Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə1/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
  1   2   3   4   5   6   7   8   9   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1



 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ 
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ 
 
FİRMANIN (MÜƏSSİSƏNİN) İQTİSADİYYATI fənni üzrə

MÜHAZİRƏLƏR
Müəllim: Rəhimova Gülsabah Vahid qızı 



Firmanın iqtisadiyyatı” kursunun tədqiqat obyekti, predmeti və 
məzmunu 
 
1. Müəssisə və firma:oxşar cəhətləri və fərqləri 
2. “Firmanın iqtisadiyyatı” kursunun tədqiqat obyekti, predmeti 
3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri 
 
1. Hər hansı kursun tədrisi onun tədqiqat obyekti və predmetinin tələbələrə 
aydınlaşdırılmasından başlayır. Buna nail olmağa yardımçı bir məqam kimi 
“müəssisə” və”firma” məhfumlarının vəhdəti, başqa sözlə bunların analoji (oxşar) 
tərəfləri və onların bir-birinə bənzəməyən cəhətlərinin izahı da az əhəmiyyət kəsb 
etmir. Hər şeydən öncə “firma” italyan sözü olub, Azərbaycan dilində “imza”, 
“nişan” sözlərinə uyğun gəlir.
Firma məhfumunun məzmununu açıqlayan iqtisadçıları iki qrupa bölmək olar.
a) firma kommersiya fəaliyyəti ilə məşğul müəssisədir, təşkilatdır; 
b) firmanın tərkibi bir deyil, bir neçə müəssisədən ibarətdir. 
Firma-sənaye, ticarət, tikinti, nəqliyyatda hüquqi şəxs kimi kommersiya 
məqsədi güdən, sahibkarlıq fəaliyyətini həyata keçirən hər hansı təşkilati-
təsərrüfat vahididir.
Bəs firma ilə müəssisə arasında nə kimi oxşarlıq və fərqlər vardır. İlk öncə 
göstərmək lazımdır ki, müəssisə-əmək bölgüsünə əsaslanan, kooperasiya vasitəsilə 
təşkil olunan, daxili texnoloji əlaqələri koordinasiya edilən mürəkkəb bir 
təsərrüfatçılıq subyektidir. “Firma” məhfumunun mahiyyətini açıqlayan bir sıra 
iqtisadçılar onun (firmanın) müəssisə olduğunu göstərməklə yanaşı, artıq qeyd 
edildiyi kimi, onun müəssisədən fərqli iki cəhətini də göstərirlər: a) firma 2 və 
daha çox müəssisədən ibarət olur. b) firma istehsalla yanaşı, həm də kommersiya 
fəaliyyəti ilə də məşğul olur. Müəssisəyə aid qalan nə əlamətlər vardırsa, onların 
hamısı firma üçün də səciyyəvidir.
2. İnsan fəaliyyətinin sferalarından biri kimi, elmin funksiyası həqiqətlər 
haqqında obyektiv nəzəri biliklərin işlənməsi və onların sistemləşdirilməsindən 
ibarətdir. İqtisad elminin müstəqilləşmiş sahələrindən biri də-təbii ki özünün 
tədqiqat obyekti və predmeti olan – “Firmanın iqtisadiyyatı” elmidir. İki yunan 
sözünün – “oykos” (ev təsərrüfatı) və “nomos”un (qanun, qayda) birləşməsindən 
əmələ gələn “Oykonomiya”nın Azərbaycan dilinə tərcüməsi “təsərrüfata rəhbərlik” 
mənasını verir. Lakin bununla yanaşı “Oykonomiya” sözü rus dilinə “Ekonomika”, 
Azərbaycan dilinin lüğət fonduna isə mənşəyinə görə ərəb sözü olan “İqtisadiyyat” 
kimi qəbul olunmuşdur. Əgər iqtisadiyyat bir tərəfdən insanların çox geniş 
miqyaslı fəaliyyət və onların maddi və sosial ehtiyaclarını təmin edən yeganə 
təsərrüfat sferasıdırsa, digər tərədən o, həm də, elm sahələrindən biridir. Əgər 


iqtisadiyyatın nəzəri əsaslarını “İqtisadi nəzəriyyə” elmi tədqiq edirsə, praktiki və 
ya tətbiqi cəhətlərini isə konkret iqtisad elmləri öyrənir. İqtisadiyyatın həm tədqiqi 
və həm də idarə olunması baxımından o (“İqtisadi nəzəriyyə”), özünün 4 tərkib 
hissəsinə bölünür: “Makro” və “Mikro”iqtisadiyyat, “Mezoiqtisadiyyat” və 
“Meqoiqtisadiyyat”.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin