FəALİYYƏt plani baki-2022 Ümumi təhsil müəssisələrində fəaliyyət planın aparılmasına dair



Yüklə 133,85 Kb.
səhifə1/4
tarix20.11.2023
ölçüsü133,85 Kb.
#162075
  1   2   3   4
Fəaliyyət planı nümunə 2022-2023...





AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ


________________________________________________________________________________________________________
BAKI ŞƏHƏRİ ÜZRƏ TƏHSİL İDARƏSİ

___ NÖMRƏLİ TAM ORTA MƏKTƏBİN


2022/2023-CÜ TƏDRİS İLİ ÜÇÜN


FƏALİYYƏT PLANI
BAKI-2022
Ümumi təhsil müəssisələrində fəaliyyət planın aparılmasına dair
TƏLİMAT

  1. Fəaliyyət planının tərtibi üçün bir öncəki tədris ilinin sonuncu Pedaqoji Şurasında fəaliyyət planının hazırlanması üçün komissiya yaradılır və təhsil müəssisəsinin fəaliyyət planı həmin komissiyanın üzvləri tərəfindən hazırlanır.

  2. Fəaliyyət planı tədris ili başlananadək tərtib olunur və bir tədris ili üçün nəzərdə tutulur.

  3. Fəaliyyət planı tədris ilinin ilk Pedaqoji Şurasının qərarı ilə təsdiqlənir.

  4. Fəaliyyət planı tədris dilindən asılı olmayaraq bütün təhsil müəssisələrində Azərbaycan dilində yazılır.

  5. Fəaliyyət planında tədris ili ərzində icrası nəzərdə tutulmayan fəaliyyətlərin qeyd olunması yolverilməzdir. Xüsusi hallarda (pandemiya şəraiti, təbii fəlakətlər, hərbi vəziyyət və s.) fəaliyyət planında qeyd olunan fəaliyyətlərin icrası ilə əlaqədar yaranan problemlər istisnadır.

  6. Tədris ilində baş verən xüsusi hallarla (pandemiya şəraiti, təbii fəlakətlər, hərbi vəziyyət və s.) əlaqədar lokal, regional və ölkə miqyaslı dəyişikliklər baş verərsə, həmçinin bununla bağlı təhsil idarəetmə orqanının müvafiq rəsmi qərarı olarsa, fəaliyyət planı yenidən hazırlanır və mövcud şəraitə uyğunlaşdırılır. Əgər fəaliyyət planında dəyişiklik əksər sahələri əhatə etmirsə, bir-neçə fəaliyyətə şamil olunursa, fəaliyyət planına əlavələr Pedaqoji Şuranın qərarı əsas göstərilməklə fəaliyyət planının sonuna əlavə edilir.

  7. Fəaliyyət planında əks olunmuş bütün fəaliyyətlərin icrasına nəzarəti birbaşa təhsil müəssisəsinin rəhbəri həyata keçirir.

  8. Fəaliyyət planında mövcud olan fəaliyyətlərin hər biri üzrə hesabatlar hazırlanır və fəaliyyətin icra keyfiyyətinin təhlili aparılır.

  9. Fəaliyyət planında əsas istiqamətlər, altistiqamətlər və fəaliyyətlər müvafiq olaraq bir, iki və üç rəqəmdən ibarət olmaqla nömrələnir və ardıcıllıq təmin edilir.

  10. Fəaliyyət planında əsas istiqamətlər və altistiqamətlər ümumiləşmiş şəkildə ifadə olunur. Hesabatlardan əldə olunmuş məlumatlar əsasında təhsil müəssisəsinin həyata keçirəcəyi fəaliyyətlərin adı dəqiq, lakonik və təhsil müəssisəsinə məxsus formada qeyd olunur.

  11. Fəaliyyət planında fəaliyyətin icrasına cavabdeh şəxs bir nəfər olduğu halda, fəaliyyətin icrasına cəlb olunan şəxslər bir və daha artıq ola bilər. Fəaliyyətin icrasına cəlb edilən şəxslər fəaliyyəti təşkil edən və ya icra edən şəxslərdir. Fəaliyyətdə iştirak edən iştirakçılar burada qeyd olunmur.

  12. Fəaliyyətin icrasına cavabdeh şəxs həmin fəaliyyət üzrə hesabat hazırlayan şəxsdir. Hesabat nəticə göstəriciləri və hədəflər üzrə hazırlanır.

  13. Fəaliyyət panında nəticə göstəricisi fəaliyyətlərin vizual olaraq görünən nəticələrini ölçmək üçün istifadə olunan sözlü ifadələrdir. Nəticə göstəricisinə əsasən fəaliyyətin hədəfi müəyyənləşdirilir.

  14. Fəaliyyət planında hədəf nəticə göstəricilərinin rəqəm və ya faizlə ölçüsüdür. Hədəf proqnostik xarakterli olsa da fəaliyyətin tələbindən və ya fəaliyyətin zaman dinamikasından əldə olunur. Hədəf tam ədədlərlə göstərilir.

  15. Fəaliyyət planında fəaliyyətin icra müddəti fəaliyyətin planlaşdırıldığı vaxta uyğun olaraq yazılır. Fəaliyyət hər hansı bir gündə icra olunarsa həmin gün qeyd olunur. Fəaliyyətin icra müddətini intervallı tarixlər və ya aylarla da ifadə etmək olar.

  16. Fəaliyyət planında hesabatın verilmə tarixinə gün, ay və il göstərilməklə dəqiq tarix və ya tarixlər qeyd olunur. Bu tarix və ya tarixlər fəaliyyətin icra müddəti bitdiyi gündən sonra beş iş günü içərisindən seçilir.

  17. Fəaliyyət planının qeyd hissəsində faliyyətin icrası ilə bağlı hər hansı vacib qeyd və ya dəyişikliklər qısa şəkildə yazılır.

“Təsdiq edirəm”
XXX nömrəli tam orta məktəbin direktoru
______________________ XXXX XXXXXXXXXX
Pedaqoji Şuranın “___”________ 2022-ci il tarixli ____ №-li qərarına əsasən təsdiq olunmuşdur.

“____” ___________ 2022-ci il





Yüklə 133,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin