MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Zülfüqarov Samir Xəlil oğlunun 40 illiyi (03.07.1976-17.03.1995)



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə22/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

3.Zülfüqarov Samir Xəlil oğlunun 40 illiyi (03.07.1976-17.03.1995)
 
 
Samir Zülfüqarov — Azərbaycanın Milli Qəhrəmanı, Mart 
hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda 
gənc ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş 
fateh. 
 
 
 
3  iyul 1976-cı  ildə ġabran  rayonunda anadan  olmuĢdur.  Səkkizinci  sinfə  qədər  burada 
təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq iĢləmiĢ, 
ailəsinə  dayaq  olmuĢdur. 1994-cü  il ġabran  rayonundan hərbi  xidmətə  çağırılır.  Samir 
qısa  müddətə  "N"  saylı  hərbi  hissədə  silahların  çoxundan  istifadə  etməyi  öyrənmiĢdi. 
Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmıĢdı. Komadirləri bütün bunları 
nəzərə 
alaraq 
Samirə 
qısa  müddətli  məzuniyyət  verdilər. 1995-ci  il mart 
hadisəsi xəbərini  eĢidən  cəsur  əsgər  döyüĢçü  dostlarının  yanına  qayıtdı.  Milli  Ordu 
silahlı  dəstəni  zərərsizləĢdirərkən  Samir  də  əməliyyatda  iĢtirak  edirdi.  O,  ömrünün  ən 
gözəl  bir  zamanında,  dövlətçiliyimiz,  suverenliyimiz  uğrunda  gənc  ömrünü  qurban 
verdi. 17  mart   1995-ci  il  Samir  əbədiyyətə  qovuĢdu.  Subay  idi.  ġabran 
rayonunun AğbaĢ kəndində dəfn edilib. ġabran rayonu üç saylı orta məktəb onun adını 
daĢıyır. 
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı 
ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adı verilmişdir. 
                      Respublikam – ana torpaq, qədim Odlar diyarımız! 
                     Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız. 
                    Üç rəngdədi bayrağımız, qalxan bayraq enən deyil, 
                   Mərd oğullar dar ayaqda öz andından dönən deyil. 
                                                                                                                       Nəriman Həsənzadə. 
 
 
 
 
 
 
 

210 
 
29.Hüseynov Sadiq Dayandur oğlunun 55 illiyi (29.07.1961-13.04.1992) 
 
 
Sadıq Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ 
müharibəsi şəhidi. 
 
 
 
 
29  iyul 1969-cu  ildə Ağcabədi  rayonunun Xocavənd  kəndində  doğulmuĢdur. 1968-
1978-ci  illərdə  orta  məktəbdə  oxumuĢdur. 1980-cı  ildə  ordu  sıralarına  çağırılmıĢdır. 
1989-cu ildə DĠN-nin sərəncamı ilə ġuĢa Ģəhərində sahə müvəkkili olaraq iĢə baĢlayır. 
Ermənilərin  azğınlaĢmıĢ  silahlı  dəstələri  Azərbaycan  torpaqlarını  iĢğal  etdikləri 
vaxtlarda  digər  polis  əməkdaĢları  kimi  o  da,  döyüĢlərə  girirdi. 29  mart 1992-ci  il  o 
döyüĢlərdən  birində  ağır  yaralanır,  buna  baxmayaraq  silahı  yerə  qoymurdu. 13 
aprel 1992-ci  il  erməni  faĢistlərinin  silahlı  dəstələri  ġuĢanı  ağır  raket  atəĢinə 
tutmuĢdular. Sadıq döyüĢ yoldaĢlarını xilas edərkən qəhrəmancasına həlak oldu. Ailəli 
idi,  bir  övladı  yadigar  qalıb.  Ağcabədi  rayonunun Xocavənd kəndində  dəfn 
edilmiĢdir.Xocavənd kənd orta məktəbinə onun adı verilmiĢdir. 
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı 
fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra "Azərbaycanın 
Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 
Oğullar itirib Azərbaycanım, 
İgidlər yetirib Azərbaycanım! 
                                              Sonsuz məhəbbəti ürəyimdədir, 
                                              Qüvvəti dizimdə, biləyimdədir, 
                                              Torpağının ətri çörəyimdədir, 
 
                                                                               
Süleyman Rüstəm 
 
 
 
 
 
 
 
 
 

211 
 
 
Avqust 
Əlamətdar tarixi günlər və bayramlar 
Azərbaycan əlifbası və Azərbaycan dili günü 01.08.2001 
Hərbi donanma günü.
 
05. 08.1996 
Beynəlxalq gənclər günü.12.08. 1998 
Sərhədçi günü18.08.2002 
Bu tarixi unutmayaq 
Cəbrayıl rayonunun iĢğalı günü 23.08.1993 
Füzuli rayonunun iĢğalı günü 23.08.1993 
Qubadlı rayonunun iĢğalı günü 31.08.1993 
Yubilyar yazıçı və şairlər 
Yazıçı Əlisa Nicatın 80 illiyi (10.08.1931) 
Yazıçı, tərcüməçi Aydın Abdullayevin 70 illiyi (10.08.1946) 
Yazıçı Ələviyyə Babayevanın 95 illiyi (12.08.1921-2014)
 
Xalq Ģairi Qabilin 90 illiyi (12.08.1926-2007) 
ƏdəbiyyatĢünas Kamil Vəliyevin 70 illiyi (18.08.1946) 
ġair Camal Yusifzadənin 75 illiyi (19.08.1941) 
Yazıçı, dramaturq Seyfəddin Dağlının 95 illiyi (21.08.1921-1983) 
Yazıçı, dramaturq Əzim Ġsmayıllının 80 illiyi (26.08.1936) 
ġair Qaçay Köçərlinin 80 illiyi (27.08.1936) 
Xarici ədəbiyyat 
Ġngilis yazıçısı Volter Skotun 245 illiyi (15.08.1771-1832) 
Amerika yazıçısı Teodor Drayzerin 145 illiyi (27.08.1871-1945) 
İncəsənət 
Diktor, pedaqoq, xalq artisti Rafiq Hüseynovun 70 illiyi (03.08.1946) 
Xalq artisti, baletmeystr Rəfiqə Axundovanın 85 illiyi (07.08.1931) 
Aktyor, rejissor Ġsmayıl Hidayətzadənin 115 illiyi (19.08.1901-1951) 
Xalq artisti Xan ġuĢinskinin 115 illiyi (20.08.1901-1979) 
Xanəndə Bülbülcanın 175 illiyi (22.08.1841-1927) 
Milli qəhrəmanlıq zirvəsi 
Quliyev Emin Ələkbər oğlunun 40 illiyi (12.08.1976-17.03.1995) 
Xəlilov Eldar Xəlil oğlunun 40 illiyi (19.08.1976-17.03.1995) 
Mehdiyev Fazil Umud oğlunun 50 illiyi (20.08.1966-24.09.1991) 
 
 
 
 
 
 

212 
 
Əlamətdar  tarixi günlər və bayramlar 
1.Azərbaycan əlifbası və Azərbaycan dili günü 
Dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir.Tarixin sınağından çıxıb cilalana-
cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana 
laylası kimi əziz və müqəddəsdir. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır...” 
                                                                                                                   
                                     Ulu öndər Heydər Əliyev 
Ölkəmizdə  Ġslam  dininin  yayılması  ilə  əlaqədar 
ərəb  əlifbasından  geniĢ  istifadə  olunmuĢ,  yüz 
illər boyu ərəb dili din, elm və təhsil dili rolunu 
oynamıĢdır.  Lakin  əsrlərlə  müxtəlif  xalqların 
mədəni  əlaqələrinə  xidmət  etmiĢ  ərəb  qrafikası 
dilimizin  səs sistemini bütün dolğunluğu ilə əks 
etdirə  bilmir,  onun  quruluĢu  və  xarakteri 
haqqında  tam  aydın  təsəvvür  yaratmırdı.  Bu 
çatıĢmazlıqlar  M.  F.  Axundzadə  baĢda  olmaqla 
dövrün  mütərəqqi  maarifçi  ziyalılarında  əlifba 
islahatı  keçirmək  ideyaları  yaratmıĢdı.  Lakin  o 
vaxt  bu  ideyanı  həyata  keçirmək  mümkün  olmamıĢdı.  1922-ci  ildə  Azərbaycan 
hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) 
dili üçün latın qrafikalı əlifba tərtib etmək tapĢırığı verildi. Bu yeni əlifbaya keçilməsi 
yolunda  atılmıĢ  ilk  ciddi  addım  oldu.  1923-cü  ildən  etibarən  latın  qrafikalı  əlifbaya 
keçmə  prosesi  sürətləndirildi.  1926-cı  ildə  keçirilmiĢ  Birinci  Ümumittifaq  Türkoloji 
Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi 
Ģəkildə  latın  qrafikalı  əlifba  tətbiq  edildi.  Lakin  Türkiyə  Cümhuriyyətində  də  latın 
qrafikalı  əlifbaya  keçilməsi  və  bunun  nəticəsində  SSRĠ-  də  və  xaricdə  yaĢayan  türk 
xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində 
Azərbaycan əlifbasının yenidən dəyiĢdirilməsi planlarını yaratdı. 1940-cı il yanvarın 1-
dən  kiril  qrafikalı  əlifbaya  keçmək  haqqında  qərar  qəbul  olundu.  Sonralar  kiril 
qrafikasının  Azərbaycan  dilinin  fonetik  səs  sisteminə  uyğunlaĢdırılması  üçün 
Azərbaycan  kiril  qrafikasında  müəyyən  dəyiĢikliklər  aparıldı.  Yarım  əsrdən  çox  bir 
müddət  ərzində  kiril  qrafikası  ilə  Azərbaycan  elmi  və  mədəniyyətinin  qiymətli 
nümunələri  yaradıldı.  Azərbaycan  öz  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  latın 
qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi Ģərait yarandı. Nəticədə 1992-ci ildə 
latın qrafikalı Azərbaycan  əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə 
isə  latın  qrafikalı  Azərbaycan  əlifbasına  keçid  baĢa  çatdırıldı.  Latın  qrafikalı  əlifbanın 
tətbiqinin  Azərbaycan  Respublikasının  siyasi  həyatında,  yazı  mədəniyyətimizin 
tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 
2001-ci  il  avqustun  9-da  fərman  imzalamıĢdır.  Bu  fərmanla  avqustun  1-i  Azərbaycan 
Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmiĢdir. 
 
 
 

213 
 
5. Hərbi donanma günü. 05.08.1996 
Azərbaycan 
Hərbi 
Donanması 
1919-cu 
ildə   Azərbaycan  Xalq  Cumhuriyyəti  dövründə 
yaradıldı.  Belə  ki,  1919-cu  ilin  yayında  ingilislər 
Bakını  tərk  edərkən  Ģəhər  limanının  idarəçiliyini 
və  hərbi  gəmilərin  bir  hissəsini  Azərbaycan 
hökumətinə təhvil verdilər. Bu gəmilərin əsasında 
Azərbaycan  Xəzər  hərbi  dəniz  donanması  təĢkil 
olundu.  Azərbaycan  hökumətinin  bu  tədbiri 
ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm 
addım  oldu.  1919-cu  ilin  sonlarında  general 
Ġbrahim  ağa  Usubovun  baĢçılıq  etdiyi  Azərbaycan  hərbi  missiyası  donanma  üçün 
xaricdən  6  birtoplu  qırıcı  kater,  12  qırıcı  kater,  6  sualtı  qayıq,  92  gəmi  topu,  10  sahil 
topu,  simsiz  teleqraf  qurğuları  və  s.  almıĢdı.  Azərbaycan  hökuməti  rus  donanmasının 
admiralı,  ġimal  qütbünə  ekspedisiyanın  iĢtirakçısı,  türk  əsilli  Ġslamovu  milli 
donanmanın  yaradılması  iĢinə  kömək  göstərmək  üçün  1919-cu  ilin  yayında 
Azərbaycana  dəvət  etmiĢdi.  "Astrabad",  "Qars"  və  "Ərdəhan"  hərb  gəmilərinin 
komandirliyi  azərbaycanlı  kapitanlara  tapĢırıldı.  Hərbi  donanmanın  maddi-texniki 
bazasının  və  kadr  təminatının  gücləndirilməsi  planları  aprel  iĢğalı  nəticəsində  həyata 
keçirilməmiĢ qaldı. Az sonra bolĢeviklərin gəliĢi ilə Azərbaycan hərbi donanması ləğv 
olundu.  SSRĠ  dağıldıqdan  sonra  Azərbaycanda  da  hərbi-dəniz  donanmasının  təĢkilinə 
Ģərait yarandı. 1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri 
Qərargahı, mühafizə və təminat rotası yaradıldı. Xəzər Hərbi-dəniz donanmasının 25%-i 
və Ali Hərbi Dənizçilik məktəbi Azərbaycan Respublikasının ixtiyarına verildi. 1992-ci 
il iyunun 26-da "Bakılı" keĢikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı 
qaldırıldı. 1996-cı ildə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təĢkil 
olundu.  Azərbaycan  Prezidenti  cənab  Heydər   Əliyevin  fərmanına  əsasən  hər  il 
avqustun 5-i  Azərbaycan Respublikası Hərbi Donanma günü kimi qeyd olunur.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

214 
 
12.Beynəlxalq Gənclər Günüdür 
Hər  il  avqustun  12-si  Beynəlxalq  Gənclər  Günü 
kimi  qeyd  edilir.  1998-ci  il  avqustun  12-də 
Lissabonda  gənclərlə  iĢ  üzrə  nazirlərin  iĢtirakı  ilə 
keçirilmiĢ  beynəlxalq  konfransda  hər  il  avqustun 
12-nin  dünyada  Beynəlxalq  Gənclər  Günü  kimi 
qeyd  olunması  qərara  alınıb.  Bu  gün  BMT-nin 
qərarı ilə gənclərə lazımi diqqət göstərmək, onların 
nailiyyətlərini  təbliğ  etmək,  cəmiyyətin  bütün 
sahələrində  gənclərin  iĢtirakına  təkan  vermək 
məqsədilə 1999-cu ildə müəyyən edilib və 2000-ci 
ildən  qeyd  olunur.  Tarixən  hər  bir  xalq  özünün  xoĢbəxt  gələcəyə  olan  ümidlərini  ilk 
növbədə  gənc  nəslə  bağlayır.  Savadlı,  geniĢ  dünyagörüĢünə  malik  gənclərin 
yetiĢdirilməsi  hər  bir  ölkə  üçün  baĢlıca  məsələdir.  Bu  gün  iftixarla  demək  olar  ki, 
müasir  Azərbaycan  gəncliyi  milli  mənəvi  dəyərlərini,  doğma  ana  dilimizi,  adət-
ənənələrimizi  qoruyub  yaĢadır.  Hər  bir  xalqın  tarixində  onun  uğurlu  gələcəyini  quran 
Ģəxsiyyətlər  var.  Azərbaycan  xalqı  bu  günü  və  sabahı  üçün  ulu  öndərimiz  Heydər 
Əliyevə  borcludur.  Heydər  Əliyev  dəfələrlə  qeyd  edirdi  ki,  Azərbaycanın  gələcəyi 
gənclərimizin  əlindədir.  Hər  bir  xalqın,  hər  bir  dövlətin  gəncləri  onun  həm  bu  günü, 
həm  də  sabaha  ümididir.  Azərbaycanda  ulu  öndər  Heydər  Əliyevin  əsasını  qoyduğu 
gənclər  siyasətinin  bugünkü  uğurlu  davamı  gənclərin  hərtərəfli  fəaliyyətinə  geniĢ 
imkanlar  yaradıb.  Azərbaycan  dövlətinin  müstəqilliyi  və  suverenliyinin  qorunub 
möhkəmləndirilməsi,  onun  inkiĢafı,  ərazi  bütövlüyünün  təmin  edilməsi,  ölkə 
iqtisadiyyatının  sürətlə  inkiĢafı,  əhalinin  sosial  problemlərinin  həlli,  ölkəmizin  dünya 
birliyində  öz  layiqli  yerini  tutması  yolunda  görüləcək  bu  əzəmətli  iĢlərin  həyata 
keçməsinin əsas ağırlığı bugünkü gənclərin üzərinə düĢür.  Bu gün ölkəmizdə gənclər 
siyasəti  mahiyyət  və  keyfiyyətcə  yeni  mərhələsini  yaĢayır. Prezident  Ġlham  Əliyev  ulu 
öndərin gənclər siyasətinə sadiqliyini də öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi 
inkiĢafı,  vətənpərvərlik  tərbiyəsi,  xarici  ölkələrdə  təhsili,  sosial  müdafiəyə  ehtiyacı 
olanların problemlərinin həlli istiqamətində görülən iĢlər, gənclər təĢkilatlarının inkiĢafı 
üçün yaradılan Ģərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.  
 
 
 
 
 
 
 
 
 
 
 

215 
 
18. Sərhədçi günü 
 
“Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır‖                                                              
                                                                                                    
Ulu öndər Heydər Əliyev 
 
 “Vətən – Yurdun bütün torpaqlarını 
birləşdirib vahid, qüdrətli və 
mərkəzləşdirilmiş Azərbaycan dövləti 
yaradan, doğma dilimizi  Dəmirqapı 
Dərbənddən İran körfəzinə qədər böyük 
bir ərazidə - Səfəvi imperatorluğunda 
dövlət dilinə çevirən Şah İsmayıl Xətainin 
əmanətidir bizə!” 
                                       Ulu öndər Heydər Əliyev 
 
 
Azərbaycan  Xalq  Cumhuriyyətinin  yaranmasından sonra  1919-cu ildə  milli  hökumətin 
qərarı  ilə  təsis  edilən  Hərbi  Nazirliyin  tərkibində  ölkənin  bir  sıra  güc  strukturları,  o 
cümlədən Sərhəd QoĢunları fəaliyyətə baĢlayır. Sovet Ġttifaqı dövründə Sərhəd Xidməti 
Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Müstəqillik əldə 
ediləndən sonra Sərhəd Xidməti Milli Təhlükəsizlik Nazirliyinin tərkibində olub. 2002-
ci  il  iyul  ayının  31-də  isə  prezident  Heydər  Əliyevin  imzaladığı  sərəncamla  sərhəd 
qoĢunları müstəqil qurum- Sərhəd Xidməti kimi fəaliyyətə  baĢlayıb. 7 ölkə ilə mövcud 
3 min kilometrdən artıq sərhədi qoruyan Dövlət Sərhəd Xidmətinin qısa müddət ərzində 
onlarla zastavası açılıb, dəniz hüdudlarının qorunması üçün lazımi texnika alınıb. Qeyd 
edək  ki,  Azərbaycan  respublikasının  ərazisi  -  86,6  min  kvadrat  kilometirdir. 
Sərhədlərinin ümumi uzunluğu isə 3471 kilometrdir. Bunun 825 kilometri su sərhədidir. 
Cənubdan  Ġranla  756  kilometr,  Türkiyə  ilə  13  kilometr,  ġimaldan  Rusiya  ilə  390 
kilometr,  Ģimali-qərbdən  Gürcüstan  ilə  480  kilometr,  qərbdən  Ermənistan  ilə  1007 
kilometr həmsərhəddir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 1988-1994-cü 
illərdə iĢğal olunmuĢ əraziləri - 13 min 210 kvadrat kilometr, Dağlıq Qarabağın sahəsi 
4400 kvadrat kilometr təĢkil edir.  
 
 
 
 
 
 
 
 
 
 
 

216 
 
Bu tarixi unutmayaq 
23.Cəbrayıl rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü  (1993) 
 
Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam 
                                         Sizsiz dalğalanır ürəklər yaman. 
                                        Sizi azad edək tez gəlsin zaman 
                                       Vətənin həsrəti yandırır məni.
                      
 
                                                                                                 Şair E. Ağayev
 
                                                                                                       
1993-cü  il  avqustun  23-dən  həsrətini 
çəkdiyimiz 
rayonlardan 
biri 
də 
Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu 
torpaq  onlarla  tarixi  abidənin  məskəninə 
çevrilib. ĠĢğala qədər rayonda tikiĢ, xalça, 
cihazqayırma  sexləri,  səkkiz  sənaye 
obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli 
aĢıq  -  ozan  sənətimizin  baniləri  –  Dirili 
Qurbaninin,  AĢıq  Pərinin,  Mücrüm 
Kərəmin, 
AĢıq  Humayın  vətənidir. 
ĠĢğaldan  əvvəl  rayonda  72  orta  və 
natamam  məktəb,  3  musiqi  məktəbi,  12 
mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar 
kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix – diyarĢünaslıq muzeyi 
vardı. YaĢı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmiĢdi. Rayonda 90 
kənd vardı. Rayonun iĢğalı ġaqay yüksəkliyi verilən gündən baĢladı. Cəbrayıl ərazisini 
o ağır günlərdə qoruyan igidlər də az olmadı. Yusif Allahverdiyev, Samir Alıyev, ġükür 
Abdullayev,  Ġnqilab  Aslanov,  Azər  Bayramov,  Mais  Verdiyev,  Mübariz  Qasımov, 
Mehdi  Ġsmayılov.....onların  hər  biri  cismən  ayrı  düĢüblər,  ruhən  həmiĢə,  hər  vaxt 
bizimlədirlər.  Ümumiyyətlə,  döyüĢlərdə  180,  atəĢkəs  dövründə  isə  6  nəfər  həlak  olub. 
14 nəfər polis, 60 nəfər mülki Ģəxs dünyasını dəyiĢib,  90 nəfərə yaxın isə əsir və itkin 
düĢüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 
nəfər isə Azərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb. Hazırda cəbrayıllılar 
arasında  351  nəfər  Ģəhid  ailəsi  var.  ĠĢğaldan  sonra  cəbrayıllılar  ölkənin  58  bölgəsinə 
səpələniblər.  Daha  çox  Beyləqan,  ĠmiĢli,  Sabirabad,  Biləsuvar  rayonlarında 
məskunlaĢıblar.
 
Bu gün dövlət baĢçısı Ġlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və 
xarici  siyasətini  ürəkdən  bəyənən  cəbrayıllılar  torpaqlarımızın  iĢğaldan  azad  ediləcəyi 
günü səbisizliklə gözləyir və buna inanırlar.  
 
 
 
 
 
 
 

217 
 
23. Füzuli rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü (1993) 
  
Rayonun əsası 1827-ci ildə qoyulmuĢ və ilkin adı 
Qarabulaq olmuĢdur. Rayon 8 avqust 1930-cu ildə 
təĢkil  olunmuĢ  və  Qaryagin  adlandırılmıĢdır. 
1959-cu ilin aprelində böyük Ģairimiz Məhəmməd 
Füzulinin  anadan  olmasının  400  illiyi  Ģərəfinə 
Qaryagin  rayonunun  adı  dəyiĢərək  Füzuli  rayonu 
adlandırılmıĢdır.  Füzuli  rayonunun  ərazisi  1386 
kv.km,  əhalisi  isə  təxminən  105  min  nəfərdir. 
Rayonda 1 Ģəhər, 1 Ģəhər tipli qəsəbə, 75 kənd və 
baĢqa  yaĢayıĢ  məntəqələri  vardır.  Rayon  ərazisindən   axan  Quruçay,  Köndələnçay, 
Qozluçay,  Çərəkən  çayları  Araz  hövzəsinin  çaylarıdır.  Rayonun  iĢğaldan  azad 
olunmuĢ  ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si iĢğaldan azad 
olunmuĢ  ərazidə yeni salınmıĢ və məcburi köçkün ailələri müvəqqəti olaraq burada 
yerləĢdirilmiĢlər.  Hazırda  ərazidə  51  min  nəfər  məcburi  köçkün  məskunlaĢmıĢdır. 
Məhsuldarlıq  baxımından  kənd  təsərrüfatına  yararlı  boz,  Ģabalıdı,  boz-qəhvəyi  kimi 
torpaq  sahələri  var.  Rayonda  taxılçılıq,  heyvandarlıq,  üzümçülük,  qoyunçuluq, 
quĢçuluq,  baramaçılıq  geniĢ  inkiĢaf  etmiĢdir.  Kənd  təsərrüfatı  ilə  yanaĢı,  rayonda 
tikinti  tresti,  6  nəqliyyat  təĢkilatı,  13  sənaye  müəssisəsi  və  s.  fəaliyyət  göstərirdi. 
ĠĢğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram 
teatrları,  13  xəstəxana,  40  feldĢer-mama  məntəqəsi,  vərəm  və  dəri-zöhrəvi 
xəstəlikləri  dispanseri,  20  kinoqurğu,  texnikum,  2  texniki  peĢə  məktəbi,  38 
məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı 
və s. obyektləri var idi. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inĢa 
olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı 
türbəsi (XIII  əsrin sonu), Babı türbəsi (1273-cü il), AĢağı Veysəlli kəndində hamar 
daĢdan  tikilən  qülləvari  Mirəli  türbəsi  (XV  əsr),  Qarğabazar  kəndində 
Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində 
məscid  (XVIII  əsr),  Füzuli  Ģəhərində  Hacı  Ələkbər  məscidi  (XIX  əsr),  ―MəĢədi 
Həbib‖  hamamı  (XIX  əsr),  Merdinli  kəndi  yaxınlığında  daĢdan  yonulan  at,  qoç 
füquru  qədim  abidələri  (XVIII-XIX  əsrlər)  və  s.   bu  kimi  tarixi  əhəmiyyət  daĢıyan 
abidələrimiz  ermənilərin  vəhĢi  vandalizminə  məruz  qalmıĢ,  məhv  edilmiĢ, 
yandırılmıĢdır. 1988-ci ildən baĢlayan erməni təcavüzünə qarĢı mübarizədə minlərlə 
füzulili döyüĢmüĢ, yüzlərlə füzulili Ģəhid olmuĢ, yaralanmıĢ, itkin düĢmüĢdür. Füzuli 
rayonunun əhalisi Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və Ģəhid vermiĢdir. 
Füzulinin 1100-dən çox Ģəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili 
var.  Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uĢaq zərər çəkmiĢ, onlardan 
155 nəfəri yetim qalmıĢdır.  
 
 
 
 

218 
 
31.Qubadlı rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü    (1993) 
Qubadlı, Ağdərə qalıb köməksiz 
Şuşa qalası da yanıb köməksiz 
Qarabağ özünü sanıb köməksiz 
Vətənin həsrəti yandırır məni.                                  
                                                              
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin