Feyruz Bağırov


“Hər vaxt təbiəti gətirək yada



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix14.01.2017
ölçüsü2,66 Mb.
#5477
1   ...   5   6   7   8   9   10   11   12   13

“Hər vaxt təbiəti gətirək yada, 
O bizi duyğusuz, ruhsuz sanmasın 
Binalar tikilib, yollar artsa da, 
Çinarlar qırılıb yaralanmasın...” 

 
65
“Hər bir dərdin dərmanı torpaqda bitir.” 
(Atalar sözü). 
Dərman bitkiləri 
 
Orqanizmdəki müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında bitkilərdən istifadə olunur. 
Dünya üzrə  qəbul olunmuş tibb farmakopeasındakı  dərmanların  əksəriyyəti bitkilərdən hazırlanır. 
Xüsusilə ürək-damar xəstəlikləri üçün işlədilən dərmanlar yalnız bitkilərdən hazırlanılır. Dərman 
bitkilərinin də  əksəriyyəti təbiətdə yabanı halda yayılmışdır. Elə nadir bitki növləri vardır ki, dövlət 
qoruqlarında əkilib becərilir. Onlardan isitməotu, əzvay, nanə, jenşen (yeradamı) və s.-ni göstərmək olar. 
Aşağıda dərman bitkilərindən bir neçəsi ilə tanış olaq; 
 
İsitməotu  (Centaurium)- Açıqçiçək fəsiləsindən olan çoxillik ot bitkisi, dünyanın hər yerində dağ 
ətəyi çəmənliklərdə yayılmışdır. 
Azərbaycanda (Naxçıvan MR-da) dərman bitkisinin Centarium pulchellum və Centarium 
umbellatum növləri yabanı halda yayılmışdır. 
Çoxillik ot bitkisi 35-45 sm hündürlükdə olaraq, açıq yaşıl rəngdə düz (sivri) kənarlı yarpaqları və ağ 
çəhrayı dörd üzvülü çiçəkləri vardır. 
Bitkinin tərkibində vitaminlər, alkoloidlər, qlikozidlər və başqa maddələr də vardır. Cavan bitkinin 
yarpaqlı gövdəsindən bişirilmiş  həlimi və qaynadılmış  dəmləməsi (o cümlədən də arağı) insandakı 
iştahanı artırmaqla həzm prosesini yüngülləşdirir və qurd qovucu xassəyə malikdir. 
Xalq təbabətində bitkidən isitmə, qaraciyər və öd xəstəliklərinə qarşı istifadə edirlər. 
Yayılması toxumları vasitəsilədir. Həyətyanı sahələrdə bitkini mədəni şəkildə əkib-becərmək olar. 
 
Quşəppəyi-  (Capsella)- Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim 
qurşaqlarında yayılmışdır. Azərbaycanda (Naxçıvan MR-da) bitkinin yalnız bir növü olan adi quşəppəyi 
(Capsella bursa pastoris) vardır. 
Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq 
rozet formalıdır. 
Quşəppəyinin xırda ağ  rəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq 
şəkillidir. 
Quşəppəyi faydalı  dərman bitkisidir. Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin turşusu, 
alma və limon turşuları da vardır. Bundan başqa bitkinin tərkibində xolin, asetilxolin, tiramin və s. 
qiymətli maddələr də vardır. 
Quşəppəyi toxumlarının tərkibində 20 %-dək bitki yağı olur. Buna görə də həmin bitki heyvanlar və 
insanlar tərəfindən həvəslə yeyilir. 
Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) cövhərindən hazırlanmış məlhəmlə hamilə 
qadınlarda uşaqlıq yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər. 
Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, 
alaq otu bilərək məhv edirlər. Bitkinin cavan zoğlarından təzə  və qurudulmuş halda milli xörəklərdə 
istifadə olunur. 
 
Jenşen (yeradamı)  (Panax Cinseng)- Daşsarmaşığı fəsiləsindən olan çoxillik ot bitkisidir ki, onun 
yerüstü və kökümsov gövdəsindən istifadə olunur. Vətəni Çin və Şimali Koreyadır. 
Ətli, ağımtıl-boz rəngli mil şəkilli kökü torpaqda qalmaqla çoxillik dərman bitkisidir. 
Bitkinin hündürlüyü 50 sm olaraq, uzun saplaqlı, barmaqvari bölümlü yarpaqlarının kənarı mişar 
dişlidir. Açıq-yaşıl rəngli 5 üzvülü çiçəkləri gövdənin ucunda çətir formalıdır. Al-qırmızı meyvələri 2-3 
toxumlu və çəyirdəkli olur. 
Bitki torpaqda 100 ildən artıq qalaraq inkişaf edir. Jenşen bitkisini 1953-cü ildə Xabarovski (Rusiya) 
vilayətində Azərbaycanın Zaqatala ərazilərinə gətirmişlər. 
Jenşenin əsas hissəsi olan kökü (400qr-a qədər olur) toplanaraq dərmanlar düzəldilir. 
Jenşen kökü hipertoniya, yorğunluq, nervasteniya zamanı əhval ruhiyyəni qaldırır. 
Azərbaycanda Böyük Qafqaz və Muxtar Respublikadakı Salvartı yaylasında bu qiymətli bitkinin 
oxşar növü yayılmışdır. Təəssüf ki, bitki ot biçini zamanı laqeydliklə məhv olunub vegetasiya dövrünü 
başa çatdıra bilmir. 
 

 
66
At pıtrağı (Afctium)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. 
Bitkinin gövdəsi uca və şaxəli, yarpaqları iri və ürəkşəkillidir. Çiçək səbətcikləri “meyvə” verdikdə 
asanlıqla saplaqdan qoparaq heyvanların tüklərinə yapışır. 
Azərbaycanda bitkinin 4 növü (Naxçıvan MR-da 2 növü) yayılmışdır. 
At pıtrağının gövdəsinin tərkibində üzvi turşular, efir yağı və inulin maddəsi vardır. Həmin maddələr 
ən çox bitkinin kökündə toplanır. 
Bal verən bitkinin kökü və təzə göyərmiş zoğları yeyilir. 
Muxtar Respublikanın bütün rayonlarında çəmənlik və dağ  ətəyi otlaqlarda at pıtrağı bitkisi 
yayılmışdır. 
Xalq təbabətində bitkinin kökündən bişirilmiş  həlim ilə  tərlədici dərman hazırlanır. Bundan başqa 
kök həlimi revmatik, podaqra və dəri xəstəliklərinin müalicəsində işlədilir. 
Bitkinin yayılması toxumları ilə olaraq külək və digər amillərlə çoxalır. 
 
Azərbaycanda 800-ə  qədər dərman bitkiləri aşkar edilmişdir. Milli E.A.-nın Naxçıvan bölməsinin 
Bioresurslar İnstitutu tərfindən Muxtar Respublikadakı dərman bitkiləri  
mütəxəssislər tərəfindən tədarük edilir, çeşidlənir və  “yaşıl aptek” vasitəsilə  təbabətdə istifadəyə 
verilir. 
Azərbaycanda 52 növ dərman bitkisi sənaye  əhəmiyyətlidir. Muxtar Respublika ərazilərində 
yayılmış dərman bitkiləri aşağıdakı xəstəliklərin müalicəsində tətbiq olunur; 
 
1) Mərkəzi sinir sistemi xəstəlikləri müalicəsində pişikotu (Valeriana officinalis l.), jenşen (Panax 
Cinseng) və s. 
2)  Ürək-damar sistemi xəstəlikləri  müalicəsində  xoruzgülü  (Adonis vernalis l.), yemişan 
(Crataegus) və s. 
3) Spazmolitik və  ağrəkəsən xəstəliklərin  müalicəsində xanımotu  (Atropa belladona l.), bat-bat 
(Hyoscyamus niger l.), kəklikotu  (Thymus vulgaris), nanə  (Mentha piperita),  şüyüd  (Anethum 
graviolens) və s. 
4)  Tənəffüs orqanları  xəstəlikləri  müalicəsində  gülxətmi (Althae officinalis), ardıc  (Juniperus), 
biyan (Gtycyrrhiza gtabra l.),andız (Znula) və s. 
5)  Mədə-bağırsaq xəstəlikləri  müalicəsində  zəncirotu  (Taraxacum), bağyarpağı  (Plantago), 
çaytikanı (Hippophae rhamnoides l.), günəbaxan (Helianthus annuus), kələm (Brassica oleracea) və s. 
6)  Qaraciyər, öd kisəsi, böyrək və sidik yolları  xəstəlikləri  müalicəsində  dağtərxunu 
(Fanacetum), zirinc (Berberis vulgaris),qarğıdalı (Zea maus),itburnu (Rosa caninal) və s. 
7) Qankəsən və daxili qanaxmaların müalicəsində gicitkan (Urtica l.), zirinc (Berberis vulgaris), 
quşəppəyi (Capsella), çaytikanı (Hippophae rhamnoides l.) və s. 
8)  Dəri xəstəlikləri  müalicəsində  dazı  (Hypericum l.) ardıc  (Juniperus),  soğan  (Allium cepa), 
sarımsaq (Allium sativum) və s. 
9) Bağırsaq qurtlarına qarşı balqabaq tumu (Cucurbita maxima), kəklikotu  (Thymus vulgaris), 
dağtərxunu (Fanacetum) və s. 
10)  Antiseptik və soyuqdəyməyə qarşı  kəklikotu  (Thymus vulgaris), sumaq (Rhus coriaria), 
badam (Amygdalis comamunis), quşüzümü (Solanum) və s. 
11) Göz xəstliklərinin müalicəsində sumaq (Rhus coriaria), nar  (Punica granatum) qara ağacın 
meyvələri (Ulmus) və s. 

 
67
“Acı dərmanın şəfası şirin olar.” 
 (Atalar sözü). 
Zəhərli bitkilər 
 
Zəhərli bitkilər- tərkiblərində (gövdə, yarpaq, çiçək və s.) zəhərləyici maddələr olan bitkilərdir. Bu 
cür bitkilər göbələklər, qıjılar, çılpaqtoxumlu və örtülütoxumlulardır. 
Bitkilərin zəhəri insan və heyvan orqanizmi üçün təhlükəlidir. 
Azərbaycanda (o cümlədən də Muxtar Respublikada) otlaq sahələrdə 300-dən artıq zəhərli bitki 
növləri yayılmışdır ki, onlardan güclü təsirli, zəhərli bitkilər aşağıdakılardır; 
1) İtboğan (Colchicum antumnale) 
2) Xaş-xaş (Papaver somniferum) 
3) Qaymaqçiçəyi (Ranunculusacer) 
4) Çöl qərənfili (Agrostemma Githago) 
5) Canavar gözü (Daphne mezereum) 
6) Küstüşam (Bryonia dioica) 
7) Bat-bat (Hgoscyamus niger) 
8) Qaraçöhrə (Taxus baccata) 
9) Dəlibənd (Datura stramonium) 
10) Kəpənək çiçək (Aconitum napellus) 
 
Muxtar Respublika ərazilərində  zəif təsirli zəhərli bitkilər də, vardır ki, onlar  öldürgən, acılıq, 
qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl sarmaşıq (küc), yapışqan otu, mahmız çiçək, 
ayı döşəyi, süddüyən, acı biyan, süsən, lalə, üzərlik, birə otu, qaytarma, asırqal, həlməd, 
dəmirtikan, xaçgülü, ardıc, sarı kol, kərməşov, şümşad və.s göstərmək olar. 
 
Göbələklər- (Mycetes və ya Fungi)- İbtidai bitkilər qurupuna məxsus olaraq, xlorofilsiz olduğundan, 
parazit və ya saprofit şəkildə qidalanırlar. 
Göbələklərin növü dünyada 100 mindən çoxdur. Əsasən sporları ilə çoxalan göbələkləri öyrənən 
elmə mikologiya deyirlər. 
Göbələklər təbiətdə maddələr dövranında iştirak etdiyindən onlardan antibiotik kimi müxtəlif dərman 
maddələrinin alınmasında və çörək-pendir sənayesində istifadə edirlər. 
Göbələklərin bir qismi yeyildiyindən onları  təbiətdə  yığaraq, duza qoyularaq və suni yolla da 
çoxalırlar. 
 
Zəhərli göbələklər. Azərbaycanda (Muxtar Respublikada) zəhərli göbələklər də yayılmışdır. Onlar 
əsasən kənd təsərrüfatı bitkilərindən üzümdə  (mildum və oidium göbələkləri), taxıl bitkilərində  (pas, 
sürmə göbələyi), kartofda (fitoftora göbələyi) və.s insan və heyvan orqanizmində zəhərlənmə verir. 
Otlaq sahələrində, kol və meşələrdə olan zəhərli göbələklər aşağıdakılardır; 
 
1) Solğun amanita (Amanita phalloides) 
2) Çəhrayılı Lepiota (Lepiota brunneo-incarnata) 
3) Oyuqlu entoloma (Entoloma sinuatum) 
4) Qırmızı amanta (Amanita muscaria) 
5) Yalançı kötük göbələyi (Hupholoma sublateritium) 
 
Yeməli göbələkləri tanımaq üçün, şirin göbələklərdən  böcək  (Muketophagidae) vardır ki, 3-6 mm 
uzunluğunda olaraq üstündə açıq qonur-qara rəngli ləkələri vardır. Həmin böcəklər yalnız yeməli 
göbələklərlə qidalanırlar. 

 
68
 “Quşları quşla tutarlar,heyvanı çuvalda saxlarlar.” 
(Atalar sözü) 
 
Mədəni bitkilərin zərərvericiləri və onlarla mübarizə 
 tədbirləri 
 
Bitkiçilik kənd təsərrüfatının əsas sahələrindəndir. Mədəni bitkilər insanlara qida, heyvanlara yem, 
sənaye sahələrinə isə xammaldır. 
Yüksək keyfiyyətli məhsul götürmək üçün mədəni bitkilərin becərilmə üsullarını bilmək gərəkdir. 
Bitkilərə uşaq kimi qayğı və nəvaziş bəsləməklə onlardan istənilən məhsuldarlığı əldə etmək mümkündür. 
Mədəni bitkilərin məhsuldarlığını artırmaq üçün bitki seleksiyası və toxum əsas şərtlərdəndir. 
Bitkilər günəş enerjisindən istifadə etməklə torpaqdan qidalanaraq fotosintez və biokimyəvi proseslər 
nəticəsində böyüyərək məhsul verməklə digər canlılardan fərqlidir. Bunun üçün ali bitkiləri (çiçəkliləri) 
saxlamaq üçün təbiətdəki zərərverici bitki xəstəliklərindən (bakteriozlardan) və bitki zərərvericilərindən 
aqrotexniki üsullarla qorunmalıdır. 
Bitki zərərvericiləri mədəni bitkilər ilə qidalanaraq onların böyüyüb inkişaf etməsinə maneçilik 
törədirlər. Nəticədə  mədəni bitkilərin məhsuldarlığı  nəinki aşağı düşür, həmçinin meyvə, yarpaq və 
toxumları zədələnərək (hətta kök sistemlərini də) məhv olur. 
Bitki zərərvericilərinin əksəriyyəti buğumayaqlılar tipinə məxsusdur. Bu tipə yer üzərində 5 mindən 
çox həşəratlar daxildir. Onlardan kələm kəpənəyi, böcəklərdən noxud böcəyi və.s göstərmək olar. 
Bundan başqa bitkilərə  zərərverən düzqanadlı, torqanadlı, ikiqanadlı böcəklər də vardır ki, onların 
sürfələri torpaq altında, bitki yarpağında, gövdə və bəzən də meyvələrin içərisində qalaraq yaşayır. 
Bitki zərərvericiləri arasında gənələr, sapvari qurdlar, qarınayaqlılar, gəmirici bitlər və.s ilə yanaşı 
bir çox quş növləri də vardır. 
Bitki zərərvericiləri elmidə 3 qrupa bölünmüşlər ki, onlar aşağıdakılardır; 
1) polifatlar (çəyirtkələr), 
2) oliqofaqlar (bağacıqlar), 
3) monofotlar (milçəkkimilər) aiddir. 
Bitki zərərvericilərinin bəziləri bitkidəki məhsulu viruslarla xəstələndirir və nəticədə keyfiyyət aşağı 
düşür. 
Mədəni bitkilərə qarşı  zərərvericilərlə mübarizə aparılmaqla məhsuldarlığı artırmaq mümkündür. 
Bitkiləri mühafizə etmək üçün aqrotexniki, bioloji, kimyəvi və mexaniki üsullardan istifadə olunmalıdır. 
Ən əlverişli mübarizə kimyəvi-zəhərli maddələr və təbii (bioloji) üsullardır. Hər növ zərərvericiyə qarşı 
mübarizə aparmaq üçün bunların yayıldığı bitkilər müəyyən edilməlidir. 
Kimyəvi üsulla aparılan mübarizə tədbirləri məhsuldarlığı artırsa da, məhsulların içərisində qalaraq 
insan orqanizminə keçməklə sonradan fəsadlar törədir. 
Təbii (bioloji) mübarizə  məqsədi ilə bağ  və bostanlarda zərərvericilərə qarşı quş yuvaları 
düzəltməklə, sanitar quşlar tərəfindən zərərverici həşəratlar məhv edilməlidir. 
Naxçıvan MR ərazilərindəki meyvə  və bostan bitkilərinə  zərər vuran ziyanvericilərdən  Asiya 
çəyirtkəsi, Afrika çəyirtkəsi,  İtaliya çəyirtkəsi və danadişi (buzovburnu), ilbizlər  və s. göstərmək 
olar. 
Taxıl ziyanvericilərindən ziyankar bağacıq, taxıl böcəyi, taxıl mənənəsi və s.-dir. 
Paxlalı bitki ziyanvericilərindən yonca uzunburunu, noxud dənyeyəni, paxla odlucası və s.-dir. 
Bostan bitkiləri ziyanvericilərindən kələm kəpənəyi, soğan milçəyi və s.-ni göstərmək olar. 
Meyvə  ağaclarında olan ziyanvericilərdən  alma çiçəkqurdu, albalı uzunburunu, yemişan (ərik) 
kəpənəyi və s.-ni göstərmək olar. 
Üzüm və giləmeyvə ziyanvericiləri filloksera, mərmər böcəyi, tənək yarpaqbükəni və s.-dir. 
Naxçıvan Muxtar Respublikası ərazilərində yayılmış bitki zərərvericiləri aşağıdakı kimidir; 
 
1)  Asiya çəyirtkəsi-  (Locusta migratoria) Düzqanadlılar dəstəsindən olan həşərat Azərbaycanda 
(Qafqazda) yayılaraq tək-tək və  dəstə halında yaşayırlar.  Əsasən onlar taxıl bitkilərinə  zərər vururlar. 
Göllərdəki qamışlıqlarda yaşayıb çoxalırlar. Dişi çəyirtkənin qoyduğu 2-3 yumurta kisəciyində 50-100 
yumurta olur. 
Çəyirtkələr əsasən may ayında yumurtlayırlar, sürfələri 40-50 gündən sonra yetkin olur. 

 
69
Mübarizə üsulu təbii (bioloji) surətdə quşlarla və kimyəvi aldadıcı zəhərli yemlərlə (kalsium-arsenat, 
heksaxloron və s.) aqrotexniki tədbirlər görülməlidir. 
 
2) İtaliya çəyirtkəsi-  (Calliptamus italicus) Çəyirtkəkimilər fəsiləsindən olan qanadlı həşərat, taxıl 
və bostan bitkiləri üçün təhlükəli ziyanvericidir. Uzunluqları 14-40 mm-dir. Dişiləri ildə bir dəfə qumsal 
torpaqlarda 25-40 yumurta qoyurlar. Çəyirtkənin sürfələri iyul-sentyabr aylarında yumurtadan çıxaraq, 
sürü formasında yaşayırlar. 
Mübarizə məqsədilə çəyirtkələrin yumurtaları qalan torpaqları şumlamaq və aldadıcı zəhərli yemlərlə 
məhv edilməlidir. 
 
3)  Danadişi (Buzovburnu)- (Grullota lpidac) Düzqanadlılar fəsiləsindən olan həşəratların 
Azərbaycanda 2 növü (G. grullotalpa və G. unispinas) yayılmışdır. Danadişilər qüvvətli qabaq ayaqları ilə 
nəm torpağı  eşərək bitkilərin cavan zoğlarını yeyirlər. Dişiləri torpaqdakı yuvalarına 60-dək yumurta 
qoyur. Erkəkləri gecələr uçaraq, bostan-tərəvəz bitkilərini yeyib məhv edir. 
Mübarizə  məqsədilə suvarılma vasitəsi ilə  zəhərli mayelərdən istifadə etməklə  və bostan 
kənarlarında 1-1,5 m dərinlikdə çalalar qazmaqla quşlar (bioloji) tərəfindən yeyilərək məhv edilməlidir. 
 
4) Kələm kəpənəyi- (Pieris brassicae) Kəpənəklər fəsiləsindən olan növün ağ rəngli qanadları 50-60 
mm-dir. Azərbaycanda kələm kəpənəyi 3-4 il yaşayaraq, xaççiçəkli mədəni bostan bitkilərini yeyib 
zədələyir. Kəpənəyin baraması (pupu) torpaq altında qışlayaraq yaz aylarında 300-dək yumurta qoyurlar. 
Yaşıl rəngli tırtıllar bitkilərin yarpaqlarını yeməklə sürətlə böyüyürlər. 
Mübarizə  məqsədilə bostandakı alaq otlarını  yığıb yandırmaq, bitkilərə  zəhərli kimyəvi mayelər 
çiləmək və bostan yaxınlığındakı ağaclarda quş yuvaları qurmaq lazımdır. 
 
5)  Taxıl böcəyi-  (Carabidae) Böcəklər fəsiləsindən olan zərərverici həşəratın Azərbaycanda iki 
(Zabrus tenebrioides) və (Zelon gatus) növləri yayılmışdır. 
Böcəklərin özü və sürfələri taxıl zəmilərinə ciddi zərər verirlər. Böcəyin uzunluğu 14-16 mm olaraq, 
sürfələri payızlıq taxıl zəmilərindəki torpaqda qalır. Mayın əvvəllərində sürfələr pup halına keçməklə iki 
həftədən sonra yetkinləşirlər. Zərərverici böcəklərə dəmyə əkin sahələrində daha çox rast gəlinir. 
Mübarizə məqsədilə aqrotexniki və zəhərli kimyəvi dərmanlardan istifadə edilməlidir. 
 
6)  Taxıl mənənəsi-  (Schizaphis gramina) Mənənələr yarım dəstəsindən olan taxılyeyən cücüdür. 
Cücülər  əkin yerlərində bitki üzərində yumurtlayaraq qışlayırlar. Sürfələr yaz aylarında  əmələ  gəlib 
qanadsız dişilərə çevrilirlər. İldə 10-15 nəsil verərək buğda bitkisinin yarpaqlarına yapışıb qalırlar. 
Mübarizə məqsədilə aqrotexniki, kimyəvi tədbirlər aparılmalıdır. 
 
7)  Sürmə göbələkləri- (Ust ilaginales)- Bazıdili göbələklər sırasından olaraq çiçəkli bitkilərdə 
əsasən sürmə xəstəliyini törədirlər. Əsasən taxıl və bostan tərəvəz bitkilərinə zərər vururlar. 
Azərbaycanda 9 cinsi (79 növü) məlumdur ki, Muxtar Respublika ərazilərində də toxumları üzərində 
qalaraq bitkiləri yoluxdururlar. 
Sürmə göbələyinin sporları xlamidospor adlanaraq bitkinin çiçək, yarpaq, gövdə və kök sistemində 
əmələ  gəlir. Bitkinin hər hansı bir yerində  xəstəlik baş verərkən həmin yer tünd qara rəngli hislənmiş 
örtüklə bürünür. 
Sürmə göbələyi xəstəliyi soğanaqlı bitkilərdə geniş yayılmışdır. 
Naxçıvan MR-ın bütün rayonlarında sürmə göbələyi xəstəliyi yayılaraq mədəni və nadir bitki 
növlərinə ciddi ziyan vururlar. 
Mübarizə məqsədilə bitkiçilikdə xüsusi (xəstəliyə dözümlü) toxum əldə etmək, aqrotexniki tədbirləri 
aparmaq, səpindən qabaq toxum materialını ziyanvericilərə qarşı kimyəvi dərmanlarla qarışdırmaq 
lazımdır. 
 
8) Taxıl birələri- (Chactocnema Chrysomelidae)- Yarpaqyeyən böcəklər fəsiləsindən cücü cinsidir. 
Ən çox dənli bitkilərdən taxıla zərər vururlar. Taxıl birələri qış aylarında çöldə quru otların üzərində 
yaşayır və payızlıq buğda cücərtiləri ilə qidalanırlar. 
Dişilər yumurtalarını taxıl bitkisinin kökünə yaxın torpaqda tökərək, sürfələri bitkinin gövdəsini 
yeyərək zədələyir. İki həftədən sonra isə sürfələr böyüyüb pup halına düşürlər. 
Zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərindən istifadə olunmalıdır. 

 
70
 
9) Taxıl bığlıcaları- (Doroadion)- Uzunbığlı böcəklər fəsiləsindən olan cücü cinsidir. 
Azərbaycanda 26 növü yayılmışdır ki, onlardan Muxtar Respublikanın taxılçılıqla məşğul olan 
təsərrüfatlarında da rast gəlinir. 
Əsasən taxıl bitkisinə  zərər vuran böcəklər qış aylarında sürfələri payızlıq  əkinlərdə (torpaqda) 
keçirərək bitkilərin kökü ilə qidalanırlar. Yay aylarında böcəklər yenidən pup halına keçərək torpaqda 
qalır. 
Mübarizə tədbirləri yalnız kimyəvi zəhərləyici maddələrlə aparılmalıdır. 
 
10)  Alma qurdu- (Laspeyresia pomonella) Tortricidae fəsiləsindən kəpənək növü, meyvə 
ağaclarından alma, armud, heyva, ərik, şaftalı və başqa meyvələrə ciddi zərər vurur. Kəpənəyin qanadları 
tünd boz rəngdə olaraq, yaşıl-ağ rəngli 18 mm uzunluğunda tırtılları olur. 
Tırtıllar  əsasən ağacın qabığında və anbardakı baramasının (pupun) içərisində  qışlayırlar. Yaz 
aylarında pupdan çıxan kəpənəklər yarpaq və meyvə üzərində 100-150 yumurta qoyur. Yumurtadan çıxan 
tırtıllar dərhal ağacdakı meyvələri zədələyərək içərisinə girirlər. 
Tırtıllara qarşı mübarizə  məqsədilə payız aylarında ağacın gövdəsindəki çatlamış qabığına 0,2-0,3 
%-li zəhərli (sevin) məhlulu çilənməlidir. 
 
11)  Meyvə (armud) taxtabitisi- (Hemiptera və ya Heteroptera) Taxtabitilər həşərat dəstəsinin 
Azərbaycanda 900 növü vardır. 
Armud taxtabitiləri ağacın qabığındakı çatlarda yaşayaraq, 0,7-10 mm-lik yastı  bədənində cüt 
qanadları olur. 
Mübarizə məqsədilə bioloji (quşlarla) üsulla və kimyəvi zəhərli maddələrlə məhv etmək olar. 
 
12) Albalı böcəyi- (Coleoptera Cerasus) Sərtqanadlı həşəratlar sinfinin böcəklər dəstəsidir. Bitkinin 
meyvələri ilə qidalanaraq (fitofaqmalar) zədələyirlər. 
Böcək yaxşı inkişaf etmiş qanadları ilə uçur və dişi fərdlər yumurta qoyurlar. Yumurtalar sürfə və 
pup mərhələsindən sonra yetkin böcəyə çevrilirlər. 
Mübarizə  məqsədilə albalı bağını (ağacları) payız və yaz aylarında zəhərli kimyəvi maddələrlə 
dərmanlamaq lazımdır. 
 
13)  Qanlı  mənənə-  (Eriosoma lanigerum) Mənənələr fəsiləsindən olan qara və tünd qonur rəngli 
(öldürəndə qırmızı qanı çıxır) həşəratdır. Alma, ərik, alça ağaclarının budaqlarında dəstə halında qabığa 
yapışaraq  şirəsini (üzvi maddələri) sorurlar. Qanlı  mənənə meyvə bağları üçün ən qorxulu həşəratdır. 
Parazit həşəratları əvvəllər ABŞ-dan ölkəmizə gətirilərək Qafqazda da yayılmışdır. 
Mənənələr yaz-yay aylarında 19 nəsil verirlər.  Əsasən payız və  qış aylarında mənənələr ağacların 
yapışdıqları gövdələrində  qışlayırlar. Onlar ağacın  şirəsini soraraq, qabığında çatlarla fırların  əmələ 
gəlməsinə  səbəb yaradır. Nəticədə meyvə  ağacları inkişafdan düşərək məhsuldarlığı azalır. Qanlı 
mənənədən cavan toxmacar bitkilər daha çox zərər çəkir. 
Mübarizə məqsədilə toxmacarlar dezinfeksiya olunmalı, bağlarda qanlı mənəniyə qarşı bioloji üsul 
olan  minici-afelinus (Aphelinus mali) parazit həşəratını buraxmaq lazımdır. Mənənəli ağaclar kimyəvi 
insektisidlərlə çilənməli və kök pöhrələri qazılıb yandırılmalıdır. 
 
14) Minici afelinus- (Aphelinus mali) Pərdəqanadlılar dəstəsindən olan minicilər (Lchneumonidae) 
parazit həşəratlardır. Dünyanın hər yerində yayılmışdır. Bədənini uzunluğu 0,4-5 sm olan həşəratın 1250-
dək cinsi (60 mindən çox növü) o cümlədən də Azərbaycanda (Qafqazda) 330 növü məlumdur. 
Minici-afelinus sürfələrini ağac və bitkilərdə  zərərverici həşəratların (tırtılların) bədəninə uzunsov 
“neştər” ilə batırmaqla həmin tırtılı ifliz edib bitki zərərvericisini məhv edir. 
Minici-afelinuslar  əsasən çiçəklərin  şirəsilə qidalanır, ağaclarda olan qanlı  mənənəyə qarşı bioloji 
mübarizə aparırlar. Parazit minicilər meyvə bağlarında kimyəvi mübarizə  tədbirləri aparılarkən digər 
həşəratlarla birlikdə məhv olurlar. 
 
15) Unlu yastıcası (Koksidlər)- (Coc coidea) Yastıcalar-bərabərqanadlı həşərat yarım dəstəsidir. 
Bədəninin uzunluğu 1-7 mm-dir. Dişiləri zəif inkişaf etmiş, bədənləri yastı,  şişkin, oval və sair 
şəkildə qanadsız və hərəkətsizdirlər. 

 
71
Erkəklərin adətən bir cüt qanadları olaraq, hərəkətlidirlər. Dişiləri və süfrələri bitkinin şirəsini 
soraraq qidalanır. Erkək yastıcalar isə bundan fərqli olaraq qidalanmırlar. Yastıcaların elmidə indiyədək 
7000 növü məlumdur. 
Azərbaycanda  əsasən subtropik bitkilər  əkilən Lənkəran-Astara rayonlarında yayılaraq sitrus 
bitkilərindən limon və portağal meyvələrinə ciddi zərər vurur. Xarici ölkələrdən gətirilmiş sitrus 
meyvələri ilə Naxçıvan Muxtar Respublikası ərazilərindəki üzüm və limon bitkilərini də yoluxdurmuşdur. 
Parazit həşəratlarla mübarizə  məqsədilə üzümlüklərdə kimyəvi zəhərli maddələri yağışdan sonra 
dərmanlanmalı, limon bitkisinin yarpaqları isə qıcqırdılmış tənbəki məhlulu və sabunlu su ilə yuyulmalı, 
lazım gələrsə torpağı dəyişdirilməlidir. 
 
16)  Parəbüzən-  (Coccinellidae) Böcəklər fəsiləsindən olan, qırmızı  bərk qalxanvari qanadları 
üzərində 7 ədəd qara xalları olan növü faydalıdır. 
Bədənin uzunluğu 4-7 mm, girdə və üstü qabarıq (sferik) formalıdır. Dünyanın hər yerində müxtəlif 
növləri yayılmışdır. Azərbaycanda 60-dan çox, Muxtar Respublikada isə 10 növü vardır. 
Parəbüzənlərə xalq arasında nənəm oğlan doğdu- qız doğdu, başmaqtikən və s. adlar da deyirlər. 
Böcəklər  əsasən bitkilərdəki zərərverici həşəratlardan mənənə, yastıca və onların sürfələri ilə 
qidalanır. 
Kənd təsərrüfatı bitkilərinə  zərərverənlərə qarşı bioloji mübarizə  məqsədilə insanlara xeyir verən 
böcəkdir. 
Parəbüzənləri kimyəvi mübarizə üsullarından qorumaqla onların çoxalmasına səbəb yaradılmalıdır. 
 
17)  Qarışqalar-  (Formicidae) Pərdəqanadlılar dəstəsinin 9 (10) yarımfəsiləsi olan, işlək “əməkçi” 
həşəratların yer üzərində 360 cinsi və 7000 növü məlumdur. 
Qarışqalar ən çox isti ölkələrdə daha çox yayılaraq, mülaim qurşaqlarda isə növləri azdır. Qafqazda 
bu həşəratların 160-dan çox, Azərbaycanda isə 90-na qədər növü yayılmışdır. 
Qarışqalar əsasən torpaqda yuva qursalar da onlar həm çürük ağacların koğuşunda və gövdənin çiçək 
saplağında da yaşayırlar. 
Qarışqalar dəstə (ailə) halında yaşayaraq qanadlı erkək və dişilərdən, yumurtlayan qanadsız 
dişilərdən “məlikə”dən ibarətdirlər. İşçi qarışqanın uzunluğu 0,8-30 mm olur. 
Qarışqalar əsasən yuva qurub, yaz və yay aylarında dəstə ilə, qış ayları üçün özlərinə yem (azuqə) 
toplayırlar. Qanadlı erkək qarışqalar ilin isti aylarında uçub yuvalarını  tərk edir, cütləşmiş dişi 
qarışqaların isə qanadları tökülərək və yuvasında yumurtlayırlar. 
Dişi qarışqaların yumurtasından çıxan ağ  rəngli sürfələrə  işçi qarışqalar tərəfindən lazimi qida 
gətirilərək verilir. Puplar yetkin qarışqalara oxşasalar da, onlar hərəkətsiz olurlar. 
Qarışqaların bəziləri  “döyüşkən” olmaqla yuvasının keşiyini çəkirlər. Qarışqalar bir-birləri ilə 
bığcıqları vasitəsilə “söhbət” edirlər. 
Qarışqalar bitkilərdəki parazit həşərat və bitləri (mənənələri) qoyun kimi “sağırlar”. Onlar yaşıl 
mənənələri bir növ “otararaq” parazitlərin ifrazatlarını yalayırlar. 
Qarışqalar təbiətsevənlərin dostlarıdır. Beləki sutka ərzində onlar yuvalarına 30 mindən çox müxtəlif 
kiçik tırtılları daşıyırlar. Bununla da tırtılları meyvə bağlarından təmizləməklə  mədəni bitkiləri 
zərəvericilərdən təmizləyirlər. Çalışmaq lazımdır ki, meyvə bağlarındakı qarışqa yuvaları  təsadüfən 
uçurulub dağıdılmasın. 
Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin