MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

Filmoqrafiya:Bakı bağları. Buzovna (film, 2007), Biz qayıdacağıq (film, 2007), 
Havalansın Xanın səsi (film, 2001), Mədəniyyət salnaməsi. Əbülfət Əliyev (film, 2004), 
Muğamat var olan yerdə... (film, 2009), Muğamlar (film, 1965), O olmasın, bu olsun 
(film, 1956), Özgə ömür (film, 1987), Prima (film, 1992), Qızıl fonddan seçmələr (film, 
2001), Səs (film, 1988).  
Haqqında olan ədəbiyyatlar: Muxtaroğlu V. Havalansın Xanın səsi. 1971, ġuĢinski F. 
Azərbaycan xalq musiqiçiləri. 1985, Çəmənli Mustafa. Muğam dünyasının Xanı 
(xatirələr). 2001, Babayev Aydın. Xanın səsi. "Ədəbiyyat və incəsənət", 1971 və s.  
 
 

234 
 
22.Xanəndə Bülbülcanın (Əbdülbaqi) anadan olmasının 175 illiyi (1841-1927) 
Cabbar Qaryağdıoğlu “Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim”də yazırdı 
ki, mən zəngulə vurmağı ilk dəfə Əbdülbaqidən öyrənmişəm. Onun sənətinin 
böyüklüyü də elə bu qeyri-adi zəngulələrində idi. Açığı, onun kimi heç kim zəngulə 
vura bilməzdi. Elə buna görə də Bülbülcanın muğamları çox fərqli və təsirli alınardı. 
                                                                                           
Əbdülbaqi  elə  bir  Ģöhrət  qazanmıĢdı  ki,  onu  külli 
Qarabağda  öz  adı  ilə  yox,  məhz  "Bülbülcan"  kimi 
tanıyırdılar.  Əvvəlcə  "Bülbül"  adlandırmıĢdılar.  Sonrakı 
fəaliyyətində  muğam  və  xalq  mahnılarımızı  elə  bənzərsiz 
və  ustalıqla  oxudu  ki,  "can"  kəlməsi  bir  təxəllüs  kimi 
ünvanına  qanadlandı.  Əbdülbaqi  Kərbəlayı  Əli  oğlu 
Zülalov  1841-ci  ildə  ġuĢa  Ģəhərində  doğulmuĢdu.  Bir 
sənətkar kimi yetiĢməsində bu qədim Ģəhərin musiqi həyatı 
böyük  rol  oynadı.  Hələ  uĢaqlıqdan  əlini  qulağının  dibinə 
verərək  səsi  ilə  ətrafa  qəribə  bir  məlahətli  avaz  yayardı. 
Təbii ki, ġuĢada səsə, sənətə qiymət verən sərraflar çox idi. 
Elə  ilk  musiqi  təhsilini  də  Xarrat  Qulunun  məktəbində  alan  Əbdülbaqi  sonralar  tarzən 
Mirzə Sadıqla birlikdə Qarabağ, ġəki, ġirvan və Gəncənin el məclislərində, Ģənliklərdə 
iĢtirak etməyə baĢladı. Xüsusilə də XurĢudbanunun  təĢkil etdiyi Ģənliklərdə Əbdülbaqi 
yaxından  iĢtirak  edərdi.  Səsi-sorağı  Təbrizdən,  Ġrəvandan,  ġamaxıdan  gələrdi.  Hələ 
cavan yaĢında Qafqazı və Ġranı gəzib öz istedadı və müxtəlif dillərdə muğam ifa etmə 
məharəti  ilə  muğamsevərlər  arasında  məĢhurluq  qazanmıĢdır.  Ġran  Ģahı  Müzəffərəddin 
Ģah  tərəfindən  ġiri-XurĢid  ordeninə  layiq  görülmüĢdür.  1875-ci  ildən  baĢlayaraq 
ömrünün 30 ilini Tbilisidə yaĢamıĢdır. Gürcü dilini öyrənib Azərbaycan muğamatlarını 
o dildə ifa edərdi və onu dinləyən Tbilisililəri mükəmməl səsi, yaraĢıqlı xarici görünüĢü 
və artistik davranıĢı ilə heyran edərdi. Tez-tez yaxın dostu və məĢhur tarzən Sadıqcanla 
çıxıĢ  edərdi.  1905-ci  ildə  Bülbülcan  ġuĢaya  qayıtdı  və  vaxtını  yetim  qalan  qardaĢı 
uĢaqları  Əli  Zülalovun  və  Qəmbər  Zülalovun  böyütməsinə  həsr  etdi.  1920-ci  illərdən 
bəri Bakıda yeni açılmıĢ ali musiqi məktəblərdə dərs demiĢdir. 1929-cu ildə vəfat etdi. 
Zülalov  ailəsi  bu  günə  qədər  dahi  xanəndənin  musiqi  ənənələrini  davam  edir.  
Bülbülcandan  dərs  alan  və  onun  sənətini  sevən  istedadlı  gənclər  sonralar  Azərbaycan 
mədəniyyətinin məĢhur simaları oldular: Cabbar Qaryağdıoğlu, Musa ġuĢinski, MəĢədi 
Məmməd  Fərzəliyev,  ġəkili  Ələsgər,  Vahab  bəy,  Molla  Abbas,  Seyid  ġuĢinski  və 
onlarca  baĢqaları.  O,  bütün  tamaĢaçıların  ürəyinə  yol  tapırdı.  Ġfaçılıq  məharəti  ilə 
dinləyicilərin hamısını valeh edərdi. Hətta elə zəngulələr vurardı ki, hamı yerində donub 
qalardı. Ümumiyyətlə, xanəndəlik sənətində zəngulə vurmaq əsas amillərdən sayılır. Elə 
bir  muğamımız  yoxdur  ki,  orada  zəngulə  olmasın.  Bülbülcanın  ailəsi  Azərbaycan 
incəsənət  tarixində  əhəmiyyətli  rol  oynayıb.  Təsadüfi  deyil  ki,  bu  ocaq  "istedadlılar 
ailəsi"  kimi  tanınıb.  Əbdülbaqinin  qızı,  nəvəsi  və  qardaĢı  uĢaqları  Azərbaycan  musiqi 
mədəniyyətinin,  teatrının  ilkinləri  sırasında  dayandılar.  Onlar  öz  istedadları  ilə 
Bülbülcanın  nəcib  ənənələrini  layiqincə  davam  etdirdilər.  Bülbülcanın  qızı,  nəvəsi  və 
qardaĢı uĢaqları da xanəndə oldu.  

235 
 
Milli qəhrəmanlıq zirvəsi 
12.Quliyev Emin Ələkbər oğlunun 40 illiyi (12.08.1976-17.03.1995) 
Emin Quliyev — Azərbaycanın Milli Qəhrəmanı, Mart 
hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda 
ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 
tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna 
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adna 
layiq görülmüşdür. 
 
 
Emin  Quliyev   12  avqust   1976-cı  ildə Bakının   Qaradağ  rayonunda anadan 
olmuĢdur. 1983-cü  ildə  228  saylı  məktəbə  getmiĢ, 1993-cü  ildə  bu  məktəbi 
bitirmiĢdir. 1994-cü  il 25  avqust Milli  Ordu sıralarına  çağırılmıĢdır.  Emin  Quliyev  "N" 
saylı hərbi hissədə xidmət  edər və  bacarığına  görə  fərqlənirdi. Emin  Quliyev  idmanın 
bir neçə növü ilə məĢğul olmuĢdu. Onun xidmət etdiyi batalyonun əsgərləri 1995-ci ilin 
fevral  ayının  əvvəllərində  ġubanıya  ezam  olundu.  O,  burada  da  özünün  əsgəri 
keyfiyyətləri  ilə  fərqlənirdi.  Təbii  ki,  onun  kimi  əsgərlərin  cəsurluğu,  qorxmazlığı 
komandir  heyətinin  nəzərindən  yayınmırdı.  Artıq  bu  ərəfədə  ölkədə  siyasi  sabitlik 
pozulmuĢdu.  Bir  dəstə  hakimiyyət  hərisi  dövlət  çevriliĢinə  can  atırdı.  Bunun  qarĢısı 
vaxtında  alınmasaydı,  ölkə  ağır  fəlakətlərlə  üzləĢə  bilərdi.
 
13  mart  1995-ci  ildə 
çağırıĢlara  tabe  olmayan  bu  dəstə  öz  çirkin  əməllərini  həyata  keçirmək  üçün  silahlı 
əməliyyata  baĢladı.  Eminin  xidmət  etdiyi  alayın  əsgərləri  bu  qarĢıdurmanı  yatırmaq 
üçün  hadisə  yerinə  göndərildi.  Milli  Ordunun  əsgərləri  hadisə  yerinə  çatanda  silahlı 
toqquĢma  artıq  baĢlamıĢdı.  Emin  cinayətkarlara  qarĢı  aparılan  əməliyyatda  fəal iĢtirak 
edir,  yaralıların  döyüĢ  meydanından  çıxarılmasında  əsl  qəhrəmanlıq  nümunəsi 
göstərirdi.  1995-ci  il   13-17  mart  hadisələri   zamanı  silahlı  dəstənin 
zərərsizləĢdirilməsində  o  dövlətçiliyimiz  uğrunda  canından  keçdi.  Subay  idi.  Qaradağ 
rayonunun Sahil qəsəbəsindəki ġəhidlər xiyabanında dəfn edilib. Sahil qəsəbəsindəki 14 
saylı məktəb, bir küçə və park qəhrəmanımızın adını daĢıyır. 
                                 Rahatlıq tapmadı bu gen dünyada
                                    Vermədi sirrini yaxına, yada. 
                                  Döyüş meydanına can atdı o da... 
                                               qəhrəman Emin 
                                   Keçəndə "Şəhidlər xiyaban"ından, 
                                  Dəhşətə gəlmişdir tökülən qandan. 
                                 Ölsə də ayrılmaz Azərbaycanından... 
                                              qəhrəman Emin 
                                                                                                                               Qurban Göyçəli
  

236 
 
19.Xəlilov Eldar Xəlil oğlunun 40 illiyi (19.08.1976-17.03.1995) 
 
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il 
tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu 
ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına 
layiq görülmüşdür. 
Eldar  Xəlilov —  Azərbaycanın  Milli  Qəhrəmanı,   Mart 
hadisələri   zamanı  dövlətçiliyimiz,  suverenliyimiz    uğrunda 
ömrünü qurban verərək  şəhidlik  zirvəsini fəth etmiş fateh.  
 
 
 
19  avqust 1976-cı  il   Qərbi  Azərbaycanın   Zəngibasar  rayonunun   Zəngilər  kəndində 
anadan  olmuĢdur.  1983-cü  ildə  məktəbə  getmiĢ, 1988-ci  ildə  burada  yaĢayan 
soydaĢlarımız  erməni  millətçilərinin  təcavüzünə  məruz  qalanda  o  da  ailəsi  ilə 
birlikdə Bakıya gəlir  və  Bakıda  məskunlaĢır.  Təhsilini  96  və  252  saylı  məktəblərdə 
davam  etdirir.  29  sentyabr 1994-cü  ildə  hərbi  xidmətə  çağırılır.  1995-ci  il 13-17 
mart silahlı  dəstə  dövlətimizə  xəyanət  edərkən  Eldar  dəstənin  zərərsizləĢdirilməsi 
zamanı  həlak  oldu,  onun  arzularla  dolu  gənc  ömrü  qırıldı...  Subay  idi.  Bakı 
Ģəhərinin   ġəhidlər  xiyabanında dəfn  edilib.  Bakının   Bakıxanov  qəsəbəsindəki 
küçələrdən biri qəhrəmanımızın adını daĢıyır. 
Od ürəkli , od nəfəsli diyarımsan 
Ocağına canım qurban , Azərbaycan ! 
Əzilsən də , əyilməyən vüqarımsan 
Bu çağına canım qurban , Azərbaycan ! 
Savaşlardan alnıaçıq çıxan zaman 
Tarixlərə bağışladın neçə qurban. 
Hər qonşuda bir parçası əsir qalan 
Torpağına canım qurban , Azərbaycan ! 
                                                                                                  Nəriman Həsənzadə 
 
 
 
 
 
 
 

237 
 
20.Mehdiyev Fazil Umud oğlunun 50 illiyi (20.08.1966-24.09.1991) 
 
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il 
tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna 
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı 
verilmişdir. 
 
 
 
Fazil  Mehdiyev 20  avqust 1966-cı  ildə Laçın  rayonunun Ələkçi kəndində  anadan 
olmuĢdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüĢdür. 1983-cü 
ildə  məktəbi  burada  bitirmiĢdir. 1984-1986-cı  illərdə  hərbi  xidmətdə  olmuĢdur. 
Qarabağda baĢ verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam 
rayon Daxili ĠĢlər ġöbəsində yaradılmıĢ polis batalyonuna yazılır. Tezliklə onun səsi ən 
qaynar  döyüĢ  meydanlarından  eĢidildi. 1991-ci ildə  Qaradağlı kəndində  ağır  yaralanan 
Fazil  azacıq  sağalan  kimi  cəbhəyə  qayıdır.  Fazil 1991-ci  ilin avqust ayında  erməni 
iĢğalçılarına  məxsus  "Niva"  markalı  avtomobili  ələ  keçirib  polis  idarəsinə  təhvil 
vermiĢdi. 1991-ci  il  sentyabrın  23-dən  24-ə  keçən  gecə  ermənilər  Abdal  Gülablı 
(Gülablı)  kəndinə  hücum  etmiĢdilər.  Fazil  dostu  Salehlə  maĢına  minib  döyüĢə 
tələsir. Ağdama gələn  yolda  pusqu  quran  ermənilər  onları  atəĢə  tuturlar  və  Fazil  bu 
döyüĢdə  faciəli  surətdə  həlak  olur.  Subay  idi.  Ağdam  rayonunun "Qarağacı" 
qəbristanlığında  dəfn  edilib.  Bakının Nəsimi  rayonunda   büstü  qoyulub, Səbail 
rayonunda isə adına küçə var. 
Haqqında yazılan kitab :  
Elbrus ġahmar ―Fazilin Allah dərgahına gedən ömür yolu‖ 
 
 
 
 
 
 
 
 
 
 

238 
 
Sentyabr     
Əlamətdar  tarixi günlər və bayramlar 
Jurnalistlərin Beynəlxalq həmrəyliyi günü 08.09.1943 
Beynəlxalq Nöqtə Günü 09.09.2003  
―Smaylik‖lərin anadan olan günü 09.09.1982  
Beynəlxalq Bilik günü 15.09 
Milli Musiqi günü 18.09.1995 
Neftçilər günü 20.09.2001 
Beynəlxalq sülh günü 21.09.1981   
Ümumdünya Dəniz Günü
 
24.09.1978  BMT-nin təĢəbbüsü ilə qeyd olunur  
Dünya Turizm günü 27.09.1980  
Beynəlxalq Dəniz günü 30.09.1978 
Yubilyar yazıçı və şairlər 
ġair Tofiq Abdinin (Məhərrəmoğlunun) 75 illiyi  (01.09.1941-24.02.2014)  
ġairə Fatma xanım Kəminənin 175 illiyi (06.09.1841-1898) 
ġair Novruz Gəncəlinin 95 illiyi (12.09.1921- 1995) 
Yazıçı ġəmsəddin Abbasovun 110 illiyi (20.09.1906-1975) 
 Xarici ədəbiyyat 
Ġngilis yazıçısı Roald Dahlın 100 illiyi (13.09.1916-1990) 
Ġngilis yazıçısı H.C.Uellsin 150 illiyi (21.09.1866-1946) 
 İncəsənət 
Xalq artisti YaĢar Nurinin 65 illiyi (03.09.1951-22.11.2012) 
Xalq artisti Əminə Yusif qızının 80 illiyi (24.09.1936) 
Müğənni Xanlar Haqverdiyevin 110 illiyi (25.09.1906-1980) 
Milli qəhrəmanlıq zirvəsi 
Kərimov Kazımağa Mövsüm oğlu (01.09.1951-01.04.1992) 
Ġbrahimov Mirələkbər Mirələsgər oğlu(30.09.1961-26.09.2009) 
Məhəmmədov Seymur Qəhrəman oğlu (18.09.1971-11.10.1992) 
Qurbanov Arif VəliĢ oğlu (20.09.1966-05.03.1994) 
Yusifov Zakir Tofiq oğlu (29.09.1956-11.10.1992) 
Ġbrahimov Mirələkbər Mirələsgər oğlu (30.09.1961-05.03. 1994) 
 
 
 
 
 
 
 
 

239 
 
Əlamətdar tarixi günlər və bayramlar 
8. Jurnalistlərin Beynəlxalq həmrəyliyi günü 
 “Azərbaycan Prezidenti kimi mən mətbuat azadlığının təminatçısıyam. Hesab edirəm 
ki, Azərbaycanda söz azadlığı, mətbuat azadlığı tam təmin olunubdur”.  
                                                                                                            Ulu öndər Heydər Əliyev 
 
 
 
Azərbaycan  Mətbuat  ġurasında  8  sentyabr  Jurnalistlərin  Beynəlxalq  Həmrəylik 
günüdür.    Qeyd  edək  ki,  Jurnalistlərin  Beynəlxalq  Həmrəyliyi  Günü  1958-ci  ilin 
mayından  qeyd  edilir.  Həmin  il  Buxarestdə  keçirilən  Beynəlxalq  Jurnalistlər 
TəĢkilatının  IV  konqresində  bununla  bağlı  qərara  gəlinib.  Dünya  mediası  üçün 
əlamətdar  sayılan  bu  tarix  1943-cü  ilin  sentyabrın  8-də  hitlerçilər  tərəfindən  qətlə 
yetirilmiĢ  çex  jurnalisti  Yulius  Fuçikin  xatirəsinə  təsis  olunub.
 
Bu  gün  Azərbaycan 
dövləti  siyasi  mövqeyindən  asılı  olmayaraq,  bütün  Kütləvi  Ġnformasiya  Vasitələrinin 
inkiĢafında maraqlıdır. Bunun üçün Azərbaycanda KĠV-ə dəstək konsepsiyası hazırlanıb 
və  KĠVDF  (Kütləvi  Ġnformasiya  Vasitələrinin  ĠnkiĢafına  Dövlət  Dəstəyi  Fondu) 
yaradılıb.  KĠVDF  jurnalistlərin  peĢəkarlığının  artırılması  və  sosial  vəziyyətlərinin 
yaxĢılaĢdırılması  üçün  müxtəlif  layihələr  həyata  keçirir.  KĠVDF-nin  layihələrində 
iĢtirak  edən  bütün  qəzetlərin  maddi  texniki  bazası  yaxĢılaĢıb,  avadanlıqlar  yeniləri  ilə 
əvəz edilib.
  
 
 
 
 
 
 
 
 
 
 
 

240 
 
9.―Smaylik‖lərin anadan olan günü.09.09.1982 
 
 
 
9 sentyabr 1982-ci ildə Karnegi Mellon Universitetinin professoru Skott Falman öz 
kolleqalarına elektron məlumat göndərir və simvoldan istifadə edir ":-)" Alim belə 
hesab edir ki, bu iĢarə gülümsər üzə bənzəyir. Həmin vaxtdan da Smayliklər Günü 
bütün dünyada qeyd olunmağa baĢlayır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

241 
 
15. Beynəlxalq Bilik günü 
 
“Təhsil xəzinədir, əmək onun açarı”                                        
 
Seyid Əzim Şirvani
 
 
Sentyabrın 15-də  Azərbaycanın çoxmilyonlu təhsil 
ictimaiyyətinin 
bayramı, 
Bilik 
günüdür. 
Azərbaycan 
təhsilinin 
bugünkü  inkiĢafı  öz 
mənbəyini  ötən  əsrin  70-ci  illərindən  ümummilli 
lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  aparılan 
uzaqgörən  və  məqsədyönlü  siyasətdən  alıb,  o 
vaxtdan baĢlayan qlobal miqyaslı təhsil quruculuğu 
sonrakı inkiĢaf üçün güclü təməl olub. 1969-1982-
ci  illərdə  məktəbəqədər  tərbiyə  müəssisələrinin  sayı  1600-dən  1875-ə  çatıb.  Böyük 
öndərin  imzaladığı  "ümumtəhsil  məktəbləri  Ģagirdlərinin  dərsliklərdən  pulsuz  istifadə 
etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ötən əsrin 70-80-ci 
illərində 5  yeni  ali  məktəb  yaradılıb. Ulu  öndərin  yaratdığı  CəmĢid  Naxçıvanski  adına 
ilk  hərbi  məktəb  isə  ölkəmizdə  milli  hərbi  kadr  hazırlığı  üçün  baza  rolunu  oynayıb. 
Ümummilli  liderin  Azərbaycana  ikinci  dəfə  hakimiyyətə  qayıdıĢından  sonra  da 
ölkəmizdə elmin, təhsilin inkiĢafında böyük iĢlər görülüb. 1993-2003-cü illərdə 6 yeni 
akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb....
 
Prezident Ġlham Əliyevin qayğısı, 
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu 
davamının  göstəricisidir.  Bir  faktı  xatırlatmaq  kifayətdir:  ölkəmizdə  təhsil  sisteminin 
bütün  pillələri  üzrə  Dövlət  proqramları  uğurla  həyata  keçirilir.  Bu,  bir  həqiqətə  - 
Prezident  Ġlham  Əliyevin  təhsili  dövlət  siyasətinin  prioritetlərindən  biri  kimi  diqqətdə 
saxlaması  həqiqətinə  söykənir. Azərbaycan  təhsilində  ən  uğurlu  nəticələrdən  biri 
məktəb tikintisinin geniĢ vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən 
çox  yeni  məktəb  binası  tikilib.  Prezident  Ġlham  Əliyevin  sərəncamı  ilə  ―Ən  yaxĢı 
ümumtəhsil  məktəbi‖  və  ―Ən  yaxĢı  müəllim‖  mükafatlarının  təqdimatı  da  məktəb  və 
müəllimin  statusunun  yüksəldilməsinə  xidmət  edir.  ―2007-2015-ci  illərdə  Azərbaycan 
gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı‖  çərçivəsində  gənclərin 
dünyanın  müxtəlif  ölkələrinin  nüfuzlu  ali  məktəblərinə  təhsil  almağa  göndərilməsi 
istiqamətində də iĢlər uğurla davam etdirilir. Təhsilin inkiĢafında Heydər Əliyev Fondu 
və  onun  Prezidenti  Mehriban  xanım  Əliyevanın  müstəsna  xidmətləri  də  xüsusi 
vurğulanmalıdır.  Fondun  ―YeniləĢən  Azərbaycana  yeni  məktəb‖  layihəsi  çərçivəsində 
son  illərdə  ölkəmizdə  müasir  tələblərə  cavab  verən  400-ə  yaxın  məktəb  tikilib  və 
yenidən  qurulub,  həmçinin    40-a  yaxın  uĢaq  evi  və  internat  məktəbi  əsaslı  təmir  və 
bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri 
çap  edilib.  Beləliklə,  sentyabrın  15-i  ölkəmizin  bütün  ümumtəhsil  məktəbləri  və  ali 
təhsil ocaqlarında yeni dərs ili baĢlayır. 
 
Ümumilikdə isə, yeni dərs ilində bütün təhsil 
iĢçilərini,  tələbə  və  Ģagirdləri  yeniliklər  gözləyir.  Yeniliklər  isə  həm  də  uğurların 
baĢlanğıcı deməkdir. 
 

242 
 
15.Beynəlxalq Nöqtə Günü.  
 
Bu bayramı əsasən Uşaq Yaradıcılıq 
Mərkəzlərində, uşaq kitabxanalarında 
keçirirlər. Bayramın tarixi ingilis uşaq 
rəssamı P.Q.Reynoldsun 2003-cü ildə 
yazdığı ―Nöqtə‖ kitabı ilə əlaqədardır. 
 
 
 
 
 
 
 
 
15 sentyabr Beynəlxalq nöqtə günü kimi qeyd olunur. Həmin gün hər bir insan, böyük 
də, uĢaq da özünün istedadlı və bənzərsiz olduğuna inanmağa borcludur! 
Bu  bayramın  tarixi  ingilis  rəssamı  Piter  Q.Reynoldsun  2003-cü  ildə  yazdığı  ―Nöqtə‖ 
kitabı ilə bağlıdır. Bu kitabda Ģəkil çəkməyi bacarmayan balaca qız haqqında danıĢılır. 
Daha  doğrusu,  ona  elə  gəlir  ki,  Ģəkil  çəkə  bilmir.  Rəsm  dərsində  VaĢti  sadəcə  kağızı 
nöqtələyirdi.  Lakin  müəllimə  ondan  Ģəkilin  altında  imzasını  qoymağı  xahiĢ  edir  və 
nöqtəni gözəl çərçivəyə salıb divardan asır. ―Mən daha yaxĢı çəkə bilərəm‖, deyə VaĢti 
qərara  gəlir  və  məlum  olur  ki,  bu  həqiqətən  belədir.  Bu  kitab  çoxlu  mükafatlar  alır, 
Çikaqo kitabxanasının versiyası üzrə ilin kitabı seçilir və bir çox dillərə tərcümə olunur. 
2009-cu  ildə  müəllim  Terri  ġey  ilk  dəfə  Nöqtə  gününü  qeyd  edir.  O  gündən  bəri 
Beynəlxalq nöqtə günü hər il qeyd olunur.  
Nöqtə  günündə  öz  nöqtənizdən  baĢlayın!  Ən  yaradıcı  fikirlərinizi  və  layihələrinizi 
həyata keçirin! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

243 
 
 18. Milli Musiqi günü 
 
“Azərbaycan musiqi sənətinin parlaq inkişaf perspektivləri vardır. Lakin cəsarətli 
olmaq, yaxşı oxumaq və məhsuldar işləmək lazımdır. Xalqın mənəviyyatını duymaq, 
onun ümid və arzularının ifadəçisi olmaq, nikbinliyini, əhval-ruhiyyəsini musiqi 
vasitəsilə əks etdirmək lazımdır.” 
                                                                                      
 Ümummillilider Heydər Əliyev
 
 
Sentyabrın  18-də  Azərbaycan  xalqının 
dahi  oğlu,  musiqi  mədəniyyətimizin 
korifeyi  Üzeyir  bəy  Hacıbəyovun  doğum 
günüdür.  Üzeyir  bəyin  doğum  gününün 
musiqi  tariximizin  ən  əlamətdar  hadisəsi 
kimi  anılması  tez  bir  zamanda  ənənə 
halını almıĢdır. 1995-ci ildə isə Prezident 
Heydər 
Əliyevin  fərmanı  ilə  dahi 
bəstəkarın  anadan  olmasının  110  illik 
yubileyi  ərəfəsində  18  sentyabrın  Milli 
Musiqi Günü kimi qeyd  olunması qərara alınmıĢdır.  Həmin gün təkcə musiqisevərlərin 
deyil, həm də xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki onun 
qəlbində  Üzeyir  bəyə  məhəbbət,  onun  ölməz  sənətinə  hörmət  hissi  olmasın.  Böyük 
bəstəkarın  ad  gününün  bayram  kimi  qeyd   edilməsi  ənənəsinin  əsasını  maestro  Niyazi 
qoymuĢdur.  Üzeyir  Hacıbəyov  1908-ci  il  yanvarın  18-də  Bakıda  H.  Z.  Tağıyevin 
teatrında  tamaĢaya  qoyulan  "Leyli  və  Məcnun"  operası  ilə  təkcə  Azərbaycanda  deyil, 
bütün müsəlman ġərqində opera sənətinin əsasını qoymuĢdur. O, həm də Azərbaycanda 
musiqili  komediya  janrının  yaradıcısıdır.  Ü.  Hacıbəyovun  "Ər  və  arvad",  "O  olmasın, 
bu olsun" , "ArĢın mal alan" musiqili komediyalarında o dövr Azərbaycan məiĢəti, xalq 
adət və ənənələri öz əksini tapmıĢdır. Ü.Hacıbəyov milli musiqi xəzinəsinə yeni janr və 
formalarla  zənginləĢdirən  bir  sıra  əsərlər,  o  cümlədən  Azərbaycan  peĢəkar  musiqi 
sənətinin  Ģah  əsəri,  dünya  musiqi  xəzinəsinin  incilərindən  olan  dahiyanə  "Koroğlu" 
operasını,  həm  də  yeni  Azərbaycan  Respublikasının  Dövlət  Himnlərinin  musiqisinin 
müəllifidir.    Dahi  bəstəkarın  yaratdığı  musiqi  inciləri  dünya  Ģöhrəti  qazanmıĢ,  dünya 
musiqi  mədəniyyətinin  qızıl  fonduna  daxil  olmuĢdur.  Azərbaycan  və  dünya  musiqi 
mədəniyyətinin inkiĢafında misilsiz xidmətləri olmuĢ Ü. Hacıbəyovun anadan olmasının 
100  illik  yubileyi  YUNESKO-nun  qərarı  ilə  beynəlxalq  miqyasda  qeyd  olunmuĢdur. 
Milli musiqimiz öz inkiĢaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin