Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı


İstehsal etdikləri xammal və materialların xarakterinə görə



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə4/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   2   3   4   5   6   7   8   9   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

İstehsal etdikləri xammal və materialların xarakterinə görə hasiledici və 
emaledici sənaye sahələri fərqləndirilir. Hasiledici müəssisələr təbiətin vermiş 
olduğu sərvətlər-təbii sərvətləri əldə edirlər. Bu növ müəssisələrə missal olaraq 
neft, qaz, dəmir filizi və s. hasil edən müəssisələri misal göstərmək olar. Emaledici 
sənaye sahələri isə hasiledici sənayenin və kənd təsərrüfatının verdiyi xammalı 
emal edirlər.
İl əraində işləmə müddətlərinə görə müəssisələr üç qrupa bölünürlər: bütün 
il boyu fasiləsiz işləyən sənaye müəssisələri (məsələn, domna sobaları, marten 
peçləri, neftayırma zavodları və s.), bütün il boyu fasiləli işləyən sənaye 
müəssisələri (məsələn, maşınqayırma zavodları) və mövsümi işləyən sənaye 
müəssisələri 9məsələn, şəkər, konserv, pambıqtəmizləmə vəs. zavodlar).
Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə 
bölünürlər. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyəsindən asılı 
olmayaraq müəssisələrin kiçik, orta və iri sahibkarlığa aid edilməsi demək olar ki, 
bütün bazaar iqtisadiyyatı ölkələrində həyata keçirilir. Həm də bu zaman əsas 
meyar kimi işçilərin sayı qəbul edilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti özünün “İqtisadi fəaliyyət növləri 
üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri” 
haqqında 20.04.2004-cü il tarixli 57 saylı qərarı ilə kiçik müəssisələrə işçilərinin 
sayı və illik dövriyyəsinin həcminə yenidən baxmış və qruplaşmanı aşağıdakı kimi 
müəyyən etmişdir: sənaye-işçilərin sayı 40 nəfər, illik dövriyyənin həcmi 200 min 
manat; kənd təsərrüfatı-işçilərin sayı 15 nəfər, illik dövriyyənin həcmi 100 min 
manat; tikinti-işçilərin sayı 40 nəfər, illik dövriyyənin həcmi 200 min manat
topdansatış ticarət-işçilərin sayı 10 nəfər, illik dövriyyənin həcmi 300 min manat; 
sair müəssisələr-işçilərin sayı 5 nəfər, illik dövriyyənin həcmi 100 min manata 
qədər. 

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin