MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Yubilyar yazıçı və şairlər



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

Yubilyar yazıçı və şairlər 
10.Abbas Zamanovun 105 illiyi (10.10.1911-01.04.1993) 
 
Zamanov  Abbas  Fəttah  oğlu —  tənqidçi,  ədəbiyyatşünas, 
tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar 
Birliyinin üzvü, 
filologiya  elmləri  doktoru  (1968)
professor  (1971),  Azərbaycanın  Əməkdar  elm  xadimi 
(1980),  Azərbaycan  EA  müxbir  üzvü  (1983),  Türk  Dil 
qurumunun 
müxbir 
üzvü 
(1971),  
Səlcuq 
Universitetinin (Türkiyə) fəxri doktoru (1988
)
 
Abbas  Zamanov 1911-ci  il  oktyabrın 10-da  Naxçıvan  MR 
ġərur  rayonunun  Maxta  kəndində  anadan  olmuĢdur. 
Naxçıvan  və  Bakı  Ģəhərlərində  uĢaq  evlərində  yaĢamıĢdır 
(1921-1927).  Bakı  pedaqoji  texnikumunu  bitirdikdən  sonra  rəhbər  komsomol  iĢçisi 
kimi  çalıĢmıĢdır  (1929-1937),  iki  il  "Gənc  iĢçi"  qəzeti  redaksiyasında  məsul 
redaktorun müavini vəzifəsində iĢləmiĢdir (1933-1934). Sonra "Ədəbiyyat" qəzetində 
məsul  katib  və  AzərnəĢrin  bədii  ədəbiyyat  Ģöbəsində  müdir  (1937-1939)  olmuĢdur. 
1939-cu  ildə  Azərbaycan  Dövlət  Pedaqoji  Ġnstitutunun  dil  və  ədəbiyyat  fakültəsini 
qiyabi bitirmiĢ və oraya müəllimliyə dəvət edilmiĢdir. Ədəbi fəaliyyətə 1937-ci ildə 
çap  etdirdiyi  publisist  və  elmi-kütləvi  məqalələrlə  baĢlamıĢdır.  Həmin  vaxtdan 
ölkəmizdə  və  onun  hüdudlarından  uzaqlarda  XX  əsr  Azərbaycan  ədəbiyyatına  dair 
elmi-tədqiqat  əsərləri  müntəzəm  dərc  olunmuĢdur.  "Sabir  və  müasirləri" 
monoqrafıyası  Əsəd  Behrənginin  tərcüməsində  Təbrizdə,  "Cəlil  Məmmədquluzadə" 
oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəĢr olunmuĢdur. 
Türk  Dil  Qurumunun  (Türkiyə)  müxbir  üzvü  (1971),  Konya  və  Səlcuq 
Universitetlərinin  (Türkiyə)  fəxri  doktoru  seçilmiĢdir.  MətnĢünaslıq  sahəsində  ciddi 
fəaliyyət göstərmiĢ, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, 
S.S.Axundov,  S.Hüseyn,  H.Nəzərli,  S.Ə.ġirvani,  S.M.Qənizadə  və  Q.Zakirin 
əsərlərini  rus  və  Azərbaycan  dillərində  tərtib  və  nəĢr  etdirmiĢdir.  O,  M.Ə.Sabir, 
Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və 
"Cavidi xatırlarkən" (1982)  adı ilə kütləvi  tirajla  çap  etdirmiĢdir. 1  dərəcəli "Vətən 
müharibəsi" ordeni, döyüĢ xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif 
edilmiĢdir.  1993-cü  il  aprelin  1-də  Bakıda  vəfat  etmiĢ,  Fəxri  Xiyabanda  dəfn 
olunmuĢdur.  
Əsərləri: ―Ġrəli‖ (1943), ―A.ġaiqin həyatı və yaradıcılığı‖ (1956), ‖Müasirləri Sabir 
haqqında‖  (1962),  ―Sabir  və  müasirləri‖  (1973),  ―Əməl  dostları‖  (1979),  ―Sabir 
gülür‖  (1981),  ―Sabir  bu  gün‖  (1985),  ―Cəbhə  dəftərindən‖  (1986),  ―Bu  dünyadan 
Rəsul Rza gəlib keçdi‖( 2008),  ―Cənubdan səslər.  Min bir mahnı‖ (2010). 
Tərcümələri  (ruscadan):  N.Jurba.  Aleksey  Matrosov    1951,  H.Məmmədquluzadə. 
Mirzə Cəlil haqqında xatirələrim  1981. 
Filmoqrafiya:  Bəxtiyar  (film,  1942),  Sovet  Naxçıvanı-Ģərqin  qapısı  (film,  1949), 
Azərbaycan  naminə  (film,  2005),  Zəlimxan  dastanı  (film,  2007),  Mətbuat  fədaisi 
(film, 2007). 

273 
 
13.Ədəbiyyatşünas, folklorşünas Hənəfi Zeynallının 120 illiyi (1896-1937) 
H.Zeynallını bir cavidşünas kimi səciyyələndirən onun H.Cavidə dövrün ədəbi-tarixi 
kontekstində yanaşa bilməməsidir.O, Cavidin romantizmini, onun estetik idealını doğru 
müəyyən etmiş, cavidşünaslığın təməl daşını qoyanlardan biri olmuşdur.
 
 
  
Zeynallı  Hənəfi  Baba  oğlu –  müəllim,  ədəbiyyatşünas, 
Azərbaycan 
şifahi 
xalq 
ədəbiyyatının 
ilk 
tədqiqatçılarından biri.
 
 
 
 
 
 
Hənəfi  Zeynallı 1895-ci  ildə Bakıda dəmirçi  ailəsində  anadan  olmuĢdur.  1916-cı  ildə 
Bakıdakı  Politexnik  məktəbi  bitirmiĢ  və  elə  həmin  il  müsabiqə  imtahanını 
müvəfəqiyyətlə verərək Ġmperator Texniki PeĢə məktəbinə daxil olmuĢdur. 1917-ci ildə 
fevral  inqilabından  sonra  təhsilini  yarımçıq  qoymuĢdur.  H.Zeynallı 1922-ci  ildə 
Azərbaycan  Dövlət Universitetinə  daxil olmuĢ, 1927-ci  ildə  bitirmiĢ  və  təyinatını ġərq 
fakültəsinin  Azərbaycan  türk  ədəbiyyatı  tarixi  kafedrasına,  sonra  isə  Azərbaycan 
Pedoqoji  Ġnstituna  almıĢdır.  1930-cu  ildə  dosent  olmuĢdur. 1923-cü  ildən  Azərbaycan 
Dövlət  NəĢriyyatının  əsas  yaradıcılarından biri kimi  fəaliyyət  göstərmiĢ  və  oranın baĢ 
redaktoru  vəzifəsində  çaliĢmıĢdır. 1923-1931-ci  illərdə  AzərnəĢrdə  iĢləyərkən  o, 
―Kommunist‖,  ―Maarif  və  Mədəniyyət‖,  ―Ġnqilab  və  Mədəniyyət‖,  ―Maarif  iĢçisi‖ 
jurnallarında  əməkdaĢlıq  etmiĢ,  geniĢ  ədəbi  publisistik  yazılarla  çıxıĢ  etmiĢdir. 
H.Zeynallı  1926-cı  ildə  yazdığı  "Azərbaycan  atalar  sözləri  və  məsəllər"  (burada  4 
minədək  atalar  sözü  və  məsəllər  toplanmıĢdır), 1928-ci  ildə  yazdığı  ―Türk  ədəbiyyatı 
üzrə  iĢ  kitabı‖  əsərlərində  folklor,  terminologiya  və  s.  ilə  bağlı  məsələlərə  toxunur. 
1937-ci  il  yanvarın  28-də  H.Zeynallı Ruhulla  Axundovun əksinqilabi  qrupunun  üzvü 
kimi həbs olunub və Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri üzrə məsuliyyətə 
cəlb  edilib.  H.Zeynallının  güllələnməsi  haqqında  hökm 1937-ci  il  oktyabrın  13-də 
Bakıda  icra  olunub.  1957-ci  il  martın  30-da  SSRĠ  Ali  Məhkəməsinin  Hərbi 
Kollegiyasının qərarına görə 1937-ci il sentyabrın 12-də SSRĠ Ali Hərbi Kollegiyasının 
Hənəfi  Baba  oğlu  Zeynallının  istintaq  iĢi  üzrə  çıxartdığı  hökm  dəyiĢdirildi  və  cinayət 
tərkibi olmadığı üçün iĢ xətm edildi. 
  
 
 
 
 

274 
 
15.Xalq yazıçısı, dramaturq Mirzə İbrahimovun anadan olmasının 105 illiyi  
   (1911-1993) 
“Onun qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan silahdır. Kənd 
olsun, şəhər olsun, müharibə, sülh olsun, ailə ya ictimaiyyət olsun, kütləvi səhnə ya 
qəlb aləmi olsun, həyatımızın elə sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz 
etməsin, ədibin səsi, sözü eşidilməsin. O, təbiətən fəal, özünə tələbkar şəxsiyyətdir”.  
                                                                                                              
Mir Cəlal Paşayev 
İbrahimov  Mirzə  Əjdər  oğlu (15  oktyabr  1911  –  17  dekabr 
1993)  —  Azərbaycan  yazıçısı,  dramaturq,  ictimai  xadim. 
Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər 
Akademiyasının  akademiki  (1945),  SSRİ  Dövlət  mükafatı 
laureatı  (1950),  Azərb.  SSR  Dövlət  mükafatı  laureatı  (1965), 
Beynəlxalq  Nehru  mükafatı  laureatı  (1979).  Azərb.  SSR 
əməkdar  incəsənət  xadimi  (1941).   Sosialist  Əməyi 
Qəhrəmanı (1981),  Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət 
Heyətinin  sədri  (1954-1958),  1937-1991-ci  illərdə SSRİ  Ali 
Sovetinin deputatı.  Azərbaycan  Yazıçılar  İttifaqı  İdarə 
Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərb. 
SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin 
                                   deputatı. SSRİ xalq deputatı (1989). 
Mirzə  Ġbrahimov 1911-ci  il  oktyabrın  15-də   Cənubi  Azərbaycanın Sərab Ģəhəri 
yaxınlığındakı  Evə  kəndində  anadan  olmuĢdur. 1918-ci  ildə  atası  və  böyük  qardaĢı 
ilə Bakıya gəlmiĢdir.   Bədii  yaradıcılığa  da  Zabrat  fəhlə  ədəbiyyat  dərnəyinin 
üzvlüyündən  baĢlamıĢdır.  Azərbaycan  Yazıçılar  Ġttifaqı  idarə  heyətinin  sədri  (1946-
1954),  birinci  katibi  (1965-1975),  SSRĠ  Yazıçılar  Ġttifaqı  idarə  heyətinin  katibi  (1965-
1975),  Azərbaycan  Respublikası  Nazirlər  Soveti  sədrinin  müavini  (1946-1950), 
Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində 
iĢləmiĢdir.  Azərbaycan  EA  Nizami  adına  Dil  və  Ədəbiyyat  Ġnstitutunda  direktorluq 
etdiyi  dövrdə  dilçilik  və  ədəbiyyatĢünaslıq  elminin  yeni,  yüksək  səviyyədə  tədqiqini 
təĢkil  etmiĢ,  üçcildlik  "Azərbaycan  ədəbiyyatı  tarixi"nin  yaranmasında  ciddi  əməyi 
olmuĢdur  (1946-1954).  Sonralar  Azərbaycan  Yazıçılar  Ġttifaqı  idarə  heyətinin  sədri 
(1946-1954)  və  SSRĠ  Yazıçılar  Ġttifaqı  Ġdarə  Heyətinin  katibi  (1965-1975)  olmuĢdur. 
1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiĢ, Fəxri Xiyabanda dəfn olunmuĢdur. 
Əsərləri:  ―Qiqantlar  ölkəsi‖  (1932),  ―Həyat  üçün‖  (1934),  ‖Həyat  (pyes)‖  (1938), 
―Böyük  demokrat  (Molla  Nəsrəddin)‖  (1939),  ―Həyat  və  ədəbiyyat‖  (1947),  ―Azad‖ 
(1949),  ―Gələcək  üçün‖  (1951),  ―Böyük  dayaq  (roman)‖  (1957),  ―Mədinənin  ürəyi‖ 
(hekayələr)  (1961),  ―Murovdağın  ətəyində‖  (hekayələr)  (1964),  ―Pərvanə‖  (1971), 
―Pərvizin həyatı‖ (povestlər və hekayələr) (1981), ―Pərvanə‖ (roman) (1984), ―Gələcək 
gün‖ (roman) (1984), ―Tufanlara kömək edən bir qələm‖,
 ―
SeçilmiĢ əsərləri‖ : Ġki cilddə 
(2005), ―Əsərləri‖: X cilddə (1983) və s.   
Filmoqrafiya: Böyük dayaq (film, 1962) 
 

275 
 
17.Yazıçı Çingiz Ələkbərzadənin anadan olmasının 80 illiyi (1936-1999) 
Vətənini sevən adam idi. Başqa yerə köçməkdən danışmaq belə istəmirdi. Tez-tez 
deyəsən Musa Yaqubdan bir misranı deyirdi: “Bəlkə də borcundan çıxmadım, 
Vətən…” Mənim atam ilk növbədə kişi olub, mərd olub, heç kimi satmayıb, heç kimə 
pislik etməyib. Atamla fəxr edirəm.”                                                                                      
                                                                                                           
Sevda Ələkbərzadə
 
Çingiz  Ələkbərzadə  Əbülhəsən  oğlu  1936-cı  il  oktyabrın  17-də 
Bakı  Ģəhərində  anadan  olmuĢdur.  Tovuz  Ģəhərindəki  A.S.PuĢkin 
adına Ģəhər orta məktəbini bitirmiĢdir (1955). ADU-nun filologiya 
fakültəsində  təhsil  almıĢdır  (1955-1960).  Tələbəlik  dövründə 
"Kökəlməyin  sirri"  hekayəsi  almanaxda  dərc  olunmuĢdur  (1958). 
Bundan  sonra  dövri  mətbuatda  müntəzəm  çıxıĢ  etmiĢdir.  Əmək 
fəaliyyətinə  Əli  Bayramlı  rayonundakı  2  saylı  orta  məktəbdə 
müəllim kimi baĢlamıĢdır (1960). Azərbaycan Dövlət Televiziya və 
Radio  VeriliĢləri  komitəsində  son  xəbərlər  redaksiyasında 
iĢləmiĢdir  (1961-1966).  Ġsmayıllı  rayonundakı  Ġvanovka  kəndində 
müəllim  (1966-1968),  Əli  Bayramlı  rayonunda  "ĠĢıq"  qəzeti 
redaksiyasında  məktublar  Ģöbəsinin  müdiri  (1968-1971),  Ġsmayıllı  rayonunda 
"ZəhmətkeĢ"  qəzeti  redaksiyasında  məktublar  Ģöbəsinin  müdiri  (1971-1972), 
Azərbaycan SSR Televiziya və Radio VeriliĢləri komitəsində "Günün səsi" xəbərlər baĢ 
redaksiyasında  müxbir  (1972-1973),  "Azərbaycanfılm"  kinostudiyasında  ssenarist 
(1973-1975),  "Kirpi"  satirik  jurnalında  ədəbi  iĢçi  (1976-1979),  Azərbaycan  Dövlət 
Televiziya  və  Radio  VeriliĢləri  Komitəsində  "Günün  ekranı"  redaksiyasında 
Ģtatdankənar  müxbir  (1979-1984),  ġirvan  bölgəsi  üzrə  xüsusi  müxbir  (1984-1989) 
olmuĢdur.  Özbəkistanda  keçirilən  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyündə 
iĢtirak  etmiĢdir  (1980).  Durğunluq  dövründə  ictimai  qüsurları  kəskin  tənqid  etdiyinə 
görə  həbs  edilmiĢdir  (1986-1988).  Sonra  bəraət  almıĢ,  bədii  yaradıcılıqla  məĢğul 
olmuĢdur. 1999-cu il yanvarın 7-də vəfat etmiĢdir. 
Əsərləri: ―Yarpaqlar töküləndə‖ (1964), ―Güllələr dənizdə sönür‖ (1973), ―Qızıl yəhərli 
at‖ (1976), ―Çılpaqlı‖ (roman). (1979), ― Vulkan‖ (povest və hekayələr) (1983), 
―Öndən‖ ( 1992), ―Qumarbaz‖ (1993), ―Türmə mənim ahımdı‖ (1993) və s.  
Filmoqrafiya :Günlərin bir günü (kinoalmanax, 1976),Vulkana doğru (film, 1977) 
 
      
 
 
 
 
 
 

276 
 
İncəsənət 
25.Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi (1921-1992) 
Nəcibə Məlikova 10 iyun 1959-cu ildə Azərbaycan 
Respublikasının əməkdar artisti, 1 iyun 1974-cü ildə xalq 
artisti fəxri adlarını alıb.  
Nəcibə HaĢım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının 
Buzovna  kəndində  doğulub.  Ġlk  təhsilini  kənddə  və  Bakıda 
alıb.  Bakı  Teatr  Məktəbində  xalq  artisti   Fatma 
Qədrinin sinfini  bitirib  (1940-1943).  Öz  istəyi  ilə  Gəncə 
Dövlət  Dram  Teatrında  iĢləməyə  gedib.  Burada  bir  neçə 
tamaĢada  çıxıĢ  edərək  Bakıya  qayıdıb  və  təzəcə  təĢkil 
olunmuĢ  Azərbaycan  Dövlət  Teatr  Ġnstitutuna  daxil  olub. 
1951-ci  ildə  ali  məktəbi  bitirib.  Texnikumda  təhsil  aldığı 
illərdə Milli Dram Teatrının tamaĢalarında epizodlar oynayan 
aktrisa  1952-ci  ildən  (kinolara  çəkiliĢlə  bağlı  kiçik  fasilələrlə)  yenə  bu  teatrda  iĢləyib. 
Nəcibə  Məlikova  klassik  və  çağdaĢ  Azərbaycan  dramaturqlarının,  dünya  ədiblərinin, 
əsasən,  dram  əsərlərində  və  bir  qədər  də  komediyalarında  rollar  oynayıb. Hüseyn 
Cavidin "ġeyx 
Sənan"  (Xumar),  "SəyavuĢ"  (Firəngiz),   Əbdürrəhim  bəy 
Haqverdiyevin "Pəri  cadu"  (ġamama  cadu), Cəfər  Cabbarlının "Aydın"  (Böyükxanım), 
"1905-ci  ildə"  (Sona),  "Sevil"  (Edilya),   Mirzə  Ġbrahimovun "Həyat"  (Atlas),  "Kəndçi 
qızı"  (Ayxanım), Ġlyas  Əfəndiyevin   "Büllur  sarayda"  (Qönçə),  "Qəribə  oğlan" 
(Məlahət), Nəbi  Xəzrinin "Əks-səda"  (Zərifə),  "Mirzə  ġəfi  Vazeh"  (Zübeydə), Səməd 
Vurğunun "Vaqif"  (Xuraman),   Maqsud  Ġbrahimbəyovun "Kərgədan  buynuzu" 
(Diləfruz),  Sabit  Rəhmanın  "Əliqulu  evlənir"  (Yasəmən),  "Küləklər"  (Firuzə), ġıxəli 
Qurbanovun "Əcəb  iĢə  düĢdük"  (Məlahət), Mirzə  Fətəli  Axundzadənin "Lənkəran 
xanının  vəziri"  (ġölə  xanım  və  Ziba  xanım),  "Müsyö  Jordan  və  dərviĢ  Məstəli  Ģah" 
(ġəhrəbanı), Aleksandr  Ostrovskinin   "Cehizsiz  qız"  (Oqudalova),   Hüseyn 
Muxtarovun   "Kimdir  müqəssir?"  (Korinkina),   Maksim  Qorkinin "Zikovlar"  (Sofiya 
Ġvanovna), Nazim  Hikmətin "ġöhrət  və  ya  unudulan  adam"  (Həkimin  arvadı), 
"Türkiyədə"  (Nazir  qızı),   Karlo  Haldoninin "Məzəli  hadisə"  (Marianna), Aleksandr 
ġirvanzadənin "Namus"  (Süsənbər), Fridrix  ġillerin "Orlean  qızı"  (Aqnessa), Lope  de 
Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaĢalarında çıxıĢ edib. Nəcibə xanım 
kinoda  uğurlu  rollar  yaradıb.  Onların  arasında "Ögey  ana"da Dilarə, "Aygün"də 
Aygün, "ArĢın  mal  alan"da Cahan  xala, "Əhməd  haradadır?"da Nərgiz  xala  rollarının 
ifası  aktrisanın  yaradıcılıq  nailiyyətləri  kimi  dəyərlidir.  Nəcibə  Məlikova  məlahətli, 
emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda 
mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə 
mətanətini  qoruyub  saxlayan  personajları  uğurla  oynayırdı.  Aktrisanın  yumorunda  da 
həzin  və  kövrək  lirizm  üstünlük  təĢkil  edirdi.  Bakıda  27  iyul  1992-ci  ildə  vəfat  edən 
Nəcibə Məlikova ikinci Fəxri xiyabanda dəfn olunub. 
Filmoqrafiya:  ArĢın  mal  alan  (film,  1965),  AxĢam  konserti  (film,  1948),  Ögey  ana 
(film,  1958),  Leyli  və  Məcnun  (film,  1961),  Əhməd  haradadır?  (film,  1963),Topal 
Teymur (film, 1983), Üzeyir ömrü (film, 1981), Yollar görüĢəndə... (film, 1979) və s. 

277 
 
Milli qəhrəmanlıq zirvəsi 
8. Nəsibov Kamil Balədə oğlunun 70 illiyi 
 
Nəsibov 
Kamil 
Balədə 
oğlu — Azərbaycanın 
Milli 
Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 
Azərbaycan  Respublikası  Prezidentinin 5  fevral 1993-cü  il 
tarixli  457  saylı  fərmanı  ilə  Nəsibov  Kamil  Balədə  oğluna 
ölümündən  sonra  "Azərbaycanın  Milli  Qəhrəmanı"  adı 
verilmişdir.  
 
 
8  oktyabr 1946-cı  ildə Laçın  rayonunun Bozlu kəndində  anadan 
olmuĢdur. 1963-cü  ildə  orta  məktəbi Minkənd kəndində  bitirmiĢ  və  ordu  sıralarına 
çağırılmıĢdır.  Üç  ildən  sonra  ordudan  tərxis  edilərək  vətənə  qayıtmıĢ,  1973-cü  ildə 
Azərbaycan  Politexnik  Ġnstitutuna  daxil  olmuĢdur.  1992-ci  ildə Laçın erməni  silahlı 
dəstələrinin  hücumlarına  məruz  qaldığı  zaman  Kamil  könüllülərdən  ibarət 
özünümüdafiə  bölüyü  yaratmıĢ  və  özünün  komandir  olduğu  30  nəfərdən  ibarət  bu 
bölük Sadınlar, Malıbəyli, Xanallar,Suarası kəndlərinin  müdafiəsində  böyük  rəĢadət 
göstərmiĢdir. 1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı 
döyüĢlərdən  birində  Kamil  Nəsibov  snayper  gülləsidən  ağır  yaralanmıĢ,  döyüĢçü 
dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüĢ 
meydanını  tərk  etməmiĢ  və  nəticədə  çoxlu  qan  itirərək    həlak  olmuĢdur.    Kamil  
Nəsibov  ailəli  idi,  dörd  övladı  var.  Ağcabədi rayonunda  dəfn  edilmiĢdir. 
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daĢıyır. 
 
 
Vətəni sevmək azdır, 
Onu qorumaq gərək. 
Vətənim demək azdır, 
Vətənin olmaq gərək. 
Onun adi torpağı, 
Ruhdan, candan irəli… 
O, anandan qabaqdır, 
O, atandan irəli… 
                                                                                                           Cabir Novruz 
 
 
 
 
 
 
 
 

278 
 
17. Bayramov Sultanağa Nəhmət oğlu
 
80 illiyi  (17.10.1936-23.08.1993) 
 
Soltanağa Bayramov (ö. 23 avqust 1993-cü il.)— 
Azərbaycanın Milli Qəhrəmanı, dövlətçiliyimiz, 
suverenliyimiz uğrunda ömrünü qurban 
verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 
 
 
 
Sultanağa  Bayramov  17  oktyabr   1936-cı  ildə  Lənkəran rayonunun  ġürük  kəndində 
anadan olmuĢdur. Orta təhsilini Astara rayonunda almıĢdır. 1957-ciildə Lənkəranda tibb 
məktəbini  bitirmiĢdir.  Daha  sonra  təyinatla  hərbi  hospitalda  iĢə  baĢlamıĢdır.
 
1990-cı 
illər  vətənin  çətin  günləri  idi.  Erməni  separatçıları  müəyyən  adamları  öz  əlaltılarına 
çevirərək  Azərbaycanı  parçalamq  istəyirdilər.  Vətəninə,  xalqına  xəyanət  edən  ―TalıĢ 
Muğan  Respublikası‖  yaratmaq  xülyası  ilə  yaĢayan  bir  qrup  silahlı  1993-cü  ildə 
Sultanağa  Bayramov  çalıĢdığı hospitala basqın edir. Soltanağa burada faciəli Ģəkildə 
həlak olur. Lənkəran Ģəhərinin ġəhidlər xiyabanında dəfn olunmuĢdur. Ailəli idi, dörd 
övladı var. 
Azərbaycan Respubliksaı prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı 
fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğluna öıümündən sonra ―Azərbaycanın 
Milli Qəhrəmanı‖ adına layiq görülmüşdür. 
 
Qəhrəmanlıq nə yalnız 
bir yüksəliş deməkdir. 
                                                  Nə də ulduzlar  kimi 
parlayıb sönməməkdir. 
Sızlarsa da könüllər 
Şəhidlərin yasından, 
onların arxasından. 
Qəhrəmanlıq-içərək 
acı ölüm tasından, 
irəliyə atılmaq və 
sonra dönməməkdir! 
  
                                                                            
Nihal Atsız 
 
 
 
 

279 
 
27.Makeyev İqor Vladimiroviç  45 illiyi   (27.10.1971-02.08.1992) 
 
 
İqor Makeyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ 
müharibəsi şəhidi. 
Ġqor Makeyev 27 oktyabr 1971-ci ildə Gəncə Ģəhərində anadan 
olmuĢdur. 1979-cu  ildə  39  saylı  məktəbə  getmiĢ, 1987-ci  ildə 
səkkizinci sinfi bitirmiĢdir. 1990-cı ildə hərbi xidmətə çağırılan 
Ġqor  əvvəlcə Bakıda,  sonra  isə  Rusiyanın Rostov vilayətində 
xidmət edir və burada çavuĢ məktəbində təhsil alır. 
Azərbaycanda baĢ verən hadisələr Ġqoru narahat edirdi o, 
təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəliĢinə etiraz edəndə o
demiĢdi : "Ana, məni düzgün baĢa düĢ! Mən Azərbaycanda dünyaya göz açmıĢam, ilk 
addımlarımı bu torpaqda atmıĢam. Bura mənim vətənimdir. Özümü də bu torpağın 
övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı qorumalıyam, yeri 
gəlsə onun yolunda canımı da fəda edərəm!" Ġqor Makeyev belə də etdi... O, evdən 
xəbərsiz Bakıya gəlir, Daxili  ĠĢlər  Nazirliyinin  qoĢunlarından  birinə yazılır, bununla 
da onun cəbhə həyatı baĢlayır. 1992-ci il 5 iyun  tarixində ermənilər Naxçıvanlı kəndinə 
hücuma keçirlər. Ġqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi 
tutsalar da döyüĢçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda 
gedən döyüĢlərdə də o rəĢadətlə vuruĢdu. Ġqorun son döyüĢü 2 avqust 1992-ci il oldu.  
"VıĢka" yüksəkliyi uğrunda gedən döyüĢdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə 
pulemyotla ön cərgədə gedərək onlarla erməni quldurunu məhv etdi, 28 nəfərin 
mühasirədən çıxmasına imkan yaratdı. Özü isə qəhrəmancasına həlak oldu. Subay idi. 
Gəncə Ģəhərinin ġəhidlər xiyabanında dəfn edilmiĢdir. Sadıllı qəsəbəsində 
qəhrəmanımızın adına küçə var. 
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı 
fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adına layiq görülmüşdür. 
 
Bu vətən, bu torpaq mənimdi deyib 
Üstündə vüqarla gəzdi şəhidlər. 
Əyninə qanından bir köynək geyib 
Düşmənin yolunu kəsdi Şəhidlər. 
                                                                                      Dursun Musayeva  
 
 
 

280 
 
Noyabr 
Əlamətdar tarixi günlər və bayramlar 
Televiziya və radio günü 06.11.1926 
Bakı Metropoliteni iĢçilərinin peĢə bayramı 08.11.1932 
Dövlət bayrağı günü 09.11.2005 
Ümumdünya Gənclər günü 10.11 
Konstitusiya günü 12.11.1995 
Beynəlxalq korlar günü13.11.1745  
Beynəlxalq Tolerantlıq günü 16.11.1995 
DirçəliĢ günü 17.11.1988 
Ümumdünya fəlsəfə günü.19.11.2002  
Beynəlxalq UĢaq Hüquqlarının Müdafiəsi günü 20.11.1989 
Dünya televiziya günü 21.11.1999 
Beynəlxalq Ġnformasiya günü  30.11 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin