Feyruz Bağırov



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə1/13
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#5477
  1   2   3   4   5   6   7   8   9   ...   13

 
 
Feyruz Bağırov 
 
 
 
 
 
 
 
 
N
N
a
a
x
x
ç
ç
ı
ı
v
v
a
a
n
n
ı
ı
n
n
 
 
T
T
ə
ə
b
b
ii 
ii 
S
S
ə
ə
r
r
v
v
ə
ə
t
t
l
l
ə
ə
r
r
i
i
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Naxçıvan-2008

 
2
 
 
 
Feyruz Bağırov 
 
 
 
 
Naxçıvanın 
Təbii Sərvətləri 
 
 
 
 
 
 
 
 
Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərindən bəhs edilən kitab, kənd təsərrüfatı işçiləri, 
sahibkarlar, bağbanlar, təbiəti mühafizə dostları və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
Elmi məsləhətçilər:  Əlövsət Quliyev (k/t elmləri namizədi, dossent) 
                                   İsmayıl Sadiqov (biologiya elmləri namizədi, dossent) 
 Sahib 
Hacıyev (k/t elmləri namizədi) 
 
Kompüterdə yığan:  İlkin Rəhimov 
         Redaktor:                  Hafiz Bağırov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Naxçıvan-2008

 
3
Mündəricat
 
 
Naxçıvan Muxtar Respublikasının tarixinə qısa baxış................................................................  
Naxçıvan şəhərindəki məhəllələrin “yaşıl” sərvətləri .................................................................  
Relyefi,  geomorfoloji quruluşu…………………………………………          ……………… 
         İqlimi…………………………………………………………………………………………… 
         Hidroqafiya…………………………………………………………………………………….. 
         Təbii və süni göllər…………………………………………………………………………….. 
          Hidrologiya……………………………………………………………………………………. 
Kəhrizlər......................................................................................................................................  
Mineral bulaqlar ..........................................................................................................................  
Geoloji quruluşu………………………………………………………………………………... 
Dağ-mədən sərvətləri……………………………………………………………………………….. 
Torpaqlar……………………………………………………………………………………….. 
Bitki örtüyü…………………………………………………………………………………….. 
Mədəni bitkilər ............................................................................................................................ 
Nadir bitkiləri .............................................................................................................................. 
Dərman bitkiləri………………………………………………………………………………… 
Zəhərli bitkilər…………………………………………………………………………………. 
Mədəni bitkilərin zərərvericiləri və onlarla mübarizə tədbirləri.................................................. 
Zərərvericilərə qarşı işlədilən zəhərli-kimyəvi maddələr............................................................. 
         Heyvanat aləmi ............................................................................................................................  
         Əlavə bilgilər ...............................................................................................................................  
Nəticə ..........................................................................................................................................  
          Təbiət terminlərinin izahlı lüğəti................................................................................................. 
Ədəbiyyat..................................................................................................................................... 
          Xəritə və foto şəkillər .................................................................................................................  
 
 
 
 
 

 
4
 
Müəllimim Rauf Mirzəmməd oğlu Bəktaşinin  
əziz xatirəsinə ithaf edirəm. 
 
Yeraltı və yerüstü sərvətləri, canlı təbiəti və mədən sularını  
öyrənərək nəsillərə çatdırmaq insanlıq borcumuzdur.  
R. M. Bəktaşi (1910-1988) 
 
 
Naxçıvan Muxtar Respublikasının 
Tarixinə qısa baxış 
 
Naxçıvan dövləti Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq Kiçik Qafqazın cənubunda hər 
tərəfdən çılpaq dağlarla əhatə olunmuş çökık,“çuxura” bənzər relyef formasındadır. 
1827-ci ilin ortalarında Naxçıvan diyarı Rusiya imperiyasının tərkibinə keçdikdən sonra inzibati 
mahallara bölünmüşdür. 
1828-ci ildə Naxçıvan xanlığındakı Naxçıvan və Ordubad dairələrində, Xok, Dərələyəz,  Əylis, 
Dəstə, Çənnəb və Biləv mahalları yaradılmışdır. 
Çar Rusiyası 18-ci yüz illikdə Qafqazı o cümlədən də  Cənubi Qafqaz ərazilərini  ələ keçirməklə 
burada inzibati coğrafi bölgülər aparmış, topoqrafiq xəritələr çəkmiş  məntəqələr arası çapar yollarını 
bərpa etmişdir. 
Rusiya imperiyası  tərəfindən Cənubi Qafqazda ipək sənayesini inkişaf etdirmək məqsədi ilə 
Carbalakən-Nuxa və Xankəndi-Ordubadda barama qurdları (kümçülüyü) saxlanması  tədbirlərini həyəta 
keçirmək məqsədi ilə “möcüzəvi” tut ağaclarının əkilb becərilməsinə diqqət artırılmışdır. 
1829-cu ildə  Şəki və Ordubadda kənd təsərrüfatının ipəkçilik sahəsi olan İpəkqurdu 
Manufakturaları yaradılmışdır. 1843-cü ildə Şəkidə Təcrübə-İpəkçilik Məktəbi açılmışdır ki, orada ilk 
kənd təsərrüfatı mütəxəssisləri hazırlanmışdır. 
1841-ci ilin 1 yanvar tarixindən Çar Rusiyası  tərəfindən Cənubi Qafqazda Naxçıvan qəzası 
yaradılmışdır. 
1847-ci ildə Cənubi Qafqazda kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə Kəndli Əsasnaməsi adlı 
hüquqi sənədlər toplusu nəşr olunmuşdur. 1850-ci ildə isə Tiflisdə Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti 
dövlət qurumu yaradılmışdır. 
Naxçıvan qəzası  İrəvan quberniyasına tabe etdirilməklə  ərazisinin sahəsi 4378 kvadrat kilometr 
(verst), əhalisi 86 min 878 nəfər(1896-cı ilin st.məl.), türk müsəlmanları 86 faiz təşkil etmişdir. 
1849-cu ilin 9 iyun tarixindən Naxçıvan qəzası müstəqillik qazanaraq İrəvan quberniyası tərkibində 
qalmışdır. 
Naxçıvan qəzasına 1850-60-cı illərdə Tiflisdən və Bakıdan Şuşa(Gorus)-Naxçıvan-İrəvan poçt-çapar 
yolu çəkilmiş, məntəqələrdə at dəyişmə xidmət stansiyaları yaradılmışdır. 
1859-cu ildə Cənubi Qafqazdakı şəhər tipli yaşayış yerlərində yaşıllaşdırma işləri aparılaraq Bakıda 
Qubernator Bağı,  Naxçıvanda isə  Padşahlıq Bağında  ağac tingləri  əkilərək ora su çəkilmişdir. Belə 
yaşıllaşdırma işləri Yelizavetapolda da (Gəncədə) aparılmışdır. 
1840-ci ildə Naxçıvanda ilk qəza məktəbi və 1879-cu ildə isə üç siniflik rus-tatar məktəbi açılaraq, 
müdiri Məmmədtağı Sidqi (1854-1903) olmuşdur. Azərbaycanda kənd təsərrüfatı  işləri ilə  məşğul olan 
ilk mütəxəssis, görkəmli rus torpaqşünası V.V.Dokuçayev(1846-1903) ilə  təbiətşünas H.Zərdabi(1842-
1907) olmuşdur. 
1875-ci ildə  ağranom ixtisaslı ziyalı M.H.Zərdabi tərəfindən “Əkinçi” qəzeti nəşr olunmağa 
başlamışdır. Həmin illərdə Naxçıvanda ziyalılardan Mirzəmməd bəy Bəktaşi, Məmmədtağı Sidqi, 
Şahbazağa Kəngərli, Kərbəlayi Musa və başqaları  tərəfindən “müqəddəs ağac” adı ilə  təbliğ edilən tut 
tinglərinin əkilib becərilməsi ümumxalq işinə çevrilmişdir. 
1887-ci ildə Naxçıvanda xeyriyyəçi ziyalı Balabəy  Əlibəyov  şəxsi həyətindəki  Diyari-Tarixi 
Keçmişimiz  adlı ölkəşunaslıq muzeyində, barama qurdlarını tut ağacı budaqları üzərində nümayiş 
etdirmişdir. 
1892-ci ildə  Cəhridə  xəstəxana açılmış  və 1905-ci ildə Naxçıvan  şəhərinə köçürülməklə 14 
çarpayılıq olmuşdur. 

 
5
XX əsrin əvvəllərində Naxçıvan şəhərində 4 karvansara, 12 buzxana, 1 zorxana, 5 məktəb (mədrəsə), 
2 xəstəxana (azarxana), gömrük, poçt-teleqraf və jandarma məntəqələri olmuşdur. Bundan başqa şəhərdə 
Cümə və məhəllə məscidləri, 17 su dəyirmanı, 5 hamam, müxtəlif iaşə sahələri də fəaliyyət göstərmişdir. 
Naxçıvan  şəhər  əhalisini içməli və  təsərrüfat suyu ilə  təchiz edən çeşmələr (kəhrizlər) qazılmışdır ki, 
onlara vəsait qoyan xeyriyyəçilərin adları ilə deyilmişdir. Həmin çeşmələr Cəfərqulu xan, Qızxanım, 
Mirzə Bədəl, Kor kişi, Qələndər, Kərbəlayi Musa, Sarvanlar (Miriş ağa), Çuxur, Məşhədi Tahir, Ağam 
Əli (Xan). Şahbaz ağa, Cığatay və başqaları olmuşdur. 
1917-ci ilin axırlarınadək Naxçıvan ölkəsində  cəmi 170 min 142 ailə yaşamışlar ki, onlardan 122 
min 208 nəfəri Naxçıvan qəzasında, 40 min nəfəri  Şərur qəzasında və 8 min 934 nəfəri isə Naxçıvan 
şəhərində olmuşdur. (Statistik məlumat “Naxçıvan Ensiklopediyası”na əsaslanmışdır.) 
1918-ci ildə Naxçıvanda Araz-Türk Respublikası yaradılmış, iki ildən sonra isə Bakı bolşevikləri 
tərəfindən süquta çatdırılmışdır. 
1920-ci ilin 28 aprel tarixində Bakı bolşeviklərinin köməkliyi ilə Mahaçqaladan Rusiyanın 11-ci 
zirehli qatarı silahlı  əsgərləri ilə  gələrək Bakıda  Şura hökümətini elan etmişdir. Həmin il Rus süvari 
əsgərləri Azərbaycanın bölgələrinə o cümlədən də Qarabağ və Naxçıvanı keçərək işğal edirlər. 
1920-23-cü illərdə Naxçıvanda Sovet Sosialist Respublikasını elan etdilər. 
1924-cü ilin 27 fevralından 1927-ci ilin 9 fevral tarixinədək Naxçıvan Muxtar Diyarı, Azərbaycan 
SSR-in tərkibində Muxtariyyət hüququnu almışdır. 
Naxçıvan Diyar Sovetlər Qurultayın qərarı ilə Naxçıvan Mərkəzi  İcraiyyə Komitəsi (MİK), Xalq 
Komissarları Soveti (XKS) və bütün komissarlıqlar buraxılaraq, Diyarı idarə etmək üçün 17 üzv və 7 
namizəddən ibarət Naxçıvan Diyar İcraiyyə Komitəsi yaradılmışdır.Həmin vaxt Diyardakı Naxçıvan, 
Şərur və Ordubad qəzaları ləğv olaraq, Naxçıvan Muxtar Diyarının əraziləri Tumbul, Cəhri, Əbrəqunis, 
Şahtaxtı, Noraşen və Ordubad dairələrinə bölünmüşdür. 
Diyarın Ali hakimiyyət orqanı NDİK tərəfindən ildə bir dəfə çağrılan Naxçıvan  Diyar Sovetlər 
Qurultayı (NDSQ) olmuşdur. 
Bundan sonra Naxçıvan SSR ləğv edilərək Xalq Komissarları  əvəzinə Naxçıvan Diyar İnqilab 
Komitəsinin (NDİK) ayrıca torpaq, daxili işlər, səhiyyə, maarif, sosial təminat, ticarət və sairə  şöbələri 
yaradılmışdır. 
1923-cü ilin 31 dekabr tarixində Azərbaycan MİK, Naxçıvan Muxtar Diyarını Azərbaycan SSR 
tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsinə  qərar qəbul etmişdir. Həmin 
qərar Cənubi Qafqaz Mərkəzi İnqilab Komitəsinin (MİK) 1924-cü il yanvar tarixli Birinci Plenumunda 
təsdiq olunmuşdur. Beləliklə plenumda Azərbaycan SSR MİK-in 1924-cü il 9 fevral tarixli dekreti ilə 
Naxçıvan Muxtar Diyarı  ləğv olmuş  və yerində Naxçıvan MSSR olmuşdur.(Ətraflı  ədəbiyyata bax, 
Mədətov Q.Ə. “Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Nax.MSSR-in təşkili”.Bakı-1958) 
1924-cü ilin 9 fevral tarixindən 1990-cı ilin 20 yanvar tarixədək Naxçıvan MSSR, hüquqi dövlət 
kimi Azərbaycanın tərkibində qalmışdır. 
Naxçıvan Vilayət(bolşeviklər) Komitəsinin birinci katibi Mirzalıbəy Bəktaşi olmuşdur. 
1990-cı ilin 20 yanvar tarixində keçmiş Qars müqaviləsinin  şərtlərinə görə Naxçıvan Muxtar 
Respublikası inzibati ərazilərinə Ermənistanın silahlı dəstələrinin təcavüzü ilə əhalinin yurd yerlərindən 
qaçqın düşməsi nəticəsində, Naxçıvan MSSR Ali Soveti tərəfinin qərarı qəbul olunmuşdur. 
Qərarda Naxçıvan Muxtar Respublika torpaq əraziləri Ermənistan silahlı  dəstələri tərəfindən 
basqınlara məruz qalmış  və SSRİ Ali Soveti tərəfindən köməklik edilmədiyi üçün SSRİ hökuməti 
tərkibindən çıxması göstərilmişdir. 
1991-ci ildən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası  tərkibində qalmaqla ayrıca 
hüquqi dövlət olmuşdur. 
Naxçıvan MR-ın inzibati torpaq əraziləri şimaldan Ermənistanla (246 km), qərbdən Türkiyə ilə (11 
km), cənubdan isə İranla (204 km) Araz çayı boyunca həmsərhəddir. 
Ermənistanla sərhəd zolağı  Zəngəzur və  Dərələyəz dağ silsiləsi ilə, Türkiyə  və  İranla isə Araz 
çayıdır. Naxçıvan MR-ın  ərazisi 158 km uzununa və 75 km məsafədə isə eninə romb həndəsi fiquru 
oxşarındadır. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi isə 376 min 360 nəfərdir. (2006-cı ilin st.məl.) 
Muxtar Respublikanın paytaxtı, qədim Şərqin Qapısı Naxçıvan şəhəridir. 
Naxçıvan şəhəri dünya okeanı səviyyəsindən 750 metr yüksəkdə yerləşir. 
Naxçıvan MR-in ən hündür ərazisi Qapı Cudi dağı (Qapıcıq, 3917 m.)ən alçaq yeri isə Araz çayı 
sahillərində 600 metr yüksəkdədir. 
Muxtar Respublikanın  şimalda  ən ucqar yeri Saraybulaq silsiləsinin  Şərur rayonu ərazisindəki 
Kömürlü (2064 m.) dağı, ən cənub yeri isə Arazın sol sahilindəki Zərəni dəmir yolu stansiyasıdır. 

 
6
1920-ci ildə Rusiya hökumətinin qərarı ilə (Kiçik Qafqazda Ermənistan dövlətini yaratmaq 
məqsədilə) qanunsuz olaraq Naxçıvandakı  Zəngəzur dağları boyunca 44 km enində (Araz çayınadək) 
torpaqlarımız Ermənistan SSR-ə pay verilmişdir. Bunun nəticəsində Naxçıvan Muxtar Diyarı 
Azərbaycandan ayrı düşmüşdür. 
1930-cu ildə Naxçıvan MR-in tərkibində  Şahbuz,  Şərur, Naxçıvan, Culfa, Əbrəqunis və Ordubad 
inzibati rayonları olmuşdur. 
1932-ci ildə Azərbaycan  ərazilərində  təbii və tarixi mədəniyyətimizi öyrənmək məqsədi ilə 
“Azərbaycanı öyrənək” jurnalı  nəşr olunmuş  və Naxçıvanda “Tətqiq və  Tətəbbö Cəmiyyəti” fəaliyyət 
göstərmişdir. 
1948-ci ildə Əbrəqunis rayonu ləğv edilərək həmin torpaq əraziləri Culfa rayonu ilə birləşdirilmişdir. 
1978-ci ildə Naxçıvan rayonu Babək adı ilə əvəz olunmuşdur.  
1990-cı ildə Sədərək rayonu yaradılmışdır. 
2004-cü ilin 19 mart tarixində isə Muxtar Respublikada sonuncu Kəngərli rayonu yaradılmışdır. 
Haliyyədə Muxtar Respublika tərkibindəki inzibati rayonlar Ordubad (mərkəzi Ordubad şəhəri), 
Culfa (mərkəzi Culfa şəhəri), Babək (mərkəzi Babək qəsəbəsi),  Şahbuz (mərkəzi  Şahbuz qəsəbəsi), 
Kəngərli (mərkəzi Qıvraq qəsəbəsi),  Şərur (mərkəzi  Şərur  şəhəri) və  Sədərək (mərkəzi Heydərabad 
qəsəbəsi)-dir.  
Naxçıvanda insanlar hələ Eramızdan  əvvəl II-I minilliklərdə Duz dağındakı daş duzdan istifadə 
etmişlər. Belə ki, Eramızın III-XI əsrlərinədək insanlar Duz dağındakı yeraltı təbii mağaradakı hava ilə 
təmasda olduqlarından bronxit, göy öskürək və s. xəstəliklər olmamışdır. 
1880-cı illərdən 1920-ci ilədək Şərurun “Gümüşlü” mədənindən filiz çıxarılmışdır. 
Qədim insanlar Naxçıvandakı mədən suları ilə bir sıra xəstəliklərin müalicəsində istifadə etmişlər. 
Belə ki, Vayxır soyuq və Darıdağ  mərgümüşlü termal mineral sularından qoturluq dəri 
xəstəliklərinin sağalmasından istifadə etmişlər. 
1933-cü ildə Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı Nadir Məmmədlinin(1897-1937) təşəbbüsü ilə 
Azərbaycan Xalq Səhiyyə Komissarlığının xüsusi qərarı ilə ilk dəfə Naxçıvandakı  mədən sularını elmi 
şəkildə öyrənmək məqsədi ilə Bakıdan mütəxəssis ekspedisiyası göndərilmişdir. 
Alimlərin axtarışı ilə Muxtar Respublikasında ilk dəfə 3 rayonda 48 mineral su bulaqlarını tapıb 
kimyəvi tərkibini öyrənmişlər. 
Alimlər Darı dağ, Nəhəcir, Badamlı, Sirab, Dərəşam, Qızılvəng, Gömür, Vayxır və sairə ərazilərdəki 
mədən sularının insanların sağlamlığına təsiri metodlarını tapmışlar. 
Naxçıvan Muxtar Respublikasında təbii ehtiyatları (sərvətləri) qoruyub gələcək nəsillərə çatdırmaq 
üçün ümümxalq tədbirləri genişləndirilmişdir. 
Yetmiş-səksəninci illərdə Naxçıvan  şəhərində Azərbaycan MEA-nın Elm Mərkəzinin  şöbəsi 
fəaliyyət göstərmişdir. 
1949-cu ildən sonra Amerikada BMT yanında yaradılmış Beynəlxalq Təbiəti Mühafizə  İttifaqına 
Azərbaycan da qoşulmuşdur. 1956-cı ildə Azərbaycan EA nəzdində  Təbiəti Mühafizə Komissiyası 
yaradılmışdır. 1957-ci ildə Bakıda Zaqafqaziya təbiəti mühafizəsi üzrə birinci müşavirəsi keçirilmişdir. 
1960-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Təbiəti  
Mühafizə  İdarəsi, 1963-cü ildə isə su mənbələrinin mühafizəsi Komitəsi ilə  Təbiəti Mühafizə 
Cəmiyyəti fəaliyyət göstərmişdir. 
1984-ci ildən Naxçıvan Muxtar Respublikasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi 
yaradılmışdır. Komitə 1999-cu ilin yanvarından Naxçıvan MR Ekologiya və  Təbii Sərvətlər Nazirliyi 
adlanaraq rayonlarda isə şöbələri yaradılmışdır. 
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsindəki “Təbii Ehtiyatlar İnstitutu” ilə 
“Bioresurslar  İnstitutu”da fəaliyyət göstərir.  İnstitutun Babək rayonundakı  Şıxmahmud kəndi 
yaxınlığında “Nəbatət bağı” və “Yaşıl əczaxanası” da vardır. 
Naxçıvan Muxtar Respublikasındakı  təbii sərvətləri qorumaq üçün “Cənub su hövzələri 
müfəttişliyi”, “Ovçular cəmiyyəti” və “Təbiəti mühafizə  cəmiyyəti” fəaliyyət göstərmişdir. Məktəbli 
gənclərə təbiətin qorunması məqsədi ilə Maarif Nazirliyinin “Gənc təbiətçilər Stansiyası” yaradılmışdır. 
(Sonradan “Uşaq Ekaloji Tərbiyə Mərkəzi” adlanmışdır). 
Muxtar Respublika Ali Məclisi sədrinin təşəbbüsü ilə  hər il yaz və payız aylarında ümumxalq 
iməclikləri keçirilərək yaşıllaşdırma işləri aparılır. 
1969-cu ildə Muxtar Respublikadakı fauna və floranı qoruyub saxlamaq üçün Ordubad Dövlət 
Qoruğu və 2004-cü ilin 9 oktyabr tarixində isə Akademik Həsən  Əliyev adına Milli Yaşıllıq Parkı 
yaradılmışdır. 

 
7
Naxçıvan MR Ali Məclisinin 2003-cü il 16 iyun tarixli fərmanı ilə Şahbuz rayonunda 3139 hektar 
sahədə Dövlət Təbiət Qoruğu yaradılmış  və 2005-ci ilin 23 sentyabr tarixli sərəncamı ilə Araz çayı 
sahilindəki 9118 hektarlıq sahə isə Arazboyu Dövlət Təbiət Yasaqlığı elan olunmuşdur.   

 
8
Yaşıllığı artıran, sağlamlığı qazanar” 
Xeyyriyyəçi Əlixan Kəngərli
 
Naxçıvan şəhəri  məhəllələrinin “yaşıl” sərvətləri 
 
 
Naxçıvan  şəhəri Orta əsrlərdə tarixi ipək yolunun üstündə olmuş, burada əhali artıb-çoxalaraq 
məhəllələr yaranmış və əkinçiliklə yanaşı sənətkarlıq sahələri də inkişaf etdirilmişdir. 
Tarix boyu Naxçıvan  şəhəri xarici işğalçıların dağıdıcı  zərbələrinə  məruz qalsa da, əhali təbii 
sərvətləri qoruyub saxlamışdır. 
Müasir Naxçıvan  şəhəri böyüyüb gözəlləşmiş, geniş xiyabanlar salınmış, çox mərtəbəli yaşayış 
binaları tikilmiş, küçələrə ad verilmiş  və  əskidən qalma məhəllə adları da unudulmamışdır.  Şəhər 
əhalisi meyvə  ağaclarını çoxaltmaq məqsədilə  şəxsi təsərrüfat sahələrində yaşıllaşdırma işlərinə diqqət 
artırmışlar. 
 
1)  Ağabəylər məhəlləsi.  Qədim məhəllə olmuş, indiki  Atatürk küçəsində “Gənclik kafesi”ndən 
başlamış Daxili İşlər Nazirliyi yerləşən əraziyədək (M.Sidqinin (1854-1903) məktəbi fəaliyyət göstərmiş
yanında “Padşahlıq bağı”(Böyük bağ) olmuş  və haliyyədə unudulmuşdur. Məhəllə  ərazisinə su arxları 
çəkilmiş, çoxillik qaraağac, çinar, tut, ərik və sairə ağaclar əkilmişdir. 
 
2) Anbar məhəlləsi. İndiki Naxçıvan Müəllimlər İnstitutu binası ətrafında olmuşdur. 
Bu kiçik məhəllədə  əsasən Naxçıvana gələn tacir-müsafirlərin mallarının saxlanılması üçün böyük 
yeraltı  və yerüstü anbarların olması ilə  əlaqədardır. Məhəllə  ərazisindəki kəhriz quyularının  ətrafında 
çoxillik tut, qaraağac, çinar və s. ağaclar əkilmişdir. 
 
3) Atabəylər məhəlləsi. Qədim məhəllə ərazidəki böyük Əcəminin tikdiyi əzəmətli Möminə xatun 
(Atababa) türbəsinin ətrafında olmuşdur. Ərazidə yalnız Naxçıvan hakimlərinin iqamətgahları ilə bərabər 
divanxana, iki tağlı portal darvaza tikilisi, qırxpillə su kəhrizi (Ağaməli) və başqa tikililər də olmuşdur. 
Məhəllə  ərazisindəki kəhriz quyuları  kənarında çoxillik meşə  ağacları ilə  bərabər həmişəyaşıl bəzək 
kolları da əkilmişdir. 
1986-cı ildə qurulmuş iki dəfə Sosialist Əməyi Qəhrəmanı H.Ə.Əliyevin(1923-2003) büstü ətrafında 
gülkarlıq salınmışdır. 
 
4)  “Bəktaş arxı”(Bəydaş) məhəlləsi.  Şəhərin  şimal-şərq hissəsində  Əlixan məhəlləsindən axan 
“Bazar çayı”ndan ayrılmış sol qol “Ziyil arxı”nın başlanğıc ərazilərinə Bəydaş məhəlləsi deyilərdi. 
Məhəlləyə  (əraziyə) həmin adın verilməsi Türkiyənin  İqdır vilayətindən olan “Bəktaş” Osmanlı 
dərviş ordeninə layiq görülmüş Rauf Əfəndi Bəktaşinin adı ilə bağlıdır. Bəktaş arxının suyu şəhərdəki 
Əlixan, Çimən, Pirqəmiş, Şahab, Qurdlar və digər məhəllərdəki əkin torpaqlarını suvarılmasında böyük 
əhəmiyyəti olmuşdur. 
Məhəllədə otuzuncu illərdə Naxçıvan Tədqiq və  Tətöbbö Cəmiyyətinin elmi katibi 
M.Mirheydərzadə(1877-1956) yaşamışdır ki, onun həyətindəki yüz əlli ildən artıq  əkilmiş qocaman tut 
ağacı hələ də qalmaqdadır. 
 
5) Cıdıllı məhəlləsi. Əvvəllər Naxçıvan şəhərinin şimal-qərb tərəfində indiki Dövlət Dram Teatrının 
binası yerində geniş bir meydança var idi. Həmin meydanda XX əsrin 40-50-ci illərinədək at yarışları 
keçirilər, kəndirbazlarla pəhlavanlar öz məharətlərini göstərərdilər. 
Həmin meydanın  ətrafında yaşayış evləri olmuşdur ki, ora Cıdıllı  məhəlləsi adlandırılmışdır. 
Məhəllədə kəhriz quyuları ətrafında çinar, nərbənd ağacları ilə bərabər ardıc kolları da əkilmişdir. 
 
6) Cığatay məhəlləsi. Həmin məhəllənin yaranması tarixi XII əsrin əvvəllərinə təsadüf olunur. 
1235-ci ildə monqol Cormoğxanın başçılığı ilə Naxçıvanda qanlı döyüşlər apararaq əraziləri öz 
təsirləri altına salmışlar. Naxçıvanda qalıb yaşayan asiyalılar, məskunlaşdıqları  məhəlləyə “cığataylar” 
adını vermişlər. 
Tut, ərik, qoz və başqa çoxillik ağaclar əsasən məhəllədəki su arxları kənarında əkilmişdir. 
Azərbaycanın ümummilli lideri H.Əliyev(1923-2003) qardaşları akademik Həsən Əliyev(1907-1993) 
və akademik Cəlal Əliyev(1928-....) gənclik illərində həmin məhəllədə yaşamışlar. 

 
9
 
7) Çaparxanlı məhəlləsi. Keçmişdə çaparların atları saxlanılıb dəyişilən ərazi olmuşdur. Məhəllənin 
əski adı “çaparxana” olmaqla burada poçt-teleqraf binası, at tövləsi, gömrük və jandarma idarəsi yaşayış 
evləri və sairə yerləşmişdir. 
Məhəllə Bazar çayının üstündə, indiki 12№li orta məktəbin yerləşdiyi ərazidə olmuşdur. Məhəllədə 
kəhriz quyuları olmuş və Bazar çayı kənarında çoxillik tut, qoz, çinar ağacları əkilmişdir. 

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin