ƏLƏKBƏr сabbarli heydəR ƏLİyev və naxçivan tariXİ



Yüklə 20,03 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix03.02.2017
ölçüsü20,03 Mb.
#7361
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
 
 
 
14 

I  FƏSİL 
HEYDƏR ƏLİYEV VƏ NAXÇIVAN  
 
 
1.1. Naxçıvanın tarixi haqqında 
 
Heyd
ər Əliyev xalqımızın qədim və zəngin maddi-
m
ədəni və  tarixi irsə  sahib  olduğunu  bildirərək deyirdi: 
“Az
ərbaycanın  taleyi  belə  gətirmişdir  ki,  coğrafi-siyasi 
mövqeyin
ə  görə  o, həmişə  sivilizasiyaların  qovuşuğunda 
olmuş və istər Qərbin, istərsə də Şərqin çox güclü təsirini 
öz üz
ərində  hiss  etmişdir.  Məlumdur ki, Azərbaycan 
insanın,  bəşəriyyətin  beşiyi  olan  nadir  ölkələrdən biridir. 
Burada h
əyat çox erkən yaranmışdır və Azıx mağarasında 
tapılmış Azıxantrop Azərbaycanın ən qədim ibtidai insan 
m
əskənlərindən biri olmasını sübut edir. Qobustandakı və 
G
əmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz 
v
ə Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümu-
n
ələri,  Kurqan  tapıntıları  sübut  edir  ki,  hətta miladdan 
əvvəlki minilliklərdə  də  Azərbaycanda  inkişaf  etmiş 
m
ədəniyyət mövcud olmuşdur” [14, s. 19-20].   
Bu  baxımdan  qədim türk-oğuz  yurdu  və  tarixi 
Az
ərbaycan  ərazisi olan Naxçıvan bəşər  sivilizasiyasının 
ilkin m
əskənlərindən  biridir.  Aparılan  tədqiqatlarla sübut 
olunmuşdur  ki,  Naxçıvan  hələ  qədim  daş  dövründə  – 
paleolitd
ə, yəni 500-300 min il bundan əvvəl ulu əcdad-
larımızın yaşayış məskəni olmuşdur.  
 
E.
ə. XII-I minilliklərdə  Naxçıvan  ərazisində  da-
vamlı və intensiv yaşayış olmuşdur. Azərbaycan xalqının 
soykökünü
n  formalaşmasında  e.ə. IV-II minilliklərdə 
Naxçıvan  ərazisində  meydana  çıxan  iri  tayfa  ittifaqları 

hüm rol oynamışdır. Türk mənşəli kaspi, kadusi, naxç 
 
15 

tayfa ittifaq
ları  məhz bu dövrdə  yaranıb  formalaşmışdır 
[175, s. 12].  
Son dövrl
ərdə  geniş  miqyas  alan  araşdırmalara  və 
t
ədqiqatçılar arasında getdikcə güclənən elmi qənaətə görə 
Naxçıvan  şəhərinin tarixi xeyli qədimdir. Bu məsələyə 
münasib
ət bildirən  akademik  İ.Həbibbəyli  yazır  ki,  bu 
vaxta q
ədər  Naxçıvanda  daş  dövrü  ilə  bağlı  aparılmış 
araşdırmalar Naxçıvan şəhərinin yaşının 5 min il olduğunu 
dem
əyə  imkan verir. Belə  ki,  indiki  Naxçıvan  şəhərinin 
ilkin yeri, m
əskəni hesab edilən ikinci Kültəpədən  daş 
dövrün
ə  aid maddi-mədəniyyət nümunələrinin  tapılması 
burada  şəhərsalma mədəniyyətinin  yaşının  5  min il 
ətrafında olduğunu təsdiqləyir [101, s. 21].  
 
Naxçıvan şəhərinin tarixi barədə məxəzlərdə olduq-
ca  maraqlı  və  müxtəlif fikirlər mövcuddur. Hələ  e.ə. I 
əsrdə  yaşamış  Roma  yazıçısı  Kvint  Horatsi  Flakk,  onun 
müasiri olan y
əhudi  tarixçisi  İosif  Flavi  öz  əsərlərində 
Naxçıvanın adını çəkmişlər [84, s. 11]. 
 
Naxçıvanın adının çəkildiyi ən qədim yazılı qaynaq 
yunan coğrafiyaçısı Ptolomeyin (e.ə. 165-87) “Coğrafiya” 
əsəridir. O, Naxçıvanın adını “Naxsuana” kimi qeyd edir 
(bax: 235
, s. 2). Şəhər  yunanca – “Naksuana”, pəhləvicə – 
“Naxç”, 
ərəbcə – “Nəşəva” və ya “Naxçuan”, “Naxcuan” 
v
ə  ya  “Naqşecahan”  adlanmışdır.  Bir  sıra  fars  və  türk 
m
ənbələrində  Naxçıvan  “Nəqşicahan”  kimi  göstərilir 
[191, s. 7]. 
 
Yaqut 
əl-Həməvi “Mucəm əl-buldan” əsərində yazır: 
”N
əşəva” Azərbaycan şəhəridir... O, xalq arasında Nəxcuan 
adı  ilə  məşhurdur,  bəziləri ona Nəqcuan da deyirlər”. XIII 
əsr müəlliflərindən Məhəmməd ibn Nəcib Bəkran 
“Cahannam
ə” əsərində şəhərin adını həm “Naxçı-van”, həm 
d
ə “Nəşəva” şəklində vermişdir [bax: 158, s. 26].   
 
16 

 
Türk s
əyyahı Ö.Çələbi göstərir ki, Naxçıvan şəhəri 
Turan  hökmdarı  Əfrasiyab tərəfindən  salınmışdır.  Orta 
əsrlərin  ərəb  qaynaqlarında  şəhərin    adı  “Nəşava” kimi 
yazılsa da, H.Qəzvini, Katib Çələbi, Ö.Çələbi və b. bu yeri 
“N
əqşicahan” adlandırmışlar [169, s. 62]. Osmanlı arxiv-
l
ərində  olan məlumatlarda isə  bu ad fərqli adlarla 
yazılmaqla bərabər, bölgənin adının “Naxçıvan” şəklində 
yazılışı qəbul edilmişdir [238, s. 3]. 
Rus t
ədqiqatçısı K.A.Nikitinin 1882-ci ildə Tiflisdə 
rusca n
əşr  olunmuş,  “Naxçıvan  mahalı  və  Naxçıvan 
şəhəri” adlı məqaləsində [246] deyilir: “Dünya tufanından 
son
ra  Nuh  Qafqazdakı  Naxçıvan  şəhərinin yerləşdiyi 
ərazilərdə  məskunlaşmışdır.  O,  gəmidəkilərlə  bərabər elə 
orada  da  qalıb.  Onun  məskunlaşdığı  ərazi də  “Nəh” 
adlanmışdır”. 
 
A.Yampolski göst
ərir ki, qədim Midiya dilində 
Nuh  peyğəmbərin  adı  “Nəx” idi, “van”  isə  yer, məkan 
dem
əkdir [bax: 38, s. 44]. 
 
Bundan  başqa,  A.Axundov  Naxçıvan  sözünün 
m
ənşəyini elam dilindəki “Nahhunte” sözü ilə  əlaqədar 
izah edir. Onun fikrinc
ə, bu ərazidə eramızdan 2-3 min il 
əvvəl  elamlılar,  sonralar  isə  midiyalılar  yaşamış,  burada 
yaran
mış  şəhərin  adını  elamlıların  adı  ilə  adlandırmışlar. 
Şəhərin  ilk  adının  “Nahhuntevan” olması,  sonralar  isə 
yerli türk 
əhalisi tərəfindən  “Naxçıvan”  şəklində  işlədil-
m
əsi mümkündür. “Görünür, bu fonetik dəyişmədə Nuhun 
tufanı  ilə  əlaqədar rəvayətin və  xalq  etimologiyası  dil 
hadis
əsinin də  (Naxçıvan-Nuhçuvan) təsiri  olmuşdur”. 
Naxçıvan  toponimi  əfsanəvi Nuh peyğəmbərlə  bağlı 
“dünya tufanı” ilə də  əlaqələndirilir. Bu el mülahizəsinə 
gör
ə, “Naxçıvan” sözü üç hissədən – “Nax” (Nuh),  türk 
dill
ərində isim düzəldən “çi” şəkilçisindən və yer, məkan 
 
17 

bildir
ən “van” toponimik  formatından  ibarət olub, 
“Nuhçuvan” – 
“Nuhçuların məskəni”, “Nuhun diyarı” de-
m
əkdir [4, s. 47, 50]. 
 
Ə.Eyvazlı  isə  “Naxçıvan  qədim  türk  torpağıdır” 
adlı  əsərində  Nuh  yurdu  Naxçıvan  əhalisinin  əcdadının 
türk m
ənşəli saklara məxsus  olduğunu  qədim  yer  adları 
əsasında izah etmişdir [53]. 
 
V.A.Nikonov is
ə Naxçıvan sözünün “Naxuç” şəxs, 
yaxud  tayfa  adından  və  yer, qəsəbə  bildirən “avan” 
sözl
ərindən əmələ gəlməsini ehtimal edir. C.Cəfərov şəhə-
rin adının türk mənşəli olub, eramızdan əvvəl yarandığını 
v
ə  ilkin variantında dörd hissədən (ak+üç+eb+on) ibarət 
“Akçiban” olması fərziyyəsini irəli sürmüşdür. Bəzi tədqi-
qatçıların  fikrincə,  “Naxçıvan” toponimi Turan mənşəli 
Parfiya imperiya
sı dövründə yaranmışdır. “Nəxçir” sözün-
d
ən və məkan, yer bildirən “van” şəkilçisindən ibarət olub, 
ovlaq dem
əkdir. Bu fərziyyəyə  görə,  dağ  keçilərinin də 
çox oldu
ğu  Naxçıvan  ərazisi vaxtilə  Cənubi  Qafqazdakı 
Parfiya hakiml
əri sülaləsinin ov yeri  olmuşdur.  Çox 
güman  ki,  “Naxçıvan”  sözü  “Naxç”  etnosu  ilə  əlaqədar 
yaran
mışdır [169, s. 62]. 
 
Son dövrl
ərdə “Naxçıvan” toponiminin mənşəyi ilə 
bağlı  aparılan  araşdırmalar  bu  sözün  daha  çox  Nuh 
peyğəmbərin  adı  ilə  bağlı  olduğu  qənaətini daha da 
gücl
əndirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 
S
ədri Vasif  Talıbov  “Naxçıvan”  sözünün  mənşəyindən 
b
əhs edərkən  demişdir:  “Naxçıvan”  sözünün  Naksuana 
kimi  yazılmasından, digərləri isə qədim ərəb mətnlərində 
N
əşəva  kimi  işlənməsindən istifadə  edərək  Naxçıvan 
ifad
əsində  yad elementlər  axtarmağa  cəhd göstərmişlər. 
Bir  sıra  alimlər isə  Naxçıvanı  ”Nəqşi-Cahan”, yəni 
dünyanın  bəzəyi kimi başa  düşmüşlər. Bu söz məhz 
 
18 

“Nuh” ifad
əsi ilə bağlıdır və Naxçıvan – Nuhçuların, Nuh 
t
ərəfdarlarının məskəni deməkdir” [230, s. 13]. 
 
Dig
ər mənbələrdə  də  göstərilir  ki,  “xalq  arasında 
geniş  yayılmış  rəvayətə  görə,  “Naxçıvan”  toponimi  Nuh 
peyğəmbərlə, daha doğrusu, “Dünya tufanı” ilə bağlı olub, 
“Nuhçuvan”  –  “Nuh t
ərəfdarlarının  məskəni”, “Nuhun 
diyarı” deməkdir [136, s. 9]. 
 
Orta 
əsrlər dövrünə aid salnamələrdə də Naxçıvanın 
“Nuhçıxan”, “Nuhcahan”, yəni Nuh şəhəri adlandırılması 
haqqında məlumatlara kifayət qədər çox rast gəlinir. Xalq 
arasında  yaşayan  rəvayətlərdə  Azərbaycanın  qədim 
şəhərlərindən biri olan Naxçıvan  bəşər  övladının  ilk 
beşiyi, insan nəslinin ulu əcdadı hesab edilən Nuhun da-
yanacaq  yerl
ərindən biri kimi təsvir edilir və  onun  adını 
daşıyır. Naxçıvanı Nuhun ilk məskəni, onun birinci olaraq 
çıxdığı  yer  kimi  –  “Nuh  çıxan”  kimi  qəbul etmək 
Naxçıvanın qədimliyini bir daha təsdiq etmək deməkdir.   
 
XIX 
əsr rus müəlliflərinin əsərlərində Nuh peyğəm-
b
ərin  Naxçıvan  şəhərində  məzarının  və  məzarüstü türbə-
sinin olması haqqında məlumatları və təsvirləri də nəzərə 
alsaq, 
əminliklə  demək  olar  ki,  “Naxçıvan”  toponimi 
bilavasit
ə  Nuh  peyğəmbərlə  bağlıdır  ki,  bu  da  Naxçıvan 
şəhərinin ən qədim yaşayış məskənlərindən və şəhərlərdən 
biri olduğu qənaətini təsdiqləyir. 
 
E.
ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi qədim Manna 
v
ə  Midiyanın  tərkibində  olmuşdur.  E.ə. 633-cü ildə 
Naxçıvan  skiflərin hücumuna məruz qalaraq xeyli zərər 
ç
əkmişdi. E.ə VI əsrin ortaları-e.ə. IV əsrin 30-cu illərində 
Naxçıvan Əhəmənilər dövlətinin hakimiyyəti altında, e.ə. 
IV 
əsrin sonları-e.ə. I əsrin  I  yarısında  isə  qədim Azər-
baycan dövl
əti  olan  Atropatenanın  tərkibində  olmuşdur. 
Eramızın  əvvəllərində  Naxçıvan Albaniyada  şəhər və 
 
19 

vilay
ət olmuş, IV əsrdən Sasani dövlətinin tərkibinə daxil 
edilmişdir. 
 
VII-VIII 
əsrlərdə  Naxçıvan  ərəblər tərfindən  işğal 
edildi. 654-cü ild
ə Naxçıvan ərəb əmiri Həbib İbn Məslə-
m
ə tərəfindən tutulmuş və Ərəb xilafətinin III əmirliyinin 
t
ərkibinə  daxil  edilmişdi  [44, s. 93]. IX əsrin  sonlarına 
yaxın  bütün  Xilafət  ərazisində  parçalanma  prosesi  geniş-
l
əndikdə  Naxçıvan  əvvəlcə  Sacilər, onun süqutundan 
sonra is
ə Salarilər dövlətinin tərkibinə daxil oldu.  
 

əsrdə  Naxçıvan  diyarında  əmin-amanlıq  dövrü 
başlamış, həmin vaxtlarda “Naxçıvan şahlığı” adlı feodal 
dövl
ətinin əsası qoyulmuş və Naxçıvan şəhəri X əsrin 80-
ci ill
ərindən etibarən bu feodallığın paytaxtı olmuşdur. Bu 
feodal dövl
əti XI əsrin 60-cı illərinə qədər mövcud olmuş 
v
ə dövlət Əbu Duləfilər tərəfindən idarə olunmuşdur [174, 
s. 14]. 
 
Az
ərbaycan tarixşünaslığında ilk dəfə bu məsələləri 
işıqlandıran  M.X.Şərifli  İran  alimi  Kəsrəvi Təbrizinin 
h
əmin mövzuda apardığı tədqiqatları da təhlil edərək, əmir 
Əbu Duləfi müstəqil feodal dövləti kimi təqdim etdiyi 
Naxçıvanşahlığın  banisi  adlandırmış,  “Naxçıvanşahlıq 
Salaril
ər dövlətinin  son  vaxtlarında  əmələ  gəlmiş  və 
R
əvvadilər dövləti ilə  yanaşı  yaşamışdır”  fikrini  irəli 
sürmüşdür.  M.Şərifli  Naxçıvanşahlığı  müstəqil dövlət 
kimi  [227, s. 29], N.V
əlixanlı  isə  Şəddadilər dövlətinin 
t
ərkibinə aid bir əmirlik kimi təqdim edir [231, s. 77-78].  

əsrin sonundan başlayaraq Naxçıvan təqribən bir 
əsr ərzində Rəvvadilər dövlətinin tərkibində qaldı. XI əsr-
d
ə Azərbaycanın bir çox yerləri səlcuq türkləri tərəfindən 
tutuldu. 1064-cü ild
ə  səlcuq  hökmdarı  Alp  Arslan 
Naxçıvan  sərhədində  meydan  sulayan  Bizans  ordularını 
m
əğlubiyyətə  uğradıb,  Naxçıvanı  işğal  etdi  [216, s. 33]. 
 
20 

Bel
əliklə, Naxçıvan  ərazisi Böyük Səlcuq dövlətinin 
t
ərkibinə daxil edildi.  
 
Naxçıvanın bundan sonrakı dövrü bilavasitə Atabəy 
Şəmsəddin Eldənizin (1136-1175) əsasını qoyduğu Azər-
baycan Atab
əyləri  –  Eldənizlər  (Eldəgizlər)  dövləti ilə 
bağlıdır.  Belə  ki, XII əsrin  I  yarısında  Səlcuq imperiya-
sının  zəifləməsi və  dağılması  nəticəsində  Yaxın  Şərqdə 
qüdr
ətli Atabəylər dövləti təşəkkül  tapdı.  1136-cı  ildən 
1175-ci il
ədək Naxçıvan bu dövlətin  paytaxt  şəhəri  idi. 
Az
ərbaycan  hökmdarı  Məhəmməd Cahan Pəhləvanın 
dövründ
ə  (1175-1186)  Qızıl  Arslan,  onun  ölümündən 
sonra is
ə arvadı Zahidə Xatın Naxçıvan hakimi olmuşlar. 

əsrdən sürətlə  inkişaf  edən, XI-XIII  əsrlərdə  isə  öz 
intibah dövrünü keçir
ən Naxçıvanın  ən  parlaq  çağları  da 
m
əhz Zahidə Xatının dövrünə təsadüf edir. 
 
XIII-XIV 
əsrlər  Naxçıvanın  tarixində  mürəkkəb, 
keşməkeşli dövrlərdən biri olmuşdur. 1221-ci ildə monqol 
hökmdarı  Çingiz  xanın  (1155-1227)  qoşunları  Naxçıvanı 
dağıdaraq  viranə  qoyurlar.  Ərazidəki  Gilan,  Naxçıvan, 
Qarabağlar,  Sədərək  şəhəri  xarabalığa  çevrilir.  1225-ci 
ild
ə Naxçıvan cənub istiqamətindən Azərbaycana soxulan 
Xar
əzm şahı Cəlaləddinin hücumlarına  məruz qalır [207, 
s. 33]. Onun T
əbrizə yaxınlaşdığını eşidən Atabəy Özbək 
Naxçıvana, oradan da Əlincə qalasına çəkilib qalada sığı-
nacaq ta
pır və çox keçmir ki, burada da ölür [44, s. 140]. 
Bel
əliklə, Azərbaycan Atabəylər dövlətinə son qoyulur.  
 
Sacil
ər dövlətindən sonra tarixi Azərbaycan torpaq-
larını  vahid  hakimiyyət  altında  birləşdirmiş  Atabəylər 
(Eld
ənizlər) dövlətinin  siyasi  tarixi Azərbaycanın  dövlət-
çilik tarixinin mühüm bir m
ərhələsini təşkil  edir.  Ulu 
önd
ər Heydər Əliyev Eldənizlər dövlətinin hökmdarlarının 
adlarını  Azərbaycanın  orta  əsr dövlətlərinin  qurucuları 
 
21 

olmuş  məşhur  dövlət xadimləri ilə  bir  sırada  çəkir, bu 
görk
əmli siyasi xadimlərin o dövrdə ictimai şüura dövlət-
çilik  düşüncəsinin  aşılanmasındakı  rolundan  bəhs edərək 
deyirdi: “... M
əhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, 
Uzun H
əsənin,  Şah  İsmayıl  Xətainin və  başqa  dövlət 
xadiml
ərimizin həyat və fəaliyyəti xalqın vətən sevgisi və 
dövl
ətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən 
vacib, 
ən ümdə məqsədinə çevirmişdir” [14, s. 24]. 
 
Eld
ənizlər dövləti süqut etdikdən sonra, 1231-ci 
ild
ən  başlayaraq  Naxçıvan  təqribən bir əsr  ərzində  mon-
qolların  hakimiyyəti  altında  olur.  XIV  əsrin ortalarından 
başlayaraq  zəngin və  strateji cəhətdən böyük əhəmiyyət 
k
əsb edən Naxçıvan müxtəlif xarici işğalçılar – Çobanilər, 
Cucil
ər, Cəlairilər, Müzəffərilər  arasında  mübarizə  mey-
danına çevrilir və əldən-ələ keçir.  
1386-
cı  ildə  Naxçıvan  və  ətrafı  Qızıl Orda 
hökmdarı Toxtamışın orduları tərəfindən vəhşicəsinə dağı-
dıldı.  Az  sonra  Naxçıvan  Əmir  Teymurun  hücumlarına  
m
əruz qaldı.  Bütün  Naxçıvanı,  Azərbaycanı  və  Yaxın 
Şərqi  ələ  keçirən Teymur orduları  Əlincə  qalasını 
mühasir
əyə  aldılar.  Əlincə  qalası  14  il  ciddi müdafiə 
olunduqdan sonra, 1401-ci ild
ə  daxili feodal çəkişmələri 
n
əticəsində Teymur ordusu tərəfindən ələ keçirildi.  
 
Naxçıvan  bölgəsi  Teymuri  şahzadələri  arasında 
ged
ən hakimiyyət  uğrunda  ciddi mübarizə  nəticəsində 
yadelli hücumlara m
əruz  qalmış  və  qarət edilmişdi. Bu 
dövrd
ə Əlincə qalası bir müddət naxçıvanlı Qazi İmadəd-
dinin hakimiyy
əti altında da olmuşdur. 1406-cı ilin yayın-
da T
əbriz şəhəri Sultan Əhməd Cəlairi tərəfindən tutulan 
zaman Qazi İmadəddin Əlincə qalasından onun xidmətinə 
g
əldikdə “Sultan ondan soruşmuşdu: Sən nəyə görə Mirzə 
Öm
ərin sözü ilə  Əlincə  qalasını  viran  etdin?  Qazi  ca-
 
22 

vabında  demişdi:  Müxaliflər  (düşmənlər) Azərbaycan 
şəhərini ələ keçirmişdilər. Əlincə də möhkəm bir qala idi, 
ist
əmədim ki, onlar həmin qalaya gəlib  oranı  özlərinə 
sığınacaq etsinlər və Əlincə onların pənah yeri olsun [69, 
s. 88]. 
 
XV 
əsrdə  Naxçıvan  bölgəsi  əvvəlcə  Qaraqoyunlu 
dövl
ətinin, 1468-ci ildən isə  Ağqoyunlu dövlətinin tərki-
bind
ə  olmuşdur.  Naxçıvanın  Qaraqoyunlu və  Ağqoyunlu 
dövl
ətlərinin tərkibində olmasını bu bölgədə həmin sülalə 
il
ə  bağlı  çoxsaylı  daş  qoç  heykəlləri və  qəbirüstü 
s
ənədlərin tapılması da sübut edir [65, s. 86]. 
 
XVI 
əsrdə Naxçıvan Azərbaycan Səfəvi dövlətinin 
hakimiyy
əti altında idi. 1501-ci ildə Şərur düzündə Səfəvi-
qızılbaş  və  Ağqoyunlu  qoşunları  arasında  baş  verən 
toqquşmada səfəvi ordusu qalib gələrək Naxçıvanı tutdu. 
XVI-XVII 
əsrlərdə Osmanlı-Səfəvi  müharibələri zamanı 
Naxçıvan  dəfələrlə  əldən-ələ  keçərək  dağıdıldı,  qarət 
edildi. 1514-cü ild
ə  Çaldıran  döyüşündən  sonra  Osmanlı 
idar
əsinə daxil olan Naxçıvan, “Naxçıvan sancağı” adı ilə 
Osmanlı idarə sisteminə daxil edildi [238, s. 3]. 
1603-cü ild
ə  I  Şah  Abbas  Naxçıvanı  hakimiyyəti 
altına alıb hərbi düşərgəyə çevirdi. Onun idarəsi Maqsud 
Sultan K
əngərliyə  həvalə  olundu. 1605-ci ildə  Osmanlı 
qoşunları  Naxçıvanı  zəbt etdilər və  ərazi  Osmanlı 
imperiya
sının  tərkibinə  daxil edildi. Beləliklə, min illər 
boyu Az
ərbaycan dövlətlərinin tərkib hissəsi  olmuş 
Naxçıvan  diyarı  XVI  əsrin sonunda (1588-1603-cü illər) 
v
ə XVIII əsrin əvvəllərində (1724-1735-ci illər) Osmanlı 
imperiyasının  tərkibinə  keçmiş  və  burada yenidən 
Osmanlı idarə sistemi tətbiq edilmişdi [194, s. 5]. 
 
Naxçıvan Səfəvilər dövlətinin tərkibində ikən, XVI 
əsrdə əvvəlcə mərkəzi Təbriz olan Azərbaycan, XVII əsrin 
 
23 

II ya
rısından  isə  mərkəzi  İrəvan  şəhəri olan Çuxursəd 
b
əylərbəyiliklərinin tərkibinə daxil idi. XVI-XVII əsrlərdə 
Naxçıvan  hakimləri Kəngərli  tayfa  başçılarından  təyin 
olunurdu [205, s. 78]. 
 
1736-
cı  ildə  İranda  qurulan  Nadir  imperiyasının 
t
ərkibinə  qatılan  Naxçıvan  1747-ci ildə  bu  imperiyanın 
dağılmasından  sonra  müstəqil feodal dövlətə  –  xanlığa 
çevrildi. H
əmin il Kəngərli tayfasının başçısı Heydərqulu 
xan Nadir şahın buradakı naibi Ağa Həsəni Naxçıvandan 
qovaraq özünü xan elan etdi. Nax
çıvan  şəhəri  xanlığın 
paytaxtı oldu. 1747-1797-ci ilə qədər müstəqil bir xanlıq 
olan  Naxçıvan  xanlığı,  1828-ci ildə  Rusiya tərəfindən 
işğal  olunana  qədər faktiki olaraq Qacarlar dövlətinin 
ucqarlarından birinə çevrilmişdir [43, s. 25].   
 
Naxçıvan xanlığının hərbi qüdrəti az olduğuna görə 
Heyd
ərqulu xan daha qüdrətli  xanlara  arxalanmağa 
çalışırdı.  O,  Qarabağlı  Pənahəli xanla müttəfiq oldu, 
onunla v
ə  gürcü  çarları  ilə  birlikdə  1752-ci ildə  Şəkili 
Hacı  Çələbi xana  qarşı  yürüşdə  iştirak  etdi.  Uğursuz 
qurtaran bu yürüşdən sonra Heydərqulu xan xanlığın iqti-
sadiyya
tını tənzimləməklə məşğul oldu. Heydərqulu xanın 
ölümünd
ən sonra (1763-1764) Naxçıvan  xanlığı  nisbətən 
z
əiflədi.  Taxta  çıxmış  Hacı  xan  Kəngərli Kərim xan 
Z
ənddən  asılılığını  qəbul  etmişdi.  Sonralar Kərim xan 
Hacı  xanı  Şiraza  dəvət edib kiçik bir günah üstündə  əsir 
aldı.  1770-ci ildə  Kərim xan Zəndin köməyi ilə  taxta 
çıxmış  Rəhim xan üç il sonra Vəliqulu xan Kəngərli 
t
ərəfindən devrildi [56, s. 49]. 
 
1804-cü ild
ə I Rusiya-İran müharibəsi 1813-cü ildə 
Xank
əndi  yaxınlığındakı  Gülüstan kəndində  imzalanan 
müqavil
ə  ilə  başa  çatdı  və  Naxçıvan  İranın  tabeliyinə 
keçdi. Lakin bu müqavil
ə Rusiya ilə İran arasında Cənubi 
 
24 

Qafqazla  bağlı  həlledici  saziş  olmadı. 1826-cı  il  iyunun 
26-
da rus qoşunları Zəngəzurun “Ərikli gədiyi” aşırımın-
dan keç
ərək  Naxçıvana  daxil  oldu. Cənubi Qafqazda rus 
qoşunlarının  baş  komandanı  general  İ.F.Paskeviç  Naxçı-
vanın  Xok  və  Şahtaxtı  kəndləri  yaxınlığında  İran  şahza-
d
əsi Abbas Mirzənin  qoşunu  ilə  döyüşə  başladı.  Xoy, 
Maku, T
əbriz şəhərləri, Abbasabad qalası ruslar tərəfindən 
ələ keçirildi.  
 
1826-1828-ci ill
ər II Rusiya-İran  müharibəsi 
rusların qələbəsi ilə başa çatdı və 1828-ci il fevralın 10-da 
T
əbrizin 43  km-də  yerləşən Türkmənçay kəndində  sülh 
müqavil
əsi imzalandı. Müqaviləyə görə Araz çayı sərhəd 
olmaqla Naxç
ıvan və İrəvan xanlığı Rusiyaya birləşdirildi 
[55, s. 105]. Türkm
ənçay müqaviləsinin III maddəsində 
deyilirdi: “İran şahı həzrətləri öz adından və öz vərəsələri  
v
ə varisləri adından Arazın o tayı və bu tayı üzrə İrəvan 
xanlığını və Naxçıvan xanlığını Rusiya imperiyasının tam 
mülkiyy
ətinə güzəştə gedir” [229, s. 148].  
“Tarixi prosesl
ərin  gedişi  ona  gətirib  çıxardı  ki, 
1813-1828-ci ill
ərdə imzalanmış Gülüstan və Türkmənçay 
müqavil
ələri Azərbaycanı,  onun tarixi torpaqlarını  parça-
ladı, xalqımızı iki yerə böldü” [14, s. 24]. 
 
Qafqazı  tutduqdan  sonra  Rusiya  öz  ərazisindəki 
m
əcburi köçkünləri Azərbaycana göndərdi. Eyni zamanda, 
Rusiyanın  İrandakı  səlahiyyətli səfiri A.S.Qriboyedovun 
(1795-
1829)  şəxsi təşəbbüsü ilə  İrandan  minlərlə  erməni 
ail
əsi Naxçıvana, Zəngəzura və Qarabağa köçürüldü. 
1828-
ci  ilin  martında  çar  I  Nikolayın  göstərişi  ilə 
keçmiş  İrəvan və  Naxçıvan  xanlıqlarının  ərazisində 
“Erm
əni vilayəti”  adlanan  inzibati  vahid  yaradıldı.  Qısa 
müdd
ətdə  Azərbaycan  ərazilərinə  İrandan  və  Türkiyədən 
130 min
ə  yaxın  erməni köçürüldü. 1828-1830-cu illərdə 
 
25 

Naxçıvan xanlığının ərazisinə 2511 erməni ailəsi köçürül-
dü ki, onların da ümumi sayı 12555 nəfər idi. Bunlardan 
başqa, Naxçıvan şəhərində 434 erməni ailəsi yerləşdirildi 
[84, s. 21-22]. 
 
1828-ci ild
ə Naxçıvan və Ordubadda 4149 azərbay-
canlı  ailəsi, 810 erməni ailəsi  yaşasa  da,  iki  ildən sonra 
erm
əni ailələrinin sayı 8321-ə çatmışdı. Lakin ermənilərin 
v
ə  rusların  bütün cəhdlərinə  baxmayaraq  Naxçıvanda 
etnik v
əziyyəti ermənilərin xeyrinə dəyişdirmək mümkün 
olmadı.  Belə  ki, kütləvi köçürülmələrdən sonra, 1897-ci 
ilin  siyahıyaalınma  göstəricilərinə  görə,  Naxçıvan  və 
Şərur-Dərələyəz qəzalarında  yalnız  55398  nəfər erməni, 
115711 n
əfər azərbaycanlı yaşayırdı [121, s. 239]. 
 
 
1841-ci ild
ə Naxçıvan torpaqları Gürcüstan-İmere-
tiya quberniya
sının tərkibinə verildi [119, s. 26]. 1850-ci 
ild
ə Naxçıvan,  Şərur-Dərələyəz qəzaları və  Ordubad dai-
r
əsi yeni yaradılan İrəvan quberniyasına birləşdirildi. 
 
Çarizmin XIX 
əsrdə ermənilərin İrandan və Türki-
y
ədən Cənubi Qafqaza köçürülməsi siyasəti  Rusiyanın 
g
ələcək  imperialist  planlarının  həyata keçirilməsi üçün 
bölg
ədə daha münasib etnik-sosial və ictimai-siyasi zəmin 
hazırlamaq məramına xidmət edirdi. İranla və Türkiyə ilə 
davamlı  münaqişə  və  müharibələr  rusların  cənub sərhəd-
l
ərini əhatə edən əraziləri xristian ermənilərlə məskunlaş-
dıraraq bir tərəfdən adı çəkilən hər iki müsəlman dövləti-
nin bölg
ədə təsirini zəiflətmək, digər tərəfdən isə gələcək-
d
ə  baş  verə  biləcək yeni müharibələrdə  ermənilərdən 
m
əqsədəmüvafiq şəkildə istifadə etmək məqsədini güdür-
dü. Ümumiyy
ətlə, Cənubi Qafqazda XX əsrin əvvəllərin-
d
ən başlayaraq milli-etnik zəmində baş verən münaqişələr 
göst
ərdi ki, çarizm bütövlükdə Cənubi Qafqazı xristianlaş-
dırmaq siyasəti yürütməklə bu bölgəni birdəfəlik İranın və 
 
26 

Türkiy
ənin nəzarətindən qoparmaq və  belə  bir perspek-
tivin olmama
sını  təmin etmək üçün ermənilərdən bir 
vasit
ə kimi istifadə etmişdi. 
 
Bel
ə  bir  şəraitdə  1890-cı  ildə  yaradılan  avantürist, 
qatı millətçi və terrorçu erməni “Daşnaksütyun” partiyası 
Türkiy
ənin  şərq  ərazilərində  “Böyük Ermənistan” yarat-
maq xülyası puça çıxdıqdan sonra XX əsrin əvvəllərindən 
başlayaraq Cənubi Qafqazda Azərbaycan torpaqları hesa-
bına  qondarma  erməni dövlətinin  yaradılmasına  çalışırdı. 
XX 
əsrin əvvəlləri üçün Azərbaycanın, o cümlədən onun 
ayrılmaz  tarixi  ərazisi  olan  Naxçıvanın  ictimai-siyasi, 
demoqrafik, etnik-sosial tarixi bilavasit
ə ermənilərin törət-
diyi qanlı qırğınlar, deportasiya, vəhşi terror və insanlığa 
sığmayan digər cinayətləri ilə müşayiət olunurdu.   
 
Erm
ənilər azərbaycanlılara qarşı qanlı soyqırım və 
deportasiya siyas
ətinin ilk mərhələsini çarizmin fəal dəstə-
yi il
ə  1905-1907-ci illərdə  həyata keçirdilər. Hadisələr 
n
əticəsində Bakıda və Naxçıvanda, Şuşa, Cavanşir, Cəbra-
yıl  və  Zəngəzur qəzalarında  yüzlərlə  azərbaycanlı  kəndi 
dağıdıldı, on  minlərlə  günahsız insan erməni vəhşiliyinin 
qurbanı oldu. Çarizmin ermənilərin vasitəsi ilə yürütdüyü 
milli  qırğın  siyasətinin nəticəsi  əhalinin demoqrafik 
v
əziyyətində öz əksini tapdı. 1897-ci ildə İrəvan quberni-
yasında azərbaycanlıların sayı 313176 nəfər olduğu halda, 
10 il sonra, 1907-ci ild
ə  302965 nəfər  qalmışdı.  Deməli, 
qırğınlar nəticəsində təkcə İrəvan quberniyasında əhalinin 
10 illik t
əbii  artımından  10  min  nəfər  artıq  azərbaycanlı 
m
əhv edilmişdi. İrəvanda rusca nəşr edilən “İrəvan quber-
niyasının  1908-ci  il  üçün  yaddaş  kitabçası”nda  İrəvan 
quberniyasının  242  kəndində  65149 nəfəri türk,  5579-u 
kürd olmaqla, c
əmi 70728 müsəlmanın  öldürüldüyü 
göst
ərilir. 1897-1907-ci illərdə təkcə Naxçıvanda azərbay-
 
27 

canlı  əhalinin  sayı  31279  nəfər  (34,6  faiz)  azalmışdı. 
Əhalinin təbii  artımını  da  nəzərə  almaqla, 1905-1907-ci 
ill
ər soyqırımı nəticəsində təkcə Naxçıvanda azərbaycanlı-
ların  sayının  təxminən iki dəfə  azaldığını  söyləmək olar 
[48, s. 181].   
 
Bu dövrd
ə  çarizmin siyasi-ideoloji  əsaslarının  sar-
sılması və mütərəqqi ideyaların getdikcə yayılması müşa-
hid
ə  olunurdu. 1905-1907-ci illər Rusiya burjua  inqilabı 
dövründ
ə  Naxçıvanda  da  sosial-demokrat  ideyaları  yayı-
lırdı.  1904-cü ildə  Bakıda  yaranıb  fəaliyyət göstərən 
“Hümm
ət” müsəlman sosial-demokrat təşkilatının Naxçı-
van, Culfa, Ordubad v
ə Şərurda özəkləri təşkil edilmişdi. 
Bu öz
əklərin  başında  Mirzəlibəy  Bektaşov,  Nəcəfqulu 
N
əcəfov, Hüseynağa Novruzov, Məşədi Əhməd Əzimov, 
Mir Heyd
ərzadə, Nəsrullah  Şeyxov  və  başqaları  durur-
dular [65, s. 107]. 
 
Üç 
əsrlik  Romanovlar  monarxiyasının  süqutu  və 
Rusiyada 1917-ci il fevral burjua-
demokratik  inqilabının 
q
ələbəsindən sonra qurulan Müvəqqəti hökumətin Naxçı-
vanda  da  yerli  orqanları  təşkil  edildi.  Eyni  zamanda 
Naxçıvan  şəhərində, Culfada,  Şahtaxtı  dəmir yolu 
stansiyasında və başqa yerlərdə sovetlər yaradıldı. Naxçı-
vanda ikihakimiyy
ətlilik  əmələ  gəldi.  1917-ci ilin sonu-
1918-ci ilin 
əvvəllərində Naxçıvan diyarında siyasi vəziy-
y
ət getdikcə  mürəkkəbləşir,  hakimiyyəti  ələ  keçirmək 
uğrunda mübarizə kəskinləşirdi. 
 
Yaranmış  qarışıq  siyasi  vəziyyətdə  Azərbaycan 
torpaqlarını  qəsb etmək istəyən  silahlı  erməni dəstələri 
yenid
ən  qanlı  cinayətlər törətməyə  başladılar.  Ermənilər 
Z
əngəzuru işğal etdikdən sonra, 1918-ci il fevralın sonları-
martın  əvvəllərində  Naxçıvan  bölgəsinin dinc əhalisinə 
qarşı  genişmiqyaslı  təcavüzə  başladı.  Heydər  Əliyev 
 
28 

erm
ənilərin bu dövrdə  Naxçıvanın  işğalı  ilə  bağlı  qəsb-
karlıq planlarına toxunaraq deyirdi: “...Əslində isə erməni-
l
ərin planları daha geniş idi və onların torpaq iddialarının 
əsas hədəfi məhz  Naxçıvan  idi.  Onlar  Zəngəzurun 
Erm
ənistana ilhaq edilməsini  bu  yolda  atılmış  mühüm 
addım  hesab  edirdilər”  [10, 1999, 5 fevral]. 1918-ci ilin 
iyununda Andranikin quldur d
əstələri  Naxçıvan  şəhəri 
ətrafına  qədər gəlib, vəhşicəsinə  əhalini  qırır,  kəndləri 
yandırıb viranə qoyurdu.  
 
Bölg
əni erməni təcavüzündən qorumaq məqsədi ilə 
1918-c
i  ilin  noyabrında  Naxçıvan  Şərur-Dərələyəz qəza-
ları,  Ordubad,  Culfa,  Vedibasar,  Qəmərli və  Mehri  əya-
l
ətlərindən ibarət “Araz-Türk  Respublikası”  yaradıldı. 
Respublika 1919-cu il yanva
rın 4-də ilk hökumət bəyan-
nam
əsində elan etdi ki, Naxçıvan həmişə özünü Azərbay-
ca
nın tərkib hissəsi hesab etmişdir və Ermənistanın hərbi 
t
əcavüzünə  qarşı  Azərbaycandan kömək gözləyir  [48, s. 
199]
.  Naxçıvanın  və  əhatə  etdiyi digər  ərazilərin erməni 
v
əhşiliyindən müdafiəsinin təşkili  üçün  yaradılan  bu 
dövl
ət cəmi bir neçə ay mövcud oldu. Belə ki, 1919-cu ilin 
yanvar ayında ingilislər Naxçıvana gəldikdən sonra Araz-
Türk  Respublikasının  fəaliyyəti zəiflədi və  həmin ilin 
aprel ayının əvvəllərində süqut etdi. 
Araz-
Türk Respublikasının ləğv edilməsi Azərbay-
can hökum
ətini narahat edir və  hiddətləndirirdi. Cümhu-
riyy
ət hökuməti  Naxçıvanı  bilavasitə  erməni təcavüzün-
d
ən  qorumaq  iqtidarında  olmadığından  və  bunun üçün 
h
ərbi imkanlar da məhdud  olduğundan,  hökumət heç 
olmasa diplomatik vasit
ələrlə Naxçıvanın işğalının qarşısı-
nı  almağa  çalışırdı  [233, s. 72]. 1919-cu  il  mayın  3-də 
Az
ərbaycan Cümhuriyyətinin  İrəvandakı  diplomatik 
nümay
əndəsi M.Təkinskinin Ermənistanın  xarici  işlər 
 
29 

nazirin
ə  təqdim etdiyi bəyanatda erməni  qoşunlarının 
“Az
ərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana” göndəril-
m
əsinə qarşı ciddi etiraz ifadə edilirdi [72, s. 69].  
İngilislərin  Naxçıvana  gəlişindən sonra Araz-Türk 
Respublika
sının  müdafiə  səylərinin  lazımi  nəticələr ver-
m
əyəcəyini  başa  düşən Azərbaycan hökuməti  Naxçıvanı 
n
əzarət  altına  qaytarmaq və  bölgənin müdafiəsi  işində 
yaxından  iştirak  etmək üçün 1919-cu  il  fevralın  28-də 
Naxçıvan general-qubernatorluğunun  yaradılması haqqın-
da q
ərar qəbul etmiş, əvvəlcə Bəhram xan Naxçıvanskini, 
h
əmin  ilin  avqust  ayında  isə  Səməd bəy Cəmillinskini 
general-qubernator t
əyin etmişdi.  
Naxçıvanın  1918-1920-ci illərdə  düşmən təcavü-
zünd
ən müdafiəsində  Türkiyənin, türk hərbiçilərinin 
xüsusi xidm
ətləri olmuşdur. Həm 1918-ci ildə genişlənən 
erm
əni təcavüzünün  qarşısının  alınmasında,  həm Araz-
Türk  Respublikasının  yaradılmasında,  həm də  1919-cu il 
iyulun 18-25-d
ə  Naxçıvanda  erməni idarəçiliyinin ləğv 
edilm
əsində  Türkiyə  naxçıvanlılara  fəal hərbi-siyasi 
yardım göstərmişdi. 1919-cu ilin avqustundan 1920-ci ilin 
yanvar  ayınadək Azərbaycan hökumətinin, yerli rəhbər-
liyin v
ə naxçıvanlıların birgə gərgin mübarizəsi nəticəsin-
d
ə  bölgəni yenidən erməni idarəçiliyinə  təslim etmək 
m
əqsədi güdən  Naxçıvanda  Amerika  general-qubernator-
luğunun yaradılması səylərinin də qarşısı qətiyyətlə alındı 
[48, s. 214].   
1918-1920-ci ill
ərdə bütövlükdə Azərbaycan xalqı-
na v
ə  torpaqlarımıza  qarşı  genişlənən erməni təcavüzü
yürüdül
ən soyqırım və deportasiya siyasəti Naxçıvanda da 
öz  ağır  izlərini  buraxmışdı.  Türkiyə  mənbələrinin məlu-
matına görə, həmin illərdə Naxçıvanda 73727 nəfər ermə-
ni v
əhşiliyinin  qurbanı  olmuşdu.  Bu  illərdə  Naxçıvan, 
 
30 

Ordubad, Şərur-Dərələyəz qəzalarında təkcə kənd əhalisi-
nin sayı 52 min nəfər azalmış, 287 kənd tamamilə və  ya 
qism
ən  dağıdılmışdı.  Təkcə  Naxçıvanın  əhalisi kəskin 
şəkildə  –  38 faiz azalaraq, 1921-ci  ildə  72182 nəfərə 
enmişdi. Lakin naxçıvanlıların qətiyyətli mübarizəsi bura-
da erm
ənilərin sayca üstünlüyə nail olmaq iatiqamətindəki 
c
əhdlərini  puça  çıxarmışdı.  Belə  ki, hətta  bütün  qanlı 
cinay
ətlərdən sonra, 1921-ci ildə  ermənilər  Naxçıvanda 
əhalinin cəmi 12 faizini təşkil edirdilər [48, s. 225].   
 
1920-ci ild
ə  bölgədə  yeni  siyasi  şərait  yarandı. 
H
əmin  il  aprel  ayının  28-də  Azərbaycan, iyul  ayında  isə 
Naxçıvan rus-sovet qoşunları tərəfindən işğal edildi. 1920-
ci il iyulun 28-d
ə Naxçıvan Sovet Respublikası elan edildi 
[195, s. 15]
.  Lakin  sovet  Rusiyası  Azərbaycan torpaqla-
rının  ermənilərə  verilməsi ilə  bağlı  siyasət yürütməyə 
başladı. Hətta iş o yerə gəlib çatmışdı ki, daşnaklar sovet 
hökum
ətinin elə  ilk günlərində  Naxçıvanın  ermənilərə 
verilm
əsi ilə bağlı əvvəllər belə səsləndirmədikləri ultima-
tiv t
ələblər də irəli sürmüşdülər. Lakin yenə də naxçıvanlı-
la
rın  qətiyyətli müqaviməti, habelə  sovet  qoşunları  ilə 
b
ərabər bölgədə  hələ  də  8 minədək türk hərbiçisinin 
qalması  son  nəticədə  daşnak  planlarının  iflası  ilə  nəticə-
l
əndi. Azərbaycanın  Ədliyyə  Komissarı  Behbud  ağa 
Şahtaxtinskinin apardığı işlər nəticəsində daşnak hökumə-
tinin süqutundan sonra Erm
ənistan İnqilab Komitəsi 1920-
ci il dekabrın 28-də verdiyi bəyanatla Naxçıvanı müstəqil 
sove
t  respublikası  kimi  tanıdığını  və  ona  qarşı  ərazi 
iddialarından imtina etdiyini bildirdi [48, s. 233].
 
 
1921-
ci ilin yanvar ayında Azərbaycan, Ermənistan 
v
ə  RSFSR nümayəndələrinin Azərbaycan və  Ermənistan 
inqilab komit
ələrinin bəyanatlarına  münasibətlə  bağlı 
keçirdikl
əri rəy  sorğusunda  Naxçıvan  əhalisinin 90 faizi 
 
31 

diyarın  muxtar  respublika  hüququnda  Azərbaycanın 
t
ərkibində qalmasına səs verdi [165, s. 341-342]. Səsver-
m
ənin nəticələri 1921-ci ildə imzalanmış Moskva və Qars 
müqavil
ələrində  əks  olunmuş  müvafiq maddələrdə  də  öz 
əksini  tapdı.  1921-ci  ilin  mart  ayının  16-da RSFSR ilə 
Türkiy
ə arasında Moskvada imzalanan müqavilənin [235, 
s. 84-87]  3-cü madd
əsinə əsasən, “danışıq aparan tərəflər 
müqavil
ənin 1 (C) əlavəsində  müəyyən edilən sərhədlər 
daxilind
əki  Naxçıvan  ərazisinin, qəyyumluğunu  üçüncü 
bir dövl
ətə  heç bir vaxt güzəştə  getməməsi  şərti ilə, 
Az
ərbaycanın  tərkibində  muxtar bölgə  təşkil  edilməsi 
bar
əsində razılığa gəlmişlər”.  
 
Naxçıvanın  muxtariyyət statusunun  yekun olaraq 

əyyən edilməsi və  möhkəmləndirilməsində  növbəti 
mühüm  addım  1921-ci  il  oktyabrın  13-də  bir tərəfdən 
Türkiy
ə hökuməti, digər tərəfdən Azərbaycan, Ermənistan 
v
ə  Gürcüstan sovet hökumətlərinin  Rusiyanın  iştirakı  ilə 
bağladıqları Qars müqaviləsi [188, iş 18, v. 135-145] oldu. 
Müqavil
ənin 5-ci maddəsində  deyilirdi: “Türkiyə  höku-
m
əti, Azərbaycanın  və  Ermənistanın  sovet  hökumətləri 
razılığa gəlirlər ki, Naxçıvan vilayəti, bu müqavilənin III 
əlavəsində  göstərilən sərhədlər daxilində  Azərbaycanın 
q
əyyumluğu altında muxtar ərazi təşkil edir”. 
 
Naxçıvan  muxtariyyət statuslu ərazi kimi 1920-
1923-cü ill
ərdə  Naxçıvan  Sovet  Sosialist  Respublikası, 
1923-1924-cü ill
ərdə Naxçıvan Diyarı, 1924-cü il fevralın 
9-dan 1990-
cı il noyabrın 17-dək Naxçıvan Muxtar Sovet 
Sosialist Res
publikası,  1990-cı  ilin  noyabrından  isə 
Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. 
 
Tarix
ən olduğu kimi, sovet hakimiyyəti illərində də 
Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi və maddi-mədəni 
tarixi bilavasit
ə  Azərbaycanın  tarixi  inkişafı  ilə, bütöv-
 
32 

lükd
ə  respublikada  baş  verən hadisələrlə  bağlı  olmuşdur. 
Bu baxımdan 1920-1930-cu illər Naxçıvanın da tarixində 
ən ağır, faciəli illər kimi qalmışdır.  Belə  ki, o ötən  əsrin 
20-ci ill
ərinin sovet hakimiyyəti  quruculuğunun  məşəq-
q
ətli mərhələsi  Naxçıvanda  da  yaşanmış,  30-cu illərin 
repressiyası, bütün Azərbaycanda olduğu kimi, Naxçıvan-
da  da  öz  ağır  izlərini  buraxmışdı.  Bu  mürəkkəb və 
h
əyəcanlı hadisələrin şahidi olmuş Heydər Əliyev o illəri 
bel
ə  xatırlayırdı:  “...Mən o günlərin  şahidiyəm. Mən 
Naxçıvanda  yaşayırdım.  Bizim  qonşularımızı  iki  günün 
içind
ə  gətirib  ağlaya-ağlaya  avtomobillərə  doldurub, 
çıxarıb Arazın o tayına saldılar. Mən 1937-1938-ci illərdə 
Naxçıvandan  siyasi  motivlər üzrə  Orta Asiyaya sürgün 
olunanla
rı da görmüşəm. Onlar orta məktəbdə mənimlə bir 
yerd
ə oxuyan qızlar, oğlanlar idi, göz yaşları içində gəlib 
biziml
ə vidalaşırdılar. Biz də başa düşmürdük, gəlib yola 
salanda görürdük ki, bir günün iç
ərisində  onların 
evl
ərində-eşiklərində  nə  vardısa,  töküb-dağıdıb,  onları 
avtomobill
ərə doldurub sürürlər” [58, XIV c., 2005, s. 84]. 
 
II Dünya Müharib
əsi  başlayanda  Sovet  İttifaqının 
dig
ər  xalqları  kimi,  azərbaycanlılar  da,  o  cümlədən 
Naxçıvan torpağının  yüzlərlə  yetirmələri də silaha sarılıb 
alman faşizminə qarşı müharibəyə qoşuldular. Müharibədə 
göst
ərdikləri  şücaətə  görə  üç  naxçıvanlı  –  Qəzənfər 
Əkbərov, Nəcəfqulu Rəfiyev və  Abbas Quliyev Sovet 
İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Akim Abbasov, 
Allahverdi K
ərimov,  Əli  Babayev,  Bəxtiyar Kərimov, 
Əkbər  Ağayev,  naxçıvanlı  qadınlardan  Zəriyə  Camalbə-
yova, Dilb
ər Təhməzbəyova, Surə Allahverdiyeva, Səkinə 
Şəfiyeva, Səfiyyə Sultanova, Firuş Məmmədəliyeva, Lora 
Abdullayeva v
ə b. döyüş xidmətlərinə görə yüksək orden 
v
ə medallarla mükafatlandırılmışdılar. 
 
33 

 
“H
ər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə 
işləyən  muxtar  respublikanın  zəhmətkeşləri müharibə 
ill
ərində müdafiə fonduna 1 milyon manatdan çox pul, 12 
kq  qızıl  və  gümüş,  500  min  pud  taxıl,  150  min  dəst isti 
paltar, minl
ərlə sovqat göndərmişdilər [65, s. 116-119]. 
 
Müharib
ə  başa  çatdıqdan  sonra,  xüsusən 60-70-ci 
ill
ərdə Naxçıvan diyarı quruldu, tikildi, inkişaf etdi. 1950-
ci ild
ə sənaye məhsulu istehsalı 1940-cı il səviyyəsini 1,4 
d
əfə  üstələdi. Bu dövrdə  elektrik  enerjisi  istehsalı  4 
d
əfədən  çox  artdı.  Naxçıvan  şəhərində  mebel fabriki, 
m
ərmər zavodu, çörək  zavodu və  ət-süd  kombinatı  işə 
salındı.  Ordubad  ipək fabriki yenidən  quruldu.  Şərur 
rayonunda  elektrik  şəbəkələri, Qaraçay və  Gümüşlü  dağ 
m
ədənləri,  Şahbuz  rayonunda  Badamlı  mineral  sular 
zavodu v
ə s. sənaye müəssisələri tikilib istifadəyə verildi. 
 
XX 
əsrin 60-70-ci illəri üçün xalq təsərrüfatının 
ayrı-ayrı  sahələrinin  intensiv  inkişafı,  sənaye müəssisə-
l
ərinin, əsaslı tikintinin maddi-texniki bazasının möhkəm-
l
əndirilməsi,  əhaliyə  göstərilən bütün xidmət növlərinin 
daha da yaxşılaşdırılması səciyyəvi idi [65, s. 120].   
 
Lakin XX 
əsrin 80-ci illərinin sonunda bütün SSRİ-
d
ə, Azərbaycanda kəskinləşən sosial-siyasi və  iqtisadi 
probleml
ər  Naxçıvanda  da  özünü  bütün  cəhətləri ilə 
göst
ərirdi.  Bu  zaman  sovet  imperiyasının  süquta  getdiyi, 
erm
ənilərin Azərbaycana  qarşı  daşnak  təcavüzünün 
gücl
əndiyi  bir  şəraitdə  Naxçıvan  böyük  əzm və  birlik 
nümayiş  etdirdi.  1989-cu  il  dekabrın  sonlarında  başlanan 
s
ərhəd hərəkatı,  137  km  məsafədə  sovet-İran  sərhəd 
qurğularının sökülməsi milli-demokratik hərəkatın yüksə-
lişindən xəbər  verirdi. 1990-cı  il  yanvarın  19-da,  qanlı 
Bakı  faciəsindən bir neçə  saat  əvvəl ermənilərin muxtar 
respublikanın  Sədərək qəsəbəsinə  mütəşəkkil hücumu 
 
34 

başladı. Həmin gün xalqın tələbi ilə Naxçıvan MSSR Ali 
Soveti  SSRİ-nin tərkibindən  çıxmaq  kimi  o  zaman  üçün 
misli-b
ərabəri olmayan tarixi bir qərar qəbul edərək bunu 
kütl
əvi informasiya vasitələri ilə  bir neçə  dildə  dünyaya 
b
əyan etdi [84, s. 34].     
1990-
cı  il  iyulun 22-də  Naxçıvan  diyarının  böyük 
yetirməsi,  görkəmli  siyasətçi  və    dövlət  xadimi  Heydər 
Əliyevin  Naxçıvana  gəlməsi  ilə  milli-demokratik  hərəkat 
yeni  mərhələyə  qədəm  qoydu.  Naxçıvanlılar  Heydər 
Əliyevin  simasında  öz  xilaskarını  tapdı.  Tezliklə  xalqın 
yekdil səsi ilə Naxçıvan MSSR Ali Sovetinə, Azərbaycan 
SSR Ali Sovetinə deputat seçilən Heydər Əliyev respub-
lika  əhalisinin güvənc  yerinə  çevrildi.  Naxçıvanda  milli 
oyanışın əsası qoyuldu. Bütün bunların sayəsində 1993-cü 
ildə  Naxçıvan  artıq  bütün  regionda  milli-demokratik 
hərəkatının gücləndiyi bir bölgə idi.  
Muxtar  respublika 1993-
cü  ilə  nisbi  ictimai-siyasi 
sabitlik  şəraitində  qədəm  qoydu.  İlin  birinci  yarısında 
muxtar respublika xarici, xüsusilə qonşu Türkiyə və İranla 
əlaqələrinin  inkişafının  yeni  mərhələsinə  qədəm  qoymuş, 
fevral-
mart  aylarında  müvafiq olaraq həmin  dövlətlərin 
Naxçıvanda  konsulluqları  açılmışdı.  Bakıdakı  bir  sıra 
xarici ölkə  səfirliklərinin nümayəndələri Naxçıvana gələ-
rək  Naxçıvan  MR  Ali  Məclisinin  Sədri  Heydər  Əliyevlə 
müxtəlif sahələr üzrə danışıqlar aparmışdılar. 
1993-cü il aprelin 2-
də düşmən tərəfindən Kəlbəcər 
rayonunun işğalı, Azərbaycanın hərbi münaqişə zonasında 
mövqelərinin  zəifləməsi,  ölkə  rəhbərliyinin  xalq  arasında 
nüfuzdan düşməsi və may-iyun aylarında yaranmış siyasi 
böhran,  xüsusilə  4  iyun  Gəncə  hadisələrindən  sonra 
Azərbaycan  vətəndaş  müharibəsinin  astanasında,  milli 
 
35 

dövlətçiliyimiz  məhvolma  təhlükəsinin  qarşısında  dayan-
dı.  Ölkəmizin  müstəqilliyi  üçün  yaranmış  real  təhlükə 
1993-
cü  ilin  iyununda  görkəmli  dövlət  xadimi  Heydər 
Əliyevin yenidən Azərbaycana rəhbərliyə qayıtmasına zə-
min ya
ratdı. Məhz onun fenomenal rəhbərliyi, müdrik si-
yasəti respublikadakı hərc-mərcliyi aradan qaldırdı, vətən-
daş  müharibəsinin,  Azərbaycanın  əyalətlərə  parçalanma-
sının qarşısını aldı, cəbhədə qan tökülməsinə son qoydu. 
 
1993-1995-ci ill
ərdə  Azərbaycanda  ictimai-siyasi 
sabitlik t
əmin edildikdən sonra Naxçıvan Muxtar Respub-
likası  da  sabit  inkişaf  yoluna  qədəm qoydu. 1995-ci il 
noyabrın 12-də keçirilmiş parlament seçkiləri nəticəsində 
Naxçıvan  MR  Ali  Məclisinin yeni tərkibi  formalaşdı. 
Dekabrın  16-da Ali Məclisin  ilk  sessiyasında  Vasif 
Talıbov  Naxçıvan  MR  Ali  Məclisinin Sədri seçildikdən 
sonra  muxtar  diyarın  tarixində  keyfiyyətcə  yeni mərhələ 
başlandı.  Ötən 17 ildən  artıq  dövr  ərzində  Naxçıvanda 
siyasi-hüquqi, ictimai-iqtisadi v
ə  sosial-mədəni sahələrdə 
sür
ətli  inkişafa  nail  olundu,  ardıcıl  olaraq  genişlənən, 
bütün yaşayış məntəqələrini əhatə edən abadlıq və qurucu-
luq siyas
əti  muxtar  respublikanın  inkişaf  tempinin  ən 
yaxşı  göstəricisinə  çevrildi.  Naxçıvan  Muxtar  Respub-
likasının  1998-ci ildə  qəbul edilən  Konstitusiyası  Qanun 
Vasit
əsi ilə  Demokratiya  uğrunda  Avropa  Komissiyası 
(Venesiya Komissiyası) tərəfindən Avropanın digər mux-
tariyy
ətləri üçün model kimi göstərildi [176, s. 60]. 
         Bu dövrd
ə makroiqtisadi göstəricilər xeyli yaxşılaş-
mış, muxtar respublika öz sosial-iqtisadi inkişafının sürətli 
yüks
əlişi dövrünə qədəm qoymuşdu. 2012-ci ildə ümumi 
daxili m
əhsulun həcmi 1995-ci ilə nisbətən 42,5 dəfə, hər 
bir n
əfərə düşən ümumi daxili məhsulun həcmi 33,7 dəfə, 
s
ənaye məhsulunun həcmi 80,8 dəfə,  əsas kapitala 
 
36 

yön
əldilən investisiyalar 294,1 dəfə, kənd təsərrüfatının 
ümumi m
əhsulu 7,2 dəfə, nəqliyyat sektorunda yük daşın-
ması 19,5 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 
95,3 d
əfə, pərakəndə əmtəə dövriyyəsi 23,9 dəfə, əhaliyə 
göst
ərilən pullu xidmətlər 34,9 dəfə, ixracın həcmi 162,2 
d
əfə, əhalinin gəlirləri 46,5 dəfə, bir nəfərə düşən gəlirlər 
36,9 d
əfə,  orta  aylıq  əməkhaqqı  isə  22,8 dəfə  artmışdır. 
Əgər 1924-1995-ci illər  ərzində  muxtar respublikada 
f
əaliyyət göstərən sənaye müəssisələrinin  sayı  56  idisə, 
2012-ci ild
ə  bu göstərici 431-ə  çatmışdır  [228, 2012, 15 
dekabr].  
 
Muxtar respublikada elektrik enerjisi t
əminatının 
yaxşılaşdırılması məqsədi ilə bu dövrdə 6 elektrik enerjisi 
istehsal ed
ən müəssisə  tikilmişdir.  Əgər 2003-cü ilədək 
muxtar 
respublikada 1 su elektrik stansiyası var idisə, indi 
bel
ə enerji istehsal edən müəssisələrin sayı 7-yə çatmışdır. 
Hazırda 36 maqavat gücündə Ordubad Su Elektrik Stansi-
yasının inşası davam etdirilməkdədir. Son 10 ildə muxtar 
respublikada 9 yeni elektrik 
yarımstansiyası yaradılmış, 4 
elektrik yarımstansiyası isə  yenidən qurulmuşdur [178, s. 
78].  M
əhz muxtar respublikada həyata keçirilən enerji 
siyas
ətinin nəticəsidir ki, 2012-ci ildə 660 milyon kvt/saat 
elektrik enerjisi istehsal edilmişdir ki, bu da 1995-ci ildəki 
göst
əricidən 6 dəfə  çoxdur. Muxtar respublika elektrik 
enerjisi idxal olunan regiondan elektrik enerjisi ixrac ed
ən 
diyara  çevrilmişdir.  Əgər 2003-cü ildə  muxtar respubli-
kaya 949 milyon kilovat/saat elektrik enerjisi idxal olun-
muşdusa,  2013-cü  ildə  339 milyon kilovat/saat elektrik 
enerjisinin ixracı təmin olunmuşdur 
[178, s. 79].
 
 
1995-ci ild
ən 01 yanvar 2012-ci ilədək olan dövr 
ərzində  muxtar respublikada 428 inzibati bina, mənzil-
kommunal t
əsərrüfatı  sahəsində  634 obyekt, 158 nasos 
 
37 

stansiyası,  371 subartezian quyusu, 126 körpü, rabitə  və 
informasiya texnologiyaları sahəsində 268 obyekt və qur-
ğu, 2220 müxtəlif güclü transformator yarımstansiyası, 57 
xidm
ət və  ticarət mərkəzləri, 244 elm və  təhsil müəssi-
s
əsi, 297 mədəniyyət müəssisəsi, 185 səhiyyə müəssisəsi, 
35 idman obyekti, 375 halda su, kanalizasiya v
ə  drenaj 
x
ətləri,  əlil, məcburi köçkün,  qaçqın,  şəhid ailələri, təbii 
f
əlakətdən zərər çəkənlər və digər bu kimi kateqoriyalar-
dan olan şəxslər üçün 473 fərdi ev, 3448 istehsal, xidmət 
v
ə digər infrastruktur obyektləri istifadəyə verilmişdir. 
 
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi 
il
ə  aparılan  məqsədyönlü  işlər nəticəsində  1995-2012-ci 
ill
ərdə  muxtar respublikada 76 mindən  çox  yeni  iş  yeri 
yaradılmış,  əhalinin həyat səviyyəsinin yüksəlməsi 
demoqrafik v
əziyyətə də müsbət təsir etmiş, muxtar diya-
rın sakinlərinin sayı 426 min nəfəri ötmüşdür 
[
228, 2012, 
15 dekabr
]

 
2013-cü ild
ə isə muxtar respublikada sosial-iqtisadi 
inkişafın  yeni  zirvələri fəth  edilmişdir.  İqtisadi  inkişafın 
əsas ölçüsü hesab olunan Ümumi Daxili Məhsulun həcmi 
on il 
əvvələ, 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 
6,9 d
əfə  artaraq 2013-cü ildə  adam  başına  5423  manat 
olmuşdur.  2003-cü illə  müqayisədə  2013-cü ildə  sənaye 
m
əhsulunun həcmi 49 dəfə, əsas kapitala yönəldilən inves-
tisiyalar 16,4 d
əfə, kənd təsərrüfatının ümumi məhsulu 4,7 
d
əfə, nəqliyyat  sektorunda  yük  daşıması  2,6  dəfə, infor-
masiya v
ə  rabitə  xidmətləri 10,3 dəfə, pərakəndə  əmtəə 
dövriyy
əsi 11,1 dəfə,  əhaliyə  göstərilən pullu xidmətlər 
12,9 d
əfə, ixracın həcmi 96,6 dəfə, icmal büdcənin həcmi 
12,7 d
əfə, əhalinin gəlirləri 10,2 dəfə, hər bir nəfərə düşən 
g
əlirlər 8,8 dəfə,  orta  aylıq  əməkhaqqı  isə  9,8 dəfə 
artmışdır.  2013-cü ilin sonunda muxtar respublikada 438 
 
38 

s
ənaye müəssisəsi fəaliyyət göstərirdi ki, bu da 10 il 
əvvəlki göstəricidən 7 dəfə artıq idi (2003-cü ildə 66 belə 

əssisə var idi) 
[178, s. 78-79]

 
Bütün bu t
ərəqqi və  inkişafa  Naxçıvan  Muxtar 
R
espublikasında ümummilli lider Heydər Əliyevin başla-
dığı uğurlu quruculuq  siyasətinin davam etdirilməsi nəti-
c
əsində nail olunmuşdur. Heç də təsadüf saymaq olmaz ki, 
1995-
ci ilin dekabrında Naxçıvan Muxtar Respublikası Ali 
M
əclisinin Sədri seçilərkən Vasif Talıbov ilk bəyanatında 
muxtar respublikanın məhz Heydər Əliyevin müəyyənləş-
dirdiyi siyasi x
ətlə inkişafının prioritet olacağını bildirirdi: 
“M
ənim  ayrıca  bir  fəaliyyət  planım  olmayacaqdır. 
F
əaliyyətimi görkəmli dövlət xadimi Heydər  Əliyevin 
dövl
ətçilik  proqramının  Naxçıvanda  dönmədən həyata 
keçirilm
əsinə həsr edəcəyəm” 
[
103, s. 16
]

 
Əlbəttə, bütün bunlar onu deməyə  əsas verir ki, 
Naxçıvan  Muxtar  Respublikası  ümummilli  liderimiz 
Heyd
ər Əliyevin müstəqil Azərbaycanda çoxşaxəli dövlət 
quruculuğu  fəaliyyəti nəticəsində  inkişafın  yeni  mərhələ-
sin
ə  qədəm  qoymuş  və  inkişaf  etmişdir.  Hazırda  muxtar 
respublikanı  intibahın  yeni  zirvələrinə  doğru  aparan  bu 
yüks
əliş  xətti  Azərbaycan Prezidenti  İlham  Əliyevin 
diqq
ət və qayğısı nəticəsində uğurla və ilbəil artan templə 
davam etdirilir. 
 
Yüklə 20,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin