Baş redaktor: K. M. Tahirov, fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Məsul katib



Yüklə 5.01 Mb.
Pdf просмотр
səhifə1/67
tarix25.12.2016
ölçüsü5.01 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   67

Baş redaktor: 

K.M.Tahirov,

fəlsəfə doktoru, 

Əməkdar mədəniyyət işçisi

Məsul katib:    

    N.Alışova 

 Redaksiya heyəti:

       

                       

M.Hacıyeva                    

A.Abdullayeva

M.Vəliyeva

M.Cəfərova

Redaktor:  

G.Səfərəliyeva

Əlamətdar və tarixi günlər təqvimi 

- 2013 /baş red. K.Tahirov; red. 

G.Səfərəliyeva; məsul katib 

N.Alışova; M.F.Axundov adına  

Azərbaycan Milli Kitabxanası.- 

Bakı, 2012.- 440 s.

© M.F.Axundov adına Milli 

Kitabxana

2013


ƏZİZ OXUCULAR!

Milli Kitabxana kitabxanaçılara kömək məqsədilə 

1961-ci ildən “Əlamətdar və tarixi günlər təqvimi”ni 

nəşr edir. Əvvəllər 3 aydan bir- ildə 4 dəfə nəşr edilən 

təqvim, 1970-ci ilin oktyabr ayından  etibarən “Ki-

tabxana işçisinə kömək“, 2004-cü ildən isə yenidən 

“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə çap olu-

nur.


Bütün bu illər  ərzində  təqvim özünün “ənənə  və 

yeniliklər” şüarına sadiq qalaraq daha da təkmilləşmiş, 

həcmi genişlənmiş, mövzu üzrə bölmələrin sayı art-

mış, geniş məlumat mənbəyi kimi formalaşmışdır. 

Mədəniyyət işçiləri, müəllimlər, ziyalılar, kütləvi 

informasiya vasitələri və ən çox da kitabxana işçiləri 

üçün nəzərdə tutulan bu vəsaitin hər buraxılışının 

müqəddiməsində  nəşrin məzmunu, forması daha 

geniş açılır. Təqvimin  əsas məqsədi geniş oxucu 

kütləsi və mütəxəssislərə respublikanın ictimai-

siyasi, iqtisadi, mədəni, elmi həyatında baş verən ən 

mühüm hadisələri, kitabxana işi haqqında və başqa 

dəqiqləşdirilmiş məlumatları çatdırmaqdır. 

Təqvimin bu sayı Azərbaycanın xalqının ümum-

milli lideri, görkəmli siyasətçi və dövlət xadimi Əliyev 

Heydər  Əlirza oğlunun anadan olmasının və Mil-

li Kitabxananın yaranmasının 90 illik yubileylərinə 

həsr olunmuşdur. Elm və mədəniyyətə yüksək qiymət 

verən ulu öndərimiz Heydər Əliyev 4 dəfə (1995 – 6 

iyul; 1996 – 4 mart; 1997 – 5, 20 noyabr) Milli Kitab-

xanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə 

kitabı kitabxanaya hədiyyə etmişdir. Vəsaitdə ulu 

öndərin həyat və fəaliyyəti, mədəniyyətimizə və ki-

tabxanamıza böyük diqqət və qayğısını  əks etdirən 

zəngin məlumatlar öz əksini tapmışdır.



Təqvimdə 2013-cü ildə yubileyləri qeyd olunacaq görkəmli  şəxsiyyətlərin siyahısı  və  əlamətdar 

hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 



Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq; Musiqi.Opera.Ba-

let; Teatr.Kino; Milli Qəhrəmanlar; Siyasət.Hərbi iş; Tarix; Fəlsəfə.İqtisadiyyat.Hüquq; Mədəniyyət. 

Elm.Maarif;  İdman; Coğrafiya.Geologiya; Riyaziyyat.Fizika.Astronomiya; Kimya.Biologiya.Tibb; 

Texnika; Kitabxanaşünaslıq.Biblioqrafiya; Tarixdə bu gün.

Təqvimə milli və dünya ədəbiyyatı, incəsənət, elm və texnika, və digər sahələrin ən görkəmli nüma-

yəndələri, eləcə də tarixi hadisələr haqqında ümumilikdə 1000-ə yaxın məlumat daxil edilmişdir. 

Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin baş 

vermə tarixi göstərilmişdir.

2013-cü ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 

məlumat əldə etmək olar.

Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat veril-

miş, sonda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 

Ümid edirik ki, vəsaitdə haqqında məlumat verilən yubilyarlara, əlamətdar və tarixi günlərə həsr edil-

miş materiallar kütləvi tədbirlərin keçirilməsində kitabxanaçılara yaxından kömək edəcəkdir.

Təqvim materialları üçün ədəbiyyat seçilərkən yeni və məzmunca ən uyğun kitablara, jurnal və qəzet 

məqalələrinə, Milli Kitabxana tərəfindən nəşr edilmiş biblioqrafik göstəricilərə üstünlük verilmişdir.

Nəşrlə bağlı  rəy və  təkliflərini bildirən mütəxəssislərə  və oxuculara əvvəlcədən minnətdarlığımızı 

bildirir,  fikir və iradlarını M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş 

edirik.


Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 29

Е-mail: metodik@anl.az

  Təqvim-2013

3

Qarşıdan gələn il yaşadığımız yüz illiyin 13-

cüsüdür. Yaponiyada və digər  Şərq ölkələrində 

qəbul edilmiş  təqvimə  əsasən 12 illik dövr 

daxilində hər bir il müəyyən heyvan işarəsi altında 

keçir. Şərqdə çox məşhur olan bu təqvimə əsasən, 

2013-cü il qara su ilanı üstə təhvil olacaq.

Qeyd edək ki, qara su ilanı ağıllılıq, şüurluluq, 

məntiqlilik, iradə rəmzidir. İlan qorxu hissi yara-

dır. O, cəld hərəkəti və zəhəri ilə qurbanını hər an 

məhv etməyə hazırdır. Unutmaq lazım deyil ki, bu 

yalnız ilanın quyruğunu tapdalayan zaman baş ve-

rir.

Ancaq ilan, həm də öz emosiyalarına qapılan, 



heç bir şeyə məhəl qoymayan məkrli və kinlidir.

İlan ilində dünyaya gələnlər incə zövqlə, hətta 

bir qədər qəribə geyinir, müəyyən dərəcədə moda-

bazdırlar. Qadınlarda zərif bəzək-düzəyə aludəçilik 

vardır. Boşboğaz deyillər, çox dərin düşünürlər və 

intellektualdırlar. Gözəl intuisiyaları vardır. 

İlanlar faktlardan daha çox təəssürata, duyğu-

lara və  rəğbət hissinə, özlərinin və başqalarının 

təcrübəsinə, mühakimələrə və məsləhətlərə inanır-

lar. Onlarda sanki altıncı bir duyğu vardır.

İlanlar başladıqları  işi qətiyyətlə axıra çatdı-

rırlar. Müvəffəqiyyətsizlik onlarda nifrət oyadır. 

Təbiətən sakit olsalar da, qərarları tez qəbul edirlər. 

Məqsədlərinə çatmaq üçün yeri alt-üst edə bilərlər. 

Pis oyunçudurlar.

İlanlar borc verməyi xoşlamasalar da, rəğbət 

bəslədikləri adamların köməyinə çata bilərlər. 

Nəyinsə əvəzini nadir hallarda pul ilə ödəyir, çox 

vaxt özlərini təslim edirlər. Təəssüf ki, həmişə ifra-

ta varırlar, başqalarına kömək etmək arzusu bütün 

varlıqlarına hakim kəsilir. Şişirtmək meyli onlara 

xasdır. İlanlar kimə isə xidmət göstərirlərsə, hava-

lanır, fayda verməkdən çox əzab verirlər. Deməli, 

İlandan kömək istəməzdən  əvvəl yaxşı-yaxşı 

düşünmək lazımdır. Sonra peşman ola bilərsiniz.

Pul sarıdan  İlanların bəxti gətirir. Qocaldıqda 

xəsisləşə bilərlər.

İlanlar təhlükə ilə bağlı olmayan hər hansı bir 

işi, hətta çox zəhmət tələb etdikdə də görə bilirlər. 

Bununla belə İlanlar tənbəldirlər...

İlanların yayda və ya qışda, gecə və ya gündüz 

doğulmasından, hətta həmin gün havanın necə 

keçməsindən asılı olaraq hər şey dəyişə bilər. İsti 

gündə doğulan İlanlar soyuq dekabr gecəsində do-

ğulan İlanlardan daha xoşbəxt olacaqdır. 

İlan  İLİ

Ə d ə b i y y a t 

İlan (müdrilkik)[Mətn] //Ulduzlar və talelər.- Bakı, 2010.- S.140-142.

Ulduz falları [Mətn]/tərc. ed. İ.İsgəndərov, M.İsgəndərova; red. T.Məmmədov.- Bakı: 

Koroğlu, 1991.- 112 s.


Y

ANV

AR

90 il

1923-2003

Heydər Əliyev



Heydər  Əlirza oğlu  Əliyev 1923-cü il may ayının 10-da Naxçıvan  şəhərində 



anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən 

sonra Azərbaycan Sənaye  İnstitutunun Memarlıq fakültəsində  təhsil almışdır. 

1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri ol-

muş, 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmiş, 1964-cü ildən 

Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin 

müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər 

yüksəlmişdir. 1957-ci ildə isə ADU-nun tarix fakültəsini bitirmişdir. Azərbaycan 

KPMK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın bi-

rinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sov.

İKP MK Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. 

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra 

isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmiş, 

1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri, Azərbaycan Respublikası 

Ali Soveti sədrinin müavini olmuş, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Nax-

çıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçil-

miş, iyul ayının 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezi-

dentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 

 Yеni il (01.01)

• 

“Azərbaycan Respublikasının dövlət dili 

• 

haqqında” Qanun qüvvəyə minmişdir 

(04.01.2003)

Üzeyir Hacıbəylinin “Leyli və Məc-

• 

nun”  operasının səhnəyə qoyulmasının 

(12(25).01.1908) 105  illiyi

Ümumxalq Hüzn Günü (20.01.1990)

• 

Gömrük İşçiləri Günü (30.01.1992)

• 

1 yanvar


Gün çıxır 08:04 

Gün batır 17:43

31 yanvar 

Gün çıxır

07:52 

Gün batır



18:15

22 dekabr-  

20 yanvar

Oğlaq bürcünün 

ünsürü torpaq, 

planeti Saturn, 

düşərli günü 

çərşənbə axşamı, 

şənbə, düşərsiz 

günü bazar ertəsi, 

cümə axşamı, 

metalı dəmir, 

uğurlu rəngi tünd-

yaşıl, qara, göy, 

uğursuz rəngi ağ, 

uğurlu daşı rubin, 

oniks, enerji verən 

çiçəyi ağ qərənfil, 

qara lalə, uğurlu 

rəqəmi isə 3 və 

5-dir. 

 

 



Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B.

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 







10 


11 

12 


13 

14 


15 

16 


17 

18 


19 

20 

21 


22 

23 


24 

25 


26 

27 


28 

29 


30 

31


5

Milli ədəbiyyat

Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Hacıyev 

Abbas Məhəmməd oğlunun (01.01.1933-21.01.2011) anadan 

olmasının 80 illiyi

Şair, publisist Abbasov Soltan İsrafil oğlunun (Soltan Abbas) 

(07.01.1933) anadan olmasının 80 illiyi

Tənqidçi, ədəbiyyatşünas, publisist, professor Əlibəyli Gülrux 

Sabir qızının (12.01.1928) anadan olmasının 85 illiyi

Folklorşünas, şair Zehtabi Məhəmmədtağı Məhəmmədəli oğlunun 

(22.01.1923-23.12.1998) anadan olmasının 90 illiyi 

Ədəbiyyatşünas, nasir Behruz Həqqinin (26.01.1943) anadan 

olmasının 70  illiyi

Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas, publisist Köçərli 

Firidun bəy Əhməd bəy oğlunun (26.01.1863-04.06.1920)  

anadan olmasının 150 illiyi

Dünya ədəbiyyatı

Rus yazıçısı, ictimai xadim Tolstoy Aleksey Nikolayeviçin 

(10.01.1883/29.12.1882-23.02.1945) anadan olmasının 130 illiyi

Gürcü yazıçısı Kazbeqi Aleksandrın (20.01.1848-22.01.1898) 

anadan olmasının 165 illiyi

İngilis şairi Bayronun (Corc Noel Qordon) (22.01.1788-

19.04.1824) anadan olmasının 225   illiyi

Fransız yazıçısı Stendalın (Anri Mari Beyl) (23.01.1783-

23.03.1842) anadan olmasının  230  illiyi

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

Memar Hüseynov Ələsgər Nurəli oğlunun (10.01.1928-

03.05.1976) anadan olmasının 85 illiyi

Əməkdar rəssam Rzaquliyev Ələkbər Ələsgər oğlunun 

(31.01.1903-31.01.1974) anadan olmasının 110 illiyi

Musiqi.Opera.Balet

Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar İbrahimova 

Elza İmaməddin qızının (10.01.1938-11.02.2012) anadan 

olmasının 75 illiyi 

2013

YANVAR

9

10



11

11

12



12

13

13



6

Musiqişünas, sənətşünaslıq doktoru, Əməkdar elm xadimi İsazadə 

Ağa Əhməd İsa oğlunun (18.01.1928) anadan olmasının 85 illiyi

Aktyor, müğənni, bəstəkar, SSRİ Dövlət mükafatı laureatı Vladimir 

Semyonoviç Vısotskinin (25.01.1938-25.07.1980) anadan olmasının 

75 illiyi

Əməkdar incəsənət xadimi, bəstəkar Zeydman Boris İsaakoviçin 

(28.01(10.02).1908-1981) anadan olmasının 105 illiyi

Xalq artisti, balet ustası Konstantin Nikolayeviç Bataşovun 

(31.01.1918-9.12.1991) anadan olmasının 95 illiyi

Teatr.Kino

Azərbaycan teatrının tanınmış simalarından olan Şaşıqzadə Ülvi 

Rəcəb Molla oğlunun (Ülvi Rəcəb) (09.01.1903-1938) anadan 

olmasının 110 illiyi

Əməkdar artist, aktrisa Xəlilova Sevil Rza qızının (10.01.1953-

28.10.2011) anadan olmasının 60 illiyi

Xalq artisti, rejissor Kazımov Tofiq Səməd Mənsur oğlunun  

(14.01.1923-02.08.1980) anadan olmasının 90 illiyi

RSFSR-in Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru 

Eyzenşteyn Sergey Mixayloviçin (22.01.1898-11.02.1948) anadan 

olmasının 115  illiyi

Əməkdar artist, rejissor Süleymanov Yunis Hacı Süleyman oğlunun 

(Yunis Nuri) (23.01.1878-05.01.1950) anadan olmasının 135 illiyi

Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlunun 

(01.01.1963-24.09.1992) anadan olmasının  50 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Qasımov Muxtar Cahid oğlunun 

(10.01.1958-16.06.1992) anadan olmasının 55 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Eldar Harun oğlunun 

(10.01.1968-24.02.1993) anadan olmasının 45 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Nizami Murad oğlunun 

(12.01.1958-29.03.1992) anadan olmasının 55 illiyi

Siyasət.Hərbi iş

İctimai-siyasi xadim, həkim Qarabəyli Qara bəy İsmayıl ağa oğlunun 

(14.01.1873-1953) anadan olmasının 140 illiyi

Gürcüstanın dövlət xadimi Şevardnadze Eduard Amvrosiyeviçin 

(25.01.1928)  anadan olmasının 85 illiyi

İctimai xadim, millət vəkili Əhmədov Əli Cavad oğlunun 

(27.01.1953) anadan olmasının 60 illiyi

17

18



16

15

14



19

20

21



7

Tarix

Akademik, tarixçi, etnoqraf  Bünyadov Teymur Əmiraslan oğlunun 

(20.01.1928) anadan olmasının 85 illiyi

Fəlsəfə.İqtisadiyyat.Hüquq

Kənd təsərrüfatı elmləri doktoru, professor, Əməkdar elm xadimi 

Hüseynov Cəbrayıl Muxtar oğlunun (16.01.1913-14.12.1974) anadan 

olmasının 100 illiyi                                                  



Mədəniyyət.Elm.Maarif

Nasir, pedaqoq Sübhanverdixanov Abdulla Vəlağa oğlunun (Abdulla 

Bəy Divanbəyoğlu) (01.01.1883-06.01.1936) anadan olmasının 130 

illiyi 


Əməkdar müəllim Səmədov Zərbəli Mirzəağa oğlunun (01.01.1908-

04.10.1979) anadan olmasının 105 illiyi

Akademik, Əməkdar elm xadimi, tanınmış pedaqoq, alim və maarifçi 

Mehdizadə Mehdi Məhəmməd oğlunun (18.01.1903-01.05.1984) 

anadan olmasının 110 illiyi 

İlk maarifçi qadınlardan biri Məmmədquluzadə-Cavanşir Həmidə 

Əhməd bəy qızının (19.01.1873-06.02.1955) anadan olmasının 140 

illiyi


Bakı milyonçusu, tanınmış xeyriyyəçi Tağıyev Hacı Zeynalabdin Tağı 

oğlunun (25.01.1823(1838)-01.09.1924) anadan olmasının 190 illiyi   



Coğrafiya.Geologiya

Əməkdar elm xadimi, professor, geoloq Abdullayev Rəşid Nəcəfqulu 

oğlunun (12.01.1913-12.06.1997) anadan olmasının 100 illiyi

Riyaziyyat.Fizika.Astronomiya

İngilis fiziki, riyaziyyatçı Nyuton İsaakın (04.01.1643-31.03.1727) 

anadan olmasının 370 illiyi

Fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ EA-nın akademiki 

Lev Davidoviç Landaunun (22.01.1908-01.04.1968) anadan 

olmasının 105 illiyi

Fizika-riyaziyyat elmləri doktoru, professor Seyidli Həmzə Səməd 

oğlunun (21.01.1953) anadan olmasının 60 illiyi



Kimya.Biologiya.Tibb

Tibb elmləri doktoru, professor Verdiyev Vaqif Qambay oğlunun 

(01.01.1948) anadan olmasının 65 illiyi

Tibb elmləri doktoru, professor Əliyeva Tamara Abbas qızının 

(01.01.1928) anadan olmasının 85 illiyi

22

24



25

23

26



27

8

Tibb elmləri doktoru Həmzəyeva İzzət Əsədulla qızının (15.01.1923) 

anadan olmasının 90 illiyi

Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Quliyeva Zəhra 

Tahir qızının (18.01.1923-28.11.2005) anadan olmasının 90 illiyi

Tibb elmləri doktoru, professor Tağıyeva Mirvari Məmməd qızının 

(20.01.1918) anadan olmasının 95 illiyi 

Tibb elmləri doktoru, professor Cəfərova Sonaxanım Əli qızının 

(24.01.1928-1994) anadan olmasının 85 illiyi

Texnika

Texnika elmləri doktoru, akademik Abbasov Əli Məmməd oğlunun 

(01.01.1953) anadan olmasının 60 illiyi

Tarixdə bu gün

Yеni il (01-02.01)

“Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun qüvvəyə 

minmişdir (04.01.2003)

Abşeron rayonunun təşkil edilməsinin (04.01.1963) 50 illiyi

Azərbaycan Respublikasının “Dövlət gerbi haqqında” Konstitusiya 

Qanununun qəbul  edilməsinin (19.01.1993) 20 illiyi

20 Yanvar-Ümumxalq Hüzn Günü (20.01.1990)

Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi deportasiya 

edilməsinə başlanmışdır (25.01.1988)

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının səhnəyə 

qoyulmasının 25(12).01.1908) 105 illiyi

“Azərbaycan” jurnalının çap olunmasının (28.01.1923) 90 illiyi

Gömrük İşçiləri Günü (30.01.1992)

Genetik Ehtiyatlar İnstitutunun yaradılmasının (30.01.2003) 10 illiyi

28

29

30



31

32

33



34

35

36



9

Milli ədəbiyyat

85  

illiyi

Gülrux Əlibəyli 

1928

Y

ANV

AR

Gülrux Sabir qızı Əlibəyli 1928-ci 

il yanvar ayının 12-də Bakı şəhərində 

anadan olmuşdur. 

Burada orta məktəbi bitirdikdən 

sonra 1947-1952-ci illərdə A.A.Jda-

nov  adına Leninqrad   Dövlət  Univer-

sitetində  Şərqşünaslıq fakültəsini 

bitirmiş, Moskvada M.Qorki adı-

na  Ədəbiyyat  İnstitutunda aspiran-

tura təhsili almışdır. Dissertasiya 

müdafiəsindən sonra Bakıya qayıt-

mış, Azərbaycan EA-nın Nizami adı-

na Dil və  Ədəbiyyat  İnstitutunda ça-

lışmışdır. Sonra ADU-nun filologiya 

fakültəsində müəllim, 1952-1954-cü 

illərdə Azərbaycan SSR EA (indiki 

AMEA) Nizami  adına  Ədəbiyyat və 

Dil  İnstitutunun baş elmi işçisi (1959-

1971, fasilə ilə), Azərbaycan SSR 

Mədəniyyət  nazirinin müavini (1962-

1965) olmuşdur.  

1974-cü ildən Azərbaycan Xalq 

Təsərrüfatı  İnstitutunda (indiki Azər-

baycan Dövlət  İqtisad Universiteti) 

əvvəlcə baş müəllim, sonra isə fəlsəfə 

kafedrasının professoru olmuşdur. 

Gülrux  Əlibəylinin  ədəbiyyatşü-

naslıq haqqında ilk məqaləsi 1958-ci 

ildə Moskvada nəşr olunan “Ədəbiyyat 

problemləri” jurnalında çap olunmuş-

dur.


Gülrux  Əlibəyli Beynəlxalq Pen-

klubun üzvü və bir çox beynəlxalq 

konfransların iştirakçısı olmuşdur.

Gülrux  Əlibəyli fəlsəfə doktoru, 

fəlsəfə professoru, publisist, 500-ə 

qədər elmi-fəlsəfi, tənqidi məqalənin, 

18 əsərin müəllifidir.

“Yenilik uğrunda”, “İnsanların 

ürəklərinə yol”, “Qəhrəman problemi 

və ədəbiyyatların rəngarəngliyi”, “Ax-

tarışlar, kəşflər”, “Bədiiliyin hüdudla-

rı”, “Düşüncələr”, “Fikrin enerjisi”, 

“Həmişə yolda”, “Düşünən dünya-

mız”, “Çırpınan dünyamız”, “Dəyişən 

dünyamız”, “Dağılan dünyamız” kimi 

dəyərli kitabların müəllifidir. 

Görkəmli publisist, yazıçı Gülrux 

Əlibəyli 2006-cı ildə      nəşr etdirdiyi 

“Zaman və özüm haqqında” kitabında 

altmış illik elmi, pedaqoji fəaliyyətinə 

yekun vurmuşdur. Görkəmli 

mədəniyyət və incəsənət xadimi, 

Azərbaycan ictimai fikrində mühüm 

yeri olan Gülrux Əlibəyli bu əsərində 

oxucuları öz portreti ilə tanış etmişdir. 

Ə d ə b i y y a t 

Çırpınan dünyamız... 

[Mətn] /Gülrux Əlibəyli; 

red. Ş.Alışanlı.- Bakı: Elm, 

2000.- 176 s.

Dəyişən dünyamız [Mətn]: 

[fəlsəfi düşüncələr] /Gülrux 

Əlibəyli.- Bakı: Qanun, 

2010.

Gülrux Əlibəyli [Mətn] 

//Mehriban Vəzir. 

Dəyişikliklərə cəsarəti 

çatan örnək xanımlar /

Rasional İnkişaf uğrun-

da Qadınlar Cəmiyyəti 

(RİQC); layih. müəl. və 

rəhb. Ş.İsmayılova; red.: 

B.Əhmədov, S.İsmayılova; 

tərc. F.Axundov.- Bakı, 

2008.- S.65-66. 

Gülrux Əlibəyli [Mətn]       

//Azərbaycan yazıçıları: 

(XX-XXI yüzillikdə).-Bakı, 

2011.- S.371.

Алибейли, Г. О времени и о 

себе [Текст] /Г.Алибейли.- 

Баку: Нурлан, 2006.- 362 с.




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   67


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə