MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

3.Günəş Günü (03.05.1994) 
 
 
YUNESKO-nun qərarı ilə təyin olunmuĢdur. Yer kürəsinə ən yaxın ulduz GünəĢdir.  
YaĢayıĢın mənbəyi olan və dünyanı iĢıqla, istiliklə təmin edən GünəĢi nə qədər 
tanıyırıq? Beynəlxalq GünəĢ günü artıq on ildən çoxdur ki, may ayının 3-də qeyd edilir. 
GünəĢ günü Milli UçuĢ və Kosmos Ġdarəsi tərəfindən qeyd edilir. GünəĢ bitki və 
heyvanlar aləminə lazım olan istiliyi və iĢığı verir. Yer Kürəsinin atmosferini 
formalaĢdırır. Dünya ekoloqlarının rəyinə görə günəĢ olmadan planet mövcud ola 
bilməzdi. ―GünəĢ‖ nağılı məhz GünəĢin insan həyatında baĢlıca rolundan bəhs edir.  
 
8.Ümumdünya Qızıl Xaç və Qızıl Aypara hərəkatı günü. 
Bu  gün  1828-ci  il  may  ayının  8-də 
anadan 
olmuĢ 
Ġsveçrə 
vətəndaĢı, 
humanist  ictimai  xadim,  Nobel  sülh 
mükafatı  laureatı  Anri  Dünanın  Ģərəfinə 
təsis  edilmiĢdir  və  1953-cü  ildən  bəri 
qeyd  olunur.  Anri  Düna  1859-cu  ildə 
Ġtaliyanın  Solferino  əyalətində  Avstriya 
və  Fransa  orduları  arasında  baĢ  vermiĢ  döyüĢün  Ģahidi  olmuĢ  və  müharibənin 
dəhĢətlərini öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmiĢdir. 1863-
cü  ildə  Anri  Dünanın  təĢəbbüsü  ilə  yaralılara  yardım  göstərən  Beynəlxalq  Komitə 
(gələcək Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılmıĢdır. 1864-cü il avqust ayının 22-
də  Ġsveçrədə  keçirilən  Diplomatik  Konfransda  emblem  –  ağ  fonda  qırmızı  xaç  qəbul 
olunmuĢdur.  Belə  fərqləndirici  niĢan,  qırmızı  fonda  ağ  xaçı  əks  etdirən  Ġsveçrə 
dövlətinin bayrağına olan hörmətin əlamətidir. 1876-cı ildə Osmanlı imperiyası rus-türk 
müharibəsində iĢtirak edən tibbi iĢçilərin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif 
etmiĢdir.  O  vaxtdan  adı  çəkilən  emblem  ağ  fonda  qırmızı  xaç  emblemi  ilə  yanaĢı 
bərabər  hüquqlu  niĢan  kimi  qəbul  olunub.  Hazırda  bir  sıra  ölkələr  tərəfindən  istifadə 
edilir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və 
Qızıl  Aypara  cəmiyyətlərini,  Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi  və  Beynəlxalq  Qızıl 
Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləĢdirir.
 

138 
 
 
9. Faşizm üzərində qələbə günü 
“Tarix bu gün də, gələcəkdə də bilməlidir ki, II Dünya müharıbəsində, Böyük Vətən 
Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu çox böyük olmuşdur.”                                                                         
                                                                                          
Ümummillilider Heydər Əliyev 
 
Müharibədə Azərbaycanın 600 mindən çox 
oğul və qızının amansız düşmənlə döyüşlərdə 
göstərdikləri misilsiz şücaət və igidlik, arxa 
cəbhədə çalışanların isə əmək rəşadəti dillər 
əzbəridir və bugünki nəsillər üçün daim örnək 
olaraq qalacaqdır
 Azərbaycan 
xalqının 
Ġkinci 
Dünya 
müharibəsində 
göstərdiyi 
qəhrəmanlıq 
nümunələri  haqqında  çoxlu  sayda  Ģeirlər, 
kitablar  yazılmıĢ,  bədii  və  sənədli  filmlər  çəkilmiĢ,  qəhrəmanların  Ģərəfinə  abidələr 
ucaldılmıĢ,  onların  adları  əbədiləĢdirilmiĢdir.  Artıq 70 ildir ki,  9  may  faĢizm  üzərində 
Qələbə  günü  təntənəli  surətdə  qeyd  olunur.  Bu  qələbə  heç  də  asan  baĢa  gəlməyib. 
Yüzlərlə,  minlərlə  həmvətənlərimiz,  Azərbaycanın  mərd  övladları  bu  Qələbə  naminə 
canlarından-qanlarından  keçiblər.  Onlar  doğma  Azərbaycanın  hüdudlarından  çox-çox 
uzaqlarda  mərdliklə,  hünərlə  vuruĢaraq  və  həm  də  doğma  Azərbaycan  torpağını 
qoruyublar.  170  mindən  çox  azərbaycanlının  orden  və  medallarla  təltif  edilməsi,  130 
nəfər  həmyerlimizin  isə  Sovet  Ġttifaqı  Qəhrəmanı  adına  layiq  görülməsi  buna  əyani 
sübutdur. Əgər o vaxt  Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə 
ilə  bitə  bilməzdi.  Ümummilli  lider  Heydər  Əliyev  1995-ci  ildə  Qələbənin  50  illiyi  ilə 
bağlı  keçirilən  təntənəli  tədbirdə  demiĢdir:  ―Bu  qələbənin  çalınmasında  Azərbaycanın 
xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin 
müharibənin uğurla aparılması üçün ən mühüm amililərdən biri olmuĢdur. Müharibənin 
ilk  illərində  faĢist  Almaniyası  iĢğal  etdiyi  Avropa  ölkələrinin  iqtisadi  və  hərbi 
potensialını öz əlində cəmləĢdirmiĢdi. Lakin ―Hər Ģey cəbhə üçün, hər Ģey qələbə üçün‖ 
Ģüarı altında bütün Sovet xalqlarını birləĢdirdi. Bununla da düĢmənin hücumları nəinki 
dayandırıldı,  faĢistlər  Moskva,  Stalinqrad,  Kursk  və  baĢqa  döyüĢlərdə  ən  ağır  və 
sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi. 
 
 
 
 
 
 
 
 
 
 

139 
 
10. Ümummilli lider Heydər Əliyevin doğum günü (1923-2003) 
 
“Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır.” 
 
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 
 
 
Heydər  Əliyev  -Azərbaycanın  görkəmli  siyasi  və 
dövlət  xadimi, Azərbaycan  Respublikasının  üçüncü 
Prezidenti 
(1993-2003), 
―Ulu 
öndər‖ 
 və 
―Azərbaycan xalqının ümummilli lideri" titullarının 
rəsmi 
daşıyıcısıdır.  Heydər  Əliyev  bir  sıra 
beynəlxalq 
mükafatlara, 
müxtəlif 
ölkələrin 
universitetlərinin  fəxri  doktoru  adına  və  digər 
yüksək  nüfuzlu  fəxri  adlara  layiq  görülmüşdür.  O, 
dörd  dəfə  ―Lenin‖  ordeni,  ―Qırmızı  Ulduz‖  ordeni 
və  çoxlu  medallarla  təltif edilmiş, iki  dəfə  "Sosialist 
Əməyi  Qəhrəmanı"  adını  almış,  bir  çox  xarici 
dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. 
 
 
27 mart 1997 — Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni; 
13 aprel 1999 — Türkiyənin ən nüfuzlu mükafatı – ―Atatürk Beynəlxalq Sülh 
Mükafatı‖
2001 — Qızıl Post ordenı 
20 yanvar 2001 — Moskva Dövlət Universitetinin ―Fəxri professoru‖; 
3 aprel 2003 — Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası 
Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına 
mükafat; 
Heydər  Əlirza  oğlu  Əliyev  1923-cü  il  mayın  10-da  Azərbaycanın  Naxçıvan  Ģəhərində 
anadan  olmuĢdur.  O,  1939-cu ildə  Naxçıvan  Pedaqoji  Texnikumunu  bitirdikdən  sonra 
Azərbaycan  Sənaye  Ġnstitutunun  memarlıq  fakültəsində  təhsil  almıĢdır.  1941-ci  ildən 
Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili ĠĢlər Komissarlığında və Naxçıvan MSSR 
Xalq  Komissarları  Sovetində  Ģöbə  müdiri  vəzifəsində  iĢləmiĢ  və  1944-cü  ildə  dövlət 
təhlükəsizliyi  orqanlarında  iĢə  göndərilmiĢdir.  Azərbaycan  Kommunist  Partiyası 
Mərkəzi  Komitəsinin  1969-cu  il  iyul  plenumunda  Heydər  Əliyev  Azərbaycan 
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri 
olmuĢdur. 1982-ci ilin dekabrında Sovet Ġttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi 
Siyasi  Bürosunun  üzvü  seçilən  Heydər  Əliyev  SSRĠ  Nazirlər  Soveti  sədrinin  birinci 
müavini  vəzifəsinə  təyin  edilmiĢ  və  SSRĠ-nin  rəhbərlərindən  biri  olmuĢdur.  Heydər 
Əliyev iyirmi il ərzində SSRĠ Ali Sovetinin deputatı, beĢ il isə SSRĠ Ali Soveti sədrinin 
müavini  olmuĢdur.  O,  1990-cı  ilin  20  yanvarında  sovet  qoĢunlarının  Bakıda  törətdiyi 
qanlı  faciə  ilə  əlaqədar  Azərbaycanın  Moskvadakı  nümayəndəliyində  bəyanatla  çıxıĢ 

140 
 
edərək,  Azərbaycan  xalqına  qarĢı  törədilmiĢ  cinayətin  təĢkilatçıları  və  icraçılarının 
cəzalandırılmasını  tələb  etmiĢdir.  1990-cı  ilin  iyulunda  Azərbaycana  qayıdan  Heydər 
Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaĢamıĢ, həmin ildə də Azərbaycan Ali 
Sovetinə  deputat  seçilmiĢdir.  O,  1991-1993-cü  illərdə  Naxçıvan  Muxtar  Respublikası 
Ali  Məclisinin  sədri,  Azərbaycan  Respublikası  Ali  Soveti  sədrinin  müavini  olmuĢdur. 
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 
24-də  isə  Milli  Məclisin  qərarı  ilə  Azərbaycan  Respublikası  Prezidentinin 
səlahiyyətlərini  həyata  keçirməyə  baĢladı.  1993-cü  il  oktyabrın  3-də  ümumxalq 
səsverməsi  nəticəsində  Heydər  Əliyev  Azərbaycan  Respublikasının  Prezidenti  seçildi. 
O,  1998-ci  il  oktyabrın  11-də  xalqın  yüksək  fəallığı  Ģəraitində  keçirilən  seçkilərdə 
səslərin  76,1  faizini  toplayaraq,  yenidən  Azərbaycan  Respublikasının  Prezidenti 
seçilmiĢdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin 
irəli  sürülməsinə  razılıq  vermiĢ  Heydər  Əliyev  səhhətində  yaranmıĢ  problemlərlə 
əlaqədar seçkilərdə iĢtirak etməkdən imtina etmiĢdir. Heydər Əliyev bir sıra beynəlxalq 
mükafatlara,  müxtəlif  ölkələrin  universitetlərinin  fəxri  doktoru  adına  və  digər  yüksək 
nüfuzlu fəxri adlara layiq görülmüĢdür. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində 
daim tərəqqisi üçün çalıĢdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmiĢi ilə həmiĢə qürur 
duyduğu və gələcək nəsillərinin taleyi  üçün  düĢündüyü  doğma  yurdu  Azərbaycanı  bir 
dövlət  kimi  zamanın  ağır  və  sərt  sınaqlarından  çıxarmıĢdır.  Azərbaycan  xalqı  milli 
dövlətçiliyinin  dağılmaq  təhlükəsi  qarĢısında  qaldığını  gördüyü  və  artıq  ən  ağır 
günlərini  yaĢadığı  bir  zamanda  -  1993-cü  ilin  iyununda  mövcud  hakimiyyətin 
dəyiĢilməsini təkidlə tələb etmiĢ və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar 
etmiĢdir. Xalq Heydər Əliyevin bu qayıdıĢını ümid və sevinclə qarĢılamıĢ, həmin günü 
isə  Milli  QurtuluĢ  günü  kimi  müstəqil  Azərbaycanın  tarixinə  yazmıĢdır. 
Ümummillilider Heydər Əliyev 12 dekabr 2003-cü ildə 80 yaĢında vəfat etmiĢdir.  
 
 
 
 
 
 
 
 
 
 
 

141 
 
18. Beynəlxalq Muzeylər günü 
“Muzey maddi- mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, 
öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi 
tədqiqat müəssisəsidir.” 
                                                                                                Ulu öndər Heydər Əliyev 
2000-ci  il  martın  24-də  qüvvəyə  minmiş  ―Muzeylər  haqqında‖  Azərbaycan 
Respublikasının  Qanunu  ölkəmizdə  muzeylərin  fəaliyyətinin  təşkilati-hüquqi 
əsaslarını  və  müvafiq  münasibətləri  tənzimləyir.  Ümummilli  Lider  tərəfindən 
muzey  işinin  inkişafı  üzrə  müəyyən  edilmiş  prioritetlər  bu  gün  Azərbaycan 
Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-
nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  Əliyevanın  rəhbərliyi 
altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. 
Muzeylər  dünyada  mədəni  proseslərin 
fəal 
iĢtirakçısına, 
eyni 
zamanda, 
qloballaĢmanın  mənfi  nəticələrinə  qarĢı 
dura bilən mədəniyyət ocaqlarıdır. Hər il 
mayın  18-i  bütün  dünyada  Beynəlxalq 
Muzeylər  Günü  kimi  geniĢ  qeyd  edilir. 
Beynəlxalq  Muzeylər  ġurasının  (ĠCOM) 
təĢəbbüsü  ilə  1977-ci  ildə  təsis  olunmuĢ 
bu əlamətdar günün məqsədi muzeylərin 
cəmiyyətin 
həyatında 
nə  dərəcədə 
mühüm  rol  oynadığını  göstərməkdir. 
Dünyanın 100-dən çox ölkəsində qeyd edilən Beynəlxalq Muzeylər Günü qədim tarixə 
və  zəngin  mədəniyyətə  malik  Azərbaycanda  da  geniĢ  miqyasda  qeyd  edilir. 
Ölkəmizdə  muzey  iĢinin  inkiĢafı  ümummilli  lider  Heydər  Əliyevin  adı  ilə  bağlıdır. 
Onun təĢəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey iĢi üzrə 
elmi-metodiki  mərkəz,  muzey  ekspozisiyalarının  bədii  tərtibatı  emalatxanası,  muzey 
sərvətləri  və  xatirə  əĢyalarının  bədii  bərpa  mərkəzi  təĢkil  olunmuĢdur.  Azərbaycan 
mədəniyyətinin  Üzeyir  Hacıbəyli,  Hüseyn  Cavid,  Cəlil  Məmmədquluzadə,  Məmməd 
Səid  Ordubadi,  Cəfər  Cabbarlı,  Bülbül,  Səməd  Vurğun,  Niyazi  və  digər  nəhəng 
simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarĢünaslıq muzeyləri məhz ulu 
öndər  Heydər  Əliyevin  Ģəxsi  təĢəbbüsü  sayəsində  yaradılmıĢdır.  1994-cü  ildə 
―Azərbaycan Respublikasının paytaxtı Bakı Ģəhərində Ġstiqlal muzeyinin yaradılması və 
Ġstiqlal  abidəsinin  ucaldılması  haqqında‖  2006-cı  il  18  dekabr,  ―Müasir  Ġncəsənət 
Muzeyinin  yaradılması  haqqında‖  2006-cı  il  19  dekabr,  ―Azərbaycanda  muzey  iĢinin 
yaxĢılaĢdırılması haqqında‖ 2007-ci il 6 mart tarixli sərəncamları,   2009-cu il 22 may 
tarixli  Sərəncamı  ilə  təsdiq  edilmiĢ  ―Azərbaycanın  regionlarında  fəaliyyət  göstərən 
muzeylərin  müasir  standartlara  uyğun  təmirinə,  yeni  avadanlıq  və  zəruri  eksponatlarla 
təchizatına dair xüsusi tədbirlər planı‖, həmçinin ―Azərbaycan Xalça Muzeyinin yeni  

142 
 
binasının  maddi-texniki  təminatı  haqqında‖  2013-cü  il  29  dekabr  tarixli  sərəncamları  
bu  sahəyə  göstərilən  qayğıya  bariz  nümunələrdir.  ―Azərbaycan  2020:  gələcəyə  baxıĢ‖ 
ĠnkiĢaf  Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident Ġlham Əliyevin 2013-cü il 
27  dekabr  tarixli  Sərəncamı  ilə  təsdiq  olunan  ―DaĢınmaz  tarix  və  mədəniyyət 
abidələrinin  bərpası,  qorunması,  tarix  və  mədəniyyət  qoruqlarının  fəaliyyətinin 
təkmilləĢdirilməsi və inkiĢafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı‖na uyğun 
olaraq  milli  mədəni  irsimizin  qorunması  dövlət  əhəmiyyətli  prioritet  məqsəd  kimi 
qarĢıya qoyulmuĢdur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti 
Mehriban  Əliyevanın  böyük  zəhməti  sayəsində  ―ġirvanĢahlar  Sarayı  Kompleksi‖,  Qız 
qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya Ġrsi Siyahısına daxil 
edilmiĢdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri 
haqqında  məlumatlar  mötəbər  beynəlxalq  təĢkilatlara  çatdırılır.  Azərbaycan  dövlətinin 
uğurlu  mədəniyyət  siyasəti  nəticəsində  son  illər  muzeylərimizin  dünyanın  nüfuzlu 
muzeyləri  ilə  əlaqələri  geniĢlənmiĢ,  bu  sahədə  beynəlxalq  əməkdaĢlıq  sahəsində  yeni 
nailiyyətlər  əldə  edilmiĢdir.  Ümummilli  Liderimizin  siyasi  irsinin  öyrənilməsi, 
azərbaycançılıq  məfkurəsinin  formalaĢdırılaraq  inkiĢaf  etdirilməsi  məqsədilə  yaradılan 
Heydər  Əliyev  muzeyləri  isə  respublikada  muzey  Ģəbəkəsinin  geniĢləndirilməsi 
sahəsində  mühüm  hadisə  kimi  qiymətləndirilməlidir.  Hazırda  ölkəmizdə  200-dən  çox 
muzey  fəaliyyət  göstərir  və  onların  ekspozisiyaları  azərbaycançılıq  məfkurəsini  uğurla 
təbliğ edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 

143 
 
15. Beynəlxalq ailə günü 
“Ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə 
mühitini əvəz edə bilməz” 
                                                                                               Mehriban xanım Əliyeva  
Ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir. Dövlətimiz 
cəmiyyətin əsas atributu olan ailənin rifah halının gündən-günə daha da artmasının 
qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir. 
15  may  BMT-nin  qərarı  ilə  bütün 
dünyada Beynəlxalq ailə günü kimi qeyd 
olunur. BMT BaĢ Assambleyası 1993-cü 
ilin sentyabrında 15 may tarixini 1994-cü 
ildən  etibarən  hər  il  Beynəlxalq  Ailə 
Günü  kimi  qeyd  etməyi  qərara  aldı. 
Ailənin  cəmiyyətin  əsas  elementi,  kiçik 
demokratiyanın  təməli  olduğunu  nəzərə 
alaraq,  BMT  demokratik  ideyaları 
dəstəkləyən, sülh və demokratik millətlər 
birliyini  qurmağa  səy  göstərən  bütün 
dünya  ailələrini  birləĢdirməyə  çalıĢır.  Azərbaycanda  ailə  bütün  zamanlarda 
cəmiyyətimizin  ən  müqəddəs  təməl  daĢı  hesab  olunub.  Ulu  öndər  Heydər  Əliyev 
Azərbaycan ailəsi və onun problemlərini həmiĢə diqqətdə saxlayırdı. Bu münasibət indi 
də  dövlət  baĢçımız  Ġlham  Əliyev  tərəfindən  davam  etdirilir.  Azərbaycan  cəmiyyətində 
ailə  hər  zaman  müqəddəs  sayılıb.  Bu  gün  ölkəmizdə  ailə  cəmiyyətin  əsas  özəyi  kimi 
dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc 
ailələrə  qayğını  əsas  tutur.  Azərbaycan  ailəsi  və  onun  problemlərini  həmiĢə  diqqətdə 
saxlayan  ulu  öndəriz  Heydər  Əliyev  cəmiyyətdə  qadınların  rolunun  artırılması, 
qadınlarla  kiĢilər  arasında  bərabərliyin  gerçəkləĢdirilməsi,  qadın,  ailə  problemlərinin 
həlli  istiqamətində  də  böyük  iĢlər  gördü.  1998-ci  il  yanvarın  14-də  Azərbaycanda 
―Qadın  Problemləri  üzrə  Dövlət  Komitəsi‖ni  yaratdı.  Bu  məsələyə  böyük  həssaslıqla 
yanaĢan  Prezident  Ġlham  Əliyev  2006-cı  il  fevralın  6-da  Ailə,  Qadın  və  UĢaq 
Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Hazırda 
bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlərin 
üzərində  iĢləyir,  onların  həlli  istiqamətində  mühüm  tədbirlər  həyata  keçirir.  Ölkənin 
birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və 
uĢaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq 
edir.  Mehriban  Əliyevann  təĢəbbüsü  ilə  Heydər  Əliyev  Fondunun  həyata  keçirdiyi 
nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. ―UĢaq 
evləri və internat məktəblərinin inkiĢafı proqramı‖ çərçivəsində görülən iĢlər də əslində, 
Azərbaycan ailəsinin rifahına, möhkəmlənməsinə xidmət edir.  
 
 
 

144 
 
22. Bioloji Müxtəliflik günü 
 
Məşhur  bioloq  E.Vilson  biomüxtəlifliyi    "həyatın  məğzi"  adlandırmışdır. 
Biomüxtəliflik  Yer  üzərində  mövcud  olan  genlərdən  ekosistemlərə  qədər  bütün 
canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir
.  
Bioloji  müxtəliflik  bütün  yaĢayıĢ  mühitlərində,  o 
cümlədən quruda, dənizdə və digər su ekosistemləri 
və  ekoloji  komplekslər  də  daxil  olmaqla,  bütün 
canlı  orqanizmlərin  növ  müxtəlifliyi  deməkdir.  
2000-ci 
il  dekabrın  20-də  BMT-nin  BaĢ 
Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may 
tarixini  Bioloji  müxtəliflik  üzrə  Konvensiyanın 
qəbul  olunması,  həmçinin  ―Beynəlxalq  bioloji 
müxtəliflik  günü‖  elan  etmiĢdir.  Azərbaycan  isə  biomüxtəliflik  üzrə  Konvensiyaya 
2000-ci  ildə  qoĢulmuĢdur.
 
Bizim  taleyimiz  ekosistemin  məhsuldarlığından  və 
saglamlığından  asılı  olduğundan  dünyada  Biomüxtəlifliyin  qorunması  irqindən, 
dinindən,  rəngindən  asılı  olmayaraq  hər  birimizin  borcudur.  Bu  baxımdan  təbiətdə 
canlıların  qorunması  təbliğinə  istiqamətlənmiĢ  22  may  Beynəlxalq  biomüxtəliflik 
gününü  Avropanın  bir  çox  ölkələri  qeyd  edirlər.  1992-ci  ildə  BMT-nin  təĢəbbüsü  ilə 
Rio-de-Janeyro  Ģəhərində  keçirilmiĢ  konfransda  qeyd  olunduğu  kimi:  ‖Dünyanın 
gələcəyi, inkiĢafı ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır‖. 
   
 
Azərbaycanda biomüxtəliflik:Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin 
təbii  sərvətlərə  malik  ölkədir.  Bioloji  müxtəlifliyinə  görə  Azərbaycan  dünyada 
özünəməxsus  yerlərdən  birini  tutur.  Burada  zəngin  bitki  və  heyvan  növləri 
cəmlənmiĢdir.  Müasir  Azərbaycan  faunası  18000  canlıdan  ibarət  olub  məməlilərin  97 
növünü əhatə edir, bunlar 7  dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar 
faunamızda  700  növlə  təmsil  olunmuĢdur.  Respublikanın  quĢ  faunası  357  növ  və 
yarımnövü əhatə edən 17 dəstəni təmsil edir.  Azərbaycanın su hövzələrində balıqların 
10  dəstəyə,  16  ailəyə  aid  olan  100-ə  yaxın  növ  və  yarımnövü  yaĢayır.    Azərbaycanın 
həĢəratlar aləmi də son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir. Azərbaycan  
florasının  biomüxtəlifliyinə  isə  dərman,  efiryağlı,  dekorativ,  meyvə,  texniki  və  digər 
faydalı bitkilər daxildir.  
 
 
 
 
 

145 
 
23.Ümumdünya tısbağa günü (23.05.2000) 
 
 
 
Bu qeyri adi gün 2000-ci ildə Amerika Tısbağaların Müdafiəsi Cəmiyyətinin təĢəbbüsü 
ilə yaranmıĢdır. Tısbağa- müdriklik,  sərvət və uzunömürlülük rəmzi daĢıyan heyvandır.  
23  may  bir  çox  ölkələrdə  Ümumdünya  tısbağa  günü  (World  Turtle  Day)  kimi  qeyd 
olunur.  Amerika tısbağaların qorunması cəmiyyəti(American Tortoise Rescue) 1990-cı 
ildə  Malibuda(ABġ,  Kaliforniya  Ģtatı),  Ģəhərin  ətrafında  yaĢayan  tısbağaların 
populyasiyasının qorunması üçün entuziastlar tərəfindən yaradılmıĢdır.  
Bu  qeyri  adi  bayramın  keçirilməsinin  məqsədi  tısbağaların  insanlarla  qonĢuluqda 
yaĢamaları  səbəbindən  kütləvi  Ģəkildə  tələf  olmalarına  ictimaiyyətin  diqqətini  cəlb 
etməkdir.  Hər  il  bu  gün  tısbağaların  məskunlaĢdığı  bütün  ərazilərdə  könüllülər 
miqrasiya  və  ya  digər  təhlükəli  yerlərdə  hərəkətin  intensiv  olduğu  Ģosselərdə  bu 
heyvanlar  üçün  keçidlər  yaradaraq  xilas  edirlər.  Aksiya  iĢtirakçıları  həmçinin  dəniz 
tısbağalarının  yumurta  qoyduğu  dəniz  sahillərinə  qanunla  qorunan  ərazilər  statusunun 
verilməsinə nail olublar.  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

146 
 
23. Ümumdünya Metereologiya günü 
 
                                                                                              
Hər kiçik yarpağı da                                                                                     
Bulağı da                                                                                     
Suyu da.                                                                           
Havanı da qoruyaq.                                                                           
Quşların sığındığı                                                                         
Yuvanı da qoruyaq!
  
 
                                                                                                                                               
                         Əhməd Cəmil 
   
Ümumdünya  Metereologiya  günü  1950-ci  ildən,  yəni  ÜMT-  nin  yaradılması  barədə 
konvensiya  qüvvəyə  minəndən  bəri  ənənəvi  olaraq  hər  il  bir  deviz  altında  keçirilir. 
Mərkəzi  Cenevrədədir.  Ümumdünya  Metereologiya  Konqresi  hər  4  ildən  bir  keçirilir. 
Azərbaycan  1993-cü  il  sentyabrın  3-dən  Ümumdünya  Metereologiya  TəĢkilatının
 
üzvüdür  və  Ümumdünya  Meteorologiya  TəĢkilatının  Konvensiyasına  qoĢulub  və  bu 
konvensiyadan  irəli  gələn  bütün  tələblərə  əməl  edərək,  mütəmadi  olaraq  meteoroloji, 
hidroloji, iqlim müĢahidələri aparır, məlumatların beynəlxalq və regional mübadiləsini 
təmin edərək, təĢkilatın qəbul etdiyi qərarları icra edir. 
 
 
Burda hər meşənin min bir ağacı, 
Burda hər ağacın yamyaşıl tacı, 
Burda hər tac üstə sarmaşıq saçı 
Hər saçın küləkdən darağı vardır. 
Burda hər budağın şeyda bülbülü, 
Burda hər bülbülün qönçə bir gülü, 
Burda hər qönçənin yaşıl bir tülü 
Hər tülün xırdaca saçağı vardır. 
Burda hər yamacın çiçəkdi daşı 
Burda hər çiçəyin şehdir göz yaşı 
Burda şeh damlası bir üzük qaşı 
Hər qaşın qızıl qurşağı vardır 
… Harda bu saydığım gözəllik olsa 
Orda Azərbaycan torpağı vardır! 
                                                                        Musa Yaqub 
 
 
 

147 
 
 
28.Azərbaycan Respublikası günü 
 
“Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”.
                                                                                                                        
                                                                                                   Ulu öndər Heydər Əliyev
 
                                                                                
Bu  gün  müstəqil  Azərbaycanın  beynəlxalq 
aləmdə nüfuzu və Ģöhrəti durmadan artmaqdadır. 
Azərbaycan 
Respublikası 
bütün 
dünyada 
demokratik,  hüquqi,  dünyəvi  dövlət  nüfuzu 
qazanıb.  Heydər  Əliyev  zəkasının  məhsulu  olan 
təməl  qanunumuz  dünyanın  ən  demokratik,  ən 
mükəmməl  konstitusiyalarından  biridir  və 
beynəlxalq  aləmdə  Vətənimizə  böyük  rəğbət 
qazandırır.  Yurdumuzda  hökmranlıq  edən  sabitlik,  həyata  keçirilən  daxili  islahatlar 
xarici  ölkələrlə  əlaqələrimizin  geniĢlənməsinə  müsbət  təsir  göstərir.  Özünün  xarici 
siyasətini  bərabərlik  və  qarĢılıqlı  mənafe  prinsipləri  əsasında  quran  Azərbaycan 
Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilib.
 
Respublika günü və 
ya 28 May – Respublika Günü- 1918-ci ildə müsəlman ġərqində ilk dünyəvi demokratik 
dövlət  olan  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yarandığı  gündür.  1990-cı  ildən 
Respublika  günü  dövlət  bayramı  kimi  qeyd  edilir.
 
1917-ci  ildə  Rusiyada  baĢ  vermiĢ 
Fevral inqilabı nəticəsində Rusiyada Çar Ġmperiyası devrildi. Ölkədə çarizmin məzlum 
vəziyyətə  saldığı  xalqların  milli  hərəkatı  baĢlandı.  1918-ci  il  mayın  28-də  Azərbaycan 
Xalq  Cümhuriyyəti  (1918-1920)  –  müsəlman  ġərqində  ilk  dünyəvi  demokratik  dövlət 
yaradıldı.  Bu  respublika  azərbaycanlıları  tarixi  yaddaĢında  Azərbaycan  dövlətçiliyinin 
ilk  təcrübəsi  kimi  iz  qoymuĢdur.  Müstəqil  Azərbaycan  Cümhuriyyəti  qısa  ömrundə 
böyük  nailiyyətlər  və  qalibiyyətlər  əldə  etmiĢdir.  Azərbaycan  Demokratik 
Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuĢdur. Həmin tarixi 
hadisə  4  iyun  1918-ci  ildə  baĢ  vermiĢdir.  1918-ci  il  9  noyabr  tarixində 
M.Ə.Rəsulzadənin  təklifi  əsasında  Azərbaycan  Demokratik  Respublikasının  üç  rəngli 
bayrağı  qəbul  edilmiĢdir.  O  zamana  qədər  Azərbaycan  Demokratik  Respublikasının 
bayrağı  qırmızı  rəngdəydi.  Azərbaycan  Demokratik  Respublikası  gərgin  və  mürəkkəb 
ictimai-siyasi Ģəraitdə  cəmi  23  ay  fəaliyyət  göstərə  bildi. Təəssüflər olsun ki, müstəqil 
Azərbaycan  Cümhuriyyəti  iki  yaĢına  dolmadan  bolĢeviklərin  hücumuna  məruz  qalıb 
müvəqqəti  olaraq  devrildi.  Sovetlər  Birliyi,  Azərbaycanı  məcburi  surətdə  öz  tərkibinə 
daxil etdi. BolĢeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 
1991-ci  ildə  Sovet  Ġmperiyasının  dağılması  ilə  Azərbaycan  yenidən  öz  müstəqilliyini 
elan etdi. 
 
 
 
 
 

148 
 
 
31.Ümumdünya Siqaretə Qarşı Mübarizə Günü  
 
BəĢəriyyət XXI əsrin əvvəllərindən baĢlayaraq daha bir problemlə - 
ağ  ciyərin  xroniki  xəstəliklərinin  kəskin  artması  ilə  üz-üzə 
qalmıĢdır.  Ekologiyanın  pisləĢdiyi,  qlobal  tütün  epidemiyasının 
geniĢləndiyi  bir  Ģəraitdə  bu  növ  xəstəliklər  təkcə  sürətlə  yayılmır, 
həm  də  bu  səbəbdən  ölüm  halları  kütləvi  Ģəkildə  artır.  21  may  2003-cü  ildə 
Ümumdünya  Səhiyyə  Assambleyası  bütün  dünya  dövlətlərinin  tam  hüquqlu 
nümayəndələrinin  iĢləyib  hazırladıqları  tütünə  qarĢı  mübarizə  üzrə  çərçivə 
konvensiyasının bitmiĢ mətnini təsdiq etdi. Konvensiya 2003-cü il iyunun 30-dan 2004-
cü  il  iyunun  29-na  qədər  BMT-nin  Nyu-Yorkdakı  mənzil  qərargahında  bütün  dünya 
dövlətlərinin  imzalaması  üçün  açıq  idi.  Bu  müddətdə  konvensiyanı  dünyanın  167 
dövləti imzaladı. Bu gün onların sayı 192-yə çatır və bu sırada Azərbaycan Respublikası 
da  var.  Çərçivə  Konvensiyasının  iĢtirakçı  dövlətləri,  həmçinin,  Azərbaycan  öz  üzərinə 
bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə, digər tərəfdən isə 
tütün  məmulatlarının  idxalına  nəzarətlə  bağlı  siyasət  və  qanun  iĢləyib  hazırlamaq  və 
qəbul  etmək  öhdəliyi  götürürlər.  Azərbaycan  Respublikası  2005-ci  il  sentyabrın  20-də 
"Tütünə  qarĢı  mübarizə  haqqında"  Ümumdünya  Səhiyyə  TəĢkilatının  Çərçivə 
Konvensiyasına  qoĢulmaq  barədə  qanun  qəbul  etmiĢ  və  bununla  da  üzərinə  bir  çox 
öhdəliklər götürmüĢdür. BeĢ il müddətində həyata keçiriləcək bu öhdəliklərin ən əsası 
ÜST-ün  Çərçivə  Konvensiyasının  tələblərinə  uyğun  tütünə  qarĢı  mübarizə  üzrə  Milli 
Strategiyanın və antitütün siyasətinin daha səmərəli tədbirlərinin həyata keçirilməsini də 
özündə  birləĢdirən  planın  qəbul  edilməsidir.    Çərçivə  saziĢi  tütün  məmulatlarından 
istifadənin  məhdudlaĢdırılması  və  onun  təsirinin  azaldılması  üçün  əsasən  dövlətlərin 
hökumətləri  qarĢısında  aĢağıdakı  vəzifələri  qoyur:  -  əhalini  tütünün  tüstüsündən 
müdafiə  edəcək  qanunun  qəbul  edilməsi.  Bu  məsələ  ilə  bağlı  Azərbaycan 
Respublikasının      Milli      Məclisində      qanun    layihəsi    hazırlanmıĢ    və    Səhiyyə  
Nazirliyi 
parlamentin 
müvafiq 
komissiyasına 
öz 
təkliflərini 
vermiĢdir. 
 
 
 
 
 
 
 
 
 

149 
 
 
Bu tarixi unutmayaq 
8. Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalı günü (1992) 
 
  
Şuşanın dağı bizdən, 
Bağçası bağı bizdən. 
Yağı gəlib yurd salıb. 
Alıb xoş çağı bizdən. 
İşğal əməliyyatı 
8  may  1992-ci  il  tarixdə  Qarabağ 
cəbhəsinin  komandanı  Arkadi  Ter-
Tadevosyan ġuĢa Ģəhərinə hücum üçün 
əmr  imzaladı.  Əslində  isə  ermənilərin 
ġuĢa  üzərinə  hücumlarının  icrasına 
artıq  aprel  ayının  27-dən  baĢlanmıĢdı. 
ġuĢanın  iĢğalını  müĢahidə  etmək  üçün 
may  ayının  6-da  bütün  erməni 
komandanlığı,  xarici  qonaqlar  və 
jurnalistlər  dəniz  səviyyəsindən  1207,3 

Ģimal 
yüksəkliyində 
yerləĢən 
ġuĢakəndə toplaĢmıĢdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və 
öz  döyüĢçülərinə  göstəriĢlər  verirdilər.  Ermənilərin,  birinci  və  ikinci  cinahlarla 
irəliləyən  qoĢun  hissələrinin  döyüĢ  tapĢırığı,  ġuĢaya  istiqamətlənən  yollardakı 
azərbaycanlıların  bütün  atəĢ  nöqtələrini  susduraraq  qala  divarlarına  yaxınlaĢmaq  idi. 
Kərkicahan  kəndindən  və  Xankəndindəki  Rus  Hərbi  bazalarından  ġuĢa  Ģəhərinin 
yaĢayıĢ  məntəqələrinə  və  ictimai  iaĢə  obyektlərinə  fasiləsiz  raket  zərbələri  endirilirdi. 
Bundan vahiməyə düĢən ġuĢanın mülki əhalisi keçilməz meĢələrlə Laçın istiqamətində 
canlarını  götürüb  qaçırdılar.  Cəbhə  xəttində  pərakəndəlik  və  özbaĢınalıq  hökm 
sürdüyündən, döyüĢçülərin sırasında üstəlik özbaĢına döyüĢ mövqelərini tərk edənlər də 
var idi. Komandanlıq tərəfindən hücum tapĢırığı verilmədiyindən döyüĢçülərimiz yalnız 
müdafiə  mövqeyində  dayanırdılar.  Fasiləsiz  raket  zərbələri  ġuĢanın  cənubuna  və  qala 
divarlarına istiqamətləndi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müĢahidə 
qüllələrini dağıtdı, həmin gün bütün Ģəhər od tutub yandı. Bu həmlədən sonra ġuĢanın 
mühasirəsinə  son  qoyuldu,  ermənilər  qala  divarları  üzərindən  Ģəhərə  daxil  olmağa 
baĢladılar. Bununla da ġuĢa Canhəsən, Kosalar, Qaraqaya erməni iĢğalının altına düĢdü. 
ġuĢanın  iĢğalı  zamanı  yerli  əhalinin  193  nəfəri  Ģəhid,  102  nəfəri  isə  əlil  olub.  ĠĢğal 
nəticəsində ġuĢadakı bir sıra tarixi-mədəniyyət abidələri düĢmən tərəfindən talan edildi. 
BeĢ minə yaxın eksponatı olan ġuĢa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq 
tətbiqi sənəti muzeyinin bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs 
məbəd və məscidlər təhqir edilib, kitabxanalar yandırılıb, misilsiz  əlyazma nümunələri 
məhv  edilib.  Bu  siyahıya  Xan  mağarası,  Qaxal  mağarası,  ġuĢa  qalası  da  olmaqla 
bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.  
 

150 
 
 
17-18. Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü (1992) 
 
Bürüdü dağlarını düşmənlər, Laçın 
Səndən ayrı düşdü sevənlər, Laçın 
Unudarmı səni görənlər, Laçın 
Vətənin həsrəti yandırır məni. 
 
 Azərbaycanın  qala  qapısı  sayılan 
Laçının 
Ermənistan 
silahlı 
qüvvələri 
tərəfindən 
iĢğal 
edilməsindən   24  il  keçir.  ĠĢğal 
nəticəsində  1835  kv.kilometrlik 
ərazi  zəbt  edildi,  yüzlərlə  maddi 
mədəniyyət 
nümunəsi 
erməni 
vandalizminə  tuĢ  gəldi,  65  min 
laçınlı 
doğma 
yurd 
yerlərindən   didərgin  düĢdü..  1992-
ci  ilin  mayında  Ermənistan  Silahlı 
qüvvələri 
Qarabağın 
Dağlıq 
hissəsində  Azərbaycanın  qədim  mədəniyyət  və  musiqi  mərkəzi  ġuĢanı  ələ  keçirməklə 
bütün yuxarı Qarabağı iĢğal etdi. Bundan sonra erməni hərbi birləĢmələri qəsb etdikləri 
torpaqlarda  möhkəmlənmək  və  Qarabağın  Dağlıq  hissəsi  ilə  Ermənistanı  birləĢdirmək 
üçün  Laçın  rayonuna  aramsız  hücumlara  baĢladı.  ġuĢa  kimi  Laçın  da  mühüm  hərbi  –
strateji  əhəmiyyət  kəsb  edirdi.  Məhz  bunu  nəzərə  alan  düĢmən  mayın  13-ü  və  14-də 
zirehli texnikalar, Mi -24 vertolyotlarının müĢayiəti ilə Qayğı qəsəbəsi və Laçın Ģəhərini 
bombardman  etdi.  1992-ci  il  mayın  16-dan  17-nə  keçən  gecə  ġuĢa  Ģəhərinin  TurĢsu 
deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni 
silahlı  birləĢmələri  mayın  18-də  rayonu  iĢğal  etdi.  Laçının  düĢmən  əlinə  keçməsi 
müharibənin  Dağlıq  Qarabağ  hüdudlarından  çıxdığını,  Ermənistanın  iĢğalçılıq 
niyyətlərinin  daha  böyük  olduğunu  göstərdi.  Sonralar  Laçın  dəhlizi  ilə   Qarabağa 
gətirilən  silah,  döyüĢ  sursatı  və  hərbi  qüvvələr  erməni  təcavüzünün  miqyasını  daha  da 
geniĢləndirdi, ətraf rayonların taleyini təhlükə altında qoydu. Azərbaycanın qala qapısı 
sayılan  Laçının  süqutu  nəticəsində  262  nəfər  həlak  oldu,  67  nəfər  itkin  düĢdü,  48 
sənaye,  63  kənd  təsərrüfatı  müəssisəsi,  217  mədəniyyət,  103  təhsil,  142  səhiyyə  ocağı 
dağıdıldı,  talan  edildi.  65  min  laçınlı   doğma  yurdlarından  didərgin  düĢdü.  Bu  gün 
Respublikamızın 58 Ģəhər və rayonunda məskunlaĢan laçınlılar dövlət qayğısı ilə əhatə 
olunublar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün 
yeni salınmıĢ qəsəbə prezident Ġlham Əliyevin iĢtirakı ilə istifadəyə verilib.  
 
 
 

151 
 
 
Yubilyar yazıçı və şairlər 
1.Türkoloq, tənqidçi Tofiq Hacıyevin anadan olmasının 80 illiyi (1936) 
Tofiq  Hacıyev  Azərbaycan  dili  üslublarının  tarixi  təşəkkülünü  müəyyənləşdirib  və 
tarixi inkişafını tədqiq edib. Tarixi üslubiyyatın əsasını qoyub. Onun "Dədə Qorqud 
kitabı"nın bədii dili və tarixi, filoloji məzmunu ilə bağlı tədqiqləri, qorqudşünaslığa 
gətirdiyi "qorqudçu ozan" anlayışı diqqəti çəkir. 
Tofiq İsmayıl oğlu Hacıyev- Azərbaycan dilçisi,  türkoloq-
alim,  Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı 
Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, 
AMEA-nın həqiqi üzvü (2014)  
Tofiq 
Hacıyev 
 1 
may  
1936-cı 
ildə  
Cəbrayıl 
rayonunun Soltanlı 
kəndində 
anadan 
olub.  1953-cü 
ildə Azərbaycan  Dövlət  Universitetinin filologiya  fakültəsinə 
qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib 
və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin 
martında  ―Azərbaycan  dilinin  Cəbrayıl  Ģivəsi‖  mövzusunda 
namizədlik,  1969-cu  ildə  ―XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbi  dili‖  mövzusunda 
doktorluq  dissertasiyalarını  müdafiə  edib.  Tofiq  Hacıyevin  ―Sabir:  qaynaqlar  və 
sələflər‖  (1980),  ―ġeirimiz,  nəsrimiz,  ədəbi  dilimiz‖  (1990),  ―Dədə  Qorqud:  dilimiz, 
düĢüncəmiz‖  (1999)  kitabları  iĢıq  üzü  görüb.  ―Azərbaycan  sovet  ədəbiyyatı‖  (1988) 
dərsliyinin  ərsəyə  gəlməsində  həmmüəllif  kimi  iĢtirak  edib.  Eyni  zamanda  
―Azərbaycan  ədəbi  dili  tarixi‖  (1976),  ―XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbi  dili 
tarixi‖  (1977),  ―Azərbaycan  dili‖  (1993,  Zərifə  Budaqova  ilə  birgə)  kimi  monoqrafiya 
və  dərs  vəsaitlərinin  müəllifidir.  Klassiklərimizin  dili  və  üslubu  ilə  bağlı  onlarca 
məqaləsi iĢıq üzü görüb: ―Satira dili‖ (1975), ―Yazıçı dili və ideya-bədii təhlil‖ (1979), 
―Molla Nəsrəddin‖in dili və üslubu‖ (1983), ―Füzuli: dil sənətkarlığı‖ (1994) kitabları 
çap  olunub.  Orta  məktəblər  üçün  ―Türk  dili‖  (IX  sinif,  1994,  Əsgər  Quliyev,  Nizami 
Cəfərovla  birgə),  ―Türk  dili‖  (X-XI  siniflər,  1994,  Nizami  Cəfərovla  birgə)  dərslikləri 
də nəĢr edilib. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir.  
Əsas əsərləri və tərcümələri: ―Satira dili‖ (1975), ―Azərbaycan ədəbi dili tarixi‖ 
(1976), ―XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili‖ (1977), ―Yazıçı dili və ideya-
bədii təhlil‖ (1979), ―Sabir: qaynaqlar və sələflər‖ (1980), ―Azərbaycan dili tarixi‖ 
(1983),  ―Molla Nəsrəddin‖ in dili və üslubu‖ (1983), ―Azərbaycan ədəbi dili tarixi, 2-ci 
hissə‖ (1987), ―ġe’rimiz, nəsrimiz, ədəbi dilimiz‖ (1990), ―Azərbaycan dili‖ (1992), 
―Füzuli: dil sənətkarlığı‖ (1994),  ―Murad Adci. Qıpçaq çölünün yovĢanı‖ (1997),‖ 
Dədə Qorqud: dilimiz, düĢüncəmiz‖ (1999),  ―Azərbaycan ədəbiyyatı tarixi‖ (altı 
cilddə) 
 
 

152 
 
 
 
5.Şair Sabir Cümşüdün anadan olmasının 80 illiyi (05.05.1936) 
   
Cümşüdov Sabir Qənbər oğlu- şair, nasir publisist, 1986-cı 
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri 
doktoru, professor. 
 
 
 
 
 
1936-cı il mayın 5-də Astara rayonunun Motoliyataq kəndində anadan olmuĢdur. Ġbtidai 
təhsilini Lerik rayonunun kənd məktəbində almıĢdır.  ADPĠ- nin mexanika fakultəsində 
təhsil  alıb,  avtomibil  nəqliyyatının  istismarı  üzrə  mühəndis  olmuĢdur  (1953-1958). 
Respublika  Avtomobil  Nəqliyyatı  Nazirliyinin  avtotəsərrüfatlarında  baĢ  mexanik, 
avtomobil  dəstəsinin  rəisi  və  baĢ  mühəndisi  iĢləmiĢdir(1958-1962).  1965-  ci  ildə 
dissertasiya müdafiə edib texniki elmləri namizədi alimlik dərəcəsi almıĢdır. ADPĠ- də 
müəllim,  baĢ  müəllim  və  dosent  vəzifələrində  iĢləmiĢdir(1965-1980).  Ġqtisad  elmləri 
doktoru alimlik dərəcəsinə layiq görülmüĢdür (1971).  
Ədəbi  fəaliyyətə  1976-cı  ildə  ―Azərbaycan  gəncləri‖  qəzetində  dərc  olunmuĢ 
‖Yaylaqlar‖ Ģeiri ilə baĢlamıĢdır. Həmin vaxtdan Ģeirləri, hekayə, əsər, mənsur Ģeir və 
publisist  yazıları  dövri  mətbuatda  müntəzəm  surətdə  çap  olunur.  Bir  sıra  Ģeirlərinə 
mahnı  bəstələnmiĢdir.  Ali  məktəblərin  elmi-texniki  konfranslarında  məruzə  ilə    çıxıĢ 
etmiĢdir.  KeçmiĢ  SSRĠ  ali  təhsil  sistemi  üzrə  mərkəzi  elmi  metodiki  Ģuranın  üzvü 
olmuĢdur (1979-1991).
 
 
Əsərləri:  ―Kamillik  zirvəsi‖  (1980),  ―Göyün  çıraqları‖  (1981),  ―GünəĢ  damcıları‖ 
(1983), ―Bahar nəfəsi‖ (1989), ―Məhəbbət ülviyyəti‖ (2003) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

153 
 
 
7.Şair Mobil Quluzadənin anadan olmasının 80 illiyi (07.05.1936) 
 
                  Gəldim ki, uzadam bizim yamacı, 
                  Evimiz həmişə başında olsun. 
                 Gəldim ki, yurdumdan mən söhbət açım,  
                 Gözüm torpağında, daşında olsun. 
                                                                          Mobil Quluzadə 
 
 
 
 
Quliyev Mobil Balay oğlu şair, 1982- ci ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü. 
 
 
 
 
 
1936- cı ildə Azərbaycanın Füzuli rayonunun Mirzəcamallı kəndində anadan olmuĢdur. 
Seyidmahmudlu kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətdə olmuĢdur(1957-
1960). Ədəbi fəaliyyətə 1957- ci ildə ―Azərbaycan gəncləri‖ qəzetində çap etdirdiyi 
―Qalsın‖, ―Dağlar‖ Ģeirləri ilə baĢlamıĢdır. APĠ- nin ibtidai təhsil, pedoqogika və 
metodika fakultəsində təhsil almıĢdır (1961-1966). Əzizbəyov rayonundakı 241 saylı 
məktəbdə müəllimlik etmiĢdir. 1976- cı ilin sentyabr ayından səhhətinə görə təqaüdə 
çıxmıĢ, fərdi yaradıcılıqla məĢğuldur.  
Əsərləri: ―Qızıl qayalar‖ (1969), ―Neyin səsi‖ (1973), ―Durna lələyi‖ (1979),  ―Karvan 
gedir‖ (1981), ―Ulduzların yaĢı‖ (1983), ―Qızıl sarmaĢıq‖ (1986), ―Bəlkə yada düĢüm‖ 
(1986) və s. 
 
                           
 
 
 
 
 
 
 
 
 
 
 

154 
 
 
10.Yazıçı Əhmədağa Muğanlının anadan olmasının 90 illiyi  
(10.05.1926-04.08.2001)
 
Əhmədağa  Muğanlı  böyük  şair  Xəqaninin  belə  bir  fikrini  yeri  düşəndə  söyləməyi 
xoşlayırdı: “Öz ürəyimi sındıra bilərəm, ancaq başqasının ürəyinə toxunmaram. Bu 
məndə uşaqlıqdan adətdir”. 
 
 
Qurbanov Əhmədağa Əkbər oğlu (Əhmədağa Muğanlı) - 
nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan 
Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar Birliyinin üzvü 
(1962), Azərbaycan Dövlət mükafatı laureatı 
(1983),  Əməkdar mədəniyyət işçisi (1991). 
Əhmədağa  Muğanlı  1926-cı  il  mayın  10-da   Biləsuvar 
rayonunun Əliabad  kəndində  anadan  olmuĢdur.  Ġbtidai  təhsili 
doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində 
almıĢ,  məktəbi gümüĢ medalla bitirmiĢdir. ADU-nun fılologiya 
fakültəsində təhsilini  davam  etdirmiĢdir  (1947-1952).  Ədəbi 
fəaliyyətə  ―Ġnqilab  və  mədəniyyət‖  jurnalında  dərc  olunan  ―Biz  qol  çəkirik  ki...‖ 
hekayəsi ilə baĢlamıĢdır. Ondan sonra dövri mətbuatda vaxtaĢırı çıxıĢ edir. 20-yə yaxın 
sənədli fılm (―Azərbaycan..., Azərbaycan...‖, ―Alagöz yaylağında‖, ―Muğanın dastanı‖, 
―Çobanbayatı‖, ―Mən sərhədçiyəm‖ və s.), ―Dağlarda döyüĢ‖ (1968), ―Od içində vahə‖ 
(1982),  ―Qocalar...,  qocalar‖  (1982),  ―Atları  yəhərləyin‖  (S.Rüstəmlə  birlikdə,  1983), 
―Doğma  sahillər‖  (1988)  bədii  fılmlərin  ssenari  müəllifıdir.  Doqquz SSRĠ medalı 
və SSRĠ  Dövlət  Kinematoqrafıya  Komitəsinin Fəxri  fərmanı, Zaqafqaziya  Sərhəd 
QoĢunları Dairəsinin  Fəxri  fərmanı,  ―SSRĠ-nin  əlaçı  kinematoqrafçısı‖,  ―Sərhəd 
qoĢunları  əlaçısı‖  döĢ  niĢanları  ilə  təltif  olunmuĢdur.  2001-ci  il  avqustun  4-də  Bakıda 
vəfat etmiĢdir. 
Əsərləri: ―Vicdan‖ (1959), ―Tikanlı məftillər‖ (1962), ―ġəhriyar əfsanəsi‖ (1973), 
―Çobanbayatı‖ (1977), ―ġikəstə‖ (1979), ―Ömürdən yeddi yarpaq‖ (1984), ―GecikmiĢ 
etiraf‖ (1991), ―Dağ dağa söykənər...‖ (1996) və s.  
Filmoqrafiya: Nizami (film, 1959), Od içində (film, 1978), Odla təmasda (film, 1972), 
Ötür-ötür (film, 1980), Sabir (film, 1962), ġənlik bizə yaraĢır (film, 1974), ġeytan göz 
qabağında (film, 1987), Vətən sərhəddən baĢlanır (film, 1988),Vətənin keĢiyində (film, 
1988),  Bahar əyləncələri (film, 1989) 
 
 
 
 
 

155 
 
 
10.Dramaturq Lütfəli Həsənovun anadan olmasının 100 illiyi (1916-1976) 
 
    
Həsənov Lütfəli Əkbər oğlu – dramaturq, 1957- ci ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
―Qırmızı  ulduz‖ ordeni, ―Hərbi xidmətə görə‖, 
―Leninqradın müdafiəsinə görə‖, ―Almaniya üzərində 
qələbəyə görə‖ medalları ilə təltif olunmuşdur. 
 
 
 
 
 
Lütfəli  Həsənov  1916-cı  il  mayın  10-da  Nuxa  Ģəhərində  sənətkar  ailəsində 
doğulmuĢdur.  1931-ci  ildə  Nuxa  Ģəhər  yeddiillik  məktəbini  bitirdikdən  sonra  N. 
Nərimanov adına Azərbaycan Dövlət Tibb Ġnstitutunda təhsil almıĢ (1932-1937), AğdaĢ 
rayonunda iki il həkimlik etmiĢdir. Ədəbi yaradıcılığa Ģeir və hekayə ilə baĢlamıĢdır. Ġlk 
mətbu  Ģeirləri  (―Qızıl  Bakı‖,  ―Gecənin  təranəsi‖)  1937-  ci  ildə  ―Ədəbiyyat  qəzeti‖ndə 
çap  olunmuĢdur.  Ġlk  ―QardaĢ  torpağı‖  pyesi  ―Azərbaycan‖  jurnalında  dərc  edilmiĢdir. 
1939-cu  ilin  sentyabrında  Sovet  Ordusu  sıralarına  çağırılmıĢ,  8  il  hərbi  xidmətdə 
olmuĢdur. Ġkinci Dünya müharibə iĢtirakçısıdır. Hərbi qospitallarda Ģöbə müdiri olmuĢ, 
Nuxa rayon birləĢmiĢ xəstəxanasında həkim iĢləmiĢdir (1953- cü ildən). Onun ―GünəĢ‖ 
pyesi  1957-  ci  ildən  Gəncə  Dram  Teatrında  tamaĢaya  qoyulmuĢdur.  ―Nuxa  fəhləsi‖ 
qəzetində müntəzəm çıxıĢ etmiĢdir. 1976- cı il avqustun 4- də ġəkidə vəfat etmiĢdir.  
 
Əsərləri: ―Ġki imtahan‖ (1960), ―Bizim iĢ təcrübəmiz‖ (1967), ―Ürəklə söhbət‖ (1971), 
―Zaman və insan ömrü‖ (1972) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

156 
 
 
15.Yazıçı Məhərrəm Bayramovun anadan olmasının 100 illiyi (1916-1988) 
 
 
Bayramov Məhərrəm Sarəng oğlu – nasir, 1949 – cu ildən 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, əmək veteranı (1974) 
―Qırmızı ulduz‖, I dərəcəli ―Böyük Vətən müharibəsi‖ 
ordenləri, on bir medalla , o cümlədən əmək veteranı medalı 
ilə təltif olunmuşdur. 
 
 
 
Məhərrəm  Bayramov  1916-  cı  il  mayın  15-də  Bakı  yaxınlığındakı  Suraxanı  kəndində 
anadan  olmuĢdur.  Gənc  yaĢlarından  AbĢeronda,  ―Əzizbəyovneft‖  trestində  fəhlə, 
neftölçən,  hava  tənzimçisi  iĢləmiĢ,  həm  də  orta  təhsil  almıĢdır  (1934-1937). 
Məktəblilərin  dama  üzrə  yarıĢlarında  respublika  çempionu  olmuĢ  (1933),  Moskvada 
keçirilən ümumittifaq dama yarıĢlarında III yeri tutmuĢdur (1934). 1939-1940- cı illərdə 
Sovet  Ordusu  tərkibində  Finlandiyada  olmuĢdur.  Ordudan  qayıtdıqdan  sonra  Bakıda 
Çaparidze rayon partiya komitəsində təbliğat və təĢviqat Ģöbəsinin müdiri (1942-1945), 
AzərnəĢrdə hərbi vətənpərvərlik ədəbiyyatı Ģöbəsinin müdiri (1945), Bakı Ģəhəri rayon 
partiya komitəsində təĢkil-təminat Ģöbəsinin müdiri (1947), III Beynəlmiləl mətbəəsində 
partiya  təĢkilatının  katibi  (1949),  Azərbaycan  SSR  Daxili  ĠĢlər  Nazirliyində  partiya 
təĢkliatının  təlimatçısı  (1954),  yenidən  Bakı  Ģəhəri  RK  partiya  kabinetində  müdir 
(1957),  Yeni  Suraxanıdakı  8  mart  adına  mədəniyyət  evinin  müdiri  (1962),  232  və  89 
saylı məktəblərdə müəllim (1962-1974) vəzifələrində iĢləmiĢdir. 1974- cü ildə təqaüdə 
çıxmıĢ, bütün qüvvəsini bədii  yaradıcılığa  həsr  etmiĢdir.  Bakı Ģəhəri  rayon  zəhmətkeĢ 
Deputatları Sovetinin deputatı seçilmiĢdir (1958-1959). Ġctimai iĢlərdə  fəal çalıĢmıĢdır. 
Məhərrəm Bayramov 1988- ci il fevralın 19 -da Bakıda vəfat etmiĢdir.  
 
 
Əsərləri: ―Müharibə günlərində‖ (1946), ―Buruqlar arasında‖ (1949), ―Təmir ustası‖ 
(1950) və s. 
Tərcümələri (ruscadan): Stoyanov Dosqalov,  Rad babanın ulduzu (1950), Göy 
qurĢağı (ədəbi almanax) (1985) 
 
 
 
 
 
 
 
 
 
 

157 
 
 
20.Şair, publisist Sabir Rüstəmxanlının anadan olmasının 70 illiyi (20.05.1946) 
Sabir Rüstəmxanlının "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və 
yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq 
hərəkatının mənəvi təməllərindən biri olmuşdur. 
Rüstəmxanlı Sabir Xudu oğlu -Vətəndaş Həmrəyliyi 

Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin