ƏLƏKBƏr сabbarli heydəR ƏLİyev və naxçivan tariXİ



Yüklə 20,03 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix03.02.2017
ölçüsü20,03 Mb.
#7361
1   ...   4   5   6   7   8   9   10   11   12

 
 
 
 
 
 
 
 
143 

III  FƏSİL 
HEYDƏR ƏLİYEV VƏ  
NAXÇIVANDA ELM, TƏHSİL VƏ 
MƏDƏNİYYƏTİN İNKİŞAFI MƏSƏLƏLƏRİ 
 
 
3.1. Heyd
ər Əliyev və Naxçıvanda elm və təhsilin 
inkişafı 
 
H
ər  bir  xalqın  milli  mənliyinin, milli  şüurunun 
formalaşması  onun  mədəniyyətinin, elminin, təhsilinin 
inkişafı  ilə  şərtlənir. Bəşəri  sivilizasiyanın  yüksək pillə-
sin
ə  yüksəlmək üçün uzun və  şərəfli  yol  keçmiş  xalqlar 
h
ər şeydən əvvəl elm və mədəniyyətin inkişafına borclu-
dur. T
əsadüfi  deyil  ki,  sivilizasiyanın  ən sintetik 
göst
əricisi elmin, təhsilin inkişafı hesab olunur [90, s. 5]. 
Bu  baxımdan  Azərbaycanda elmin və  təhsilin çoxəsrlik 
z
əngin ənənəsi mövcuddur. Heydər Əliyevin Azərbaycan-
da hakimiyy
ətə gəlişindən sonra elm və təhsilə olan qayğı 
ön plana ç
əkilmiş,  bu  istiqamətin sürətlə  inkişaf 
etdirilm
əsi dövlət siyasətinin  aparıcı  sahələrindən birinə 
çevrilmişdir. Heydər Əliyevin çoxşaxəli dövlətçilik fəaliy-
y
ətində başqa təxirəsalınmaz və vacib məsələlərlə yanaşı, 
elm,  m
ədəniyyət və  tariximizlə  bağlı  tədbirlərin ke-
çirilm
əsinə  qayğı və rəhbərlik mühüm yer tuturdu.         
 Heyd
ər  Əliyev  hələ  1969-cu ildə  Azərbaycana  
r
əhbərliyə  başladığı  ilk  günlərdən  təhsilin  inkişafı  bu 
uzaqgör
ən siyasətçi  və  böyük strateqin daim diqqət 
m
ərkəzində  olmuşdur.  Belə  ki,  1969-cu ilin əvvəllərində 
muxtar respublikada t
əhsil sahəsində  gerilik özünü 
göst
ərirdi. Həmin dövrdə  muxtar respublikada mövcud 
olan 193 m
əktəbdən 35-i ibtidai, 76-ı  əsas və  82-i orta 
 
144 

m
əktəb idi. Artıq  1980-ci illərin  ortalarında  məktəblərin 
sayı 214-ə çatmışdı ki, onlardan da 14-ü ibtidai, 39-u əsas, 
161-i orta m
əktəb idi [49, s. 35]. Başqa sözlə, məktəblərin 
h
əm  sayında,  həm də  təhsilin məzmununda və  keyfiyyət 
göst
əricisində  əsaslı  dəyişikliklər  baş  vermiş,  ibtidai  və 
əsas məktəblərin  sayı  azalmış,  əvəzində  tam orta 
m
əktəblərin sayı təxminən iki dəfə artmışdı.   
O ill
ərdə  Heydər  Əliyevin  müdrik  siyasəti 
n
əticəsində  ölkəmizin hər yerində  məktəb  tikintisi  geniş 
vüs
ət  aldı.  Naxçıvan  Muxtar  Respublikasında  məktəb 
binala
rının tikintisi diqqət mərkəzində dayandı. Bu işlərin 
ardıcıl  həyata keçirilməsi  üçün  sovet  orqanlarının  kənd 
ümumt
əhsil məktəblərinin  iş  şəraitinin  yaxşılaşdırılması 
haqqında qərarları ilə əlaqədar olaraq Naxçıvan VPK-nın 
Bürosu 13 dekabr 1973-cü il tarixli 
iclasında  “Muxtar 
respublikada m
əktəb tikintisinin vəziyyəti  haqqında”,  10 
dekabr 1975-
ci  il  tarixli  iclasında  isə  “Kənd ümumtəhsil 
m
əktəblərinin  iş  şəraitinin  yaxşılaşdırılması  haqqında” 
[182, v. 4-7] m
əsələləri müzakirə edərək müvafiq qərarlar 
q
əbul etdi. 
Q
ərarların icrası istiqamətində görülən işlərin nəti-
c
əsi kimi Naxçıvan şəhərində 8, Şərur rayonunda 46, Ba-
b
ək rayonunda 12, Culfa rayonunda 15, ümumilikdə mux-
tar respublika üzr
ə 103 məktəb binası inşa edildi. Həmin 
ill
ərdə  ümumtəhsil  məktəblərinin strukturunda da ciddi 
d
əyişikliklər baş verdi. Əgər 1970-ci ildə muxtar respub-
likada 210 gündüz ümumt
əhsil məktəbi, o cümlədən 52 
ibtidai, 85 
əsas, 73 orta məktəb var idisə, 1990-cı  ildə 
onların sayı müvafiq olaraq 217, 18, 34 və 165 idi. 1970-
ci ild
ə muxtar respublikanın gündüz ümumtəhsil məktəb-
l
ərində  59059 nəfər  şagird  təhsil  alırdısa,  1990-cı  ildə 
onların sayı artaraq 63633 nəfərə çatmışdı [195, s. 63]. 
 
145 

 
1970-ci ill
ərdə Naxçıvan MSSR-də dərs mənimsə-
m
ə, orta məktəbi  başa  vurma  kimi göstəricilər üzrə 
n
əticələr də yaxşılaşmışdı. Əgər 1970-1971-ci tədris ilində  
ümumt
əhsil məktəblərində  müvəffəqiyyət faizi 97,5 faiz 
t
əşkil edirdisə, 1985-ci ildə bu göstərici rekord səviyyəyə 
–  99,98 faiz
ə  çatmışdı.  Artıq  1984-cü ildə  muxtar 
respublikada  210 ümumt
əhsil məktəbi, 61 məktəbəqədər 
uşaq  müəssisəsi, 6 texniki-peşə  məktəbi və  4 texnikum 
f
əaliyyət göstərirdi [17, 1971, 14 oktyabr]. 
 
1970-1980-ci ill
ərdə  muxtar  respublikanın  orta 
m
əktəblərinin hamısı tədris-texniki və elmi-metodiki vəsa-
itl
ərlə tam təmin edildi. Məktəblərin zəngin laboratoriya-
la
rı,  fənn kabinetləri,  kitabxanaları  fəaliyyət göstərməyə 
başladı.  
1970-1980-ci ill
ərdə  Heydər  Əliyevin  xüsusi  qay-
ğısı nəticəsində muxtar respublikada məktəbəqədər tərbiyə 

əssisələrinin şəbəkəsi genişləndirilərək, yeni obyektlər 
tikilmişdi. Uşaq bağçalarının sayı Naxçıvan şəhəri üzrə 7-
d
ən 13-ə,  Şərur rayonu üzrə  4-dən 10-a, Babək rayonu 
üzr
ə  4-dən 6-ya, Culfa rayonu üzrə  5-dən 10-a,  Şahbuz 
rayonu üzr
ə  4-dən 7-yə  qədər yüksəlmişdi.  1970-1980-ci 
ill
ərdə  bütövlükdə  muxtar respublika üzrə  24 məktəbə-
q
ədər tərbiyə  müəssisəsi  inşa  edilmişdi.  2003-cü ildə  isə 
bu r
əqəm bir qədər də artaraq 82-yə çatmışdı [192, s. 12]. 
Az
ərbaycanda mütəxəssis  hazırlığının  mühüm 
forması  olan  peşə  təhsilinin yüksəliş  dövrü  Heydər 
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsa-
düf edir. 1969-cu ild
ə  “Texniki-peşə təhsili sistemi mək-
t
əblərində ixtisaslı kadrların hazırlanmasını daha da yaxşı-
laşdırmaq  tədbirləri  haqqında”  Azərbaycan KP MK və 
Az
ərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il sentyabr, 
“Az
ərbaycan SSR-də  texniki-peşə  təhsilinin daha da 
 
146 

inkişaf  etdirilməsi  haqqında”  1971-ci il noyabr tarixli 
q
ərarları bu istiqamətdə çox mühüm rol oynadı [50, s. 76]. 
1970-ci ill
ərdə  Azərbaycan SSR-də  texniki-peşə 
t
əhsili  yeni  inkişaf  mərhələsinə  qədəm  qoymuş,  texniki-
peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə, 
orada t
əhsil alan  şagirdlərin  sayı  isə  2,5 dəfə  artmışdı 
[159, s. 137].  
Bu dövrd
ə  bütün  respublikada  olduğu  kimi, 
Naxç
ıvan  MSSR-də  də  texniki-peşə  təhsili sisteminin 
inkişafına ciddi diqqət yetirilirdi. 1972-ci il oktyabrın 18-
d
ə Naxçıvan VPK Bürosu “Naxçıvan MSSR peşə-texniki 
m
əktəblərində  ideya-tərbiyə  işinin  vəziyyəti haqqında” 
m
əsələni, 1993-cü il yanvarın 31-də isə “Naxçıvan MSSR-
in  texniki-
peşə  məktəblərində  “Sov.İKP  MK  və  SSRİ 
Nazirl
ər Sovetinin “Peşə-texniki təhsil sisteminin daha da 
t
əkmilləşdirilməsi haqqında” qərarının  yerinə  yetirilməsi-
nin  gedişi  haqqında”  məsələni müzakirə  etdi.  İxtisaslı 
kadrların  hazırlanmasını  yaxşılaşdırmaq  və  tərbiyə  işinin 
s
əviyyəsini artırmaq məqsədi ilə Naxçıvan MSSR Nazirlər 
Soveti ya
nında Texniki-Peşə  Təhsili  İdarəsi  yaradıldı 
[124, s. 160]. 
1970-1980-ci ill
ərdə  bu siyasətin  davamı  olaraq 
texniki-
peşə təhsili məktəblərinin maddi-texniki bazasının 
möhk
əmləndirilməsi sahəsində də böyük işlər həyata keçi-
rildi. Ulu önd
ərin hakimiyyətə gəlişi orta ixtisas məktəb-
l
ərinin fəaliyyətində böyük canlanma yaratdı. 1971-ci ildə 
Naxçıvan  Politexnik  Texnikumu,  1975-ci ildə  isə  Orta 
İxtisas Musiqi Məktəbi fəaliyyətə başladı. Muxtar respub-
likada ali v
ə  orta ixtisas məktəblərində  tələbələrin  sayı 
əhəmiyyətli dərəcədə  artdı. Əgər 1970-ci ildə burada 1,1 
min t
ələbə təhsilə cəlb olunmuşdusa, 1980-ci ildə artıq 3,8 
min t
ələbə təhsil alırdı [195, s. 63]. Naxçıvan Sovxoz Tex-
 
147 

nikumu 
(hazırkı Naxçıvan Dövlət Texniki Kolleci – Ə.C.) 
is
ə  muxtar  respublikanın  kənd təsərrüfatı  müəssisələrini 
ixtisas
lı kadrlarla təmin edən əsas təhsil ocağı idi. 
 
Heyd
ər Əliyev o illərdə Naxçıvanda elmin inkişafı 
üçün  daha  geniş  imkanlar yaradılmasına  çalışır,  muxtar 
respublikaya h
ər səfərində  Naxçıvan  Elm  Mərkəzinə, 
dig
ər elmi müəssisələrə baş çəkməyi unutmurdu. Xüsusən 
1980-
ci  ilin  mayında  muxtar  respublikaya səfərində, o, 
Naxçıvan  Elm  Mərkəzinə,  Batabat Astrofizika Rəsədxa-
nasına,  Ordubadda yerləşən “Xəzər” xüsusi konstruktor 
bürosuna  getmiş,  elmi-tədqiqat  işlərinin vəziyyəti ilə 
yaxından tanış olmuşdu. Həmin dövrdə Naxçıvanda elmin 
inkişafına  qiymət verən Heydər  Əliyev  deyirdi:  “İndi 
elmin inki
şafı  sahəsində  Naxçıvan,  necə  deyərlər, təkər 
üst
ədir. Əgər siz imkanlardan istifadə edə bilsəniz, Naxçı-
van g
ələcəkdə elmin inkişafında öz yaxşı yerini tuta bilər. 
El
min inkişafı nəticəsində isə Naxçıvanın ümumi istehsal 
qüvv
ələri, bütün təbii sərvətləri həm muxtar respublikamız 
üçün, bizim v
ətənimiz  üçün  yaxşı  istifadə  oluna bilər” 
[184, v. 112-113]. 
Heyd
ər  Əliyev  respublika  rəhbəri kimi həyata 
keçirdiyi t
ədbirlərlə  o dövrdə  Naxçıvanda  elmin  inkişafı 
istqam
ətində çox böyük addımlar atdı və bunun sayəsində 
muxtar respublikada böyük elmi poten
sial  yaradıldı. 
Hazırda  Naxçıvanda  elmin  sürətli  inkişafı  məhz Heydər 
Əliyevin uzaqgörən fəaliyyəti nəticəsində  yaradılan 
möhk
əm təmələ əsaslanır. 
“T
əhsil millətin gələcəyidir” deyən Heydər Əliyev, 
heç t
əsadüfi deyil ki, Azərbaycanda ikinci dəfə 
hakimiyy
ətə  gəldikdən sonra da təhsilə  qayğını  ön  plana 
ç
əkmiş, ölkənin sosial-iqtisadi inkişafında təhsilin aparıcı 
mövqey
ə  malik  olduğunu  nəzərə  alaraq, bu sahədə 
 
148 

t
ərəqqiyə  nail olmaq üçün bütün potensial imkanlardan 
istifad
ə  üçün hərtərəfli  şərait  yaratmışdır.  Təhsilə  daim 
yüks
ək  əhəmiyyət verən böyük dövlət  xadimi  bildirirdi: 
“...M
əktəb, maarif, təhsil  işi  ilə  həmişə  sıx  bağlı  olmu-
şam...  Hesab  edirəm ki, cəmiyyət haradan olursa-olsun, 
n
ədən olursa-olsun kəsib təhsilə  xərcləməli, gənc nəslin 
t
əhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial 
mövqeyimdir. 25 il bundan önc
ə  Azərbaycana rəhbər 
seçil
əndə  də  bu mövqedə  olmuşam,  indi  müstəqil 
Az
ərbaycanın  dövlət  başçısı  kimi  də  bu mövqedəyəm. 
M
ən həyatımın bütün mərhələlərində məhz belə mövqedə 
durmuşam” [60, s. 7]. 
Heyd
ər  Əliyev  müstəqil Azərbaycanda ölkənin 
g
ələcək perspektivi naminə təhsilin daha da keyfiyyətinin 
yüks
əldilməsi məqsədi ilə  ümumtəhsil məktəblərinin 
maddi-texniki bazas
ının möhkəmləndirilməsi istiqamətin-
d
ə ciddi islahatlar həyata keçirməyə başladı. Bu baxımdan 
4 oktyabr 2002-ci il tarixli “Az
ərbaycan  Respublikası 
ümumt
əhsil məktəblərinin maddi-texniki  bazasının  möh-
k
əmləndirilməsi haqqında” və 17 fevral 2003-cü il tarixli 
“Az
ərbaycan Respublikasında yeni ümumtəhsil məktəblə-
rinin tikintisi, mövcud m
əktəblərin əsaslı təmiri və müasir 
t
ədris avadanlıqları ilə təmin olunmasına dair (2003-2007-
ci ill
ər) Proqram”ın  təsdiq edilməsi  haqqında  Prezident 
S
ərəncamları bu sahədə böyük əhəmiyyətə malik oldu [49, 
s. 37]. S
ərəncamların  icrası  zamanı  yeni-yeni məktəb 
bi
naları  tikildi və  mövcud məktəb  binaları  əsaslı  təmir 
olunub yenid
ən istifadəyə verildi.  
Dünya  sivilizasiyasının  tarixi  göstərir ki, elmə, 
t
əhsilə, mədəniyyətə yüksək qiymət verən xalqlar, dövlət-
l
ər və dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisa-
di v
ə mədəni yüksəlişini təmin edir, həm də ümumdünya 
 
149 

m
ədəniyyət  xəzinəsinə  böyük töhfə  vermiş  olurlar.  Bu 
baxımdan  qardaş  Türkiyə  Cümhuriyyətinin qurucusu 
M.K.Atatürkün bir müdrik k
əlamı  əlamətdardır:  “Ən 
böyük  şəxslər özündən çox mənsub olduğu  cəmiyyəti 
düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yo-
lunda h
əyatını verən insanlardır” [60, s. 10]. Azərbaycan 
xalqının  ümummilli  lideri  Heydər  Əliyev  məhz belə 
böyük insan v
ə  uzaqgörən dövlət  xadimi,  öz  xalqının  və 
ölk
əsinin ardıcıl, dönməz, yenilməz xeyirxahı idi.   
Öz v
ətəni  Azərbaycana  münasibətdə  hər iki 
aspektd
ən Heydər  Əliyevin  böyük  şəxsiyyət və  novator 
dövl
ət rəhbəri kimi fəaliyyəti diqqətəlayiqdir. Çünki bir 
çox sah
ələrdə  olduğu  kimi,  elm  və  təhsil sahəsində  də 
ölk
əmizin  əldə  etdiyi  uğurlar,  inkişaf  məhz  onun  adı  və 
f
əaliyyəti ilə bağlıdır. Azərbaycan elmi və milli ali təhsili 
son 40 il
ə yaxın bir dövrdə keçmiş ittifaq miqyasında və 
beyn
əlxalq aləmdə  geniş  dairədə  tanınmış,  özünəməxsus 
nüfuz qazanmışdır.  
Heyd
ər  Əliyevin  təhsilə  və  elmə  göstərdiyi diqqət 
v
ə qayğı onun müstəqil Azərbaycana rəhbərliyə başladığı 
ilk günl
ərdən özünü göstərirdi. 1998-ci  ilin  mart  ayında 
“Az
ərbaycan Respublikasında təhsil sahəsində  islahatlar 
üzr
ə  Dövlət  Komissiyasının  yaradılması  haqqında” 
S
ərəncam imzalayan Azərbaycan  Prezidenti  Heydər 
Əliyev  1999-cu ilin iyulunda “Azərbaycan Respublika-
sında  təhsil sahəsində  islahat Proqramı”nı  təsdiqlədi. 
H
əmin Proqramda Azərbaycan təhsil sisteminin beynəl-
xalq standart
lara  uyğunlaşdırılması,  eyni  zamanda  milli 
t
əhsil  ənənələrimizə  sədaqət və  varisliyə  əməl olunması 
n
əzərdə tutulurdu [50, s. 89]. 
 
Heyd
ər  Əliyev  eyni  zamanda,  təhsildə  islahatların 
elmi  şəkildə, hərtərəfli düşünülmüş  şəkildə  aparılmasının 
 
150 

t
ərəfdarı  idi:  “İslahatlar,  xüsusən təhsil, elm sahəsində 
islahatlar  çox  ağıllı,  düşünülmüş  şəkildə  həyata keçiril-
m
əlidir. Dəb naminə yox, yalnız və yalnız əldə etdiyimiz 
s
əviyyədən daha yuxarı  qalxmaq  üçün  təhsilin səmərə-
liliyini, elmin s
əmərəliliyini  artırmaq  üçün  aparılmalıdır” 
[59, s. 89]. 
 
Onun göst
ərişinə  uyğun  olaraq  orta  ümumtəhsil 
m
əktəblərinin  bütün  şagirdləri pulsuz dərsliklərlə  təmin 
edildi. T
əbii ki, bütün bunlar təhsildə  Heydər  Əliyev 
qayğısının və himayəsinin ən bariz nümunəsi idi.  
Az
ərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi 
olan Naxçıvan Muxtar Respublikasında da elmin və milli 
t
əhsilin  inkişafı,  məhz Heydər  Əliyevin  yorulmaz 
f
əaliyyəti sahəsində  mümkün  olmuşdur.  Bu  sahədə 
özünün q
ədim və zəngin ənənələri ilə tanınan Naxçıvanda 
elm v
ə təhsil Heydər Əliyevin rəhbərliyi illərində daha da 
inki
şaf  etdirilmişdir.  AMEA  Naxçıvan  Bölməsinin  yara-
dılması  və  formalaşdırılması,  dövlət və  özəl ali təhsil 
ocaqlarının  təşkili bu dövrün məhsulu  olmuşdur.  Heydər 
Əliyevin  milli dövlətçilik və  inkişaf  strategiyasının 
mühüm t
ərkib hissəsini ölkənin ayrı-ayrı regionlarında ali 
t
əhsilin və elmin inkişaf etidirilməsi, yaradıcı ziyalı poten-
sia
lının təkcə paytaxtda deyil, respublikanın digər region-
larında da formalaşdırılaraq artırılması təşkil edirdi.  
Heyd
ər Əliyev təhsillə bərabər, elmin inkişafına da 
xüsusi diqq
ət və  böyük qayğı  göstərirdi.  Bu  baxımdan 
AMEA  Naxçıvan  Bölməsinin  yaradılması  onun  muxtar 
respublika
da  elmin  inkişafına  verdiyi  ən böyük töhfələr-
d
ən biridir.  
H
ələ  sovet hakimiyyəti illərində  Azərbaycan KP 
MK v
ə respublika hökumətinin qərarı ilə Azərbaycan SSR 
EA  Naxçıvan  Regional  Elm  Mərkəzinin (REM) yaradıl-
 
151 

ması  bölgədə  elmin  inkişafına  mühüm  təsir göstərdi. 
M
ərkəzin  yaradılmasının  təşəbbüskarı  məhz Heydər 
Əliyev idi. Onun rəhbərliyi ilə  Azərbaycan KP MK və 
respublika hökum
əti 8 yanvar 1974-cü il tarixli qərarında 
Naxçıvan  REM  nəzdində  Naxçıvan  şəhəri  ətrafında 
respublikanın  bitki  ehtiyatlarının  tədqiqi və  öyrənilməsi 
m
əqsədilə  Botanika  bağının  yaradılması  məsələsini 
qoymuşdu  [25, v. 94].  Qısa  müddətdə  REM-in  maddi-
tex
niki  bazası  və  zəruri  kadr  potensialı  formalaşdırılmış, 
normal iş şəraiti yaradılmışdı. Həyata keçirilən tədbirlərin 
n
əticəsi olaraq Naxçıvan REM-də elmin müxtəlif sahələri 
üzr
ə  tədqiqatlar  aparılmış,  burada  muxtar  respublikanın 
t
əbii və  mənəvi sərvətlərinin, tarix və  mədəniyyət abidə-
l
ərinin öyrənilməsi sahəsində  səmərəli  işlər  görülmüş, 
faydalı elmi nəticələr əldə edilmişdi [83, s. 113].   
Heyd
ər  Əliyevin  Azərbaycana rəhbərlik etdiyi 
ill
ərdə  Naxçıvan  MR-da REM-lə  yanaşı,  digər elmi 
t
ədqiqat müəssisələrinin də  yaradılmasına  və  inkişaf 
etdirilm
əsinə  xüsusi diqqət yetirilmişdi.  Qısa  müddətdə 
Naxçıvan  Kompleks-Zona Təcrübə  Stansiyası,  Elmi-
T
ədqiqat  Baytarlıq  Stansiyası  və  “Araz” Elmi-İstehsalat 
Birliyinin t
əşkil olunması  və  onların  səmərəli fəaliyyəti 
say
əsində  muxtar respublikada böyük nailiyyətlər  əldə 
edilmiş  [83, s. 113], XX əsrin 70-ci illərində  Şamaxı 
Astrofizika R
əsədxanasının Batabat bölməsi yaradılmışdı.  
Naxçıvan  Muxtar  Respublikası  Ali Məclisinin 
S
ədri Vasif Talıbovun 24 mart 1996-cı il tarixli Sərəncamı 
il
ə Naxçıvan şəhərində həmin il iyulun 11-13-də “Uluslar-
ara
sı qaynaqlarda Naxçıvan” mövzusunda beynəlxalq elmi 
simp
ozium  keçirilmiş,  simpoziumda  Azərbaycan və 
Naxçıvan elmi ictimaiyyəti ilə yanaşı, Türkiyə alimləri də 
iştirak  etmişdi.  Bu  tədbirin elmi-siyasi  əhəmiyyətini 
 
152 

n
əzərə  alaraq Azərbaycan  Respublikasının  Prezidenti 
Heyd
ər  Əliyev  onun  iştirakçılarına  göndərdiyi təbrik 
m
əktubunda simpoziumun qarşısında duran elmi-siyasi 
v
əzifələri müəyyənləşdirmişdi [197, s. 3]. 
Əlbəttə, bütün bunlar  bilavasitə  Heydər  Əliyevin  
Naxçıvanda  elmə  və  təhsilə  göstərdiyi  qayğının  nəticəsi 
idi
.  Elmin  inkişafını  daim  diqqət mərkəzində  saxlayan 
dövl
ət  başçısının  7  avqust  2002-ci il tarixdə  AMEA 
Naxçıvan  Bölməsinin  yaradılması  barədə  verdiyi Sərən-
cam regionun müxt
əlif yönlü problemlərinin  araşdırılıb 
öyr
ənilməsinə, burada gənc istedadların elm sahəsinə daha 
ge
niş  cəlb  olunmasına  şərait  yaratdı.  Elm  tariximizdə 
misilsiz d
əyərə  malik olan bu sənəd qədim  Naxçıvan 
diyarının, orta əsrlərdə  olduğu  kimi,  yenidən  zəngin elm 
m
ərkəzlərindən birinə çevrilməsinə real imkanlar yaratdı. 
Naxçıvan MR Ali Məclisində AMEA-nın Naxçıvan 
Bölm
əsinin  yaradılması  ilə  bağlı  keçirilən  müşavirədə 
Az
ərbaycan Prezidenti Heydər  Əliyev  demişdi: “Mən 
bununla  Naxçıvan  Muxtar  Respublikasının  indiyə  qədər 
çox az öyr
ənilmiş qədim tarixinin, mədəniyyətinin, elmi-
nin, 
ədəbiyyatının yenidən, dərindən araşdırılması və onlar 
haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa 
n
əşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, 
Naxçıvanın  özünəməxsus təbiəti, təbii sərvətləri,  torpağı, 
t
əbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi də-
r
əcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, öyrə-
nilm
əyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin 
öyr
ənilməsinə böyük ehtiyac var...” [16, s. 16]. 
Prezident Heyd
ər  Əliyevin  həmin  Sərəncamına 
uyğun  olaraq, AMEA Naxçıvan Bölməsində  6 elmi-
t
ədqiqat institutu –  Tarix, Etnoqrafiya və  Arxeologiya 
İnstitutu,  İncəsənət, Dil və  Ədəbiyyat  İnstitutu, 
 
153 

Bioresurslar 
İnstitutu, Təbii  Ehtiyatlar  İnstitutu, Batabat 
Astrofizika R
əsədxanası və Əlyazmalar Fondu yaradıldı.   
Hazırda AMEA Naxçıvan Bölməsi muxtar respub-
likada elmi mühitin canlanma
sına  və  elmi məktəblərin 
formalaşmasına öz layiqli töhfələrini verməkdədir. Bölmə 
f
əaliyyət göstərdiyi müddət  ərzində  Naxçıvan  MR  Ali 
M
əclisinin, AMEA Rəyasət Heyətinin hər cür diqqət və 
qay
ğısı  ilə  əhatə  olunmuşdur.  2003-2005-ci illərdə 
Naxçıvan  şəhərində  Bölmə  və  onun  ayrı-ayrı  institutları 
üçün  binalar  ayırılmış,  həmin binalarda yenidənqurma 
işləri  aparılmış,  yüksək səviyyədə  təmir  edilmiş,  yeni 
avadanlıqlar  və  inventarlar  alınmışdır.  Təbii Ehtiyatlar 
İnstitutunda  və  Bioresurslar  İnstitutunda 11 laboratoriya 
qurul
muş, onlar ən müasir cihaz və  avadanlıqlarla təchiz 
edilmişdir [200, 2006, 7 avqust].   
 
Az
ərbaycanın ali məktəbləri ailəsində özünəməxsus 
yeri v
ə  mövqeyi olan Naxçıvan  Dövlət Universitetinin 
yaranması  və  inkişafında  da  Heydər  Əliyevin böyük və 
əvəzsiz xidmətləri  olmuşdur.  Belə  ki, Heydər  Əliyevin 
hakimiyy
ətə  gəldiyi dövrdə  muxtar respublikada yeganə 
ali t
əhsil ocağı 1967-ci ildə fəaliyyətə başlayan Azərbay-
can  Pedaqoji  İnstitutunun  Naxçıvan  filalı  idi.  1972-ci il 
iyunun 20-d
ə Azərbaycan KP MK Bürosunun “Naxçıvan 
şəhərində  Pedaqoji  İnstitutun  təşkili  haqqında”  Azər-
baycan KP MK-
nın  Birinci  katibi  Heydər  Əliyev 
t
ərəfindən  imzalanmış  qərarı  qəbul edildi. Qərarda 
deyilirdi:  “Naxçıvan  şəhərində  V.İ.Lenin  adına  Azərbay-
can  Pedaqoji  İnstitutunun  filialının  bazası  əsasında 
Naxçıvan Pedaqoji İnstitutun təşkili haqqında Azərbaycan 
SSR Nazirl
ər Sovetinin təklifi qəbul edilsin. Azərbaycan 
SSR Nazirl
ər Soveti bu məsələ üzrə müvafiq qərar qəbul 
etsin” [24, v. 71]. 
 
154 

Heydər Əliyev sonralar Naxçıvan DPİ-nin böyüyüb 
genişlənməsi, maddi-texniki  bazasının  möhkəmləndiril-
m
əsi istiqamətində də mühüm addımlar atdı. Onun imzası 
il
ə  qəbul  edilmiş  Azərbaycan KP MK  və  respublika 
hökum
ətinin 8 yanvar 1974-cü il tarixli qərarına Pedaqoji 
İnstitut  üçün  1976-1977-ci illərdə  5 min kv. metr sahəsi 
olan yeni t
ədris korpusunun tikintisi barədə  xüsusi bənd 
salınmışdı [25, v. 192].  
Müst
əqil ali məktəbin  yaradılması  Naxçıvan 
Muxtar  R
espublikasının  elmi-mədəni  inkişafına,  burada 
habel
ə  elmi-siyasi  potensialın  genişlənməsinə  ciddi  təsir 
göst
ərdi. Bu ali təhsil  ocağının  fəaliyyətini  daim  diqqət 
m
ərkəzində  saxlayan Heydər  Əliyev  Naxçıvan  Muxtar 
R
espublikasının  yaradılmasının  50 illik yubileyi  ilə 
əlaqədar bu qədim diyara gələrək 1974-cü il oktyabr 
ayının 4-də Naxçıvan DPİ-nin müəllim və tələbə heyəti ilə 
gör
üşmüş,  pedaqoji  institutun  bazasında müstəqil dövlət 
universiteti
nin  yaranması  zərurəti  haqqında  ilk  fikirlərini 
ir
əli  sürmüşdü  [98, s. 11].  Onun  bu  ideyası  29  dekabr 
1990-
cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin 584 saylı 
q
ərarı ilə həyata keçirilmiş, Pedaqoji İnstitutun bazasında 
Yusif M
əmmədəliyev adına Naxçıvan Dövlət Universiteti 
(NDU) yaradılmışdı [99, s. 9].  
Heyd
ər  Əliyev  NDU-nun fəaliyyətini daim diqqət 
m
ərkəzində  saxlamış,  universitetin  kollektivi  ilə  müxtəlif 
vaxtlarda görüşlər keçirmişdi. O, Naxçıvanda yaşayıb fəa-
liyy
ət göstərdiyi 1990-1993-cü illərdə  muxtar respubli-
kanın  elm  adamları  ilə  mütəmadi  görüşür,  onlara  öz 
d
əyərli məsləhətlərini verirdi. Ümumiyyətlə, Heydər Əli-
yev özünün çoxillik dövl
ətçilik fəaliyyəti dövründə 
yaradıcı  ziyalılara,  elm,  təhsil, mədəniyyət xadimlərinə 
h
əmişə böyük diqqət və qayğı göstərmiş, öz ətrafında milli 
 
155 

ziyalıların ən tanınmış, adlı-sanlı nümayəndələrini birləş-
dirmiş, onlarla birgə işləməyə üstünlük vermişdi. Siyasi və 
dövl
ətçilik fəaliyyətinin Naxçıvan mərhələsində də, o, bu 
ənənəyə sadiq qalmışdı. 
1992-ci ild
ə  NDU-nun 25 illik yubileyinin dövlət 
s
əviyyəsində keçirilməsində Naxçıvan MR Ali Məclisinin 
S
ədri kimi onun mühüm rolu olmuşdur. Heydər Əliyev 12 
noyabr 1992-ci ild
ə  NDU-da  olmuş,  “Bazar  iqtisadiyya-
tına keçid şəraitində sərhədyanı ticarətin və iqtisadi əlaqə-
l
ərin təşkili”  mövzusunda  keçirilən  simpoziumda  iştirak 
etmiş,  dərin məzmunlu  çıxışı  ilə  qiymətli tövsiyələr ver-
mişdi:  “İndi  Azərbaycan müstəqil dövlətdir. Azərbaycan 
xalqı öz milli azadlığına nail olubdur. İndi Azərbaycan bir 
müst
əqil dövlət kimi dünyanın hər bir dövləti ilə, hər bir 
ölk
əsi ilə müstəqil əlaqə yaratmağa və bu əlaqələrdən öz 
ölk
əsinin, öz dövlətinin gələcək  inkişafı  üçün    istifadə 
etm
əyə  malik olan bir dövlətdir.  Bu  baxımdan  Naxçıvan 
Dövl
ət Universiteti indi sərbəst bir ali məktəbdir. Onun 
Az
ərbaycanın  bütün  ali  məktəbləri ilə  əlaqəsini inkişaf 
etdirm
əyə  daha da əlverişli  şərait var və  eyni zamanda 
dünyanın    bütün ölkələri ilə, orada olan ali məktəblərlə, 
elm m
ərkəzləri ilə,  elm  ocaqları  ilə  əlaqə  saxlamağa 
imkanları vardır. Çox yaxşı bir haldır ki, artıq bu barədə 

əyyən addımlar  atılıb,  qonşu  İran  İslam  Respublikası, 
Türkiy
ə  Cümhuriyyətinin ali təhsil  ocaqları  ilə, elmi 
m
ərkəzləri ilə  Naxçıvan  Dövlət  Universiteti  arasında 

əyyən  əlaqələr  yaranıb  və  bu  gün  Naxçıvan  Dövlət 
Universitetinin bu yubiley m
ərasimində  İran  İslam Res-
publi
kasının  və  Türkiyə  Cümhuriyyətinin ali məktəblə-
rinin v
ə  dövlət adamlarının  iştirakı  buna  sübutdur.  Sizi 
əmin edə bilərik ki, Naxçıvan MR Ali Məclisi və Nazirlər 
Kabineti bu sah
ədə  Naxçıvan  Dövlət Universitetinin 
 
156 

f
əaliyyətinə  lazımi köməklik edəcək və  lazım  olan 
şəraitləri yaradacaqdır” [98, s. 19].  
Heyd
ər Əliyev 1993-cü ildə Azərbaycan Respubli-
kasının  Prezidenti  seçildikdən sonra da Naxçıvan  MR-ə 
diqq
ət və  qayğısını  əsirgəməmiş,  elm  və  təhsilin inkişafı 
üçün böyük s
əy göstərmişdir.  Belə  ki, o, NDU-nun 
yenid
ən  qurulmasına  və  daha  da  inkişaf  etdirilməsinə 
daim böyük qayğı ilə yanaşmışdı. 1999-cu ildə tələbələrin 
istifad
əsinə verilən 1600 yerlik yeni tədris korpusu Heydər 
Əliyevin Azərbaycan ali təhsilinə, konkret olaraq NDU-ya 
böyük v
ə  dəyərli töhfəsi idi. 1999-cu  il  oktyabrın  11-də  
h
əmin tədris korpusunun  açılışı  mərasimində  ölkə  Prezi-
denti universitetin keçdiyi şərəfli yola yüksək qiymət ve-
r
ərək deyirdi: “Mən bu gün böyük iftixar hissi keçirirəm 
ki, 30 il bundan önc
ə əsasını qoyduğumuz bu gözəl təhsil 
ocağı  indi  böyük  şöhrətə  malikdir.  Qonşu  ölkələrdən  – 
Türkiy
ədən,  İrandan  buraya  təhsil almaq üçün tələbələr 
g
əlir və bu universitetin dünyanın başqa universitetləri ilə 
elmi, t
əhsil və  başqa  əlaqələri  vardır.  Bunlar hamısı  bir 
daha onu sübut edir ki, Nax
çıvanda təhsilə, elmə, 
m
ədəniyyətə  həmişə  qayğı  göstərilir, yüksək münasibət 
göst
ərilir və  naxçıvanlılar  da  nəyə  qadir olduqlarını 
dünyaya h
əmişə nümayiş etdiriblər” [130, s. 67]. 
Heyd
ər  Əliyevin  milli  təhsilə  qayğısı  nəticəsində 
NDU  özünün  yeni  inkişaf  mərhələsinə  qədəm qoydu. 
NDU-
nun inkişafı özünü onda göstərirdi ki, əgər 1995-ci 
ild
ə  burada cəmi 1700 tələbə  təhsil  alırdısa,  2000-ci ildə 
t
ələbələrin sayı 3053-ə çatmışdı. Hazırda NDU Azərbay-
can ali m
əktəbləri arasında  xüsusi  yer  tutur.  Burada 
yüks
ək  ixtisaslı  kadrların  hazırlanmasına  xüsusi diqqət 
yetirilir. Beyn
əlxalq  əlaqələrin  inkişafına  ciddi  qayğı 
göst
ərilir. Universitet Amerikanın Perdu, Fransanın Paris, 
 
157 

İngiltərənin  Preston,  Almaniyanın  Braunşvayq,  Türkiyə-
nin İstanbul, Ankara, Ərzurum, Elazığ, Qars, Van univer-
sitetl
əri,  İran  İslam  Respublikasının  Təbriz Universiteti, 
habel
ə Koreyanın və digər ölkələrin ali təhsil müəssisələri 
il
ə  geniş  əlaqələrə  malikdir. NDU-nun  əməkdaşlıq  etdiyi 
t
əhsil ocaqları sırasında Türkiyə universitetləri xüsusi yer 
tutur. Bu 
əməkdaşlığın  inkişafının  göstəricisi və  qardaş 
Türkiy
ə  dövlətinə  ehtiramın  nəticəsi  olaraq  1996-cı  ildə 
NDU-
da  Atatürk  Elmi  Araşdırmalar  Mərkəzi  yaradıl-
mışdır [100, s. 33]. 
NDU-nun 
ən mühüm struktur bölmələrindən biri 
“Heyd
ər  Əliyev  Universiteti”dir. Universitetin daxilində 
xüsusi  siyasi-ideoloji m
əktəb kimi fəaliyyət göstərən bu 
qurumun yaradılması müstəqil dövlətçiliyin ideoloji əsas-
larının inkişafı və möhkəmləndirilməsi uğrunda ölkəmiz-
d
ə gedən məqsədyönlü proseslərin nəticəsi kimi meydana 
çıxmışdır.  NDU  Elmi  Şurasının  6  mart  1997-ci  il tarixli 
q
ərarı  ilə  yaradılmış  “Heydər  Əliyev  Universiteti”nin  ilk 
m
əşğələsi 5 aprel 1997-ci ildə  keçirilmişdir.  Yarandığı 
günd
ən böyük liderin  adını  daşıyan  bu  elmi-ideoloji 
m
əktəb milli dövlətçilik, siyasi mədəniyyət və  idarəçilik 
m
əktəbi olduğunu öz ardıcıl fəaliyyəti ilə sübut etmişdir.  
30 oktyabr 1997-ci ild
ə NDU-nun 30 illik yubileyi 
d
ə Prezident Heydər Əliyevin diqqətindən kənarda qalma-
mış,  o,  yubiley  münasibəti ilə  universitetin kollektivinə 
t
əbrik teleqramı göndərmişdi [98, s. 25].  
NDU  Elmi  Şurasının  1999-cu il 9 oktyabr tarixli 
q
ərarı ilə Azərbaycanda milli təhsilin, elm və mədəniyyə-
tin inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə Azər-
baycan  Respublikasının  Prezidenti  Heydər  Əlirza  oğlu 
Əliyevə  Naxçıvan  Dövlət Universitetinin  fəxri doktoru 
alimlik d
ərəcəsi  verilmiş  və  NDU-nun fəxri doktoru 
 
158 

diplomu 11 oktyabr 1999-cu ild
ə Prezidentin universitetə 
g
əlişi zamanı ona təqdim edilmişdi. Öz çıxışında Heydər 
Əliyev NDU-nun fəxri doktoru olması  ilə  daha çox fəxr 
etdi
yini bildirmiş və qeyd etmişdi ki, “mənim üçün bu, bir 
d
ə  ona görə  əzizdir ki, mən ilk təhsilimi  Naxçıvanda 
almışam. Əziz müəllimlərim Naxçıvanda mənə orta təhsil  
verib, m
əni həyata  buraxmışlar.  Ona  görə  də  Naxçıvan 
t
əhsili, məktəbi mənim üçün əzizdir.  Naxçıvan  Dövlət 
Universiteti is
ə  Naxçıvan təhsilinin  ən yüksək zirvəsidir. 
M
ən bütün bunlara görə də fəxr edirəm” [98, s. 43]. 
Bir sözl
ə, bu gün Azərbaycan Respublikasının  ali 
t
əhsil sistemində özünəməxsus yeri olan, Naxçıvan Mux-
tar R
espublikasının əsas elm, təhsil, ictimai fikir və mədə-
niyy
ət mərkəzlərindən sayılan, Azərbaycan elminə, dövlət 
qurucu
luğuna və milli ali təhsilinə sanballı töhfələr verən 
NDU-nun bu s
əviyyəyə  çatmasında  ümummilli  liderimiz 
Heyd
ər Əliyevin qəbul etdiyi tarixi qərarlar və yürütdüyü 
elm
ə himayəçilik siyasəti böyük rol oynamışdır.  
Bu gün NDU möhk
əm milli əsaslara malik olan, 
dövl
ətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir 
tipli ali m
əktəbdir. Dünya birliyində və ölkənin ali təhsil 
sistemind
ə özünəməxsus yeri olan NDU daim yeniləşmək 
v
ə  inkişaf  etmək istiqamətində  tarixi yolunu dönmədən 
davam etdirm
əkdədir [102, s. 13].      
Heyd
ər  Əliyev  ölkədə  təhsilin hərtərəfli  inkişafını 
daim diqq
ət mərkəzində saxlamış, vaxtaşırı onun tərəqqisi 
namin
ə  addımlar  atmış,  öz tövsiyələrini  vermişdir.  İstər 
orta t
əhsil, istərsə də ali təhsil sistemində bir çox islahat-
ların  keçirilməsinə  nail  olmuş,  bu  sahədə  bir çox zəruri 
s
ərəncamlar  imzalamışdır.  Gənclərin təhsilinə  xüsusi 
diqq
ət  ayıran  böyük  liderin  “Təhsil sahəsi xalqımızın  bu 
günü, mill
ətimizin, dövlətimizin gələcəyi üçün ən vacib 
 
159 

bir sah
ədir” mövzusunda 31 avqust 1991-ci il tarixli nit-
qind
əki fikirləri  diqqətəlayiqdir:  ”İndi  bizim təhsilimizin 
m
əqsədi gənc nəslə, uşaqlara təhsil verib, onları gələcəyə 
hazırlamaqdır. Amma bununla  yanaşı, ən böyük məqsədi 
Az
ərbaycan vətəndaşı  hazırlamaqdır,  müstəqil Azərbay-
can c
əmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir 
insan g
ərək eyni zamanda vətəndaş  olsun. Mütləq vətən-
daş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətənda-
şıdır,  gərək dövlətinə  sadiq, millətinə  sadiq,  ənənələrinə 
sadiq, xalqına sadiq vətəndaş olsun” [60, s. 458]. 
Heyd
ər  Əliyevin  təhsil sahəsində  həyata keçirdiyi 
islahatlar arasında ali təhsil pilləsinin həm məzmun, həm 
d
ə  struktur və  kəmiyyət  baxımından  inkişafı  mühüm 
m
əsələ  kimi  qarşıya  qoyulmuşdu.  Gənc dövlətimizin 
g
ələcəyini elmdə, təhsildə  görən Heydər  Əliyev  bir  çox 
t
əhsil müəssisələrinin  yaradılmasına  və  inkişafına  xüsusi 
fikir verirdi. Az
ərbaycan Prezidentinin “Azərbaycan Res-
publikasında  təhsil sisteminin təkmilləşdirilməsi  haqqın-
da” 13 iyun 2000-ci il tarixli f
ərmanı ilə ölkəmizdə peda-
qoji  kadrlar  hazırlayan  geniş  struktura  malik  elmi təhsil 

əssisəsi – Azərbaycan Müəllimlər İnstitutu və onun 12 
bölg
ədə regional filialları yaradıldı [10, 2000, 14 iyun].          
Az
ərbaycan Müəllimlər  İnstitutunun  Naxçıvan 
filialı  kimi  fəaliyyətə  başlayan Naxçıvan  Müəllimlər 
İnstitutu da məhz bu qayğı və diqqətin bəhrəsi idi. İnstitut 
f
əaliyyətə başladığı ilk günlərdən ona bəslənilən ümidləri 
doğrultdu. Təlimin yüksək səviyyədə aparılması, gəncləri-
mizin milli-m
ənəvi dəyərlərə  yiyələnməklə  milli ruhda 
t
ərbiyə  olunması  əsas məsələ  kimi  qarşıya  qoyuldu.  Bu 
sah
ədə bir çox uğurlar əldə edildi. Məhz bunun nəticəsidir 
ki, Naxçıvan Müəllimlər İnstitutu 26 avqust 2003-cü ildən 
müst
əqil institut kimi fəaliyyətini davam etdirir.  
 
160 

Az
ərbaycan  Respublikasının  Prezidenti  Heydər 
Əliyev 2002-ci ilin iyun və  avqust aylarında  muxtar 
respublikaya tarixi s
əfərləri  zamanı  bölgənin təhsilini 
daim  diqq
ətdə  saxladığını  və  öz  qayğısını  nümayiş 
etdir
ərək təhsil müəssisələrinin fəaliyyəti ilə  də  maraq-
lanmış, onların inkişafını təmin etmək məqsədi ilə lazımi 
göst
əriş və tapşırıqlar vermişdi. 
Heyd
ər  Əliyev  Azərbaycanda elm və  təhsilin 
inkişafından  bəhs edərkən bildirirdi ki: “XX əsrdə 
Az
ərbaycan  xalqının  ən böyük nailiyyətlərindən biri 
ölk
əmizdə  elmin, təhsilin sürətlə  inkişaf  etməsidir. Biz 
tarixi  keçmişimiz  haqqında  söhbət açanda tarixin bütün 
m
ərhələlərində  Azərbaycan  xalqının  görkəmli elm 
xadiml
əri haqqında  qürur  hissi  ilə  danışırıq  və  bu, 
xalqımızın  nə  qədər  istedadlı  olduğunu  nümayiş  etdirir. 
Biz bununla daim f
əxr edirik... Azərbaycanda elm XX əsr-
d
ə  çox sürətlə  inkişaf  etmişdir.  XX  əsrdə  Azərbaycanda 
xalqın  təhsillənməsi, yüksək təhsil ocaqlarının, 
institutların yaranması, elmi-tədqiqat işlərinin təşkil olun-
ma
sı  XX  əsrdə  Azərbaycanda elmin sürətlə  inkişafını 
nümayiş  etdirən  faktlardır.  Bunlar  bizim  milli 
s
ərvətimizdir, biz bu nailiyyətlərlə fəxr edirik və yaranmış 
elmi  potensialı  qorumalı,  saxlamalı,  ondan  indi  və 
g
ələcəkdə də müstəqil Azərbaycanın inkişafı naminə daha 
s
əmərəli istifadə etməliyik” [58, VIII c., 1998, s. 360].  
T
əhsilin  inkişafına  diqqətin nəticəsi idi ki, 2001-
2002-ci t
ədris ilində  muxtar respublikanın  orta    ümum-
t
əhsil məktəblərini bitirən 4731 nəfər məzundan 1451 nə-
f
əri ali və  orta ixtisas məktəblərinə  qəbul  olmuşdu  [228, 
2003, 8 yanvar].  
Bel
əliklə, sadalanan faktlardan da göründüyü kimi, 
ist
ər sovet hakimiyyəti illərində, istərsə  də  milli 
 
161 

müst
əqillik dövründə  yürütdüyü  elm siyasəti  ulu öndər 
Heyd
ər Əliyevin milli quruculuq siyasətinin tərkib hissəsi 
olmuşdur [85, s. 11]. 
Böyük dövl
ət xadimi Heydər Əliyev ömrünün əsas 
hiss
əsini Azərbaycan  xalqına,  onun  rifahının  yüksəlmə-
sin
ə, dünya xalqları arasında şərəfli yer tutmasına, elmin, 
t
əhsilin və  mədəniyyətin  inkişafına  sərf  etmişdir.  Elə 
bunun n
əticəsidir ki, XX əsrin sonuncu onilliyinin başlan-
ğıcında milli istiqlaliyyətini qazanmış xalqımız tezliklə öz 
elminin, t
əhsilinin və mədəniyyətinin səviyyəsi ilə dünya 
xalqları arasında özünə layiq yer tutdu. 
Ümummilli lider Heyd
ər  Əliyevin  Azərbaycana 
r
əhbərlik etdiyi illər  ərzində  təhsil sistemi ölkənin üstün 
inkişaf  edən sahəsinə  çevrilmiş,  təhsilə  dövlət  qayğısı 
artırılmış,  “Millətin tərəqqisi onun təhsil sistemi ilə 
bağlıdır” həqiqəti bərqərar olmuşdur.  
Elm v
ə  təhsil sahəsində  dövlət siyasətinin 
konseptual 
əsaslarını müəyyən etmiş Heydər Əliyevin bu 
siyasi x
ətti hazırda Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev tərəfindən uğurla və yeni dövrün tələblərinə 
uyğun  islahatlar  yolu  ilə  davam etdirilir. Belə  ki, onun 
r
əhbərliyi ilə  Azərbaycanın  təhsil sistemi XXI  əsrdə 
özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.       
            
 
Yüklə 20,03 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin