MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
  1   2   3   4   5   6   7   8   9   ...   35


 
                      
AZƏRBAYCAN RESPUBLİKASI
 
                   MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 
 
               
F.KÖÇƏRLİ adına RESPUBLİKA UŞAQ   
                                           KİTABXANASI 
 
            
           
2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ 
 
 
 
 
 
                                                        
 
 
 
 
 
 
                                                           
B A K I – 2 0 16 
 


 
                                                    
 
                                            Tərtibçidən 
  
Respublika  UĢaq  Kitabxanasının  elmi-metodik  fəaliyyətini  kitabxanaĢünaslıq  fikrinin 
son nailiyyətləri zəminində təĢkil etmək məqsədilə 70-ci illərdə zəngin metodik nəĢrlər 
fondu  yaradıldı.  Bu  fondda  uĢaqlara  kitabxana  xidmətinin  bütün  nəzəri,  metodik  və 
təcrübi nailiyyətlərini    və qabaqcıl təcrübəni əks  etdirən  ədəbiyyat  toplanıldı. Fonddan 
yalnız  kitabxananın  öz  iĢçiləri  deyil,  həmçinin  respublikada  fəaliyyət  göstərən  bütün 
uĢaq kitabxanaları fəal istifadə edirdi. Hal-hazırda Ģöbənin tərtib etdiyi metodik məktub 
və  tövsiyyələrdən  bütün  respublikadan  fəaliyyət  göstərən  uĢaq  kitabxanaları,  uĢaq 
mütaliəsinə  rəhbərlik  edənlər  istifadə  edir.  F.Köçərli  adına  Respublika  UĢaq 
Kitabxanası  bir  çox  dünya  kitabxanaları  ilə  əlaqə  yaratmıĢ,  onların  iĢ  təcrübələrindən 
istifadə  etməklə  uĢaqlara  kitabxana  xidmətində    ən  müasir  metod  və  formalar  tətbiq 
olunmuĢdur.  Elmi metodika Ģöbəsi uzun illərdir metodiki vəsaitlərlə yanaĢı əlamətdar 
və tarixi günlər təqvimi hazırlayıb uĢaq kitabxanalarına göndərir. Bütün  bu illər ərzində 
təqvim özünün ―ənənə və yeniliklər‖ Ģüarına sadiq qalaraq daha da təkmilləĢmiĢ, həcmi 
geniĢlənmiĢ,  mövzu  üzrə  bölmələrin  sayı  artmıĢ,  geniĢ  məlumat  mənbəyi  kimi 
formalaĢmıĢdır.  Təqvim  mədəniyyət  iĢçiləri,  müəllimlər,  ziyalılar,  kütləvi  informasiya 
vasitələri  və  ən  çox  da  kitabxana  iĢçiləri  üçün  nəzərdə  tutulmuĢdur.  Təqvimin  əsas 
məqsədi  geniĢ  oxucu  kütləsi  və  mütəxəssislərə  respublikanın  ictimai-siyasi,  iqtisadi, 
mədəni, elmi həyatında baĢ verən ən mühüm hadisələri, kitabxana iĢi haqqında və baĢqa 
dəqiqləĢdirilmiĢ  məlumatları  çatdırmaqdır.  Təqvimə  milli  və  dünya  ədəbiyyatı, 
incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli nümayəndələri, eləcə də 
tarixi  hadisələr  haqqında  məlumatlar  daxil  edilmiĢdir.  Oxucuların,  kitabxanaçıların 
təqvimdən  istifadəsini  asanlaĢdırmaq  məqsədilə  hər  ayın  ilk  səhifəsində  mündəricat 
verilmiĢdir.  Ümid  edirik  ki,  yubilyarlar,  əlamətdar  və  tarixi  günlər  haqqında  verilmiĢ 
materiallar  kütləvi  tədbirlərin  keçirilməsində  kitabxanaçılara  yaxından  kömək 
edəcəkdir.  Təqvimdən  istifadə  edənlərdən  xahiĢ  edirik  ki,  təqvimlə  bağlı  rəy  və 
təkliflərinizi elmi metodika Ģöbəsinə göndərəsiniz.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Yanvar
 
Əlamətdar və tarixi günlər 
Yeni il. 01.01.2016-cı il 
Ümumdünya Bitlz günü (The Beatles). 16 yanvar 2001-ci ildən YUNESKO-nun qərarı 
ilə qeyd olunur.   
UĢaq Ġxtirası Günü- 17 yanvar .  
Milli Matəm günü. 20 Yanvar Faciəsi.(20.01.1990) 
Yubilyar yazıçı və şairlər 
ġair, ədəbiyyatĢünas Aslan Aslanovun anadan olmasının 90 illiyi 
(01.01.1926-23.07.1995) 
Yazıçı Zaman Qarayevin anadan olmasının 85 illiyi (05.01.1931-24.05.2004) 
ġair Sabir Məmmədzadənin anadan olmasının 85 illiyi (06.01.1931-1984) 
Yazıçı, publisist Sadıq Elcanlının anadan olmasının 60 illiyi (12.01.1956) 
Yazıçı Vaqif Musanın anadan olmasının 80 illiyi (15.01.1936-24.10.1996) 
ġairə Mədinə Gülgünün anadan olmasının 90 illiyi (17.01.1926-17.02.1991) 
Yazıçı, publisist ƏĢrəf Ġbrahimovun anadan olmasının 75 illiyi (19.01.1941-09.12.2000) 
Yazıçı Məmmədrza Afiyətin anadan omasının 90 illiyi (22.01.1926) 
Ġsmayıl bəy QutqaĢınlının anadan olmasının 210 illiyi (27.01.1806-14.08.1855) 
ƏdəbiyyatĢünas Araz DadaĢzadənin anadan olmasının 80 illiyi (30.01.1936- 1990) 
Xarici ədəbiyyat 
Amerika yazıçısı Cek Londonun anadan olmasının 140 illiyi (12.01.1876- 1916) 
Ġngilis uĢaq yazıçısı Maykl Bondun anadan olmasının 90 illiyi (13.01.1926) 
Rus yazıçısı Anatoliy Rıbakovun anadan olmasının 105 illiyi (14.01.1911–1998) 
Ġngilis uĢaq yazıçısı Hyu Loftinqin anadan olmasının 130 illiyi (14.01.1886-1947)  
Alman yazıçısı  Ernest Teodor Amadey Hofmanın 240 illiyi (24.01.1776-1822) 
Rus yazıçısı M.Saltıkov-ġedrinin anadan olmasının 190 illiyi (27.01.1826-1889) 
 İncəsənət 
Kinorejissor, xalq artisti Eldar Quliyevin anadan olmasının 75 illiyi (18.01. 1941) 
Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın 260 illiyi     (27.01.1756-1791) 
Folklor 
AĢıq Hüseyn ġəmkirlinin anadan olmasının 205 illiyi (30.01.1811-1891) 
Tariximiz, bu günümüz 
Tarixçi alim Sara AĢurbəylinin anadan olmasının 110 illiyi (27.01.1906-2001) 
Milli qəhrəmanlarımız 
Kərimov Elgiz Kərim oğlunun anadan olmasının  45 illiyi (05. 01. 1971-12.03. 1992) 
Ramazanov ġamil Ağasəf oğlunun anadan olmasının  40 illiyi (19.01. 1976-04.04.1995) 
Nəsirov Yalçın Canhəsən oğlunun anadan olmasının  40 illiyi (23.01.1976-04. 04. 1995) 
 
 
 
 
 


 
Yanvar 
 
Əlamətdar tarixi günlər, bayramlar 
 
1.Yeni il.            
 

Yeni ildə sizə uğurlar, xoşbəxtlik, cansağlığı arzulayıram. Mən arzulayıram ki, yeni 
ildə bizim bütün balalarımız yaxşı oxusunlar, təhsillərini davam etdirsinlər, savadlı 
olsunlar, müxtəlif biliklərə yiyələnsinlər. Çünki hər bir insanın gələcəyini, gələcək 
taleyini onun biliyi, savadı, təhsili təmin edir. Ona görə, əziz uşaqlar, sizin bugünkü 
vəzifəniz məhz yaxşı oxumaq, bilikli olmaqdır.Mən arzu edirəm ki, bizim bütün 
balalarımız Azərbaycana, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər, vətənpərvər 
böyüsünlər. Azərbaycan kimi ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Azərbaycanın 
təkrarolunmaz təbiəti, qədim və zəngin mədəniyyəti, istedadlı xalqı vardır.” 
                                                                      Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
 
                     
Yeni il Yer kürəsinin bütün guĢələrində 
dini  etiqadlarından  asılı  olmayaraq     
müxtəlif  xalqlar  tərəfindən  geniĢ  qeyd 
olunan  ən  məĢhur  bayramlardandır. 
Yeni ilin yanvarın 1-dən hesab olunması 
xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə 
görə,  xristian  dininin  yaradıcısı  Ġsa 
peyğəmbər  dekabrın  24-də  anadan 
olmuĢdur.  Ona  görə  də  xristianlar  bu 
günü  Ġsa  peyğəmbərin  doğulması 
Ģərəfinə  Milad  bayramı  kimi  qeyd 
edirlər. 
Bu 
bayram 
431-ci 
ildə 
qanuniləĢdirilmiĢdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır. 
Bu  təqvimə  əsasən  yeni  il  yanvarın  1-dən  baĢlanır.Yeni  il  Bayramı dünyanın 
müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların 
məiĢətinə  daxil  olub.  Bəzi  fərziyyələrə  görə  Yeni  ili  ilk  dəfə  qədim  çinlilər  qeyd 
ediblər. Bu bayramın yaranmasının azı 25  əsrlik tarixi var. Ġlin dəyiĢməsini bayram 
etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin 
sonunda ġumer,  Babilistan, Assuriya kimi  bu  günümüzə  qədər  gəlib  çatan  mədəni 
irsiylə  hələ  də  bizi  heyrətləndirən  mədəniyyət  mərkəzləri  burada  təĢəkkül  tapıb. 
Tarixçi  alimlərin  fikrincə,  məhz  həmin  dövrdə  burada  Yeni  ilin  gəliĢi  ilk  dəfə 
bayram  edilib.  Martın  axırında  Dəclə  və  Fərat  çaylarında  suyun  səviyyəsi  artanda 
əkin-biçin iĢləri baĢlayarmıĢ. Ġnsanlar yeni ilin gəliĢini də elə o zaman qeyd etmiĢlər. 
12 gün ərzində təntənəli mərasimlər davam edərmiĢ. Beləcə bu bayram həm yeni ilin 
gəliĢini,  həm  həyatın  ölüm  üzərində  qələbəsini,  həm  də Milad gününü  özündə 
birləĢdirmiĢ  oldu. Yeni  il  bayramını  al-əlvan,  bərli-bəzəkli  Ģam  ağacsız  təsəvvür 
etmək  qeyri-mümkündür.  Əlbəttə,  bu  Ģam  ağacı  təbii  küknar  ağacından  olsa  və 
yarpaqları  ətir  saçsa  daha  gözəl  olardı.  Amma  təbiəti  qorumaq  xatirinə  süni  Ģam 
ağacları ilə də keçinmək olar. 


 
Ümumdünya Bitlz günü (The Beatles). 
  
2001-ci  ildən  YUNESKO-nun  qərarı  ilə  hər  il  yanvarın  16-sı  Ümumdünya  Bitlz  günü 
kimi  qeyd  olunur.  Bu  tarix  təsadüfi  olaraq  seçilməmiĢdir.  1957-ci  il  yanvarın  16-da 
Liverpul Ģəhərində ―The Cavern‖ klubu açılıb. Məhz bu klubda  hələ o zaman heç kəsin 
tanımadığı  gənc  musiqiçilər  Con  Lennon,  Pol  Makkartni  və  Corc  Harrison  Ģöhrətə 
doğru ilk addımlarını atmıĢlar. Bir neçə ildən sonra Rinqo Starr da onlara qoĢulmuĢdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
17. Ümumdünya uşaq ixtirası günü.  
 
Hər il 17 yanvar tarixində dünyada UĢaq ixtiraları günü qeyd edilir. 
Maraqlıdır  ki,  bu  tarix  məĢhur  amerikalı  siyasətçi  Benjamin 
Franklinin doğum günü tarixi ilə eyni təyin edilmiĢdir. 1718-ci ildə 
12  yaĢlı  Benjamin  balıq  üzgəclərini  xatırladan  iki  qəribə  əĢya  ilə 
çimərlikdə  peyda  olur.  Ətrafdakıların  iztehzalı  gülüĢlərinə 
baxmayaraq  Benjamin  o  gün  hamıdan  daha  sürətli  üzürdü. 
Beləliklə  üzgüçülük  üçün  ilk  lazımi  predmet  yaranmıĢ  olur. 
Franklin  15  yaĢında  olarkən  isə  dünyaya  növbəti  bir  yenilik  – 
yellənən kürsünü bəxĢ etdi.  
1824-cü ildə isə fransız çəkməçinin 15 yaĢlı oğlu Lui Brayl 
görmə əngəlli insanlar üçün xüsusi Ģrift yaradır və bu Ģrift onun 
Ģərəfinə Brayl Ģrifti adlandırılır. Qeyd edək ki, Lui atasının 
emalatxanasında çəkməçi bıcağına iliĢərək yıxılmıĢ və 5 yaĢında 
görmə qabiliyyətini itirmiĢdi. Lakin Lui öz ixtirasının köməkliyi 
ilə oxumağı öyrənmiĢdi. Dünya hələ də bu ixtiradan istifadə edir. 
Brayl isə dünyasını dəyiĢdikdən sonra Paris panteonunda dəfn 
edilmiĢdi. 
 
Amerikalı Frenk Epperson isə qıĢda küçədə 
qalmıĢ 1 stəkan limonadın onu milyonçuya  
çevirəcəyini ağlına belə gətirməmiĢdi. Səhər 
limonad buza çevrilmiĢdi və beləliklə 11 yaĢlı 
Epperson ―meyvəli buzun‖ ixtiraçısı olur. O ilk 
vaxtlarda öz ixtirasını kütləvi istehsalata 
çevirməyi düĢünmürdü və onu yalnızca 18 ildən 
sonra, yəni 1923-cü ildə donmuĢ limonad 
istehsalı ilə məĢğul olan zavodu yaratdıqda 
xatırlayır. 1928-ci ildə isə patenti satmıĢ və 
mütəmadi olaraq yaxĢı gəlir əldə etmiĢdir. 
 
 
 
 
 
 
 
 
 


 
Ümumxalq hüzn günü
 
19-20. Qanlı Yanvar. Milli matəm günü  
“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu 
gün  qeyd  olunmalıdır.  Azadlıq,  müstəqillik  uğrunda  özlərini  qurban  verən 
şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, 
bugünkü  müstəqil,  qüdrətli,  Azərbaycan  xalqımızın  ən  böyük  sərvətidir. 
Şəhidlərimizin,  canlarını  qurban  vermiş  insanların  bu  işdə  böyük  xidməti  olubdur. 
Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”                 
İlham Əliyev
 
        Azərbaycan Respublikasının Prezidenti 
20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-
nə keçən gecə Sovet ordusununerməni quldur 
dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata 
keçirdiyi terror aktı. 
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, 
əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet 
ordusu Azərbaycana qarĢı 
hərbi əməlliyatlara baĢladı. 
Faciə zamanı 137 insan öldürüldü, 744 adam  
ağır xəsarət    aldı, 841 nəfər isə qanunsuz olaraq həbs 
edildi. 17 yanvar 1992-ci ildə Ali Sovetin Milli ġurası (1991-1992-ci illərdə qanunverici 
orqan  funksiyasını  yerinə  yetirən  orqan)  20  Yanvarın  "ġəhidlər  günü"  elan  olunması 
haqqında"  qanun  qəbul  etdi.  Qanuna  əsasən,  yanvarın  20-si  ölkə  ərazisində  qeyri-iĢ 
günü  elan  olundu.  1994-cü  ildə  Qanlı  Yanvar  hadisələrinə  tam    siyasi-hüquqi  qiymət 
verildi, faciənin  günahkarlarının adları açıq Ģəkildə bəyan edildi. Azərbaycanın azadlığı 
və  ərazi  bütövlüyü  uğrunda  mübarizə  tarixinə  qəhrəmanlıq  səhifəsi  kimi  daxil  olmuĢ, 
1990-cı  ilin  20  yanvarında  ölkəmizə  qarĢı  ərazi  iddiaları  irəli  sürən Ermənistanın 
təcavüzkar  hərəkətlərindən  və  keçmiĢ SSRĠ rəhbərliyinin  onlara  havadarlığından 
hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən 
geniĢ  xalq  kütlələrinə  qarĢı  sovet  ordusunun  döyüĢ  hissələrinin  yeridilməsi 
Azərbaycanda  misli  görünməmiĢ  faciəyə  gətirib  çıxardı.  Həmin  faciəli  günlərdə  öz 
ölkəsinin,  xalqının  azadlığını,  Ģərəf  və  ləyaqətini  hər  Ģeydən  uca  tutan  mərd  Vətən 
övladları canlarından keçərək Ģəhidlik zirvəsinə ucaldılar. 
 
Kitablar:
 
Allahverdiyev Ġ. ―ġəhidlər xiyabanı‖ (2005), Aslan M. ―Ağla, qərənfil, ağla‖ 
(2006), Aslan M. ―Məzarsız Ģəhidə ağı‖ (2006), Babanlı V. ‖ Haydı, igidlərim, haydı!‖ 
2002, Buzovnalı R. ―ġəhidlər‖ (2007), Dəmirçi Z. ―20 Yanvar‖ (2008), Dəmirçi Z. 
―Ġgidlərim qoldu, qıçdı‖ (2008), Eyyubova B. ―20 Yanvar‖ (2003), Ələkbərli M. 
―Ağlama Ģəhidlərə‖ (2002), Əyyub N. ―Qanlı Yanvar‖ (2004), Gülgün M. ―ġəhid 
balaları‖, Hacıyeva O. ―ġəhidliyə qovuĢaq‖ (2004), Hidayət. ‖Azərbaycan harayı‖         
(2002), Hüseyn Yusif. ―ġəhidlər‖ (2004), Kamal A. ―ġəhidlər xiyabanı‖ (2003), 
Kəsəmənli N. ―20 Yanvar ; Qar yağır ġəhidlər xiyabanına‖ (2002), Qabil. ‖Çalsın 
Azərbaycan haray zəngini‖ (2002), Vahabzadə B. ―ġəhidlər‖ (2002) və s.  
Filmoqrafiya: Azadlığa gedən yollar (1990), 20 yanvar (1990), Matəm (1990) və s. 
 


 
Yubilyar yazıçı və şairlər 
1. Şair, ədəbiyyatşünas Aslan Aslanovun anadan olmasının 90 illiyi  
 (01.01.1926-23.07.1995) 
 
Sözləri Aslan Aslanova, musiqisi Telman Hacıyevə aid olan “Lalələr” mahnısı ilk 
yarandığı vaxtdan bu günə kimi musiqisevərlərin dilindən düşmür. 
 
Aslanov  Aslan  Məmməd  oğlu  şair,  filosof,  1954-  cü  ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru 
(1974),  professor  (1976),  Azərbaycan  MEA  müxbir  üzvü 
(1980). 
 
 
 
1926  -  cı  il  yanvarın  1-də  Azərbaycanın  Ağstafa  Ģəhərində  anadan  olmuĢdur.  Ağstafa 
dəmiryol orta məktəbini bitirdikdən sonra orada müəllim saxlanmıĢdır. ADU- nun fizika 
–  riyaziyyat  fakultəsinin  qiyabi  Ģöbəsinə  daxil  olmuĢdur.  Fəlsəfə  üzrə  namizədlik 
dissertasiyası  müdafiə  etmiĢ  (1958),  dosent  vəzifəsində  iĢləmiĢdir.  ADU-nun  estetika  
və  etika  kafedrasına    rəhbərlik  etmiĢdir  (1961-1980).  M.  A.  Əliyev  adına  Azərbaycan 
Dövlət Ġncəsənət Ġnstitutunun rektoru (1977-1987) vəzifəsində iĢləmiĢdir.  Beynəlxalq 
elmi  konqreslərdə  Ġsveçrədə  (1968),  Almaniyada  (1970),  Rumıniyada  (1972)  və 
Moskvada  (1979)  məruzə  ilə  çıxıĢ  etmiĢdir.  Ġngiltərədə  və  Almaniya  Federativ 
Respublikasında  (1978-1979)  keçirilən  sovet  elmləri  günlərinin  iĢtirakçısı  olmuĢdur. 
―SSRI-nin Ali təhsil əlaçısı‖, ―ADR Ali təhsil əlaçısı‖ və digər medallarla, Azərbaycan 
SSR  Ali  Sovetinin  Rəyasət  Heyətinin  Fəxri  Fərmanı  ilə  təltif  edilmiĢdir.  Qızıl  fondda 
saxlanılan  "Lalələr"  mahnısının  bəstəkarı Telman  Hacıyevdir.  Sözləri  isə  Ģair Aslan 
Aslanova aiddir.  Mahnı  təxminən 1970-1975-ci  illərdə  yazılıb  və  ifa  olunub.  Bu 
mahnını Zeynəb 
Xanlarova, Gülağa 
Məmmədov, RəĢid 
Behbudov, Anatollu 
Qəniyev, Aygün  Bəylər, Azərin oxuyublar.Lalələr  mahnısına  ilk  dəfə  rəqs  Azərbaycan 
Respublikasının əməkdar artisti Roza Cəlilova tərəfindən ifa edilmiĢdir. Aslan Aslanov 
1995 - ci il avqustun 23 - də Bakıda vəfat etmiĢdir. II fəxri xiyabanda dəfn olunmuĢdur.  
 Əsərləri:  ―Səni  düĢünürəm‖  (1958),  ―Qızlar  və  bənövĢələr‖  (1961),  ―Ġncəsənət  və 
tərbiyə‖ (1967), ―Nəğməli günlərim‖(1985), ―Estetika aləmində‖(1987) və s. 
 
 
 
 
 


 
 
5.Yazıçı Zaman Qarayevin anadan olmasının 85 illiyi  (1931-2004) 
 
Zaman Qarayev M. F. Axundov ədəbi irsinin öyrənilməsi sahəsində çox böyük 
xidmətləri olan ədəbiyyatçımızdır.  
 
 
 
Qarayev  Zaman  Sadiq  oğlu  nasir,  ədəbiyyatşünas,  1961-  ci 
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri 
namizədi(1976), ―Qızıl qələm‖ mükafatı laureatı.  
 
 
 
 
 
 
1931-ci  ildə  Azərbaycanın  ġəki  rayonunun  Böyük  Dəhnə kəndində  kolxozçu  ailəsində 
anadan olmuĢdur. Kənd orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakultəsində 
təhsil almıĢdır (1947-1952). Qasım Ġsmayılov və ġəki rayonlarının kənd məktəblərində 
müəllimlik  etmiĢdir.  Bakıya  köçəndən  sonra  Azərbaycan  Dövlət  Televiziya  və  Radio 
VerliĢləri  ġirkətində,  ―Gənclik‖  nəĢriyyatında  və  ―Kənd  həyatı‖  jurnalında  iĢləmiĢdir. 
Azərbaycan  Dövlət  Televiziya  və  Radio  VerliĢləri  ġirkətində  redaktor  vəzifəsində 
çalıĢmıĢdır.  ―TəĢəbbüs‖  adlı  ilk  hekayəsi  ―Ġnqilab  və  mədəniyyət‖  jurnalında  (1951) 
dərc olunmuĢdur. Həmin vaxtdan dövri mətbuatda kiçik hekayələri, elmi və publisistik 
məqalələri  müntəzəm  çap  edilmiĢdir.  Zaman  Qarayev  M.  F.  Axundov  ədəbi  irsinin 
öyrənilməsi  sahəsində  faydalı  iĢlər  görmüĢdür.  Onun  məlum  olmayan  ―Səfərdə‖  və 
―Ġran  Ģahının  Qafqaza  səyahəti‖  əsərlərini  aĢkara  çıxarıb  çap  etdirmiĢdir.  Zaman 
Qarayev 2004- cü il mayın 24-də vəfat etmiĢdir. 
  
Əsərləri: ―Kürən‖ (1959), ―Qonağım olun‖ (1961), ―Göy çəmənlər‖ (1965), ―Xarqo‖ 
(1967), ―Gəlinaparan‖ (1969), ―Ayrılıqdan sonra‖ (1981), ―Əlincə qalası‖ (1988), 
―Amansız vəzir‖ (1998), ―Dəhnə ziyalıları‖ (2000) və s. 
 
 
 
 
 
 
 
 
 
 

10 
 
6.Şair Sabir Məmmədzadənin anadan olmasının 85 illiyi  (1931-1984) 
 
“Sabir Məmmədzadə ilhamı çağırmayan, ilhamın qonağı olan, ədəbiyyat adamıydı. 
İşində səliqəli və tabeçi, amma öz poetik dünyasını yaşayan şair idi”. 
                                                                                          Əməkdar Mədəniyyət İşçisi Azər Turan 
 
 
 
Məmmədov Sabir Məhəmmədəli oğlu- şair, 1974- cü ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü.  
 
 
 
 
 
Sabir  Məmmədzadə  1931-ci  ildə  Azərbaycanın  Tərtər  rayonunda  fəhlə  ailəsində 
doğulmuĢdur.  Burada  orta  məktəbi  bitirdikdən  sonra  MirbəĢir  rayon  pionerlər  evində 
idman  dərnəyinin  müdiri  (1951),  pionerlər  evinin  direktoru  olmuĢ(1951-1952),  ADU- 
nun filologiya fakultəsində təhsil almıĢdır. (1954-1959). 
ġair Sabir Məmmədzadə sonra A. ġaiq adına uĢaq kitabxanasında kitabxanaçı (1959), 
M.  F.  Axundov  adına  Azərbaycan  Dövlət  Kitabxanasında  baĢ  metodist  (1960-1965) 
olmuĢdur.  ―Abonementdə  oxucularla  iĢ‖  (1971),  ―Kitabxana  Ģurasının  iĢi‖  (1972)  və 
digər  metodiki  vəsaitlərin  müəllifidir.  Sabir  Məmmədzadə  Moskvada  M.  Qorki  adına 
Ədəbiyyat Ġnstitutunda təhsil almıĢdır. (1970-1983). Sabir Məmmədzadə  1984- cü ilin 
yanvarında Bakıda vəfat etmiĢdir.  
 
Əsərləri: ―ĠtmiĢ açar‖ (1964), ―Məzəli oxucular‖ (1965), ―Xumar‖ (1970), 
―Ay çimir‖ (1975), ―Arı balaları, Birincə və ġirincə‖ (1983), ―Qara cücə, ağ cücə‖ 
(1962). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

11 
 
 
12.Yazıçı, publisist Sadıq Elcanlının anadan olmasının 60 illiyi  (12.01.1956) 
Sadiq Elcanlı ötən əsrin 70-ci illərində qəzet, jurnal və almanaxlarda hekayələri dərc 
olunan, bütün yazıları  ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanan, bir sıra 
povest və romanların, sənədli filmlərin ssenari müəllifi olan bizim sevilən əməkdar 
jurnalistimizdir. 
 Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) — ssenari 
müəllifi, kino redaktor, əməkdar jurnalist 
Sadıq  Elcanlı  12  yanvar  1956-cı  ildə  Dəvəçinin  Surra  kəndində 
anadan  olub.  Universitetin  filologiya  fakültəsində  təhsil  alıb 
(1974-1979).  1980-ci  ildən  Azərbaycan  Dövlət  Televiziya  və 
Radio  VeriliĢləri  Ģirkətində  iĢləyir,  ədəbiyyat  və  incəsənət 
redaksiyasında  baĢ  redaktordur.  "Sirli  səsin  sorağı",  "Əbədi 
sevginin xatirələri" povest və hekayələr kitabının müəllifidir.   
Əsərləri: ―Sirli səsin sorağı‖ (1985),‖Ədəbi sevginin xatirələri‖ (1987), ―YaddaĢ 
yarası‖ (1991), ―Qanlı quzğun meydanı‖ (1994), ―Mənim mövqeyim‖ (1999), ―Sükutun 
sonu‖ (2003) və s.  
Filmoqrafiya:Abbas Səhhət (qısametrajlı sənədli film 2007); ―Atikva‖ ümid deməkdir 
(film, 1994), AvĢarlar (film, 1996), Bəsdir, ağlama! (film, 1999), Bir ömrün xatirəsi 
(film, 2007), Böyük ömrün davamı (film, 2007),  Etnoqrafik etüdlər (film, 1996), Ey, 
Vətən! (film, 1995), Əbədi zirvə (film, 1998), Əbədiyyət ünvanı. I film. Min illərin 
xatirəsi (film, 2004), Əbədiyyət ünvanı. II film. Heydər Əliyev və Naxçıvan (film, 
2004), GüllələnmiĢ heykəllər (film, 2002), Hacı Arif (film, 1995), Heydər Əliyev və 
Azərbaycan dili (film, 1997), Xilaskar. I film (film, 2003), Xilaskar. II film (film, 
2003), Ġncə Dərəsi (film), ĠĢğal (film, 1994), Kamil (film, 1997), Qanlı Bakı (film, 
1994), Qisas günü (film, 1993), Qobustan (film, 1997), Mətbuat fədaisi (film, 2007), 
Novruz (film, 1995), Olacağa çarə yoxdur (film, 2003), Pirə qayıdan yol (film, 1994), 
Səhnəmizin YaĢarı (film, 1996), Səni axtarırıq... (film, 2013), Sirli salnamələr (film, 
1995), ġeirin xəzrisi (film, 2000), Təlatüm (film, 2006), Tikdim ki, izim qala (film, 
1997), Üç zirvənin fatehi (film, 2008) və s.  
 
 
 
 
 

12 
 

Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin