MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

Xarici ədəbiyyat 
7.Rus uşaq yazıçısı Vitali Korjikovun anadan olmasının 85 illiyi (07.04.1931-2007) 
 
 
 
Rus  sovet  uĢaq  yazıçısı,  dənizdə  macəralar  haqqında  kitabları  ilə  məĢhur  olan  Vitali 
Titoviç  Korjikov  12  aprel  1931-ci  ildə  Ukraynada,  Xarkov  Ģəhərində  anadan  olub. 
V.Korjikovun  atası  böyük  tikintilərin  rəhbəri  olmuĢ,  Arkadi  Qaydarla  tanıĢ  olmuĢdur. 
Repressiyaya  məruz  qalmıĢ  və  1937-ci  ildə  güllələnmiĢdir. Gələcək  yazıçının  anası  da 
repressiya  olunuğundan,  Vitali  Korjikovu  anasının  Melitopolda  yaĢayan  qohumları 
tərbiyə  ediblər.  O,  müharibə  vaxtı  Almatıya  evakuasiya  olunmuĢ,  sonradan  azad 
olunmuĢ  Melitopola  geri  qayıtmıĢdır.  Bir  il  Melitopol  Pedaqoji  institutunda  oxumuĢ, 
1950-ci  ildə  Moskva  Dövlət  Pedaqoji  institutuna  köçürülmüĢdür.  Ġnstitutu  bitirdikdən 
sonra Saxalində müəllim iĢləmiĢ, burada dənizçilik peĢəsinə yiyələnmiĢdir. 1957-ci ildə 
Vladivostokda V.Korjikovun ―Qanadlar‖ adlı ilk Ģeirlər toplusu çapdan çıxmıĢdır. ―İlk 
üzgüçülük‖  (1961),  ―Solnışkinin  şən  dəniz  gəzintisi‖,  ―Dinozavr  pəncəsi‖  (1979), 
―Kenquru  kimi  dalğalar‖  (1976)  adlı  uĢaqlar  üçün  povestləri  yazıçıya  populyarlıq 
qazandırmıĢdır.  
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 

128 
 
15.Amerika uşaq yazıçısı, nağılçı Frenk Baumun anadan olmasının 160 illiyi  
(15.04.1856-1919).  
 
 
 
Laymen Frenk Baum (1856 – 1919) — Amerika jurnalisti, 
yazıçı 
 
 
 
 
 
Amerika jurnalisti Liman Frenk Baum 1856-cı ildə anadan olmuĢdur. Frenk Baum uĢaq 
yazıçısı  olmaq  fikrində  deyildi.  Birinci  kitabını  əyləncəli  Ģəkillərə  yazdığı  mətni  o, 
dostu,  rəssam  Denskonun  xahiĢi  ilə  qələmə  almıĢdır.  Kitab  bəyənilmiĢ  və  Baum 
uydurma öz ölkəsinin qəribə sehrbazı haqqında böyük nağıl yazmaq qərarına gəlmiĢdir. 
Amerikan uĢaqları Frenk Baumi  ―Oz Ģəhərinin sehrbazı‖ kitabı ilə tanıyırlar. Bu kitab 
14  cilddən  ibarətdir.  Müəllifə  Ģöhrət  gətirən  ―Oz  Ģəhərinin  sehrbazı‖  kitabı  olmuĢdur. 
Bizlərə  bu  kitab  ―Zümrüd  Ģəhərinin  sehrbazı‖  adı  altında  gəlib  çatmıĢdır.  Nağıl 
müvəffəqiyyət  qazanmıĢ,  tezliklə  səhnəyə  qoyulmuĢ  və  oxucular  müəllifdən  nağılı 
davam etdirməyi xahiĢ etmiĢlər. Baum özü də qəhrəmanlarını xoĢlamıĢ və onlarla bir də 
görüĢməyə  həvəslə  razılıq  vermiĢdir.  Bir  neçə  il  ərzində  o,  Oz  ölkəsinin  möcüzələri 
haqqında 13 povest nağıl yazıb tamamlamıĢdır. Bu əsərdə Doroti adlı cəsur qız və onun 
Ģən dostlarından danıĢılır. Doroti qasırğa nəticəsində doğma Kanzasdan sehrli bir ölkəyə 
düĢür. Orada onun baĢına bir çox macəralar gəlir. O, özü də bilmədən qəddar cadugəri 
öldürür. Cənub cadugəri ilə tanıĢ olduqdan sonra onun və yaxın dostlarının köməyi ilə 
o, Kanzas Ģəhərinə qayıdır. Bu nağılda dostluq, birlik, yaxĢılıq qalib gəlir. Frenk Baum 
1919-cu ildə vəfat etmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

129 
 
 İncəsənət 
4.Teatr tənqidçisi, teatrşünas, yazıçı İnqilab Kərimovun anadan olmasının 85 illiyi  
  (04.04.1931-22.07.2011) 
Azərbaycanın  peĢəkar  teatrĢünas  nəslinə  mənsub  olan  Ġnqilab 
Saleh  oğlu  Kərimov  1931-ci  il  aprelin  4-də  Göyçay  rayonunda 
doğulub.  Orada  orta  məktəbi  bitirdikdən  sonra  Azərbaycan 
Dövlət  Teatr  Ġnstitutunun  teatrĢünaslıq  fakültəsində  təhsil  alıb 
(1948  -  1953).  Ġnqilab  Kərimov  1957-ci  il  noyabrın  25-dən 
taleyini  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Memarlıq  və 
Ġncəsənət  Ġnstitutu  ilə  bağlayıb.  Gələcəyin  alimi  burada  kiçik 
elmi iĢçi, baĢ elmi iĢçi (1966-1985) olub. Alim-tədqiqatçı Ġnqilab 
Kərimov  1968-ci  ildən  Azərbaycan  Dövlət  Mədəniyyət  və 
Ġncəsənət  Universitetində  teatr  tarixi,  teatr  tənqidi  və  dram 
nəzəriyyəsi  fənlərini  tədris  etmiĢdir.  Həmin  universitetin  professoru  idi.  ―Sovet 
Azərbaycanının  gənclər  teatrı‖  adlı  namizədlik  dissertasiyasını  1963-cü  ildə  müdafiə 
edib.  ―Azərbaycan  teatrının  yaranması,  təĢəkkülü  və  inkiĢafı  problemləri‖(XIX  əsrin 
sonu, XX əsrin əvvəlləri) adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə 
edərək  sənətĢünaslıq  doktoru  alimlik  dərəcəsi  alıb.  Ġnqilab  Kərimov  200-ə  yaxın  elmi 
əsərin müəllifidir, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir. Elmi əsərlərindən 
bir  neçəsi  rus  dilində  çap  olunub.  Görkəmli  alim,  yorulmaz  tədqiqatçı,  sənətĢünaslıq 
doktoru,  professor  Ġnqilab  Kərimov  Azərbaycan  teatrının  tarixinə  və  tənqidinə  həsr 
olunmuĢ, eyni zamanda teatrın nəzəri məsələləri ilə bağlı çoxlu elmi əsərlərin müəllifi 
olmuĢdur. Ġnqilab Kərimov 2001-ci ildə Azərbaycan MEA-nm müxbir üzvü seçilmiĢdir.
 
Azərbaycanın  tanınmıĢ  teatrĢünası,  Dövlət  Mədəniyyət  və  Ġncəsənət  Universitetinin 
professoru, AMEA-nın müxbir üzvü Ġnqilab Kərimov 22 iyul 2011-ci ildə vəfat edib.  
Filmoqrafiya: Gənclik teatrının 50 illiyi (film, 1979) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

130 
 
 
9.Xalq artisti Sidqi Ruhullanın anadan olmasının 130 illiyi (09.04.1886-05.05.1959) 
50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi
müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif 
surətlər silsiləsi yaratmışdır. 
Sidqi 
Ruhulla, 
əsl 
adı  
Ruhulla 
Fətulla 
oğlu 
Axundov Azərbaycanın  və  SSRİ-nin xalq  artisti və  teatr 
rejisoru.  Sidqi  Ruhulla 1945-1946-cı  illərdə  "Qırmızı  Əmək 
Bayrağı"  ordeni  ilə,  "Əmək  igidliyinə  görə"  və  "Qafqazın 
müdafiəsi üçün" medalları ilə təltif olunmuşdur.
  
Sidqi  Ruhulla 1886-cı  ildə Bakının Buzovna kəndində  müəllim 
ailəsində  anadan  olmuĢdur.  Əsl  adı  Ruhulla,  soyadı  Axundov 
olsa  da,  gəncliyində  ―Vətən‖  dramında  Sidqi  rolunu  məharətlə 
ifa  etdiyi  üçün  yoldaĢlarının  məsləhətilə  Sidqi  ləqəbini  qəbul 
etmiĢdir. Onda hələ uĢaqlıqdan aktyor sənətinə böyük həvəs var 
idi.  Ərəblinski  Sidqinin  səsində,  qamətində,  mimikasında,  jestlərində  böyük  gələcəyi 
olan  aktyoru  əvvəlcədən  görə  bildi  və  Sidqini  səhnəyə  cəlb  etdi.  1906-cı  ildə  Sidqi 
birinci dəfə Vəzirovun ―Adı var, Özü yox‖ komediyasında Telli rolunda səhnəyə çıxdı. 
O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kiĢilər ifa 
edirdilər.  O, Azərbaycan yazıçılarından Cəfər  Cabbarlı, Səməd  Vurğun, Abdulla  ġaiq, 
Mirzə  Ġbrahimov, Məmməd  Səid  Ordubadi, Sabit  Rəhman, Süleyman  Rüstəm, Rəsul 
Rza, Ġlyas  Əfəndiyevlə  yanaĢı  rus  klassiklərinin,  qərb  dramaturqlarının  da  əsərlərində 
müxtəlif  rollar  ifa  etmiĢdir.  Sidqi  Ruhulla 1959-cu  ildə  73  yaĢında  Bakıda  vəfat 
etmiĢ, Fəxri Xiyabanda dəfn edilmiĢdir. 
Fimoqrafiya: Abbas Mirzə ġərifzadə (film), Bismillah (film, 1925), Gilan qızı (film, 
1928), Hacı Qara (film, 1929), Qızıl kol (film, 1930), Kəndlilər (film, 1939), Fətəli xan 
(film, 1947), Mənim atam Əliövsət Sadıqov (film, 2007) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

131 
 
16.Bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi (16.04.1916-1961) 
“Qəmbər Hüseynlinin tarda “Segah”, “Şur” və “Zabul” və digər muğamları yüksək 
peşəkarlıqla ifa etmə  bacarığı başqalarından fərqlənirdi. Qəmbər Hüseynlinin 
“Muğana ceyran”, “Tellər oynadı”, “İlk məhəbbət”, “Ay işığında”, “Gecələr 
uzanaydı” mahnılarında insanı heyrətləndirən elementlər zəngindir. Ona görə də, bu 
melodiyaları dinləmək adamı bezdirmir.”  
                                                                                                                        
Professor  Şirəli Məmmədov 
Hüseynli Qəmbər Məşədi Muxtar oğlu (16 aprel 1916 – 1 
avqust 1961) — Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar 
incəsənət xadimi (1961). 
Qəmbər  Hüseynli  16  aprel  1916-cı  ildə Gəncədə  dəmirçi  MəĢədi 
Muxtarın ailəsində anadan olub. 1927-ci ildə orta məktəbdə oxuya-
oxuya  Gəncə  orta  ixtisas  musiqi  məktəbinin  tar  sinfinə  qəbul 
olunur.  1929-cu  ildə  isə  Gəncə  pedaqoji  texnikumuna  daxil  olur. 
Təhsil  illərini  sonralar  Azərbaycanın  böyük  bəstəkarı  olan  Fikrət 
Əmirov  və  tarzən  Zərif  Qayıbovla  birgə  addımlayırdı.  ―Rast‖ı, 
―ġur‖u, ―Zabul segahı‖nı və baĢqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı 
Q.Hüseynli  hələ  tələbə  ikən  aĢıq  və  el  havalarını  toplayıb  nota  alırdı.  1934-cü  ildə 
texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı 
ilə  təhsilini  davam  etdirmək  üçün  Bakıya  göndərilir.  Ona  Bakı  Musiqi  Texnikumunun 
violonçel  sinfində  təhsil  almaq  təklif  olunanda  tərəddüd  etmədən  razılıq  verir.  O, 
görkəmli  dramaturq  Cəfər  Cabbarlının  sözlərinə  ―Tellər  oynadı‖  romans-mahnısını 
bəstələyir.  Gənc  bəstəkar  1951-ci  ildə  yenidən  A.Zeynallı  adına  Bakı  Orta  Ġxtisas 
Musiqi  məktəbinin  bəstəkarlıq Ģöbəsinə  daxil  olaraq  professor B.Ġ.Zeydmanın  sinfində 
təhsilini davam etdirir. Üç ildən sonra tanınmıĢ Ģair Mirmehdi Seyidzadənin liberettosu 
əsasında  diplom  iĢi  kimi  ―Qızıl  quĢ‖  operasını  yazaraq,  1954-cü  ildə  həmin  məktəbi 
müvəffəqiyyətlə  bitirir.  Görkəmli  bəstəkarın  yaradıcılığında  mahnı  və  romans 
yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan 
―Ay  iĢığında‖,  ―Gecələr  uzanaydı‖,  ―Ġlk  məhəbbət‖,  ―DüĢür  yadıma‖,  ―Gülə-gülə‖, 
―Sən-sən‖  və  s.  əsərlərindəki  zərifliyə  heyran  qalmamaq  mümkün  deyil.  Ancaq 
bəstəkarın  mahnı  çələngində  öz  təravəti,  xalq  təranələri  ilə  könüllər  oxĢayan,  bütün 
dünyanı diyar-diyar dolaĢan bir sənət incisi də var - ―Cücələrim‖. 
Cücələrim demək olar 
ki,  dünyanın  hər  yerində  səslənib  və  100-dən  artıq  dildə  ifa  edilib.
  ġair  Tofiq 
Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru 
idi. 
Qəmbər  Hüseynli  musiqinin  bütün  janrlarında  yazıb.  O,  ―Ailə  namusu‖,  ―ġeyx 
Sənan‖, ―Dağılan tifaq‖, ―Almaz‖ və sair bu kimi səhnə əsərlərinə də musiqi yazıb. 100-
dən çox romansın müəllifidir.
 
Filmoqrafiya: Cücələrim (film, 1980), Hər Ģey yaxĢılığa doğru (film, 1997), Qəlbin Ay 
iĢığı (film, 2002), Qəmbər Hüseynli (film, 2007) 
 

132 
 
20.Nəsibə Zeynalovanın 100 illiyi (20.04.1916-10.03.2004) 
Zeynalova Nəsibə Cahangir qızı — Azərbaycan aktrisası, 
Azərbaycan SSR-nin Xalq Artisti (1967), Azərbaycan SSR 
Dövlət Mükafatı laureatı (1974)  
Nəsibə  Cahangir  qızı  Zeynalova  1916-cı  il  aprel  ayının  20-də 
Bakıda doğulmuĢdur. Atası Kərbəlayı Cahangir tanınmıĢ tacir  və 
sevimli aktyor idi. Atasını erkən itirən Nəsibə Zeynalova Bakıda 
orta  məktəbi  bitirdikdən  sonra  Bakı  Teatr  Texnikumuna  daxil 
olmuĢdur. 1941-ci  ildə  Azərbaycan  Musiqili  Komediya  Teatrına 
iĢə  qəbul  olunmuĢdur.  Bu  hadisə  onun  həyatında  həlledici  rol 
oynamıĢdır.  Müharibə  dövründə  cəbhələrdə  və  hospitallarda 
əsgərlər  qarĢısında  tamaĢalarda  iĢtirak  edən  aktrisa  faĢizm  üzərində  qələbənin 
qazanılmasına  öz  töhfəsini  vermiĢdir.  Dinc  dövrdə  teatr  bir  sıra  maraqlı  tamaĢalar 
qoymuĢdur  ki,  onlarda  Nəsibə  Zeynalova  özünəməxsus  aktyorluq  istedadını  nümayiĢ 
etdirmiĢdir. 
S.Rüstəmovun 
―Beş 
manatlıq 
gəlin‖ 
tamaĢasında 
Gülnaz, 
A.MəĢədibəyovun  ―Toy  kimindir?‖  tamaĢasında  Məsmə,  F.Əmirovun  ―Gözün  aydın‖ 
tamaĢasında  Nargilə,  S.Ələsgərovun  ―Ulduz‖  tamaĢasında  Züleyxa  obrazları  aktrisanı 
tamaĢaçılara  sevdirmiĢdir.  XX  əsrin  50-ci  illərində  aktrisanın  sənətkarlığı  daha  da 
püxtələĢmiĢdir. Onun bu dövrdə yaratdığı səhnə obrazları Azərbaycan komediya teatrı 
tarixinə  iri  hərflərlə  yazılmıĢdır.  Nəsibə  Zeynalova  T.Quliyevin  ―Qızılaxtaranlar‖ 
tamaĢasında  RəxĢəndə,  S.Rüstəmovun  ―Rəisin  arvadı‖  tamaĢasında  Afərin, 
ġ.Miloravanın ―Tbilisi nəğməsi‖ tamaĢasında Gesiya, A.Rzayevin ―Hacı Kərimin Aya 
səyahəti‖  tamaĢasında  Kəblə  Fatma,  S.Ələsgərovun  ―Həmşəxanım‖  tamaĢasında 
HəmĢəxanım, ―Sevindik  qız  axtarır‖ tamaĢasında Xeyransa kimi bir-birindən maraqlı 
obrazlar  yaratmıĢdır.  Bura  T.Bakıxanov  və  H.Məmmədovun  ―Altı  qızın  biri  Pəri‖ 
tamaĢasında Cəhrə, E.Sabitoğlunun ―Hicran‖ tamaĢasında Qızbacı obrazlarını da əlavə 
etsək,  çox  zəngin  və  rəngarəng  bir  obrazlar  qalereyası  yaranmıĢ  olar.  ―Qaynana‖ 
tamaĢasında  Cənnət  rolu  aktrisanı  yaddaĢlara  ilk  növbədə  qaynana  kimi  həkk 
etdirmiĢdir.  Aktrisa  kino  sahəsində  də  öz  sözünü  demiĢdir.  ―Ögey  ana‖  (1959), 
―Böyük  dayaq‖  (1963),  ―Ulduz‖  (1964),  ―Qanun  naminə‖  (1969),  ―Bizim  Cəbiş 
müəllim‖  (1970)  filmlərində  müxtəlif  səpkili,  yaddaqalan  obrazlar  yaratmıĢdır. 
Aktrisanın həyat və yaradıcılıq yolunu əks etdirən bir neçə televiziya filmi də xalqımız 
tərəfindən  böyük  rəğbətlə  qarĢılanmıĢdır.  Musiqili  teatrın  inkiĢafında  böyük 
xidmətlərinə  görə  Nəsibə  xanım  24  may  1960-cı  ildə  Azərbaycan  Respublikasının 
Əməkdar artisti, 1967-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüĢdür. ―Hicran‖ 
tamaĢasındakı  Qızbacı  roluna  görə  Azərbaycan  Dövlət  mükafatı  laureatıdır.  Aktrisa 
2004-cü il mart ayının 10-da Bakıda vəfat etmiĢ və Fəxri Xiyabanda dəfn edilmiĢdir. 
 
 
 

133 
 
20.İlk azərbaycanlı qadın musiqişünas Xurşud Ağayevanın anadan olmasının 110 
illiyi (20.04.1906-03.12.1953) 
Xurşud Ağayeva 
ilk azərbaycanlı musiqişünas xanımdır.Ü.Hacıbəyov haqda birinci 
monoqrafiyanın müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimidir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ağayeva XurĢid Həsən qızı 1906-cı ildə Bakıda anadan olmuĢdur. 1918-1920-ci illərdə 
Azərbaycan  Respublikası  Parlamentinin  ilk  sədrinin  birinci  müavini  olmuĢ  Həsən  bəy 
Ağayevin qızıdır. XurĢid Ağayeva Azərbaycan musiqisinə aid məqalələrin, ―XIX əsrdə 
Azərbaycan  musiqi  mədəniyyəti  ocaqları‖  əsərinin  müəllifidir.  Ziyalı  ailədə  böyüyən 
XurĢid  Ağayeva  orta  təhsilini  bitirdikdən  sonra  1935-ci  ildə  Azərbaycan  Dövlət 
Konservatoriyasına  daxil  olmuĢdur  .  Azərbaycan  musiqisinə  və  onun  tarixinə  olan 
marağı  XurĢid  xanım  dahi  Azərbaycan  bəstəkarı  Üzeyir  Hacıbəyli  haqqında  ilk 
monoqrafiyanın  müəllifi  də  məhz  XurĢid  Ağayevadır.  Azərbaycan  Dövlət 
Konservatoriyasında  musiqi  tarixindən  dərs  demiĢ,  elmi  iĢlər  üzrə  prorektor  (1944-
1946)  olmuĢdur.  O,  1930-cu  ildə  isə  musiqiçi  müəllimlərin  Moskva  Ġxtisasartırma 
Ġnstitutuna  oxumağa  göndərilmiĢdir.  XurĢid  xanım  musiqi  nəzəriyyəsi  və  tarixi  üzrə 
tədris  kitablarının  Azərbaycan  dilinə  tərcüməsi  üzərində  iĢləmiĢdir.  Azərbaycan 
musiqisinə  aid  bir  sıra  məqalələrin,  ―XIX  əsrdə  Azərbaycan  musiqi  mədəniyyəti 
ocaqları‖ (vəfat etməsi ilə əlaqədar tamamlanmamıĢdır) əsərinin müəllifidir.  
XurĢid Ağayeva 3 dekabr 1953-cü ildə vəfat etmiĢdir. 
 
 
 
 
 
 
 
 
 
 
 

134 
 
Milli qəhrəmanlıq zirvəsi 
 
10.Edilov Yelmar Şahmar oğlunun 70 illiyi (10.04.1946-11.04.1994) 
 
 
Edilov Yelmar Şahmar oğlu — Azərbaycanın Milli 
Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 
Edilov 
Yelmar 
ġahmar 
oğlu  
10 
aprel 1946-cı 
ildə Ağdam rayonunun   Əlimədədli   kəndində  anadan 
olmuĢdur. 1954-1964-cü  illərdə  Əlimədədli  kənd  orta 
məktəbində təhsil almıĢ, sonra isə Ağdam Kənd Təsərrüfatı 
Texnikumuna daxil omuĢdur. 
 O,   1964-cü  ildə   Minsk Ģəhərində  hərbi  xidmətə  baĢlayır. 
Yelmar  yaxĢı  samboçu  idi.  Qarnizon  birinciliyi  yarıĢları 
zamanı  aldığı  zədədən,  o  hərbi  xidmətən  ikinci  qrup  əlil 
kimi  tərxis  olunur  və  texnikumda  yarımçıq  qalmıĢ  təhsilini  davam  etdirir. 1970-ci  ildə 
təhsilini  baĢa  vurdu.  1988-ci  ildə  Yelmar  Könüllü  özünümüdafiə  batalyonlarının 
yaradılmasını təkid edir. Bu iĢ yalnız 1990-cı ildən sonra görülməyə baĢlanıldı. 1991-ci 
ilin  əvvəllərindən  baĢlayaraq Ağdamın  bir  çox  kəndləri  erməni  iĢğalçıları  tərəfindən 
gecə-gündüz  atəĢə  tutulurdu.  Yelmar  Edilovun  rəhbərliyi  ilə  Kolanı  kəndində 
özünümüdafiə  batalyonu  yaradıldı.  Bu  dəstə Ağdamda böyük  hünər  göstərdi,  onlar 
dəfələrlə  ermənilərə  lazımı  cavabı  verdilər. 11  aprel 1994-cü  ildə  döyüĢdə  Yelmar 
qəhrəmanlıqla həlak olur. Ailəli idi. Yeddi övladı var. Bakı Ģəhərindəki ikinci ġəhidlər 
xiyabanında dəfn edilmiĢdir. 
Azərbaycan  Respublikası  Prezidentinin 16  sentyabr 1994-cü  il  tarixli  203  saylı 
fərmanı ilə Edilov Yelmar Şahmar oğluna ölümündən sonra "Azərbaycanın Milli 
Qəhrəmanı" adı verilmişdir. 
                              
İnsanın od-alovlu 
Tarixlərə heyrəti, 
Anaların qırğına, 
Sülhün hərbə nifrəti – 
Hərbi andımdır mənim. 
                                                                                                            Ələmdar Quluzadə 
 
 
 
 
 
 
 
 

135 
 
May
 
Əlamətdar tarixi günlər və bayramlar 
Beynəlxalq söz və mətbuat günü. 03.05.1993 
Türk dünyasının həmrəylik günü 03.05.1944 
GünəĢ Günü 03.05.1994 
Ümumdünya Qızıl Xaç və Qızıl Aypara hərəkatı günü.  
FaĢizm üzərində qələbə günü 09.05.1945 
Ulu öndər Heydər Əliyevin doğum günü 10.05.1923-12.12.2003 
Beynəlxalq ailə günü 15.05.1994 
Beynəlxalq Muzeylər günü 18.05.1977 
Beynəlxalq Bioloji Müxtəliflik günü 22.05 
Ümumdünya Tısbağalar Günü. 23.05.2000 
Azərbaycan Respublikası günü 28.05.1918 
Ümumdünya Siqaretə QarĢı Mübarizə Günü
 
31.05.
  
Bu tarixi unutmayaq 
ġuĢa Ģəhərinin erməni qəsbkarları tərəfindən iĢğalı günü (08.05.1992)  
Laçın rayonunun erməni qəsbkarları tərəfindən iĢğalı günü (17.05.1992) 
Yubilyar yazıçı və şairlər 
Türkoloq, tənqidçi Tofiq Hacıyevin anadan olmasının 80 illiyi (01.05.1936) 
ġair Sabir CümĢüdün anadan olmasının 80 illiyi (05.05.1936) 
ġair Mobil Quluzadənin anadan olmasının 80 illiyi (08.05.1936) 
Yazıçı Əhmədağa Muğanlının anadan olmasının 90 illiyi (08.05.1926-2001) 
Dramaturq Lütfəli Həsənovun anadan olmasının 100 illiyi (10.05.1916-1976) 
Yazıçı Məhərrəm Bayramovun anadan olmasının 100 illiyi (15.05.1916-1988) 
ġair, publisist Sabir Rüstəmxanlının anadan olmasının 70 illiyi (20.05.1946) 
ġair, yazıçı Söhrab Tahirin anadan olmasının 90 illiyi (27.05.1926) 
ƏdəbiyyatĢünas, tənqidçi Qurban Bayramovun anadan olmasının 70 illiyi (30.05.1946)    
Xarici ədəbiyyat 
Hind yazıçısı R.Taqorun anadan olmasının 155 illiyi (07.05.1861-1941) 
Rus yazıçısı Aleksandr Fadeyevin anadan olmasının 115 illiyi (13.05.1901-1956) 
Niderland uĢaq yazıçısı Anna ġmidtin 105 illiyi  (20.05.1911–1995)  
Milli qəhrəmanlıq zirvəsi 
PaĢayev BaxĢeyiĢ Xanəhməd oğlu (01.05.1936-12.07.1992) 
Əliyev Ġlham Muzəffər oğlu  (05.05.1961-19.08.1990) 
Həsənov Ġlham Gülbala oğlu  (06.05.1976-17.03.1995) 
Hüseynov ElĢən Ġbrahim oğlu (30.05.1976-17.03.1995) 
 
 
 
 

136 
 
May
 
Əlamətdar tarixi günlər və bayramlar 
Beynəlxalq söz və mətbuat günü. 03.05.1993 
 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı  
Vindhukda regional seminara toplaĢmıĢ jurnalistlər 
azad və müstəqil informasiya vasitələrinə yardımçı 
olmaq məqsədilə bütün dünya hökumətlərinə 
mətbuat azadlığının və demokratikliyinin təmin 
edilməsinə yardımçı olmağa çağıran   ―Vindhuk 
Bəyannaməsi‖ ni qəbul etdilər. Bununla bağlı BMT 
BaĢ Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq 
Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi 
qərara  almıĢdır. 
 
3.Türk dünyasının həmrəyliyi günü 
 
Türk millətinin bayrağı onun müqəddəslik simvoludur. 
Bu tarixi gün ilk dəfə 1944-ci ilin 3 mayında 
Topxana  hərbi  həbsxanasında  10  nəfər 
məhkum 
tərəfindən 
qeyd 
olunub. 
Azərbaycanda  Türkçülük  Günü  1992-ci  ilin 
may 
ayının 
3-dən 
etibarən 
qeyd 
olunmaqdadır.  3  may  Türkçülük  Günü 
Türkiyədə 
daha 
çox 
qeyd 
olunur. 
Azərbaycanda 
isə 
bu 
günü 
əsasən 
milliyyətçilər  qeyd  edirlər.  Hər  xalq  öz 
keçmiĢini,  tarixini  bilməli,  özünü  tanımalı  və  mirası  yaĢatmalıdır.  3  May  tarixinin 
Türkçülük Günü kimi tarixə yazılmasında, türkçülük uğrunda mübarizə aparan insanlar 
çox  sayda    təqiblərə  məruz  qalmıĢlar.  ―Türkçülük  Günü  əslində,  Türkiyədən 
qaynaqlanır.  Türk  dünyası  bütün  dünyaya  ədalət,  hürriyyət  gətirdi.  Sonradan  türkü 
məhv etmək üçün müəyyən qüvvələr hərəkətə gəldi. Türk dövlətləri sıradan çıxarıldı və 
nəhayət,  1918-ci  ildə  Birinci  Dünya  müharibəsi  bitənə  kimi  Osmanlı  imperiyasını  da 
çökdürdülər.  Bundan  sonra  meydana  Atatürk  gəldi  və  türk  millətini,  türk 
milliyyətçilərini qalibiyyətə apardı. Atatürkdən sonra baĢ verən proseslər yenidən Qərb 
dünyasının  istəyi  ilə  getməyə  baĢladı.  Bu  dövrdə  millətçilər  təqibə  məruz  qaldılar  və 
bunun kuliminasiya nöqtəsi isə 3 may 1944-cü ildə baĢ verdi.  Bu tarix Nihal Atsızın, 
Orxan  ġaiq  Gökayın,  Ġsmət  Rasin  Tümtürkün,  Fəthi  Təvətoğlunun  və  bir  çox  türk 
milliyyətçisinin  tarixidir.  Çünki  həmin  bu  insanların  qoyduğu  ənənəni  davam  etdirən 
insanlar var.  
 
 
 
 

137 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin