Firmanin (MÜƏSSİSƏNİN) İQTİsadiyyati fənni üzrə MÜhaziRƏLƏr müəllim: Rəhimova Gülsabah Vahid qızı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə2/71
tarix20.05.2023
ölçüsü1,04 Mb.
#118211
1   2   3   4   5   6   7   8   9   ...   71
Firmanın-iqtisadiyyatı-fənnindən-muhazirələr-1

Makroiqtisadiyyat elminin predmeti ölkə iqtisadiyyatının müəyyən müddət 
intervalında inkişafı və ya tənəzzülünün, milli pulun əcnəbi ölkələrin pulları ilə 
müqayisədə məzənnəsinin, işsizliyin, ticarət balansının və s. dəyişməsi səbəblərini 
öyrənməkdir.
Mikroiqtisadiyyat elmi isə iqtisadiyyatın istehsal sahələri, müxtəlif müəssisə 
və ya istehsal firmaları, əmtəə və maliyyə bazarları, bankları, ev təsərrüfatı kimi 
iqtisadi strukturları və onların ünsürlərinin fəaliyyətini tədqiq edir.
Mezoiqtisadiyyat-bir-birilə təsərrüfat əlaqələri üzrə bağlı olan sahə 
komplekslərinin iqtisadiyyatıdır, makroiqtisadiyyatın yarımsistemləridir. 
Mezoiqtisadiyyat bütünlükdə dünya iqtisadiyyatı, başqa sözlə, beynəlxalq 
iqtisadiyyat deməkdir.
“Firmanın iqtisadiyyatı” elmi müstəqil və habelə konkret elm sahəsi olsa da, 
bütövlükdə sənaye, onun müvafiq sahələri və habelə, ümumiyyətlə, iqtisad elmi ilə 
sıx bağlılığı və qarşılıqlı əlaqələri mövcuddur. Firmalar iqtisadiyyatın ilkin 
həlqələri olmaqla, həm də onlar, iqtisadiyyatın təməlində dayanan, inkişaf və 
səmərəliliyinin yüksəlməsində müstəsna rolu olan təsərrüfat subyektləridir. 
Firmanın iqtisadiyyatı məsələlərini dərindən və hərtərəfli mənimsəyən iqtisadiyyat 
sahələrindən hansında işləməsindən asılı olmayaraq-maliyyəçi, marketoloq, 
menecer, mühasib, statistik və s. öz ixtisaslarını lazımınca dərk edə bilməzlər.
“Firmanın iqtisadiyyatı” kursunun tədqiqat obyekti, əlbəttə firmalardır, 
onların təsərrüfat fəaliyyətidir. Mövcud istehsal münasibətlərinin doğurduğu 
obyektiv iqtisadi qanunların firmanın təsərrüfat-kommersiya fəaliyyətindəki 
təzahür formaları, mövcud olan ümumi qanunauyğunluqlar, istehsal və qeyri-
istehsal amilləri, məhsul istehsalı və xidmətlər göstərilməsinin iqtisadiyyatı və 
idarə edilməsi məsələləri “Firmanın iqtisadiyyatı” kursunun predmetidir. 
3. Elm özünün inkişaf tarixində həqiqətləri dərk etmək məqsədilə 
metodologiya, bir çox üsul, metod, qayda və fəndləri işləyib hazırlamış və elmi 
araşdırmalarda müvəffəqiyyətlə istifadə etmişdir. Bu metodlara sistemli yanaşma, 
analiz və sintez, ümumidən xüsusiyə (deduksiya) və xüsusi ümumiyə (induksiya) 
məntiqi keçid, iqtisadi-riyazi metodları və s. aid etmək olar. İqtisadi proses və 
hadisələrin də düzgün və ətraflı dərk olunması üçün konkret iqtisad elmləri üçün 
əsas elmi metod olan dialektik metod vasitəsilə mümkündür, çünki bu metod 
hadisə və proseslərin fasiləsiz, mütəhərrik vəziyyətdə, ətraflı sıx və qırılmaz 
ümumi əlaqə, qarşılıqlı asılılıq və qarşılıqlı təsir vəziyyətində öyrənir. Dialektik 


metodun köməyilə iqtisadi hadisə və proseslərin real inkişafını-kəmiyyət və 
keyfiyyət dəyişikliklərini və buna səbəb olan daxili ziddiyyətlərin mahiyyətini dərk 
etmək və yeni inkişaf səviyyəsinə qalxmaq naminə onların həlledilmə qaydalarını 
müəyyənləşdirmək olur.
Firmanın iqtisadi məsələlərinin öyrənilməsində statistik müşahidə və 
müqayisəli təhlil metodları böyük əhəmiyyət kəsb edir. Onlar xüsusi və 
ümumiləşdirici iqtisadi göstəriciləri toplamağa, firmanın iqtisadi və sosial inkişaf 
dinamikasını təhlil və onun fəaliyyətinin nəticələrini digər təsərrüfat subyektləri ilə 
müqayisə etməyə imkan verir. Müəssisə iqtisadiyyatının nəzəri və tətbiqi 
məsələlərinin təhlilində riyazi modellər, təsviri qrafika metodlarından da geniş 
istifadə olunur. Bu metodlar-konkret iqtisadi situasiyadan asılı olaraq ayrı-ayrı 
iqtisadi göstəricilərin təsir və əks təsir əlaqələrinin düzgün və obyektiv 
qiymətləndirilməsinə imkan yaradır.

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin