MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


    24.Gənclərin Beynəlxalq Həmrəylik Günü 24.04.1957



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə14/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 
 
 

118 
 
24.Gənclərin Beynəlxalq Həmrəylik Günü 24.04.1957. 
 
 
 
Ümumdünya  demokratik gənclər  federasiyasının qərarı ilə 1957-ci ildən hər  il  aprelin 
24-də  Beynəlxalq  Gənclərin  Həmrəylik  günü  (International  Day  of  Youth  Solidarity) 
qeyd  olunur.  Bu  günün  qeyd  olunması  dövlət  orqanlarının,  ictimaiyyətin  və  kütləvi 
informasiya vasitələrinin diqqətini gənclərin problemlərinə yönəltməyə xidmət edir.  
 Gənclər  birliklərinin,  ictimai  təĢkilatların,  geniĢ  əhali  kütlələrinin,  öz  uĢaqlarının  və 
nəvələrinin  gələcəyinə  laqeyd  olmayan  insanların  səylərinin  birləĢdirilməsi  cəmiyyətin 
gənclərin  hüquqlarına  əməl  edilməsinə  nəzarət  etməsinə,  cəmiyyətin  iqtisadi,  sosial, 
elmi-texniki  və  mənəvi  problemlərinin  reallaĢdırılmasında  gənclərin  mütəĢəkkilliyinin 
və  yaradıcı  fəallığının  yüksəldilməsinə,  nəsillərin  varisliyinə,  qanunların  və  hüquq 
qaydalarının qorunmasına yardım edir.  
Bu  əlamətdar  gün  Ümumdünya  Demokratik  Gənclər  Federasiyasının  təĢəbbüsü  ilə 
keçirilməyə  baĢlanılıb.  TəĢkilatçıların  fikrincə,  bu  gün  dünya  ictimaiyyətinin  və 
siyasətçilərinin, gənclərin sosial yardım problemlərinə, gənclər siyasətinin yaradılması 
və  keçirilməsinə,  onların  təhsil  almalarına,  o  cümlədən  mədəniyyət  problemlərinin 
həllinə  xidmət  edir.  1955-ci  ildə  gənclərin  həmrəylik  gününün  hansı  günə  təyin 
olunması  ilə  bağlı  Asiya  və  Afrika  ölkələrinin  Bandunq  konfransında  yekun  iclas 
keçirilib.  Beləliklə,  Gənclərin  Beynəlxalq  Həmrəylik  Günü  ilk  dəfə  1957-ci  ildə 
müstəmləkəçilik əleyhinə mübarizədə, sülh Ģəraitində yanaĢı yaĢama uğrunda Gənclərin 
Beynəlxalq  Həmrəylik  Günü  kimi  qeyd  olunub.  Sözügedən  tarixdə  gənclər  üçün 
konfranslar,  konsertlər  və  bayram  tədbirləri  təĢkil  olunub.  Lakin  Sovet  Ġttifaqı 
dağıldıqdan  sonra  beynəlxalq  gün  öz  əsas  sponsorunu  itirdiyi  üçün  arabir  qeyd 
olunmağa baĢlanıb. 
 
 
 
 
 
 
 
 
 

119 
 
27.Ümumdünya qardaşlaşmış şəhərlər günü. (27.04.1962) 
Bu gün 1962-ci ildə Beynəlxalq qardaĢlaĢmıĢ Ģəhərlər federasiyası tərəfindən təsis 
olunub və aprel ayının axırıncı  bazar günü qeyd olunur. 
 
Ümumdünya 
qardaĢlaĢmıĢ 
Ģəhərlər 
federasiyası 
beynəlxalq  qeyri-hökumət  təĢkilatı  olub,  1957-ci  il 
aprelin  28-də  Parisdə  yaradılmıĢdır.  Bu  təĢkilatın  əsası 
Eks-le-Bendə 
(Fransa) 
qardaĢlaĢmıĢ 
Ģəhərlərin 
nümayəndələri tərəfindən  qoyulmuĢdur. O, 1970-ci ildə 
Avropa,  Asiya,  Afrika  və  Amerikanın  50-dən  çox 
ölkəsinin  minə  qədər  Ģəhərini  birləĢdiridi.  Hitlərə  qarĢı 
koalisiyanın  müttəfiq  ölkələrinin  Ģəhərləri  arasında 
dostluq və  əməkdaĢlıq  haqqında ilk  saziĢ  hələ  1942-ci  ildə  Stalinqrad  və  ingilis  Ģəhəri 
olan  Koventri  –  müharibə  nəticəsində  tamamilə  dağılmıĢ  Ģəhərlər  arasında 
imzalanmıĢdır. Beləliklə, hər il aprelin 29-da, aprel ayının sonuncu bazar günü dünyada 
ənənəvi olaraq ümumdünya qardaĢlaĢmıĢ Ģəhərlər günü keçirilir.  
 
29.Beynəlxalq Rəqs Günü (29.04.1982)
 
29 aprel peĢəkar və ya həvəskar rəqslə məĢğul olan, 
rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs 
Günü 1982-ci ildən bəri ―YUNESKO‖nun qərarı ilə 
qeyd olunmağa baĢlamıĢdır. Bu tarix hər il Fransız 
baletmeysteri Jan Jorj Noverin doğum günü, yəni 
aprelin 29-na təsadüf edir. Jan Jorj Nover müasir 
baletin nəzəriyyəçisi hesab olunur. Dünyanın əksər 
ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq 
Rəqs Günü təsis olduğu tarixdən ənənəvi olaraq hər il qeyd olunur. Azərbaycanda 
rəqslərin tarixi olduqca zəngin və qədimdir. Ġncəsənətin bir qolu olan rəqslərimiz 
ülvilik, gözəllik və birlik rəmzi sayılır. Hələ eramızdan 2-3 min il əvvəl, Azərbaycan 
ərazisində rəqslər insanların həyatında müəyyən yer tutmuĢdu. Bu baxımdan Qobustan 
qayaüstü təsvirləri arasında ―Yallı‖ oynayan insanların təsviri xüsusilə maraq doğurur. 
Bu təsvirlər Azərbaycan xalqının qədim dövrdən rəqsə olan marağından xəbər verir. 
Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz nəinki Vətəndə, dünyanın böyük 
konsert salonlarında da sevilir. Onların simasında Azərbaycan milli xoreoqrafiya sənəti 
inkiĢaf yolunu tapmıĢdır. Ġncəsənətin ayrılmaz hissəsi olan milli rəqslərimiz gözəlliyi, 
bədiiliyi və zərifliyi ilə sənətsevərlərə nümayiĢ olunur. Folklor, qədim xalq oyunları, 
rəqs havaları milli incəsənətimizin qızıl fonduna həmiĢəlik daxil olmuĢdur. ―Tərəkəmə‖, 
―Naz eləmə‖, ―Turacı‖, ―Uzundərə‖, ―Qoçəli‖, ―Heyvagülü‖, ―Vağzalı‖ xalq rəqslərinə 
tamaĢa etmək kifayətdir ki, xalqımızın zəngin musiqiyə, köklü adət-ənənəyə bağlı oldu- 
ğunu duyasan. Filmlərimizdə da rəqslərdən elementlərə rast gəlmək olar ki, bu da milli 
rəqs sənətinin inkiĢafı və təbliğində mühüm rol oynayır. 
 
 

120 
 
30.Beynəlxalq Caz Günü (30.04.2011)  
 
 
 
 
30  aprel  Birinci  Beynəlxalq  Caz  Günü  (International  Jazz  Day)  2012-ci  ildə  keçirilib. 
Yeni  bayramın  təqvimə  daxil  edilməsi  və  onun  30  aprel  tarixində  qeyd  edilməsini 
YUNESKO-nun BaĢ konfransı 2011-ci ilin noyabrında elan etmiĢdir. Bu bayramın əsas 
məqsədi  kimi  onun  təsisçiləri  ―caz  haqqında,  sülh,  birlik,  insanlar  arasında  dialoq  və 
əlaqələrin  geniĢlənməsinə  yardım  edən  qüvvə  kimi  beynəlxalq  ictimaiyyətin 
məlumatlılıq  dərəcəsinin  artırılması‖nı  nəzərdə  tutmuĢdur.  Caz  XIX  əsrin  sonu  XX 
əsrin əvvəllərində Amerikada afrika və avropa mədəniyyətlərinin sintezi kimi meydana 
gəlsə də musiqi aləmində irqi ayrı seçkiliyin aradan qalxmasında böyük rol oynamıĢdır. 
Hal-hazırda  bir  çox  ictimai  təĢkilatlar,  təhsil  müəssisələri  və  ayrı-ayrı  Ģəxslər,  o 
cümlədən  dövlət  orqanları  cazın  inkiĢafına  yardım  edirlər.  Ġndi  bunun  üçün  onların 
əlində daha bir vasitə - Beynəlxalq Caz Günü var. 
Caz  millətləri  birləĢdirən  və  insanlar  və  dövlətlər  arasında  sərhədləri  aradan  qaldıran 
unikal musiqi sənət formasıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

121 
 
Bu tarixi unutmayaq 
3-4. Kəlbəçər rayonunun erməni qəsbkarları tərəfindən işğalı günü (1993
 
Yurdun gözəl yeri dağlı Kəlbəcər 
Ürəyi yanıqlı, dağlı Kəlbəcər 
Əlləri-qolları bağlı Kəlbəcər 
Vətənin həsrəti yandırır məni. 
 
Kəlbəcər Azərbaycan Respublikasında 
şəhər.  1993-cü il aprel ayının 2-də 
Ermənistan silahlı qüvvələri tərəfindən 
işğal olunub.
 
Kəlbəcər şəhəri 
respublikanın paytaxtı Bakı şəhərindən    
                                                                      458 km aralı, Tərtər çayı dərəsindədir.  
 
Ərazisi  -  1936  kv.km,  əhalinin  sayı  –  53.962  nəfər  idi.  Rayonun  ərazisi  1993-cü  ildə 
erməni silahlı dəstələri tərəfindən iĢğal edilmiĢdir. Kəlbəcər rayonunun gözəl və zəngin 
təbiəti,  yeraltı  və  yerüstü  sərvətləri,  münbit  torpaqları  vardır.  1998-ci  ildən  baĢlayan 
elan  olunmamıĢ  müharibədə  Kəlbəcər  camaatı  qeyrətlə  vuruĢaraq  təpədən  dırnağacan 
silahlanmıĢ və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. 1992-
ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilmədi, iĢğal 
olundu. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-
diri  yandırdılar.  Ən  əhəmiyyətli  Keçiliqaya  yüksəkliyinə  sahib  çıxdılar.  Aprelin  2-də 
Kəlbəcər artıq erməni quldurlarının əlinə keçdi. ĠĢğal nəticəsində Kəlbəcərdə: 511 nəfər 
Ģəhid  oldu,  231  nəfər  itkin  düĢdü,  100-lərlə  adam  Ģikəst  oldu.  Kəlbəcər  Ģəhərindəki 
məscid  iĢğal  zonasında  qalaraq  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  dağıdılıb,  900 
kv.metr  sahəsi  və  geniĢ  kitabxanası  olan,  eksponatlarla  zəngin  Kəlbəcər  tarix 
diyarĢünaslıq  muzeyinin  bütün  maddi  və  mənəvi  sərvəti  ermənilər  tərəfindən  talan 
edilərək  Ermənistana  daĢınıb.  Kəlbəcərin  iĢğalından  sonra  3205  saylı  iclasda  BMT 
Təhlükəsizlik ġurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün iĢğalçı qüvvələrin 
Kəlbəcər  və  Azərbaycanın  digər  iĢğal  olunmuĢ  rayonlarından  dərhal  çıxarılması  tələb 
olunur.  Lakin  indiyədək  həmin  qətnamədən  irəli  gələn  hər  hansı  öhdəlik  yerinə 
yetirilməyib.  
 
 
 
 
 
 
 
 
 
 

122 
 
Yubilyar yazıçı və şairlər 
1.Şair, tərcüməçi Ənvər Əlibəylinin anadan olmasının 100 illiyi   
(01.04.1916-07.05.1968) 
Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar 
Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. 
Ənvər  Əlibəyli 1916-cı  il aprel  ayının  1-də Bakıda dünyaya  göz 
açmıĢdır.  Əvvəl  Tibb  Texnikumunda,  sonra ADU-nun  fəhlə 
fakültəsində, APĠ-nin  filologiya  fakültəsində  təhsil  almıĢdır. 1938-
ci  ildən Ġkinci  Dünya  müharibəsi  baĢlayana  qədər  Azərbaycan 
radiosunda  çalıĢmıĢdır. Tiflisdə  Topçular  Hərbi  məktəbini  bitirib, 
leytenant  rütbəsi  ilə  könüllü  olaraq  ön  cəbhəyə  getmiĢdir.  Ġkinci 
Dünya  Müharibəsinin  ilk  günlərindən  ordu  sıralarında  olan  Ənvər  Əlibəyli  artileriya 
batareyasının  komandiri  olmuĢ,  məĢhur 416-cı  Taqanroq  atıcı  diviziyasında ağır  döyüĢ 
yolu  keçmiĢdir. 1944-cü  ildə  ağır  yaralandıqdan  sonra  yazıçı-jurnalist  kimi  döyüĢdə 
iĢtirakını davam  etmiĢdir.   40-cı  illərin  axırında  "Ġnqilab və  mədəniyyət",  "Təbliğatçı" 
jurnallarının  məsul  katibi  olan  Ənvər  Əlibəyli 1948-1952-ci  illərdə Azərbaycan 
Yazıçılar  Ġttifaqının  orqanı  "Ədəbiyyat  qəzetinin"  redaktoru, 1952-ci  ildən  ömrünün 
axırınadək  Respublika  Radio  və  Televiziya  VeriliĢləri  Komitəsinin  sədri  vəzifələrində 
iĢləmiĢdir. SSRĠ  Ali  Sovetinin deputatı  olmuĢdur. 1939-cu  ildən  Sovet  Yazıçılar 
Ġttifaqının  üzvü  olan  Ənvər  Əlibəylinin  Ģeir  və  poemaları  rus  dilinə,  keçmiĢ  SSRĠ 
xalqlarının dillərinə tərcümə edilmiĢdir. Onun ―QaranquĢ‖ adlı ilk Ģeirlər kitabı 1947-ci 
ildə  iĢıq  üzü  görür.  Sonrakı  illərdə  xeyli  kitabı  nəĢr  olunur:  ―Sənin  adınla‖,  ―Ġlk 
məhəbbət‖,  ―Dostluq  körpüsü‖,  ―Mingəçevir  Ģeirləri‖,  ―Dalğalar  arasında‖,  ―Elə 
xoĢbəxtəm ki!‖, ―Nəğmələr‖, ―Bir kitab Ģeir‖, ―Ürəyimdəsən‖ və s. Ənvər Əlibəyli həm 
də bir neçə poemanın müəllifidir. ―Samur dastanı― poeması Samur çayının suyunu çəkib 
susuz 
çöllərimizə 
çatdıran 
inĢaatçıların 
bəhrəli 
əməyindən 
bəhs 
edir. 
Əsərdə lirizm ilə epos maraqlı  Ģəkildə  bir-birinə  qovuĢur.  ―Bacı―,  ―Gözlər,  ürəklər, 
əməllər― poemaları 1941-1945-ci illərin hadisələrindən, ―Dalğalar arasında― poeması isə 
dəniz  neftçilərinin  sücaətindən,  ―Polad―,  ―Dostluq  körpüsü―  yaxın  keçmiĢin 
hadisələrindən bəhs edir. Ənvər Əlibəyli 1968-ci ildə Bakıda həyatının, yaradıcılığının 
yüksələn bir vaxtında dünyadan köçmüĢdür. Məzarı Fəxri Xiyabandadır. 
Əsərləri:QaranquĢ (1947), Sənin adınla (1950), Ġlk məhəbbət(1956), Elə xoĢbəxtəm 
ki... (1964), Gözlər, ürəklər, əməllər (1966), Nəğmələr(1968), Dostluq körpüsü, Ġlan və 
qurbağa(1969) 
Filmoqrafiya: DALE (film, 1960), Bəxtiyar (film, 1955),Əzizə Cəfərzadə (film, 1999), 
Qara daĢlar (film, 1956),Qızmar günəĢ altında (film, 1957), Mahnı qanadlarında (film, 
1959), ZəncirlənmiĢ adam (film, 1964). 
 
 
 
 
 

123 
 
2.Yazıçı Zöhrə Əsgərovanın anadan olmasının 65 illiyi (02.04.1951)  
“Nə qədər canımızda nəfəs var kaş küsən qəlblərə məlhəm olmağa tələsəydik. Təkcə 
ayrılığa, ölməyə gecikə bilsəydik...” 
Əsgərova Zöhrə Qulamhüseyn qızı — nasir, publisist, 1989-cu 
ildən Azərbaycan 
Yazıçılar 
Birliyinin üzvü, Azərbaycan 
Jurnalistlər  Birliyinin üzvü  (1980).  1996-  cı  ildə  "Xan  qızı 
Natəvan"  mükafatı  laureatı,  1998-ci  ildə  "Araz"  ədəbi  ali 
mükafatı laureatı, 2011-ci ilin Milli Kulturoloji müsabiqəsinin 
mükafatçısı,  2012-ci  ildə  "Qızıl  qələm"  mükafatının 
laureatıdır. 2013-cü ildə yaradıcılıq uğurlarına görə Rəsul Rza 
adına beynəlxalq mükafata layiq görülübdür. 
 
Zöhrə  Əsgərova  1951-ci  il  aprelin  2-də  Bakı  Ģəhərində  qulluqçu  ailəsində  anadan 
olmuĢdur. Bakıda 199 saylı Ģəhər orta məktəbini bitirmiĢdir (1968). Bədii yaradıcılığa 
erkən  baĢlamıĢdır.  M.Ə.Sabir  kitabxanası  nəzdində  ədəbiyyat  dərnəyinin  fəal  üzvü 
olmuĢdur.  Ġlk  qələm  təcrübələri  –  məqalə  və  mənsur  Ģeirləri  "Azərbaycan  gəncləri" 
qəzetinin 1969-cu il tarixli sayında dərc edilmiĢdir. Zaqafqaziya komsomol məktəbinin 
6 aylıq kursunda siyasi təhsil almıĢdır (1971). M.A.Əliyev adına Ġncəsənət Ġnstitutunun 
mədəni-maarif  fakültəsində  təhsilini  davam  etdirmiĢdir  (1969-1973).  ―Qadın  dünyası‖ 
qəzetində  qadınların  ictimai  hərəkatına  dair  silsilə  yazıları  dərc  olunmuĢdur  (1994). 
Azərbaycan Dövlət NəĢriyyatında kiçik redaktor (1978), Azərbaycan Dövlət NəĢriyyat 
poliqrafiya  və  kitab  ticarəti  iĢləri  komitəsində  redaktor  (1979),  ―Yazıçı‖  nəĢriyyatında 
redaktor  (1980-1987),  ―Gənclik‖  nəĢriyyatında  yeniyetmələr  üçün  bədii  ədəbiyyat 
redaksiyasında  redaktor  iĢləmiĢdir  (1987-1993).  1999-cu  ildə  ―Ekspress‖  qəzetində 
müxbir  kimi  çalıĢmıĢdır.  2003-cü  ildən  2006-cı  ilə  qədər  Bakı  Bədən  Tərbiyəsi  və 
Turizm  kollecində  ədəbiyyat  müəllimi  iĢləmiĢdir.  2006-cı  ildən  Gənclər  və  Ġdman 
Nazirliyində çalıĢır, hal-hazırda dövlət qulluğunun kiçik müĢaviridir, baĢ məsləhətçidir. 
Ġki  övladı  var.  Həzrəti  Fatimeyi  Zəhranın  mövludu  günü  münasibətilə  "ġəhriyar" 
qəzetinin  xüsusi  buraxılıĢı  "Analı  dünyam"  jurnalını  hazırlamıĢdır  (1996).  "Bahar 
çiçəkləri", "Çinar pöhrələri", "Mənim bağım, baharım" almanaxlarında, eləcə də dövri 
mətbuatın qəzet və jurnallarında hekayələri və əsərləri çap olunur.  
Əsərləri:  ―Ünsiyyət‖  (1981),  ―Ġki  tale‖  (1984),‖Tənhalıq‖(1989),  ―Özgə  evin  iĢığı‖ 
(1991), ―Bir ömrə sığmayan arzular‖, ―Mirvari toy‖ (2006), ―Özəl poçtdan məktub var‖ 
(2011),  ―Talelərə  yazılan  musiqi‖  (2013),  ―Tarixi  yaddaĢ  və  qondarma  əhvalatlar‖ 
(2015) və s.  
 
 
 
 
 

124 
 
7.Yazıçı Yaşar Rzayevin anadan olmasının 75 illiyi (07.04.1941) 
Yaşar Rzayev — Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan 
Yazıçılar Birliyinin üzvü 
YaĢar  Rzayev  1941-ci  il  aprelin  7-də    Lənkəran  Ģəhərində 
qulluqçu  ailəsində  anadan  olmuĢdur.  Lənkəranda  orta  məktəbi 
bitirib,  sonra  əla  qiymətlərlə  Azərbaycan  Dövlət  Universitetinin 
filologiya  fakültəsinə  daxil  olmuĢdur.  Hekayələr,  respublika 
televiziyasının  veriliĢləri  üçün  ssenarılər  yazmıĢ,  ilk  hekayələri 
―Aprel çiçəkləri‖, ―Gənc qələmlər‖ almanaxlarında, ―Azərbaycan‖ 
jurnalında  çap  olunmuĢdur.  Filologiya  fakültəsini  fərqlənmə 
diplomu  ilə  bitirmiĢ,  Lənkəran  ġəhər  Partiya  Komitəsində  təlimatçı,  təĢkilat  Ģöbəsinin 
müdiri  iĢləmiĢdir.  Bədii  yazıları,  müxtəlif  məqalələri  çap  olunmuĢ,  Azərbaycan 
Yazıçılar Birliyinə üzv qəbul olunmuĢdu. 1983-cü ildə ikinci katib seçilmiĢ, 1990-1991-
ci  illərin  mürəkkəblikləri  və  ziddiyyətləri  əhatəsində  Lənkəranın  inkiĢafı  üçün  də  bir 
çox  iĢlər  görmüĢdür.  Lənkəran  Dövlət  Universitetinin  təĢkilinə  nail  olmuĢdur.  Avqust 
1992-ci ildən sentyabr 1993-cü ilədək Azərbaycan Müəllimləri TəkmilləĢdirmə Ġnstitutu 
Lənkəran  filialının  direktoru,  1993-cü  ilin  sentyabrından  1995-ci  ilin  oktyabrınadək 
ġəhər Ġcra Hakimiyyəti BaĢçısının humanitar məsələlər üzrə müavini iĢləmiĢdir. 1995-ci 
ilin oktyabrında  Azərbaycan  Respublikası  Milli  Məclisinə  deputat  seçilmiĢ,  deputatlıq 
dövründə  Milli  Məclisdə  200-dən  çox  çıxıĢı  olmuĢdur.  Həmçinin  MDB 
Parlamentlərarası  Assambleyasının  üzvü  kimi  də  fəaliyyət  göstərmiĢdir.  Sankt-
Peterburqda,  Minskdə,  Türkiyənin  Samsun  Ģəhərində  (türk  xalqlarının  toplantısında) 
çıxıĢlar  etmiĢdir.  Filologiya  üzrə  fəlsəfə  doktorudur.  ―Milli  azadlıq  Ģüurunun 
formalaĢmasında  Azərbaycan  ədəbiyyatının  rolu  (1960-1980-ci  illər)‖  mövzusunda 
namizədlik  dissertasiyası  müdafiə  etmiĢdir.  ―Azərbaycan  romanı  siyasi-ideoloji 
proseslər  və  milli-mənəvi  ideallar  kontekstındə  (1930-1950-ci  illər)‖  adlı  doktorluq 
dissertasiyası yazmıĢdır. Çoxlu sayda elmi məqalənin, oçerk və reportajların, publisistik 
yazıların,  resenziyaların,  tərcümələrin  müəllifidir,  beynəlxalq  elmi  konfransların 
iĢtirakçısıdır.  Elmi  məqalələri  Rusiyada,  Türkiyədə,  Ukraynada,  Qazaxıstanda, 
Özbəkistanda çap olunmuĢdur.   
Əsərləri: ―Gecə eĢelonu‖ (1972), ―Əks-səda‖ (povest və hekayələr) (1981), ―BeĢ 
dəqiqəlik yol‖ (povestlər, hekayələr) (2001) və s. 
Elmi kitabları: ―Bədii söz və milli azadlıq Ģüuru‖ (2007), ―Azərbaycan romanı: siyasət 
və milli düĢüncə‖ (2010), ―Dünənə necə baxmalı. Elmi məqalələr toplusu‖ (2011) və s. 
 
 
 
 
 
 

125 
 
10.Yazıçı, tənqidçi, ədəbiyyatşünas Allahverdi Eminovun anadan olmasının 75  
     illiyi (10.04.1941) 
 
Eminov Allahverdi İsgəndər oğlu ədəbiyyatşünas, tənqidçi, 
nasir, 1998- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, pedoqoji elmlər 
namizədi.  
 
 
 
 
 
1941-  ci  il  aprelin  10  -  da  Azərbaycanda  Salyan  rayonunun  Qırmızıkənd  kəndində 
dəmiryolçu  ailəsində  anadan  olmuĢdur.  Kənd  orta  məktəbini  bitirdikdən  sonra 
Azərbaycan  Dövlət  Pedoqoji  Ġnstitutunun  tarix-filologiya  fakultəsində  təhsil  almıĢdır. 
Təyinatla göndərildiyi Salyan rayonunun Kərimbəyli kənd orta məktəbində Azərbaycan 
dili və ədəbiyyat  müəllimi olmuĢdur.  1965 - ci ildə ordu sıralarına xidmətə çağırılmıĢ, 
bir  neçə  aydan  sonra  tərxis  olunmuĢ,  müəllimlik  fəaliyyətini  davam  etdirmiĢdir. 
Azərbaycan Elmi Tədqiqat Pedoqoji Elmlər Ġnstitutunda aspirant (1968-1971), elmi iĢçi 
(1971-1974),  ―Azərbaycan  məktəbi‖ jurnalında  məsul katib (1974-1976), ―Azərbaycan 
müəllimi‖  qəzetində  Ģöbə  müdiri  (1976-1984),  ―Maarif‖nəĢriyyatında  baĢ  redaktor 
(1984-1992) olmuĢdur. 1960 - cı ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxıĢ 
edir. Elmi fantastik janrın nəzəri problemləri, yaradıcılıq psixologiyası ilə məĢğul olur. 
Dövri  mətbuatda  200-  dən  artıq  məqaləsi  çıxmıĢdır.  ―Pedaqogika‖  (1993)  dərsliyinin 
müəllifidir.   
 
Əsərləri: ―Gördüklərim, yazdıqlarım, unutduqlarım‖ (1990), ―ġərq ailəsinin sirləri‖ 
(1992), ‖Səsimiz niyə qəzetdən gəlir‖ (1966),  ―Səməd Vurğunun poetikası‖ (1999), 
‖Sözdən saray tikən Ģair‖ (1998),  ―Əhməd Seyidov fenomeni‖ (2003) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

126 
 
 
24.Yazıçı Sultanməcid Qənizadənin anadan olmasının 150  illiyi (24.04.1866-1942) 
"Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, 
vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları 
oxumağı tövsiyə edirik". 
                                                                                                 Ədəbiyyatşünas Firidun bəy Köçərli  
Sultan Məcid Qənizadə - Azərbaycanın tanınmış maarif 
xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra 
lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. 
Sultan  Məcid  Qənizadə 1866-cı  ilin  aprel  ayında  ġamaxıda 
tacir  ailəsində  dünyaya  gəlmiĢdi.  Tədqiqatçıların  yazdıqlarına 
görə, Sultan Məcidin ulu babası Ağa Məsih ġirvani ġamaxının 
tanınmıĢ  Ģairlərindən  olub.  Ədibin  bəzi  məqalələrində 
"Məsihzadə"  imzası  ilə  yazması  da  bu  varisliyə  iĢarədir.  Rus 
dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü 
ildə  Tiflisdəki  Aleksandrovski  Müəllimlər  Ġnstitutuna  daxil 
olmuĢdur.  Onun  hazırladığı  bir  sıra  lüğətlər  bu  sahədə  ilkin  addımlardan  sayıla  bilər. 
―Lüğəti-rusi  və  türki‖  (1902),  ―Samouçitel  tatarskoqo  yazıka‖  və  baĢqa  kitablar 
S.M.Qənizadənin  elmi  təfəkküründən,  dillərə  olan  münasibətindən,  gərgin  əməyindən, 
yaradıcı  fəaliyyətindən,  öz  millətinə  göstərdiyi  xidmətdən  və  canyanğısından  xəbər 
verir. Sultan Məcid Qənizadə mədəniyyət xadimi, tərcüməçi idi.   1894-cü ildə o,  Lev 
Tolstoyun ―Əvvəlinci  Ģərabçı‖  pyesini  tərcümə  edib,  həmin  ilin  may  ayında  Bakıda 
tamaĢaya  qoymuĢdur  ki,  bu  da  Azərbaycan  səhnəsi  tarixinə  rus  dramaturgiyasının  ilk 
tamaĢası kimi daxil olmuĢdur. Sultan Məcid Qənizadə böyük yazıçı və dramaturq idi. 
Rus  ədiblərindən  etdiyi  tərcümələrlə  yanaĢı,  Sultan  Məcid  xalq  nağılları  əsasında 
uĢaqlar  üçün  mənzum  hekayələr  yazmıĢdır.  Ən  sanballı  bədii  əsəri  isə  "Məktubati-
ġeyda  bəy  ġirvani"  adlanır.  Əslində  bu,  bioqrafik  bir  əsərdir.  Sultan  Məcid  Qənizadə 
böyük  jurnalist  idi.  Qori  müəllimləri  seminariyasında  iĢlədiyi  müddətdən  mətbuatda 
müntəzəm çıxıĢ edən Sultan Məcid Qənizadə ən çox "Dəbistan" jurnalında çap olunardı. 
O, böyük Azərbaycanlı idi. Müəllimliyə baĢladığı ilk gündən həyatını və yaradıcılığını 
millətinin  oyanıĢına,  tərəqqisinə,  təhsilinə  və  iĢıqlı  gələcəyə  sahib  durmasına 
bağlamıĢdı.  Ġnsan  mənəviyyatını,  əxlaqını  önə  çəkən  Qənizadə  dünyəvi  elmləri 
yorulmadan  təbliğ  etməklə  yanaĢı,  hər  kəsi  insan  olmağa,  insaniyyətə,  milliyyətə, 
Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaĢ olduğunu, Vətənə 
bağlılığını  ifadə  edirdi.  1937-ci  ilin  repressiyaları  öz  qara  caynaqlarını  yaĢının  ahıl 
çağında Sultan Məcid Qənizadəyə də tuĢladı. Ömrü boyu millətinə, xalqına, onun iĢıqlı 
gələcəyinə xidmət göstərən bir Ģəxsiyyəti həbs edərək ―xalq düĢməni‖ kimi güllələdilər. 
Əsərləri:  Yazarın  Əli  Ġskəndər  Cabbarovla  birlikdə  yazdığı  ―Kəlili  ədəbiyyat‖ 
(müntəxabat), ―Ġstilahi Azərbaycan‖, ―Lüğəti rusi və Azərbaycan(müsəlman)‖, ―AxĢam 
səbri  xeyir  olar‖,  ―Məktubati  ġeyda  bəy  ġirvani‖,  ―Müəllimlər  iftixarı‖,  ―Gəlinlər 
həmayli‖, ―Allah xofu‖  və s.  
 

127 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin