MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


 Ümumdünya Sağlamlıq günü



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

7. Ümumdünya Sağlamlıq günü 
 
Sağlam bədəndə sağlam ruh olar. 
1948-ci 
ildə 
birinci  Ümumdünya  Səhiyyə 
Assambleyası  Ümumdünya  Səhiyyə  TəĢkilatının 
yaranmasını  qeyd  etmək  üçün  Ümumdünya 
Sağlamlıq  Gününün  təsis  edilməsi  təĢəbbüsü  ilə 
çıxıĢ  etdi.  1950-ci  ildən  baĢlayaraq  Ümumdünya 
Sağlamlıq  Günü  hər  il  7  aprel  tarixində  qeyd 
edilir. Hər  il  Ümumdünya  Sağlamlıq  Gününün 
mövzusu  ÜST  üçün prioritet sayılan  bir problemi 
diqqət  mərkəzinə  gətirir.  Ümumdünya  Sağlamlıq 
Günü  diqqəti  səhiyyə  sahəsində  beynəlxalq  ictimaiyyətə  təsir  göstərən  baĢlıca 
problemlərə  yönəltmək  üçün  dünya  səviyyəsində  bir  imkandır.  Sağlamlıq  ÜST-ün 
Nizamnaməsində  yalnız  xəstəliklərin,  yaxud  fiziki  qüsurların  olmamağı  ilə  deyil,  tam 
fiziki,  psixi  və  sosial  sağlamlıq  vəziyyəti  kimi  müəyyən  olunur. ÜST  özünün 
Ümumdünya Səhiyyə Assambleyası vasitəsi ilə 193 üzv dövlət tərəfindən idarə olunur. 
Bu  Assambleya  ÜST-ə  üzv  dövlətlərin  nümayəndələrindən  ibarətdir.  Ümumdünya 
Assambleyasının  əsas  vəzifəsi  ÜST-ün  proqramı  və  növbəti  ikiillik  müddət  üzrə 
büdcəsinin  təsdiqi  və  siyasət  məsələləri  üzrə  qərarların  qəbul  edilməsidir.  Sağlam 
yaĢlanmaq  beynəlxalq  ictimai  səhiyyə  proqramının  gündəliyində  prioritet  məsələyə 
çevrilir.  Sağlam  yaĢlanma  həyatın  ilkin  mərhələlərindəki  sağlamlıqla  əlaqədardır  və 
sağlam  yaĢlanma  bir  çox  amillərdən  asılıdır.  Fərdin  bioloji  sisteminin  funksional 
imkanları ömrün ilk illərində formalaĢır, ilkin yetkinlik dövründə ən yüksək səviyyəyə 
çatır  və  bundan  sonra  təbii  olaraq  zəifləməyə  baĢlayır.  Bu  zəifləmə  həddi,  qismən  də 
olsa,  insanın  2012-ci  ildə  bu  günün  mövzusu  ―Sağlamlıq  ömrü  uzadır‖  devizi  altında 
yaĢlanma və sağlamlıq məsələlərinə həsr olunub. Burada baĢlıca diqqət ona yönəldilir 
ki,  sağlamlıq  yaĢlı  kiĢi  və  qadınların  bütün  həyatı  boyunca  dolğun  və  səmərəli  həyat 
sürməsinə  yardım  edir.  YaĢlanma  harada  yaĢamasından,  cavan  və  ya  qoca,  kiĢi  və  ya 
qadın,  zəngin  və  ya  kasıb  olmasından  asılı  olmayaraq,  hər  bir  insanı  düĢündürür. 
Ġqtisadiyyatın  qloballaĢdığı,  texnologiyanın  sürətlə  inkiĢaf  etdiyi,  urbanizasiyanın 
artdığı, ailə modellərinin dəyiĢdiyi XXI əsrdə ən böyük sosial dəyiĢikliklərdən biri də 
əhalinin  yaĢlanması  məsələsidir.  Tezliklə  dünyada  həm  yaĢlı  insanların  ümumi  sayı  
bütün həyatı boyu davranıĢları və məruz qaldığı təsirlərlə müəyyən edilir. Buraya onun 
qidalanması,  fiziki  aktivlik  səviyyəsi  və  sağlamlıqla  bağlı  risklərə  məruz  qalması, 
məsələn, siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə və ya zəhərli maddələrin təsirinə 
məruz qalmaq halları da daxildir. 
 
 
 
 
 
 

110 
 
7.―Molla Nəsrəddin‖ jurnalının nəşrinin 110 illiyi (07.04.1906) 
Molla Nəsrəddin — Azərbaycan dilində satirik, populyar jurnal  
 
Ġlk sayı 1906-cı il aprelin 7-də Tiflisdə iĢıq üzü görüb.‖Molla 
Nəsrəddin‖in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə 
çapdan 
çıxıb. 1906-1918-ci 
illərdə 
Tiflisdə, 1921-ci 
ildə Təbrizdə, 1922-1931-ci 
illərdə Bakıda nəĢr 
edilib. 
Redaktoru  və  müəllifi Cəlil  Məmmədquluzadə olub.  25  il 
ərzində  748  nömrəsi    çıxıb.  ‖Molla  Nəsrəddin‖  Azərbaycan 
xalqının  mütərəqqi  qüvvələrini,  demokratik  düĢüncəli 
insanlarını  öz  ətrafında  toplaya  bilib.  ―Molla  Nəsrəddin‖ 
jurnalının  həyat  səhnəsinə  qədəm  qoyması  və  onun  baĢında 
C.Məmmədquluzadə  kimi  açıq  fikirli  bir  ziyalının  durması 
azadlıq dostlarını ürəkdən sevindirmiĢdi. Jurnalda Ömər Faiq 
Nemanzadə,   Mirzə  Ələkbər  Sabir,   Əbdürrəhim  bəy 
Haqverdiyev, Əli  Nəzmi, Əliqulu  Qəmküsar,  Məmməd  Səid 
Ordubadi və  baĢqa  Ģair,  yazıçı  və  jurnalistlər,  o  cümlədən,  Oskar  ġmerlinq, 
Ġ.Rotter, Əzim  Əzimzadə kimi  rəssamlar  fəaliyyət  göstərirdilər.  Molla  Nəsrəddin 
jurnalının ilk sayının üz səhifəsində verilən Ģəkildə yuxuya getmiĢ bir dəstə müsəlman 
təsvir  olunur.  ġərqin  müdrik  ağsaqqallarından  hesab  olunan  Molla  Nəsrəddin  onları 
oyatmağa  çalıĢır.  ―Molla  Nəsrəddin‖i  dövrün  ən  müasir  inqilabi  məsələləri  ilə  yanaĢı 
Azərbaycan xalqının min illərdən bəri davam edib gələn dərdləri də çox düĢündürürdü. 
Bu dərdlər içərisində dini-fanatizm daha dəhĢətli idi.  
―Molla  Nəsrəddin‖in  tarixi  mübarizəsinin  böyüklüyü  onda  idi  ki,  onun  XX  əsr 
Azərbaycan  həyatının  eybəcərliklərinə  qarĢı  çevrilmiĢ  bu  amansız  qəzəb  və  nifrətinin 
arxasında  vətənə  və  xalqa  böyük  məhəbbət  dolu  bir  ürək  dayanmıĢdı. 
Jurnal Ġran, Türkiyə, Misir, Hindistan, MərakeĢ kimi  ölkələrə  də  yayılaraq  oradakı 
xalqların  sosial-mədəni  tərəqqisinə  müsbət  təsir  gostərmiĢdir.  Jurnal  çar  Rusiyasının 
bütün müsəlman bölgələrində, Yaxın və Orta ġərq ölkələrində yayılıb, islam dünyasında 
demokratik  mətbuatın  inkiĢafına  təsir  göstərib.  ―Molla  Nəsrəddin‖  jurnalının  təsiri 
altında  Azərbaycanda  ―Bəhlul‖  (1907),  ―Zənbur‖  (1909-1910),  ―Mirat‖  (1910),  ―An‖ 
(1910-1911),  ―Kəlniyyət‖  (1912-  1913),  ―Lək-lək‖  (1914),  ―Tuti‖  (1914-1917), 
―Məzəli‖ (1914-1915), ―Babayi-Əmir‖ (1915-1916), ―Tartan-Partan‖ (1918), ―ġeypur‖ 
(1918-1919),  ―Zənbur‖  (1919),  ―MəĢəl‖  (1919-1920)  kimi  Azərbaycan  dilində  nəĢr 
olunan satirik jurnallarla yanaĢı, bu dövr Bakıda rus dilində ―Cigit‖ (1907-1918), ―Vay-
vay‖  (1908),  ―Bakinskoe  qore‖  (1908-1909),  ―Biç‖  (1909-1915),  ―Adskaya  poçta‖ 
(1909-1910),  ―Bakinskiye  strelı‖  (1910),  ―Baraban‖  (1912-1913)  kimi  satirik  jurnallar 
da dərc olunurdu. 
  
 
 
 
 

111 
 
 
12. Beynəlxalq Aviasiya və Kosmonavtika günü. 
 
12 
aprel 

―Beynəlxalq  Aviasiya  və 
Kosmonavtika  günü‖  kimi  qeyd  olunur.  Bu 
bayram,  ancaq  Rusiyada  (əvvəllərsə  varisi 
olduğu  SSRI-də)  keçirilirdi.  Amma  artıq  belə 
deyil.  Belə  ki,  BMT-nin  BaĢ  Assambleyasının 
65-ci  sessiyasında  yekdilliklə  qəbul  edilən 
qətnaməyə  əsasən,  12  aprel  ―Beynəxalq 
kosmosa  uçuĢ  günü"  (Space  Probe  Day)  kimi 
bütün dünyada qeyd olunur. 1961-ci il aprelin 
12-də,  SSRI-nin  vətəndaĢı  Yuri  Qaqarin, 
―Vostok‖  kosmik  gəmisində  Yer  kürəsinin  ətrafında  orbital  uçuĢ  həyata  keçirərək, 
kosmik  uçuĢ  dövrünün  əsasını  qoydu.  Cəmi  108  dəqiqə  davam  edən  uçuĢ,  kosmosun 
tədqiqinin  və  mənimsənilməsinin  baĢlanğıcı  oldu.  BaĢlanğıcda  kosmosun  tədqiq 
edilməsi, ABġ və  SSRI arasında  strateji  yarıĢ  Ģəklini  alsa  da, sonralar  bu  əməkdaĢlığa 
çevrildi.  SSRI  dağıldıqdan  sonra  bunu  Rusiya  davam  etdirir.  Ancaq  qeyd  etmək 
lazımdır  ki,  ABġ  kosmonavtlarının  Aya  uçmasını  çıxmaqla,  bütün  digər  ilk  addımlar 
SSRĠ tərəfindən atılıb. Bu günə qədər kosmosa təqribən 517 insan uçub, onlardan 55-i 
qadındır.  Təəssüf  ki,  kosmonavtikanın  inkiĢafinda  çalıĢanlar  arasında  həlak olanlar  da 
olub. Müxtəlif Ģəraitdə 22 kosmonavt həyatını itirib. VətəndaĢları kosmosa uçuĢ keçirən 
ölkələr  bunlardır:  SSRI,  Rusiya,  ABġ,  Çexoslovakiya,  PolĢa,  Almaniya  Demokratik 
Respublikasi, Bolqariya, Macarıstan, Vyetnam, Kuba, Monqolustan, Rumıniya, Fransa, 
Almaniya Federativ Respublikası, Hindistan, Kanada, Səudiyyə Ərəbistanı, Niderland, 
Meksika,  Suriya,  Əfqanıstan,  Yaponiya,  Böyük  Britaniya,  Avstriya,  Qazaxıstan, 
Belçika,  Italiya,  Isveçrə,  Ukrayna,  Ispaniya,  Slovakiya,  Cənubi  Afrika  Respublikası, 
Izrail, Çin, Braziliya, Isveç,  Malaziya, Koreya Respublikası. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

112 
 
 
13.Beynəlxalq solaxaylar günü. 
 
Onlar sol əllə yeyir, sol əllə iĢ görür, elə həmin əllə də 
yazırlar.  Bu  günün  araĢdırmaları  göstərir  ki, 
solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə 
və  pul  qazanma  qabiliyyəti  normal  insanlardan  daha 
yüksəkdir. Alimlər  solaxaylar  və  normal  insanlardan 
ibarət  iki  qrup  yığıb,  onlara  müxtəlif  iĢlər  tapĢırdılar. 
Solaxaylar  digər  qrupa  nisbətən,  daha  yaxĢı  sürücülük 
edib, yemək biĢirib, təmir iĢlərini uğurla bitirərək, daha 
yaxĢı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araĢdırmaları da onu göstərir ki, 
dünyanın  ən  yaxĢı  və  zəhimli  idarəçiləri  solaxaydır.  Solaxaylıq  daha  çox  kiĢilərdə 
müĢahidə  olunur.  Onların  da  53%-i  rəssam,  idmançı,  aktyor,  yazıçı  və  ya  musiqiçi 
olur.   Dünyada  2-8%  solaxay  yaĢayır.  90-91%  insan  normal,  qalanları  isə 
ambidekserdir.  Bu  cür  insanlar  hər  iki  əli  ilə  də  normal  iĢləyirlər.   Solaxaylar  adi 
insanlara  nisbətən,  13-21%  daha  çox  qazanırlar. Solaxay  insan  qarĢısındakı  məsələyə 
daha tez cavab tapır. Solaxaylıq genlə gəlir. Adi insanların saçı saat əqrəbi, solaxayların 
tükləri  isə  saat  əqrəbinin  əksi  istiqamətində  bitir. ġimpazelərin  2/3  hissəsi,  piĢiklərin 
çoxu,  siçanların  44%-i,  ayıların  28%-i   solaxaydır. Osminoqun  8  ayağı  olmasına 
baxmayaraq, o, ovunu bircə sol əli ilə tutur. Onların 92%-i sağ gözünü yumub, sol gözü 
ilə  baxır. Sol  əli  ilə  döyüĢən  idmançı  çox  zaman  qalib  gəlir. Son  10  ildə  yer  üzündə 
solaxayların sayı 3-4 dəfə artıb. Britaniyanın Birmingem Universitetinin psixoloqları bu 
fenomenin  daha  yeni  bir  xüsusiyyətini  araĢdırıblar.  Ġnsan  beyninin  sağ  yarımkürəsi 
konkret  olaraq  iybilmə,  rəng  və  görmə  qabiliyyətinə  cavab  verir.  Sol  yarımkürəcik  isə 
nitq, oxu, fəlsəfi, analitik və riyazi funksiyalarına cavab verir. Beynin sağ yarımkürəciyi 
bədənin sol hissəsini, sol yarımkürəciyi isə sağ hissəni idarə edir. Solaxaylarda isə sağ 
yarımkürəcik aktiv inkiĢaf etdiyindən onlar həyatı obrazlı Ģəkildə duyurlar.   Ona görə 
də  alimlər  belə  bir  araĢdırma  aparıblar:  solaxaya  Ģəkil  göstərəndə,  onun  beyninin  sağ 
yarımkürəsinin  fəaliyyətini  siqnallar  vasitəsilə  zəiflədəndə,  bu  zaman  solaxay  fikrini 
Ģəkilə  və  onun  detallarına  cəmləyə  bilmir.  Tam  sağ  əllə  iĢləyən  insanlar  (bunlar  çox 
azdır)  problemləri  analitik,  düĢünülmüĢ  Ģəkildə,  Ģəxsi  təcrübəsinə  əsaslanaraq  həll 
edirlər.  Ġmzaları  isə  normaldır.   Solaxaylar  (bunlar  da  çox  azdır)  dünyanı  daha  aydın, 
obrazlı  Ģəkildə,  hissiyyatla,  emosional  Ģəkildə  dərk  edirlər.  Problemləri  intuisiyalarına 
görə həll edir, bunun səbəbini isə heç cür açıqlaya bilmirlər. Ona görə də adi insanlar 
solaxaylara  etibar  etmir,  onların  hərəkətlərini  psixi  pozğunluq  kimi  qiymətləndirirlər. 
Solaxayların  imzaları  isə  əhvallarından  asılıdır.  Solaxaylar  tez  yorulduqları  üçün 
yazmağı və oxumağı xoĢlamırlar. Ona görə də kompüter solaxaylar üçün əsl tapıntıdır. 
Deyirlər  ki,  sağ  və  solu  tənzimləmə  qabiliyyəti  zəif  olduğundan  solaxaylar  hər  zaman 
qəzalar nəticəsində dünyasını dəyiĢirlər. Ona görə də solaxaylar adi insanlara nisbətən, 
daha az ömür sürürlər. ABġ-ın Milli iqtisadi bürosunun alimləri araĢdırıblar ki, solaxay 
kiĢilər  digər  kolleqalarına  nisbətən,  daha  yaxĢı  iĢ  qabiliyyəti  göstərib,  15%  daha  çox 
qazanırlar. 

113 
 
 
15.Ümumdünya Mədəniyyət Günü (15.04.1935) 
 
 
 
 Mədəniyyət  dünyasının  bütün  sferalarının  əhəmiyyətini  bir  daha  qeyd  etmək  üçün 
xüsusi  bayram  –  Beynəlxalq  Mədəniyyət  Günü  (International  Day  of  Culture)  təsis 
edilmiĢdir.  Hər il dünyanın bir çox ölkələrində 15 aprel Beynəlxalq Mədəniyyət  Günü   
kimi  qeyd  olunur.  O,  1935-ci  il  aprelin  15-də  beynəlxalq  hüquq  təcrübəsində  Rerix 
Paktı  kimi  tanınan,  ―Ġncəsənət  və  elm  müəssisələrinin  və  tarixi  abidələrin  qorunması 
haqqında‖ beynəlxalq müqavilənin qəbul olunmasının Ģərəfinə təsis  edilmiĢdir.  
Bu  Paktın  imzalandığı  günün  Beynəlxalq  Mədəniyyət  Günü  kimi  qeyd  olunması 
təĢəbbüsü ilə 1998-ci ildə, bundan iki il əvvəl Rerix Beynəlxalq Mərkəzi tərəfindən təsis 
olunan Beynəlxalq Mədəniyyətin Qorunması Liqası çıxıĢ etmiĢdir. Bu ictimai təĢkilatın 
fəaliyyəti  mədəniyyət,  incəsənət,  elm  və  dinin  nailiyyətlərinin  qorunması  və 
artırılmasına  yönəlmiĢdir.  2008-ci  ildə  Rusiya,  Ġtaliya,  Ġspaniya,  Argentina,  Meksika, 
Kuba,  Latviya  və  Litvanın  ictimai  təĢkilalarının  təĢəbbüsü  ilə  15  aprelin  Ümumdünya 
Mədəniyyət  Günü  kimi  təsdiq  edilməsi  üçün  Beynəlxalq  hərəkat  yaradılmıĢdır.  Hal-
hazırda bu bayram dünyanın müxtəlif ölkələrində qeyd olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

114 
 
17.Ümumdünya Hemofiliya Günü (17.04. 1964) 
 
Hazırda dünyanın 102 ölkəsində 47 ildir ki, aprelin 17-si 
Ümumdünya Hemofiliya Günü kimi qeyd olunur. 
Təbabətdə bu xəstəliyə kral xəstəliyi deyirlər. Belə ki, 
Fransada kral Lüdoviklər nəslində əsasən oğlan uĢaqları 
bu xəstəlikdən əziyyət çəkirdi. Bu gün isə qan 
çatıĢmazlığı dünyada bir problem kimi yaĢanan 
hemofiliya xəstəliyinin yaranmasına səbəb olmuĢdur. Ġrsi 
qan xəstəliyi olan hemofiliya dünyanın bir çox 
ölkələrində əsasən Asiya və Afrika qitəsində,  Aralıq 
dənizi hövzəsində daha çox yayılmıĢdır. Xəstəliyin əsas 
səbəbləri kimi mütəxəssislər yaxın qohumların nigahı, 
radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsirini göstərirlər. Ġndi dünyada 
400 min hemofiliyalı xəstə var. Azərbaycanda Səhiyyə Nazirliyinin qeydiyyatında minə 
qədər talassemiyalı və hemofiliyalı irsi qan xəstəsi var, əhalinin hər 12 nəfərindən biri 
talassemiyanın əlamətlərini özündə daĢıyır. Hər il talassemiya xəstəsi olan təqribən 200 
uĢaq dünyaya gəlir, bu kiçik bir ölkə üçün böyük göstəricidir. 2005-ci ildə Prezident 
Ġlham Əliyev tərəfindən ―Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuĢ 
Ģəxslərə dövlət qayğısı‖ haqqında fərman imzalanmıĢdır.  Bununla əlaqədar 2006-cı ilin 
yanvarında Nazirlər Kabineti Səhiyyə Nazirliyinin hazırladığı ―Hemofiliyalı və 
talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı‖nı təsdiq etmiĢdir. Məqsəd 
ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etmək və onların 
həyat tərzlərinin yaxĢılaĢdırılmasına və ömürlərinin uzadılmasına dəstək olmaqdır. 
Proqramda hemofiliya və talassemiyanın fəsadlarından əmələ gələn əlilliyin və ölüm 
hallarının azaldılması, bu fəsadların profilaktikasının təĢkili və belə xəstə uĢaqların 
doğulmasının qarĢısının alınması sisteminin yaradılması əsas yer almıĢdır. Nəzərdə 
tutulan digər tədbirlər hemofiliya və talassemiyalı xəstələrə göstərilən tibbi xidmət 
strukturunun təkmilləĢdirilməsi, bu xəstəliyə düçar olan Ģəxslərin qeydiyyatının 
aparılması, xəstələrin müalicəsi və profilaktikası üzrə tibb mütəxəssislərinin 
hazırlanması, onların ixtisaslarının artırılmasıdır. Dövlət proqramı çərçivəsində 
xəstələrin dərman preparatları ilə pulsuz təmin olunması nəzərdə tutulmuĢdur. H.Əliyev 
Fondu, fondun prezidenti, YUNESKO və ĠSESKOnun xoĢməramlı səfiri, millət vəkili 
Mehriban Əliyevanın talassemiyalı uĢaqlara diqqət və qayğısı isə həmin insanlar üçün 
böyük mənəvi dəstəyə çevrilmiĢdir. Fond 2005-ci ildən ―Talassemiyasız həyat naminə‖ 
layihəsi çərçivəsində bir sıra mühüm iĢlər görüb və görməkdədir. Talassemiyalı xəstələr 
üçün Fond tərəfindən paytaxtda 5 mərtəbəli Talassemiya Mərkəzi tikilmiĢdir.  
 
 
 
 
 
 

115 
 
18. Tarixi abidələrin mühafizəsi günü 
 

Biz öz milli mənəvi dəyərlərimizlə, dini 
dəyərlərimizlə, adət ənənələrimizlə fəxr etməliyik. 
Əgər hansısa dağ kəndində tarixi abidə varsa, 
ona sadəcə qədim tikili kimi yox, milli sərvət kimi 
yanaşmalıyıq.”
                                                                                                                                                                                      
                                          Ulu öndər Heydər Əliyev 
 
Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə 
Beynəlxalq  ġurasının  1983-cü  ildə  qəbul  edilmiĢ  qərarı  əsasında  qeyd  olunur. Məqsəd 
dünya  ictimaiyyətinin  diqqətini  maddi-mədəniyyət  abidələrinin  qorunmasına 
yönəltməkdir.  Tarixi  abidələr  -  məqbərələr,  saraylar,  məbədlər,  məscidlər, 
qəbiristanlıqlar,  körpülər,  ovdanlar,  günbəzlər,  minarələr  və  s.  tarixi  keçmiĢimizin 
maddi  yadigarlarıdır.  Onlar  zamanın  sərt  sınaqlarına  sinə  gərərək  bu  günümüzə  gəlib 
çatmıĢlar.  Hər  bir  ölkənin  tarixinin  qədimliyi  onun  maddi-mədəniyyət  yadigarlarının 
çoxluğu  və  qədimliyi  ilə  ölçülür.  Bu  sahədə  ölkəmizin  bəxti  gətirmiĢdir.  Qobustan, 
Gəmiqaya, Ġstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, CavanĢir, Gülüstan, Əlincə, 
Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu 
Xudabəndə  məqbərələrimiz,  Göy  məscid,  ġah  Abbas  məscidi,  Gövhərağa  məscidi, 
Cümə  məscidi,  Təzəpir  məscidi  kimi  dini  ibadətgahlarımız,  HəĢt  behiĢt,  ġirvanĢahlar, 
Ġrəvan  sərdar  sarayı,  ġəki  xan  sarayı  kimi  nadir  memarlıq  abidələrimiz  bu 
qəbildəndirlər. Hazırda iĢğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz 
-  Azıx  və  Tağlar  mağaraları  dünyanın  ən  qədim  insan  yaĢayan  məskənlərindəndir. 
YUNESKO-nun  siyahısına  düĢmüĢ  bu  mağaralardan  tapılmıĢ  maddi  mədəniyyət 
nümunələri  hələ  1981-ci  ildə  Parisin  Ġnsan  muzeyində  ―Avropanın  ilk  sakinləri‖  adlı 
sərgidə nümayiĢ etdirilmiĢdi. Bir çox ölkələrdə tarixi abidələrin qorunması iĢi çox ciddi 
təĢkil  olunmuĢdur.  Sovet  hakimiyyəti  illərində  Azərbaycanda  tarixi  memarlıq 
abidələrinə  dövlət  səviyyəsində  laqeyd  münasibət  olmuĢdur.  Bir  çox  nadir  memarlıq 
abidələri  baxımsızlıq  və  tamah  üzündən  sökülüb-dağıdılmıĢ,  xeyli  memarlıq  abidələri, 
maddi-mədəniyyət 
nümunələri 
isə 
erməni 
saxtakarlığına 
məruz 
qalaraq 
özgəninkiləĢdirilmiĢdir.  Beynəlxalq  ĠnkiĢaf  Assosiasiyası  ilə  Azərbaycan  hökuməti 
arasında imzalanmıĢ ―Mədəni irsin qorunmasına yardım haqqında‖ saziĢə uyğun olaraq, 
Bakıda  ġirvanĢahlar  saray-kompleksində,  Naxçıvanda  Möminə  Xatın  və  Qarabağlar 
türbələrində, ġəki xanlarının sarayında bərpa və yenidənqurma iĢləri aparılmıĢdır. 2002-
ci  ildə  Respublikamız  Abidələrin  Bərpası  və  Tədqiqi  Beynəlxalq  mərkəzinə üzv  qəbul 
olunmuĢdur. Azərbaycan tarixində ilk dəfə olaraq ġirvanĢahlar saray-kompleksi və Qız 
qalası da daxil olmaqla ĠçəriĢəhər Dövlət Tarixi-memarlıq kompleksi YUNESKO-nun 
―Dünya mədəniyyəti irsi‖ siyahısına daxil edilmiĢdir.
 

116 
 
 
22. Ümumdünya Yer günü 
Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir. 
 
 
 
Beynəlxalq  Yer  Kürəsi  Günü  və  ya  ―Ağac  Günü‖  —  keçirilmə  tarixi  XIX  əsrin  70-ci 
illərinə  təsadüf  edir.  Senator  Heylord  Nelsanın  təĢəbbüsü  ilə  keçirilən  bu  bayramda 
məqsəd  insanların  diqqətini  ətraf  mühitin  çirkləndirilməsi  və  canlı  aləmin  qorunub 
saxlanması problemlərinə cəlb etmək idi. 
Yer  Kürəsi  Günü  ilk  dəfə  1970-ci  il  aprelin  22-də  qeyd  olundu.  20  milyona  yaxın 
amerikalı müxtəlif tədbirlərdə iĢtirak edərək hökuməti ekoloji problemləri həll etməyə 
çağırdı.  Həmin  vaxtdan  etibarən  baĢlanan  kütləvi  ekoloji  hərəkat  təbii  ehtiyatların 
qorunmasına  və  sənaye  istehsalı  üzərində  ekoloji  nəzarətə  istiqamətləndi.  Məhz  XX 
əsrin  70-ci  illərindən  etibarən  Ģirkətlər  ətraf  aləmin  mühafizəsinə  nə  qədər  vəsait 
ayırmaları barədə rəsmi məlumat verməyə baĢladılar. 
 
Azərbaycanda Ümumdunya yer günü 
2003-cü  ildə  Azərbaycan  Prezidentinin  sərəncamı  ilə  Bakı  Ģəhərinin  Qaradağ  rayonu, 
Salyan  və  Neftçala  rayonlarını  əhatə  edən  ġirvan  Milli  Parkı,  Ağcabədi  və  Beyləqan 
rayonlarını əhatə edən Ağ-göl Milli Parkı yaradılmıĢdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

117 
 
23.İngilis dili günü 23.04.2010. 
 
Ġlk dəfə Ġngilis dili günü, BMT-nin digər rəsmi dilləri 
kimi  2010-cu  ildə  qeyd  olunmuĢdur.  Belə  təkliflə 
təĢkilatın  ictimaiyyətlə  əlaqələr  departamenti  çıxıĢ 
etmiĢdir.  Yeni  bayramların  məqsədi  –  dünyada 
çoxdillilik 
ənənələrini 
möhkəmləndirməkdir. 
BirləĢmiĢ  Millətlər  TəĢkilatı  təqvimdə  altı  gün  –  hər 
bir  rəsmi  dil  üçün  bir  gün  ayırmıĢdır.  Ġngilis  dilinin 
qeyd  olunması  böyük  ingilis  Ģairi,  yazıçısı,  dünyanın  ən  məĢhur  dramaturqu  Vilyam 
ġekspirin anadan olduğu günlə bağlıdır. Bu gün ingilis dili ―dünya dili‖ hesab olunur, 
bu  duildə  dünyanın  onlarla  ölkəsində  bir  milyarddan  çox  insan  danıĢır.  Bu  dil  yalnız 
ingilislərin  deyil,  həm  də  ABġ,  Ġrlandiya,  Kanada,  Malta,  Avstraliya,  Yeni  Zelandiya 
sakinlərinin dilidir. O, Asiya və Afrikanın bir neçə dövlətinin rəsmi dilidir.  
 
 
23.Ümumdünya Kitab və Müəllif hüquqları günü 
  
1995-ci  ilin  bu  tarixində  Parisdə  YUNESKO-nun  baĢ 
konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün 
kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, 
hər  kəsi,  əsasən  də  gənc  nəsli  mütaliədən  həzz  almağa, 
eləcə  də  bəĢəriyyətin  ictimai  və  mədəni  inkiĢafında 
böyük  rolu  olmuĢ  insanların  zəhmətinə  hörmət 
bəslənməsinə 
çağırdı. 
Elə 
həmin 
konfransda 
Ümumdünya Kitab və Müəlliflik hüququ günü, həmçinin 
UĢaq  və  yeniyetmə  ədəbiyyatında  dözümlülük  ideallarının  təbliğinə  görə  YUNESKO 
mükafatı təsis edildi. 23 aprel YUNESKO tərəfindən elan edilən və Azərbaycanda artıq 
1997-ci ildən baĢlayaraq  ənənəvi Ģəkildə qeyd edilən Ümumdünya Kitab və Müəlliflik 
Hüququ  Günüdür.  Müəlliflik  hüququnun  Kitab  ilə  təmasda  olması,  ―Yaradıcıdan  – 
Kitaba, Müəllifdən – Müəlliflik Hüququna‖ yolu heç də təsadüfi deyil. MəĢhur Volterin 
kəlamı  ilə  desək,  ―onlar  ocaqlarımızdakı  oda  bənzəyir:  onu  qonĢudan  götürüb, 
özümüzdə  yandırıb,  digərlərinə  veririk  və  beləliklə,  onlar  hamıya  məxsusdur.‖ 
Azərbaycan  müasir  müəllif-hüquq  sisteminə  malikdir.  ―Ümumdünya  Kitab  və 
Müəlliflik  Hüququ  Günü‖nə  həsr  olunan  tədbirlərin  keçirilməsinin  məqsədi  kitab  və 
müəlliflik  hüququnun  mədəni  irsimizdə  əhəmiyyətini  bir  daha  açıqlamaq,  davamlı 
iqtisadi  inkiĢafda  və  informasiya  cəmiyyətinin  formalaĢmasında  rolunu  diqqətə 
çatdırmaq,  yaradıcı  Ģəxslərə  öz  hörmət  və  ehtiramlarımızı  bildirmək  və  mədəni 
ənənələrimizin qorunub saxlanmasının vacib olduğunu bir daha təsdiqləməkdir. 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin