Azərbaycan xalqının həqiqi tarixi hələ yazılmayıbdır. Gərək bizim xalqımızın əsl tarixi yazılsın



Yüklə 3.85 Mb.
Pdf просмотр
səhifə1/13
tarix25.12.2016
ölçüsü3.85 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

Azərbaycan xalqının həqiqi tarixi hələ yazılmayıbdır.
Gərək bizim xalqımızın əsl tarixi yazılsın.
Heydər ƏLİYEV

Azərbaycanın təhsil tarixi hər birimizin fəxr etdiyi
nailiyyətlərlə zəngindir.
İlham  ƏLİYEV

6
Layihənin rəhbəri:
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri, 
əməkdar elm xadimi, professor
Redaktor: 
Bayram Hüseynzadə,
siyasi elmlər üzrə fəlsəfə doktoru 
Tərtib edənlər:
Bəşarət Məmmədov 
Şamxəlil Məmmədov
Ədalət Daşdəmirov
Elman Əbdülov
AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ  
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
«Bakınəşr»,  2010. – 240 səh.
Azərbaycanda təhsil sahəsinə mərkəzləşmiş rəhbərliyi həyata keçirən ilk dövlət
qurumu ötən əsrin əvvəllərində, Azərbaycan Demokratik Respublikası
dövründə yaradılıb. Kitabda, həmin dövrdən indiyə dək Azərbaycanın təhsil
sisteminə rəhbərlik etmiş şəxslər və onların fəaliyyəti haqqında məlumatlar
əksini tapıb.  Bu sahədə ilk təşəbbüs olan toplu təhsil işçiləri və geniş oxucu
auditoriyası üçün nəzərdə tutulub.
ISBN 978‑9952‑8145‑0‑7
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2010
© «Bakınəşr», «TMGroup» (bədii tərtibat və illüstrasiya), 2010
Bədii redaktor: T.Məlikov
Korrektor: N.Seyidəliyev
Rəssam: M.Hüseynov
Kompyuter tərtibatçısı: C.Əzizov
Çapa imzalanıb 10.12.2010. Formatı 60
×90 
1
/
8
. Ofset capı. Fiziki ç.v. 30. Tiraj 
ŗŖ00
«Bakı» nəşriyyatı, «TMGroup» — 2010
H.Seyidbəyli küç., 30/16
www.bakineshr.az
–––––––––––––––––––––––––––––––––––––––––––––––––
«Şərq‑Qərb» 
əşriyyat evinin mətbəəsində çap olunmuşdur.
AZ1123 Bakı, Aşıq Ələsgər küç., 17. 
www.eastwest.az

Nəsib bəy Yusif bəy oğlu 
Yusifbəyli
1918–1919‑сu illərdə xalq maarifi və
dini etiqad naziri vəzifəsində çalışıb
Rəşid xan Zavid oğlu
Qaplanov
1919‑сu ildə xalq maarifi və dini
etiqad naziri vəzifəsində çalışıb
Həmid bəy Xəlil oğlu
Şahtaxtinski
1919–1920‑ci illərdə xalq maarifi və
dini etiqad naziri vəzifəsində çalışıb
Maqsud Məmməd oğlu 
Məmmədov
1930–1931‑ci illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Ruhulla Əli oğlu 
Axundov
1927–1930‑cu illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Ağa İsmayıl oğlu
Sultanov
1931–1933‑cü illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Məmmədsadıq
Əhməd oğlu Əfəndiyev
1937‑ci ildə xalq maarifi komissarı
vəzifəsində çalışıb
Mirzə Rəhim oğlu
Məmmədov
1938–1942 və 1954–1959‑cu illərdə
xalq maarifi komissarı 
vəzifəsində çalışıb
Mirzə Əjdər oğlu
İbrahimov
1942–1946‑cı illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb

Nurməhəmməd bəy 
Ədilxan oğlu Şahsuvarov
1920‑ci ildə xalq maarifi və dini
etiqad naziri vəzifəsində çalışıb
Dadaş Xoca oğlu
Bünyadzadə
1920–1922‑ci illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Mustafa  Zəkəriyyə oğlu 
Quliyev
1922–1927‑ci illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Mahmud Səfər oğlu  
Ağayev
1934‑cü ildə xalq maarifi komissarı
vəzifəsində çalışıb
Məmməd İsmayıl oğlu
Cuvarlinski (Cuvarlı)
1934–1935‑ci illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Müseyib Əli oğlu 
Şahbazov
1935–1936‑cı illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Məmməd Həmid oğlu
Ələkbərov (Ələkbərli)
1946–1952‑ci illərdə xalq maarifi
komissarı vəzifəsində çalışıb
Mehdi Məmməd oğlu
Mehdizadə
1952–1954‑cü illərdə xalq maarifi
komissarı və 1961–1980‑ci illərdə
xalq maarifi naziri vəzifəsində çalışıb
Rəhim Kərəm oğlu 
Rəhimov
1959–1961‑ci illərdə xalq maarifi
naziri  vəzifəsində çalışıb

Ağalar Nəriman oğlu 
Abbasbəyli
1987–1988‑ci illərdə ali və orta
ixtisas təhsili naziri vəzifəsində
çalışıb
Müslüm Rəcəb oğlu
Məmmədov
1988‑ci ildə xalq təhsili naziri 
vəzifəsində çalışıb
Rafiq Babaş oğlu
Feyzullayev
1989–1992‑ci illərdə xalq təhsili
naziri vəzifəsində çalışıb
Abdulla İsmayıl oğlu 
Qarayev
1961–1963‑cü illərdə Ali və Orta
İxtisas Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb
Heydər İsa oğlu 
İsayev
1983–1988‑ci illərdə Dövlət Texniki
Peşə Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb
Şirəli Nəsir oğlu
Məmmədov (Nəsirzadə)
1959–1961‑ci illərdə Ali və Orta 
İxtisas Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb
Elmira Mikayıl qızı 
Qafarova
1980–1983‑cü illərdə xalq maarifi
naziri  vəzifəsində çalışıb
Kamran  Nəbi oğlu 
Rəhimov
1983–1988‑ci illərdə xalq maarifi
naziri vəzifəsində çalışıb
Tofiq İsmayıl oğlu 
Hacıyev
1993‑cü ildə xalq maarifi  naziri
vəzifəsində çalışıb

Firidun Ağası oğlu 
Cəlilov
1992–1993‑cü illərdə xalq təhsili
naziri vəzifəsində çalışıb
Lidiya Xudat qızı
Rəsulova
1993–1997‑ci illərdə təhsil naziri 
vəzifəsində çalışıb
Misir Cumayıl oğlu
Mərdanov
1998‑ci ildən təhsil naziri 
vəzifəsində çalışır
Züleyxa İsmayıl qızı
Hüseynova
1963–1965‑ci illərdə Ali və 
Orta İxtisas Təhsili Komitəsinin sədri
və 1965–1970‑ci illərdə ali və orta
ixtisas təhsili naziri vəzifəsində çalışıb
Danil Piri oğlu 
Quliyev
1970–1971‑ci illərdə ali və 
orta ixtisas təhsili naziri 
vəzifəsində çalışıb
Qurban Həsən oğlu 
Əliyev
1971–1987‑ci illərdə ali və 
orta ixtisas təhsili naziri 
vəzifəsində çalışıb
Əkbər Əsgər oğlu
Ənnağıyev
1954–1959‑cu illərdə Əmək Ehtiyatları
Baş İdarəsinin rəisi, 1959‑1961‑ci
illərdə Dövlət Texniki Peşə Təhsili
Komitəsinin sədri vəzifəsində çalışıb
Musa İsgəndər oğlu
Ağayev
1961–1964‑cü illərdə Dövlət Texniki
Peşə Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb
Tofiq Əliheydər oğlu
Allahverdiyev
1966–1982‑ci illərdə Dövlət Texniki
Peşə Təhsili Komitəsinin sədri
vəzifəsində çalışıb

ÖN  SÖZ
Zəngin təbii sərvətləri və əlverişli coğrafi mövqeyi olan, hələ qədim zamanlardan Böyük İpək
Yolunun üstündə yerləşən Azərbaycan üstün iqtisadi, mədəni və siyasi əlaqələr məkanı kimi tanınıb.
Müxtəlif zamanlarda Azərbaycanda olmuş əcnəbi səyyahların öz gündəliklərində təsvir və təsdiq
etdikləri kimi, azərbaycanlıların qədimdən yaşadıqları bu yerlər güclü iqtisadi‑ticarət münasibət lərinin,
dövlətçilik ənənələrinin erkən təşəkkül tapdığı ərazilərdəndir.
Tarixi mənbələrdən məlumdur ki, Azərbaycan ərazisində şəhərsalma mədəniyyəti hələ eramızın
əvvəllərindən formalaşıb. Qədim və abad, incə memarlığı ilə seçilən şəhərlərdə kitabxanalar, çoxsaylı
məscidlər, bazar və dükanlar, əczaxanalar, milli oyunların keçirildiyi meydan və zorxanalar fəaliyyət
göstərib.
Xalqımızın müdrikliyi, elmə, yaradıcılığa sonsuz marağı və hər bir məsələyə haqq‑ədalət
prizmasından yanaşması, milli xüsusiyyətlərimizin təcəssümü olan şifahi xalq ədəbiyyatımızın
nümunələrində də aydın şəkildə əksini tapıb. Dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil
olan, ulu əcdadlarımızdan bizə yadigar qalmış «Kitabi – Dədə Qorqud» dastanı 1300 il ərzində
xalqımızın mənəvi qidası olub, milli ruhun yaşamasına, millətimizin mübarizə aparmasına, öz milli
mənliyini hifz etməsinə daim yardım göstərib.
Təqdirəlayiq haldır ki, bütövlükdə qədim maarif və təhsil ölkəsi olan Azərbaycanda hər bir şəhər
və kənddə dini dəyərlərin təbliğ edildiyi məscidlərin yanında, yaxud da ayrılıqda mədrəsələr,
mollaxanalar fəaliyyət göstərib, uşaqlar dini təhsillə yanaşı, oxuyub‑yazmağı, dünyəvi elmləri də
öyrəniblər.
Hələ Nizami Gəncəvinin yaşadığı dövrdə mədrəsələrdə, qədim üslublu məktəblərdə 24 fənni
əhatə edib «ədəbi kompleks» adlandırılan elmlərin əsasları öyrədilib. Klassiklərin bədii əsərlərindəki
təbiət, fəlsəfə, tarix, astronomiya və digər elmlərə dair məlumatlar – obrazlı informasiyalar, məhz
həmin dövrdə verilən təhsilin nəticələridir.
Azərbaycanda elmin, təhsilin inkişafına daim xüsusi önəm verilsə də, respublikamızda təhsil
sahəsinə mərkəzləşmiş rəhbərliyi həyata keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində,
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yaradılıb.
XX əsrin əvvəllərində parçalanan Rusiya imperiyasının ucqarlarından olan Zaqafqaziyada
Zaqafqaziya hökuməti – Zaqafqaziya Komissarlığı (1917‑ci ilin noyabrından 1918‑ci ilin martınadək)
fəaliyyətə başlayıb. Sonra isə Qafqazda yeni bir dövlət orqanı olan Zaqafqaziya Seymi (23.02.1918 –
26.05.1918) yaradılıb. 1918‑ci il aprelin 22‑də Zaqafqaziya Seymi Rusiyadan asılı olmayan Azər ‑
baycan, Gürcüstan və Ermənistanı birləşdirən Zaqafqaziya Demokratik Federativ Respub li ka sının
əsasını qoyub. Zaqafqaziya Demokratik Federativ Respublikası dərhal ayrı‑ayrı nazirliklər, o
cümlədən də Maarif Nazirliyi təsis edib. Müstəqil Zaqafqaziya Demokratik Federativ Respub li ka ‑
sının maarif naziri Nəsib bəy Yusifbəyli olub.
Müvəqqəti Zaqafqaziya hökuməti dağıldıqdan sonra elan edilən Azərbaycan Demokratik
Respublikasının fəaliyyətində mühüm istiqamətlər ölkənin ərazi bütövlüyünü qorumaq, yeni əsasda,
tarixi dəyərlər zəminində xalq maarifini qurmaqdan və digər mühüm məsələlərdən ibarət idi.
12

Azərbaycan Demokratik Respublikası (ADR) hökumətinin 1918‑ci il 30 iyul tarixli qərarı ilə
respublikada xalq maarifini, təhsil sistemini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi
yaratmaq, mövcud məktəbləri milliləşdirmək məsələlərini həll edəcək qurum kimi Xalq Maarifi və
Dini Etiqad Nazirliyi (kitabda əsasən maarif məsələləri şərh olunduğu üçün ADR dövründə Xalq
Maarifi Nazirliyi işlədilir) yaradılıb və Nəsib bəy Yusifbəyli nazir təyin edilib.
Həmin il avqust ayının 2‑də təsdiqlənmiş Əsasnaməyə görə nazirliyin strukturuna nazir, nazir
şurası, nazir müavini, şöbə müdirləri, dəftərxana müdiri, elm nümayəndələri daxil idilər. Nazir şurası
aşağıdakı məsələlərə baxırdı:

qanunverici orqana təqdim olunacaq qanun layihələrinin hazırlanması;

respublikada tədris‑maarif işini və elmin inkişafını təmin edə biləcək tədbirlərin təşkili;

nazirliyin bütün müəssisələrinin illik pul smetasının tərtibi; 

nazirliyin bütün idarə və tədris müəssisələrinin illik hesabatlarına baxılması;

nazirin şuranın müzakirəsinə təqdim etdiyi digər işlər və məsələlər.
Məktəbləri idarə edən ali və orta məktəblər, xalq məktəbləri və peşə məktəbləri şöbələrinin hər
birinə müdir rəhbərlik edirdi ki, onların da vəzifələrinə aşağıdakılar daxil idi:

məktəblərin inzibati və pedaqoji təftişi;

məktəblərin yenidən təşkili, yeni məktəblərin açılması, köhnə məktəblərin ləğvi haqqında
planların və smetaların işlənib hazırlanması;

işə qəbul və azad olunanların nazirə təqdimi.
Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu (1918)
Çağdaş milli dövlətçiliyimizin «qızıl dövrü» sayılan Azərbaycan Demokratik Respublikasını
araşdıran Qərb və Azərbaycan tarixçiləri tərəfindən Cümhuriyyət hökuməti «maarifçi hökumət»,
«ziyalıların hökuməti», «ziyalıların əsəri» kimi dəyərləndirilir. Əlbəttə, bütün bunlar səbəbsiz deyil.
Tarixi həqiqət belədir ki, milli hökumət tərəfindən dövlət quruculuğu sahəsində əsas diqqət, başlıca
prioritet milli dövlətin təməli olan maarifə, təhsilə, elmə yönəldilmişdi. Azərbaycan təhsili, maarifi,
elm və mədəniyyəti klassik Şərq və çağdaş Qərb sivilizasiyalarının ahəngdar sintezi əsasında qurul ‑
muş du, çünki bu prosesi idarə edənlər – Cümhuriyyətin qurucuları yüksək intellektli, əsası Mirzə
Fətəli Axundov və Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan maarifçilik hərəkatının
Peşə məktəbləri şöbəsi
Ali və orta məktəblər şöbəsi
Xalq məktəbləri şöbəsi
Nazir
müavini
Nazir şurası
Nazirliyin
dəftərxanası
Məktəbləri idarə edən
şöbələr
NAZİR
13

nüma yəndələri, milli istiqlal mücahidləri, ali təhsilli, yüksəkixtisaslı maarif, elm və mədəniyyət
xadimləri, əsl xalq ziyalıları idilər. Onlar üçün çağdaş milli təhsil, maarif və mədəniyyətin qurulması
dövlətin əsas atributlarından, təməl prinsiplərindən biri idi.
Azərbaycan Demokratik Respublikası dövründə dünyəvi təhsilə inteqrasiya sahəsində ilkin
uğurlu addımlar atılıb, ilk ali məktəbin əsası qoyulub, dövlət səviyyəsində azərbaycanlı gənclərin
xaricdə ali təhsil almaları üçün imkanlar yaradılıb.
1918‑ci il iyulun 27‑də Azərbaycan hökuməti məktəblərin milliləşdirilməsi haqqında qərar
verdi. Bununla azərbaycanlıların doğma dildə təhsil almaq, öz dilini, ədəbiyyatını, tarixini və
mədəniyyətini öyrənmək hüququ ilk dəfə rəsmi təsdiqini tapdı. Milliləşdirilən məktəblərdə
Azərbaycan dilində təhsil almaq icbari idi. Qeyri‑Azərbaycan məktəblərində Azərbaycan dilinin
dövlət dili səviyyəsində keçilməsi üçün külli miqdarda vəsait ayrıldı.
Milli hökumətin təhsil, maarif sahəsində yürütdüyü siyasətin əsas qayəsini Cümhuriyyətin
ilk maarif naziri Nəsib bəy Yusifbəyli çox dəqiq şəkildə bu cür ifadə edib: «İstiqlalımız, istiqbalımız
həp maarifə bağlıdır. Əgər milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə, bizim üçün fəlah və
nicat ümidi qalmaz...».
Təhsil, maarif, mədəniyyət sahəsində məhz bu müqəddəs amalları həyata keçirən Azərbaycan
Demokratik Respublikası mövcud olduğu qısa müddətdə milli tariximizə ilk çağdaş ali təhsil və
elm ocağı təsis edən, ilk milli hərbi təhsil müəssisələri yaradan, ümumi icbari ibtidai təhsilə keçid
prosesinə başlayan, çoxsaylı müəllim seminariyaları və pedaqoji kurslar açan, məhz Maarif
Nazirliyinin vəsatəti əsasında Azərbaycan türkcəsini ilk dəfə dövlət dili elan edən və dövlət dilini
ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin əsas tədris dilinə çevirən, təhsil tariximizdə
ilk olaraq təhsil müəssisələrinin milliləşdirilməsini və böyük maarifçilərin arzuladıqları anadilli
məktəb şəbəkəsi yaratmaq ideyasını gerçəkləşdirən, dövlət himayəsində ilk məktəbəqədər tərbiyə
və kimsəsiz uşaqlar üçün xüsusi təhsil müəssisələri təşkil edən, dövlət səviyyəsində azərbaycanlı
gənclərin xaricdə ali təhsilinin təməlini qoyan, əlifba islahatı ilə Avropa mədəniyyətinə yaxınlaşmaq
yolunda ilk addım atan demokratik, hüquqi, dünyəvi, sivil, çağdaş bir dövlət kimi daxil oldu.
Azərbaycan Demokratik Respublikasını yaradanlar xalqın maariflənməsi yoluna həqiqi
mənada işıq tutub, maarifə, təhsilə, elmə və mədəniyyətə üstünlük veriblər. Bu tarixi şansdan
millətin, dövlətin mənafeyi naminə səmərəli istifadə edən Cümhuriyyət hökuməti sonrakı nəsillər
üçün elə bir təməl, elə bir əsas qoydu ki, bütövlükdə XX əsrdə Azərbaycan təhsili, maarifi, elmi və
mədəniyyəti bu  təməl üzərində formalaşıb inkişaf etdi. 
Həmin dövrdə xalq təhsili müfəttişlikləri, demək olar ki, bütün qəzalardan və kəndlərdən
məktəb açılması ilə bağlı ərizə alırdılar. Təhsil xərclərini də əhali öz üzərinə götürürdü. Məsələn,
Bakı quberniyasının Siyəzən, Böyük Xızı, Keşlə, Hökməli, Əmircan, Digah kəndlərinin sakinləri
məktəb açılması haqqında hökumətə dönə‑dönə müraciət edirdilər.
Azərbaycan Demokratik Respublikasının birinci tədris ili 1918‑ci il sentyabrın 15‑də Qafqaz İslam
Ordusunun Bakını azad etməsindən bir ay sonra başlayıb. İlk vaxtlar tədris üçün şərait ağır idi. Müəllim
və şagirdlərin bir hissəsi 1918‑ci ilin mart hadisələri zamanı erməni‑daşnak qüvvələri tərəfindən
öldürülmüş, bir çoxları yaşayış yerlərini tərk etmişdilər. Məktəb komissiyasının dərslərin başlanmasına
dair qərarına əsasən oktyabrın 20–dək məktəbə qayıtmayan müəllimlər işdən azad olunmuş sayılırdılar.
Məktəb binalarının bir çoxu dağıdılmışdı. Bakıdakı məktəblərin çoxunda vaxtilə ya ingilis, ya
da daşnak silahlı qüvvələri yerləşdirildiyindən binalara xeyli ziyan dəymişdi. Bir sıra məktəblərdə
isə daşnak bandalarından qurtulan Naxçıvan və Zəngəzur qaçqınları yaşayırdılar. Məktəblərin təmiri
üçün məktəb komissiyasından vəsait ayrıldı və bu pul ilə xeyli məktəb təmir olundu.
Hökumətin səyi nəticəsində təlim və tədris işləri qaydaya salındı. 1919‑cu ilin martında Bakıda,
şəhər məktəblərində oxuyanların sayı 6400 nəfərə, həmin ilin noyabrında isə 9100 nəfərə çatdı.
Şagirdlərin dərsə davamiyyəti xeyli yaxşılaşmışdı. Bu, ölkədə vəziyyətin sabitləşməsi və dərslərin
normal keçməsi sayəsində mümkün olmuşdu.
14

Ölkənin ali təhsilli və yüksəkixtisaslı kadrlara olan ehtiyacını yerli mütəxəssislər hesabına
təmin etmək məqsədilə Azərbaycan Demokratik Respublikası Parlamentinin 1919‑cu il 1 sentyabr
tarixli iclasında Bakıda universitet yaradılması haqqında qərar qəbul olundu. Bakı Dövlət
Universitetinin nizamnaməsi təsdiq edildi və ilk tədris ilində 2 fakültədə (tarix‑filologiya və tibb
fakültələri) 1094 tələbə təhsil almağa başladı. Universitetin ilk rektoru Kazan Universitetinin
professoru, məşhur cərrah Vasili İvanovic Razumovski təyin edildi.
ADR dövründə digər sahələrlə yanaşı, təhsil sferasında da çox dəyərli işlər görülüb.
Ümumiyyətlə, Məmməd Əmin Rəsulzadənin təbirincə desək, Azərbaycan Demokratik
Respublikasında «maarifin təşkilatına bir təzəlik verilmiş, məmləkəti ürfan nuru ilə işıqlandırmaq
üçün ciddiyyəti ilə işə başlanmışdır».
Ümumi təhsilin tətbiqi əsas tutularaq bir tərəfdən məktəblər açılır, digər tərəfdən yeni
yaradılmış kişilər və qızlar seminariyaları vasitəsilə müəllimlər hazırlanırdı. İbtidai məktəblər
şəbəkəsini genişləndirmək üçün xüsusi olaraq İstanbuldan müəllimlər dəvət edilmişdi.
Bundan başqa, qəza mərkəzlərində müəllimlər kursları açılır, qadınların təhsili kişilərlə
bərabər tutulurdu. Mövcud rus gimnaziyalarından biri tamamilə milliləşdirilmiş, bir çox ibtidai qız
məktəbləri açılmış, qızların təhsilə cəlb olunması sahəsində ciddi dönüş yaranmışdı. Məktəb
yaşından böyük vətəndaşlar üçün gecə kursları açılmış və dərslər təşkil edilmişdi.
Azərbaycan Demokratik Respublikası hökumətinin maarif, təhsil sahəsində apardığı siyasətin
və həyata keçirdiyi islahatların əsasında ölkənin intellektual potensialının artırılması, əhali arasında
savadsızlığın ləğv edilməsi, təhsil sisteminin milliləşdirilməsi, tədrisin ana dilində aparılması yolu
ilə xalqın milli dirçəlişinin, milli mənlik şüurunun oyanışının təmin edilməsi kimi pak amallar,
ümummilli məqsədlər dururdu. Bütün bunlar mahiyyətcə ölkənin dövlət müstəqilliyinin
möhkəmlənməsinə, Azərbaycan xalqının azad və müstəqil yaşamağa layiq sivil bir millət olduğunu
sübut etməyə, Azərbaycanın müstəqil dövlət kimi dünyada tanınmasına imkan verirdi.
Təhsilə, maarifə belə ciddi münasibətin nəticəsi idi ki, Azərbaycan Demokratik Respublika sının
hələ Tiflisdə yaranan ilk müvəqqəti Hökumət Kabinetinin (28.05.1918–17.06.1918) tərkibindəki 9 nazir ‑
likdən biri, Xalq Maarifi Nazirliyi idi. Azərbaycan hökumətinin ilk kabinetində Maliyyə və Xalq Maarifi
Nazirliyi adı ilə fəaliyyətə başlayan bu nazirlik, sonrakı dörd Hökumət Kabinetində Xalq Maarifi və
Dini Etiqad Nazirliyi adlandırılıb. Azərbaycan Demokratik Respublikasının 1, 2, 3‑cü hökumət kabinet ‑
lərində (28.05.1918–14.04.1919) Nəsib bəy Yusifbəyli, 4‑cü Hökumət Kabi netində (14.04.1919–24.12.1919)
Rəşid xan Qaplanov, 5‑ci Hökumət Kabinetində isə (24.12.1919–01.04.1920) Həmid bəy Şahtaxtinski xalq
maarifi naziri olub. Həmid bəy Şahtax tinskinin istefa sından sonra qısa müddətdə (05.04.1920–
27.04.1920) nazir müavini Nurməhəmməd bəy Şahsuvarov xalq maarifi naziri vəzifəsini icra edib.
Azərbaycanın təhsil tarixinə şanlı səhifələr yazmış bu görkəmli siyasi, dövlət və maarif
xadimlərinin ömür yolu 1920‑ci ilin 28 aprel çevrilişindən sonra faciələrlə müşayiət olunub, onlar
sovet «qırmızı terror»unun təqiblərinə məruz qalıblar. Rus imperializminin yürütdüyü məkrli siyasət
yenidən xalqımızın azadlıq və istiqlal yoluna sədd çəkdi, Şərqdə ilk demokratik respublika olan
ADR süqut etdi.
Lakin milli azadlığın dadını duyub müqəddəs bayrağını yüksəklərə qaldırmış xalq, qəlbinin
dərinliklərində istiqlalının həsrətini yaşadaraq başladığı islahatları yeni siyasi durumda da həyata
keçirməyə özündə birlik, zəka, qüvvət və qüdrət tapdı, bu yolda dəhşətli repressiyalara məruz qalsa
da, geri çəkilmədi.
Azərbaycanda qurulan yeni hökumət – Xalq Komissarları Soveti bütün qurumların, o cüm ‑
lədən də Azərbaycan Xalq Maarifi və Dini Etiqad Nazirliyinin adını dəyişdi: ərəb mənşəli nazir
sözünü (mənası nəzarət edən, baxan, idarə edən deməkdir – 
M.M.) fransız mənşəli komissar (mənası
səlahiyyətli şəxs kimi izah olunur – 
M.M.) sözü əvəz etdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra respublikamızda xalq maarifi sistemi
sosializmin yeni prinsip və ideologiyası əsasında təşkil edilməyə başlandı. Bu işdə sovet Rusiyasının
15

16
ümumi təhsil modeli əsas götürüldü. Dinə qarşı mübarizə adı altında minillik ənənəsi olan klassik
müsəlman təhsil müəssisələri – məktəb və mədrəsələr tamamilə ləğv olundu.
Bütün bunlar, SSRİ‑nin türkdilli respublikalarda, o cümlədən də Azərbaycanda həyata keçir ‑
diyi imperiya siyasətinin tərkib hissəsi, xalqı uzun illər ərzində formalaşmış islami, milli‑mənəvi
də yərlərdən uzaqlaşdırmağa yönəlmiş məkrli strategiyanın təzahürü və soyqırıma bərabər olan
repressiya prosesinə hazırlıq mərhələsi idi.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycanın inkişafına sarsıdıcı zərbə vuran repressiya illərində
əsasən ziyalıların hədəfə alınması, əslində aparılan «islahatlara» etiraz edə biləcək qüvvələrin aradan
qaldırılmasına xidmət edirdi. İmperiya siyasətini cəmiyyətə mütərəqqi inqilab kimi təqdim edən
ideoloqların səyi nəticəsində nəinki yerli ziyalılar, eləcə də Türkiyədən 1918‑ci ildə dəvət olunmuş
pedaqoqlar (Xəlil Fikrət, Əhməd Cövdət və başqaları) pantürkist, panislamist kimi damğalandılar.
Milli pedaqoqların ən yaxşıları cismən məhv edildi. Azərbaycan xalqının milli təfəkkürünün öncülləri
olan yüzlərcə ziyalı bu amansız terrordan qurtula bilmədi. Azərbaycanda xalq əleyhinə, xüsusilə
ziyalılara qarşı cəza tədbirləri 1937–1938‑ci illərdə ən qabaqcıl ziyalıların həyatını, sözün həqiqi
mənasında, cəhənnəmə çevirdi. Səlahiyyət sahibi olan erməni əsilli mə mur la rın: Sumbatovun,
Borşovun, Gerasimovun, Sinmanın, Şerin, Qriqoryanın, Markaryanın, Qalstyanın, Ohanesyanın,
Ovanesyanın, onların Atakişiyev kimi nökərlərinin və qeyrilərinin əli ilə təxminən 70–80 min ziyalı –
alim, müəllim, hərbiçi, yazıçı, sənət adamı, din xadimi, sovet və partiya işçisi məhv edildi.
Mən həmin dövrə aid materiallarla yaxından tanış olarkən diqqətimi bir fakt daha çox cəlb
elədi: Dadaş Bünyadzadə, Mustafa Quliyev, Ruhulla Axundov, Maqsud Məmmədov, Ayna Sul ‑
tanova, Məmməd Cuvarlinski, Müseyib Şahbazov… Bu şəxslər Azərbaycanın xalq maarifinə və
təhsil sisteminə rəhbərlik etmiş insanlardır. Onların hamısı «xalq düşməni» kimi mühakimə edilib,
repressiyaya məruz qalıblar. Yalnız maarif nazirləri deyil, ali məktəb rəhbərləri, məktəb direktorları,
tanınmış pedaqoqlar da bu acı taleyi yaşayıblar. Fikrimcə, xalqın həyatında bundan daha ağır və
məşəqqətli günlər ola bilməz!
Bununla belə, bolşeviklər insanların üzünün onlardan tamam dönəcəyindən ehtiyat edib, bir
sıra güzəştlərə getməyə də məcbur olurdular. Belə ki, Azərbaycan dili məktəblərdə əsas təlim dili
kimi təsdiq olundu. Bu illərdə təhsilin məzmunu dəfələrlə ciddi dəyişikliyə məruz qalsa da, tədris
plan və proqramları təkmilləşdirilirdi. Əlifba islahatı istiqamətində Azərbaycan Xalq Cümhuriyyəti
dövründə başlanmış işlər yenidən canlandı. İlk sovet dərslikləri meydana gəldi. Həmin illərdə əhali
arasında savadsızlığı ləğv etmək maarifin təməl prinsiplərindən biri sayılırdı. Odur ki, I və II dərəcəli
məktəblərlə yanaşı, kəndli‑gənclər məktəbləri də təşkil olunmuşdu. 
Çox təəssüf ki, sərt və ciddi qanunların tətbiqi ilə səciyyəvi olan ötən əsrin 30‑cu illərində
məktəblə bağlı qəbul edilmiş qərarlar, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin ideyası
təhsildə demokratik ənənələrin inkişafını ləngitməklə, yeni arzuolunmaz istiqamət formalaşdırdı.
Milli dəyərlər 20‑ci illərdə olduğundan daha sərt şəkildə arxa plana keçirildi, saxta beynəlmiləlçilik
aparıcı amilə çevrildi, təhsilin məzmunu tamamilə sovet ideologiyasının prinsiplərinə tabe etdirildi.
Məktəb haqqında 30‑cu illərdə qəbul edilən qərarlar təkcə siyasi sənəd deyil, həm də pedaqoji
prosesə partiyalı rəhbərliyi təmin edən metodoloji proqram idi.
Azərbaycan K(b)P MK və Azərbaycan Xalq Maarifi Komissarlığı (XMK) 1933‑cü il mayın 20‑də
«Proqramlar və dərs kitablarının ümumiləşdirilməsi haqqında» qərar qəbul etdi. Bu qərara əsasən,
respublika məktəblərinin riyaziyyat, fizika, kimya, təbiət, tarix, ictimaiyyat, coğrafiya, əmək və rəsm ‑
xət üzrə proqram və dərs kitabları RSFSR Xalq Maarifi Komissarlığı tərəfindən hazırlanan proqram
və stabil dərs kitabları ilə eyniləşdirildi. Təlim rus dilində olan məktəblərdə azərbaycanlı uşaqlara
Azərbaycan ədəbiyyatı əvəzinə rus ədəbiyyatı tədris edilməyə başlandı. Şagirdlər milli‑mənəvi
dəyərlərdən tamamilə xəbərsiz qaldılar.
Təsadüfi deyil ki, vaxtilə görkəmli rus pedaqoqu Pavel Petroviç Blonski yazırdı: «Bizim nə ‑
sillər pedaqoji fikir tariximizi öyrənərkən görəcəklər ki, Odessadan tutmuş Vladivostokadək uşaqlar

17
eyni dərsliklə oxuyurlar və bizə güləcəklər ki, biz eyni ümumittifaq tədris proqramları ilə dərs
keçirik. Amma bu işdə hər bir şəhərin, kəndin, rayonun xüsusiyyətlərini nəzərə almaq elə gözəl,
rəngarəng proqramların, forma və metodların meydana gəlməsinə səbəb olar ki, bunu heç
yuxumuzda da görmərik».
Azərbaycanda kəndlərdən gələn uşaqlar üçün internattipli yataqxanaları olan təhsil müəssi ‑
sələrinin yaradılmasına Xalq Maarifi Komissarlığının 1926‑cı il 6 yanvar tarixli qərarı ilə başlanılıb.
«Kəndli‑gənclər məktəbləri haqqında» əsasnaməyə görə belə məktəblərin nəzdində ailə şəraiti təhsil
almağa imkan verməyən uşaqlar üçün internattipli yataqxanaların təşkil edilməsi nəzərdə
tutulmuşdu.
Keçən yüzilliyin 20‑ci illərində latın qrafikalı əlifbaya keçmək istiqamətində Azərbaycanda
diqqətəlayiq işlər görülürdü. Ona görə də, 1926‑cı ilin 26 fevral–6 mart tarixlərində Bakıda çağırılmış
I Beynəlxalq Türkoloji qurultayda sovet respublikalarında və vilayətlərində yaşayan bütün türk
xalqlarına Azərbaycanın təcrübəsini öyrənib təbliğ etmək tövsiyə edildi. Yeni türk əlifbasına keçmək
üçün İttifaq miqyasında böyük işlər görüldü.
1929‑cu il fevralın 1‑də Azərbaycanda yeni əlifbanın tam tətbiq olunması rəsmən elan edildi.
Latın qrafikalı əlifba ilə dərsliklərin hazırlanması və nəşri reallaşdı. 
Düşünmək olar ki, əgər bu işlər o zamandan indiyədək belə davam etsəydi, türk dünyası daha
çox uğurlar qazana bilərdi. Amma sovet imperiyası buna imkan vermədi. Birdən‑birə onillik dövrün
gərgin zəhmətinin üstündən çox asanlıqla qələm çəkildi – 1939‑cu il iyulun 11‑də Azər baycanda
latın əlifbasının dəyişdirilməsi barədə qərar qəbul edildi. Heç bir hazırlıq işi aparılmadan, 1940‑cı il
yanvarın 1‑dən bütün təhsil müəssisələrində kiril (rus) qrafikalı Azərbaycan əlifbasının tətbiqinə
başlandı. Xalqı soykökündən təcrid etmək üçün atılan bu addım SSRİ‑nin Azərbaycanda apardığı
açıq imperiya siyasətinin tərkib hissəsi idi.
Bütün bunlara baxmayaraq, XX əsrin 50‑ci illərinin ortalarında Azərbaycan dilinə dövlət dili
statusunun verilməsi istiqamətində atılan addımlar siyasi proseslərin əsas hadisəsinə çevrilmişdi. Bu
sahədə Azərbaycan ziyalılarının, xüsusilə görkəmli yazıçı və dövlət xadimi Mirzə İbrahimovun
fəaliyyəti mədəniyyət tariximizdə, o cümlədən təhsil salnaməmizdə işıqlı bir iz qoydu. 
Stalin rejimi başa çatdıqdan sonrakı illər keçmiş SSRİ‑nin həyatında «mülayimləşmə» dövrü kimi
səciyyələnir. Bu dövrdə Azərbaycan təhsilində nəzərəçarpacaq yeniliklər baş verdi. Stalin şəxsiyyətinə
pərəstişin tənqidi, siyasi və mədəni həyatda demokratik normaların bərpası (30–40‑cı illərə nisbətən),
sosialist cəmiyyətinin potensial imkanlarına inamın stimullaşdırılması, pedaqoji işə yaradıcı proses
kimi baxılması, müəllim əməyinin partiya və hökumət tərəfindən yüksək qiy mət lən dirilməsi, məktəblə
bağlı qəbul edilən yeni demokratik məzmunlu qərar və sərəncamların həyata keçirilməsi Azərbay ‑
canda təhsilin inkişafında yeni istiqamətləri müəyyənləşdirdi. Təhsilin məzmu nu nun yeniləşdirilməsi
baxımından əhəmiyyətli addımlar atıldı, tədris proqramları, dərsliklər məzmun və forma etibarilə
yeniləşdirildi, məktəbdə təlim‑tərbiyənin səviyyəsi nəzərəçar pacaq dərəcədə yüksəldi.
Ötən əsrin 50‑ci illərindən etibarən ümumtəhsil internat məktəblərinin təşkilinə başlanıldı.
Fizika‑riyaziyyat, kimya‑biologiya, Seyid Cəfər Pişəvəri adına fars dili, Səttar Bəhlulzadə adına ərəb
dili, Anton Semyonoviç Makarenko adına humanitar fənlər, idman və Süleyman Rüstəm adına fars
dili, incəsənət təmayüllü internat məktəblərin yaranması həmin dövrə təsadüf edir.
Qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində Azərbaycanda yetim və valideyn
himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan uşaqlar tam dövlət nəzarətində
olub. Onların yaşaması, təhsil və tərbiyə alması üçün uşaq evləri, internat məktəblər və xüsusi
məktəblər təşkil edilib.
1969‑cu ildən etibarən Azərbaycan tarixində, eləcə də təhsil tarixində Heydər Əliyev erası
başlanır. Məhz onun rəhbərliyi dövründə respublikada geniş məktəb quruculuğu işləri aparılıb.
1970–1980‑ci illərdə 683,1 min şagird yeri olan 1191 ümumtəhsil məktəb binası tikilərək istifadəyə
verilib ki, bu da 1946–1970‑ci illərdəki göstəricilərdən (520 məktəb) iki dəfə çoxdur. 

Ötən əsrin 70‑ci illərinin sonunda gündüz ümumtəhsil məktəblərində təhsil alanların sayı bir
milyon dörd yüz otuz altı min doxsan altı nəfərə çatdı. Bu illərdə təhsil sahəsində baş verən bütün
dəyişikliklər, qəbul edilən qanun, qərar və qətnamələr Azərbaycan müəllimlərinin qurultaylarında
müzakirə olunurdu. 
Həmin dövrdə Azərbaycan rəhbərliyinin təhsilə qayğısı təkcə respublikamızın hüdudları ilə
məhdudlaşmayıb, Ermənistan və Gürcüstanda yaşayan azərbaycanlıların ümumi təhsil sahəsində
qazandığı uğurlar və nailiyyətlər də az olmayıb. Bu qədim Azərbaycan torpaqlarında mövcud olan
geniş məktəb şəbəkəsi inkişaf etdirilib, dilimizin unudulmaması, ziyalılar nəslinin bir‑birini əvəz
etməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilib.
1988‑ci ildə sovet ordusunun köməyi ilə Ermənistandakı azərbaycanlılar son nəfərinə kimi
ata‑baba torpaqlarından qovuldu. 200 mindən artıq soydaşımız mənəvi repressiyanın, etnik
təmizləmə siyasətinin qurbanı oldu. 48681 şagird, onların təlim‑tərbiyəsi ilə məşğul olan 3992
müəllim elini, obasını tərk etdi. 192 Azərbaycan məktəbi bağlandı. Həmin məktəblərin, eləcə də 300‑
dən çox kəndin kitabxanası dağıdıldı, 100 minlərlə kitab yandırıldı, xalqın min illərlə qoruyub
saxladığı maddi və mənəvi abidələr yerlə‑yeksan edildi.
Ötən əsrin 80‑ci illərinin axırlarında Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında baş
verən hadisələr əhalinin mənəvi‑psixoloji durumunda ciddi narahatlıqlar yaratdı. Dmanisi, Bolnisi
şəhərlərindən azərbaycanlıların əksər hissəsi çıxarıldı. Həmin rayon mərkəzlərindəki Azərbaycan
məktəbləri bağlandı. Qeyri‑sabit ictimai‑siyasi vəziyyət nəticəsində Gürcüstandakı Azərbaycan
məktəblərinin şagird kontingenti və həmin təhsil ocaqlarında çalışan müəllimlərin sayı kəskin
şəkildə azaldı. Ötən əsrin 90‑cı illərinin əvvəlində Gürcüstanda 72 orta, 55 natamam orta, 37 ibtidai
məktəbdə 36771 azərbaycanlı şagird təhsil alırdı. Dağıstandakı Azərbaycan məktəbləri isə hələ keçən
əsrin 30‑cu illərində bağlanmışdı.
Azərbaycan SSRİ‑nin tərkibində olduğu 70 il ərzində ümumi orta təhsil sahəsində nailiy yət lərin
qazanılmasında müxtəlif dövrlərdə təhsil sahəsinə rəhbərlik etmiş Dadaş Bünyadzadə, Mustafa Quliyev,
Ruhulla Axundov, Maqsud Məmmədov, Ağa Sultanov, Məmməd Cuvarlinski, Müseyib Şahbazov,
Məmmədsadıq Əfəndiyev, Mirzə Məmmədov, Mirzə İbrahimov, Məmməd Ələkbərov, Rəhim Rəhimov,
Mehdi Mehdizadə, Elmira Qafarova və Kamran Rəhimovun adlarını xüsusi qeyd etmək istəyirəm.
Ötən əsrdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda texniki peşə təhsili müəs ‑
sisələrinin və orada təhsil alan şagirdlərin sayı əhəmiyyətli dərəcədə yüksəlib. İxtisaslı kadrların ha ‑
zırlanması sənayenin bütün sahələrinin inkişafına müsbət təsir göstərib, iqtisadiyyatın inkişafı, yeni
iş yerlərinin açılması ixtisaslı kadrlara tələbatı daha da artırıb.
1920‑ci il avqustun 5‑də Xalq Maarifi Komissarlığı nəzdində yaradılmış Texniki Peşə Təhsili Baş
Komitəsində 1940‑cı ilə qədər ciddi struktur dəyişiklikləri aparıldığından, bu təsisat müstəqil qurum
kimi formalaşmayıb. 1940‑cı ildə isə SSRİ Dövlət Ehtiyat Əmək Qüvvələri Sistemi yaradılıb.
Faktların təhlili göstərir ki, sovet hakimiyyətinin ilk illərindən texniki peşə təhsilinə xüsusi
diqqət yetirilib, texniki peşə təhsilinin təşkili, xalq təsərrüfatının müxtəlif sahələrinin ixtisaslı fəhlə
kadrları ilə təmin edilməsi, işçilər arasında texniki savadsızlığın aradan qaldırılması məqsədilə
fabrik‑zavod şagirdliyi məktəbi təşkil edilib. Həmin illərdə sənaye sahələrini ixtisaslı fəhlə kadrlarla
təmin etmək üçün texniki peşə təhsilinin idarəetmə sistemində müəyyən islahatlar aparılıb.
Dövlət Ehtiyat Əmək Qüvvələri Sistemi 1955‑ci ildə Dövlət Peşə Təhsili Sisteminə, 1959‑cu ildə
isə Dövlət Texniki Peşə Təhsili Komitəsinə çevrilib. Məhz bundan sonra ölkənin iqtisadiyyatı üçün
vacib olan bu sahənin inkişafı sürətlənib, texniki peşə təhsilinin müasir tələblər səviyyəsində
qurulmasına əlverişli zəmin yaranıb. Çoxlu şəhər və kənd texniki peşə məktəbləri, axşam kursları
açılıb, müxtəlif peşələr üzrə ixtisaslı fəhlələr hazırlanıb. Azərbaycanın çoxsahəli xalq təsərrüfatının
ağırlıqları uzun illər məhz bu məktəbləri bitirən fəhlələrin çiyinlərində olub.
Respublika Texniki Peşə Təhsili Komitəsi Azərbaycan KP MK‑nın 1969‑cu il avqust plenumu ‑
nun qərarlarını əldə rəhbər tutaraq ixtisaslı fəhlə kadrların hazırlanması sahəsində əsaslı dəyişik lik ‑
18
18

lər edib. Göstərilən qayğı sayəsində peşə məktəblərində oxuyanların sayı 2,5 dəfə artıb. Həmin il
peşə məktəbləri məzunlarının sayı 26 min nəfərə çatıb. XX yüzilliyin 70‑ci illərində yaradılan orta
texniki peşə məktəblərində şagirdlərə fəhlə ixtisası ilə yanaşı, ümumi orta təhsil də verilməyə
başlanıb.
Respublikamızda texniki peşə təhsilinin daha sürətli inkişaf mərhələsi ötən əsrin 70–80‑ci
illərinə təsadüf edir. Həmin dövrdə Heydər Əliyevin göstərişi ilə 1971–1975‑ci illər üçün Azər bay ‑
can da texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafına dair strategiya hazırlanıb. Bu stra ‑
tegiyaya uyğun olaraq texniki peşə təhsili qısa bir zamanda sürətli inkişaf yolu keçib. Əgər 1970‑ci
ildə respublikada 84 texniki peşə məktəbində 44 min şagird təhsil alırdısa, 1980‑ci ildə məktəblərin
sayı 173‑ə, şagirdlərin sayı isə 98000‑ə çatmışdı. 1982‑ci ildə 184 texniki peşə məktəbində 109000
şagird təhsil alırdı. 1987‑ci ildə 186 texniki peşə məktəbində 200‑dən artıq peşə üzrə 115 min şagird
oxuyurdu. Bu inkişafa nail olunmasında, təbii ki, həm də ayrı‑ayrı vaxtlarda Texniki Peşə Təhsili
Komitəsinə rəhbərlik etmiş Əkbər Ənnağıyev, Musa Ağayev, Tofiq Allahverdiyev və Heydər İsayevin
təşkilatçılıq bacarığı, səmərəli fəaliyyəti xüsusi rol oynayıb. 
Azərbaycanda orta ixtisas təhsilinin inkişaf mərhələləri Qori Müəllimlər Seminariyasının
ənənələrinin Azərbaycanda uğurlu tətbiqi ilə başlanır. Qazax, Nuxa (indiki Şəki), Bakı və Gəncədə
fəaliyyət göstərən, tədrisin milli dildə aparıldığı ilk pedaqoji seminariyalar müəllim kadrların
hazırlığı sahəsində müstəsna rol oynayıb.  
Ali təhsilin və ali məktəb elminin inkişafı bir‑biri ilə sıx bağlıdır və biri digərinin inkişafını
stimullaşdırır. Məlumdur ki, təhsil müəssisələrində elmi tədqiqat işi aparılmadan müasir tələblərə
cavab verən kadr hazırlığının həyata keçirilməsi mümkün deyil. Odur ki, ölkə təhsilinə rəhbərlik
etmiş şəxslərin həyat və fəaliyyətinə nəzər salarkən – yeri gəldikcə bu məsələlərə də toxunulub –
müxtəlif zamanlarda müvafiq istiqamətlərdə aparılan məqsədyönlü işlərə aydınlıq gətirilib. 
Azərbaycanda yüksəkixtisaslı kadrlar hazırlayan ilk ali məktəb – Bakı Dövlət Universiteti 1919‑
cu ildə açılana qədər (XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində) azərbaycanlılar Rusiya, Fransa,
Almaniya, Türkiyə və digər ölkələrin universitetlərində, institutlarında hüquqşünas, mühəndis,
riyaziyyatçı, həkim, bioloq, müəllim və digər ixtisaslara yiyələniblər.
1920‑ci il noyabrın 13‑də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov «Bakı
Politexnik İnstitutunun təsis edilməsi barədə» dekret imzalayıb. Bir‑birinin ardınca Azərbaycan
Dövlət Konservatoriyası, Azərbaycan Kişi Pedaqoji İnstitutu və Azərbaycan Məktəbəqədər Tərbiyə
İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu fəaliyyətə başlayıb.
Ötən əsrin 20‑ci illərinin axırlarında ali məktəblərin milliləşdirilməsi probleminə böyük diqqət
yetirilib. Bu məsələnin həlli milli və sosial siyasətin ən vacib problemlərindən biri hesab olunurdu.
Həmin illərdə elmi tədqiqat işinin inkişafı tədris prosesinin təkmilləşdirilməsinə istiqamətləndiri ‑
lirdi. Moskvadan, Leninqraddan (indiki Sankt‑Peterburq) və digər elm mərkəzlərindən Azər bay ‑
cana gələn görkəmli elm xadimləri elmi tədqiqat işlərinin qaydaya salınmasına kömək edirdilər.
Məhz onların səyi nəticəsində Azərbaycanda elmi tədqiqatların təşkilati əsasları qoyuldu. Azər ‑
baycan xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparıldı. 1926‑cı ildə ali
məktəblərin nəzdində aspirantura, 1934‑cü ildə elmi‑pedaqoji kadrların attestasiya sistemi ya ra dıldı.
Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə əlaqədar 1930‑cu ildə Azərbaycan Dövlət
Universitetinin bağlanması təhsil tariximizin bu gün müxtəlif mövqelərdən şərh olunan mürəkkəb
səhifələrindən biridir. Lakin danılmaz faktdır ki, universitetin bazasında yaranan sahə institutları ali
təhsilimizin inkişafında yeni mərhələ oldu.
1930–1941‑ci illərdə sahə ali məktəblərinin yaradılması istiqamətində görülən tədbirlər
nəticəsində ali məktəbləri bitirənlərin sayı artıb. 1945–1946‑cı dərs ilində Azərbaycanda ali mək ‑
təblərin sayı 20‑yə çatıb. Ali məktəb tələbələrinin sayı isə 31,2 min nəfərə yüksəlib.
Daha sonra Zaqafqaziya Dövlət Bədən Tərbiyəsi İnstitutu, Azərbaycan Ticarət‑Kooperativ
İnstitutu və Azərbaycan Dövlət Tibb İnstitutu, müstəqil Qiyabi Pedaqoji İnstitutu, Xəzər Ali Hərbi
19
19

Dənizçilik Məktəbi, Mirzə Fətəli Axundov adına ikiillik Azərbaycan Müəllimlər İnstitutu, Dövlət
Pedaqoji Xarici Dillər İnstitutu təşkil olunub.
Eləcə də Azərbaycan Politexnik İnstitutu, Bakı Ali Partiya Məktəbi, Ali Ümumqoşun
Komandirləri Məktəbi, Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradılıb,
Sumqayıt Ali Tex niki Məktəbi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan, Xankəndi
filialları fəaliyyətə başlayıb. 
Həmin müəssisələrin fəaliyyətinə elmi əsasda pedaqoji və dövlət nəzarətinin gücləndirilməsi
tələbatı bu sahəyə cavabdeh olan hökumət qurumunun yaradılmasını tarixi zərurətə çevirmişdi. Ali
məktəblərin, texnikumların maddi‑texniki bazaları möhkəmləndirilməli, pedaqoji kadrların tərkibi
keyfiyyətcə yaxşılaşdırılmalı, xalq təsərrüfatının müxtəlif sahələri üçün yüksəkixtisaslı, geniş
dünyagörüşlü mütəxəssislər hazırlanmalı idi.
Bu illər Azərbaycanda xalq təsərrüfatının coşqun inkişafı, əhalinin mədəni səviyyəsinin
yüksəlişi dövrünə təsadüf edir. Respublikada ağır, yüngül və yeyinti sənayesinin bir çox sahələri,
eləcə də mədəni‑maarif müəssisələrinin şəbəkəsi geniş inkişaf yoluna çıxmışdı. Sözsüz ki, bu inkişafı
ali və orta ixtisas təhsilli kadrlarsız təsəvvür etmək çətin olardı. Məhz buna görə də SSRİ Nazirlər
Soveti 1959‑cu ilin iyununda ali və orta ixtisas təhsili müəssisələrinə rəhbərliyin yenidən qurulması
haqqında xüsusi qərar qəbul etdi. 
Həmin qərarda göstərilirdi ki, ölkədə ali və orta ixtisas təhsili sistemini daha da inkişaf
etdirmək və təkmilləşdirmək, habelə bu işdə müttəfiq respublikaların səlahiyyətini və məsuliyyə tini
artırmaq məqsədilə ümumittifaq tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələri
respublikaların ixtiyarına verilsin. Həmin qərarla əlaqədar olaraq 1959‑cu ildə digər müttəfiq
respublikalarla yanaşı, Azərbaycanda da Ali və Orta İxtisas Təhsili Komitəsi yaradıldı. Bu qurum
1964‑cü ildən müstəqil nazirliyə çevrildi.
O dövrdə respublikada 100 min tələbəni əhatə edən 13 ali məktəb fəaliyyət göstərib və 105
fakültə, 450 kafedra olmaqla 131 ixtisas üzrə mütəxəssislər hazırlanıb. Üç‑dörd ildə ali məktəblərin
sa yı 16‑ya, fakültələrin sayı 130‑a, kafedraların sayı isə 512‑yə çatdırılıb, ali məktəblərdə 148 ixtisas
üzrə mütəxəssislər hazırlığına başlanılıb. Təkcə 1976‑cı ildə ali məktəblərimizdə 4 yeni fakültə, 14
kafedra və 18 ixtisas açılıb. 
Ulu öndər Heydər Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Pedaqoji Xarici
Dillər İnstitutu (1972), Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1972), Xankəndi
Dövlət Pedaqoji İnstitutu (1973), Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (1975), Azərbaycan
Texnologiya İnstitutunun (1981) yaradılması ilə ali təhsil sistemindəki boşluqlar aradan qaldırıldı. Xarici
ölkələrdən respublikamıza təhsil almağa gələn əcnəbi tələbələrin sayı nəzərə çar pacaq dərəcədə artdı.
Sözsüz ki, Azərbaycan təhsilinin, o cümlədən ali təhsilin 1969–1982‑ci illərdəki inkişafı
Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan KP MK‑nın avqust (1969) plenumunda digər
məsələlərlə yanaşı, ali təhsil müəssisələrində mənəvi iqlimin sağlamlaşdırılması və neqativ halların
ara dan qaldırıl ma sı yollarının geniş təhlilini vermiş, Ali və Orta İxtisas Təhsili Nazirliyinin və ali
məktəb rektorlarının qarşısında ali təhsil müəssisələrinin fəaliyyətinin köklü şəkildə yenidən
qurulması kimi ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdu. Bütün bunlar ali təhsilin inkişafının
əsas istiqamətlərini müəyyənləşdirdi.
O illərdə görülən işlərin millətin mənəvi təkamülündəki rolunu, dövlətçilik baxımından
əhəmiyyətini, mahiyyətini və perspektivlərini dərk etmək üçün bəzi statistik məlumatlara nəzər
salmaq yerinə düşər: 1969–1970‑ci tədris ilində respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi 47
nəfər ali təhsil almağa göndərilmişdisə, 1978‑ci ildən başlayaraq respublikadan kənara hər il 800–900
tələbə göndərilməsinə nail olunmuşdu. 1969–1970‑ci tədris ilində ölkədən kənarda təhsil alanların
40 faizi azərbaycanlı idisə, 1970–1980‑ci illərdə bu rəqəm 97,6 faizə çatmışdı.
Həmin illərdə Azərbaycanın xalq təsərrüfatının inkişaf tempinə uyğun olaraq respublikamız
üçün ənənəvi olmayan ixtisaslar üzrə də mütəxəssis hazırlığına başlanıldı. Eləcə də SSRİ‑nin 50‑dən
20

ar  tıq böyük şəhərinin 170‑dən çox nüfuzlu ali məktəbində respublikamız üçün zəruru ehtiyac
duyulan 250‑dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil alması təmin edilirdi.
Onların yüksəkixtisaslı kadr kimi formalaşması üçün respublika rəhbərliyi tərəfindən hər cür qayğı
göstərilirdi. 
Onu da qeyd edək ki, Azərbaycanda ali və orta ixtisas təhsilinin inkişafında ayrı‑ayrı vaxtlarda
komitə sədri və ya nazir vəzifələrində çalışmış Şirəli Məmmədov, Abdulla Qarayev, Züleyxa
Hüseynova, Danil Quliyev və Qurban Əliyevin böyük xidmətləri olub.
1988‑ci ildə Azərbaycanda təhsilin müxtəlif pillələrini əhatə edən üç qurum –  Ali və Orta
İxtisas Təhsili Nazirliyi, Xalq Maarifi Nazirliyi və Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək Xalq
Təhsili Nazirliyi, 1993‑cü ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi yaradılıb.
Doğrudur, sovet hakimiyyəti illərində müstəqil dövlət siyasətimiz, aydın milli ideologiyamız
olmayıb, xalqın milli təfəkkürünün daşıyıcıları olan on minlərlə ziyalı günahsız ittiham edilib, ölüm
və cəza maşını fasiləsiz işləyib. Ancaq bu, heç də o demək deyil ki, məktəbimiz, təhsilimiz inkişaf
etməyib. 
Sovet dövründə təhsilimiz inkişaf etməsəydi, ötən əsrin 90‑cı illərində imperiya hakimiyyə ti ‑
nin təzyiqi bir az zəifləyən kimi, uzun illərdən bəri zamanın diktə etdiyi təhsil siyasəti əsasında
tərbiyə almış millətimizin indiki nəsli milli ruhla azadlıq mübarizəsinə qalxardımi? Bu istiqlal
mücadiləsinin kökü haradandır? Milli ruhu olmayan nəsil yetişdirməyə xidmət edən məktəb gəncliyi
bu müba rizəyə hazırlaya bilərdimi? Əlbəttə yox! Ulu öndər Heydər Əliyevin təbirincə desək, «1920–
1991‑ci illərdə Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, təhsili, elmi və mədəniyyəti də böyük inkişaf
yolu keçmişdir. Dünyəvi teatr, müasir məktəb və demokratik mətbuatın bünövrəsi XIX əsrdə qoyulsa
da, bu 70 ildə ölkəmizdə savadsızlıq ləğv olunmuş, tam orta icbari təhsil tətbiq edilmiş, təhsil
müəssisələrinin, o cümlədən ali məktəblərin inkişaf etmiş şəbəkəsi yaranmış, Elmlər Akademiyası
formalaşmış, minlərlə qəzet və jurnal çap olunmağa başlamışdı».
Bu gün ölkə həyatının bütün sahələrində təhsilimizin sovet dövrünün yetirməsi olan insanlar
uğurla çalışırlar. Müstəqilliyimizin ilk illərində təməli qoyulan hər bir iş istisnasız olaraq bu insanlar
tərəfindən həyata keçirilib. Ona görə də təhsil tarixinə nihilist meyillərlə yanaşmaq qətiyyən düzgün
deyil. Bugünkü nailiyyətlərimiz boş yerdən yaranmayıb. Onun möhkəm bünövrəsi var.
Keçmiş İttifaq tərkibində olduğumuz 70 ildə təhsilimiz çox ziddiyyətli inkişaf yolu keçib. Bu
tarixi yaradan, həyatını xalqın maariflənməsi kimi nəcib işə həsr edən ziyalıların adı Azərbaycanın
tarixinə, onun təhsil salnaməsinə əbədi həkk olunub. Bu gün Azərbaycanın təhsilinə rəhbərlik edən
şəxs kimi, bir ziyalı kimi, nəhayət, bir vətəndaş kimi çalışıram ki, gələcək nəsil bu insanların
Vətənimiz qarşısındakı xidmətlərindən xəbərsiz qalmasınlar. 
Bu kitabın yazılmasında əsas məqsəd Azərbaycan təhsilinə müxtəlif illərdə rəhbərlik etmiş,
təhsilimizin inkişafında xidmətləri olan şəxslərin xatirəsinin əbədiləşdirilməsi və ötən əsrin
əvvəllərindən bəri təhsilin tərəqqisi baxımından keçilmiş şərəfli inkişaf yolu barədə ictimaiyyəti
daha dolğun məlumatlandırmaqdır.
Son yüz ilə nəzər salarkən bir daha aydın olur ki, qazandıqlarımız itirdiklərimizdən daha
çoxdur. Mən təhsil naziri kimi müxtəlif ölkələrdə, o cümlədən qonşu İran və Türkiyə respub ‑
likalarında dəfələrlə xidməti səfərlərdə olmuşam. Bu səfərlər zamanı bir fakt məni həmişə
qürurlandırıb: Azərbaycanda insanların təhsil səviyyəsi hər iki ölkədəkindən qat‑qat yüksəkdir.
Sovet dövründə ən ucqar kəndlərimizdə belə, məktəblər fəaliyyət göstərib və Azərbaycanda savadsız
adam yoxdur. Bütün bunlar bizim bugünümüz üçün etibarlı zəmin olubdur. Əgər belə olmasaydı,
biz öz müstəqilliyimizi bərpa edib Azərbaycanı uğurla irəli apara, daha böyük nailiyyətlərə, cəsarətli
islahatlara imza ata, təhsilimizi, mədəniyyətimizi, iqtisadiyyatımızı müasir tələblər səviyyəsində
inkişaf etdirə bilməzdik.
Bu gün sabaha bünövrə olduğu kimi, bugünün də bünövrəsi dünənimizdir. Dünənin qiy mə ‑
ti ni düzgün verməsək, sabaha möhkəm özül yarada bilmərik.
21

Azərbaycan təhsilinin inkişaf istiqamətlərinin dəqiq müəyyənləşdirilməsi, dünya təhsil sis te ‑
minə uyğunlaşdırılması üçün müstəqilliyimizin ilk illəri gələcək islahatlara hazırlıq mərhələsi he sab
olunur. Bu baxımdan zəngin inkişaf yolu keçən təhsilimizin 1993‑cü ildən 1998‑ci ilə qədərki dövrü,
axtarışlar, yeniliklərin öyrənilməsi mərhələsi kimi səciyyələndirilir. 1998‑ci ildən sonrakı mərhələ
isə dünya təhsilinə inteqrasiya, dövlət proqramları və beynəlxalq layihələrin reallaşdı rıl ması, əsaslı
quruculuq, tədrisin keyfiyyətinin yüksəlişi və islahatlar dövrü kimi xarakterizə olunur.
Müstəqillik illərində Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən
stabil ölkəsinə çevrildi, beynəlxalq aləmdə yüksək nüfuz qazandı, iqtisadi inkişaf tempinə görə
dünyada lider ölkələr sırasına daxil oldu. Dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın
dinamik inkişafının səbəblərini elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla
idarəetmə modelinin nəticəsi kimi qiymətləndiririrlər.
Yeni idarəetmə modeli təhsil sistemində də müasir menecment modellərinin tətbiqini
şərtləndirdi. Təhsil Nazirliyinin strukturunda dəyişikliklərin edilməsi, Monitorinq və qiymətlən dir ‑
mə (təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin
monitorinqinin aparılması), Təhsilin idarəolunmasının məlumat sistemləri (təhsil sistemi haqqında
onlayn yeniləşdirilən elektron məlumat bazasının yaradılması, məlumatların təhlili və hesabatların
hazırlanması), Strateji təhsil, planlaşdırma və kadrların idarəolunması (təhsil sektorunun ayrı‑ayrı
sahələri üzrə strateji təhlillərin aparılması, fəaliyyətin planlaşdırılması, təhsilin perspektiv inkişaf
istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsi, kadr siyasətinin formalaşdırılması və kadr
təminatının həyata keçirilməsi), Akkreditasiya (təhsil müəssisələrinin akkreditasiyası, təhsil proq ‑
ram larının akkreditasiyası, təhsil müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, keyfiyyətə
nəzarətin təmin edilməsi) şöbələrinin yaradılması nazirliyin idarəetmə potensialını xeyli gücləndirib,
çevik idarəetməyə zəmin yaradıb.
Ölkə Prezidentinin 2005‑ci il 1 mart tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamədə nazirliyin əsas vəzifə və funksiyaları
aşağıdakı kimi təsbit edilib:
Nazirliyin əsas vəzifələri:

Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata
keçirmək; 

Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını
təmin etmək; 

təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət
nəzarətini təmin etmək; 

vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə
bərabər imkanların yaradılmasına nail olmaq; 

mülkiyyət və təşkilati‑hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi,
tədris‑metodiki rəhbərliyi həyata keçirmək; 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri
yerinə yetirmək. 
Nazirliyin funksiyaları:

Təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın
yaradılmasında iştirak edir və müvafiq sahə standartları hazırlayır; 

təhsilin inkişafı ilə bağlı proqramların hazırlanıb həyata keçirilməsini təmin edir, bu sahədə
digər orqanların fəaliyyətini əlaqələndirir; 

təhsil müəssisələrinin şəbəkəsini və onların inkişaf perspektivlərini müəyyənləşdirir; 

təlim və tədris prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, təhsilin dövlət
standartlarına riayət olunmasına nəzarət edir; 
22


təhsil sisteminin inkişafı sahəsində analitik təhlillər aparır və monitorinqlər keçirir; 

təhsil sistemində biliyin qiymətləndirilməsi meyarlarını, qiymətləndirmənin bal sistemini
müəyyənləşdirir; 

qanunvericiliyə uyğun olaraq təhsil sistemində demokratik idarəetmənin tətbiqini təmin edir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəyyən olunmuş qaydalar əsasında
təhsil müəssisələrinin attestasiyasını və akkreditasiyasını aparır; 

təhsilin keyfiyyətini yüksəltmək və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi
məqsədilə eksperimentlər aparır; 

dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq baza təhsil proqramlarını təsdiq edir,
dərslik, dərs vəsaiti, tədris və tədris‑metodik ədəbiyyatın siyahısını tərtib edir, onlara qrif (nəşr
hüququ) verir; 

icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir; 

xüsusi istedada malik uşaq, şagird və tələbələrin təhsillərini davam etdirmək üçün lazımi
tədbirlər görür; 

ümumtəhsil məktəblərində sinifdən‑sinfə keçirmə və buraxılış imtahanlarının sayını, formasını
və qiymətləndirmə mexanizmini, təhsil alanların bir tədris müəssisəsindən digərinə
köçürülməsi qaydalarını müəyyən edir; 

müxtəlif səviyyəli və miqyaslı fənn olimpiadaları təşkil edir; 

tədris müəssisələrinin kompyuterləşdirilməsi, şagirdlər üçün təhsil portalının və saytlarının
yaradılması istiqamətində müvafiq proqramlar hazırlayıb həyata keçirir; 

aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə ciddi tərbiyə şəraitinə ehtiyacı olan, sağlamlıq
imkanları məhdud (xüsusi qayğıya ehtiyacı olan) uşaq və yeniyetmələrin təhsilini təşkil edir; 

qəyyumluq və himayə orqanlarına metodiki kömək göstərir, valideyn himayəsindən məhrum
uşaqların müəyyənləşdirilməsini və onların təhsilə cəlb edilməsini təşkil edir; 

müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə təhsil müəssisələrində idman‑sağlamlıq və
profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görür, uşaq, şagird və tələbələrin idman
yarışlarını, turist yürüşlərini, özfəaliyyətlərinə, texniki və bədii yaradıcılıqlarına baxışları və bu
kimi digər tədbirləri həyata keçirir; 

müvafiq icra hakimiyyəti orqanları ilə birgə tədris müəssisələrində təhsil alanların, pedaqoji
və texniki‑yardımçı heyət işçilərinin tibbi müayinədən keçirilməsini təmin edir; 

tabeliyində olan təhsil müəssisələrinin və təşkilatların digər elmi müəssisə və təşkilatlarla elm
və təhsil sahəsində fəaliyyətini əlaqələndirir; 

elmi‑texniki konfransların, simpoziumların və müsabiqələrin keçirilməsini, şagirdlərinin, tələbə,
aspirant və müəllimlərin xarici ölkələrdə keçirilən bu kimi tədbirlərdə iştirakını təşkil edir;

ali, orta ixtisas və peşə‑ixtisas təhsili üzrə ixtisasların təsnifatı barədə təklif verir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrinin nümunəvi
əsasnamələrinin layihələrini hazırlayır, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və
ləğvi barədə rəy və təkliflər verir; 

təhsil müəssisələri məzunlarının yekun dövlət attestasiyası qaydalarını və imtahan prosesilə
əlaqədar müvafiq reqlamentləşdirici sənədləri təsdiq edir; 

müxtəlif səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslərin kateqoriyası,
sağlamlıq imkanlarına görə məhdudiyyət qoyulan, eləcə də eksternat yolu ilə mütəxəssis
hazırlığı qadağan edilən ixtisasların siyahısı barədə təkliflər verir; 

mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara
verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəy ‑
yənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi
blankları ilə təmin edir; 
23


təhsil sənədlərinin tanınması və ekvivalentliyi ilə bağlı məsələləri həll edir; 

xarici dövlətlərdə alınmış təhsil sənədlərinin nostrifikasiyası qaydalarına uyğun müvafiq
komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir; 

təhsil alanlar üçün adlı təqaüdlərin təsis edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qarşısında vəsatət qaldırır; 

əmək bazarı tələbatının öyrənilməsi və mütəxəssis hazırlığının proqnozlaşdırılmasında iştirak
edir; 

ali, orta ixtisas və texniki peşə məktəblərinə illik tələbə və şagird qəbulu barədə təklif
hazırlayır; 

müvafiq təhsil müəssisələrində magistratura və doktoranturaların açılması məsələsini həll
edir; 

pedaqoji kadrların və təhsil işçilərinin hazırlanması, ixtisasının artırılması və yenidən
hazırlanması işini təşkil edir; 

distant təhsili üçün müvafiq şərait yaradır; 

aidiyyəti icra hakimiyyəti orqanları, müəssisə və təşkilatlarla birlikdə əhalinin işləməyən
təbəqəsinin peşə hazırlığını, ixtisasartırmasını və yenidən hazırlanmasını təmin edir; 

pedaqoji kadrların təsdiq olunmuş qaydalara uyğun attestasiyasının keçirilməsini təşkil edir; 

təhsil müəssisələrində pedaqoji və elmi‑pedaqoji kadr vəzifələrinin tutulması qaydalarını
müəyyən edir; 

nazirlik sistemində olan təhsil müəssisələrində rəhbər kadrların nomenklaturasını müəy ‑
yənləşdirir; 

pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş
yerlərilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaş ‑
dırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazımi işlər aparır; 

təhsil müəssisələrinin tədris‑maddi bazasını inkişaf etdirir, onların tikintisinə, maddi‑texniki
təchizatına dair vahid normaları, şagird yerləri ilə təminat normativlərini müəyyənləşdirir; 

təhsil sistemində maliyyələşdirmə normativlərinin hazırlanmasında iştirak edir; 

təhsil sistemində attestasiya‑maddi stimullaşdırma mexanizminin tətbiqilə əlaqədar təkliflər
hazırlayır; 

təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirir, onlara
mövcud qanunvericilik çərçivəsində "Əmək veteranı" adının verilməsini təmin edir; 

təhsil sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələr üzrə
öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür; 

təhsil sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirir; 

xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dilində ümumi təhsil almalarına, habelə
Azərbaycan dili və ədəbiyyatının, Azərbaycan tarixi və coğrafiyasının öyrənilməsinə yardım
göstərir; 

Azərbaycan Respublikası vətəndaşlarının mövcud qaydalara uyğun dövlət xətti ilə xaricdə
təhsil almaları və elmi‑tədqiqat işləri aparmaları üçün tədbirlər görür; 

təsdiq olunmuş formada statistik məlumatların və hesabatların toplanılmasını, onların təhlilini
və nəticələrin müvafiq orqanlara təqdim olunmasını icra edir; 

qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.
24



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə