MƏDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adına respublika uşAQ


Yubilyar yazıçı və şairlər



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix31.01.2017
ölçüsü12,77 Mb.
#7089
1   ...   27   28   29   30   31   32   33   34   35

Yubilyar yazıçı və şairlər 
ġair Tofiq Mahmudun 85 illiyi (06.11.1931-04.04.1997) 
ġair BalaĢ Azəroğlunun 95 illiyi (07.11.1921-24.04.2011) 
ġair Ġbrahim Göyçaylının 80 illiyi (12.11.1936-24.02.2007) 
Yazıçı, ədəbiyyatĢünas AqĢin Babayevin 80 illiyi (23.11.1936) 
ƏdəbiyyatĢünas, tənqidçi Əli Nazimin 110 illiyi  (24.11.1906-1941) 
Xarici ədəbiyyat 
Rus Ģairi, alim, rəssam M.V.Lomonosovun 305 illiyi  (19.11.1711-1765) 
İncəsənət 
Xalq artisti Mərziyə Davudovanın 115 illiyi (25.11.1901-06.01.1962) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

281 
 
Əlamətdar tarixi günlər və bayramlar 
 
6.  Televiziya və Radio günü 
“Qarabağ  müharibəsi  dövründə  Azərbaycan  həqiqətlərini  beynəlxalq  arenaya 
çıxırılmasında dövlət televiziyasının müstəsna xidməti olmuşdur.”  
                                                                                                                Ulu öndər Heydər Əliyev 
 
Azərbaycanda hər il 6 noyabr - Radio və 
Televiziya ĠĢçilərinin peĢə bayramı günü 
kimi qeyd olunur. 1926-cı il noyabrın 6-
da 
Azərbaycan 
radiosu 
fəaliyyətə 
baĢlayıb  və  o  gündən  sözügedən  tarix 
radio iĢçilərinin peĢə bayramı günü kimi 
qeyd  olunur.  Azərbaycan  Televiziyası 
yaranandan 
sonra 
bu 
tarix 
təkcə 
radionun  deyil,  həm  də  teleradionun 
yaranma günü kimi qeyd olunmağa baĢlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı 
ilin  14  fevralında  efirə  çıxıb.  Ġlk  veriliĢ  günü  ekranda  mərhum  sənətkarımız  Nəcibə 
Məlikova görünüb və çıxıĢına ―Göstərir Bakı‖ kəlməsilə baĢlayıb. Həmin gün ekranda 
«Bəxtiyar»  bədii  filmi  göstərilib.  60  il  əvvəl  Zaqafqaziya  ölkələri  arasında  ilk  dəfə 
Bakıda  ağ-qara  rəngdə  göstərən  televiziya  fəaliyyətə  baĢlayıb.  Bu  gün  Azərbaycanda 
televiziyanın  yaranmasından  90  il  ötür.  1956-cı  il  fevralın  14-də  Azərbaycan  Dövlət 
Televiziya  və  Radio  veriliĢləri  Qapalı  Səhmdar  Cəmiyyəti,  yəni,  AzTV  yayıma 
baĢlayıb.  Yenicə  yayıma  baĢlayan  televiziya  ilk  vaxtlar  yalnız  Bakı  və  Sumqayıtda 
göstərib. Təxminən 1 il sonra isə əhatə dairəsi geniĢlənib, Salyan, Quba, Kürdəmir və 
baĢqa  rayonlarda  da  TV-ni  seyr  etmək  mümkün  olub.  Bütün  rayonlara  yayımın 
gecikməsi  isə  həmin  vaxt  teleqüllənin  istifadəyə  verilməməsi  ilə  bağlı  idi.  Sonralar 
istifadəyə  verilən  teleqüllə  cəmiyyət  üçün  yenilik  oldu  və  Azərbaycanda  televiziyanın 
simvoluna  çevrildi.  Hündürlüyü  180  metr  olan  teleqüllə  artıq  yoxdur.  Yeni  televiziya 
qülləsi  inĢa  edildikdən  sonra  köhnəsi  hissə-hissə  söküldü.  Dövlət  televiziyası 
Azərbaycan  teleməkanına  texniki  uğurlarla  yanaĢı  yaradıcılıq,  telejurnalistikanın 
inkiĢafı  baxımından  da  yeniliklər  gətirib.  Sovet  dövründə  dövlət  televiziyası 
Azərbaycan  dilinin  təbiliğində  əvəzsiz  rol  oynayıb.  Azərbaycanın  ilk  elektron  mətbu 
orqanı müstəqillik illərində də ciddi iĢlər görüb.  
 
 
 
 
 
 
 
 

282 
 
8. Bakı Metropoliteni işçilərinin peşə bayramı  
 
 Noyabrın  8-i  Bakı  Metropoliteni  iĢçilərinin 
peĢə  bayramı  günü  kimi  qeyd  olunur.  Hələ 
1932-ci  ildə  Bakı  Ģəhərinin  inkiĢafının  baĢ 
planının 
ilkin 
variantlarında 
yerüstü 
nəqliyyatın  iĢini  yüngülləĢdirmək  və  Ģəhərin 
darısqal  küçələrini  tramvay,  trolleybus  və 
avtobus  nəqliyyatından  təmizləmək  üçün  ən 
sürətli  və  rahat  nəqliyyat  növünün  - 
metropolitenin  tikintisi  qərara  alınmıĢdı. 
Lakin  bir  qədər  sonra  baĢlanan  1941-1945-ci 
illər  müharibəsi  həmin  niyyətlərin  həyata 
keçməsinə  mane  oldu.  Yalnız  1947-ci  ildə,  dağıdıcı  müharibədən  2  il  sonra  hökumət 
layihə-axtarıĢ  iĢlərinin  aparılmasının  baĢlanması  barədə  qərar  qəbul  etdi.  1949-cu  ildə 
metropolitenin  tikinti  bazasının  yaradılmasına,  1954-ci  ildə  isə  birinci  xəttin  texniki 
layihəsi təsdiq olunur və metropolitenin 12,1 kilometrlik xəttinin inĢasına baĢlanır. BaĢ 
yolun xətləri dəniz sahilindən 500-700 metr aralı keçərək buxtaya paralel surətdə uzanıb 
gedirdi.  1953-cü  ildə  tikinti  iĢləri  müvəqqəti  dayandırılır  və  yalnız  1960-cı  ildə  bərpa 
olunur. Bu da Bakı Metropoliteninin istismara verilməsini xeyli gecikdirir. 1966-cı ildə 
Bakı  Metropoliteni  Ġdarəsi  yaradılır.  1967-ci  il  noyabrın  6-da  Bakı  Ģəhərində 
metropolitenin  5  stansiyası  fəaliyyət  göstərirdi.  1967-ci  il  noyabrın  25-dən 
metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti baĢlandı. Hazırda Bakı 
Metropoliteninin 23 stansiyası vardır - ―Həzi Aslanov‖, ―Əhmədli‖, ―Xalqlar dostluğu‖, 
―Neftçilər‖,  ―Qara  Qarayev‖,  ―Koroğlu‖,  ―Ulduz‖,  ―Bakmil‖,  ―N.Nərimanov‖, 
―Gənclik‖,  ―C.Cabbarlı‖,  ―Xətai‖,  ―28  may‖,  ―Nizami‖,  ―Emlər  Akademiyası‖, 
―ĠnĢaatçılar‖, ―20 Yanvar‖, ―Memar Əcəmi‖, ―Sahil‖, ―ĠçəriĢəhər‖, ―Nəsimi‖, ―Azadlıq 
prospekti‖  və  ―Dərnəgül‖.  Bu  stansityalardan  14-ü  ulu  öndər  Heydər  Əliyevin  Bakı 
metrosuna  böyük  diqqət  və  qayğısı  sayəsində  tikilərək  istifadəyə  verilmiĢdir.  Ulu 
öndərin  daxili  və  xarici  siyasətini  uğurla  davam  etdirən  Prezident  Ġlham  Əliyev  də 
Metropolitenə  daim  diqqət  və  qayğı  ilə  yanaĢır.  Məhz  dövlətimizin  baĢçısının  beĢ  il 
öncə  imzaladığı  Sərəncam  əsasında  8  noyabr  Bakı  Metropoliteni  iĢçilərinin  peĢə 
bayramı günü kimi təsdiq olunmuĢdur.  
 
 
 
 
 
 
 
 
 
 

283 
 
 9. Dövlət Bayrağı günü 
 
 “Bayrağımız  eşidilən  səsimiz,  duyulan  nəfəsimizdir.    Bizim  bayrağımız  qürur 
mənbəyimizdir.  Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  sonra 
Azərbaycanın  Dövlət  Bayrağı  milli  suverenliyin  simvolu  kimi  ölkəmizin  bütün 
vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq 
Cumhuriyyətinin  yadigarı  olan  bu  bayraq  bizim  azadlıq  məfkurəsinə, milli  -  mənəvi 
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”                                         
                                   
                                                                                                              İlham Əliyev
 
                                                                                      Azərbaycan Respublikasının Prezidenti 
 
Azərbaycan  Respublikasının  Dövlət    bayrağı 
Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 
 
Bu  gün  Azərbaycan  Respublikası  üzərində 
dalğalanan müqəddəs Dövlət Bayrağımız-  milli 
bayrağımız  ilk  dəfə  1918-ci  il  noyabrın  9-da 
Bakıda,  Azərbaycan 
Xalq 
Cümhuriyyəti 
Nazirlər  ġurasının  yerləĢdiyi  binada   qəbul 
edilmiĢdir.  Müstəqil  Azərbaycanın  dövlət 
bayrağındakı  üç  rəngin  ifadə  etdiyi  və  XX 
əsrin  
əvvəllərindəki 
milli 
istiqlal 
ideologiyamızın  üç  təməl  prinsipini  təĢkil  edən 
―Türkçülük, 
islamçılıq 
və 
müasirlik‖ 
düsturunun  müəllifi  görkəmli  Azərbaycan 
mütəfəkkiri  Əli  Bəy  Hüseynzadədir.  Azərbaycan  Respublikasının  dövlət 
bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 
75-ci  maddələri,  ―Azərbaycan  Respublikasnın   Dövlət  bayrağı   haqqında‖ 
Azərbaycan  Respublikasının  Qanunu,  eləcə  də,  həmin  Qanunla  təsdiq  edilmiĢ 
―Azərbaycan  Respublikasının   Dövlət  bayrağı   haqqında  Əsasnamə‖  əsasında 
tənzimlənir.  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının  rəngli  və  sxematik 
təsviri  adı  çəkilən  Qanun  və   Əsasnamə  ilə  təsdiq  edilmiĢdir.  Əsasnaməyə  görə 
Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç 
üfüqi  zolaqdan  ibarət  düzbucaqlı  parça  Ģəklindədir:  üst  zolaq  mavi  rəngdə,  orta 
zolaq qırmızı rəngdə, aĢağı zolaq yaĢıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı 
zolağın ortasında ağ rəngli aypara və səkkizguĢəli ulduz təsviri vardır.  
 
 
 
 
 
 
 

284 
 
10.Ümumdünya Gənclər günü 
 
“Azərbaycan  gəncləri  Azərbaycanın  gələcəyidir.  Qarşımızda  duran  vəzifələrdən  biri 
də gəncliyi daha yaxşı hazırlamaqdan, tərbiyə etməkdən ibarətdir. Cəmiyyətin gələcək 
tərəqqisi  bir  çox  cəhətdən  indi  gənclərimizə  nəyi  və  necə  öyrətməyimizdən  asılı 
olacaqdır.” 
                                                                                                          Ulu öndər Heydər Əliyev 
 
10  Noyabr  -Ümumdünya  gənclər  günüdür. 
Bu  günün  qeyd  olunması  barədə  qərar 
Ümumdünya 
Demokratik 
Gənclər 
Federasiyası  tərəfindən  1945-ci  ilin  29 
oktyabr  Londonda  keçirilən  konfransda 
qəbul 
edilib. 
Gənclər 
təĢkilatlarının 
beynəlxalq  birliyi  özündə  siyasi,  milli 
mənsubiyyətindən  asılı  olmayaraq  bir  çox 
müxtəlif  gənclər  təĢkilatını  birləĢdirir.  Federasiya  bütün  dünyada  sülh,  gənclərin 
hüquqları,  xalqların  müstəqilliyi,  qabaqcıl  gənclərin  beynəlmiləl  həmrəyliyi  uğrunda 
mübarizə  aparır.  Bununla  belə  müasir  dövrdə  gənclər  bir  sıra  problemlərlə  üzləĢirlər. 
Gənclər  günü  MDB  məkanında  və  ġərqi  Avropa  ölkələri  arasında  ilk  dəfə  olaraq 
Azərbaycanda  keçirilib.  1996-cı  ildən  sonra  isə  bu  günü  bütün  MDB-də  geniĢ  Ģəkildə 
qeyd  edirlər.  Dünyadakı  əmək  qüvvəsinin  dörddə  birini  gənclərin  təĢkil  etdiyi  müasir 
dövrdə  iĢsizlərin  yarısı  məhz  onların  payına  düĢür.  Əmək  bazarları  gənclərin  yaxĢı 
perspektivli iĢlərlə təmin etməkdə böyük çətinlik çəkir. Hazırda dünyada 25 yaĢa qədər 
olan  3  milyard  insan  var.  Gənclərlə  bağlı  digər  mühüm  sənəd  2002-ci  ilin  9  aprelində 
qəbul  edilən  ―Gənclər  siyasəti  haqqında‖  qanundur.  Bu  qanun  Azərbaycan 
Respublikasında gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təĢkilati-hüquqi 
əsaslarını  müəyyən  edir,  bu  sahədə  yaranan  münasibətləri  tənzimləyir.  Ümummilli 
liderimiz  Heydər  Əliyevin  dediyi  kimi,  Azərbaycan  gəncləri  ―Sağlam  düĢüncəli 
gənclərdir,  vətənpərvər  gənclərdir,  xalqını,  millətini  sevən  gənclərdir.‖  Inanırıq  ki,  bu 
gənclik  böyük  azərbaycanlı  Heydər  Əliyevin  ideyalarını  ölkəmizin  baĢçısı  Ġlham 
Əliyevin  rəhbərliyi  altında  gerçəkləĢdirəcək,  inkiĢaf  etdirəcək  daha  iĢıqlı  gələcəyə 
aparacaq.  
 
 
 
 
 
 
 
 
 

285 
 
12.Azərbaycan Konstitusiya günü 
 
“Bizim konstitusiyamız xalqın konstitusiyasıdır. Hər bir vətəndaşın konstitusiyasıdır. 
Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir.” 
                                                                                                    
Ulu öndər Heydər Əliyev 
Azərbaycan 
Respublikasının 
Konstitusiya 
günü- 
Azərbaycan Respublikasının əsas qanununun Azərbaycan 
Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün 
Hazırkı  Konstitusiya  12  noyabr  1995-ci  ildə  ümumxalq 
referendumu  əsasında  qəbul  edilmiĢdir.  Bu  Azərbaycan 
Respublikasının  müstəqilliyi  bərpa  edildikdən  sonra  ilk 
Konstitusiyası idi.
 
Konstitusiya  (lat.  constitutio  -  "quruluĢ")  -
ölkənin  əsas  sənədi,  dövlətin  ali  hüquqi  qüvvəyə  malik 
hüquqi-normativ  aktı,  dövlətin  siyasi,  hüquqi  və  iqtisadi 
əsaslarını  və  vətəndaĢın  hüquqi  statusunu  müəyyən  edir.
 
Azərbaycanın  dövlətinin  birinci  Konstitusiyası  1921-ci  il  mayın  19-da  I 
Ümumazərbaycan 
Sovetlər 
Qurultayında 
qəbul 
edilib. 
Azərbaycan 
SSR 
Konstitusiyasının  1921-ci  il  SSRĠ  Konstitusiyasına  uyğunlaĢdırılmıĢ  yeni  redaksiyası 
1925-ci  il  martın  14-də  IV  Ümumazərbaycan  Sovetlər  Qurultayında  qəbul  edilib. 
Azərbaycan  SSR-nin  1978-ci  il  aprelin  21-də  qəbul  edilmiĢ  son  Konstitusiyası  SSRĠ 
Konstitusiyasına  uyğunlaĢdırılmıĢ  olsa  da  müəyyən  özünəməxsusluğa  malik  idi. 
Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  yeni  Konstitusiya  layihəsi 
üzərində  ciddi  iĢ  baĢlandı.  1994-cü  ildə  Prezident  Heydər  Əliyev  sədrliyi  ilə 
Konstitusiya  komissiyası  fəaliyyətə  baĢladı  və  layihə  1995-ci  ildə  ümumxalq 
müzakirəsinə  verildi.  1995-ci  il  noyabrın  12-də  ümumxalq  referendumu  ilə 
Azərbaycanın  Respublikasının  ilk  Konstitusiyası  qəbul  olundu.  Azərbaycanın  yeni 
Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk 
əlavə və dəyiĢiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyiĢikliklər isə 18 mart 2009-
cu  ildə  referendum  yolu  ilə  edilib.  1996-cı  il  fevralın  6-da  Prezident  Heydər  Əliyevin 
sərəncamı ilə 12 noyabr Konstitusiya günü elan edilmiĢdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 

286 
 
 
13. Beynəlxalq Korlar günü  
 
13  noyabr  1745-ci  ildə  anadan  olmuĢ  görkəmli 
fransız pedaqoqu Valentin Hayuinin Ģərəfinə bir 
çox  Avropa  ölkələri  13  noyabr  tarixini 
―Beynəlxalq  Korlar  Günü‖  kimi  qeyd  etməklə 
mövcud  ictimayyətin,  dövlət  qurumlarının  və 
vətəndaĢ  cəmiyyətinin  diqqətini  görmə  qüsurlu 
insanların  problemlərinə  və  onların  inteqrasiya 
məsələlərinə  cəlb  etmiĢlər.  BirləĢmiĢ  Millətlər 
TəĢkilatı  və  Dünya  Səhiyyə  təĢkilatının 
tövsiyəsi ilə 13 noyabr Ümumdünya gözdən əlillər günü kimi qeyd edilir. Ümumdünya 
Səhiyyə  TəĢkilatının  statistik  göstəricilərinə  əsasən  dünya  əhalisinin  160  milyonu 
gözdən  əlildir.  Azərbaycanda  da  beynəlxalq  təcrübədə  olduğu  kimi  aidiyyatı  dövlət 
orqanları  tərəfindən  gözdən  əlil  insanların  sosial  müdafiəsinə,  onların  təhsil,  səhiyyə, 
idman, məĢğulluq, sosial adaptasiya, istirahət və bu kimi problemlərinə daha çox diqqət 
yetirilir.  5 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika UĢaq Kitabxanasında Gənc 
Ana  və  UĢaqların    Maarifləndirilməsi  Ġctimai  Birliyi,  Azərbaycan  Respublikası 
Mədəniyyət  və  Turizm  Nazirliyi,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyinin 
bilavasitə  maliyyə  və  texniki  dəstəyi  və  TĠKA-nın  Bakı  Ofisinin  əməkdaĢlığı 
çərçivəsində  görmə  qabilliyyəti  zəif  və  məhdud  uĢaqlar  üçün  Dil  kursları  və 
Ġnformasiya  Mərkəzi  açılmıĢdır.  Son  illər  ölkəmizdə  xüsusi  qayğıya  ehtiyacı  olan 
insanlara  dövlət  tərəfindən  daha  çox  diqqət  artırılıb.  Ölkə  baĢçısının  imzaladığı 
sərəncamlar  bu  təbəqədən  olan  insanların  həyat  Ģəraitinin  yaxĢılaĢmasında  və  onların 
cəmiyyətə  inteqrasiyasında  əhəmiyyətli  rol  oynayır.  Həmçinin,  bu  insanları  öz 
sıralarında  birləĢdirən,  onların  problemlərini  iĢıqlandırıb,  həllinə  çalıĢan  ictimai 
təĢkilatların da fəaliyyətləri üçün geniĢ imkan yaranıb.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

287 
 
16.YUNESKO-nun yaranmasının 70 illiyi (1946) 
16  noyabr  BMT-nin  humanitar  sahə  üzrə 
ixtisaslaĢmıĢ təĢkilatı olan YUNESKO-nun təsis 
edildiyi  gündür.  Bu  qurumun  yaranması 
haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da 
Londonda  imzalanmıĢ,  bir  il  sonra  1946-cı  il 
noyabrın  4-də  isə  20  üzv  dövlətdən  ibarət 
təĢkilat  rəsmi  fəaliyyətə  baĢlamıĢdır.  Hazırda 
195 
dövlət 
YUNESKO-nun 
üzvüdür. 
YUNESKO-Azərbaycan  əlaqələrinin  inkiĢafında 
ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya 
ilk  rəsmi  səfəri  zamanı  qurumun  Parisdə  yerləĢən  mənzil-qərargahında  baĢ  direktor 
Federiko Mayorla görüĢü zamanı atılmıĢdır. Ulu öndər Heydər Əliyevin 21 fevral 1994-
cü  il  tarixli  Sərəncamı  ilə  Azərbaycan  Respublikasının  YUNESKO  üzrə  Milli 
Komissiyası yaradılmıĢdır. 2005-ci il sentyabrın 15-də isə Prezident Ġlham Əliyev Milli 
Komissiya  ilə  bağlı  əlavə  tədbirlər  haqqında  Sərəncam  imzalamıĢdır.  Azərbaycanla 
YUNESKO  arasında  hazırda  sıx  əlaqələr  mövcuddur.  Azərbaycanın  birinci  xanımı, 
Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  Azərbaycan-YUNESKO 
münasibətlərinin  inkiĢafında  və  möhkəmlənməsində  məxsusi  xidmətləri  vardır. 
Ölkəmizin mədəni irsinin təbliği, onun mili və regional səviyyədə mühafizəsinin təmin 
olunması sahəsində gördüyü əvəzsiz iĢlər buna sübutdur. Ġndiyədək YUNESKO ilə elm, 
təhsil,  mədəniyyət  sahəsində  əməkdaĢlığın  inkiĢafı  üçün  mühüm  sənədlər  imzalanmıĢ, 
tədbirlər  həyata  keçirilmiĢdir.  Mehriban  xanım  Əliyevanın  ciddi  səyləri  nəticəsində 
Azərbaycan muğamı YUNESKO tərəfindən bəĢəriyyətin qeyri-  maddi irsinin Ģah  əsəri 
elan edilmiĢ, Qobustan Dövlət Tarixi Bədii Qoruğu ümumdünya irs siyahısına salınmıĢ, 
ĠçəriĢəhər  Qoruğu  YUNESKO-nun  təhlükədə  olan  ümumdünya  irs  siyahısından 
çıxarılmıĢdır. AĢıq sənəti və Novruz bayramı da YUNESKO-nun qeyri-maddi mədəni 
irs  siyahısında  özünə  yer  almıĢdır.  Təsadüfi  deyil  ki,  2004-cü  ilin  sentyabrında 
Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkiĢafına verdiyi 
töhfələrə,  musiqi  təhsili  və  dünya  mədəniyyətlərinin  mübadiləsi  sahəsindəki 
xidmətlərinə  və  YUNESKO-nun  ideyalarına  sadiqliyinə  görə  bu  təĢkilatın  xoĢməramlı 
səfiri adına layiq görülmüĢdür. Mehriban xanım Əliyevanın təĢəbbüsü ilə Azərbaycanın 
ənənəvi  klassik  musiqisini  dünya  miqyasında  tanıtmaq  məqsədilə  Bakıda  Beynəlxalq 
Muğam Mərkəzi tikilərək istifadəyə verilmiĢdir. 2009-cu ilin martında Azərbaycanda I 
Beynəlxalq  Muğam  festivalı  keçirilmiĢdir.  YUNESKO-nun  baĢ  direktoru  KoiĢiro 
Matsura  bu  münasibətlə  ölkəmizə  səfər  etmiĢdir.  Dünyada  savadlılığın  dəstəklənməsi 
üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 2008-ci ilin mayında baĢ tutan 
―Avropada  subregional  çərçivədə  savadlılıq  problemlərinə  baxıĢ:  tərəfdaĢlıq 
əlaqələrinin  qurulması  və  innovativ  yanaĢmaların  tədbiqinə  dəstək‖,  həmin  ilin 
iyununda  keçirilən  ―Mədəniyyətlərarası  dialoqda  qadınların  rolunun  geniĢləndirilməsi‖ 
və  digər  tədbirlər  bu  mərama  xidmət  edir.  Azərbaycanın  görkəmli  Ģəxsiyyətlərinin  və 
əlamətdar  hadisələrin  yubileylərinin  YUNESKO  çərçivəsində  qeyd  edilməsi  də  bu 
qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisi sayıla bilər.  

288 
 
 
16. Beynəlxalq Tolerantlıq günü 
 
“Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir və onun nuru dünyanın 
hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.” 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
 
16  noyabr  tolerantlıq  günüdür.  Beynəlxalq 
Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 
illiyi  münasibətilə  təsis  edilib.  Məqsəd  qurumun 
da nizamnaməsində qeyd olunduğu kimi, dünyada 
hamını  bir-birinə  dözümlülük  nümayiĢ  etdirərək 
mehriban  qonĢular  kimi  yaĢamağa  çağırıĢdır. 
Azərbaycan  indi  bütün  dünyada  həm  də 
tolerantlıq  örnəyi  kimi  tanınır.  Ulu  öndər  Heydər  Əliyevin  ölkəmizdə  tolerantlığın 
qorunub  saxlanılması  istiqamətində  həyata  keçirdiyi  tədbirlər  Azərbaycanı  müxtəlif 
milli  və  mədəni  dəyərlərin  qovuĢma  müstəvisinə  çevirib.  Azərbaycan  indi  dünyanın 
nadir  ölkələrindəndir  ki,  burada  bütün  millətlər,  bütün  xalqlar,  bütün  dinlərin 
nümayəndələri  bir  ailə  kimi  yaĢayır.  Ölkəmizdə  dini  və  milli  dözümlülük,  tolerantlıq 
yüksək səviyyədədir. Prezident Ġlham Əliyevin dindarlarla keçirdiyi görüĢlər, Ramazan 
bayramlarında  ənənəvi  olaraq  din  xadimləri  ilə  iftar  süfrələrində  birgə  iĢtirakı  və  bu 
mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması 
ölkədə  tolerant  düĢüncənin  artıq  tam  bərqərar  olduğunu  göstərir.  Dövlətin 
gücünü   əhalinin  çoxmillətli  olmasında,  müxtəlif  dinlərin,  mədəniyyətlərin  və 
sivilizasiyaların birgə yaĢayıĢında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir 
ki,  tolerantlıq  Azərbaycan  xalqının  ruhundadır.  Xalqlararası  və  mədəniyyətlərarası 
dialoqu  inkiĢaf  etdirmək,  ona  dəstək  vermək,  bütün  insanların  gələcəyi  naminə 
mədəniyyətlərin və dinlərin qarĢılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin 
mühüm  tərkib  hissəsidir.  Tolerantlıq  insanlar  və  icmalar  arasında  qarĢılıqlı  hörmətin 
bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati 
əhəmiyyət  kəsb  edir.  Bu  bir  məziyyət,  mənəvi  keyfiyyətdir,  lakin  hər  Ģeydən  əvvəl 
tolerantlıq bir əməldir – baĢqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi 
deyil,  dialoq  və  anlaĢmaya  dəvət  kimi  qəbul  etməkdir.  Bəli,  Tolerantlıq  insanlar 
arasında körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə 
cavab verir. Tolerantlıq BirləĢmiĢ Millətlər TəĢkilatının məğzini təĢkil edir. Tolerantlıq 
öz-özünə  meydana  gəlmir.  O,  öyrədilməli,  yetiĢdirilməli  və  baĢqalarına  ötürülməlidir. 
Vahid  bəĢəriyyət  insan  müxtəlifliyinin  möhtəĢəm  zənginliklərinə  qarĢılıqlı  hörmət 
əsasında birlikdə yaĢamaq və birgə iĢləmək deməkdir. 
 
 
 
 
 

289 
 
 17. Milli Dirçəliş günü 
 
“Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər 
mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın da 
Milli Dirçəliş günü onun özünü təsdiqi idi. XX əsr xalqımızın yaddaşında dövlətçilik, 
müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır!” 
                                                            
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 
 
1988-ci 
ilin 
ilk 
günlərində 
Ermənistanın 
Azərbaycana 
qarĢı  açıq  təcavüzü  baĢlandı. 
Moskvanın,  xüsusən  də  SSRĠ-nin  o  vaxtkı 
rəhbərliyinin  buna  biganə  münasibətini  görən 
ermənilər  planlı  Ģəkildə,  Ermənistan  hökumətinin 
tapĢırığı  və  göstəriĢilə  Ermənistanda  yaĢayan  200 
mindən 
çox 
azərbaycanlını 
öz 
ata-baba 
yurdlarından  kütləvi  surətdə  qovdular.  Ermənilər 
azərbaycanlıları 
təkcə 
öz 
ev-eĢiklərindən 
qovmayırdılar,  həm  də  onları  cismən  öldürür,  diri-diri  yandırırdılar.  Elə  həmin  ilin 
fevral  ayında  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  ixtiĢaĢlar  törətdilər. 
Onlar  Azərbaycanın  tarixi  torpağı  olan  Dağlıq  Qarabağı  Azərbaycandan  qoparıb 
Ermənistana  birləĢdirməsi  haqqında  məsələ  qaldırdılar.  Belə  bir  vaxtda  Azərbaycan 
xalqı  ayağa  qalxdı.  Xalq  öz  etirazını  sakit  Ģəkildə  rəhbərliyə  bildirdi.  Ġlk  zamanlar 
Azərbaycan  vətəndaĢları  Moskvaya,  yerli  hakimiyyət  baĢçılarına  inanırdılar.  Onların 
Ģüarları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi. 1988-ci ilin noyabrın 17-
də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarĢı 
apardığı  antiazərbaycan  siyasətinə  etiraz  əlaməti  olaraq  Azərbaycan  ictimaiyyətinin 
sonu bilinməyən mitinqi baĢlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmiĢdi. 
Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi.  Dekabrın əvvəllərində sovet qoĢunları 
tərəfindən  ümumxalq  mitinqi  dağıdıldı.  Azərbaycanda  bu  hadisələr  milli  azadlıq 
hərəkatı  kimi  qiymətləndirilir  və  Vətənizmin  istiqlaliyyət  qazanmasında  əsas  amil 
sayılır.  ―Milli  dirçəliĢ‖  deyəndə  buna  yalnız  siyasi  aspektdən  yanaĢmaq  olmaz,  çünki 
milli  dirçəliĢ  yalnız  ictimai  baxımdan  yox,  həm  də  mədəni-mənəvi  əxlaqi  dəyərlərin 
xalqın özünün təməl prinsipləri üzərində inkiĢaf edən ənənələrinin təcəssümüdür, onun 
yaĢadılmasıdır və onun yaĢaması məhz Milli dirçəliĢin təməlidir. 
 
 
 
 
 
 
 
 
Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin