ƏLƏKBƏr сabbarli heydəR ƏLİyev və naxçivan tariXİ



Yüklə 20,03 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix03.02.2017
ölçüsü20,03 Mb.
#7361
  1   2   3   4   5   6   7   8   9   ...   12

ƏLƏKBƏR СABBARLI 
 
 
 
 
 
HEYDƏR ƏLİYEV VƏ 
NAXÇIVAN TARİXİ 
MƏSƏLƏLƏRİ 
 
Naxçıvan  Dövlət Universiteti Elmi 
Şurasının 29 dekabr 2014-cü il tarixli 
iclasının    qərarı  (protokol  №  4): 
Cabbarlı  Ələkbər Həsən  oğlunun 
yazdığı  "Heydər  Əliyev  və  Naxçıvan 
tarixi m
əsələləri" adlı monoqrafiyanın 
n
əşri məqsədəuyğun hesab edilsin.
 
 
 
 
 
Naxçıvan – 2015 
 


Elmi m
əsləhətçi: 
 
İsmayıl Hacıyev 
 
 
 
             AMEA-
nın həqiqi üzvü, 
            
Əməkdar elm xadimi 
 
Elmi redaktoru: 
 
Elman C
əfərli 
 
 
 
         
Tarix üzr
ə fəlsəfə doktoru, dosent 
 
R
əyçilər: 
 
 
Hacıfəxrəddin Səfərli  
 
 
 
 
AMEA-
nın müxbir üzvü 
 
                                                    Z
əhmət Şahverdiyev 
                                                    AMEA-
nın müxbir üzvü 
 
                                                
İlqar Kəngərli 
                                                
Tarix üzr
ə fəlsəfə doktoru, dosent
 
 
 
 
 
 
Emin Şıxəliyev 
 
 
 
 
Tarix üzr
ə fəlsəfə doktoru, dosent 
 
     
Kitabda Az
ərbaycan  xalqının  ümummmilli  lideri  Heydər  Əliyev 
v
ə  Naxçıvan tarixi  məsələləri  araşdırılmışdır.  1969-2003-cü illərdə 
Naxçıvanla  bağlı  qəbul edilən tarixi qərarlar, həyata keçirilən 
t
ədbirlər, habelə ölkəmizin daxili və xarici siyasətinin mövzuya dair 
aspektl
əri hərtərəfli  şəkildə  öyrənilmişdir.  Ümummilli  liderimizin 
Az
ərbaycanın  ayrılmaz  tərkib hissəsi  olan  Naxçıvan  Muxtar 
Respublikası  ilə  bağlı  gördüyü  işlər,  Naxçıvanın  muxtariyyət 
statusunun qorunması, bölgənin erməni təcavüzündən xilası, muxtar 
respublikada elmin, t
əhsilin, mədəniyyətin inkişafı, ordu quruculuğu 
sah
əsində  həyata keçirdiyi siyasət kitabda əhatəli  şəkildə 
işıqlandırılmışdır.  
 
Əsər  elmi ictimaiyyət və  geniş  oxucu  kütləsi üçün nəzərdə 
tutulmuşdur.  
 
Ələkbər  Cabbarlı,  Heydər  Əliyev  və  Naxçıvan  tarixi məsələləri. 
Naxçıvan-2015, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 232 səh. 
 
4700000000 
  053-2015 
© 
“Əcəmi” 2015. 
 
 


                                 
GİRİŞ 
 
XX 
əsr Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi 
v
ə  mədəni inkişafı  tarixində  mühüm bir mərhələ  təşkil 
edir. Bu m
ərhələ, eyni zamanda, milli dövlətçilik  ənənə-
l
ərinin bərpası və inkişafı baxımından da diqqəti cəlb edir. 
M
əhz bu əsrdə  Azərbaycan  xalqı  iki  dəfə  –  1918-ci və 
1991-ci ill
ərdə  öz dövlət müstəqilliyinə  qovuşmuşdur. 
1918-
ci  il  mayın  28-də  elan  olunmuş  Azərbaycan Xalq 
Cümhuriyy
əti  yaranmış  gərgin beynəlxalq münasibətlər, 
ölk
əmizin yerləşdiyi  coğrafi  ərazidə  dünyanın  aparıcı 
dövl
ətlərinin geostrateji maraqlarının toqquşması şəraitin-
d
ə  cəmi 23 ay fəaliyyət göstərərək  bir  sıra  daxili  və 
xüsus
ən xarici amillərin təsiri ilə  süqut etdi. Bu dəfə 
əslində sovet Rusiyası tərəfindən işğal olunan Azərbaycan 
1922-
ci  ilin  dekabr  ayından  rəsmən tərkibində  olduğu 
SSRİ-nin tənəzzülü və  süqutu ilə  1991-ci ildə  dövlət 
müst
əqilliyini bərpa etdi. 
Az
ərbaycan  Respublikasının  Ali  Soveti  1991-ci il 
avqustun 30-da “Az
ərbaycan Respublikasının  dövlət 
müst
əqilliyinin bərpası haqqında” Bəyannamə qəbul etdi. 
H
əmin il oktyabrın 18-də Ali  Sovetin sessiyasında qəbul 
edil
ən “Azərbaycan Respublikasının  dövlət müstəqilli-
yinin b
ərpası haqqında” Konstitusiya Aktı həmin Bəyan-
nam
ənin  hüquqi cəhətdən möhkəmləndirilməsi, daha 
doğrusu,  müstəqilliyin  hüquqi  bazasının  yaradılması 
istiqam
ətində  mühüm konstitusion-hüquqi sənəd idi. 
Konstitusiya  Aktının  2-ci maddəsi ilə  Azərbaycan Res-
publikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan 
Xalq Cümhuriyy
ətinin varisi elan olundu. Noyabrın 15-də 
“Az
ərbaycan  Respublikasının  dövlət müstəqilliyi üzrə 
Az
ərbaycan  Respublikası  referendumunun  keçirilməsi 
 


haqqında” Ali Sovetin qərarı ilə 1991-ci il dekabrın 29-da 
müvafiq referendum keçirildi v
ə  Azərbaycan  xalqı 
yekdillikl
ə müstəqilliyin bərpasına səs verdi.  
Bel
əliklə, ölkəmiz XX əsrdə  ikinci dəfə  öz 
müst
əqilliyini əldə etdi. Lakin müstəqilliyin ilk iki ilində, 
1991-1993-cü ill
ərdə ölkə daxilində cərəyan edən ictimai-
siyasi hadis
ələr müstəqilliyin perspektivdə böyük təhlükə-
l
ərlə  üzləşəcəyindən xəbər verirdi. Bir tərəfdən, xüsusilə 
müst
əqillik ərəfəsində ermənilərin keçmiş Sovetlər birliyi 
r
əhbərliyinin fəal dəstəyi ilə  Azərbaycana  qarşı  əsassız 
ərazi iddiaları ilə çıxış etməsi, azərbaycanlılara qarşı həm 
Q
ərbi Azərbaycan  ərazisində, həm də  Dağlıq  Qarabağda 
deportasiya v
ə qırğın siyasəti yürütməsi, digər tərəfdən isə 
SSRİ-nin süqutundan dərhal  sonra  keçmiş  Sovetlər 
birliyinin yeni formada b
ərpası cəhdləri vəziyyəti daha da 
k
əskinləşdirirdi. 
Lakin 
əsrin  əvvəllərindən fərqli olaraq, bu dəfə 
Az
ərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlaya və 
möhk
əmləndirə  bildi.  Şübhəsiz  ki,  bu  uğur  ilk  növbədə 
bütün dünya t
ərəfindən  böyük  siyasi  xadim  kimi  tanınan 
v
ə  qəbul olunan, eləcə  də  XX  əsrin son qərinəsində 
Az
ərbaycanın  siyasi  və  dövlətçilik mühitində  silinməz 
izl
ər qoyan Heydər Əliyevin ölkədə rəhbərliyə gəlməsi ilə 
bağlı  oldu.  1993-cü ildə  Azərbaycan dövlətçiliyi məhv 
olmaq, c
əmiyyət isə vətəndaş müharibəsi təhlükəsi ilə üz-
üz
ə qaldıqda məhz bu böyük dövlət idarəçiliyi təcrübəsinə 
sahib olan görk
əmli siyasi xadimin ölkədə  hakimiyyətə 
qayıdışı bütün ictimai-siyasi proseslərin axarının müstəqil-
liyimiz üçün arzu olunan istiqam
ətdə  inkişaf  etməsində 
h
əlledici amil oldu.   
H
ələ  1969-cu il iyulun 14-də  Heydər  Əliyevin 
Az
ərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin 
 


(Az
ərbaycan  KP MK) birinci katibi vəzifəsinə  seçilməsi 
il
ə  keçmiş  SSRİ-nin tərkibində  geridə  qalmış  aqrar 
respublika  kimi  tanınan  Azərbaycanda sosial-iqtisadi, 
ictimai-m
ədəni həyatda fundamental keyfiyyət dəyişiklik-
l
əri  baş  vermişdi.  İstər 1982-ci ilədək  –  Azərbaycanda 
özünün ilk r
əhbərliyi dövründə, istərsə  də  1982-1987-ci 
ill
ərdə SSRİ rəhbərliyində Nazirlər Soveti sədrinin birinci 
müavini v
ə Sovet İttifaqı Kommunist Partiyası (Sov.İKP) 
Siyasi Bürosunun üzvü kimi mühüm hökum
ət və  siyasi 
(dövl
ət) vəzifələri tutduğu illərdə Azərbaycanın hərtərəfli 
inkişafı  məsələləri daim Heydər  Əliyevin  diqqət mərkə-
zind
ə  olmuş,  o,  bütün  imkanlarından  istifadə  edərək  öz 
doğma Vətəninin tərəqqisi naminə səylə çalışmışdı.  
Az
ərbaycanın  ictimai-siyasi, sosial-iqtisadi yüksə-
lişi ilə yanaşı, respublikada elm və təhsilin, mədəniyyətin 
v
ə  incəsənətin  inkişafı  məsələləri də  Heydər  Əliyevin 
daim  qayğı  ilə  yanaşdığı  sahələr  olmuşdur.  Onun  dövlət 
r
əhbəri kimi fəaliyyətinin bütün dövrlərində  Azərbaycan 
xalqının tarixinin, mədəniyyətinin öyrənilməsini, tədqiqini 
h
əmişə  diqqətdə  saxlamış,  bu  sahədə  müvafiq tədbirləri 
h
əyata keçirməklə, alim və  tədqiqatçılar  üçün  lazımi 
şəraitin  yaradılmasını  təmin  etmişdi.  Heydər  Əliyevin 
özün
əməxsus  siyasi  portreti  yalnız  onun  dövlətçilik və 
siyasi f
əaliyyəti ilə bağlı olmaqla qalmayıb, eyni zamanda, 
bu böyük siyasi xadimi Az
ərbaycan tarixinin kamil 
bilicisi, 
ədəbiyyatın və mədəniyyətimizin böyük qayğıkeşi 
kimi s
əciyyələndirməyə  imkan verən  saysız  faktlarla 
z
əngindir. Təsadüfi deyildir ki, Azərbaycan Respublika-
sının Prezidenti İlham Əliyev 21 yanvar 2013-cü il tarixdə 
“Az
ərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin 
90  illik  yubileyi  haqqında”  Sərəncam  vermişdir.  Sərən-
camda deyilirdi: “Az
ərbaycanda müasir demokratik, hüqu-
 


qi v
ə  dünyəvi dövlət  quruculuğu,  vətəndaş  cəmiyyətinin 
t
əşəkkülü, milli-mənəvi dəyərlərə  qayıdış  və  elmin, 
t
əhsilin, mədəniyyətin  inkişafı  əbədi surətdə  Heydər 
Əliyevin adı ilə bağlıdır” [12, 2013, 22 yanvar].  
Heyd
ər  Əliyevin  zəngin həyatı  və  fəaliyyətində 
Naxçıvanın özünəməxsus yeri və rolu vardır. Bu, xalqımı-
zın  ümummilli  liderinin  yalnız  1923-cü ildə  Naxçıvanda 
dünyaya g
əlməsi və uşaqlığını burada keçirməsi ilə bağlı 
olmayıb, onun həyatının, siyasi və dövlətçilik fəaliyyətinin 
sonrakı  mərhələlərində də Azərbaycanın bu  qədim diyarı 
il
ə bağlılığı sübut edən faktlarda, o cümlədən 1990-1993-
cü ill
ərdə  Naxçıvanda  yaşayıb  fəaliyyət göstərməsi, 
muxtar respublikaya r
əhbərlik etməsi, ölkəyə rəhbərliyinin 
h
ər  iki dövründə  buraya  olan  çoxsaylı  səfərləri daimi 
diqq
əti ilə bağlıdır. Bu baxımdan Azərbaycan Respublika-
sının Prezidenti İlham Əliyevin 2014-cü ilin aprel ayında 
Naxçıvan  Muxtar  Respublikasının  90  illik  yubileyi  ilə 
bağlı  təntənəli mərasimdəki nitqində  dediyi sözlər 
ümummilli lider Heyd
ər Əliyevin Naxçıvanla bağlı fəaliy-
y
ətinə  verilən  ən yüksək qiymətdir:  “Naxçıvanın  inkişafı 
ulu önd
ər Hedər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə 
ona gör
ə  ki,  Naxçıvan  Azərbaycan  xalqına  ulu  öndər 
Heyd
ər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə 
Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin 
əvvəllərində  respublikanın  sosial-iqtisadi  inkişafı  üçün 
çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir 
yerind
ə olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü 
müşahidə  edilirdi. Ulu öndərin rəhbərliyi ilə  Azərbaycan 
1980-ci ill
ərin  əvvəllərində  sovet məkanında  ən  qabaqcıl 
yerl
ərdə  idi, o cümlədən  Naxçıvanda  da  böyük  sosial 
quruculuq  işləri  aparılırdı.  Naxçıvanın  sənaye  potensialı 
formalaşırdı.  Bir  sözlə,  muxtar  respublika  öz  inkişaf 
 


dövrünü yaşayırdı” [177, s. 70].  
Heyd
ər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri 
işlədiyi dövrdə  çox mühüm tarixi qərarlar qəbul edildi. 
Naxçıvanda  ictimai-siyasi  şəraiti daha da stabilləşdirmək 
v
ə sağlamlaşdırmaq üçün böyük tədbirlər həyata keçirildi. 
Getdikc
ə  güclənən erməni təcavüzünün və  düşmənin 
yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması 
üçün düşünülmüş və çevik siyasət yürüdüldü.  
Heyd
ər Əliyevin qonşu Türkiyə Cümhuriyyətinə və 
İran  İslam  Respublikasına  ardıcıl  səfərləri, bu səfərlər 
zamanı imzalanan müqavilələr Naxçıvanın və onun əhali-
sinin sosial-iqtisadi v
əziyyətinin yüngülləşdirilməsində 
müst
əsna  rol  oynadı.  Naxçıvan  Muxtar  Respublikası  Ali 
M
əclisinin Sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevin 
Naxçıvanda  yaşayıb  fəaliyyət göstərdiyi 1990-1993-cü 
ill
əri  əsl tarixçi qələmi ilə  qiymətləndirərək  demişdir: 
“1990-
cı ilin iyul ayında ümummilli lider Heydər Əliyevin 
Naxçıvana  gəlməsi, burada siyasi fəaliyyət göstərməsi 
muxtar  respublikanın  ərazisini erməni  işğalından,  muxta-
riyy
ətini isə  ləğv  olunmaq  təhlükəsindən  xilas  etmişdir. 
H
əmin illərdə  ümummilli liderimizin muxtar respublika 
parlamentind
ə  xüsusi bəyanatla  çıxış  etməsi, Türkiyə 
Respublikasına səfəri zamanı Moskva və Qars müqavilə-
l
ərini yenidən gündəliyə  gətirərək, dünya ictimaiyyətinin 
diqq
ətini Ermənistanın təcavüzkarlıq siyasətinə yönəltmə-
si Naxçıvanın  muxtariyyət statusuna ikinci ömür vermiş-
dir” [177, s. 6].  
Heyd
ər Əliyev Naxçıvan Muxtar Respublikası Ali 
M
əclisinin Sədri  olduğu dövrdə, eləcə  də  Azərbaycanda 
hakimiyy
ətdə olduğu illərdə Naxçıvanın inkişafına, bölgə-
nin tarixinin h
ərtərəfli araşdırılmasına xüsusi diqqət yetir-
mişdir. O, tarixən daim Azərbaycan ərazisi olan Naxçıva-
 


nın çoxminillik tarixini daim yüksək qiymətləndirərək, bu 
bölg
ənin qədim, orta əsrlər, yeni və  müasir tarixinin 
öyr
ənilməsini Naxçıvan tarixinin tədqiqatçıları qarşısında 
mühüm v
əzifə  kimi  qarşıya  qoymuşdu:  “Naxçıvanın 
q
ədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq 
s
əhifələrindəndir.  Əgər Azərbaycanın  tarixi  haqqında, 
ümumiyy
ətlə,  bir  çox  işlər görülübsə,  Naxçıvan  tarixi 
haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar 
kimi öyr
ənilməsi – həm təbiətinin, həm adət-ənənələrinin, 
etnoqrafiyasının öyrənilməsi barədə çox az işlər görülüb-
dür” 
[51, 2002, № 12, s. 58].  
XX 
əsrin 90-cı  illəri və  XXI  əsrin ilk illərində 
Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, muxtariyyət 
statusunun möhk
əmləndirilməsi, dövlətçilik istiqamətində 
yeni tarixi q
ərarların  qəbul edilməsi, burada elmin və 
t
əhsilin inkişafı, bölgənin tarixinin, arxeoloji abidələrinin 
öyr
ənilməsi,  əsaslı  tədqiqatların  aparılması  məhz Heydər 
Əliyevlə, onun müəyyənləşdirdiyi siyasi xətlə bağlıdır.    
 
Bel
əliklə, Heydər Əliyevin Azərbaycanda və onun 
ayrılmaz  tərkib hissəsi  olan  Naxçıvan  Muxtar  Respubli-
kasında hər bir sahə ilə bağlı həyata keçirdiyi islahat xa-
rakterli t
ədbirlər, yürütdüyü siyasət həm uğurla nəticələn-
miş, həm də bu siyasətin özü daim tədqiqatçıların diqqət 
m
ərkəzində  olmuş,  Heydər  Əliyevin  çoxşaxəli siyasi və 
dövl
ətçilik fəaliyyətinin müxtəlif istiqamətləri ilə  bağlı 
sanballı tədqiqat işləri aparılmışdır.  
Lakin indiy
ədək Heydər Əliyev və Naxçıvan tarixi 
m
əsələləri  bağlı  sistemli  tədqiqatlar  aparılmamış,  bu 
mövzu  kompleks  şəkildə  araşdırılmamış,  bu  sahədə  elmi 
şərhini gözləyən bir sıra məsələlərə kifayət qədər aydınlıq 
g
ətirilməmişdir. 
Heyd
ər  Əliyevin  Naxçıvan  tarixində, onun ətraflı 
 


t
ədqiqi və  öyrənilməsində  oynadığı  rol,  göstərdiyi  geniş 
f
əaliyyətlə  bağlı  tarixi məqamların  sistemli  şəkildə  təhlil 
edilm
əsi, onun çoxillik siyasi fəaliyyətinin  Naxçıvan 
dövrünün  ayrıca  tədqiqat obyektinə  çevrilməsi və  bu 
dövrün Az
ərbaycanın müstəqil dövlətçilik tarixində xüsusi 
əhəmiyyət kəsb etməsi tədqiqat üçün müraciət etdiyimiz 
mövzunun aktual
lığını şərtləndirən əsas amillərdir.  
Bu kimi tarixi m
əqamların  tədqiqi Azərbaycanın 
müasir tarixinin mühüm bir dövrünün öyr
ənilməsi 
dem
əkdir və ölkə tarixinin, xüsusilə onun müstəqillik döv-
rünün tarixi-siyasi v
ə  elmi problemlərinin araşdırılmasın-
da böyük aktual
lıq kəsb edir. “Heydər Əliyev və Naxçıvan 
tarixi m
əsələləri” mövzusunun tədqiqat obyekti kimi 

əyyənləşdirilməsi və bu istiqamətdə hərtərəfli tədqiqa-
tın aparılması da məhz bu ehtiyacdan irəli gəlmişdir. 
Monoqrafiyada  1969-1982-ci,  1990-1993-cü v
ə 
1993-2003-cü ill
ərdə  Naxçıvanda  baş  verən hadisələr, 
prosesl
ər,  muxtar  respublikanın  inkişafı  məsələləri, mux-
tariyy
ət statusunun möhkəmləndirilməsi, bölgənin tarixi-
nin öyr
ənilməsi, ordu quruculuğu,  bölgənin erməni təca-
vüzünd
ən  müdafiəsinin təşkil  olunması  və  xilası,  iqtisa-
diyyatın,  elmin  və  təhsilin  inkişafı  məsələləri  sistemli 
şəkildə  tərəfimizdən  tədqiq  olunmuşdur.  Ulu  öndər 
Heyd
ər Əliyevin Azərbaycanda siyasi hakimiyyətdə oldu-
ğu bu illəri Azərbaycan tarixinin  mühüm bir dövrü kimi 
d
əyərləndirmək  lazımdır.  Bu  illər həm də  Naxçıvanın 
inkişafı
, t
ərəqqisi üçün mühüm bir mərhələdir.  
 
1969-cu ild
ə Heydər Əliyev hakimiyyətə gəldikdən 
sonra  m
əhz onun həyata keçirdiyi tədbirlər Naxçıvanın 
ictimai-siyasi, sosial-iqtisadi, m
ədəni həyatına  öz  müsbət 
t
əsirini göstərmişdir. Həmin dövrdə Naxçıvanda dövlətçi-
lik istiqam
ətində mühüm addımlar atılmış, muxtar respub-
 


likada sosial-iqtisadi sah
ə ilə yanaşı, elm, təhsil və mədə-
niyy
ət də inkişaf mərhələsinə qədəm qoymuşdur. 
 
1990-
cı  ildə  Heydər  Əliyevin  Naxçıvana  gəlişi  ilə 
bölg
ə  erməni təcavüzündən xilas oldu. Milli dövlətçilik 
ənənələrinin bərpası  və  yaradılması  istiqamətində  tarixi 
q
ərarlar qəbul  edildi,  Naxçıvanın  müdafiəsinin hərbi-
siyasi v
ə  diplomatik yollarla təşkili sayəsində  muxtar 
respublika  erm
əni təcavüzündən qorundu, sosial-iqtisadi 
sah
ədə mühüm tədbirlər həyata keçirildi.    
 
Heyd
ər  Əliyevin  Azərbaycan  Respublikasının 
Prezidenti olduğu 1993-2003-cü illər ölkəmiz, o cümlədən 
Naxçıvan  üçün  daha  əlamətdar və  yaddaqalan oldu. 
Müst
əqillik tarixinin taleyüklü həmin mərhələsində Azər-
bay
canın dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün 
ciddi addımlar atıldı, ölkədə ictimai-siyasi sabitlik, sosial-
iqtisadi dirç
əliş təmin edildi, nizami milli ordu  yaradıldı. 
A
parılan  uğurlu  xarici  siyasət sayəsində  ölkə  beynəlxalq 
al
əmdə  öz mövqeyi ilə  tanınan və  qəbul edilən dövlətə 
çevrildi, elm, t
əhsil, mədəniyyət inkişaf  etdi.  Müstəqil 
Az
ərbaycanın  1995-ci  il  Konstitusiyasında  Naxçıvanın 
muxtar dövl
ətçiliyinin  əsas konstitusion prinsipləri ali 
hüquqi s
əviyyədə  təsbit  edildi.  Naxçıvana  dövlət  qayğısı 
daha  da  artdı,  onun  muxtariyyət statusunu möhkəmlən-
dirm
ək istiqamətində  bir  sıra  addımlar  atıldı,  muxtar 
respublikanın  yaradılmasının  yubiley  ildönümləri dövlət 
s
əviyyəsində geniş qeyd edildi. Habelə Naxçıvan tarixinin 
h
ərtərəfli  araşdırılıb  tədqiq edilməsi, yenidən  yazılması 
m
əsələləri mühüm bir vəzifə kimi qarşıya qoyuldu.    
 
Bu  baxımdan  əsərdə  ulu öndər Heydər  Əliyevin 
Az
ərbaycana rəhbərlik etdiyi 1969-1982-ci, 1993-2003-cü 
ill
ərdə, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi
Ali M
əclisin Sədri vəzifəsində  işlədiyi 1990-1993-cü 
 
10 

ill
ərdə milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətin-
d
ə  qəbul etdiyi qərarların,  ərazi bütövlüyü  uğrunda 
apardığı  mübarizənin,  Naxçıvanın  konstitusion-hüquqi, 
h
ərbi-siyasi və diplomatik səviyyədə etibarlı müdafiəsinin 
t
əşkili,  bölgənin muxtariyyət statusunun möhkəmləndiril-
m
əsi, tarixinin öyrənilməsi və  tədqiqi məsələləri, elm, 
t
əhsil, mədəniyyət,  ordu  quruculuğu  sahəsində  həyata 
keçirdiyi islahatlar
ın kompleks şəkildə öyrənilməsi xüsusi 
diqq
ətdə saxlanılmışdır. 
 
Ulu önd
ər  Heydər  Əliyev  Azərbaycanın  müasir 
tarixinin bir q
ərinəni  əhatə  edən çox mühüm bir 
m
ərhələsində  respublika rəhbəri, dövlət  başçısı  kimi 
f
əaliyyət göstərmiş,  ölkənin  ən müxtəlif problemlərinin 
h
əllində  başlıca  rol  oynamış  tanınmış  siyasi  və  dövlət 
xadimidir. Müst
əqillik dövrü tariximizin ilkin mərhələləri, 
Az
ərbaycan xalqının və dövlətçiliyinin xilaskarı, müstəqil 
Az
ərbaycan Respublikasının  qurucusu  kimi  onun  adı  ilə 
ayrılmaz  şəkildə  bağlıdır.  Ona  görə  də  Heydər  Əliyevin 
h
əyatı  və  fəaliyyəti tədqiqatçıların,  xüsusən tarixçi 
aliml
ərin, politoloqların  daim  diqqətini cəlb etmiş,  onun 
geniş  ictimai-siyasi fəaliyyətinin  ayrı-ayrı  dövrlərinə  və 
m
əsələlərinə dair bir çox tədqiqatlar aparılmış, bu sahədə 
yüzl
ərlə  kitablar və  elmi məqalələr nəşr  edilmiş  və 
g
ələcəkdə də bu istiqamətdə xeyli tədqiqatların aparılacağı 
şübhəsizdir.  
 
Ümummilli lider Heyd
ər Əliyevin həyat və fəaliy-
y
ətinin hərətərəfli öyrənilməsi, onun öz ölkəsinin hərtə-
r
əfli  inkişafı  naminə  yürütdüyü siyasətin, qəbul etdiyi 
tarixi q
ərarların, həyata keçirdiyi tədbirlərin, onun zəngin 
n
əzəri-siyasi  irsinin  geniş  şəkildə  tədqiq olunması,  elmi 
t
əhlilə  cəlb edilməsi və  hazırda  da  bu istiqamətdə  tədqi-
qatçıların apardığı çoxsaylı araşdırmalar Heydər Əliyevin 
 
11 

bir siyas
ətçi və  dövlət xadimi kimi fəaliyyətinin müstəs-
nalığına, əhəmiyyətinə dəlalət edir.   
 
Bu baxımdan akademik R.Mehdiyevin tədqiqatları 
[151-154]  özü
nün  geniş  tarixi-siyasi və  fəlsəfi-politoloji 
aspektl
əri, habelə faktoloji bazasının zənginliyi ilə diqqəti 
c
əlb edir. B.Budaqov [42], Y.Mahmudov [143, 145, 147], 
X.Kazımlı  [116-118], F.Abdullazadə  [3], S.Xəlilov  [110, 
111], Q.Bayramov  [39], N.Xudiyev [112, 113], 
İ.Hüsey-
nova  [106-108]
,  M.Qasımlı  [123], V.Andriyanov [9; 
H.Mir
ələmovla birlikdə], H.Mirələmov [160, 161], Ə.Qa-
sımov [124-127], E.Axundova [6, 7], R.Mirzəzadə [162], 
M.Zabelin  [243], N. Zenkoviç [234]
 
v
ə  b. tədqiqatçılar 
Heyd
ər Əliyevin həyat və fəaliyyətinin müxtəlif yönlərini 
əhatə  edən ciddi tədqiqatlar aparmış,  monoqrafiyalar, 
kitablar v
ə  elmi məqalələr nəşr  etdirmişlər. Bu əsərlərdə 
Heyd
ər  Əliyevin  Azərbaycan tarixində  oynadığı  mühüm 
rol, dövl
ət müstəqilliyinin təmin edilməsi və möhkəmlən-
dirilm
əsindəki gərgin və həlledici fəaliyyəti, habelə şəxsi 
h
əyatının,  siyasi  və  dövlətçilik fəaliyyətinin müxtəlif 
m
əsələləri  ətraflı  işıqlandırılmış,  özünəməxsus xidmətləri 
t
əhlil edilmişdir. 
 
Heyd
ər  Əliyevin  həyat və  fəaliyyəti naxçıvanlı 
t
ədqiqatçıların da daim diqqət mərkəzində olmuş, alimləri-
miz bu istiqam
ətdə  müntəzəm  olaraq  geniş  tədqiqatlar 
apar
mışlar. Bu baxımdan İ.Hacıyev [74, 77-83],  İ.Həbib-
b
əyli [98-100], M.Rzayev [214], F.Səfərli [217], E.Cəfərli 
[45-47]
,  M.Şabanov  [222, 223]
 
v
ə  b. dahi öndərin nurlu 
h
əyat yolunu, dövlətçilik tariximizdəki fəaliyyətini  işıq-
lan
dıran qiymətli əsərlər yazıb nəşr etdirmişlər.  
 
Görk
əmli siyasi və dövlət xadimi Heydər Əliyevin 
h
əyatına, çoxcəhətli siyasi və dövlətçilik fəaliyyətinə dair 
onlarla elmi konfranslar h
əsr olunmuş və həmin konfrans-
 
12 

ların materialları toplu halında nəşr edilmişdir [86, 93-96].  
 Heyd
ər  Əliyevin  nəzəri-praktiki dövlətçilik və 
siyasi irsi daim t
ədqiqatçıların  diqqət mərkəzində  olmuş, 
n
əticədə  bu barədə  zəngin faktoloji material meydana 
çıxmışdır. Lakin bununla belə, indiyədək bizim monoqra-
fiyamızda  araşdırılan  “Heydər  Əliyev  və  Naxçıvan tarixi 
m
əsələləri”  ayrıca  tədqiqat  mövzusu  olmamış,  indiyədək 
aparılan  çoxsaylı  tədqiqatlarda  bu  mövzu  geniş  araşdırıl-
mamışdır.  Bir  sıra  tədqiqatlarda və  elmi məqalələrdə  isə 
mövzunun b
əzi ayrı-ayrı konkret cəhətləri təhlil edilsə də, 
o,  bütövlükd
ə  kompleks  şəkildə, monoqrafiya  səviyyə-
sind
ə  tədqiqat  obyekti  olmamış  və  mövzunun tədqiqinə 
geniş  ehtiyac  yaranmışdır.  Həmin  mövzuya müraciət 
etm
əyimiz də məhz bu ehtiyacdan irəli gəlmişdir. 
 
Qeyd ed
ək ki, bizim tədqiqatımız  zamanı  istifadə 
etdiyimiz  m
ənbələr  sırasında  ulu öndər  Heydər  Əliyevin 
n
əzəri-siyasi irsini – məruzə, çıxış, nitq, bəyanat, fərman 
v
ə  sərəncamlarını  özündə  əks etdirən mənbələr xüsusi 
əhəmiyyətə  malikdir. Heydər  Əliyevin  Azərbaycanda 
siyasi hakimiyy
ətdə  olduğu  hər iki dövrdə  etdiyi 
m
əruzələr, söylədiyi nitqlər mövzunu öyrənmək baxımın-
dan 
əvəzsiz mənbələrdir. Bunlar 1997-2000-ci illərdə 
çapdan  çıxmış  7 cilddən ibarət “Müstəqillik  yollarında” 
kitabında  [57]  və  1997-ci ildən  başlayaraq  nəşri  davam 
ed
ən “Müstəqilliyimiz əbədidir” [58] adı ilə çap edilən 42 
cildlik seriyada öz 
əksini tapmışdır. 
Az
ərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin 
Siyasi S
ənədlər Arxivinin birinci fondunda [23-31] 
Heyd
ər  Əliyevin  Azərbaycan KP MK-nın  birinci  katibi 
işləyərkən Naxçıvan MSSR ilə bağlı həyata keçirdiyi təd-
birl
ər və  bölgə  ilə  bağlı  fikirləri öz əksini  tapmışdır. 
Az
ərbaycan Respublikası Milli Məclisinin arxiv material-
 
13 

ları [20, 21], xüsusən Heydər Əliyevin müstəqillik ərəfəsi 
v
ə  müstəqilliyin ilk illərindəki siyasi və  dövlətçilik 
f
əaliyyətini işıqlandırmaq üçün etibarlı mənbədir. Heydər 
Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyətini öyrən-
m
ək üçün Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
Arxivi  [181], habel
ə  Naxçıvan  MR  Dövlət Arxivi  [182-
189]  xüsusi 
əhəmiyyət kəsb edir. Həmin arxivlərdəki 
z
əngin faktoloji material tədqiqatımızın  dolğunluğunu 
t
əmin etmişdir. 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 
hazırlayıb dərc etdirdiyi “Qayıdış” sənədlər toplusu [128, 
129]  t
ədqiqatımız üçün xüsusi mənbə rolunu oynayır. Bu 
topluda Heyd
ər  Əliyevin  Naxçıvan  dövrü  siyasi  fəaliy-
y
ətini əks etdirən çox qiymətli materiallar toplanmışdır. 
“Az
ərbaycan Respublikasının  Prezidenti  Heydər 
Əliyevin Yeni 2001-ci il, yeni əsr və  üçüncü minillik 
münasib
ətilə  Azərbaycan  xalqına  müraciəti”  [14]  həm 
böyük siyasi liderin tariximiz
ə  verdiyi  konseptual  şərh 
kimi qiym
ətlidir, həm də  Heydər  Əliyevin bütövlükdə 
Az
ərbaycan tarixi məsələləri ilə  bağlı  mövqeyinin 
kompleks şəkildə ifadə olunduğu mühüm tarixi sənəddir. 
Sonda qeyd ed
ək ki, müəllif monoqrafiya ilə  eyni 
mövzuda  2013-cü ild
ə tarix üzrə fəlsəfə doktoru elmi adı 
almaq üçün dissertasiya müdafi
ə etmişdir. Kitabın ərsəyə 
g
əlməsi üçün həmin dissertasiya baza rolunu oynasa da, 
öt
ən müddətdə  mövzunun tədqiqi istiqamətində  davam 
etdiril
ən araşdırmalar və əldə olunan yeni elmi nəticələr də 
kitaba 
əlavə edilmişdir.  

Yüklə 20,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin