MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


    29.Rəssam, aktyor Elçin Məmmədovun anadan olmasının 70 illiyi (1946-2001)



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

 

165 
 
29.Rəssam, aktyor Elçin Məmmədovun anadan olmasının 70 illiyi (1946-2001) 
“Böyüklərdə təsadüf edən bu bacarıq Elçində qorunaraq ona həm coğrafi məkanda, 
həm  də  sənət  dünyasında  sərbəst  miqrasiya  etməyə  imkan  verirdi.  İncəsənətin 
müxtəlif növləri bir-birini zənginləşdirərək və rəssamın fərdilik möhürünü daşıyaraq 
onun taleyində kəsişirdi”. 
                                                                                                                           Dilarə Vahabova 
 
  
Məmmədov Elçin Mehdi oğlu (29 may 1946 - 18 fevral 
2001) — Azərbaycan rəssamı, aktyor. 
 
 
 
 
 
Elçin  Məmmədov 29  may 1946-cı  ildə Mehdi  Məmmədov və Barat  ġəkinskaya kimi 
sənətkarların ailəsində dünyaya göz açıb. Hələ anadan olmamıĢdan 3 gün qabaq Barat 
ġəkinskaya  Mehdi  Məmmədovun  quruluĢunda  Vilyam  ġekspirin  "On  Ġkinci  Gecə" 
tamaĢasının premyerasında iĢtirak edirdi. KiĢi kostyumunda çıxıĢ etdiyi üçün hamiləliyi 
o qədər də bilinmirdi. Premyeradan 3 gün sonra isə Elçin dünyaya göz açır. Valideynləri 
sənət adamı idi. Odur ki, səhər saat 10-da teatra gedər, günorta evə gəlib yemək yeyər, 
dincələr, axĢamlar isə tamaĢaları olduğu üçün yenidən teatra qayıdardılar. Ona görə də 
Elçini  uĢaqlıqdan  özündən  14  yaĢ  böyük  bacısı  Solmaz  böyüdüb.  11-ci  sinfi 
qurtardıqdan sonra isə Azərbaycan Dövlət Ġncəsənət Ġnstitutunun Rəssamlıq fakültəsinə 
daxil olur. Ġlk dəfə uĢaqlıq dostu AzərpaĢa Nemətovun Gənc TamaĢaçılar Teatrında rus 
dilində  quruluĢ  verdiyi  "Mənim  qardaĢım  klarnetdə  çalır"  tamaĢasının  rəssamı  olub. 
Sonralar  isə  daha  çox  atası  ilə  birlikdə  çalıĢıb.  Bakıda  fəaliyyət  göstərən  bütün 
teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaĢada 
rəssamlıq edib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baĢ rəssamı olub. 
Mehdi Məmmədovun quruluĢ verdiyi "Ġblis" tamaĢasına görə Dövlət Mükafatı laureatı 
adını alıb. Elçin Məmmədovun rəssam kimi quruluĢ verdiyi son tamaĢası da AzərpaĢa 
Nemətovla  olub.  Ömür  vəfa  etsəydi,  "Hamlet"  tamaĢasında  rəssam  iĢlərini  sona 
yetirəcəkdi.  Ancaq  qismət  olmur.  Son  iĢi  yarımçıq  qalır.  2001-ci  il  fevralın  18-də 
rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında dünyasını dəyiĢir. 
Filmoqrafiya:Yeddi oğul istərəm... (film, 1970), Xəzinə (film, 1970), Ağır Ģkaf (film, 
1971), Toya dəvətnamə (film, 1973), Dədə Qorqud (film, 1975), Çətirimiz buludlardır 
(film, 1976),  Dantenin yubileyi (film, 1978), Qəribə adam (film, 1979), Yarımçıq 
qalmıĢ mahnı (film, 1979), Bağlı qapı (film, 1981),  Bir dəfə (film, 1990), Ovsunçu 
(film, 2003), Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) 

166 
 
Milli qəhrəmanlıq zirvəsi
 
1.Paşayev Baxşeyiş Xanəhməd oğlunun 80 illiyi (01.05.1936-12.07.1992) 
  
Baxşeyiş Xanəhməd oğlu Paşayev — Azərbaycanın Milli 
Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il 
tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş Xanəhməd 
oğluna ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı 
verilmişdir. 
 
BaxĢeyiĢ  PaĢayev 1  may 1936-cı  ildə Ağdam  rayonunun Əhmədavar  kəndində 
doğulmuĢdur.  Burada  məktəbi  bitirdikdən  sonra  Kənd  Təsərrüfatı  Texnikumuna  daxil 
olmuĢdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləĢəndən xalq hərəkatına qoĢulmuĢdur. 
Daha  sonra  həyatını  cəbhə  ilə  bağlayan  BaxĢeyiĢ  döyüĢçülərə  silah  sursat  çatdırmıĢ, 
dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər etmiĢdir. BaxĢeyiĢ ―Qarabağ 
Müdafiə  ġahinləri‖  dəstəsinin  ən  fəal  üzvlərindən  biri  olmuĢdur. Xramort kəndinin 
erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmiĢdir.  
―Ağsaqqal‖ ləqəbi ilə tanınan BaxĢeyiĢ peĢəkar atıcı olduğundan quldurların xeyli canlı 
qüvvəsini  məhv  etmiĢdir.  Dəfələrlə  Xanabad, Naxçıvanlı, Aranzəmin kəndlərinə 
kəĢfiyyata  getmiĢdir. 1992-ci  il Xocalı  faciəsi zamanı  onlarla  dinc  sakini  xilas 
etmiĢdir. 1992-ci il iyul ayının 12-də erməni iĢğalçıları Xanabad kəndinə böyük qüvvə 
ilə  hücuma  keçmiĢlər.  Əks  hücumla  döyüĢçülərimiz  baĢda  BaxĢeyiĢ  PaĢayev  olmaqla 
düĢmənin  7  postunu  ələ  keçirmiĢ,  amma  qəfil  atılan  düĢmən  gülləsi  Vətənimizin  bu 
cəsur övladının həyatına son qoymuĢdur. O, döyüĢ meydanında qəhrəmancasına həlak 
olmuĢdur.  Ailəli  idi,  doqquz  övladı  var.  Ağdam rayonunun  ġəhidlər  xiyabanında  dəfn 
edilib. 
Sənindir bax, bu döyünən ürəklər, 
Amal da sən, arzu da sən, şərəf sən, 
Səninkidir bu muradlar, diləklər! 
Biz getsək də, bu dünyada sən yaşa. 
Adımız adınla çəkilsin qoşa. 
Yaylıqları bayraq olan Vətənim, 
Bayraqları torpaq olan Vətənim… 
                                                                       
Çingiz Əlioğlu
 
 
 
 
 
 

167 
 
5.Əliyev İlham Müzəffər oğlunun 55 illiyi (05. 05 1961-19.08.1990) 
 
 İlham Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ 
müharibəsi şəhidi. 
 
 
 
 
 
 
5  may 1961-ci  ildə Gədəbəy  rayonunda anadan  olmuĢdur.  Orta  məktəbi 1978-ci  ildə 
bitirmiĢ, 1980-ci  ildə  hərbi  xidmətə  çağırılmıĢdır. 1985-ci  ildə  Ġlham  Əliyev  Bryansk 
Xüsusi  Orta  Milis  Məktəbinə  daxil  olur.  19  avqust 1990-cı  il  leytenant  Ġlham  Əliyev 
torpaqlarımızın  müdafiəsinə  göndərildi. Qazax  rayonunun Əskipara kəndində  döyüĢən 
Ġlham qəhrəmancasına həlak oldu. Evli idi. Bir övladı var. Ġlham özünün Ģərəfli ölümü 
ilə  bir  dünya  arzusunu  soyuq  məzara  apardı.  UĢaqlıqdan  milisdə  iĢləmək  arzusu 
qəlbində  baĢ  qaldırmıĢdı.  Orta  məktəbdə  inĢada  bu  arzusunu  ifadə  edərək  yazırdı  : 
"haqsızlıqlarla  barıĢmazlıq,  cinayətkarlara  güzəĢtə  getməmək,  dözüm  və  mətanət  – 
milisləri  birləĢdirən  baĢlıca  cəhətlər  məhz  bunlardır.  Milis  iĢcisi  görəndə  həyəcan, 
sevinc  hissləri  keçirirəm.  Ġnanıram  ki,  bir  gün  mən  də  onların  sırasında  olacağam, 
milisin mətin cərgəsində dayanacağam. Müqəddəs qanunlarımızın, dinc həyatın keĢiyini 
çəkəcəyəm...‖ Gədəbəy rayonunda dəfn edilib. Gədəbəy Ģəhərindəki 1 saylı orta məktəb 
onun adını daĢıyır.  Məktəbin önündə büstü qoyulmuĢdur. 
Azərbaycan Respublikası prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə 
İlham  Müzəffər  oğlu  Əliyev  ölümündən  sonra  "Azərbaycanın  Milli  Qəhrəmanı" 
adına layiq görülmüşdür. 
Od ürəkli , od nəfəsli diyarımsan 
Ocağına canım qurban , Azərbaycan ! 
Əzilsən də , əyilməyən vüqarımsan 
Bu çağına canım qurban , Azərbaycan ! 
                                                                                                   Nəriman Həsənzadə 
 
 
 
 

168 
 
6.Həsənov İlham Gülbala oğlunun 40 illiyi (06.05.1976-17.03.1995)
 
 
  
 
 
İlham Həsənov — Azərbaycanın Milli Qəhrəmanı, mart 
hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz 
uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth 
etmiş fateh. 
 
 
 
 
6  may 1976-cı  ildə Ağstafa  rayonunun Xətai  kəndində  anadan  olmuĢdur. 1993-cü  ildə 
məktəbi  bitirdikdən  sonra,  zabit  olmaq  arzusu  ilə  sənədlərini  Bakı  Ali  BirləĢmiĢ 
Komandirlər  Məktəbinə  verir,  bura  daxil  ola  bilməyən  Ġlham  ruhdan  düĢmür  Bakı 
Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. O tez bir 
zamanda  əsgər  və  zabitlərin  hörmətini  qazanır.  Hərbi  təlim  yarım  il  çəkir,  sonra  isə 
cəbhə... Ġlham cəbhədə təzəcə əməliyatlara qoĢulmağa baĢlamıĢdı ki, mart hadisələri baĢ 
verdi.  Öz  dövlətinə,  rəhbərinə,  xalqına  xidmət  edən  Ġlham  Həsənov mart 
hadisələri zamanı  dəstənin  zərərsizləĢdirilməsində  canından  keçən  neçə-neçə  vətən 
oğullarından  biri  oldu.  Subay  idi.  Ağstafa  Ģəhərinin ġəhidlər  xiyabanında  dəfn 
edilmiĢdir. Ağstafa rayonunda adına küçə var. 
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı 
ilə  Həsənov  İlham  Gülbala  oğluna  ölümündən  sonra  "Azərbaycanın  Milli 
Qəhrəmanı" adına layiq görülmüşdür. 
Sən mənə anasan, anamdan əziz, 
Sənə məhəbbətim dənizdir, dəniz. 
Ömrümün bir anı keçməsin sənsiz, 
Ey mənim varlığım, qəlbim, vicdanım, 
Mən sənə qurbanam, Azərbaycanım! 
                                                                                     Solmaz Şirin 
 
 
 

169 
 
30.Hüseynov Elşən İbrahim oğlunun 40 illiyi (30.05.1976-17.03.1995) 
 
Eldar Məcidov – Azərbaycanın Milli 
Qəhrəmanı, Azərbaycanın müstəqilliyi naminə, birliyimiz 
naminə şəhidlik zirvəsini fəth etmiş fateh. 
 
 
 
 
 
30  may 1976-cı  il Saatlı  rayonun Qıraqlı kəndində  anadan  olmuĢdur. 1983-cü  ildə 
burada  məktəbə  getmiĢ, 1993-cü  ildə  burada  məktəbi  bitirmiĢdir. 1994-cü  ildə Milli 
Orduya çağırılmıĢdır. 13-17 mart hadisələri zamanı görkəmli siyasi xadim, Azərbaycan 
Respublikasının  prezidenti Heydər  Əliyevin komandanlığı  ilə  silahlı  dəstənin 
zərərsizləĢdirilməsində  iĢtirak  edərək    Ģəhid  olmuĢdur.  Subay  idi.  Saatlı 
rayonunun Qıraqlı kəndində  dəfn  edilmiĢdir.  Saatlı  rayon  mərkəzi  xəstəxanası  onun 
adını daĢıyır. 
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-cil tarixli 307 saylı fərmanı ilə 
Hüseynov Elşən İbrahim oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" 
adına layiq görülmüşdür. 
Göz açdığım qədim torpaq, 
Dayağımsan sən dünyada. 
Doğma anam, ey mehriban, 
Ey qəhrəman, Azərbaycan! 
                                                   
Şəhidlərin al qanından, 
                                                     Lalə açmış yollar ilə, 
                                                      İstiqlalın sabahına 
                                                 Qürurla get, Azərbaycan! 
                                                           Nəbi Xəzri 
 
 
 
 
 
 
 
 

170 
 
İyun 
 
Əlamətdar tarixi günlər və bayramlar 
UĢaqların Beynəlxalq Müdafiəsi günü 01.06.1956  
Ümumdünya Süd Günü  01.06.2001 
Ətraf mühitin Beynəlxalq mühafizəsi günü 05.06.1972  
Ümumdünya Okeanlar Günü- 6 iyun 1992-ci il.  
Milli QurtuluĢ günü 15.06.1997 
Ümumdünya Külək Günü- 15 iyun.
  
Tibb iĢçiləri günü 17. 06.2001  
Dövlət qulluqçularının peĢə bayramı günü 23.06.2006 
Beynəlxalq Olimpiya Günü.  23.06.1894 
Silahlı qüvvələr günü 26.06.1992 
Narkomaniya ilə beynəlxalq mübarizə günü 26.06.  
Yubilyar yazıçı və şairlər 
Yazıçı Qərib Mehdinin 80 illiyi (21.06.1936) 
Xarici ədəbiyyat 
Amerika yazıçısı H.Biçer-Stounun 205 iliiyi (14.06.1811-1896).  
 
Ġngilis yazıçısı Henri Haqqardın 160 illiyi (22.06.1856-1925) 
Milli qəhrəmanlıq zirvəsi 
Sədiyev Vəzir Ġsa oğlu (06.06.1961-19.02.1993) 
Salahov ġakir ġamil oğlu (15.06.1966-28.01.1992)
 
Məcidov Zakir Nüsrət oğlu (26.06.1956-06.08.1992) 
Əliyev Yavər Yaqub oğlu (27.06.1956-29.02.1992) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

171 
 
İyun
 
Əlamətdar tarixi günlər və bayramlar 
 
1.Uşaqların Beynəlxalq Müdafiəsi günü 
 
“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, 
millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!” 
                                                                                                                 
                                                                                                                    Ulu öndər Heydər Əliyev 
 
UĢaqların 
Beynəlxalq 
Müdafiəsi 
Günü  
(International  Children's  Day)  -  1  iyun  1950-ci 
ildə  BMT  BaĢ  Assambleyası  tərəfindən  qeyd 
olunması qərara alınıb. Həmin gün təĢkil olunan 
"Qadınların  Beynəlxalq  Konfransı"nda  uĢaq 
hüquqlarının  təmin  edilməsi  ilə  bağlı  təkliflər 
səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini 
uĢaqların  beynəlxalq  müdafiəsinə  həsr  etmək 
qərarı  verilib.  Bundan  sonra  iyunun  1-i 
UĢaqların  Beynəlxalq  Müdafiəsi  Günü  kimi 
tarixə düĢüb. Dünyanın əksər ölkələrində olduğu 
kimi,  bu  gün  Azərbaycanda  da  qeyd  edilir. 
Azərbaycan  Respublikasının  Prezidenti  Ġlham 
Əliyevin  Azərbaycan  Respublikasında  uĢaqlara 
dövlət qayğısının gücləndirilməsi, uĢaq problemlərinə vətəndaĢ cəmiyyəti qurumlarının 
diqqətinin  artırılması  və  ölkənin  uĢaqlarla  bağlı  demoqrafik  perspektivlərinin 
müəyyənləĢdirilməsi  məqsədi  ilə  22  dekabr  2008-cil  tarixli  sərəncam  imzalamıĢdır. 
Sərəncama  görə  2009-cu  il  "UĢaq  ili"  elan  olunmuĢdur.  1924  -cü  ildə  ilk  dəfə  olaraq 
UĢaqların  hüquqlarını  təmin  edən  bəyənnamə  qəbul  edilmiĢdir.  Bu  bəyənnamədə 
deyilirdi ki, "bəĢəriyyət məcburdur ki, uĢaqları ən yaxĢı Ģeylərlə təmin etsin".  
 
 
 
 
 
 
 
 
 
 
 
 

172 
 
1.Ümumdünya Süd Günü-  
 
 
 
 
 
 
1  iyun  2001-ci  ildən  keçirilir,  məqsədi  uĢaqların  müdafiəsində,  sağlamlığında  südün 
rolunun  aĢılanmasıdır.  Süd  məhsullarının  faydası  çoxdan  təsdiq  olunmuĢ  bir  faktdır. 
Süd məhsulları mədə Ģirəsinin ifraz olunmasını stimullaĢdırır, bağırsaqların fəaliyyətini 
və  maddələr  mübadiləsini  yaxĢılaĢdırır,   orqanizm  tərəfindən  çox  tez  və  asan 
mənimsənilir.  Bundan  əlavə,  insan  orqanizminə  düĢdükdə  südturĢulu  bakteriyalar  C, 
B1,  B2,  B12,  D  vitaminlərini  və  hətta  təbii  antibiotikləri  istehsal  edir  ki,  onlar 
xəstəlikləri  törədən  mikrobların  inkiĢafını  dayandırır  və  ya  onları  məhv  edir. Süd 
məhsullarının  tərkibində  orqanizm  üçün  vacib  olan  çoxlu  miqdarda  kalsium  və  fosfor 
mikroelementləri var ki, bu da insanın diĢləri və sümükləri tərkibinə daxildir.  Bundan 
əlavə,  kalsium  insanın  ürək  əzələsinin,  gözlərin,  sinir  sisteminin  sağlamlığında  böyük 
rol  oynayır.  Digər  süd  məhsulları  ilə  müqayisədə,  kalsium  daha  çox  miqdarda  bərk 
pendirlərin  tərkibində  olur.    Lakin  süd  məhsullarının,  bəlkə  də,  ən  əsas  dəyəri  ondan 
ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxĢılaĢdırır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

173 
 
5.Ətraf mühitin Beynəlxalq mühafizəsi günü 
 
Başımın 
üstündə 
çətirli 
meşə, 
Yuyunmuş, 
daramış, 
ətirli 
meşə, 

yazda 
yaşıldı, 
payızda 
əlvan 
Bir  ağac  kəhrəba,  bir  ağac  mərcan 
Bir  yarpaq  günəşin  şöləsində  zər, 
Bir  yarpaq  buludun  gözünü  silər. 
Dinim,  ya  dinməyim,  dinməyim  əlbət, 
Qoy danışsın təbiət! 
                                                                 Qabil 
 
 
 
5  iyun  ―Ümumdünya  Ətraf  Mühit  Günü‖nün  qeyd  olunması  16  dekabr  1972-ci  ildə 
BirləĢmiĢ  Millətlər  TəĢkilatının  BaĢ  Assambleyasının  27-ci  sessiyasında  elan  edilib. 
Həmçinin  BaĢ  Assambleyanın  bu  sessiyasında  BMT  sistemində  yeni  təĢkilat  -  BMT 
Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təĢkilat tərəfindən Ümumdünya Ətraf 
Mühit  Günü  keçirilir.  Belə  bir  günün  keçirilməsinə  11  may  1971-ci  ildə  dünyanın  23 
ölkəsinin  2200  elm  və  mədəniyyət  xadiminin  imzası  ilə  BMT-nin  BaĢ  katibinə 
ünvanlanan müraciət səbəb olub. Onlar ―ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə 
bizi  qurtarar‖  adlı  müraciətləri  ilə  bəĢəriyyətə  ətraf  mühitin  çirklənməsi  barədə 
xəbərdarlıq etmiĢdilər. BaĢ Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində 
BMT-yə  daxil  olan  ölkə  və  təĢkilatları  hər  il  həmin  gün  ərəfəsində  ətraf  mühitin 
qorunması  və  yaxĢılaĢdırılmasına  yönələn  iĢlər  həyata  keçirməyə  çağırır.  Hər  il 
BirləĢmiĢ  Millətlər  TəĢkilatının  Ətraf  Mühit  Proqramı  (UNEP)  Dünya  Ətraf  Mühit 
Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baĢ Ģəhərlər elan 
edir.  2010-cu  ildə  Ġtaliyanın  Genuya,  Ġsveçrənin  Cenevrə  Ģəhərləri  ilə  bərabər 
Azərbaycanın  Bakı  Ģəhəri  də  mərkəz  Ģəhər  seçilib.  Bakının  bu  statusa  layiq  görülməsi 
Azərbaycanda  ətraf  mühitin  mühafizəsi,  ekologiya  sahəsində  görülən  iĢlərin,  həyata 
keçirilən  dövlət  və  milli  proqramların  uğurlu  nəticəsi  kimi  qiymətləndirilir  və 
Beynəlxalq  qurumların  Cənubi  Qafqaz  regionunda  Azərbaycana  böyük  əhəmiyyət 
verməsindən irəli gəlir. 
 
 
 
 
 
 
 
 
 
 

174 
 
8.Ümumdünya Okeanlar Günü- 8 iyun 1992-ci il.
  
 
 
Ümumdünya  Okeanlar  günü  8  iyun  1992-ci  ildə  Rio-de  Janeyroda  BMT-nin  "Ətraf 
mühit  və  inkiĢaf"  Konfransında  elan  edilib.  Rəsmi  olaraq  2009-cu  ildən  qeyd  olunur. 
Zoopark,  akvariumlar,  delfinariyalar  əsasən  bu  gündə  okean  heyvanlarının  qorunması, 
mühafizəsi ilə bağlı tədbirlər keçirməklə ictimaiyyətin diqqətini cəlb edirlər.   
BMT  bu  bayramı  elan  etməklə,  okeanların  planet  üçün  həyatı  vacibliyinin,  eləcə  də, 
onların  rifahının  yüksəldilməsi  qayğısına  qalmağını  qeyd  edib.  Yer  kürəsinin  70%-i 
okeanlar təĢkil edir. Bu bayram bir çox Avropa ölkələrində (Belçika, Böyük Britaniya, 
Almaniya, Hollandiya, Ġrlandiya, Ġspaniya, Ġtaliya, Norveç, Portuqaliya, Fransa), Cənub-
ġərqi  Asiya  dövlətlərində  (Vyetnam,  Ġndoneziya,  Sinqapur,  Filippin),  Cənubi  Asiyada 
(Hindistan,  ġri-Lanka),  Uzaq  ġərqdə  (Çin,  Yaponiya),  Latın  Amerikası  ölkələrində 
(Argentina,  Ekvador,  Kuba),  Avstraliya  və  Afrikada  (Əlcəzair,  Qabon,  Marokko, 
Mavritaniya, Keniya, Kamerun), həmçinin ġimali-Amerika ölkələrində (Kanada, ABġ, 
Meksika) keçirilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

175 
 
15. Milli Qurtuluş günü 
“Azərbaycan xalqı birləşməli öz müqəddəs 
torpaqlarını göz bəbəyi kimi qorumalıdır. 
Azərbaycan Respublikası iqtisadi və siyasi 
müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət 
uğrunda mübarizə aparmalıdır...” 
                                                                                                             
                                                    Ulu öndər Heydər Əliyev  
 Azərbaycan  Milli  QurtuluĢ  günü  -  Azərbaycan 
Respublikasında  rəsmi  bayramlardan  biridir.  1997-
ci  ilin  15  iyun  günündən  bayram  elan  edilib.  1997-ci  ildən  qeyd  olununan  bayrama 
1998-ci  ildən  dövlət  statusu  verilmiĢdir.  Tariximizə  Milli  QurtuluĢ  Günü  kimi  daxil 
olmuĢ 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox 
əzizdir.  Vətənini,  xalqını  sevən  həmin  çətin,  ağrılı  günlərin  dəhĢətlərini  yaĢayan, 
hadisələri  gözləri  ilə  görən  insanlar  üçün  15  iyun  əsl  qurtuluĢ  tarixi,  Azərbaycanda 
ölüm-dirim  mübarizəsinin  tarixidir.  Bu  tarixi  yaradan  isə  yenə  də  Azərbaycanın 
inkiĢafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan 
və xalqa arxa olan bir insandır - Heydər Əliyev. 1993-cü il iyunun 15-də Heydər Əliyev 
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli QurtuluĢ 
Günü  kimi  daxil  oldu.  Xalqın  tələbi  ilə  Milli  Məclis  1997-ci  ilin  iyununda  bu  günü 
bayram  elan  etdi.  Heydər  Əliyev  öz  gücünə,  təcrübəsinə  güvənən  dahi  siyasətçi  kimi 
dəfələrlə söylədiyi məĢhur kəlamına sadiq qaldığını sübut etdi ki, ―Azərbaycanın dövlət 
müstəqilliyi  əbədidir,  sarsılmazdır,  dönməzdir‖.  Beləliklə,  15  iyun  Azərbaycanın 
tarixinə  Milli  QurtuluĢ  Günü  kimi  daxil  oldu.  Hər  il  ulu  öndərimiz  -  Heydər  Əliyevin 
yenidən hakimiyyətə qayıdıĢı Milli QurtuluĢ günü kimi qeyd edilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

176 
 
15.Ümumdünya Külək Günü 
Bu qeyri adi bayramın keçirilməsi Avropa Külək Enerjisi Assosiasiyası və Ümumdünya 
Külək Enerjisi ġurası tərəfindən təklif olunmuĢdur. Keçirməkdə məqsəd dünya 
ictimaiyyətini maarifləndirmək, diqqətini bu məsələyə yönəltməkdir.
 
 
Külək enerjisi – küləyi meydana gətirən 
hava axınının sahib olduğu hərəkət 
(kinetik) enerjisidir. Alternativ 
enerji (bərpa olunan) mənbələrindən biri 
hesab olunur. Bu enerjinin bir hissəsi 
faydalı olan mexaniki və ya elektrik 
enerjisinə çevrilə bilər. Külək enerjisi 
digər alternativ enerji mənbələri olan 
günəĢ, hidroenergetika, geotermal və 
biokütlə enerjisindən özünün maya 
dəyərinə, ekoloji təmizliyinə və 
tükənməzliyinə görə ən sərfəlisidir. 
Küləyin gücündən çox köhnə illərdən 
bəri faydalanırlar . Külək gücündən ilk faydalanma Ģəkli olaraq yelkənli gəmilər və yel 
dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə 
iĢləri üçün də külək gücündən faydalanılmıĢlar.  Ġndiki vaxtda daha çox elektrik 
çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Elektrik enerjisi istehsalı üçün daha 
səmərəli texnologiyalardan biridir.  Külək qurğularının inĢasına ənənəvi elektrik 
stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan baĢqa, külək, 
əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək 
enerjisindən istifadə olunması energetikanın daha tez inkiĢaf edən sahələrindən biridir. 
Azərbaycan ərazisində əsasən Bakı, Sumqayit, AbĢeron, Binə, MaĢdağada külək 
enerjisindən istifadə etmək məqsədə uyğun sayılır. Azərbaycanın külək rejimi mürəkkəb 
xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə 
əlaqədardır.  
 
 
 
 
 
 
 
 
 
 
 

177 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin