MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   27   28   29   30   31   32   33   34   35

Filmoqrafiya: Aygün (film, 1960), Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax), 
Doğma xalqıma (film, 1954), Fətəli xan (film, 1947), GörüĢ (film, 1955), Ġstintaq 
davam edir (film, 1966), Körpə (film, 1962), Qara daĢlar (film, 1956), O olmasın, bu 
olsun (film, 1956), Onu bağıĢlamaq olarmı? (film, 1959), Onun böyük ürəyi (film, 
1958), Səhər (film, 1960), Üzeyir ömrü (film, 1981) və s.  
 

328 
 
8. Xalq artisti, baletmeystr Tamilla Şirəliyevanın anadan olmasının 70 illiyi 
(08.12.1946) 
 
 
Tamilla Xudadat qızı Şirəliyeva — Azərbaycanın balet artisti, Azərbaycan SSR 
xalq artisti (10.01.1978),  SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət 
Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri. 
ġirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı Ģəhərində anadan olmuĢdur. 
Bakı Xoreoqrafiya Məktəbini bitirmiĢdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera 
və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", ƏĢrəf Abbasov), Gülyanaq ("Qız 
qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), 
AyiĢə, Fiyetta ("Yeddi gözəl", "Ġldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu 
gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), ġəhrizad ("Min bir gecə", 
Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstəmiĢdir. 
Quruluş verdiyi baletlər: Xeyir və ġər (1992), Xəzər balladası (balet) – (2001), 
Qafqaza səyahət (2002), Rast (2004) 
Filmoqrafiya: Muğam (film, 1976) 
 
 
 
 
 
 
 
 
 

329 
 
19.Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 95 illiyi  
(19.12.1921-21.08.2002) 
 
Abdullayev Mikayıl Hüseyn oğlu — Azərbaycanlı boyakar, 
qrafik və teatr rəssamı, professor, SSRİ Rəssamlıq 
Akademiyasının akademiki, Cəvahirləl Nehru adına 
beynəlxalq mükafatı və Azərbaycan SSR dövlət 
mükafatı laureatı 
 
 
 
 
Mikayıl  Abdullayev 19  dekabr 1921-ci  ildə Bakıda doğulmuĢdur. 1939-cu  ildə Əzim 
Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət 
Rəssamlıq  məktəbini  bitirmiĢ,  S.  Gerasimovun  emalatxanasında  rəssamlıq  sənətinin 
incəliklərini  öyrənmiĢdir.  Əsərləri  dünyanın  bir  sıra  muzeylərində  saxlanılır. 
Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və 
dünyanın 
bir 
sıra 
baĢqa 
Ģəhərlərində fərdi sərgiləri keçirilmiĢdir. Mikayıl Abdullayevin yaradıcılığı üçün daxili 
həyəcan,  obrazların  psixologiyasının  poetik  ümumiləĢdirilməsi  xarakterikdir.  Onun 
əsərləri  koloritin  zənginliyi  ilə  cəlbedicidir.  Bu  xüsusiyyətlər  onun  "Mingəçevir 
iĢıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, 
"Çəltik  əkən  qızlar"  əsərində  daha  aydın  görünür.  Milli  ənənələrin,  kənd  yerində 
yaĢayan  insanların  əməyi,  məiĢəti,  tipik  mənəvi  çalarların  üzvi  Ģəkildə  müasirliklə 
vəhdətdə  verilməsi  Mikayıl  Abdullayev  yaradıcılığına  xas  xüsusiyyətdir.  "Qırx  birin 
iyunu"  triptixinin  mərkəzi  hissəsi  xüsusilə  diqqəti  cəlb  edir.  1941-  45-ci  illərdə  kənd 
əməkçilərinin  payına  düĢən,  ağır,  narahat,  keĢməkeĢli  həyatını  əks  etdirən  əsər  canlı 
povestdir.  "Çəltikçi  qızlar"  monumental  lövhəsi  XX  əsrin  qadınının  zəngin  mənəvi 
cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. ĠĢlədiyi bir 
sıra  tablolarda  müasir  qadın  obrazı  əks  olunmuĢdur.  "Qarabağlı  qızlar",  "Lənkəranlı 
kolxozçu  qadın",  "AbĢeronlu  qadın",  "Ananın  gəncliyi"  kimi  əsərləri  bu  qəbildəndir. 
Xalq  Ģairi Səməd  Vurğun,  yüz  yaĢlı  naxıĢçı  usta  Babayev,  Ģair,  mütəfəkkir Nəsimi və 
baĢqa  portretlər  qalereyası, AbĢeron peyzajları,  natürmortlar, Əfqanıstan və  baĢqa 
ölkələrə  həsr  etdiyi  əsərlər  Mikayıl  Abdullayev  yaradıcılıq  diapazonunun  geniĢliyinə 
Ģəhadət verir. 2002-ci il avqustun 21-də 80 yaĢında vəfat etmiĢdir. 
Filmoqrafiya: Bizim Azərbaycan (film, 1959), Mikayıl Abdullayev (film, 1972), 
GünəĢlə dolu dünya (film, 1973), Qələbənin yolları (film, 1976),  Salam, Zeynəb! (film, 
1982), ġeirin xəzrisi (film, 2000),  Mətbuat fədaisi (film, 2007), Rənglə yazılmıĢ tarix 
(film, 2012) 
 
 

330 
 
22.Xalq artisti Əlövsət Sadıqovun anadan olmasının 110 illiyi 
 (22.12.1906-17.10.1971) 
Əlövsət Sadıqov şöhrətli ifaçılar arasında öz dəsti –xətti olan, ecazkar səsə malik 
sənətkardır. 
 
 
Yaradıcılıq nailiyyətlərinə görə Əlövsət Sadıqov 17 iyul 
1943-cü ildə Azərbaycan Respublikasının əməkdar 
artisti,  20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına 
layiq görülüb. 
 
 
 
 
 
 
Əliövsət  ġirəli  oğlu  Sadıqov   22  dekabr 1906-cı  ildə  Nuxa  (indiki  ġəki)  Ģəhərində 
doğulub.  Səs  tembri  lirik  tenor  idi.  1928-1930-cu  illərdə  konservatoriya  təhsili  alıb. 
Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir 
bəy  Hacıbəyovun  klassik  operalarının  lirik  məhəbbət  qəhrəmanlarının  partiyaları 
Əlövsət  Sadıqovun  yaradıcılığında  daha  mühüm  yer  tutur.  Əlövsət  Sadıqovun  Üzeyir 
bəy  Hacıbəyovun  "Leyli  və Məcnun"  (Məcnun, Ġbn  Səlam  və  Zeyd), "Əsli  və  Kərəm" 
(Kərəm),  "Koroğlu"  (Eyvaz),  Zülfüqar  bəy  Hacıbəyovun  "AĢıq  Qərib"  (Qərib), 
Reynqold Qlierin "ġahsənəm" (AĢıq Qərib və AĢıq Səməd), Müslüm bəy Maqomayevin 
"ġah Ġsmayıl" (ġah Ġsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuĢ "Səfa" (AĢıq 
Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "ArĢın mal alan" (Süleyman), "MəĢədi 
Ġbad"  (Hambal  və  Sərvər)  operettalarında  yaratdığı  obrazlar  daha  diqqətçəkəndir. 
Sənətkar  ömrünün  son  illərində  opera  teatrında  məsləhətçi  pedaqoq  kimi  çalıĢıb.  17 
oktyabr 1970-ci  ildə  Bakıda  vəfat  edən  Əlövsət  Sadıqov  ikinci  Fəxri  xiyabanda  dəfn 
olunub. 
 
 
 
 
 
 
 
 
 
 
 

331 
 
23.Xalq artisti, baletmeystr Çimnaz Babayevanın anadan olmasının 70 illiyi 
(23.12.1946) 
 
Babayeva Çimnaz Məmməd qızı - Azərbaycan balet 
artisti (1978), Azərbaycan SSR xalq artisti (1978), 
Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). 
 
 
 
 
 
 
Çimnaz  Məmməd  qızı   23  dekabr 1946-cı  ildə   Bakıda anadan  olmuĢdur.    Bakı 
Xoreoqrafiya  Məktəbini  bitirmiĢdir  (1964).  1964-1977-ci  illərdə  Azərbaycan  Dövlət 
Opera  və  Balet  Teatrının  solisti  olmuĢdur.  ġirin  ("Məhəbbət  əfsanəsi",  A.  Məlikov), 
AyiĢə,  Sari  ("Yeddi  gözəl",  "Ġldırımlı  yollarla",  Q.Qarayev),  Gülyanaq  ("Qız  qalası", 
Ə.Bədəlbəyli),  qız,  Nəsiminin  sevgilisi  ("ġur",  "Nəsimi  haqqında  dastan",  F.Əmirov), 
Kitri ("Don Kixot", L.Minkus), xanım ("Xanım və xuliqan", D.ġostakoviç) və s. 1977-ci 
ildən  Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının  məĢqçi  baletmeysteridir.  Teatrın 
balet  truppası  ilə  xarici  ölkələrdə  (Fransa,  Ġtaliya,  Norveç,  Ġsveç,  Birma,  Hindistan, 
Türkiyə və s.) çıxıĢ etmiĢdir. 
Filmoqrafiya: Əfsanələr aləmində (film, 1975) 
 
 
 
 
 
 
 
 
 
 

332 
 
28. Xalq artisti Zeynəb Xanlarovanın anadan olmasının 80 illiyi (28.12.1936) 
 
 
Xanlarova Zeynəb Yəhya qızı  - müğənni, 
xanəndə, Azərbaycan SSR xalq artisti 
(1975),  Ermənistan SSR xalq artisti 
(1978), Özbəkistan SSR xalq artisti, SSRİ xalq 
artisti (1980), Azərbaycan SSR Dövlət mükafatı 
laureatı (1985). ―Şöhrət‖ ordeni ilə təltif edilib. 
 
 
Zeynəb Yəhya qızı Xanlarova  28 dekabr 1936-cı ildə Bakı Ģəhərində anadan olmuĢdur. 
O,  1956-cı  ildə  M.Ə.Sabir  adına  Bakı  Pedaqoji  məktəbini  və  1961-ci  ildə  A.Zeynallı 
adına  Bakı  Musiqi  Texnikumunu  bitirib.  Xalq  artisti  1961-ci  ildən  Opera  və  Balet 
Teatrının solisti kimi fəaliyyətə baĢlayıb. Ü.Hacıbəyovun ―Leyli və Məcnun‖, ―Əsli və 
Kərəm‖ operalarında Leyli və Əsli obrazlarını yaradıb. Haqqında ―Salam, Zeynəb!‖ adlı 
sənədli televiziya filmi çəkilib. Zeynəb Xanlarova həm də uzun illərdir ki, Azərbaycan 
Respublikası  Milli  Məclisinin  deputatıdır.  Repertuarında  muğam  (ġahnaz,  Mahur, 
Qatar,  Bayatı-ġiraz  və  s.),  təsnif  və  Azərbaycan  xalq  mahnıları,  Azərbaycan 
bəstəkarlarının 
(Qara 
Qarayev, Fikrət 
Əmirov, Tofiq 
Quliyev, Cahangir 
Cahangirov, Arif  Məlikov, Emin  Sabitoğlu, Ələkbər  Tağıyev və  b.)  və  Ģərq  xalqlarının 
mahnıları  geniĢ  yer  tutur.  Azərbaycanın  qadın  xanəndələri  arasında  "Çahargah" 
muğamının  ilk  ifaçılarındandır.  O,  həmçinin  bir  sıra  mahnıların  da  müəllifidir. 
Dünyanın  əksər  ölkələrində  konsertlər  vermiĢdir.  Azərbaycan  SSR  Ali  Sovetinin  (XI-
XII  çağırıĢ)  və  Azərbaycan  Respublikası Milli  Məclisinin (I-IV  çağırıĢ)  deputatı 
olmuĢdur. 
Filmoqrafiya: AbĢeron ritmləri (film, 1970), Toyda görüĢ (film, 1970),  Konsert 
proqramı (film, 1971) (II), Qəribə adam (film, 1979), Nəğməkar torpaq (film, 1981), 
Üzeyir ömrü (film, 1981),  Salam, Zeynəb! (film, 1982),  ġərt (film, 1984),Hacı Arif 
(film, 1995),  ġeirin xəzrisi (film, 2000),  Əliyevin əli (film, 2000), Uğur formulu (film, 
2007), YorulmamıĢam. RövĢən Behcət (film, 2007),  Xilaskar. III Film (film) və s.  
 
 
 
 
 
 
 
 
 

333 
 
30.Xalq artisti Əbülfət Əliyevin anadan olmasının 90 illiyi (30.12.1926-27.12.1990) 
 
Əbülfət Əsəd oğlu Əliyev — Azərbaycan Respublikasının 
xalq artisti (29 iyun 1964). 
 
 
 
 
 
 
Əbülfət Əliyev 30 dekabr 1926 - cı ildə  ġuĢada doğulub.  Azərbaycan Respublikasının 
xalq artisti (29 iyun 1964) fəxri adını alıb. Azərbaycan Dövlət Filarmoniyasının (1945-
ci  ildən)  və  Azərbaycan  Dövlət  Opera  və  Balet  Teatrının  (1956-1962)  solisti  olub. 
Ağdamdan Bakıya gəliĢində Qarabağ məclislərində çox oxunan ―Ay bülbüllər‖, ―Kimə 
yalvarım‖,  ―Uca  barıdan  aĢaram  mən‖,  ―Stəkanın  deĢilsin‖,  ―Uca  dağlar‖  və  sair 
mahnıları  ifa  etməklə  yetərincə  tamaĢaçı  toplayan  xanəndə  dinclik  nə  olduğunu 
bilmirdi.  Xalq  və  bəstəkar  mahnıları,  muğam  və  təsniflər  Əbülfət  Əliyevin    səsinin, 
guĢəxanlığının  sayəsində  su  kimi  dumduru  Ģəklə  düĢürdü.  Xanəndə  nəyi  necə 
çatdırmağı yaxĢı bilirdi. Əbülfət Əliyev səs diapazonu imkan verməyən muğamlardan, 
mahnılardan  yapıĢmayıb.  ―Gərək  oxuyan  adamın  sir-sifəti  gərgin  vəziyyətə  düĢməsin, 
səsi  haracan  yetir,  ordan  o  tərəfə  keçməsin‖  qənaəti  köhnə  xanəndələr  kimi  Əbülfət 
müəllimə də yad deyildi. Söz sərrafı olması və qavalla məharətlə davranması da onun 
üstün cəhətlərindən idi. Əbülfət Əliyev təqribən on ilə yaxın Opera və Balet Teatrında 
çalıĢan, Məcnun, Kərəm, ġah Ġsmayıl rollarını yaradan sənətkar musiqimizi dünyanın üç 
qitəsində  -  Avropa, Asiya  və  Afrikada  uğurla  təmsil  etməyi  də  bacaran  sənətkarlardan 
olmuĢdur. Bir çox mahnıların ərsəyə gəlməsi, yaĢaması, bayağı sözlərinin dəyiĢdirilərək 
köhnə  görkəmini  dəyiĢməsi  məhz  xanəndənin  iĢtirakıyla  baĢ  tutub.  ―Dinə  bilmədim‖, 
―Bu  qala,  daĢlı  qala‖,  ―Ay  Pəri‖,  ―Endim  bulaq  baĢına‖,  ―Bülbüllər  gəzər  bağı‖,  ―Tel 
nazik‖ və sair dillər əzbəri olan nəğmələr ilk ifaçısından qazandığı uğurlar hesabına hələ 
çox yaĢayacaq. 1990-cı il 27 dekabrda dünyasını dəyiĢmiĢdir.  
Əsas  rolları:  Məcnun  ("Leyli  və  Məcnun"),  Kərəm  ("Əsli  və  Kərəm"),  Qərib  ("AĢıq 
Qərib"), ġah Ġsmayıl ("ġah Ġsmayıl") 
 
 
 
 

334 
 
Milli qəhrəmanlıq zirvəsi 
16.Salatın Əziz qızı Əsgərovanın 55 illiyi (16.12.1961-09.01.1991) 
 
Salatın Əziz qızı Əsgərova – Azərbaycan jurnalisti
"Azərbaycan gəncləri" qəzetinin 
müxbiri, Azərbaycanın Milli Qəhrəmanı. 
 
 
 
 
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı 
fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli 
Qəhrəmanı" adı verilmişdir.  
Salatın  Əsgərova   1961-ci  il  dekabrın  16-da   Bakıda   ziyalı  ailəsində  anadan 
olmuĢdur. 1979-cu ildə Bakı Ģəhəri M.MüĢfiq adına 18 saylı orta məktəbi bitirmiĢ, elə 
həmin il Azərbaycan Neft və Kimya Ġnstitutuna daxil olmuĢdur. Sonralar jurnalist kimi 
fəaliyyət  göstərmiĢdir.  1991-ci  il  yanvarın  9-u Laçından ġuĢaya yollanarkən  yolun  6-cı 
kilometrliyindəki Qaladərəsi 
 kəndi 
yaxınlığında  erməni  silahlı  qüvvələrinin 
mühasirəsinə  düĢmüĢ,  olduğu  maĢın  yaxın  məsafədən  Ģiddətli  atəĢə  tutulmuĢdur. 
Nəticədə  Salatın  Əsgərova  amansızcasına  qətlə  yetirilmiĢdir.    Ailəli  idi,  bir  oğlu  var. 
Adı  Ceyhundur.  Bakı Ģəhərinin ġəhidlər  Xiyabanında dəfn  edilmiĢdir.  Bakı Ģəhərində 
adına  bir  küçə  var.  Bakı  buxtasındakı  gəzinti  katerlərindən  biri  onun  adını 
daĢıyır. "Təfəkkür"  Universitetində  büstü  qoyulub,  yaĢadığı  binaya  xatirə  lövhəsi 
vurulub. Yaxınlığında həlak olduğu ġuĢa rayonunun kəndi Salatınkənd adlanır. 
Zaman! Səs ver, bu günlərin harayına, 
Xan Arazın, Ana Kürün harayına. 
Biz çatmasaq, kim çatacaq 
Qaçqınların, köçkünlərin harayına?! 
Sən arxasan, sən dayaqsan, Azərbaycan! 
“Qalx”! – deyəndə, qalxacaqsan, Azərbaycan! 
 
                                                                                                                         Nəriman Həsənzadə 
 
 
 
 
 

335 
 
26.Orucov Vəzir Surxay oğlunun 60 illiyi (26.12.1956-22.03.1993) 
 
 
 
Orucov Vəzir Surxay oğlu — Azərbaycanın Milli 
Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 
 
 
 
Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı 
Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adı verilmişdir. 
Vəzir  Orucov  26  dekabr  1956-cı  ildə Tərtər rayonunun Xoruzlu kəndində  anadan 
olmuĢdur.  1949-cu ildə  atası  Surxay  ailəsi  ilə  birgə Dərələyəz mahalından  deportasiya 
olunmuĢdu.  Orta  təhsilini  Xoruzlu  kənd  orta  məktəbində  almıĢ,  1974-cü  ildə Bakı 
Yüngül  Sənaye  Texnikumuna daxil  olmuĢdu.  1975-ci  ildə  hərbi  xidmətə  çağrılmıĢ, 
1977-ci  ildə  ordudan  tərxis  olunaraq,  yarımçıq  qalmıĢ  orta  ixtisas  təhsilini  davam 
etdirmiĢdir.  1984-cü  ildə  Rusiyanın  Arxangelsk  vilayətinə  köçmüĢdü.  1992-ci  ildə 
Azərbaycana  qayıdaraq  may  ayının  4-də  Tərtər  özünümüdafiə  batalyonuna  daxil 
olmuĢdu. Sıravi döyüĢçü kimi mübarizəyə baĢlasa da komandirlik bacarığına görə qısa 
zamanda  batalyon  komandirinin  müavini  vəzifəsinə  qədər  yüksəlmiĢdi.  MarquĢevan, 
Levonarx,  Madagiz,  Akop  Komari,  Sərsəng  su  anbarı,  Çıldıran,  Vaqauz  kəndləri 
uğrunda  gedən döyüĢlərdə  Ģücaət  göstərərək,  düĢmənin  bir  çox  planını  puç  etmiĢdi.  1 
sentyabr  1992-ci  ildə  Çıldıran  kəndi  uğrunda  gedən  döyüĢdə  ağır  yaralanmıĢdır. 
Müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmıĢdır. 22 mart 1993-cü 
ildə Ağdərənin Qlobus  yüksəkliyi  uğrunda  gedən  ağır  döyüĢdə  qəhrəmancasına  həlak 
olmuĢdur.  Ailəli  idi.  Bir  oğlu  yadigar  qalıb.  Bakı  Ģəhərinin ġəhidlər  xiyabanında dəfn 
edilmiĢdir. 
 
Gəmilərin göy Xəzərdə üzər keçər
Şahinlərin səmalarda süzər keçər. 
Körpülərin, binaların 
paytaxtımı yollar boyu bəzər keçər. 
Keçmək olmaz amma səndən, Azərbaycan! 
 
                                                                                                                      Nəriman Həsənzadə 
 
 

336 
 
                         
Bu il həmçinin aşağıdakı yubileylər və əlamətdar  
günlər qeyd olunacaq: 
-    ġair, mütəfəkkir Xaqani ġirvaninin anadan olmasının 890 illiyi (1126-1199) 
-    Dahi Ģair və mütəfəkkir Nizami Gəncəvinin  anadan olmaının 875 illiyi (1141-1209) 
-    ġair Saib Təbrizinin anadan olmasının 415 illiyi (1601-1676) 
-
 
Türk dünyasının böyük sərkərdəsi Mustafa Kamal Atatürkün anadan  
olmasının 135 illiyi (1881-1938) 
-
 
Azərbaycan Kukla Teatrının yaranmasının 85 illiyi (1931) 
-
 
AĢıq Ələsgərin anadan olmasının 195 illiyi (1821-1926) 
-
 
AĢıq Mikayıl Azaflının adnadan olmasının 90 illiyi (1926-1990) 
-
 
El Ģairi AĢıq Pərinin anadan olmasının 205 illiyi (1811- təx.IX əsrin 40-cı illər) 
-
 
YUNESKO-nun 70 illiyi (1946) 
-
 
YUNĠSEF (BMT-nin UĢaq Fondu)- 70 illiyi (1946) 
-
 
Qurban bayramı. Ġslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban   
bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan 
müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr 
tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən 
Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. 
-
 
Ramazan bayramı. Ġslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur.   
     Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il)      
     baĢlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona ―Ramazan orucu‖ da deyirlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

337 
 
Yubilyar kitablar 
      
 
 
290 il                     Conatan Svift ―Qulliverin səyahəti‖ (1726)
 
 
200 il  
 
E.T.A.Hofman ―Şelkunçik və siçanlar padşahı‖ (1816) 
190 il  
 
F.Kuper  ―Sonuncu moqikan‖ (1826) 
185 il  
 
A.S.Qriboyedov ―Ağıldan bəla‖ (1831)  
185 il  
 
A.S.PuĢkin ―Çar Saltan haqqında nağıl‖ (1831) 
180 il  
 
N.V.Qoqol ―Müfəttiş‖ (1836)  
180 il  
 
A.S.PuĢkin ―Kapitan qızı‖ (1836)  
170 il  
 
A.Düma ―Qraf Monte-Kristo‖ (1846)  
150 il                      M. Rid ―Başsız atlı‖ (1866) 
145 il  
 
L.Keroll ―Alisa möcüzələr ölkəsində‖ (1871) 
140 il  
 
Mark Tven  ―Tom Soyerin macəraları‖ (1876) 
135 il 
K.Kolladi ―Pinokkionun macəraları‖ (1881-ci ildə ―Qazeta dlya 
detey‖ qəzetində çap olunub) 
130 il                      S. ġedrin ―Nağıllar‖ (1886) 
115 il 
A.Doyl Konan ―Baskervilərin iti‖ (1901-1902) 
110 il 
Cəlil Məmmədquluzadə ―Poçt qutusu‖(1906) 
110 il 
Cəlil Məmmədquluzadə ―Usta Zeynal‖(1906) 
105 il  
Abdulla ġaiq. ―Yaxşı arxa. Tülkü, qarğa, hacıleylək‖,―Tıq-tıq 
xanım‖, ―Tülkü və xoruz‖ (1911) 
105 il 
Əlıiabbas Müznib ―Əməl çiçəyi‖―Çəkməsilən‖ (1911) 
105 il 
Y.V.Çəmənzəminli ―İki hekayə‖―Məlik Məhəmməd‖ (1911) 
100 il 
Məmməd Səid Ordubadi ―Qəflət‖ (1906) 
100 il 
Süleyman Sani Axundov ―Qorxulu nağıllar‖ (1916) 
100 il 
Əliağa Vahid ―Tamahın nəticəsi‖ (1916) 
90 il 
C. Məmmədquluzadə ―Konsulun arvadı, yaxud iki müəllim‖ 
(1926) 
90 il 
Əbdürrəhimbəy Haqverdiyev ―Şeyx Şəban‖―Ağa Məhəmməd şah 
Qacar‖―Ağac kölgəsində‖―Bəxtsiz cavan‖―Vaveyla‖
―Dağılan tifaq‖―Ədalət qapıları‖ (1926) 
90 il  
Hüseyn Cavid ―Topal Teymur‖―Peyğəmbər‖, ―Şeyx Sənan‖
―Uçurum‖ (1926)  
90 il 
MarĢak S.Y. ―Yük‖ (1926) 
90 il 
Miln A.A. ―Vinni Pux‖ (1926) 
90 il 
K.Ġ.Çukovskiy ―Telefon‖―Fedorinanın bəlası‖ (1926) 
80 il  
A.L.Barto ―Oyuncaqlar‖ (1936) 
80 il 
Əli Vəliyev ―Madarın dastanı‖ (1936) 
80 il 
Ənvər Məmmədxanlı ―Bakı gecələri‖ (1936) 

338 
 
80 il 
Zeynal Xəlil ―İstək‖ (1936) 
80 il 
S.V.Mixalkov  ―Styopa dayı‖, ―Foma‖ (1936) 
80 il 
A.N.Tolstoy ―Qızıl açar və Buratinonun macəraları‖ (1936) 
75 il 
Əli Vəliyev ―Sübut‖, ―Sovqat‖ (1941) 
75 il 
A.P.Qaydar ―Timur və onun komandası‖ (1941) 
70 il 
Zeynal Cabbarzadə ―Xanıman‖ (1946) 
65 il 
Bəxtiyar Vahabzadə ―Əbədi heykəl‖ (1951) 
65 il 
Əhməd Cəmil ―Təməl daşları‖(1951) 
65 il 
Ələviyyə Babayeva  ―Hekayələr‖ (1951) 
65 il  
Əyyub Abbasov ―Nailə‖ (1951)     
65 il 
Fəthi XoĢginabi ―İki dost‖ (1951)  
65 il 
Hüseyn Abbaszadə ―Yaşıl küçə‖ (1951)  
65 il 
Hüseyn Arif ―Mən sülhə səs verirəm‖ (1951) 
65 il  
Xalidə Hasilova ―İlk məktub‖ (1951) 
65 il 
Ġmran Qasımov ―Xəzərin şəfəqləri‖ (1951) 
65 il 
Ġsmayıl ġıxlı ―Dağlar səslənir‖ (1951) 
65 il 
Qasım Qasımzadə ―Bizim kənd‖ (1951)  
65 il 
Nəbi Xəzri ―Sülh əsgəri‖ (1951) 
65 il 
Salam Qədirzadə ―İlk hekayələr‖ (1951) 
65 il 
C.Podari ―Çippolinonın macəraları‖ (1951) 
60 il 
Adil Babayev ―Döyüş yollarında‖ (1956) 
60 il 
Əliağa Kürçaylı ―Səfərə çıxıram‖ (1956) 
60 il  
Nəriman Həsənzadə ―Dostlar gözləyir məni‖ (1956) 
60 il 
A.Rıbakov ―Tunc quş‖ (1956) 
55 il 
Eynulla Ağayev ―Tək qayıq‖ (1961) 
55 il 
Əlibala Hacızadə ―Heykəl gülür‖(1961) 
55 il  
Əmrah Əmrahov ―Əbədi şöhrət‖ (1961) 
55 il 
X.Əlibəyli ―İşləməyən dişləməz‖―Uşaq mahnıları‖ (1961) 
55 il 
Xəlil Rza Ulutürk ―Məhəbbət dastanı‖ (1961)  
55 il 
Ġmran Qasımov ― Uzaq sahillərdə‖ (1961) 
55 il 
Tofiq Bayram ―Ana təbəssümü‖ (1961) 
50 il                        S. Vangeli ―Ququçe‖ (1966)  
 
  Redaktor:    Zahirə DadaĢova – F.Köçərli adına Respublika UĢaq Kitabxanasının  
                      direktor müavini 
 
 
        Tərtib edən: Ruhiyyə Məmmədli – F.Köçərli adına Respublika UĢaq Kitabxanası 
 
 
         Elmi-metodika Ģöbəsinin müdiri 
 
 
 
 

Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin