MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Məcidov Zakir Nüsrət oğlunun 60 illiyi (26.06. 1956-06.08.1992)



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

 
26.Məcidov Zakir Nüsrət oğlunun 60 illiyi (26.06. 1956-06.08.1992) 
 Zakir Məcidov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 
1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad 
qəsəbəsində dünyaya göz açmıĢdır. Orta təhsilini 1963-73-cü 
illərdə Bakıda baĢa vurduqdan sonra, Zakir 1974-cü ildə 
Ryazan vilayətinin Sasovo Ģəhərinə gedərək Ali Hərbi 
Aviasiya məktəbinə daxil olmuĢdur. 1977-ci ildə həmin 
məktəbi bitirərək, leytenant rütbəsi almıĢdır. Vətənə dönən 
gənc Zakir əmək fəaliyyətinə Yevlax avia dəstəsində AN-2 
təyyarəsinin ikinci pilotu kimi baĢlamıĢdır. Vətənin baĢını qara 
buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün 
ilk Ģahinlərdən biri oldu. Tez-tez sərhəd bölgələrinə uçuĢlar 
edən Z.Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son 
dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaĢlarımız kimi könüllülər sırasına 
daxil olur. Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala 
qəsəbəsində təĢkil olunan 843 saylı hərbi hava hissəsində MĠ-24 vertolyotlarından 
birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində 
ermənilərin yerləĢdiyi qərargahı darmadağın edir, düĢmənin xeyli texnikasını sıradan 
çıxarır. Bu onun son uçuĢu oldu. DöyüĢ əməliyyatını müvəffəqiyyətlə yerinə 
yetirdikdən sonra bir-birinin ardınca ona tuĢlanan raket zərbələri vertolyotunu ciddi 
zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalıĢır ki, vertolyotu öz ərazimizə 
çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Z.Məcidov 36 yaĢında Vətənimizin aydın 
səması uğrunda qəhrəmancasına həlak oldu. Bakıda ġəhidlər xiyabanında dəfn 
edilmiĢdir. Neftçala rayon UĢaq Yaradıcılıq Mərkəzi Milli qəhrəman Z.Məcidovun 
adını daĢıyır.  
Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı 
fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adına layiq görülmüşdür.  
 
Təki vətənimiz düşməsin dara 
Baxmayıb soyuğa, borana, qara 
Cavab vermək üçün o azğınlara 
Hər bir çətinliyə dözdü Şəhidlər. 
                                                                                                                   Dursun Musayeva 
 
 
 

189 
 
27.Əliyev Yavər Yaqub oğlunun 60 illiyi (27.06.1956-29.02.1992) 
 
Yavər Əliyev — Azərbaycanın Milli Qəhrəmanı;  
Qarabağ müharibəsi şəhidi. 
 
 
 
 
 
27 iyun 1956-ci ildə Bakı Ģəhərində anadan olmuĢdur. Pirallahı adasında 253 saylı orta 
məktəbi bitirbikdən sonra Ukraynanın Kremençuq Aviasiya Məktəbinə daxil olmuĢdur. 
Yavər  Əliyev  Azərbaycan  Hərbi  Qüvvələrinin  yaranmasında  böyük  iĢlər  görmüĢdür. 
Yavər  Əliyev  bir  neçə  dəfə Qarabağa MĠ-24  vertolyutunda  uçuĢlar  etmiĢdi.  AĢağı 
yüksəklikdə  uçaraq  düĢmən  mövqelərinə  ağır  zərbələr  endirirdi.  Bu  uçuĢlar  zamanı 
ermənilər  çoxlu  itkilər  verirdi. 1992-ci  il 29  fevral tarixində  Yavərin  sonuncu  uçuĢu 
oldu.  Ailəli  idi.  Ġki  övladı  atasının  peĢə  yolunu  davam  etdirir.  Bakı  Ģəhərinin ġəhidlər 
xiyabanında dəfn  edilmiĢdir.  Pirallahı adasında  oxuduğu  253  saylı  orta  məktəb  onun 
adını daĢıyır. 
Azərbaycan  Respublikası  prezidentinin 14  sentyabr 1992-ci  il  tarixli  204  saylı 
fərmanı  ilə  Əliyev  Yavər  Yaqub  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 
Qəhrəmanı "adına layiq görülmüşdür. 
Savaşlardan alnıaçıq çıxan zaman 
Tarixlərə bağışladın neçə qurban. 
 Hər qonşuda bir parçası əsir qalan 
          Torpağına canım qurban , Azərbaycan ! 
                                                                         
Nəriman Həsənzadə 
 
 
 
 
 
 

190 
 
İyul
 
Əlamətdar  tarixi günlər  və bayramlar 
Polis ĠĢçiləri günü 03.07.1998 
Beynəlxalq Delfinlər Günü- 04.07. 
Ümumdünya ġokolad Günü- 11.07. 
Beynəlxalq ġahmat Günü- 20.07.1924-cü il.  
Milli Mətbuat və Jurnalistika günü 22.07.1875 
Ümumdünya Balina və Delfinlər Günü. 23.07. 1986.  
Beynəlxalq Dostluq Günü – 30.07.2011 
 Bu tarixi unutmayaq 
Ağdam rayonunun iĢğalı günü 01.07.1993 
Yubilyar yazıçı və şairlər 
Yazıçı Əlisəfa Azayevin 65 illiyi (1951) 
Yazıçı ġamo Arifin 80 illiyi (09.07.1936) 
ġair, publisist Əlisəttar Ġbrahimovun 120 illiyi (31.07.1896-1937)  
Xarici ədəbiyyat 
Fransız Ģairi, təmsilçi Jan de Lafontenin 395 illiyi. (08.07.1621-1695)  
Rus yazıçısı Sergey Baruzdinin 90 illiyi (22.07.1926-1991)  
 Ġngilis yazıçısı, dramaturq Corc Bernard ġounun 160 illiyi (26.07.1856-1950) 
 Ġngilis yazıçısı Beatriks Potterin 150 illiyi (28.07.1866-1943) 
 
İncəsənət 
Holland rəssamı və qrafiki Rembrandtın 410 illiyi (15.07.1606-04.10.1669).  
Xalq rəssamı Maral Rəhmanzadənin 100 illiyi (23.07.1916-2008) 
Milli qəhrəmanlıq zirvəsi 
Kərimov Kərim Məhəmməd oğlu (02. 07.1971-06.05.1992) 
Zülfüqarov Samir Xəlil oğlu (03.07.1976-17.03.1995) 
Hüseynov Sadiq Dayandur oğlu (29.07.1961-13.04.1992) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

191 
 
Əlamətdar  tarixi günlər və bayramlar
 
2. Polis işçiləri günü 
Xidmət etmək sayılır kişilikdən nişana, 
Xalqına xidmət etmək bir şərəfdir insana.
 
                                                                                                    N.Gəncəvi 
 
                                                                                                                  
Bu gün polis işçilərinin peşə bayramı 
günüdür. Azərbaycanın ilk polis bölüyü 
1918-ci il iyulun 2-də Azərbaycan Xalq 
Cümhuriyyəti dövründə cinayətkarlıqla 
mübarizə aparmaq və ictimai təhlükəsizliyi 
təmin etmək məqsədilə yaradılıb.
 
 
 
Polis  bölüyünün  yaranmasından  80  il  sonra  həmin  gün  polislərin  peĢə  bayramı  kimi 
qeyd olunmağa baĢlayıb. Belə ki, Prezident Heydər Əliyevin 24 may 1998-ci il tarixli 
―Azərbaycan  Polisi  gününün  təsis  edilməsi  haqqında‖  fərmanına  əsasən  iyulun  2-si 
Azərbaycan  daxili  iĢlər  orqanları  əməkdaĢlarının  peĢə  bayramı  kimi  qeyd  olunur. 
Azərbaycan  polisinə  verilən  bu  önəmin  səbəbi  ondan  qaynaqlanır  ki,  ulu  öndər 
ölkəmizdə  daim  polisin  fəaliyyətinə  yüksək  qiymət  verib.  Ġctimai  sabitliyin  qorunub 
saxlanmasında,  cinayətkarlıq  hallarının  qarĢısının  alınmasında  daxili  iĢlər  orqanlarının 
fəaliyyəti  yüksək qiymətləndirilib.  Azərbaycan  polisi dövlətə və  xalqa  yüksək sadiqlik 
nümayiĢ etdirməklə mühüm vəzifələrin öhdəsindən həmiĢə layiqincə gəlib. Bu siyasət 
hazırda  Prezident  Ġlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilir.  Bu gün  Azərbaycan 
polisi  cinayətkarlığa  qarĢı  mübarizədə  ictimai  qaydanın  və  təhlükəsizliyin  təminində 
daxili  sabitliyin  yaradılması  sahəsində  qanunla  müəyyən  edilən  vəzifəsini  layiqincə 
yerinə  yetirir.  Azərbaycan  polisi  Birinci  Qarabağ  müharibəsi  zamanı  ölkəmizin  ərazi 
bütövlüyü  uğrunda  gedən  döyüĢlərdə  fəal  iĢtirak  etmiĢdir.  Daxili  iĢlər  orqanlarının  və 
daxili  qoĢunların  Ģəxsi  heyətinin  931  nəfəri  bu  müharibədə  Ģəhid  olmuĢdur.  Polisin 
sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq 
görülənlər  vardır.  Bu  gün  Azərbaycan  polisi  öz  peĢəkarlığını  artırmaqla  yanaĢı,  eyni 
zamanda beynəlxalq standartlara uyğunlaĢdırılır.  
 
 
 
 
 
 
 
 

192 
 
4.Beynəlxalq Delfinlər Günü- 04.07.1960 
 
4  iyul  Beynəlxalq  delfinlər  günüdür  (World 
Day  for  Captive  Dolphins).  Delfinlər 
gününün  təsis  olunması  delfinlərin  və  digər 
dəniz  məməlilərinin  hərbi  məqsədlərlə 
istifadə  olunması  və  onların  qapalı  yerlərdə 
saxlanmasına  qarĢı  mübarizə  aparanlar 
tərəfindən 
irəli 
sürülmüĢdür. 
Dəniz 
heyvanlarından  hərbi  məqsədlərlə  istifadə 
olunması 
ideyası 
hələ 
ötən 
əsrin 
əvvəllərində  meydana  gəlmiĢdir.  DüĢmən 
gəmilərinin  partladılması,  minaların  aĢkara 
çıxarılması,  düĢmən  üzgüçü-kəĢfiyyatçıların 
zərərsizləĢdirilməsi  üçün  xüsusi  delfin  dəstələrinin  yaradılması  təklif  olunurdu.  Belə 
layihələr  1960-cı  illərdən  baĢlayaraq  SSRĠ-də  və  ABġ-da  reallaĢdırılırdı.  DöyüĢ 
delfinləri  amerikalılar  tərəfindən  Vyetnam  müharibəsində  və  Ġraqda  xüsusi 
əməliyyatların  gediĢində  istifadə  olunmuĢdur.  SSRĠ-də  isə  xüsusi  təlim  görmüĢ  delfin 
dəstələri  Qara  dənizdə  minaları  axtarırdı.  SSRĠ-nin  süqutundan  sonra  Rusiyada  belə 
fəaliyyət qadağan olunmuĢdur. ABġ-da isə bu gün də bununla məĢğul olan beĢ mərkəz 
fəaliyyət  göstərir.  Dəniz  məməlilərinin  okeanarium  və  delfinarilərdə  saxlanmasının  da 
mənfi  tərəfi  var.  Delfinlər  təbiətdə  gün  ərzində  100  km-dən  çox  məsafə  qət  edirlər  və 
200 m-dən çox dərinliyə enə bilirlər. Heç bir delfinari əsir delfinlərə belə imkan yarada 
bilmir.  Delfinlərin  hərəkət  zamanı  çıxardıqları  səs  hovuzda  təhrif  və  dəfələrlə  əks 
olunduğu  üçün  onlara  çox  böyük  zərər  vurur.  Xlorlu  su  onların  dərisini  və  görmə 
orqanlarını  zədələyir.  Nəticədə  bu  heyvanların  qapalı  yerlərdə  saxlanması  onların 
yaĢama  müddətini  5-6  dəfə  azaldır.  Buna  görə  də  belə  sual  yaranır:  insanın  bu 
heyvanları əsir etməyə haqqı varmı? Beynəlxalq delfinlər günü bu heyvanların azad və 
özlərinin  təbii  yaĢam  mühitlərində  yaĢamaq  hüquqlarını  təmin  etmək  məqsədilə 
ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə xidmət edir. 
 
 
 
 
 
 
 
 
 
 
 

193 
 
11.Ümumdünya Şokolad Günü 
 
.
 

ġokolad günü‖ ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. Tez bir zamanda məĢhurluq 
qazanaraq, Almaniya, Ġtaliya, Ġsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan 
kənarda  keçirilməyə  baĢlanılıb.  Çox  sevdiyimiz  Ģokoladın  və  Ģokolad  ağacının  vətəni 
Mərkəzi  və  Cənubi  Amerikadır.  Əvvəllər  içki  kimi  qəbul  edilən  bu  Ģirniyyatın  adı 
haqqında müxtəlif versiyalar var. Onlardan birinə görə, Ģokolad qədim astek sözü olub, 
"xocolatl" yəni, kakao paxlasından alınan içkinin adını bildirir. Mənası isə "acı su" kimi 
tərcümə  olunur.  Avropada  "qara  qızıl"  adı  ilə  tanınması  isə  ispanlara  məxsus  olub. 
ġokoladın  tarixi  3000  il  bundan  əvvəlki  dövrə  aid  edilən  nemətlər  sırasına  daxildir. 
Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləĢən Amerikada 
yeni sivilizasiya meydana gəldi. Onların mədəniyyətlərindən bizə çox nadir halda qalan 
məqamlar  məlumdu,  yalnız  irəli  sürülən  fikirlərə  əsasən  məhz  "kakao"  sözü  ilk  dəfə 
olaraq onlar tərəfindən dildə "kakava" kimi tələffüz edilərək, meydana gəlib. Təxminən 
1000  il  bizim  eradan  əvvəlki  dövrü  özündə  birləĢdirən  həmin  tayfanın  sivilizasiya 
nümunələrindən  sayılır.  Dünyada  sevgi  rəmzi  kimi  tanınan  ilk  Ģirniyyat  Ģokoladdır. 
Statistikaya əsasən, 20 yaĢlı  əksər gənclər  məhz ağ Ģokolada üstünlük verir. ġokoladın 
tərkibindəki  fenamin  maddəsi,  insanda  sevgi  hissi  yaradır.  ġokolad  A,  B,  C,  D,  E, 
kalsium,  kalium  və  natrium  vitaminləri  ilə  zəngindir.  Gün  ərzində  2  Ģokolad  yemək, 
arterial təzyiqin aĢağı düĢməsinə səbəb olur. Kakao və Ģokolad antiseptik xüsusiyyətlərə 
malik olub,  diĢi  bir çox  zərərdən  qoruyurlar.  ġokolad  yeməklə  qızdırma,  soyuqdəymə 
xəstəliklərini dəf etmək olar. Dünyanın ən kalorili Ģokoladı südlü Ģokolad hesab edilir. 
Dünya qadınlarının 15%-i  hər gün Ģokolad yeyir. Dünyada ən çox Ģokolad yeyən ölkə 
sakinləri Ġsveçrədədir. Belə ki, hesablamalara əsasən hər sakinə il ərzində 10 kq Ģokolad 
düĢür. 
 
 
 
  
 
 
 

194 
 
20
. Beynəlxalq Şahmat Günü  
 
1996-cı ildən 20 iyul dünyanın hər yerində Beynəlxalq ġahmat Günü kimi qeyd olunur. 
Bu  bayram  əsası  1924-cü  ildə  qoyulmuĢ  Beynəlxalq  ġahmat  Federasiyasının  (FĠDE) 
qərarı  ilə  keçirilir.  Bütün  rəsmi  yarıĢlar,  o  cümlədən  kiĢi  və  qadınlar  arasında  dünya 
çempionatları,  kiĢi,  qadın,  tələbə  və  yeniyetmələrin  komanda  birincilikləri,  Avropanın 
komanda birinciliyi, Avropa Çempionlar kuboku, Panamerikan fərdi yarıĢları FĠDE-nin 
himayəsi  altında  keçirilir.  FĠDE  1950-ci  ildən  kiĢilərə,  1976-cı  ildən  isə  qadınlara 
beynəlxalq  qrossmeyster  adı  verir.  Azərbaycanda  Ģahmat  ən  populyar  idman 
növlərindən biridir. Azərbaycan Prezidenti Ġlham Əliyevin Sərəncamı ilə 2009-2014-cü 
illərdə  Ģahmatın  inkiĢafına  dair  Dövlət  Proqramı  təsdiq  edilmiĢdir.  Azərbaycanda 
Ģahmat  ötən  ilin  70-ci  illərində  inkiĢaf  etməyə  baĢlamıĢdır.  Ümummilli  lider  Heydər 
Əliyevin təĢəbbüsü ilə respublikada Ģahmat məktəbləri tikilməyə baĢlamıĢ, gənclərin bu 
idman növünə marağı artmıĢ, gənc və istedadlı Ģahmatçılar yetiĢmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 

195 
 
22.Milli Mətbuat və Jurnalistika günü 
 
Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş 
 milli mətbuatımız  həmişə xalqımızın  
şanlı tarixinin güzgüsü olmuşdur.”
                   
                                                                                                                                          
                                                 Ulu öndər Heydər Əliyev 
 
22-iyul  Azərbaycanda  Milli  mətbuat  və  Jurnalistika 
günü kimi qeyd edilir. Azərbaycan mətbuatının banisi 
Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda 
Azərbaycan 
dilində 
"Əkinçi" 
qəzetinin 
çap 
olunmasına  nail  olmuĢ,  və  qəzetin  ilk  nömrəsi  1875-ci  ilin  iyulun  22-də  iĢıq  üzü 
görmüĢdür.  "Əkinçi"  qəzeti  xalqımızın  milli  oyanıĢında,  milli  birliyinin 
möhkəmləməsində  böyük  rol  oynamıĢdır.  Qəzetin  müttərəqqi  ideyaları  Rusiya  hakim 
dairələrini narahat etmiĢ və iki il sonra qəzet bağlanmıĢdır. XIX əsrin sonlarında "Ziya", 
(1879),  "KəĢkül"  (1880),  "Kaspi"  (1880-1890-ci  illər)  qəzetləri  nəĢrə  baĢlamıĢdır.  XX 
əsrin əvvələrində C.Məmmədquluzadə, M. ġaxtaxtiniski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, 
Ü.Hacıbəyov  və  baĢqaları  yeni  demokratik  mətbuatın  yaranması  uğrunda  mübarizə 
aparırdılar.  "Həyat",  "Açıq  söz",  "Azərbaycan"  kimi  demokratik  ruhlu,  milli  qayəli 
qəzetlər meydana çıxdı. 1906-ci ildə "Molla Nəsrəddin " jurnalının nəĢrə baĢlanması ilə 
Azərbaycan  mətbuatında  siyasi  satiranın  əsası  qoyuldu.  Azərbaycan  öz  müstəqilliyini 
bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdıĢ mətbuat sahəsində də özünü 
göstərdi.  Bu  gün  ölkəmizdə  yüzlərlə  mətbu  orqan-qəzet  və  jurnal  fəaliyyət  göstərir. 
Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı  ilə  "Əkinçi"  qəzetinin  nəĢrə 
baĢlandığı gün-22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa baĢladı.
 
Azərbaycan  Respublikasının  1995-ci  ilin  noyabrında  ümumxalq  səsverməsi  ilə 
qəbul   edilən  Konstitusiyasının  50-ci  maddəsində  söz,  azad  məlumat  toplamaq 
azadlıqları,  öz baxıĢlarının  azad  ifadə  edilməsi  və  digər  azadlıqlar  möhkəmləndirilib. 
Azərbaycanda  mətbuatın  inkiĢafına  töhfə  verən  digər  vacib  amil  ölkənin  nüfuzlu 
beynəlxalq təĢkilata – Avropa ġurasına daxil olmasıdır. TəĢkilata daxil olduqdan sonra 
ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniĢ təĢəkkülünə 
Ģərait  yaradıb. Azərbaycan  Prezidenti  Ġlham  Əliyevin  2009-cu  ilin  martın  sonunda 
imzaladığı  sərəncamla Prezident  yanında  Kütləvi  Ġnformasiya  Vasitələrinə  Dövlət 
Dəstəyi  Fondu  yaradılıb.  Fondun yaradılmasında  məqsəd  Azərbaycanda  fikir,  söz  və 
mətbuat  azadlığı  Ģəraitini  yaxĢılaĢdırmaq,  o cümlədən  buna  xidmət  edən  kütləvi 
informasiya vasitələrinə dövlət dəstəyidir.  
 
 
 
 
 
 

196 
 
23.Ümumdünya Balina və Delfinlər Günü ( 23.07.1986.) 
 
                             
  
 
 
 
 
 
 
 
 
 
Hər  il  iyulun  23-də  planetimiz  Ümumdünya  balinalar  və  delfinlər  gününü  qeyd  edir 
(World  Whale  and  Dolphin  Day).  Bu  bayram  1986-cı  ildə  Beynəlxalq  balina  ovlama 
komissiyası (International Whaling Comission: IWC) bu heyvanların 200 illik amansız  
Ģəkildə  qırılmasından  sonra  balina  sənayesinə  qadağa  qoymuĢdur.  Bu  qadağa  indi  də 
qüvvədədir  və  bütün  dünyada  balinaların  ovlanması,  o  cümlədən  balina  ətinin  ticarəti 
qadağan olunduğunu bildirir. Lakin balina sənayesi bu heyvanlar üçün yeganə təhlükə 
deyil.  Balinaların,  delfinlərin  və  digər  dəniz  məməlilərinin  yox  olmasının  daha  bir 
səbəbi – onların delfinarilər, okeanariumlar və sirklər üçün tutulmasıdır. Buna görə də 
bu  gün  yalnız  balinaların  deyil,  bütün  dəniz  məməlilərinin  qorunması  günü  hesab 
olunur.  Beynəlxalq  delfin  ovlama  komissiyası  balinaların  ovlanmasına  qadağa  tətbiq 
etdikdən  sonra  Yaponiya  sanksiyalardan  çəkinərək  bu  saziĢə  qoĢulmağa  məcbur  olur. 
Lakin  balinaların  elmi  məqsədlərlə  ovlanması  hüququ  olduğunu  bildirir.  2007-ci  ildə 
balinaların  ovlanma  kvotası  950  balina  təĢkil  edirdi,  yəni  hər  il  Yaponiya  üçə  qədər 
balina  ovlayırdı.  Həmin  il  yapon  ―Nissin-maru‖  balina  ovlama  donanmasında  yanğın 
baĢ verir və ―tədqiqat‖ üçün 508 heyvan öldürülür. Bu hadisə nəticəsində Yaponiyada 
balinaların  cütləĢmə  dövründə  ovlanmasının  bərpa  olunması  təklif  olunmuĢdur.  Elmi 
iĢlər baĢa çatdıqdan sonra heyvanların əti əsasən yapon restoranlarında istifadə olunur. 
Beynəlxalq  balina  ovlama  komissiyasının  qadağası  19  fevralda  qüvvəyə  minmiĢdir. 
Bunun Ģərəfinə hər il fevralın 19-da daha bir bayram – Beynəlxalq balinalar günü qeyd 
olunur.  Hərdən  müxtəlif  ölkələrin  ekoloji  təĢkilatları  bu  günü  birlikdə  məhv  olma 
təhlükəsi qarĢısında qalan hər bir növ dəniz məməlisinin müdafiəsinə həsr edirlər.  
 
 
 
 
 
 
 
 
 

197 
 
30.Beynəlxalq Dostluq Günü (30.04.2011) 
 
 
 
  
 
 
 
 
 
24  aprel  2011-ci  ildə  BMT-nin  qərarı  ilə  təsis  olunmuĢdur.  Bütün  planetin  marağında 
olan  bu  gün  əsasən  zorakılığa  qarĢı  olmaqla  mədəniyyətlərin  dostluğunu  nümayiĢ 
etdirir.  BMT-nin  BaĢ  Məclisi  Paraqvayın  təĢəbbüsü  ilə  iyulun  30-nu  Beynəlxalq 
Dostluq Günü elan etmiĢdir. BaĢ Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təĢəbbüsü 
fəal təbliğ etməyi tövsiyə etmiĢdir. BaĢ Məclis bu münasibətlə yekdilliklə qəbul edilmiĢ 
qətnamədə  bütün  dünya  insanlarının  ən  nəcib  və  misilsiz  hisslərinin  təzahürü  olan 
dostluğun  aktuallığını  və  böyük  əhəmiyyətini  vurğulamıĢdır.  Xalqlar,  ölkələr, 
mədəniyyətlər  və  ayrı-ayrı  Ģəxslər  arasında  dostluğun  sülhün  təmin  olunması  uğrunda
 
səylər  göstərməyə  ruhlandıra  biləcəyini  nəzərə  alan  BaĢ  Məclis  iyulun  30-nu 
Beynəlxalq Dostluq Günü elan etməyi qərara almıĢdır. BaĢ Məclis qurumun üzvü olan 
bütün  ölkələrə  Beynəlxalq  Dostluq  Gününü  öz  adət-ənənələrinə  uyğun,  o  cümlədən 
maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi 
qaydada qeyd etməyi məsləhət görmüĢdür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

198 
 
Bu tarixi unutmayaq
 
1. Ağdam rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü (1993)
  
 
“Mənim  üçün  hər  şeydən  əziz  mənim  xalqımdır,  mənim  Vətənimdir,  mənim 
torpağımdır.”                                                                           
Ulu öndər Heydər Əliyev
 
 
Ağdamda itirdiklərimiz 
23  iyul  1993-cü  ildə  rayonun  88395  hektar 
ərazisi,  1  Ģəhəri,  119  kənd  və  qəsəbəsi 
Ermənistan  Respublikası  tərəfindən  iĢğal 
olunub.  Ağdam  rayonunun  iĢğaldan  əvvəl 
1736  hektar  dövlət  meĢəsi,  710  hektar 
kolxoz  meĢəsi,  560  hektar  yol,  su  və  kanal 
kənarı,  Ģəhərətrafı  meĢə  sahəsi  mövcud  idi. 
Rayonun  ümumi  ehtiyatları  64863  min  m
3
 
olan  miĢar  daĢı,  140464  min  ton  çobandağ 
əhəngdaĢı,  44708  min  ton  Boyəhmədli  və 
25197 min ton ġorbulaq gil yataqları iĢğal olunmuĢ ərazilərdə qalıb. Rayon ərazisindən 
keçən ən iri çay olan Xaçınçayın uzunluğu 104 km, su toplayıcı sahəsi isə 657 
km
2
-dir. 
Ağdam  Ģəhərində  yaĢı  150-250  ilədək  olan  14  ədəd,  Boyəhmədli  kəndi  ətrafında  isə  
yaĢı  400  ilə  çatan  71  ədəd  ġərq  çinarı  təbiət  abidəsi  kimi  qorunurdu.  ĠĢğal  olunmuĢ 
ərazilərdən yaĢı 400-ə çatan Ģərq çinarı növündən olan ağacların doğranaraq Ermənistan 
istiqamətində  aparılması  və  iri  gövdəli  ağacların  qırılaraq  yığıldığı  müĢahidə  edilib. 
Rayonun iĢğal altında olan Novruzlu, Yusifcanlı, Kəngərli, Çəlik, Qaradağlı-Kəngərlisi, 
Göytəpə,  Gülçülük  kəndlərində  6330  hektar  otlaq  sahəsi  erməni  hərbçiləri  tərəfindən 
yandırılıb. Yanğın zamanı "Qırmızı kitab"a və Beynəlxalq Təbiəti Mühafizə Ġttifaqının 
"Qırmızı siyahısına" düĢmüĢ müxtəlif sayda turac, qırqovul və gürzə məhv olunub. ĠĢğal 
nəticəsində  təhsil,  səhiyyə,  mədəniyyət  ocaqları,  yaĢayıĢ  evləri,  inzibati  binalar 
dağıdılaraq  yerlə-yeksan  edilmiĢdir.  Erməni  faĢistləri  tərəfindən  aparılan  bu  ədalətsiz 
müharibə  nəticəsində  çoxsaylı  həmvətənlərimiz  qətlə  yetirilmiĢ,  itkin  düĢmüĢ,  əsir 
götürülmüĢdür.  Əsası  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  qoyulan  Milli 
Ordumuz bu gün möhtərəm Prezidentimiz cənab Ġlham Əliyevin rəhbərliyi altında daha 
da  güclənmiĢ,  daha  da  qüdrətli  olmuĢdur.  Xalqımız  inanır  ki,  dövlətimiz  tərəfindən 
aparılan  ardıcıl,  məqsədyönlü  siyasət  torpaqlarımızın  iĢğaldan  azad  olmasına  gətirib 
çıxaracaqdır.  
 
 
 
 
 
 
 

199 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin