Feyruz Bağırov



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#5477
1   ...   5   6   7   8   9   10   11   12   13

 
18)  İşıldayan böcəklər- (Lampu ridae)- Böcəklər fəsiləsindən olan həşəratlar dünyanın tropik və 
mülayim qurşaqlarında yayılmışdır. Azərbaycanda 6 (Naxçıvan MR-da 1) növü vardır. 
İşıldayan böcəklərin rəngləri tutqun bozumtul olaraq, yetkinlərinin bədənlərində işıqvermə qabilliyəti 
olduğundan onlara “sehirli gecə  fənərləri” də deyirlər. Qanadlı  işıldayan böcəklərin yalnız erkəkləri 
gecələr qısa müddət ərzində “fənərlərini yandıraraq” işıq saçırlar. 
Böcəklərin işıqvermə orqanları qarnının sonunda olub, orada şəffaf qabıq altında iri fotogen 
hüceyrələrlə traxeyalardan ibarətdir. Traxeyalar hüceyrələrə oksigenlə birləşməsi nəticəsində  və sinir 
düyünlərinin nizama düşməsi ilə fosforlu parıltı əmələ gətirir. 
Erkək böcəklərin qanadları olduğundan havada uçurlar. Erkəklərin uzunluğu 10-12 mm, dişi 
qanadsız böcəklərin isə uzunluğu 16-18 mm-dir. Dişi böcəklər yumurta çıxararaq sürfə formasındakı 
fərdlər də, bəzən gecələr işıldayırlar. Dişi böcəklər uça bilməsələr də erkəklərə nisbətən daha çox işıq 
saçırlar. 

 
72
İşıldayan böcəklər adətən çay kənarlarında, bostanda, taxıl zəmilərində yaşayaraq kənd təsərrüfatı 
zərərvericiləri ilə xüsusən də ilbiz molyuskalarla qidalanıb və onları məhv edirlər. 
Xeyirli böcəklər bostan-tərəvəz  əkinlərinə  zəhərli kimyəvi dərmanlar səpilərkən, kütləvi surətdə 
işıldayan böcəklər məhv olur. Erkək fərdlər gecələr havada uçarkən, yarasaların qurbanına çevrilirlər. 
 
19). Qurbağa- (Amphibios)- Onurğalılar sinfindən olan amfibilər (suda-quruda yaşayan heyvanlar), 
yer kürəsinin tropik və mülayim qurşaqlarında yayılmışdır. 
Qurbağalar suda-quruda yaşamaqla müxtəlif növləri hətta ağac və kollarda da yaşayırlar. 
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında torpaq, gölməçə və yaşıl rəngli ot qurbağaları 
yayılmışdır. Qurbağaya toxunduqda dərisindəki qabarcıqlardan pis iyli ağ maye ifraz edilir. Həmin maye 
ilə heyvanlar özlərini düşmənlərindən qoruyurlar. Qurbağanın  əl və ayaq barmaqarası  dəri üzgəcləri 
vardır. Uzun dilini bir anın içərisində bayıra çıxarmaqla ovunu selikli tüpürcəyi vaitəsilə tutub qidalanır. 
Qurbağalar xeyirli heyvanlardır. Onlar kənd təsərrüfatı zərərvericiləri olan kiçik mığmığa, milçək və 
kəpənəklərlə qidalanırlar. 
Qurbağalar 3-4 ildə cinsi yetkinliyə çataraq, 3-28 minədək tökdüyü kürüsündən quyruqlu balalar 
əmələ gəlir. 
Axşamlar gölməçədə yan-yana düzülən qurbağalar, havanı burun dəlikləri vasitəsilə soraraq 
ovurtlarını eybəcər şəkildə şişirtməklə ağzından çıxan hava axını ilə quruldayırlar. 
 
20)  Ağacdələn- (Picidae) Ağacdələnlər dəstəsindən olan qışlayan quş fəslidir. 
Bədəninin uzunluğu 8-50 sm, çəkisi isə 20-300 qr ağırlığında olur. Ayaqları qısa, barmaqları uzun, 
caynaqları iti, qanadları isə qısa və enlidir. Quşun quyruq lələkləri sərt olaraq elastik və sivridir ki, ağacın 
gövdəsində duranda quyruq lələkləri ilə bədəninə dayaq vurur. 
Ağacdələnin bir neçə növləri Azərbaycanda yayılmışdır ki, onlar aşağıdakılardır: 
1)
 
Sirratus (Picumus cirratus) 
2)
 
Qızılı rəngli 
3)
 
Yaşıl rəngli 
4)
 
İlanboyun 
5)
 
Qara rəngli 
6)
 
Ala rəngli 
7)
 
Üç barmaq və.s 
Ağacdələnlər ağacın qabığını deşərək orada özlərinə yuva qurub, ildə 3-7 yumurtadan ətçə balalar 
çıxarırlar. 
Quşlar meyvə ağaclarının ziyanverici qurdlarını yeyərək sanitar rolunu oynayırlar. 
Ağacdələn quşları ağacları mühafizə etməklə meşələrin “həkimidir”.. 
 
21) Bayquş- (Strigiforires)- Quşlar sinfindən olan dəstədir. Bayquşun bədəni 17-74 sm uzunluğunda, 
ağırlığı isə 50 qr-dan-3,25 kq-dək olur. 
Bu quşlara el arasında “bəyquş” da deyərlər. Çünki öz əzəmət və vüqarı ilə digər quşlardan fərqlənir. 
Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan 
bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə 
uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. 
Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə  çıxarır. Onlar kənd təsərrüfatına zərər 
vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. 
Azərbaycanda bu növ quşları bəzən bədxah quşlar da adlandırırlar ki, onların 6 növündən 3-ü (dam 
bayquşu, kor yapalaq və meşə bayquşu) Muxtar Respublikanın ərazilərində yayılmışdır. 
Bayquşlar  əkin sahələrinə, meşədəki zərər verən həşərat və  xırda gəmiriciləri məhv etdiyindən 
xeyirli quşlardır 
 
22) Yarasa (gecə quşu)- (Microchiroptera)- Şəbpərələr iri qanadlılar yarımdəstəsindən olan məməli 
quş-heyvanlardır. 
Yarasaların plaşabənzər qanadları nazik dəri olub, axırıncı buğumunda kiçik caynaqları vardır. 
Siçanabənzər heyvanın dişləri iti və çoxdur. Qulaqları iri dəri seyvanlı-çıxıntılıdır. Siçanabənzər 
başında xırda gözləri olur. 

 
73
Yarasalar yaxşı eşidən exolokasiya qabiliyyətli heyvan-quşdur. Onların lokasiya siqnallarının sürəti 
130 khs, müddəti isə 0,2-100 m/san bərabərdir. Buna görə də yarasalar gecələr uçarkən qarşılarına çıxan 
maneələri (0,1-0,08mm-lik) göndərdiyi əks-siqnalları ilə hiss edirlər. 
Yarasadakı exolokasiya (siqnalların göndərilib geri qayıtması) qabilliyəti 10-15 metrə təsir göstərir. 
Azərbaycanda yarasaların 24 növü (o cümlədən də Naxçıvan MR-da 4 növü) məlumdur. 
Yarasalar adətən mağaralarda, binaların örtük hissələrində, meşədəki ağac koğuşlarında, başı aşağı 
vəziyyətdə sallanaraq (güclü ayaq caynaqları ilə yapışaraq) yaşayırlar. Yarasalar soyuq aylarında 6-7 ay 
müddətində  qış yuxusuna gedib hərəkətsiz halda susuz və yemsiz yataraq, bədənlərindəki piy 
piqmentlərinin hesabına qalırlar. 
Yarasalar ildə bir bala doğaraq onu bir ay müddətində qoynunda saxlayıb əmizdirirlər. 
Yarasalar meşə və kənd təsərrüfatı zərərvericilərinin kütləvi surətdə məhv edir, havada uça-uça kiçik 
həşəratlarla qidalanırlar. Onlar xüsusilə bataqlıq ərazilərindəki malyariya xəstəliklərini törədən mığmığa 
və mədəni bitkilərin zərərvericiləri olan danadişi və s. ilə qidalandığından xeyirlidirlər 
 
23) Hop-hop (Şanapipik)- (Phoeniculidae) Şanapipiklər (Upupidae) fəsiləsindən olan köçəri quşun 
vətəni Afrikanın Madaqasqar adasıdır. 
Şanapipik quşunun dimdiyi ağacdələn quşu kimi uzun, əyri və bizvaridir. Quşun qanadları enli, sarı-
qırmızı parıltılı, quyruğu düz, başında isə alabəzək kəkili vardır. 
Azərbaycanda hop-hop quşunun yalnız bir (Upupa epops) növü vardır ki, Muxtar Respublikanın 
meyvə bağlarındakı ziyanvericilərə qarşı əhəmiyyətlidir. 
Hop-hopun bədəninin uzunluğu 26-30 sm olmaqla ağac koğuşlarında düzəltdiyi yuvasında 4-6 
yumurta qoymaqla, 18-20 gün müddətində bala çıxarır. 
Erkək hop-hop quşları adətən səhərlər öz “nəğmələri” ilə meyvə bağına səs salaraq, fışıldayıb 
dişilərini çağırırlar. 
Quşlar faydalı olduğundan meyvə ağaclarındakı hörümçək, milçək və ziyanverici kəpənək sürfələri 
ilə qidalanırlar. 
Muxtar Respublikanın bütün rayonlarındakı meyvə bağlarında yayılmışdır. 
Köçəri hop-hop quşu haqqında müqəddəs Quran kitabındakı “Ən-Nəml”(27) surəsində Hud-hud adı 
ilə Süleyman peyğəmbərin yaxın köməkçilərindən olaraq,  məktub (xəbər) aparanlarından biri kimi 
göstərilmişdir. 
 
Bağda uçar səhər-səhər, 
Verər bizə yazdan xəbər 
Cücüləri dilxor edər, 
Bağbanlara müjdə verər. 
 
Zərərverici həşəratlarla mübarizədə  kənd təsərrüfatına fayda verən quşları qoruyub saxlamaqla 
məhsuldarlığı artırmaq mümkündür. 
Hər bir bağbanın yaxın köməkçiləri bal arıları, bülbüllər, qaranquşlar və sığırçınlardır. 
Meyvə bağlarındakı  ağacları  zərərvericilərdən qorumaq üçün təbiət dostları olan quşlara qayğı 
göstərilməlidir. 
Bağlardakı ağaclardan qışlayan quşlar üçün yem təknələri asılmalıdır. Bunun üçün adi plastik ağzı 
dar qablara dən doldurularaq ona başı aşağı “təknələrin” üstündən asmaqla quşlara yem verilməlidir. 
Yayı quraq və isti keçən illərdə bağ arasında  quşların çimməsi üçün su doldurulmuş qablar 
qoyulmalı və hər gün səhərlər həmin su təzələnməlidir. 
Ağaclardan asılmış sığırçın və ağacdələn yuvaları quşların çoxalmasına səbəb yaradır. Bunun üçün 
uzunluğu 25-30 sm, eni isə 18-20 sm olan yonulmuş dörd ədəd nazik taxtanı bir-birinə mismarlamalı, ön 
tərəfindən 5 sm diametrində aşağıdan 15 sm hündürlükdə yumru deşik asmalı və alt ilə üst örtük taxtalar 
da, yerinə bərkidilməlidir. 
Çalışmaq lazımdır ki, üst örtük taxtası önə  tərəf 10 sm enində  çıxıntısı olsun ki, yağan yağışlar 
deşikdən içəri tökülməsin. Bundan başqa həmin uzunluqda (25-30 sm) quru ağac gövdəsini hər iki 
tərəfdən kəsməklə ortadan balta ilə aralayıb və içərisini yonmaq lazımdır. Yonulmuş tərəflərdən birində 5 
sm diametrində deşik açılmalı, sonra isə ağac gövdələrini bir-birinə yapışdırıb mismarlanmalıdır. 
Alt və üst hissələrini (üst hissəsi altdan uzun olmalıdır) içi boş gövdəyə mismarlayıb və  ağacdan 
asılaraq quş yuvası, yeni sakinlərə hədiyyə edilir. 

 
74
Meyvə bağlarındakı  ağacların cavan budaqlarına samandan və ya yumşaq fenoplasdan sarğılar 
bağlamaqla  zərərverici həşəratların yolunu kəsib quşlara yem edilməlidir.Gündüzlər sığırçın və 
ağacdələnlər gecələr də yarasalar tərəfindən zərərverici həşəratlar yeyilərək məhv olurlar. Meyvə 
ağaclarından yüksək məhsuldarlıq götürmək üçün quşları-təbiət dostlarını sevmək gərəkdir. 

 
75
 
“Acı söz qılıncdan kəsərli olar.” 
(Atalar sözü) 
Zərərvericilərə qarşı işlədilən zəhərli-kimyəvi 
 maddələr 
 
Pestisidlər  (Pestis caedo)- Bitki zərərverici və  xəstəliklərinə, alaq otlarına, taxıl məhsullarına, ev 
heyvanlarının ektoparazitləri, habelə insanlarda təhlükəli xəstəliklərə qarşı kimyəvi mübarizə 
maddələridir. 
Defolantlar (bitkilərin yarpaqlarını tökən kimyəvi maddələr) və desikantlar (bitkilərin yığımından 
əvvəl qurudulmasını sürətləndirən kimyəvi maddələr) da, pestisitlər qurupuna aiddir. 
Pestisitlər əsasən aşağıdakı formadadırlar; 
1) Akarisidlər (gənələrlə mübarizə üçün kimyəvi maddələrdir.) 
2) Antifidingdlər (həşəratları bitkilərdən qorxudub çəkindirən kimyəvi maddələrdir.) 
3) İnsektisidlər (zəhərli həşəratları məhv edən kimyəvi maddələrdir.) 
4) Herbisidlər (alaq bitkilərinə qarşı mübarizə üçün kimyəvi maddələrdir.) 
5) Zoosidlər (zərərverici onurğalı heyvanlara qarşı işlədilən kimyəvi maddələrdir.) 
6)  Funksidlər, virisoidlər  (bitkilərdə viruslara və göbələk xəstəliklərinə qarşı  işlədilən kimyəvi 
maddələrdir.) 
7) Nematosidlər (bitkilərdə nematod xəstəliyini yayan qurdlara qarşı işlədilən kimyəvi maddələrdir.) 
8) Molyuskosidlər (zərərli ilbizlərə qarşı işlədilən kimyəvi maddələrdir.) 
9) Repelentlər (zərərli həşərat, gəmirici və gənələrə qarşı işlədilən kimyəvi maddələrdir.) 
10) Xemosterilizatorlar (zərərli həşəratlarda nəsil verməyə qarşı işlədilən kimyəvi maddələrdir.) 
 
Kənd təsərrüfatı  işlərində taxılçılıqla məşğul olanlar əkin materialı olan toxumu kompleks təsirli 
pestisidlərlə birlikdə torpağa səpirlər. 
Pestisidlərlə  işləyən  şəxs sağlam və 18 yaşından yuxarı olmalıdır. Bunun üçün xüsusi mühafizə 
vasitələrinə (gözlük, respirator, xüsusi geyim və rezin uzunboğaz ayaqqabılar) və  təhlükəsizlik 
tədbirlərinə əməl etməlidir. 
Pestisidlərlə düzgün işlənmədikdə təbiətdəki bütün canlılara ciddi zərər dəyə bilər. 
Zəhərli kimyəvi dərmanlarla işləyən şəxslər gün ərzində 4 saatdan artıq işləməməli, mühafizə geyim 
dəstini soyunub soyuq su ilə duş qəbul etməli və qatıq məhsulu ilə qidalanmalıdır. 
 
İnsektisidlər  (İnsetum caedo)- Təbiətdəki zərərverici həşəratlara qarşı istifadə olunan kimyəvi 
mübarizə maddələridir. 
Zəhərli maddələr təsiretmə gücünə görə aşağıdakı formadadırlar; 
1) Bağırsaq insektisidi (arsenin qeyri-üzvi birləşməsidir.) Gəmirici həşəratlardan tırtıllar, böcəklər, 
çəyirtkə və s. qarşı kimyəvi maddədir. 
2)  Kontakt insektisidi (fosfor, xlor, azotla kükürdün üzvi birləşməsi və s.) Sorucu həşəratlardan 
mənənə, yastıca, ilbiz və yarım sərtqanadlılara qarşı kimyəvi maddədir. 
3)  İntoksikant insektisidi- Zərərvericilərə qarşı  işlədilən kimyəvi təsir bitkilərin kök və yerüstü 
orqanları vasitəsilə (zoğ, yarpaq, meyvə  və s.) keçir, nəticədə qidalanan sorucular zəhərlənərək məhv 
olur. 
4)  Fumiqant insektisidi (xlorpikin, sinil turşusu, dixlor etan və s.) Zərərvericilərin buxar halında 
tənəffüs orqanlarına təsir etməklə onları məhv edir. 
Bilmək lazımdır ki, insektisidlərdən istifadə etməklə nəinki zərərvericilərə hətta təbiətdəki su 
hövzələri, tozlayıcı həşəratlar, heyvan mənşəli qida məhsulları və s. ciddi zərər olduğundan bioloji 
üsul etibarlıdır. 
İnsektisidlərin saxlanması, daşınması  və  tətbiqi zamanı ciddi təhlükəsizlik tədbirlərinə  əməl 
olunmalıdır! 

 
76
 
Ərazilərimizin yeraltı sərvətləri xəzinə, üstü isə canlı təbiət muzeyidir. 
Akademik Həsən Əliyev
 
Heyvanat aləmi 
 
Naxçıvan Muxtar Respublikasında yaşayan 350 növ onurğalı heyvanlardan yalnız 45 növü, Naxçıvan 
MR Ekalogiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilərək, adları “Qırmızı kitab”a düşmüşdür. 18 
növ nadir heyvan, quş və suda-quruda yaşayanların təsnifatı aşağıdakı kimidir; 
 
1) Bəbir (qaplan)-(Felis Pardus) Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan, əsasən Culfa 
rayonu ərazilərində Araz boyu qayalıqlarda yaşayaraq dovşan, kəklik və dağ keçisi ilə qidalanır. Dişiləri 
iki bala doğur. Uzunluğu 160 sm. (quyruğu 95 sm.), ağırlığı 75 kq-dır. 
 
2) Canavar-(Canis lupus) İtlər fəsiləsindən vəhşi yırtıcı heyvan əsasən Şahbuz, Culfa və Ordubad 
rayonlarındakı kolluqlarda yaşayır. Ovladığı heyvanlar xəstə qoyunla keçilər, təsadüfən isə dovşanlardır. 
Dişi canavarların ildə iki-üç balası doğulur. Uzunluğu 105-150 sm, ağırlığı 50-60 kq-dır. Sürü ilə gəzirlər, 
dişiləri 5 bala doğur. 
 
3) Qonur ayı-(Ursus arctos) Yırtıcı  məməli  əyripəncə tüklü heyvan Şahbuz rayonundakı Biçənək 
meşə-kolluqlarında yaşayır. Qüvvətli heyvan, meşədəki gilə-meyvələr və müxtəlif otlarla qidalanır. Dişi 
ayı üç ildən bir bala doğur. Uzunluğu 2-3 metr, ağırlığı 300-500 kq. olur. 50 il yaşayan qonur ayılar qış 
yuxusuna getmirlər. 
 
4) Meşə (çöl) donuzu-(Sus scrofa) Qaban fəsiləsindən cüt dırnaq məməli heyvan əsasən  Şahbuz 
rayonundakı Biçənək kəndindəki meşə-kolluqlarda yaşayır. Ağac meyvələri və müxtəlif otlarla 
(kökümsov bitkilərlə) qidalanır. Dişiləri 8-10 zolaqlı bala doğur. Sürü ilə yaşayaraq gecələr gəzirlər. 
Uzunluğu 2 metr, ağırlığı 300 kq-dək olur. 
 
5) Vaşaq-(Felis lynx) Pişikkimilər fəsiləsindən olan məməli heyvandır. Ev heyvanlarından toyuq-
cücə, ördək-qaz və s. ilə qidalanır.  Əsasən  Şərur,  Şahbuz, Ordubad, Culfa rayonlarındakı düzənlik və 
kolluq ərazilərdə yayılmışlar. Dişi vaşaq iki bala doğaraq, ova yalnız gecələr çıxar. Uzunluğu 80-100 sm, 
(quyruğu 20 sm) ağırlığı 10-19 kq-dır. Kürən və ya xallı vaşağın qulaqlarında uzun tükləri olur. 
 
6) Dovşan-(Leporidae luropalus) Vəhşi dovşanlar əsasən Muxtar Respublikanın büyün rayonlarında 
olsada, Arazboyu yasaqlıqda daha çox yayılmışdır. Qış aylarında yumuşaq tüklərinin rəngi boz-sarı  və 
sarı-ağ  rəngədək dəyişilir.  Əkin yerlərindəki kökümsov və bostan-tərəvəz bitkiləri ilə qidalanır. Ana 
dovşanlar ildə iki-üç dəfə 6-10 bala doğurlar.  Əsasən axşam və  səhərlər yem üçün torpaq altındakı 
yuvasından çıxırlar. 
 
7) Dağ keçisi-(Capra aegagrus) Buynuzlular fəsiləsindən cüt dırnaqlı heyvanlar Şahbuz, Ordubad və 
Culfa rayonlarındakı sıldırım qayalıqlarda yaşayırlar. Qış aylarında qayalıqlardan yamaclara yenib bəzən 
gecələr payızlıq əkilmiş taxıl zəmilərinədək gəlib otlayırlar. Dişi keçi (buna “ov” da deyirlər) ildə əkiz 
bala doğur. Erkəklərinin uzunluğu 1,5 metr (buynuzu 1,2 m.), ağırlığı 80 kq-dək olur. 
 
8) Qıssaquyruq çöl pişiyi-(Felis silvestris) Pişikkimilər fəsiləsindən olan vəhşi yırtıcı heyvan əsasən 
Muxtar Respublikanın Arazboyu yasaqlıq və qamışlıqda yayılmışdır. Qıssaquyruq vəhşi pişik ərazidəki 
kiçik gəmircilərlə qidalanır.Yuvaları yer altında olaraq, ova axşam və gecələr çıxır. Dişiləri ildə 2-4 bala 
doğur. Xəzi qiymətlidir, yanlarında və qıssa quyruğunda qara xətləri vardır. 
 
9) Kərkəs (Leş qartalı)-(Cal haritdae) Əsasən yırtıcı quşlar Muxtar Respublikanın Ordubad, Culfa 
və  Şahbuz rayonlarındakı uçurumlarda, o cümlədən də uca ağac və tikililərdə yuva qurub yaşayırlar. 
Kərkəslər axşamüstü ova çıxıb leşlərlə (ölü heyvanlarla) qidalanır. Onlar təbii sanitarlardır. Yuvalarında 
üç ədəd yumurtadan bala çıxanda birini tullayıb, ikisini saxlayarlar. Bədəninin uzunluğu 160 sm-dək olur. 
 

 
77
10) Berkut (qartal)-(Aquila chrysaetus) Qırğılar fəsiləsindən olan vəhşi yırtıcı quşlar Muxtar 
Respublikanın bütün rayonlarında yayılaraq əsasən dağ və düzənliklərdə quş və gəmiricilərlə qidalanırlar. 
Yuvalarını hündür qayalıqlarda qurub iki yumurtadan bala çıxarır. Qış aylarında çətinliklər çəkərək yem 
dalınca dağ kəndlərinə də, uçurlar. Boyunun hündürlüyü 95 sm, qanadları açılmış halda 2 metr olur. 
 
11) Xəzər uları-(Tetraogallus) Qırqovullar fəsiləsindən olan fır kəklikdir. Balıqla qidalanan yırtıcı 
su quşları əsasən Araz çayı sahillərindəki çəmənliklərdəki torpaqda yuva qurub, 4-6 yumurtadan ətcə bala 
çıxarır. Xəzər ularının düşmənləri tülkü və çaqqallardır. Qış aylarında yüksək dağlara uçub köçürlər. 
Bədəninin uzunluğu 50-70 sm-ə çatır. Xoruzları 3 kq. olaraq qıssa mahmızları vardır. 
 
12) Kəklik-(Alectoris kakelik) Qırqovulkimilər fəsiləsindən olan toyuq-quşdur. Ayaqları “xınalı” 
quşlara Muxtar Respublikanın Ordubad, Culfa və Şahbuz rayonlarındakı dağ ətəyi çəmən və kolluqlarda 
rast gəlmək olar. Kəklik yuvalarındakı 9-12 yumurtadan iyun-iyul aylarında zolaqlı-sarı cücələr 
çıxardaraq özü ilə bərabər yem axtarar. Qartal, quzğun və tülkülər kəkliklərin düşmənidir. Onlar iri quş 
olsalar da uçmağa qadir deyillər. Qış aylarında yemdən çətinlik çəkən kəkliklər, yamaclara enməklə 
təhlükə ilə rastlaşdıqda başlarını qar və kolluqlarda gizlədərlər. Bədənin uzunluğu 30-35 sm, ağırlığı 350-
700 q-dır. 
 
13) Tirəndaz (Oxlu kirpi)- (Hystricidae) Gəmiricilər dəstəsindən olan məməli heyvan fəsiləsinin 
vətəni Afrika olaraq sonradan Cənubi və Ön Asiyada (Qafqazda) da yayılmışdır. 
Azərbaycanda yeganə növü olan Hindistan oxlu kirpisi (Hystrix leucura), Talış və Kiçik Qafqazda 
(Naxçıvan MR-ın Culfa və Ordubad rayonlarındakı dağlıq ərazilərdə) yaşayır. 
Oxlu kirpinin bədəninin uzunluğu 38-71 sm, çəkisi isə 27 kq-dək olur. Heyvanın dərisinin üst hissəsi 
bərk sümükləşmiş uzun iynələrlə, quyruğunun uc hissəsi isə kiçik iynəciklərlə örtülüdür. 
Kirpilər adətən gecələr ov və yem dalınca yuvasından çıxar, kolluqlardakı quş yumurtaları və bostan 
bitkiləri ilə qidalanır. 
Kirpinin yuvası uzunsov, 18 metrdən artıq olaraq labrintvaridir. Otyeyən oxlu dişi kirpilər ildə iki 
dəfə 4 diri bala doğur. Oxlu kirpi Muxtar Respublika ərazilərində nadir heyvan olsa da, brakonyerlər 
tərəfindən ovlanaraq ildən-ilə sayı azalır. 
Xalq təbabətində oxlu kirpinin yağından revmatik, radikulit və  vərəm xəstəliklərinə qarşı istifadə 
olunur. 
 
14) Qara əqrəb-(Buthus nigrum) Hörümçəkkimilər sinfinin onurğasız heyvan dəstəsindəndir. 
Qara  əqrəbin uzunluğu 18 sm-dək olur. Adi əqrəblər (Skorpionida) qonur-sarı, qırmızı-qəhvəyi və 
qırmızı-qonur rəngində olur. 
Heyvanların bədənləri əsasən baş-döş və iki hissəli buğumlu qırıncıqları vardır. Quyruğunun axırıncı 
buğumunda zəhərli vəz vardır ki, onlar özlərini “düşmənindən” mühafizə edirlər. 
Əqrəbin baş-döş hissəsində gözləri ilə ayaqları (ətrafları) olur. Həşərat-heyvanlar əsasən gecələr ova 
çıxaraq, yırtıcı həyat tərzi keçirir. 
Əqrəblər hörümçək, mığmığa, milçək və  xırda həşəratlarla qidalanır. Heyvanların dişiləri diri bala 
doğar, cəld tullanma və qaçma qabilliyətinə malikdir. 
Azərbaycanda  əqrəblərin 3 növü (Buthus crassicanda), Naxçıvan Muxtar Respublikasında 
yayılmışdır. Bundan başqa (Buthus eupeus) və (Buthus cancasicus) növləri də vardır. 
Muxtar Respublikanın Culfa, Babək, Kəngərli və  Şərur rayonları  ərazilərindəki köhnə 
qəbirstanlıqlarda qara zəhərli (Buthus nigrum) növünə rast gəlinir ki, həmin nadir həşərat-heyvanların 
nəsli kəsilmək üzrədir. 
Qara əqrəbin sancması nəticəsində heyvan və insanlar zəhərlənərək ölə bilər. Haliyyədə ilan zəhəri 
kimi qara əqrəb zəhəri də tədarük edilərək tibb sənayesinə istifadəyə verilir. 
Neçə illərdir ki, Abşeron rayonundakı Şahdili burnundakı xüsusi laboratoriyada (serpantarilərdə) ilan 
və qara əqrəblər saxlanılaraq, zəhər emal olunur. 
 
15) Xallı  qızıl balıq (forel)- (Salmo fario) Qızılbalıqlar növündən olan “sümüksüz” adlanan xallı 
qızıl balıqlar Ordubad rayonundakı Gilan və Süzgün çaylarıda, Culfa rayonundakı  Əlincə çayın 
mənbəyində yayılmışdır. Soyuğa davamlı çay balıqları, qış aylarında daha çox gözə çarpırlar. Onlar 
qırmızı xalları ilə şəffaf sularda digər balıqlardan fərqlənirlər. Uzunluğu 25-30 sm, ağırlığı 600 q.-a çatan 

 
78
xallı balıqlar çaylarda 6 ilədək yaşayır. Payız aylarında 600-2000 kürü tökməklə çınqıl (qum) içərisində 
gizlədir və kiçik süfrələrlə qidalanır. 
 
16) Tibb zəlisi- (Hirubo medicinalis) Zəlilər sinfindən olan halqavari soxulcana bənzər su qurdudur. 
Uzunluğu 3-8 sm olan qara rəngli hamar soyuqqnlı həşəratlar, yağış soxulcanı kimi dərialtı həlqəsi 
ilə çoxalır. Zəlilər əsasən Cənubi Avropa və Kiçik Asiyadakı şirinsulu gölməçə və bulaqlarda yayılmışdır. 
Azərbaycanda Lənkəran zonası ilə Naxçınan MR-ın Babək rayonundakı  şirinsulu çay və 
gölməçələrində  də yaşayırlar.  Əvvəllər  Əbrəqunis (Culfa) rayonundakı Haçaparaq kəndindəki “Zəli 
bulağında” və Naxçıvan (Babək) rayonundakı Adilağa suni gölündə tibb zəliləri yayılaraq yaşamışdır. 
Haliyyədə Araz çayı dəryaçası sahillərindəki yasaqlıqda nadir tibb zəlisi qurdları vardır. 
Zəlilər əsasən yaşadıqları sulardan su içmək istəyən məməli onurğalıların ağzına (dilinə) yapışaraq 
heyvanın qanı ilə qidalanırlar. 
Zəli qurdunun ağzındakı ifrazat şirəsinin tərkibində  hirudin maddəsi olur ki, həmin ifrazat qan 
laxtalanmasının qarşısını alır. Nəticədə zəli dişləyən yara yerindən uzun müddət qanaxma olur. 
Xalq təbabətində xəstə şişmanlardan qan aldırmaq məqsədilə zəlidən istifadə edilir. 
Müasir tibb elmində isə  zəlidən tromb, hipertoniya və.s xəstəliklərin müalicəsində istifadə olunur. 
Əvvəllər Abşeron rayonundakı süni göllərdən birində  zəli qurdlarını çoxaldaraq saxlayırdılar. Bir neçə 
növ balıqlar zəlilərlə qidalanır. 
 
Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin