Feyruz Bağırov


Örüş- Mal-qaranı otarmaq üçün çəmənli torpaq sahəsi.  Polikultur təsərrüfat



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#5477
1   ...   5   6   7   8   9   10   11   12   13

Örüş- Mal-qaranı otarmaq üçün çəmənli torpaq sahəsi. 
Polikultur təsərrüfat (Polo cultura)- Becərmədə çox sahəli kənd təsərrüfatı bitkiləri. 
Polimetal filizlər (Polumetallon)- Tərkibində bir neçə qarışıq olan filizlər. 
Prolüvi (Proluo)- Sel sularının gətirdiyi dağın ətəyindəki çöküntü materialı. 

 
85
Relyef (Relief)- Yer səthinin alçaq-hündür formasının məcmusu. (Müsbət relyef-hündür, mənfi 
relyef-alçaq, meqa relyef-yer qabığının batıq və qabarıq yeri, makro relyef-dağlar, mezo relyef-vadi, dərə 
və mikro relyef-təpə, çuxur yerlərdir.) 
Suvarma norması- Vegetasiya dövründə bitkilərin tələbatını ödəmək üçün 1 hektar torpaq sahəsinə 
verilən suyun miqdarıdır. 
Suvarma əkinçiliyi- Kənd təsərrüfatı bitkilərinin suvarma şəraitində yetişdirilməsidir. 
Su balansı- Yer kürəsindəki şor və şirin suların gəlir və çıxarının nisbəti. Azərbaycanda su balansı 
yağıntı 427 mm, buxarlanma 308 mm, axın 119 mm (69 mm səth və 50 mm isə yeraltı qurunt suları) dir. 
Su ehtiyatları- İstifadəyə yararlı sular; çay, göl, anbarlar, dəniz və okeanlar, yeraltı sular, buzlaqlar 
və atmosferdəki buxar aiddir. (Azərbaycanda su ehtiyatlarının illik həcmi 30,9 km³-dur.) 
Sinklinal (Synklino)- Dağlardakı süxur laylarının aşağı bükülmüş forması. 
Su- (H
2
O) hidrogenlə oksigenin kimyəvi birləşməsi. (Qalınlığı 2 m-dən artıq rəngsiz təbəqə, -0 Cº-də 
donur, +100 Cº-də qaynayır). Canlı aləmin əsas tərkib hissəsidir. 
Su anbarı- Çayın yatağında bənd tikilməklə yaradılan suni su hövzəsi. 
Subartezian quyusu (Sub Artua)- Yer altındakı suların qazılmış quyularla mexaniki üsulla yer 
səthinə çıxarılması. 
Suvarma- Quraqlıq iqlim şəraitində kənd təsərüfatı bitkilərinin becərilməsi üçün torpaqda rütubət 
yaradılması üsulu. 
Su enerji ehtiyatı- Çayların və şəlalənin tökülən suyundakı potensial enerji ehtiyatı. 
Su məsrəfi- Çayın su kəsiyindən vaxt ərzində axan suyun həcmi. Çaylarda su məsrəfi m³/san, 
bulaqlarda isə l/san ilə ölçülür. 
Yerin sürüşməsi- Yamacdakı torpaq sahəsinin ağırlıq qüvvəsi nəticəsində yerini dəyişməsi 
hadisəsidir. (Naxçıvan MR-da Şahbuz rayonundakı Zırnel ilə Culfa rayonundakı Anzır kəndləri 
sürüşməyə məruz qalmışdır.) 
Suxur- Yer qabığını əmələ gətirən təbii mineral birləşmə. (Mənşəyinə görə maqmatik və metamorfik 
süxurlar vardır.) 
Tarlaqoruyucu meşə zolağı- Suni surətdə yaradılmış eni 10-60 m zolağında əkilmiş çoxillik ağaclıq 
sahə. 
Texniki bitkilər- Məhsulu sənayedə xammal kimi istifadə olunan əkinçilik. 
Təbiətin qorunması- Təbii mühiti qoruyub saxlamaq üçün dövlət tərəfindən görülmüş zəruri 
tədbirlər. 
Təbii ehtiyatlar (sərvətlər)- İnsan cəmiyyətinin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə 
edilən bütün təbii maddələr və enerji. (Torpaq, bitki və heyvanlar aləmi, mineral xammal və sular) aiddir. 
Torpaq- Biosferi və atmosferin Yer qabığına təsiri nəticəsində əmələ gəlmiş məhsuldar lay. 
Torpaqlar fiziki-kimyəvi quruluşlarına görə bərk, mayeli və yüngül məsamələrdən ibarətdir. 
Torpaq aerasiyası- Torpaqdakı hava ilə atmosfer havasının mübadiləsi-dəyişilməsidir. Torpaq 
aerasiyası zamanı torpaq oksigenlə zənginləşərək bitkilərin boy atmasına təsir göstərir. 
Traspirasiya (Trans spizo)- Bitkilərin yaşıl yarpaqları vasitəsilə suyu buxarlandırması. 
Fauna (Faunus)- Yer ərazisindəki tarixən əmələ gəlib yayılmış heyvanlar aləmi. 
Filiz- Tərkibində qiymətli mineral və ya element olam süxur. 
Flora (Flora)- Müəyyən ərazinin bitki növlərinin məcmusu. 
Fotosintez (Photos synthesis)- Günəşin şüa enerjisinin köməyi ilə yaşıl bitkilərin havadakı karbon 
qazından və sudan enerji ilə zəngin olan üzvi maddələrin hazırlanması prosesi. Fotosintezin sxematik 
kimyəvi prosesi belədir; 
CO
2
+4H
2
O xlorofil .CH
2
O+3H
2
O+O
2
 
                      işıq 
Halofit (Hilos phyton)- Şorakət torpaqlarda bitən (yovşan, yulğun və s.) bitkilər. 
Humus (Humus)- Çürüntü-torpağın bitki və heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində 
əmələ gələn qara torpaq. 
Calaq- Bitkiçilikdə hər hansı bitkinin cavan budağındakı tumurcuğunu başqa bitkiyə kəsib calamaq. 
(Əsasən mart-sentyabr ayları arasında aparılan calaqvurma meşəçilikdə vegetativ yolla çoxaldılan 
üsullardandır.) 
Çaylaq- Dağlıq rayonlarda çay dərəsinin yay aylarında su axmayan daşlıq hissəsidir. 
Çöküntü süxurları- Su hövzələrinin dibində əvvəllər mövcud olmuş müxtəlif süxurların pozulub 
dağılmasından və onların qalıqlarından əmələ gəlmiş süxurlardır. 
Şəlalə- Suyun çay yatağında bərk süxurdan əmələ gəlmiş çıxıntı üstündən tökülən yeridir. 

 
86
Şibliyak- istisevən və quraqlığa davamlı kol bitkiləri fitosenozu. (Məsələn:yarpağını tökən 
böyürtkən, itburnu, yulğun və s.) 

 
87
Ədəbiyyat 
 
 
1)
 
Azərbaycan Sovet Ensiklopediyası (ASE, 10 cild), Bakı, 1976-1987. 
2)
 
Naxçıvan Ensiklopediyası, Bakı-2002. 
3)
 
Uşaq Ensiklopediyası, (3 cild) Bakı 1987-1989. 
4)
 
M.Qaşqay “Azərbaycanın mineral su bulaqları”, Bakı-1952. 
5)
 
H.Əliyev, Ə.Zeynalov “Torpaqşünaslıq”, Bakı-1984. 
6)
 
S.Babayev “Qədim diyarın təbiəti”, Bakı-1970. 
7)
 
S.Babayev “Naxçıvan MR-ın coğrafiyası”, Bakı-1999. 
8)
 
C.Əliyev “Mədəni bitkilər və onların əcdadları”, Bakı-1989. 
9)
 
H.Əliyev “Həyəcan təbili”, Bakı-1982. 
10)
 
M.Əliyev “Giləmeyvəli bitkilər”, Bakı-1980. 
11)
 
Ə.Quliyev “Naxçıvan MR-da kəhrizlərin vəziyyəti və onlardan səmərəli istifadə yolları”, 
Naxçıvan-2000. 
12)
 
F.Ş  Əliyev.,«Azərbaycan Respublikasının yeraltı suları ehtiyatlarından istifadə  və ekoloji problemləri», 
Bakı-2000. 
13)
 
Q.Z,  Əzizov.,  Ə.G. Quliyev., Azərbaycanın  şorlaşmış torpaqları, onların meliorasiyası  və münbitliyinin 
artırılması, Bakı-1999.79 səh. 
14)
 
Quliyev  Ə.G. «Naxçıvan muldası torpaqlarında və qrunt sularında  şorlaşmanın dinamikası», Azərb.EA 
xəbərləri XXXVII 1981 №7, səh. 65-68. 
15)
 
F.Ş.Əliyev “Yeraltı suların rejimi və balansı” Bakı 1999 
16)
 
T.N.Talıbov “Naxçıvan MR-da nadir heyvan növləri...”, Bakı-1999. 
17)
 
T.N.Talıbov “Naxçıvan MR-ın flora bio müxtəlifliyi...”, Bakı-2001. 
18)
 
B.Z.Rzayev “Naxçıvan MR-ın mineral sərvətləri və onların istifadəsi” Bakı-2003. 
19)
 
N.Mehdiyeva “Xalq təbabətinin izi ilə”, Bakı-1987. 
17)  İ.A.Dəmirov “Azərbaycanın dərman bitkiləri”, Bakı-1983. 
18) “Azərbaycan kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri”, Bakı-1965. 
19) L.M.Axundova 
“Meyvə bitkilərinin zərərvericiləri ilə mübarizə”, Bakı-1975. 
20) X.R.Xəlilov “Aqrokimya”, Bakı-1982. 
21)  Ə.M.Həsənov “Naxçıvanın təbii sərvətləri və onlardan istifadə yolları” Bakı 2001 
22)    M.H.Abutalıbov, V.S.Hacıyev, Y.M.İsayev, İ.S.Səfərov və b. “ Naxçıvan MSSR-nin bitki örtüyü 
       və onun xalq təsərrüfatında əhəmiyyəti”, Bakı 1975 
23)   “Qribı SSSR” Moskva-1980. 
24)  “Ximiçeskie sredstva zaşitı rasteniy”. Moskva-1980. 
25) V.M.Babazade 
“Mineralcno-srevıe resursı Azerbaydjana”. Baku-2005. 

Xəritə və 
foto şəkillər 
 
1)
 
Naxçıvan MR, İnzibati xəritə (2005) 
 
 
2)
 
Naxçıvan MR Heyvanlar aləmi xəritəsi 
 
88

 
 
3)
 
Əshabi-Kəhv mineral su bulağı 
 
 
 
 
 
 
4) Salvartı dağ gölü 
 
89

 
 
4)
 
Pəzməri Şəlaləsi 
 
 
 
 
 
90
5)
 
Nərbənd ağacı 

 
 
6)
 
Naxçıvanda “Qızlar bulağı” 
 
 
 
 
 
7) Badamlı Mineral bulağı 
 
91

 
 
 
 
8) Minerallar 
 
1) Qranosiyenit üzlük daşı, 2) Polimetal filizi, 3) Kvars-molibdenit filizi, 4) Bazalt konqlomeratı,  
5) Realqar filizi, 6) Əqiq bəzək daşı, 7) Konqlomerat, 8) Daşduz druzası, 9) Rutil kristalları,  
10) Krvars druzası, 11) Travertinli araqonit
 
92

 
 
 
 
9) Heyvanlar Aləmi 
 
1) Bəbir, 2) Qonur ayı, 3) Qarabaş rinxokalamus, 4) Kiçik Asiya gürzəsi, 5) Çöl pişiyi, 6) Muflon,  
7) Bezoar keçisi, 8) Oxlu kirpi, 9) Qara kərkəs, 10) Berkut, 11) Xəzər uları, 12) İmperator qartalı
 
93

 
 
 
 
10) Bitki Örtüyü 
 
1) Qarabağ zanbağı, 2) Şrenk zanbağı, 3) Yuliya zanbağı, 4)Turnefor dufelipeyası,  
5) Qaraquş zəngçiçəyi, 6) Gülbətin, 7) Tıs-tıs, 8) Komarov şaqqıldağı, 9) Çoxrəngli zanbaq. 
 
94

 
 
 
 
 
11) Alma və Armud növləri 
 
1) Stəkanvari, 2)  Qızıləhmədli, 3) Şirvan gözəli, 4) Şıxıcan, 5) Daşarmudu, 6) Lətənzi,  
7) Abbasbəyi, 8) Zöhrə. 
 
95

 
 
 
 
12) Bitki zərərvericiləri 
 
1) Sovka kəpənəyi, 2) Asiya çəyirtkəsi, 3) İtaliya çəyirtkəsi, 4) Danadişi, 5) Kələm kəpənəyi, 
6) Ziyankar bağacıq, 7) Yaşılgöz milçək, 8) Taxıl böcəyi, 9) Sümürtkən böcəyi, 10) Taxıl mənənəsi, 
11) Alma kəpənəyi, 12) Qanlı mənənə, 13) Armud taxtabiti, 14) Albalı böcəyi, 15) Şıqqıldaqböcək 
 
96

 
 
 
 
13) Böcəklər 
 
1) Protserus, 2) Qəşəng, 3) Yatıcı, 4) Üzücü, 5) Məzar, 6) Parabüzən, 7) Peyinyumalayan, 8) Mərmər 
9) Qızıl, 10) Pərvanə, 11) Tərəçiçək, 12) Noxudyeyən, 13) Yarpaqyeyən, 14) Turpyeyən, 15) Uzunbuğ 
16) Palıduzunbuğu, 17) Qabar, 18) Şaqqıldaq 
 
97

 
 
 
 
14) Quşlara qayğı işləri 
 
1) Yek təknələri, 2) Su vannası, 3) Sığırçın yuvası, 4-5) Sığırçın yuvasının hazırlanması, 
6) Ağac sarğıları 
 
98

 
 
 
 
15) Dərman bitkiləri 
 
1) Murdarça, 2) Xanımotu, 3) Pişikotu, 4) İtburnu, 5) Batbat, 6) Xoruzgülü, 7) Rəvənd, 8) Çaytikanı, 
9) Gülxətmi, 10) Şirin bayan, 11) Damotu, 12) Xaşxaş (lalə) 
 
99

 
 
 
 
16) Göbələklər 
 
Yeməli göbələklər: 1) Şampinyon, 2) Ağ göbələk, 3) Sezar amanitası, 4) Sarı yağlıca, 5) Palıd göbələyi, 
6) Hündürçətir göbələk, 7) Russula, 8) Sarıca, 9) Ağac göbələyi, 10) Dişli tozanaq, 11) Dombalan,  
12) Quzuqarnı, 13) Kilkəli peynir, 14) Kötük göbələyi 
Zəhərli göbələklər: 15) Solğun amanita, 16) Çəhrayı lepiota, 17) Oyuqlu entoloma, 18) Qırmızı amanita,  
19) Yalançı kötük göbələyi. 
 
100

 
 
 
 
17) Zəhərli bitkilər 
 
1) İtboğan, 2) Xaşxaş, 3) Acı qaymaqçiçəyi, 4) Əkin qərənfili, 5) Canavar giləsi, 6) Küstüşam,  
7) Batbat, 8) Qaraçöhrə, 9) Dəlibəng, 10) Kəpənəkçiçək 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
101

 
 
Feyruz Abdulla oğlu Bağırov 1946-cı ildə Naxçıvan şəhərində 
anadan olmuşdur. İlk təhsilini H.Cavid adına 5№-li orta məktəbindən 
başlayaraq orta ixtisas təhsilini Naxçıvan Kənd Təsərrüfatı 
Texnikumunda tamamlamışdır. 
 
102
1970-ci ildən “Aqronom-aqrokimyaçı” ixtisaslı F. Bağırov 
texnikumdakı Aqrokimya kabinəsində baş laborant vəzifəsində işləyərək 
təbiət elmlərinə maraq göstərmişdir. Həmin illərdə yerli mətbuatda təbiəti 
mühafizə mövzulu məqalə  və fotoetüdləri ilə  təbiətsevərləri tanış 
etmişdir. 
O, Akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji 
İnstitutunun “Təbiət-coğrafiya” fakültəsində oxuyaraq ali pedaqoji təhsil 
almış və təbiət-coğrafiya fənni üzrə müəllim işləmişdir. 
Tələbəlik illərində O, qocaman aqronom - əməkdar müəllim R. 
Bəktaşi, kimya elmləri doktoru R. Hacılı, coğrafiya elmləri doktoru S. Babayev, biologiya elmləri 
namizədi, dossent A. Mehdiyev, tarix elmləri namizədi, dossent Z. Şahverdiyev, kənd təsərrüfatı 
elmləri namizədi, dossent Ə. Quliyev, pedaqoji elmlər namizədi N. Orucəliyev və başqalarından 
dərs almışdır. 
F. Bağırovun Naxçıvan Muxtar Respublikasının ekologiyası  və  təbii sərvətləri mövzulu 
məqalələri yenidən işlənərək bu kitabda toplanmış və oxuculara çatdırılmışdır. 
 
 
 
Müəllifin Web saytı:   www.nuhyurdu.com 
E-mail ünvanı:            info@nuhyurdu.com 
 

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin