MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   27   28   29   30   31   32   33   34   35

 
Kitabları: ―Rus qadınları‖, ―ġaxta baba‖, ―Mazay baba və dovĢanlar‖, ―Kapitan 
Vrunqelin macaraları‖, ―Dəmir yolu, ―Elegiya‖, ―ġair və vətəndaĢ‖, ―ġaxta, qırmızı 
burun‖, ―Yolda‖ ―Dobrolyubovun xatirəsinə‖, ―Kəndli uĢaqları‖ və s. 
 
 
                                        
 
 
 
 
 
 
 

300 
 
İncəsənət 
25.Xalq artisti Mərziyə Davudovanın 115 illiyi (25.11.1901-06.01.1962) 
“Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək 
kimi doğmuşdu. Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa 
səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən 
heyrətamiz bir istedada malikdir”.                          
C. Cabbarlı 
 
Mərziyyə  xanım  Davudova  Azərbaycan  səhnəsinin  ən  qüdrətli 
aktrisası  sayılırdı.   1901-ci  ildə   HəĢtərxanda   anadan  olmuĢ 
Mərziyyə  Davudova  ilk  rolunu  oynayanda  16  yaĢı  vardı.  O, 
HəĢtərxanda  Ġqbal  məktəbində  "Birinci  Teatr"  adlı  ikipərdəli 
tamaĢada  (1917-ci  il)  Əfifə  rolunu  yaratmıĢdır.  Səhnəyə  böyük 
həvəsli  yeniyetmə  Mərziyyəni  ilk  dəfə  görüb  istedadını  kəĢf  edən  unudulmaz Hüseyn 
Ərəblinski olub. O, 1918-ci ildə HəĢtərxanda qastrolda olarkən bu gənc qızın oyununu 
bəyənmiĢ  və  onu Bakıya dəvət  etmiĢdi.  1920-ci  ildə  Bakıya  gələn  və  taleyini  əbədi 
olaraq  teatra  bağlayan  Mərziyyə  Davudova  Azərbaycan  mədəniyyətinin,  xüsusilə  də 
teatr  sənətinin  inkiĢafında  misilsiz  xidmət  göstərmiĢdir.  Mərziyyə  xanım Üzeyir 
Hacıbəyovun "ArĢın  Mal  Alan"  musiqili  komediyasında  əvvəlcə  Gülçöhrə,  sonra  isə 
Cahan xala rollarında çıxıĢ edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu 
məharətlə  təsdiqləyib. Hüseyn  Cavidin "Ġblis"  əsərinin  tamaĢasında  Abbas  Mirzə 
ġərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox 
keçmir  ki,  Mərziyyə  Davudova  mürəkkəb,  ziddiyyətli,  bir-birinə  bənzəyən  və 
bənzəməyən  müxtəlif  qadın  obrazlarını,  xüsusilə  də  qüdrətli  xarakterlərin  yaradıcısı 
kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması Ģərafəti 
məhz  Mərziyyə  xanımın  qismətinə  düĢdü.  Böyük  dramaturqumuz Cəfər  Cabbarlının 
"Sevil"  pyesi  yalnız  səhnədə  deyil,  həyatda  da  böyük  əks-sədaya,  təlatümə  səbəb 
olmuĢdur.  Mərziyyə  xanımın  böyük  ustalıqla  can  verdiyi  Sevil  obrazı  o  qədər  parlaq, 
təsirli,  təbii  alınmıĢdı  ki,  tamaĢa  salonundakı  qadınlar  öz  çadralarını  elə  oradaca 
atmıĢlar.  GeniĢ  yaradıcılıq  diapazonuna  malik  olan  Mərziyyə  Davudova  Azərbaycan 
kinosunun  inkiĢafında  da  müəyyən  xidmətlər  göstərmiĢdir.  "Hacı  Qara",  "Bir  Ailə", 
"Bakının  ĠĢıqları",  "Bir  məhəllədən  iki  nəfər",  "Koroğlu"  və  digər  filmlərə 
çəkilib.   Mərziyyə  xanım  Cəfər  Cabbarlı,  Hüseyn  Cavid, Səməd  Vurğun, Mirzə 
Ġbrahimov, Mehdi  Hüseyn, Ənvər  Məmmədxanlı   kimi  Azərbaycan  dramaturqlarının 
əsərləri ilə yanaĢı, rus və Qərbi Avropa ədiblərinin də tamaĢalarında bir-birindən fərqli 
və  mürəkkəb  qadın  obrazları  yaratmıĢdır.  1956-cı  ildən  ömrünün  sonuna  kimi 
Azərbaycan  Teatr  Cəmiyyətinə  rəhbərlik  edən  Mərziyyə  xanım  Davudova  əslində 
qaranlıq bir mühitdə parlayan ulduz idi.  
Filmoqrafiya:  Ağasadıq  Gəraybəyli  (film,  1974),  Bakının  iĢıqları  (film,  1950), 
Bəxtiyar (film, 1955), Bir ailə (film, 1943), Bir  məhəllədən iki nəfər (film, 1957), Əsl 
dost (film, 1959), Hacı Qara (film, 1929), Koroğlu (film, 1960), Qızmar günəĢ altında 
(film, 1957),  Min birinci söz (film, 1997), Onlar belə sevirdilər (veriliĢ, 2007) və s. 
 

301 
 
Dekabr
 
Əlamətdar tarixi günlər və bayramlar 
Beynəlxalq QIÇS-lə mübarizə günü 01.12 
Beynəlxalq Əlillər günü 03.12.1992 
Rabitə və Ġnformasiya texnologiyaları sahəsi iĢçilərinin peĢə bayramı 06.12.2006 
Beynəlxalq Aviasiya günü 07.12.1996 
Ümumdünya futbol günü   07.12. 
Ümumdünya Ġnsan hüquqlarının müdafiəsi günü 10.12.1950 
Ümumdünya UĢaq Televiziyası Günü  11.12.1992 
―Qızıl qələmlər‖ ədəbi cəmiyyətinin yarandığı gün  25.12.1925 
Dünya Azərbaycanlılarının Həmrəylik günü 31.12.1991 
Bu tarixi unutmayaq 
Xankəndinin iĢğalı günü 26.12.1991 
Yubilyar yazıçı və şairlər 
ƏdəbiyyatĢünas, tənqidçi Vəkil Hacıyevin 80 illiyi (1936) 
ġair Əflatun Cəfərlinin 80 illiyi (1936) 
ġair, publisist, dramaturq Abdulla Qurbaninin 60 illiyi (13.12.1956) 
ġair Ramiz RövĢənin 70 illiyi (15.12.1946) 
Tənqidçi, ədəbiyyatĢünas Məmmədəli Əsgərovun  95 illiyi (18.12.1921-1991) 
Xalq yazıçısı Süleyman Vəliyevin 100 illiyi (21.12.1916-1996) 
ġair Müzəffər ġükürün 75 illiyi (23.12.1941) 
Tənqidçi, ədəbiyyatĢünas Əbülfət Misiroğlunun 70 illiyi (23.12.1946) 
Akademik, ĢərqĢünas Ziya Bünyadovun 95 illiyi (24.12.1921-1997) 
ƏdəbiyyatĢünas, tərcüməçi Əli Sultanlının 110 illiyi (25.12.1906-1960) 
 
ġair, publisist ġahmar Əkbərzadənin 75 illiyi (28.12.1941-2000) 
ġair Nüsrət Kəsəmənlinin 70 illiyi (28.12.1946-2003) 
Yazıçı, ədəbiyyatĢünas Əzizə Cəfərzadənin 95 illiyi  (29.12.1921-2004) 
Folklor 
AĢıq Pənahın anadan olmasının 90 illiyi (1926-1978) 
Xarici ədəbiyyat 
Rus yazıçısı, tənqidçi, jurnalist Nikolay Karamzinin 250 illiyi(12.12.1766-1825) 
İncəsənət 
Kinorejissor, ssenarist, cizgi filmləri ustası Uolt Disneyin 115 illiyi (05.12.1901-1966).  
Aktyor Həsənağa Salayevin 95 illiyi (05.12.1921-1981) 
Xalq artisti, baletmeystr Tamilla ġirəliyevanın 70 illiyi (08.12.1946) 
Xalq rəssamı Mikayıl Abdullayevin 95 illiyi (19.12.1921-2002) 
Xalq artisti Əlövsət Sadıqovun 110 illiyi (22.12.1906-1971) 
Xalq artisti, baletmeystr Çimnaz Babayevanın 70 illiyi (23.12.1946) 
Xalq artisti Zeynəb Xanlarovanın 80 illiyi (28.12.1936) 
Xalq artisti Əbülfət Əliyevin 90 illiyi (30.12.1926-1990) 
Milli qəhrəmanlıq zirvəsi 
Orucov Vəzir Surxay oğlu (26.12.1956-22.03.1993) 
Əsgərova Salatın Əziz qızı (16.12.1961-09.01.1991) 

302 
 
DEKABR
 
Əlamətdar tarixi günlər və bayramlar 
1. Beynəlxalq AİDS-lə (QİÇS) mübarizə günü 
Hər il dekabr ayının 1-də Ümumdünya AĠDS günü 
qeyd  edilir.  AĠDS  xəstəliyinin  inkiĢafı  70-ci  illərin 
sonlarına  təsadüf  edir.  Bəzi  mənbələrdə  isə  onun 
tarixi 1959-cu ilə gedib çıxır. Azərbaycanda isə ilk 
AĠDS-ə  yoluxma  1987-ci  ildə  Uqanda  və 
Keniyadan  olan  xarici  vətəndaĢlarda  qeydə 
alınmıĢdır.  Bu  xəstəliyin  yaranması  ilə  əlaqədar 
bəzi alimlər belə bir fərziyyə irəli sürürlər ki, HĠV virusunun təhlükəli formaları bioloji 
silahın təsadüfi və yaxud qəsdən sızması nəticəsində yaranmıĢdır. Bu fərziyyəyə əsasən, 
virus xüsusi hərbi laboratoriyada gen mühəndisliyi metodu ilə alınmıĢdır. Ġki virusun – 
Visna və insan onkoloji viruslarından birinin birləĢməsi nəticəsində HĠV virusu əmələ 
gəlmiĢdir.  Bu  virus  ömürlük  həbs  cəzası  və  yaxud  ölüm  cəzasına  məhkum  olmuĢ 
könüllü  dustaqların  üzərində  sınaqdan  keçirilmiĢdir.  Belə  ki,  onlara  sınaqdan  sonra 
azadlıq  vəd  edilmiĢdir.  Bu  yolla  da  virus  laboratoriya  divarlarından  kənara  çıxaraq 
yayılmıĢdır.  Bir  çox  virusoloq,  epidemioloqlar  hesab  edirlər  ki,  AĠDS  epidemiyası 
Afrikada  baĢlayıb  və  bu  xəstəliyi  törədən  virus  çox  güman  ki,  ―meymun‖  mənĢəlidir. 
Afrika  cəngavərliklərində  yaĢıl  əntərlərdə  və  makakalarda  AĠDS-ə  oxĢar  xəstəliklər 
aĢkar  edilmiĢdir.  Belə  fərz  edilir  ki,  insanlar  bu  meymunları  ovladıqda  və  onlarla 
təmasda  olduqda  xəstəlik  insanlara  keçmiĢdir.  Yəqin  ki,  bu  səbəbdən  AĠDS  ən  çox 
Afrika qitəsində yayılmıĢdır. 
Statistika 
Dünyada təxminən 39,5 milyon insan HĠV virusuna yoluxub. Onların da əksəriyyəti 15-
24  yaĢ  arasında  olan  yeniyetmə  və  gənclərdir.  Yer  üzündə  hər  gün  HĠV/AĠDS 
xəstəliyindən 15 yaĢına qədər 1.400 uĢaq və 15-24  yaĢ arasında 6.000 gənc insan vəfat 
edir.  2006-cı  ildə  bütün  dünyada  AĠDS  pandemiyası  nəticəsində  2,9  milyon  nəfər,  o 
cümlədən 380.000 uĢaq həlak olmuĢdur. Hər il 15 yaĢına qədər 640.000 uĢaq və 15-24 
yaĢ arasında 2 milyon gənc HĠV virusuna yoluxur. 15 yaĢına qədər uĢaqların 15%-nə bu 
xəstəlik öz anaları vasitəsilə ötürülür.  
AIDS (Acquired  Immune  deficit  Symptoms) xəstəliyini yaradan virus HĠV (Human 
Immune deficit Virus) adlanır. HĠV (ĠĠV) – Ġnsanın ĠmmunçatıĢmazlığı Virusu, AĠDS 
(QĠÇS) - QazanılmıĢ Ġmmun ÇatıĢmazlığı Sindromu deməkdir. HĠV virusuna yoluxan 
insanın orqanizmi bu infeksiya ilə mübarizə edir və mübarizə aparan xüsusi ―antibodis‖ 
adlı  molekullar  yaranır.  Əgər  qan  yoxlanıldıqda  ―antibodis‖  molekulları  aĢkarlanarsa, 
bu  həmin  insanda  HĠV  virusunun  olduğunu  təsdiqləyir.  HĠV  antibodisi  olan  insanlar 
―HĠV  daĢıyıcısı‖  adlanırlar.  HĠV-daĢıyıcısı  və  ya  HĠV  viruslu  insanın  AĠDS  xəstəsi 
olduğunu  demək  düzgün  deyil.  Çox  insanlar  var  ki,  onlar  HĠV-daĢıyıcısıdırlar,  lakin 
uzun  illər  xəstələnmirlər.  HĠV  virusu  orqanizmdə  daha  çox  qaldıqca  immun  sistemi 
yavaĢ-yavaĢ zəifləyir və nəticədə AĠDS xəstəliyi yaranır. 

303 
 
3. Beynəlxalq Əlillər günü 
 
3 dekabr Beynəlxalq Əlillər günüdür. Əlillər günü 1992-ci 
ildə  BMT-nin  baĢ  məclisində  qəbul  edilib.  Ümumdünya 
Səhiyyə  TəĢkilatnın  məlumatına  görə  dünya  üzrə  fiziki 
qüsurlu  insanların  faiz  göstəricisi  10%-dir.  Bu  göstərici 
Azərbaycan  üzrə  4,4%  təĢkil  edir  ki,  bu  da  MDB 
məkanında  ən  aĢağı  göstərici  hesab  edilir.  Azərbaycanda 
dörd yüz mindən artıq əlil insan var. Onların bir hissəsi 2-
ci  dünya  müharibəsi,  bir  hissəsi  erməni  təcavüzü 
nəticəsində 
əmək  qabiliyyətlərini  itirən  Ģəxslərdir. 
Əlillərin sosial müdafiəsinin gücləndirilməsi haqqında dövlət proqramına uyğun olaraq 
artıq  10  ildir  ki,  onların  xaricdə  müalicəsi  təĢkil  olunur.  Əlil  insan  dedikdə  hər  kəsin 
ağlına  müəyyən  orqanlarını  itirmiĢ  insanlar  gəlir.  Unudulmamalıdır  ki,  bu  onların 
iĢləməyinə,  həyat  fəaliyyətlərinə  və  ya  insani  keyfiyyətlərinə  əngəl  deyil  və 
olmamalıdır.  Fiziki  deyil,  mənəvi  cəhətdən  qüsurlu  olmamaq  gərəklidir.  Ġnsanların 
hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaĢı, əlillər və Ģikəstlər də vardır. 
Əlillik və Ģikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, 
istehsalat  qəzaları,  xəstəliklər  nəticəsində  qazanılmıĢ  əlillik  və  Ģikəstlik  vardır.  Əlillər 
əhalinin  baĢqa  təbəqələri  ilə  müqayisədə  daha  çox  sosial  müdafiəyə,  mənəvi  dəstəyə, 
humanist  münasibətə  möhtacdırlar.  Bu  insanlar  hətta  maddi  cəhətdən  təmin  olunsalar 
belə,  isti  münasibət,  doğmalardan  və  yadlardan  qayğı,  mərhəmət  və  diqqət  umurlar. 
Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət 
əhəmiyyətli  proqramlar  həyata  keçirilmiĢdir.  Əlillər  mənzil,  maĢın,  əlil  arabaları  ilə 
təmin  olunur,  müxtəlif  ölkələrdə  dövlət  vəsaiti  hesabına  müalicə  və  bərpa  kursları 
keçirlər. Beynəlxalq aləmdə əlillərin hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər 
həyata  keçirilib.  Onlardan  ən  mühümü  BMT  tərəfindən  1983-1992-ci  illərdə  həyata 
keçirilmiĢ  Əlillər  Onilliyidir.  1992-ci  il  oktyabrın  14-də  Onilliyin  baĢa  çatması 
münasibətilə  BMT  BaĢ  Məclisi  dekabrın  3-nü  "Əlilliyi  olan  insanların  Beynəlxalq 
günü"  kimi  qeyd  olunması  haqqında  Bəyannamə  qəbul  etmiĢdir.  Bu  günün  məqsədi 
cəmiyyəti  əlillik  problemlərinin  həllinə  cəlb  etmək,  əlilliyi  olan  bütün  insanların 
hüquqlarını qorumaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 

304 
 
6.Rabitə və İnformasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı 
 
Dekabrın  6-da  Azərbaycanda  rabitə  və 
informasiya  texnologiyaları  sahəsi  iĢçilərinin 
peĢə  bayramı  qeyd  edilir.  Bu  gün  Azərbaycan 
Respublikasının  Prezidenti  Ġlham  Əliyevin  2 
dekabr  2006-cı  il  tarixli  sərəncamı  ilə  təsis 
olunub. 

vaxtdan 
bütün 
respublikada 
rabitəçilər  və  informasiya  texnologiyaları 
sahəsinin  iĢçiləri  öz  peĢə  bayramlarını  qeyd 
edirlər. PeĢə  bayramının  məhz  bu  gündə  qeyd 
olunması  Azərbaycanda  ilk  telefon  xəttinin 
yaradılması  ilə  bağlıdır.  Belə  ki,  1881-ci  il  dekabrın  6-da  Bakıda  ―Nobel  qardaĢları‖ 
cəmiyyəti  tərəfindən  ilk  telefon  xətti  çəkilmiĢdir.  Azərbaycanda  rabitə  sahəsi 
Azərbaycanın  ümummilli  lideri  Heydər  Əliyevin  hakimiyyəti  illərində  xüsusilə  inkiĢaf 
etməyə  baĢlayıb.  Azərbaycanda  rabitə  sisteminin  əsas  inkiĢaf  dövrü  70-80-ci  illərə 
təsadüf  edir.  Həmin  illərdə  respublikaya  rəhbərlik  etmiĢ  Heydər  Əliyevin  bu  sahənin 
inkiĢaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniĢ Ģəkildə 
öz  əksini  tapır.  1976-cı  ildə  təkcə  Bakı  telefon  Ģəbəkəsinin  gücü  1927-ci  illə 
müqayisədə 20 dəfədən çox artmıĢ, telefon Azərbaycan əhalisinin məiĢətinin ayrılmaz 
hissəsinə  çevrilmiĢdir.  Həmin  illərdə  poçt,  teleqraf  və  teleradio  proqramlarının  yayımı 
sahələri  də  diqqətəlayiq  inkiĢaf  yolu  keçmiĢdir.  1979-cu  ildə  Heydər  Əliyevin  Ģəxsi 
rəhbərliyi  altında  yaradılmıĢ  komissiya  tərəfindən  Bakıda  -  köhnə  teleqüllənin 
yaxınlığında  tikilməsi  nəzərdə  tutulan  310  metrlik  Yeni  Teleqüllənin  layihəsi  təsdiq 
edildi və 1981-ci ildə obyektin tikintisinə baĢlandı. Buna baxmayaraq bir sıra obyektiv 
və  subyektiv  səbəblər  üzündən  Yeni  Teleqüllənin  istismara  verilməsi  ləngidilsə  də 
Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı 
sayəsində xalqın istifadəsinə verildi. Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə 
hakimiyyətə 
gəldikdən 
sonra 
Azərbaycanda 
informasiya 
kommunikasiya 
texnologiyaları  bölməsi  də      inkiĢaf  etməyə  baĢladı,   ölkədə  bu  yeni  sektorun  inkiĢafı 
prosesi sürətləndi, Azərbaycanın internet seqmenti geniĢləndi.  Azərbaycanda rabitə və 
informasiya-kommunikasiya  texnologiyaları  sektorunun  hazırkı  sürətli  inkiĢafı  birbaĢa 
ümummilli liderin kursunu davam etdirən ölkə Prezidenti Ġlham Əliyevin Ģəxsi diqqəti 
və  qayğısı  nəticəsində  əldə  olunmuĢdur.  2012-ci  il  ərzində  Ġnformasiya 
Texnologiyalarının  ĠnkiĢafı  Dövlət  Fondunun,  Yüksək  Texnologiyalar  Parkının  və 
Elektron  Təhlükəsizlik  Mərkəzinin  yaradılması  haqqında  sənədlər  imzalanmıĢdır. 
Həmin  ilin  noyabrında  illik  Bakutel  sərgi-konfransı  ilə  yanaĢı,  Bakıda  dünya 
əhəmiyyətli  Ġnternet  Ġdarəçilik  Forumu  (IGF  2012)  da  keçirilmiĢdir.    Bütün  bunlar 
hökumət tərəfindən ĠKT bölməsinə böyük diqqətin yetirilməsini bir daha sübut edir.  
 
 
 
 

305 
 
7. Beynəlxalq Aviasiya günü 
1994-cü  ildə  Beynəlxalq  Mülki  Aviasiya  haqda 
Konvensiyanın  imzalanmasının  50  illiyi  ilə  əlaqədar 
olaraq 1996-cı ildə BMT BaĢ Assambleyası tərəfindən 
7  dekabr  tarixi  Beynəlxalq  Mülki  Aviasiya  Günü  elan 
olunub.  Bakıda  ilk  uçuĢ  1923-cü  ildə  həyata 
keçirilib. 1938-ci il tarixində Azərbaycanda ilk aviasiya 
qrupu  yaradılıb  ki,  bu  tarix  2006-cı  ildə  Azərbaycan 
Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan 
Mülki Aviasiya Günü kimi elan edilib.  Bakı Ģəhərinin 
üzərindən  ilk  təyyarə  20  oktyabr  1910-cu  il  tarixində 
uçub.  Sergey  Utoçkinin  idarə  etdiyi  uĢaqsayağı  yöndəmsiz  və  möhkəm  olmayan 
―Farman-4‖  sistemli  fransız  biplanı  heyrətdən  yerində  donmuĢ  tamaĢaçıların  baĢı 
üzərində bir neçə dairə vurub, sonra isə alqıĢlar altında yerə enib. Azərbaycanın aviasiya 
ilə ilk tanıĢlığından sonra hava nəqliyyatının yeni növünün regionda rəsmi status alması 
üçün  on  beĢ  il  tələb  olunub.  1923-cü  ildə  ―ZAKAVĠA‖  Zaqafqaziya  Mülki  Aviasiya 
Səhmdar  Cəmiyyəti  yaradılıb.  Artıq  1923-cü  ilin  aprel  ayında  ―Yunkers‖  təyyarəsində 
Bakı-Tiflis-Bakı  marĢrutu  ilə  uçuĢ  həyata  keçirilib,  iki  il  sonra  isə  KeĢlədə  aerodrom 
tikilib  və  mülki  ―Hava  stansiyası‖  yaradılıb.  1926-cı  ildə  Mineralnıye-Vodı–Qroznı–
Mahaçqala–Bakı–Yevlax–Tiflis marĢrutları üzrə müntəzəm uçuĢlar həyata keçirilməyə 
baĢlanıb. Sovet Ġttifaqı dağıldıqdan sonra mülki aviasiyaya 200 milyon dollardan yuxarı 
sərmayə qoyulub. Bu, aviaparkı müasir ―Boeing-757‖ təyyarələri ilə təkmilləĢdirməyə, 
uçuĢları  idarəetmə  vasitələrini  yeniləməyə,  iyirmiyədək  ixtisas  üzrə  kadrların 
hazırlanması sistemini yaratmağa və bu gün altmıĢdan yuxarı aviaĢirkətin təyyarələrini 
qəbul edən beynəlxalq təyyarə vağzalının 1999-cu ildə Bakı Ģəhərində açılmasına imkan 
verib.  Növbəti  illərdə  ―Naxçıvan‖  beynəlxalq  hava  limanı,  ―Gəncə‖  beynəlxalq  hava 
limanı  və  ―Zabrat‖  hava  limanında  yeni  təyyarə  vağzalının  binası  istismara  verilib. 
2008-ci  ildə  ―Lənkəran‖  və  ―Zaqatala‖  beynəlxalq  hava  limanları  açıldı. 
Hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan və Bakı-
Qəbələ marĢrutları üzrə uçuĢlar yerinə yetirir. ―Azərbaycan Hava Yolları‖ QSC Avropa, 
MDB, Yaxın ġərq və Asiya ölkələrinə sərniĢin daĢımaları həyata keçirir. 2014-cü ildə 
uzaq  uçuĢ  məsafəsinə  malik  olan  ―Boeing‖  təyyarələrinin  yeni  partiyası  alındıqdan 
sonra  ġimali  Amerika  və  Cənubi-ġərqi  Asiya  ölkələrinə  daimi  marĢrutların  açılması 
planlaĢdırılır. Ġndi ―Azərbaycan Hava Yolları‖ QSC Azərbaycanın Milli DaĢıyıcısı kimi 
Beynəlxalq  Hava  Nəqliyyatı  Assosiasiyasında  (ĠATA)  layiqli  yer  və  MDB  ölkələrinin 
aviaĢirkətləri  arasında  lider  mövqe  tutur.  ―Azərbaycan  Hava  Yolları‖  QSC  həm 
regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır. 
 
 
 
 
 

306 
 
10
.Ümumdünya futbol günü 
 
 
10  dekabr  Ümumdünya  futbol  günü  BMT-nin  qərarı  ilə  qeyd  olunur.  Beynəlxalq 
ictimaiyyət  bu  idman  növünə  qiymət  verərkən  bildirir  ki,  bu,  milyonlarla  insan  üçün 
sadəcə  oyun  deyil,  həm  də  həyat  tərzidir. Futbol  –  ―ayaqla  top  oyunu‖  haqqında  ilk 
xatırlatmalara  bizim  eradan  əvvəl  ikinci  minillikdə  Çin  mənbələrində  rast  gəlinib.  O, 
Çsu Çyu adlandırılıb, mənası ―ayaqla itələmək‖ deməkdir. Bu oyunun ilk dəfə nə vaxt 
baĢlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri 
VIII əsrdə Ġngiltərədə yaĢayan saksonlar olub. Futbolu Qədim Yunanıstanda və Romada 
təxminən  2500  il  bundan  əvvəl  oynayıblar.  Yunanıstanda  bu  oyun  ―top  uğrunda 
mübarizə‖ adlandırılıb.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

307 
 
10. Ümumdünya İnsan hüquqlarının müdafiəsi günü 
 
“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” 
                                                                                                                     Ulu öndər Heydər Əliyev 
 
 
 
 
 
 
1948-ci ilin 10 dekabrında BMT-nin BaĢ Məclisi tərəfindən ―Ġnsan hüquqları haqqında 
ümumi bəyannamə‖ qəbul edilmiĢdir. 1950-ci ildən baĢlayaraq isə hər il dekabr ayının 
10-u  bütün  dünyada  ―Beynəlxalq  Ġnsan  Hüquqları  Günü‖  kimi  qeyd  olunur.  Ġnsan 
hüquqları,  insanların  təbii  və  dərrakədən  irəli  gələn  subyektiv  hüquqlarını  təsvir  edir.
 
Ġnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar insan olmalarına 
görə  eyni  hüquqlara  malik  olmalıdırlar  və  bu  hüquqlar  hər  hansı  bir  izaha  ehtiyac 
olmadan  hər  kəsə  bərabər  Ģəkildə  aid  edilməlidir.  Avropada  əsas  insan  hüquq  və 
azadlıqlarının  qorunması  üçün  Azərbaycan  Respublikasının  da  qoĢulduğu   4  noyabr 
1950-ci  il  tarixli  ―Avropa  Ġnsan  Hüquqları  Konvensiyası‖  mövcuddur.  Bu 
konvensiyanın beynəlxalq müqavilələrdən baĢlıca fərqi ondan ibarətdir ki, Avropada bu 
konvensiyaya  əsaslanan  və  eyni  zamanda  real  iĢləmə  mexanizminə  malik  əsas  insan 
hüquq və azadlıqlarını qoruyan Avropa Ġnsan Hüquqları Məhkəməsi fəaliyyət göstərir. 
Ġnsan  haqları  çox  hallarda  bütün  insanların  eyni  haqqa  malik  olması  ideyasına  uyğun 
olaraq  aĢağıdakı  kimi  ifadə  olunur: Hər  bir  insan  onun  malik  olduğu  irqdən,  cinsdən, 
dildən, dindən, siyasi və digər baxıĢlardan, milli və sosial mənĢəyindən, mülkiyyətdən, 
doğum və baĢqa hallardan asılı olmayaraq təmin olunmuĢ insan hüquqlarına malikdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 

308 
 
11.Ümumdünya Uşaq Televiziyası Günü

 “Uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq 
uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq 
uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır". 
                                                                                                                  Ulu öndər Heydər Əliyev 
 
Ötən  əsrin  sonlarından  BMT  tərəfindən  hər  il 
dekabrın 11-i UĢaqların Beynəlxalq Televiziya və 
Radio  Günü  kimi  qeyd  olunur.  (YUNĠSEF-in 
(BMT  UĢaq  fondu)  təĢəbbüsü  ilə  1992-ci  ildən 
qeyd  olunur.  Ümummilli  lider  Heydər  Əliyev 
tərəfindən  1998-ci  il  mayın  19-da  imzalanmıĢ 
"UĢaq 
hüquqları 
haqqında" 
Azərbaycan 
Respublikası Qanununun 3-cü maddəsində deyilir: 
―UĢaqlar  barəsində  dövlət  siyasəti  hər  bir  uĢağın 
zəruri  maddi  və  məiĢət  Ģəraitində  böyüyüb  tərbiyə  olunmasının,  mütərəqqi  tələblər 
əsasında  təhsil  almasının,  layiqli  vətəndaĢ  kimi  formalaĢmasının  təmin  edilməsinə 
yönəldilir‖.  UĢaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 22 iyun 1999-cu il 
tarixdə  qüvvəyə  minmiĢ  ―Valideynlərini  itirmiĢ  və  valideyn  himayəsindən  məhrum 
uĢuqların  sosial  müdafiəsi  haqqında‖  Azərbaycan  Respublikasının  Qanunudur.  Ulu 
öndərimiz    Heydər  Əliyev  həmiĢə  uĢaqların  bu  əlamətdar  günündə  onlarla  bir  yerdə 
olmağı çox sevirdi.  Ulu öndər uĢaqlara göstərilən bu diqqəti belə dəyərləndirirdi. Belə 
ki,  Televiziya  və  Radio  Günü  ilə  əlaqədar  uĢaqların  hazırladığı  mərasimdə  iĢtirak 
etməkdən  böyük  zövq  alırdı.  Fərəhlə  demək  olar  ki,  uĢaq  və  gənclərə  göstərilən 
diqqətin,  qayğının  daha  da  artırılmasında  ölkə  Prezidenti  Ġlham  Əliyevin  xidməti 
çoxdur. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin yaradılması 
buna əyani sübutdur.   Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ĠSESCO-nun 
xoĢməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyevanın  bu  yolda 
gördüyü  iĢlər  xüsusi  qeyd  edilməlidir.  Fondun  ―YeniləĢən  Azərbaycana  yeni  məktəb‖ 
layihəsi  çərçivəsində  həyata  keçirilən  geniĢmiqyaslı  inĢaat  və  yenidənqurma  iĢləri 
bölgələrimizdə uĢaqların təhsili üçün gözəl imkan yaratdı. Azərbaycanın ən ucqar dağ 
kəndində  də  belə  uĢaqların  təhsili  üçün  hər  cür  Ģəraiti  olan  təhsil  ocaqlarının  tikilməsi 
bu qayğının təzahürü kimi təqdir edilməlidir. Təbii ki, uĢaqların diqqətini çəkən, onların 
maraq  dairəsinə  daxil  olan  vərdiĢlərdən  biri  də  televiziyadır.    Hər  bir  kanalın  uĢaqlar 
üçün ayrıca redaksiyası var və mütləq də olmalıdır.  Bu sarıdan Azərbaycan Televiziya 
və  Radio  VeriliĢləri  Qapalı  Səhmdar  Cəmiyyətinin  ənənələrə  söykənərək  uĢaqlar  üçün 
proqramlar  hazırlanması  diqqət  çəkir.  Ġstər  AzTV-də,  istərsə  də  onun  ―Mədəniyyət‖ 
kanalında uĢaq və gənclərə həsr olunan veriliĢlərin təkcə adlarına fikir verək: ―Təmas 
nöqtəsi‖, ―Tələbə dünyası‖, ―Mən də uĢaq olmuĢam‖, ―ÇoxbilmiĢlərdənsinizmi?‖, ―Mən 
Azərbaycanlıyam‖,  ―Müasir  Azərbaycan  gəncliyi‖,  ―Biləyən‖,  ―Bəbək‖,  ―Ana  dili‖, 
―Əlaçı‖ və s.  
 
 

309 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin