“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri



Yüklə 0,54 Mb.
səhifə1/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
  1   2   3   4   5   6   7   8   9   ...   57
referat 3390


AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI
Neft emalı və neft–kimya sahələrinin iqtisadiyyatı və menecment
kafedrası
Mövzu: 1. “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri
Plan:

    1. Bir elm kimi “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və metodologiyası.

    2. Dövlət idarəçilik nəzəriyyəsinin predmeti və vəzifələri.

    3. Dövlət idarəçilik nəzəriyyəsinin metodoloji əsasları.

    4. Dövlət idarəçilik nəzəriyyəsinin metodu.




    1. Bir elm kimi “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və metodologiyası



“Dövlət və bələdiyyə idarəetməsi” fənni, adından göründüyü kimi, ictimai həyatın dövlət və bələdiyyə idarəetməsini, bu sahədə baş verən hadisələri öyrənən elmdir. Təbii ki, hər bir elm öz tədqiqat predmetinə və eləcə də müvafıq hadisələrin və onların qanunauyğunluqlarının dəqiq müəyyən edilmiş dairəsinə malik olur. “Dövlət və bələdiyyə idarəetməsi” fənninin predmeti dövlət və bələdiyyənin yaranmasının, fəaliyyətinin və inkişafının əsas ümumi qanunauyğunluqlarıdır. Bu elm dövlət və bələdiyyənin yaranma səbəblərini, onların forma və tipologiyasının, dövlət və bələdiyyə orqanları sisteminin qurulmasının əsas qanunauyğunluqlarını, onların ictimai həyata təsirləri öyrənilir. Bir elm kimi “Dövlət və bələdiyyə idarəetməsi” fənninin bir elm kimi xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
-dövlət və bələdiyyə idarəetməsi fənni dövlət və bələdiyyə orqanlarının üst qurumlarını bütövlükdə öyrənir. Bu fənn cəmiyyətin inkişafının bütün mərhələlərində dövlət və bələdiyyə idarəetmələrinin təcrübələri ümumiləşdirilir;

  • “Dövlət və bələdiyyə idarəetməsi” fənninin predmetinin məzmununu dövlət və bələdiyyə idarəetməsinin mahiyyətini və bütün ictimai həyat üçün sosial əhəmiyyətini əks etdirən əsas ümumi qanunauyğunluqları təşkil edir;

  • fənnin predmetini dövlət və bələdiyyə idarəetməsinin vəhdəti təşkil edir. Məlumdur ki, dövlət və bələdiyyə idarəetməsi biri-biri ilə üzvi əlaqədə olan hadisələrdir və ayrılıqda mövcud ola bilməz.

İstər dövlət, istərsə də bələdiyyə idarəetməsi mövcud qanunların və digər normativ sənədlərin tələblərinə uyğun qurulur. Başqa sözlə desək, dövlət hüquqi normalar qəbul edir və bütün subyektlərin bu normalara riayət etməsini təmin edir. Qeyd edilənlərdən belə nəticə çıxarmaq olar ki, “Dövlət və bələdiyyə idarəetməsi” fənninin əsas xüsusiyyətləri aşağıdakılardır:
-“Dövlət və bələdiyyə idarəetməsi” ictimai elmdir, belə ki, dövlət və bələdiyyə idarəetməsi hadisələrini öyrənir;
-dövlət və bələdiyyə orqanlarında idarəetmə formalarını öyrənən, idarəetmə haqqında elmdir;
-dövlət və bələdiyyə orqanlarının idarəetmə prinsiplərini nəzəri baxımdan öyrənən ümumi nəzəri elmdir;
Hər bir elm kimi, “Dövlət və bələdiyyə idarəetməsi” fənnidə ictimai həyatın mütərəqqi istiqamətdə dəyişməsi üçün onun nəzəri və praktiki əhəmiyyətini xarakterizə edən müəyyən funksiyalar daşıyır:
-idrak funksiyası - cəmiyyətin dövlət və bələdiyyə idarəetməsi prosesini dərk etməsində və izah olunmasında ifadə olunur. Bu fənn yalnız dövlət və bələdiyyə orqanlarının üst qurumunu ümumi şəkildə öyrənmir, həm də onun inkişafının obyektiv proseslərini izah edir, bu proseslərin əsasını təşkil edən qanunauyğunluqları üzə çıxarır, onların mahiyyət və məzmununu müəyyən edir;
-evristik funksiya - “Dövlət və bələdiyyə idarəetməsi” fənni yalnız dövlət və bələdiyyə idarəetməsinin gerçəkliklərinin əsas qanunauyğunluqlarının dərk və izah edilməsi ilə məhdudlaşmır. Bu qanunauyğunluqların dərinliklərinə nüfuz edərək, onların inkişaf istiqamətlərini və digər ictimai hadisələrlə qarşılıqlı əlaqələrini aydınlaşdıraraq, cəmiyyətin inkişafı baxımından dövlət və bələdiyyə idarəetməsinin yeni qanunauyğunluqlarını aşkara çıxarır;
-proqnozlaşdırma funksiyası - bu fənn yeni qanunauyğunluqları aşkara çıxarmaqla yanaşı, həm də öyrənilən hadisələrin inkişafındakı sabit meylləri müəyyən edir. O, dövlət və bələdiyyə idarəetməsinin obyektiv qanunauyğunluqlarını dəqiq əks etdirilməsi əsasında bu sahənin gələcək inkişafının elmi fərziyyələrini qurur, irəli sürülən hipotezaların həqiqiliyi praktikada yoxlanılır.
“Dövlət və bələdiyyə idarəetməsi” fənninin metodologiyası müvafıq idarəetmənin əsas inkişaf qanunauyğunluqlarının tədqiqi zamanı müəyyən nəzəri prinsiplərin, məntiqi üsulların və xüsusi vasitələrin vəhdət şəklində tətbiq edilməsidir. Fənnin ümumi nəzəri tədqiqinin mühüm prinsipləri aşağıdakılardır:

  1. Tarixilik - dövlət və bələdiyyə idarəetməsinə, bu iki istiqamətin qarşılıqlı əlaqəsinə tarixi yanaşmanı tələb edir. İdarəetməni tədqiq edərək, nəzəri baxımdan onların yaranmasının müəyyən etməli, əsas inkişaf mərhələlərini izləməli və bu baxımdan müasir vəziyyəti qiymətləndirməlidir.

  2. Obyektivlik - bu prinsip dövlət və bələdiyyə idarəçiliyinin elmi bilikdə həqiqi, reallıqda olduğu kimi əks etdirilməsi deməkdir. Nəzəriyyə dövlət və bələdiyyə haqqında ümumi anlayışların tərifini verir, onların mahiyyətini aşkar edir və fəaliyyətinin ümumi qanunauyğunluqlarını dürüst ifadə edir.

  3. Konkretlik - bu prinsip dövlət və bələdiyyə idarəçiliyinin mövcud olduğu şəraitin bütün şərtlərinin dəqiq nəzərə alınmasını, onun inkişafınm konkret xüsusiyyətlərinin, əlaqə və meyllərinin üzə çıxarılmasmı tələb edir.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin