun hesab edilir. Əksinə, 
elastiklik səviyyəsi yüksək olan məhsullara isə qiyməti azaltmaq daha 
məqsədəuyğundur, çünki bu, firmanın öz məhsulunun satış həcmini və gəlirlərini 
artırmağa səbəb olur. Tələbin qiymətə görə elastikliyini nəzərə aalmaqla 


hesablanmış qiymət firmanın öz məhsuluna müəyyən etdiyi qiymətin yuxarı 
həddidir. Qiymətin tələblə müəyyən olunan yuxarı həddi ilə xərclərlə müəyyən 
olunan aşağı həddi arasındakı interval daxilində firma istehsal etdiyi məhsula 
qiymət müəyyən edir. Firmanın məhsula müəyyən etdiyi qiymət bazardakı analoji 
və ya oxşar məhsulların qiyməti və keyfiyyətinə uyğun gəlməlidir. Rəqiblərin 
məhsullarını, onların qiymət kataloqlarını öyrənərək, həmin firmaların bazardakı 
dəyişikliklərə reaksiyalarını qiymətləndirərək və nəhayət, istehlakçılar arasında 
sorğu apararaq firma bazarda öz mövqeyini düzgün müəyyən etməli və bunun 
əsasında məhsula qoyduğu qiymətləri dəqiqləşdirməlidir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin