MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

Şair E. Ağayev
 
Avqustun  31-i  Qubadlı  rayonunun  erməni 
qəsbkarları  tərəfindən  iĢğalı  günüdür.  Rayon 
1993-cü  ildə  erməni  iĢğalçılarının  əlinə  keçib. 
Sahəsi  80250  hektar  olan,  Zəngəzur  dağları  ilə 
Dağlıq  Qarabağ  silsiləsi  arasında  yerləĢən 
Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə 
yaradılıb.
 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyindən 
bildiriblər  ki,  rayon  ərazisində  müxtəlif  növ 
ağaclardan  ibarət  13160  hektar  dövlət  meĢə  fondu  mövcud  idi.  Qubadlı  rayonunda 
1500-1600 illər ərzində salınmıĢ nadir növlərdən olan 10-dan artıq iri diametrli ağaclar 
təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləĢən və 
sahəsi  20  min  hektar  olan,  zəngin  flora  və  faunaya  malik  Qubadlı  Dövlət  Təbiət 
Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quĢ növləri mühafizə olunurdu. 
Məlumatda  deyilir  ki,  erməni  iĢğalçıları  rayon  ərazisində  geniĢ  sahələri  əhatə  edən 
qiymətli  ağac  növlərindən  ibarət  meĢələri,  böyük  ehtiyata  malik  yeraltı  sərvətləri, 
mineral  maddələrlə  zəngin  su  mənbələrini  istismara  məruz  qoyub,  özünün  qeyri-adi 
flora  və  faunası  ilə  seçilən  təbiət  guĢələrini  dağıdıblar.  Qubadlı  rayonunda  61 
ümumtəhsil  məktəb,  84  kitabxana,  12  mədəniyyət  evi  və  44  klub,  7  avtoklub  əhaliyə 
xidmət  edib.  Rayonda  2  uĢaq-musiqi  məktəbi  də  fəaliyyət  göstərib.  Ümumilikdə  iĢğal 
nəticəsində rayonda olan 6988 yaĢayıĢ evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə, 86 
səhiyyə, 180 mədəniyyət, 6 sənaye  müəssisələri, 650 km avtomobil yolları, 9 körpü, 2 
su  anbarı,  150  kilometr  magistral  su  xətləri,  4830  km  elektrik  xətləri,  165  kilometr 
magistral  qaz  boru  xətti,  146  idarə,  müəssisə  binaları,  18  dəyirman,  4  su  nasos 
stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformator dağıdılmıĢ, 13365 hektar 
meĢə sahəsi iĢğal altında qalmıĢdır. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan 
Qubadlı  tarix-diyarĢünaslıq  muzeyini  də  talan  ediblər.  4-cü  əsrə  aid  ―Gavur 
dərəsi‖ndəki  ibadətgah,  5-ci  əsrə  aid  ―Qalalı‖  və  ―Göyqala‖  abidələri,  14-cü  əsrdə 
tikilmiĢ  ―Dəmirçilər‖  Türbəsi,  Hacı  Bədəl  körpüsü,  Laləzar  körpüsü,  eləcə  də  Əyin, 
Yusifbəyli,  Seytas,  Qarağaclı,  Xocamsaxlı  kəndlərindəki  digər  tarixi  abidələr  hazırda 
iĢğal altındadır. Erməni təcavüzü zamanı Qubadlı 5 il müddətində 238 Ģəhid verib, 146 
nəfər əlil olub. 
 
 
 
 

219 
 
Yubilyar yazıçı və şairlər 
 
10.Yazıçı Əlisa Nicatın anadan olmasının 80 illiyi (10.08.1931) 
Əlisa Nicatın " Mirzə Şəfi" romanı böyük Azərbaycan şairi Mirzə Şəfi Vazeh 
haqqında bioqrafik əsərdir. Roman "sənətkar və zaman " konsepsiyasının bir növ 
bədii ifadəsi  təsiri bağışlayır. 
Əlisa Nicat — Azərbaycan yazıçısı, 
 Fəlsəfə elmləri üzrə fəxri doktor 
Əlisa  Nicat  1936-cı  il  avqustun  10-da  Lerik  rayonunun  Zuvand 
mahalının  Yuxarı  Gədik  kəndində  doğulub.  1955-ci  ildə  Lənkəran 
Ģəhərinin  3  saylı  orta  məktəbini  bitirib.  1957-ci  ildə  Azərbaycan 
Dövlət  Universitetinin  filologiya  fakültəsinin  kitabxanaĢünaslıq 
Ģöbəsinə  daxil  olub,  1963-cü  ildə  oranı  tamamlayıb.  1955-ci  ildə 
―Ədəbiyyat və incəsənət‖, ―Bircə söz‖ adlı ilk Ģeiri çap olunub. 1959-cu ildə yazmağa 
baĢladığı  "QızılbaĢlar"  romanını  dövrün  yaratdığı  əngəllər  ucbatından  yalnız  1983-cü 
ildə  ―Yazıçı‖  nəĢriyyatında  çap  etdirə  bilib.  1961-ci  ildə  ―Gecəniz  xeyrə  qalsın, 
ulduzlar‖ adlı ilk hekayəsi, 1964-də ilk Ģeirlər kitabı olan "Yay axĢamı", 1970-ci ildə isə 
"Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəĢr edilib. 1967-1969-cu illərdə Azərbaycan 
radiosunun  "Gənclik"  və  "Ġncəsənət"  redaksiyalarında,  ardınca  ―Ekran‖  telefilm 
birliyində  fəaliyyət  göstərib.  1973-1983-cü  illərdə  ―Elm  və  həyat‖  jurnalında  redaktor 
və  Ģöbə  müdiri  vəzifəsində  çalıĢıb.  1983-1990-cı  illərdə  Lənkəranda  yaĢayıb  və  bu 
dövrdə  ―ZərdüĢt‖,  ―Əsarət  bayramı‖,  ―Gərəksiz‖  povestlərini  qələmə  alıb,  Plutarxın 
―Makedoniyalı Ġskəndər‖ (1982), Məhəmməd Tahirin  ―ġeyx ġamil‖ (1983) kitablarını 
tərcümə  edib.  1987-ci  ildə  povest  və  hekayələrin  toplandığı  ―Qəbilə  baĢçısı‖  kitabı, 
1990-cı ildə ―Gəncəli müdrik‖ romanı çap edilib. SSRĠ-nin süqutundan və müstəqilliyn 
əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəĢr etdirib. Müstəqillik 
dövründə  ―Nağıllara  dönən  tarix‖  (1993),  ―Ruhların  söhbəti‖  (1994),  ―Dünya 
sərkərdələri‖  (1995),  ―Dünya  filosofları‖  (1995),  ―Kədər  Ģərabı‖  (1997),  ―Dünya 
tarixçiləri‖  (1998),  ―Yüz  böyük  Azərbaycanlı‖  (1999),  ―Karvan‖  (2000),  ―Tarixin 
qürubu‖  (2009)  kitabları  çap  edilib.    Eyni  zamanda  bu  dövr  ərzində  ölkənin  tanınmıĢ 
mətbu  orqanlarında  çalıĢıb.  1999-cu  il  aprelin  28-də  AMEA-nın  Bəhmənyar  adına 
Fəlsəfə  və  Hüquq  institutunun  elmi  Ģurasının  qərarı  ilə  Əlisa  Nicata  səmərəli  elmi  və 
elmi-maarif  fəaliyyətinə  görə  fəlsəfə  elmləri  üzrə  fəxri  doktor  adı  verilib.  Qocaman 
fəlsəfə doktorunun bütün külliyyatı 50 cilddən ibarətdir.  
Əsərləri: ―Sasanilərin sonu‖, ―Ehramlar‖, ―Sarsılmaz Mir Cəfər‖, ―Mələklər və 
Ġblislər‖, ―Rza xan‖, ‖QızılbaĢlar‖, ‖Fenomen‖, ‖Satrap və demokrat‖, ‖Artakserks və 
Midya türkləri‖, ‖Əsrin mənzərəsi‖, ‖Gilan‖, ‖ġirvan‖, ‖Təbriz‖, ‖Çaldıran‖, ‖100 
böyük azərbaycanlı‖, ‖Sirli xəzinə‖, ―Yay axĢamı, ―Çənlibel‖, ―Bir qız, üç çinar‖, 
―Qırmızı buludlar‖, ―Nəğməyə dönmüĢ ömür‖, ―Gəncəli müdrik‖ və s. 
 
 
 

220 
 
10.Yazıçı, tərcüməçi Aydın Abdullayevin anadan olmasının 70 illiyi (1946-1995) 
 
Abdullayev  Aydın  Ələkbər  oğlu  –  nasir,  tərcüməçi,  1986-cı  ildən  Azərbaycan 
Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). 
 
1946-  cı  il  avqustun  10-da  Azərbaycanın  ġuĢa  Ģəhərində  qulluqçu  ailəsində  anadan 
olmuĢdur.  Bakıdakı  44  saylı  orta  məktəbi  bitirdikdən  sonra  ADU-  nun  ĢərqĢünaslıq 
fakultəsində təhsil almıĢdır (1964-1970). Misir və Yəmən Ərəb Respublikasında Dövlət 
Təhlükəsizliyi  Komitəsində,  Milli  Təhlükəsizlik  Nazirliyi  sistemində  (1974-1993), 
Azərbaycan Respublikası Ali Sovetində çalıĢmıĢdır (1994- cü ildən). 
Ədəbi  fəaliyyətə  1966-cı  ildən  ―Göyərçin‖  jurnalında  dərc  olunan  ―Təəccüblənmə, 
Elxan‖  adlı  hekayəsi  ilə  baĢlamıĢdır.  Bundan  sonra  dövri  mətbuatda  müntəzəm  çıxıĢ 
etmiĢdir. Bədii tərcümə ilə də ardıcıl məĢğul olmuĢdur. Xidmətlərinə görə dörd medalla 
təltif olunmuĢdur. 1995- ci il dekabrın 15- də Bakı Ģəhərində vəfat etmiĢdir.  
 
Əsərləri: ―Nübar‖ (1980), ―Dağlar o dağlar deyil‖(1984), ―Gərək belə görüĢməyəydik‖ 
(1988) və s. 
 
Tərcümələri:‖Qrim qardaĢları‖ (1980), M. Steyqa ―Arxadan gələn addım səsləri‖ 
(povest) (1981), Ġ. Pivovarova ―Üç minus və ya 5 ‖A‖ sinfində əhvalat (1982), K. 
ÇilaĢvili ―Bizim ev‖ (1982), Y. Korçak ―Kral I Matius‖ (1986), K. Sayan ―Taxta 
baĢmaqlar‖, ―Stendal ―Qırmızı və qara‖ (1995) və s.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

221 
 
 
12.Yazıçı Ələviyyə Babayevanın anadan olmasının 95 illiyi (1921-2014) 
  
“Məndən soruşsalar ki,  Elmi bədii ədəbiiyat əsəri necə olur? Mən  deyərdim ki,  
Ələviyyə Babayevanın əsərlərini oxuyun.” 
                                                                                                              Əkrəm Cəfər 
 
 
 
Babayeva Ələviyyə Hənifə qızı — nasir, tərcüməçi, ssenari 
müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979). 
 
Ələviyyə  Babayeva 1921-ci  il 12  avqustda Bakıda anadan 
olmuĢdur.  Orta  məktəbi  bitirdikdən  sonra ADU-nun  fılologiya 
fakültəsində təhsil 
almıĢdır. 
Ədəbi 
fəaliyyətə 1936-cı 
ildə ―Ədəbiyyat  qəzeti‖ndə dərc  olunmuĢ  ―Ġki  həyat‖  adlı 
hekayəsi  ilə  baĢlamıĢdır.  Hekayə,  povest  və  romanlar  yazmaqla  yanaĢı,  müasir  rus 
ədəbiyyatından tərcümələr etmiĢdir. A.Qaydarın ―Uzaq ölkələr‖ (1950), V.Biankinin ―Ġz 
ilə‖ (1947), ―Ayı balası‖ (1959), ―Qırmızı təpə‖ (1963), K.Paustovskinin ―Oğru piĢik‖ 
(1951),  V.Q.Korolenkonun  ―Satın  alınmıĢ  uĢaqlar‖  (1962),  Y.Sotnikin  ―Əcaib  quĢ‖ 
(1964),  V.Astafyevin  ―Ulduz  xəzanı‖  (1970),  Y.ÇaruĢinin  ―Nikitanın  oyuncaqları‖ 
(1984)  və  b.  onun  tərcüməsində  kütləvi  tirajla  çap  olunmuĢdur. ―Azərbaycan  qadını‖ 
jurnalında məsul  katib  (1951-1973),  ―Gənclik‖  nəĢriyyatında  müasir  ədəbiyyat 
Ģöbəsinin 
müdiri 
(1973-1976), 
sonra 
baĢ 
redaktor 
(1976-1985) 
olmuĢdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir 
çox yerlərində ədəbi tədbirlərdə iĢtirak etmiĢdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul 
komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuĢdur. 23 sentyabr 2014-cü ildə 
vəfat etmiĢdir. 
Əsərləri: ―Mənim müəlliməm‖ (1950), ―Hekayələr‖ (1951), ―Tək ağac‖ (1957), ―Kənd 
yolları‖ (1958), ―Payızda‖ (1960), ―Mən tək deyiləm‖ (1962), ―Kənd yollarında 
səyahət‖ (1962), ―Yenə bahardı‖ (1963), ―Kölgə‖ (1964), ―Tut ağacı‖ (1967), ―Süsən 
sünbül‖ (1968), ―Hörüklər‖ (1968), ―Povestlər‖ (1969), ‖Adamlar və talelər‖ (1973), 
―Böyürtkən mürəbbəsi‖ (1971), ―Sehirli pillələr‖ (1974), ―Hardasan dost, harda‖ 
(1977), ―Səni axtarıram‖ (1985), ―Küləyin tərkində‖ (1983), ―Yanar su‖ (1986), ―Anadil 
ağlayırdı‖ (1987), ―Açar‖ (1991), ―SeçilmiĢ əsərləri‖ (iki cilddə), ―Darıxıram a dağlar‖ 
(povestlər), ―Əlvida‖  (roman) (1994), ―Bəlkə sabah olmadı‖ (roman) (1996), 
―Rəngbərəng yuxular‖ (publisist povest) (2000), ―Son döngə‖ (roman) (2000), ―Dəli 
Sona‖ (roman) (1998), ―Cırtdan Ģəhərdən qaçıb‖ (povest və hekayələr) (2001) və s. 
Filmoqrafiya: Dınqıl, sazım, dınqıl (film, 1976), SehrlənmiĢ küpə (film, 1979) 
 

222 
 
12.Xalq şairi Qabilin anadan olmasının 90 illiyi (1926-2007) 
"Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. 
Doğrudan da, o çox böyük iş idi və Qabil bu işi gördü. Bu həqiqətən, dövlət 
mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin 
fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi 
deyil. Qabil bunun öhdəsindən gəldi".  
                                                                                                                           Ulu öndər Heydər Əliyev
 
Qabil Allahverdi oğlu İmamverdiyev — Azərbaycan 
Respublikasının Xalq Şairi. 1949-cu ildən AYİ-
nin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), 
Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1984)
"Şöhrət" ordeni (1996), "İstiqlal" ordeni (2006), "Əmək 
igidliyinə görə" medalı, Azərbaycan Ali Soveti Rəyasət 
Heyətinin Fəxri Fərmanı (1980), Ədəbiyyat Fondunun Rəsul 
Rza mükafatına layiq görülmüşdür (1998). 
Qabil 
Ġmamverdiyev  12  avqust   1926-ci  ildə   Bakı   Ģəhərində  anadan 
olmuĢdur.   Azərbaycan  Dövlət  Pedaqoji  Ġnstitutunun nəzdində  olan  hazırlıq  kursunda 
orta  təhsil  alıb,  institutun  dil  və  ədəbiyyat  fakültəsinə  daxil  olmuĢdur  (1944-
1948). Moskvada Maksim  Qorki  adına  Ədəbiyyat  Ġnstitutu nəzdində  olan  ikiillik  ali 
ədəbiyyat  kurslarında  müdavim  olmuĢdur. "Azərbaycan"  jurnalı redaksiyasında  Ģeir 
üzrə  ədəbi  iĢçi,  baĢ  redaktorun  müavini  (1975-1979)  vəzifələrində  iĢləmiĢdir. 
AYB Ağsaqqallar ġurasının sədri olmuĢdur. Daim poetik duyğularla qəlbində Vətəninə, 
millətinə  tükənməz  məhəbbəti  olan  Qabil  böyük  ictimai  hisslər,  duyğularla,  gərgin 
zəhməti  və  yaradıcılıq  axtarıĢları, canlı  həyat  müĢahidələri ilə vicdanla xalqına  xidmət 
etmiĢdir. Böyük çağdaĢ Ģairimizi xalqa sevdirən bu cəhətlər içərisində ən baĢlıcası Qabil 
poeziyasına  uğur  gətirən  cəhət-  yüksək  vətəndaĢlıq  mövqeyinin  bu  poeziyada  güclü 
Ģəkildə poetik doğruluqla ifadə edilməsidir. Qabilin dillər əzbəri olan atalar sözü, zərb 
məsəllər  kimi  əks-səda  verən  misraları,  rübailəri,  beytləri,  ayrı-ayrı  Ģeirləri  bunu 
deməyə  əsas  verir. Xalqının,  millətinin  problemlərini  bir  an  da  olsun  nəzərindən 
qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə çalıĢan Qabil Ģeirləri 60 illik bir 
dövrdə  Azərbaycan  xalqının  ictimai-  siyasi  həyatının  bədii  salnaməsidir. Qabil 4 
aprel 2007-ci ildə Bakıda vəfat etmiĢdir. 
Əsərləri:  ―SeçilmiĢ  əsərləri‖  (2004),  ―Mənim  mavi  Xəzərim‖ (1959),  ―Ömrüm 
boyu‖ (1962),  ―Nəsimi‖  (1980)   (I-III  kitab),  ―Ömrün  həbləri‖ (1989),  ―Ġlahi 
qisməti‖ (2001), ―Dostlarım, tanıĢlarım‖ (2002), ―Səhər açılır‖, ―Bol məhsullu tarlada‖, 
―Küləkli havalarda‖, ―VətəndaĢ sərniĢinlər‖, ―Nağaraçı‖, ―Təmizlik‖ və s.  
Filmoqrafiya: Qabil (film, 2001) 
 
 

223 
 
18.Ədəbiyyatşünas Kamil Vəliyevin anadan olmasının 70 illiyi (1946) 
“Milli özünüdərk prosesində anadilli ədəbiyyatın varlığı mühüm şərtdir. Və belə bir 
ədəbiyyat qabaqcıl qayələrin ifadəsinə çevrildikdə, xalqın duyğularını real şəkildə əks 
etdirəndə öz yüksək vəzifəsini həyata keçirmiş olur.” 
                                                                                                                                        Kamil Vəliyev 
 
Vəliyev Kamil Nəriman oğlu— filologiya elmləri doktoru 
 Kamil 
Vəliyev 
Nəriman 
oğlu 18 
avqust 1946-cı 
ildə Cəbrayıl rayonunda  anadan  olmuĢdur.  1965-ci  ildə  orta 
təhsilini  baĢa  çatdırmıĢdır. 1970-ci  ildə ADU-nun  filologiya 
fakültəsini fərqlənmə diplomu ilə bitirmiĢ və həmin il universitetdə 
müəllimliyə 
baĢlamıĢdır. 1988-ci 
ildə professorluq dərəcəsi 
almıĢ, 1988-1999-cu  illər  arasında  universitetdə  Azərbaycan 
dilçiliyi  kafedrasına  rəhbərlik  etmiĢ,  Böyük  Elmi  ġuranın  üzvü 
olmuĢdur. 1990-cı ildə Konya Səlcuq Universitetinin fəxri doktoru adını almıĢdır. 1991-
1992-ci  illərdə Ġzmir  Universitetində, 1999-2000-ci  ildə ġimali  Kiprin Doğu  Ağdəniz 
Universitetində  dərs  demiĢdir.  Türkiyənin  nüfuzlu  elmi  təĢkilatlarından Türk  Dil 
Qurumunun, Atatürk  Kültür  Mərkəzinin və Türk  Folklor  Qurumunun fəxri  üzvüdür. 
Azərbaycan  Yazıçılar  Birliyinin, Ali  Attestasiya  Komissiyasının  ekspertlər  Ģurasının 
üzvü olmuĢdur. 30 kitabın, 500-dən çox məqalənin müəllifidir. Dünyanın 20-dən artıq 
ölkəsində elmi konfranslarda çıxıĢ etmiĢdir. 1993-cü ildə Azərbaycan Respublikası BaĢ 
nazirinin  müavini  vəzifəsində  iĢləmiĢdir.  1998-ci  ildə  elmi  araĢdırmalarına 
və Azərbaycan ilə Türkiyə arasındakı 
münasibətlərin 
inkiĢafına 
görə 
Türkiyə 
Respublikası prezidentinin fərmanı ilə Türkiyə Cümhuriyyəti "ġərəf və Ləyaqət niĢanı" 
ilə  təltif  edilmiĢdir. 2002-ci  ildə  xidmətlərinə  görə  Türkiyə  Nazirlər  Kabineti  yanında 
Türk  ƏməkdaĢlıq  və  ĠnkiĢaf  Agentliyinin,  Türk  Dil  Qurumunun  mükafatlarını 
almıĢdır.   2004-cü  ildə Bilkənd  Universiteti və Türk  Mədəniyyətinə  Xidmət 
Vəqfi tərəfindən  dünyaca  məĢhur  dörd  elm  və  mədəniyyət  xadimi  ilə  birgə 
mükafatlandırılmıĢdır.  Həmin  il Qırğızıstanda Çingiz  Aytmatov  Akademiyasının  fəxri 
üzvü  seçilmiĢdir.  2006-cı  ilin  dekabrında Türk  Dil  Qurumunun, Konya  Səlcuq 
Universitetinin, Karaman  Bələdiyyəsinin,  Hüseyn  Qazi  Vakfının  və  BaĢbakanlıq 
yanında 
Avraziya 
Mərkəzinin 
ödüllərini 
almıĢdır. 
Hazırda 
Türkiyənin 
Ġstanbul Yedditəpə  Universitetində  dərs  deyir  və Azərbaycan-Avrasiya  AraĢdırmaları 
Mərkəzinə rəhbərlik edir. Ailəlidir,  iki oğlu var. 
Əsərləri:
 
Böyük mütəfəkkir M. F.Axundzadə ―Fikir karvanı‖ (1984) və s.  
 
 
 
 
 

224 
 
19.Şair Camal Yusifzadənin anadan olmasının 75 illiyi (1941) 
"Camal Yusifzadənin şeirləri mənə sadəliyi, sözlərin təbii duyumu ilə Sabirin "Gəl, 
gəl, a yaz günləri", "Dərsə gedən bir uşaq" şeirini xatırlatdı. Belə şeirlər çox olsun. 
Bu şeir nəğmə adlanır. Bu, doğrudan da, nəğmədir. İndi bir Fikrət, bir Cahangir, bir 
Seyid lazımdır ki, onu musiqi dilində səsləndirsin. Mənim fikrimcə, Camal uşaqlar 
üçün yaxşı şeirlər yaza bilər."
    
                                               
                                                                                                    
Xalq şairi Rəsul Rza 
 
Bağırov Camal Yusif oğlu - şair,  dramaturq, nasir,  
1978-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,  
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979). 
 
Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran Ģəhərində anadan olmuĢdur. Orta 
məktəbi  bitirdikdən  sonra  Bakıda  ADU-nun  tarix  fakültəsində  təhsil  almıĢdır  (1960-
1965). Tələbəlik illərində bədii yaradıcılığa baĢlamıĢ, ilk Ģerini 1963-cü ildə Lənkəranda 
çıxan  "Leninçi"  qəzetində  dərc  etdirmiĢdir.  Sonra  Bakıda  Azərbaycan  Sovet 
Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində iĢləmiĢdir (1966-
1972). ―Ədəbiyyat və incəsənət‖ qəzeti redaksiyasında teatr, kino və musiqi Ģöbəsində 
ədəbi  iĢçi,  sonra  Ģöbə  müdiri  olmuĢdur  (1972-1990).  Televiziya  və  Radio  VeriliĢləri 
ġirkətində  ədəbi  dram  veriliĢləri  baĢ  redaksiyası  baĢ  redaktorunun  müavini  olmuĢdur 
(1991-1998). 1998-ci il-dən həmin Ģirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin 
baĢ  redaktorudur.  Onun  ―Dağlar  arxasız  olmur‖,  ―Ġtil  getlər‖,  ―Kim  dəli,  kim  ağıllı‖, 
―Ölümü  köynəkdən  keçirən  oğul‖,  ―Sabaha  ömür  payı  qazananlar‖  və  s.  pyesləri 
tamaĢaya  qoyulmuĢdur.    Camal  Yusifzadənin  doqquz  kitabı  çapdan  çıxıb.  Onun  həm 
erudisiyasına, həm insani əxlaqına, həm də sözə sədaqətinə heyran olmamaq mümkün 
deyil. 
Əsərləri: ―Lənkəran nəğməsi‖ (1970), ―Atlılar, qanadlılar‖ (1975),‖Yol içində milyon 
seçdik‖ (1980), ―Payızdan gələnlər‖ (1983), ‖Ümiddən keçən yol‖ (1988), ―Küləyi 
döymək olmaz‖ (1993) və s.  
Filmoqrafiya:AbĢeron lövhələri (film, 2004), Ağaxan (film, 2006), Ana duasından 
baĢlanan yol (film, 2001), AĢıq Məhəmməd Sadaxlı (film, 2003), AĢiqlər (film, 2008) 
AtəĢgah (film, 2001), Ayna (film, 2000), Azərbaycan çayı (film, 2003), Azərbaycan 
çinisi (film, 2000), Azərbaycan üzümü (film, 2002), Bakı SOS UĢaq Kəndi (film, 2001) 
BaĢmaq (film, 2001), Bir ocağın nuru (film, 2001), Bizim qəribə taleyimiz (film, 2005) 
Çiçi xalçaları (film, 2002), Çinarlı Ģəhərin generalları (film, 1999), Dan ulduzu, tale 
ulduzu (film, 2001), DaĢları dindirən alim (film, 2001), Dədə Qorqud axtarıĢında (film, 
2000), DədəgünəĢ (film, 2000), DönüĢ (film, 1999), Əsrin Ģahidi (film, 2002), Əzizə 
Cəfərzadə (film, 1999), Əzvay (film, 2005), Firəngiz Əlizadə. Lüsern-99 (film, 1999). 
 

225 
 
26.Yazıçı, dramaturq Əzim İsmayıllının  anadan olmasının 80 illiyi (1936) 
 
İsmayıllı  Əzim  İsfəndiyar  oğlu  –  nasir,  dramaturq, 
ədəbiyyatşünas, 1973- cü ildən Azərbaycan Yazıçılar Birliyinin 
üzvü,  Jurnalistlər  Birliyinin  üzvü  (1962),  ―Araz‖  ali  ədəbi 
mukafat laureatı. 
 
 
 
 
1936-  cı  il  avqustun  26-da  Azərbaycanda  Ġsmayıllı  rayonundakı  Lahıc  qəsəbəsində 
ziyalı  ailəsində  anadan  olmuĢdur.  Ġsmayıllı  Ģəhərində  1  saylı  orta  məktəbi  bitirmiĢdir 
(1954).  Azərbaycan  Dövlət  Universitetinin  jurnalistika  Ģöbəsində  təhsilini  davam 
etdirmiĢdir  (1954-1960).  Əmək  fəaliyyətinə  Azərbaycan  Dövlət  Televiziya  və  Radio 
VerliĢləri redaksiyasının satira və yumor Ģöbəsində Ģtatdankənar müxbir, eyni zamanda 
―Elm‖ nəĢriyyatında korrektor kimi baĢlamıĢdır (1960). Bədii yaradıcılığa 50-ci illərdən 
baĢlamıĢdır.  Ġlk  hekayəsi  ―Qocalıqda  yorğalıq‖  1957-ci  ildə  ―Gənclik  nəğmələri‖ 
almanaxında dərc olunmuĢdur. Bundan sonra dövri mətbuatda vaxtaĢırı çıxıĢ etmiĢdir. 
Tbilisidə  ―Merani‖  nəĢriyyatının  buraxdığı  ―ÇeĢmə‖  (1980)  ədəbi  məcmuəsinin 
tərtibçisi  və  müəlliflərindən  biridir.  Əzim  Ġsmayıllı  Gürcüstanda  yaĢayıb-yaradan 
azərbaycanlı  yazıçıların  Gürcüstan  Yazıçılar  Ġttifaqı  nəzdində  yaranmıĢ  ―Dan  Ulduzu‖ 
ədəbi  birliyinə  rəhbərlik  etmiĢdir  (1985-  ci  ildən).  Eyni  zamanda  ―Dan  ulduzu‖  ədəbi 
toplusunun  tərtibçisi  və  redaktorudur  (1987-1989-1990).  ―XX  əsrin  30-40-cı  illərində 
Gürcüstanın  Azərbaycan  mətbuatında  ədəbiyyat  məsələləri―  mövzusunda  tədqiqatla 
məĢğul  olmuĢdur.  Bir  sıra  elmi  məqalələri  qəzet  və  jurnallarda  dərc  olunmuĢdur.  ―Bir 
cüt bənövĢə‖, ―Ölülər və dirilər‖, ―Kölgələr iĢıqlanır‖, ―Göz dağı‖, ―Gizli düĢmən‖ və 
sair pyes və ssenariləri vardır. Türkiyədə Əski Ģəhərdə Yunis Ġmrənin 750 illik yubileyi 
münasibəti ilə keçirilən konqresdə Atatürk qızıl medalına, ―Araz‖ ali ədəbi mükafatına 
layiq  görülmüĢdür.  Beynəlxalq  Anamur  poeziya  festivalının  qalibidir.  Əsərləri  xarici 
ölkə  xalqlarının  dillərində  nəĢr  olunmuĢdur.  Xidmətlərinə  görə  2  medalla  təltif 
edilmiĢdir.  
Əsərləri: ―Nəfəs‖ (1966), ―Qanlı qaya‖ (1989), ―Dünənki anım‖ (1989) və s. 
 
 
 
 
 
 
 
 
 
 
 

226 
 
27.Yazıçı, dramaturq Seyfəddin Dağlının anadan olmasının 95 illiyi (1921-1983) 
“Ötən əsrin ortalarında “yandırdığı “Məşəl”in odu elə sönməz oldu ki, onun hər 
parçasından qopan qığılcım bu yazıçını sevən oxucuların qəlbinə nur kimi axdı. Bir 
vaxt bu dünyada var olmuş Seyfəddin Dağlını unudulmağa qoymadı. Əslində, bu işıq 
payı unudulmaz yazıçının Vətənə, torpağa, millətə bağlı ürəyinin sevdiyi insanlara 
əbədi ərməğanı oldu.”                                                                        
Flora Xəlilzadə 
Yazıçı,  dramaturq  Seyfəddin  Dağlı  26.08.1981-  ci  ildə 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin