“ kafedrası Mövzu: “Dövlət və bələdiyyə idarəetməsi” kursunun predmeti və vəzifləri


Dövlət idarəçilik nəzəriyyəsinin predmeti və vəzifələri



Yüklə 0,54 Mb.
səhifə2/57
tarix19.05.2023
ölçüsü0,54 Mb.
#117554
1   2   3   4   5   6   7   8   9   ...   57
referat 3390

1.2. Dövlət idarəçilik nəzəriyyəsinin predmeti və vəzifələri
Dövlət idarəçilik nəzəriyyəsinin obyekti və cəmiyyətin iqtisadi-təsərrüfatçılıq, sosial-mədəni, siyasi-hüquqi fəaliyyət sahələridir. Bu elmin predmet sahəsi əsasən dövlət, hakimiyyət, siyasət, iqtisadiyyat, idarəetmə və hüququn qarşılıqlı vəhdətindən irəli gəlir. Bununla əlaqədar olaraq dövlət idarəçilik nəzəriyyəsini siyasi, sosial, iqtisadiyyat və hüquq elmlərinin kəsişmə sahəsində mövcud olan xüsusi bir elm sahəsi kimi təsəvvür etmək olar.
Dövlətin siyasi idarəetmə sahəsində fəaliyyəti ictimai münasibətlərin və insanların davranışının hüquqi tənzimlənməsi ilə sıx bağlıdır. Buradan da dövlət idarəçilik nəzəriyyəsinin hüquq aspekti meydana çıxır. Bütövlükdə bu elm siyasi-hüquqi bilik sahəsi kimi xarakterizi etmək olar. Lakin belə yanaşma düz olsa da, məhduddur və dövlət idarəçiliyinin elm sahəsi kimi bütün xüsusiyyətini əhatə etmir.
Dövlət idarəçiliyinin sosial aspektini də nəzərə almaq lazımdır. Çünki dövlət idarəçiliyi insanlarla və onların sosial-mənafeyilə bağlıdır. Beləliklə, dövlət idarəetməsi bütövlükdə dövlətlə insanlar arasında siyasi-hüquqi və sosial fəaliyyət və münasibətlər sahəsidir. Dövlət idarəçilik nəzəriyyəsi isə siyasi-hüquqi və sosial elm sahəsidir. Dövlət idarəçiliyin anlayışının mahiyyəti belədir və o, özündə siyasi və hüquqi əlamətləri olan hadisə və prosesləri xarakterizə edir.
Nəhayət, dövlət özündə yalnız siyasi hakimiyyəti deyil, həm də müasir cəmiyyətin təşkilinin ən yükəsk formasını birləşdirir.
Beləliklə, dövlət idarəçilik nəzəriyyəsinin predmet sahəsi dövlət və cəmiyyətin idarəetmə və özünüidarəetmə subyekti və obyekti kimi qarşılıqlı fəaliyyət sferasını xarakterizə edən siyasi-hüquqi və sosial hadisə və proseslərin vəhdətindən ibarətdir. Bu predmet müəyyən edilərkən nəzərə alınır ki, dövlət idarəetməsi insanların birgə əmək, ictimai həyat və fəaliyyətini məqsədyönlü təşkil etmə və tənzimləmə kimi xüsusi funksiya yerinə yetirir. Beləliklə, dövlət idarəçilik nəzəriyyəsi özünəməxsus tədqiqat obyektinə və predmetinə malikdir. Bir elm sahəsi kimi o, dövlət idarəetmə prosesinin təşkili qanunauyğunluqlarını, bu zaman əhali, müəssisə və təşkilatlar arasında ortaya çıxan münasibətləri, dövlətin məqsədyönlü təşkiledici və tənzimləyici təsiri metodlarını, vasitələrini, onların işlənib hazırlanması və tətbiqini əsaslarını öyrənir.
Dövlət idarəçiliyinin birbaşa dövlət, hakimiyyət və hüquqla bağlılığını, hüquq, sosial və siyasi elmlərin kəsişmə məkanında olduğunu və obyektə məqsədyönlü təşkiletmə, tənzimləmə təsiri göstərdiyini nəzərə alaraq belə hesab edirik ki, onun predmetinə əsasən aşağıdakı dörd qrup məsələlər aid edilə bilər:

  1. Dövlətin mahiyyəti, tipləri və ictimai funksiyaları. Dövlət idarəçiliyinin mahiyyəti, cəmiyyətin idarə olunması sistemində yeri və xüsusiyyətləri; dövlət idarəçiliyinin məqsəd və funksiyaları, obyekt və subyektləri, obyektiv və subyektiv amilləri, dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi məsələləri.

  2. Dövlət idarəçiliyinin təşkili, funksional və təşkilati quruluşu; dövlət quruluşunun fomaları; idarəetmə fəaliyyətinin və dövlət idarəetməsinin prinsipləri.

  3. Dövlət idarəçiliyinin təmin edilməsi məsələləri – bura dövlət idarəçiliyinin normativ-hüquqi bazası və hüquqi tənzimlənməsi, dövlət idarəçiliyində qanunçuluq məsələləri; dövlət idarəçiliyinin insan potensialı və kadr təminatı, maliyyə təminatı, dövlət idarəçiliyində demokratiya və bürokratiya məsələləri və.s. aid edilə bilər.

  4. Dövlət idarəçiliyinin inkişafı, təkmilləşməsi və səmərəliliyinin artırılması məsələləri. Bura dövlət idarəçiliyində azadlıq və məsuliyyət, dövlət idarəçiliyinin metod və üsulunun təkmilləşməsi, obyektivliyinin artırılması, dövlət idarəçiliyinin səmərəliliyinin hesablanması və artırılması yolları, dövlət idarəçilik imkanlarının genişlənməsi və onun istifadəsi məsələləri aid edilir.

Müasir cəmiyyətdə dövlət hakimiyyəti orqanı milyonlarla insanın müxtəlif həyat fəliyyətinin təşkiledici və idarəedici mərkəzidir. Dövlət idarəçliyinin əsaslarının öyrənilməsi və onun idarə olunan əhali kütləsinin fəaliyyətinə tətbiqi dövlət işi ilə məşğul olanların müvəffəqiyyətli fəaliyyətinin əvəzolunmaz şərtidir. Praktiki fəaliyyətdə nəzəriyyəyə əsaslanmaq, nəzəriyyəni isə prakyiki fəaliyyətlə canlandırmaq və xalqın dövlət müdrikliyini zənginləşdirmək dövlət idarəçiliyində hər hansı fəaliyyət və idarəetmə sferasına nisbətən daha çox tələb olunur.
Hazırki dövlət idarəetmə kadrları dövlət idarəçilik nəzəriyyəsilə mükəmməl silahlanmalı, dövlətin müasir cəmiyyətdəki, idarəetmə sistemindəki yerini düzgün başa düşməli, dövlət idarəçliyinin xüsusiyyətlərini və başqa idarəetmə formalarından fərqini bilməli, idarəetmə metodlarını mənimsəməlidirlər. Kadralra dövlət idarəetməsilə əaqədar olan bütün bu keyfiyyətlərin aşılanmasında dövlət idarəçilik nəzəriyyəsi mühüm rol oynamalıdır.
Eyni zamanda dövlət idarəçiliyi müəyyən təminata malik olmalıdır. Burada hüquq və maliyyə təminatı ilə yanaşı kadr, informasiya, statistika və elmi-metodiki təminat da mühüm rol oynayır. Dövlət idarəçilik nəzəriyyəsi bütün bu prosesləri öyrənən elm sahələri ilə sıx əməkdaşlıq şəraitində inkişaf edə bilər.
Dövlət idarəçilik nəzəriyyəsi müxtəlif elmlərin predmetlərinin kəsişmə məkanında olduğundan bir çox elm sahələri sıx sürətdə əlaqədardır. Burada birinci növbədə fəlsəfə, iqtisadi nəzəriyyə, hüquq, iqtisadiyyatın dövlət tənzimlənməsi, maliyyə, kredit və vergi problemlərini öyrənən elm sahələri aid edilir.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin