Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə8/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   ...   4   5   6   7   8   9   10   11   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Təsərrüfat ortaqlıqları tam ortaqlıq və kommandit ortaqlığı (inama əsaslanan 
ortaqlıq), təsərrüfat cəmiyyətləri isə məhdud məsuliyyətli müəssisə, əlavə 
məsuliyyətli müəssisə və səhmdar cəmiyyəti formalarında olur. Beləliklə, 
təsərrüfat subyektləri fərdi, şərikli, payçı və şərikli (komandit ortaqlı), məhdud 
məsuliyyətli, əlavə məsuliyyətli müəssisə (firma) və səhmdar cəmiyyəti kimi 
təşkilati-hüquqi formalarda yaradıla bilər. Əgər tam ortaqlığın iştirakçısı bir 
nəfərdirsə, o, fərdi firma adlanır. Fərdi firma-sahibkarlıq fəaliyyətinin ən klassik 
formalarından biridir. Bunlar, adətən, bir şəxsin mülkiyyəti əsasında təşkil olunur. 
Bununla yanaşı, belə firmalar başqa mülkiyyətlərə məxsus olan müəssisələrin satın 
alınması yolu ilə də yaradıla bilər. Bu tip firmaların idarə olunması, bir qayda 
olaraq, sahibkarın özü tərəfindən həyata keçirilir.
Tam ortaqlığın iştirakçılarının sayı iki və daha çox saydadırsa, onda bu şərikli 
firma adlanır. Şərikli istehsal firması ən azı iki fiziki və ya hüquqi şəxslər 
tərəfindən-müqavilə əsasında –təsis edilir. Həmin şəxslər firmanın öhdəliklərinin 
yerinə yetirilməsinə görə bütün əmlakları ilə məsuliyyət daşıyırlar. Şərikli (tam 
ortaqlı) firmada olan çatışmamazlıqlar onun daha təkmilləşmiş forması olan payçı 
və şərikli (kommandit ortaqlıqlar) müəssisə formasında aradan qaldırılır. Bu 
qəbildən olan firma və ya müəssisə həm şərikin (şəriklərin), həm də payçının 


9payçıların) vəsaiti əsasında formalaşır. Bir qayda olaraq, şəriklərdən hər biri 
müəssisənin öhdəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, hər bir 
payçı isə yalnız müəssisəyə verdiyi payın həcmi müqabilində məsuliyyət daşıyır.
Məhdud məsuliyyətli firma bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs 
tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən 
həcmdə paylara bölünən müəssisədir.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin