ƏLƏKBƏr сabbarli heydəR ƏLİyev və naxçivan tariXİ


Heyd ər Əliyevin Naxçıvanda dövlətçiliyin



Yüklə 20,03 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix03.02.2017
ölçüsü20,03 Mb.
#7361
1   2   3   4   5   6   7   8   9   ...   12

1.3. Heyd
ər Əliyevin Naxçıvanda dövlətçiliyin 
möhk
əmləndirilməsi istiqamətində fəaliyyəti 
 
Tarix
ən öz müstəqil milli dövlətçiliyini  qurmuş 
xalqların  taleyini  böyük  tarixi  şəxsiyyətlərsiz  təsəvvür 
etm
ək çətindir. Belə siyasi liderlər, adətən, öz xalqını irəli 
aparan, onun milli-m
ənəvi irsini, tarixi kimliyini qoruyub 
saxlayan milli liderl
ərə çevrilirlər. 
         Bu gün müst
əqil Azərbaycanın  mövcudluğunu, 
müs-t
əqilliyini illərdir qoruyaraq daha da 
möhk
əmləndirilməsi  xalqımız  arasında  ümummilli  lider 
statusu il
ə  anılan  Heydər  Əliyevin  adı  ilə  bilavasitə  və 
müst
əsna dərəcədə bağlıdır. O, bir milli lider kimi, bütün 
h
əyatını  və  siyasi fəaliyyətini mənsub  olduğu  xalqa 
xidm
ətə həsr etmiş və özünün Azərbaycana  rəhbərliyinin 
h
ər iki dövründə  ölkəmizi çətin  sınaqlardan  çıxararaq 
t
ərəqqiyə doğru aparmağa nail olmuşdur. 
 
58 

Heyd
ər Əliyevin sovet hakimiyyəti illərində Azər-
baycanda siyasi hakimiyy
ətə  gəlməsi ilə  ölkə  həyatının 
bütün sah
ələrində  müsbət  dəyişikliklər  qısa  zamanda 
özünü göst
ərdi. Onun respublikada böyük siyasi əzmlə, 
q
ətiyyətlə  həyata keçirdiyi tədbirlər bütün Azərbaycanda 
olduğu kimi, Naxçıvan MSSR-in də iqtisadi, ictimai-siyasi 
h
əyatına  öz  müsbət təsirini göstərdi, muxtar respublika 
qısa zaman kəsiyində əsrə bərabər inkişaf yolu keçdi 
[
126, 
s. 8
]

H
əmin dövrdə  kommunist  partiyası  sovet  siyasi 
sisteminin 
əsas və aparıcı siyasi qüvvəsi idi. Ona görə də 
h
əyatın bütün sahələrinin inkişafı bilavasitə partiya-siyasi 
işin  keyfiyyətindən,  partiya komitələrinin fəaliyyətindən 
birbaşa asılı idi. Heydər Əliyev respublikada partiya-təşki-
lati v
ə partiya-siyasi işin yüksəldilməsi, Naxçıvan Vilayət 
Partiya Komit
əsinin (Naxçıvan  VPK)  işində  dönüş  yara-
dılması məqsədilə muxtar respublikaya səfərlər edir, nöq-
sanları və onların aradan qaldırılması yollarını göstərirdi. 
1974-cü ild
ə  Heydər  Əliyev  Naxçıvan  VPK-nın 
XXX konfran
sında  çıxış  edərək  bildirmişdi  ki,  Naxçıvan 
MSSR-in sakinl
əri  əməksevər,  çalışqan  camaatdır.  Onlar 
ç
ətinlikləri müvəffəqiyyətlə  aradan  qaldıran,  heç  zaman 
geri ç
əkilməyən, nikbinliyi,  yaxşı  siyasi  əhval-ruhiyyəni 
hifz ed
ən  adamlardır…  Açıq  demək  lazımdır  ki,  belə 
z
əhmətsevər adamlarla Naxçıvan  MSSR  iqtisadiyyatını 
xeyli yüks
ək inkişaf səviyyəsinə qaldırmaq olardı 
[
183, v. 
104-105
]

Heyd
ər  Əliyev  Naxçıvanın  uzun  müddət geridə 
qalmasının səbəbini Azərbaycanın müvafiq nazirliklərinin, 
idar
ələrinin muxtar respublikaya diqqət yetirməmələrində 
görürdü. Eyni zamanda, bunun dig
ər səbəbi kimi Naxçı-
 
59 

van  VPK-
nın  mövcud imkanlarından  lazımınca  istifadə 
edilm
əməsi ilə  əsaslandırırdı.  Buna  görə  də  o, Heydər 
Əliyev vilayət,  şəhər və  rayon partiya komitələrinin 
f
əaliyyətində  olan  nöqsanları  tənqid  etmiş  və  bu sahədə 
dönüş yaradılmasını tələb etmişdi. 
Heyd
ər  Əliyev  muxtar  respublika partiya, sovet, 
h
əmkarlar ittifaqı, komsomol, təsərrüfat orqanları barəsin-
d
ə danışarkən, onların işindəki qüsurların əsas səbəbi kimi 
Naxçıvan  VPK,  Naxçıvan  MSSR  Ali  Soveti  və  Nazirlər 
Sovetinin t
əşkilatçılıq işindəki ciddi nöqsanları göstərirdi. 
Naxçıvan  MSSR-ə  rəhbərlik edən  şəxslərin fəaliyyətində 
olan  nöqsanları  qeyd  edirdi: “Hər kəs  öz  işinə, öz 
kollektivin
ə,  öz  diyarına,  respublikasına  can  yandırma-
lıdır. Yalnız belə olduqda, Naxçıvan MSSR-in zəhmətkeş-
l
əri böyük və  məsul vəzifənin öhdəsindən gələ  bilərlər” 
[
183, v. 124-125
]

Bu dövrd
ə muxtar respublikada hüquq pozuntuları, 
hüquq qaydala
rına  əməl edilməməsi, cinayətkarlığa  qarşı 
mübariz
ənin zəif  aparılması,  rüşvətxorluğa  qarşı  mübari-
z
ənin yarıtmaz aparılması halları özünü göstərirdi. Bu ba-
xımdan  Naxçıvan  MSSR  Ali  Məhkəməsinin, Prokuror-
luğunun  və  Ədliyyə  Nazirliyinin fəaliyyətlərində  olan 
qüsurlar açıqlanmış və bu nöqsanların aradan qaldırılması 
üçün müvafiq tapşırıqlar verilmişdi. 
Heyd
ər Əliyev Naxçıvan MSSR-də olarkən neqativ 
hallara qarşı daha ciddi mübarizə aparmağı təxirəsalınmaz 
bir v
əzifə  kimi  tapşırmış  və  müvafiq qərarlar qəbul 
etmişdi.  Azərbaycan  SSR  Prokurorluğundan,  Ədliyyə 
Nazirliyind
ən və  Ali Məhkəməsindən  Naxçıvan  MSSR-
nin müvafiq tabeli o
rqanlarının  fəaliyyətinə  nəzarəti 
gücl
əndirmək,  muxtar  respublikanın  inzibati  orqanlarının 
işinin  keyfiyyətini yüksəltmək üçün zəruri tədbirlərin 
 
60 

görülm
əsi məsələləri bu qəbul edilən qərarlarda öz əksini 
tapmışdı 
[
26, v. 6-7
]
.   
Heyd
ər Əliyev Azərbaycan SSR-in hökumət orqan-
larından  Naxçıvan  MSSR-ə  münasibətlərini dəyişməyi, 
regiona köm
ək etməyi tələb edirdi. Məhz onun diqqət və 
qayğısı  nəticəsində  muxtar  respublikanın  ictimai-siyasi, 
m
ədəni həyatında irəliləyiş hiss olunmağa başlandı. Əldə 
edilmiş  uğurlar ali dövlət  orqanları  tərəfindən yüksək 
qiym
ətləndirildi. “Sovet xalqlarının mehriban dostluğunun 
möhk
əmləndirilməsində böyük müvəffəqiyyətlərinə görə” 
v
ə SSRİ-nin 50 illiyi münasibətilə Naxçıvan MSSR Xalq-
lar Dostlu
ğu ordeni ilə təltif edilmişdi. 1974-cü ildə fevra-
lın 21-də Heydər Əliyev özü bu ordeni Naxçıvan MSSR-
in bayra
ğına sancaraq nitq söyləmişdi 
[
125, s. 126
]
.  
1974-
cü  ilin  fevral  ayının  9-da  Naxçıvan  MSSR-
nin  yaradılmasının  50  illiyi  tamam  oldu.  “Kommunist 
quruculuğunda  qazandığı  müvəffəqiyyətlərə  görə” və 
muxtar  respublikanın  50  illiyi  ilə  əlaqədar olaraq 
Naxçıvan MSSR Oktyabr İnqilabi ordeni ilə təltif olundu. 
H
əmin ilin oktyabrında Naxçıvanda, Bakıda, habelə digər 
bölg
ələrdə  muxtar  respublikanın  yubileyi  geniş  şəkildə 
qeyd edildi. Okty
abrın 5-də Naxçıvan şəhərində keçirilən 
bayram t
ədbirlərində Heydər Əliyev şəxsən iştirak etdi.  
1978-
ci  ilin  oktyabrında  Naxçıvanda  üçüncü  dəfə 
s
əfərdə  olan Heydər  Əliyev  buradakı  ictimai-siyasi  
iqtisadi v
əziyyətlə tanış olmuş, respublika rəhbərliyi qarşı-
sında konkret vəzifələr qoymuşdu. Həmin vəzifələr 1978-
ci  il  oktyabrın  28-də  keçirilmiş  Naxçıvanın  VPK-nın 
plenumunda  geniş  müzakirə  edilərək müvafiq qərarlar 
q
əbul  edilmişdi.  Muxtar  respublikada  kadr  ehtiyatının 
yaradılması, onların  düzgün yerləşdirilməsi istiqamətində 
ciddi  addımlar  atılmışdı.  Bir  çox  məsul vəzifələrdə  çalı-
 
61 

şanlar  işlərində  yaranan nöqsanlara görə  vəzifələrindən 
azad edilmişdi. 
Bütün bu t
ədbirlərin  davamı  kimi  1979-cu ilin 
əvvəllərində  Heydər  Əliyevin  sərəncamı  ilə  Naxçıvanda 
ka
drlarla  işin  vəziyyətini  araşdırmaq  məqsədi ilə  muxtar 
respublikaya Az
ərbaycan KP MK-nın  məsul  işçilərindən 
ibar
ət qrup göndərildi və araşdırmalar aparıldı. Naxçıvan 
MSSR-d
ə  kadrlarla  iş  və  ehtiyat  kadrların  hazırlanması 
v
əziyyəti 1979-cu il aprelin 6-da Azərbaycan KP katibli-
yind
ə müzakirə edilərək müvafiq qərar qəbul edildi 
[
29, v. 
1-11
]

1980-
ci  ilin  may  ayında  Heydər  Əliyevin 
Naxçıvana  dördüncü  gəlişi  muxtar  respublikanın  ictimai-
siyasi h
əyatında mühüm hadisəyə çevrildi. Heydər Əliyev 
mayın 24-də Naxçıvan şəhərində partiya, əmək və müha-
rib
ə  veteranları  ilə  bir-bir  əl  tutaraq  görüşmüş,  onların 
xidm
ətlərini yüksək qiymətləndirmiş,  problemləri ilə 
yaxından tanış olmuşdu 
[
220, 1980, 25 may
]

 H
əmin səfər zamanı Naxçıvan VPK-nın büro üzv-
l
əri, muxtar respublikanın rəhbərləri, Azərbaycan SSR-nin 
nazirlik v
ə  baş  idarələrinin rəhbərləri ilə  birgə  Naxçıvan 
MSSR-nin g
ələcək  inkişafı  üçün  proqram  hazırlanması 
q
ərara  alınmış,  gələcək sosial-iqtisadi  inkişaf  planı  da 

əyyənləşdirilmişdi 
[
184, v. 112-115
]

Heyd
ər  Əliyev  1982-ci  il  oktyabr  ayında  Azər-
baycan KP MK-
nın birinci katibi kimi Naxçıvan MSSR-ə 
son d
əfə səfər etmişdi 
[
185, v. 27-56
]

1970-1985-ci ill
ərdə  Naxçıvan  VPK-nın  XXIX, 
XXX,  XXXI,  XXXII  konfranslarında,  plenumlarında 
respublikanın  iqtisadi,  mənəvi və  sosial-mədəni inkişafı 
il
ə  bağlı  bir  sıra  məsələlər müzakirə  edilmiş,  tədbirlər 
 
62 

h
əyata keçirilmişdi. 
Naxçıvan  MSSR  Ali  Soveti  muxtar  respublikanın 
ali hakimiyy
ət  orqanı  hesab  olunurdu.  1970-1985-ci 
ill
ərdə Ali Sovetə 4 dəfə seçkilər keçirilmişdi. 5 il müddə-
tin
ə seçilən muxtar respublikanın Ali Soveti 110 deputat-
dan ibar
ət idi. Naxçıvan MSSR-dən Azərbaycan SSR Ali 
Sovetin
ə isə 18 deputat seçilirdi 
[
244, s. 22-31
]

1978-
ci il mayın 30-da IX çağırış Naxçıvan MSSR 
Ali Sovetinin s
əkkizinci sessiyası  muxtar  respublikanın 
yeni K
onstitusiyasını qəbul etmişdi. 
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin 
edilm
əsi ilə əlaqədar olaraq 1982-ci il dekabr ayının 2-də 
Az
ərbaycan KP MK-nın  plenumunda  Heydər  Əliyev 
birinci katib v
ə MK bürosunun üzvülüyündən azad edildi 
[
120, 1982, 4 dekabr
]
. Bel
əliklə, Heydər  Əliyevin  Azər-
baycana bilavasit
ə  rəhbərlik fəaliyyətində  fasilə  yarandı. 
Lakin  keçmiş  SSRİ  rəhbərliyindəki məsul vəzifədə  işlə-
diyi 1982-1987-ci ill
ərdə də o, doğma Azərbaycanı diqqət-
d
ə  saxlayır,  problemlərini həll edir, hərtərəfli tərəqqisinə 
daim qayğı göstərirdi. 
1987-ci ild
ən  başlayaraq  ermənilər Azərbaycana 
qarşı əsassız ərazi iddiaları ilə  mübarizəyə başladılar. Bu 
mübariz
ənin Heydər  Əliyevin  vəzifədən uzaqlaşdırılma-
sından dərhal sonra başlaması  bu  iki  hadisə  arasında 
t
əkzibedilməz bir əlaqənin olduğunu sübut edir. Çünki 
Heyd
ər  Əliyevin  Azərbaycana rəhbərliyinin birinci döv-
ründ
ə  bütün cidd-cəhdlərinə  rəğmən ermənilər Azərbay-
can torpaqlarından bir qarış belə qəsb edə bilməmişdilər. 
Sovetl
ər birliyində həyata keçirdiyi böyük miqyaslı işlərlə 
h
əm xalq kütlələri arasında, həm də Kremldə son dərəcə 
prinsipial, müdrik, 
ədalətli, ciddi və əxlaqlı dövlət xadimi 
kimi  nüfuz  qazanmış  Heydər  Əliyevin  simasında  özünə 
 
63 

ciddi r
əqib görən, onun nüfuzundan qorxduğunu gizlətmə-
y
ən, habelə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermə-
nistana birl
əşdirmək məsələsində erməniləri tam müdafiə 
ed
ən SSRİ rəhbəri M.Qorbaçov ilk növbədə öz məqsədləri 
namin
ə  onu hakimiyyətdən  uzaqlaşdırdı.  1987-ci il 
oktyabr ayının 21-də keçirilən Sov.İKP MK plenumunda 
Heyd
ər  Əliyev  “xəstəliyinə  görə”  SSRİ  Nazirlər Soveti 
s
ədrinin birinci müavini vəzifəsindən azad edildi 
[
123, s. 
35
]
. Heyd
ər Əliyev özü vəzifədən azad edilməsinin səbəb-
l
ərini belə  izah edirdi: “Səbəblər odur ki,  işlədiyim son 
dövrd
ə  Qorbaçov tərəfindən özümə  qarşı  qeyri-səmimi 
münasib
ət hiss edirdim. Bu,  çox  şeydə  özünü biruzə 
verirdi. M
ən  vicdanla  işləyirdim,  işimdə  heç bir qüsur 
görmürdüm. Qorbaçov is
ə  subyektiv hisslərin  əsiri oldu, 
v
əssalam” 
[
135, s. 104
]

  Bundan c
əmi bir neçə gün sonra ermənilər Dağlıq 
Qarabağa dair ərazi iddiaları ilə çıxış etdilər. XX əsrin 80-
ci ill
ərinin sonu-90-cı  illərin əvvəllərində, SSRİ-nin artıq 
t
ənəzzülü prosesinin sürətləndiyi bir vaxtda, Azərbay-
ca
nda  milli  azadlıq  hərəkatı  məhz  torpaqlarımızın 
müdafi
əsi zəminində formalaşdı. Öz tarixi torpaqlarını heç 
k
əsə vermək istəməyən xalq kütlələrinin hərəkatı tezliklə 
azad, müst
əqil yaşamaq uğrunda qəti mübarizəyə çevrildi.  
Bunun müqabilind
ə Azərbaycan xalqının mübarizə-
sini boğmaq, getdikcə daha aşkar və qəti şəkildə səslənən 
müst
əqillik  haqqında  çağırışları  susdurmaq,  respublikanı 
yenid
ən  Moskvanın  iradəsinə  tabe etmək niyyəti özünü 
aydın  göstərirdi. Bu məqsədlə, habelə  Azərbaycanda 
Heyd
ər  Əliyevin  güclü  nüfuzuna  zərbə  vurmaq üçün 
1988-
ci il may ayının 21-də qatı ruspərəst məmur Ə.Vəzi-
rov Az
ərbaycanda hakimiyyətə gətirildi. Respublikanın o 
zamankı durumundan və xalqın həyatından tamamilə bixə-
 
64 

b
ər  olan  bu  şəxs,  eyni  zamanda  baş  verən ictimai-siyasi 
prosesl
ərin yedəyində  gedir,  yalnız  rəsmi  Moskvanın 
göst
ərişlərinin  icrası  ilə  məşğul  olur,  nə  dövrün real 
t
ələbatlarını,  nə  də  xalq kütlələrinin mənafeyini qətiyyən 
n
əzərə  almırdı.  Hətta 1990-cı  il  yanvarın  20-də  Bakıda 
SSRİ  rəhbərliyinin təşkilatçılığı  ilə  qanlı  cinayət həyata 
keçiril
əndə  sovet  ordusunun  Bakını  yenidən  işğal  etməsi 
üçün formal hüquqi 
əsaslar bilavasitə Ə.Vəzirovun göstə-
rişi ilə yaradılmışdı.  
1990-
cı  il  yanvarın  20-də  Bakıda  sovet  ali 
r
əhbərliyi səviyyəsində Azərbaycan xalqına qarşı dəhşətli 
cinay
ət  aktı  həyata keçirildi.  Ə.Vəzirov bu cinayətin  baş 
verm
əsində  məsuliyyət  daşıdığını  dərk edərək  Bakıdan 
Moskvaya  qaçdı.  20  yanvar  faciəsinin  xalq  arasında 
doğurduğu  ağır  siyasi-psixoloji vəziyyətdə, 1990-cı  il 
yanvarın  24-də  Azərbaycan rəhbərliyə  gətirilən Ayaz 
Müt
əllibovun fəaliyyəti də  sələfindən  ciddi  şəkildə 
f
ərqlənmədi.  Artıq  xalqın  mövcud  siyasi  quruluşa  qarşı 
q
əzəbinin və ictimai-siyasi hadisələrin sonrakı inkişafının 
qarşısını almaq mümkün olmadı.   
H
əmin günlərdə, eynilə 1918-1920-ci illərdə oldu-
ğu  kimi,  Azərbaycanın  əsas hissəsi ilə  əlaqələri kəsilmiş 
Naxçıvanda da vəziyyət olduqca gərgin idi. Bu gərginlik  
19 yanvar 1990-
cı ildə Naxçıvanda xalqın tələbi və təzyiqi 
il
ə  Naxçıvan  MSSR  Ali  Sovetinin  növbədənkənar sessi-
yasının  çağırılmasına  və  ”Naxçıvan  MSSR-də  yaranmış 
ictimai-siyasi v
əziyyət haqqında”  Naxçıvan  MSSR  Ali 
Sovetinin q
ərarının  qəbul edilməsinə  səbəb oldu. Bu 
q
ərarda  “muxtar  respublikanın  ərazi bütövlüyü və  vətən-
daşların  həyatı  təhlükə  qarşısında”  qaldığından  Naxçıvan 
MSSR-
in  SSRİ-nin tərkibindən  çıxaraq  özünü  müstəqil 
respublika elan etdi”yi 
[
228, 1990, 20 yanvar
]
  b
əyan 
 
65 

edildi. Az
ərbaycan rəhbərliyi  muxtar  respublikanın  bu 
q
ərarına mənfi münasibət bəsləyərək onun konstitusiyaya 
zidd  olduğunu  elan  etsə  də, müstəqillik  uğrunda müba-
riz
ənin  genişləndiyi bir dövrdə  “Naxçıvanın  SSRİ-nin 
t
ərkibindən  çıxıb  özünü  müstəqil respublika elan etməsi 
q
ərarı böyük tarixi əhəmiyyətə malik idi” 
[
76, s. 33
]

20 yanvar faci
əsi, habelə  faciədən sonra Azərbay-
canın  ictimai-siyasi həyatında  yaranan  yeni  situasiya 
Heyd
ər  Əliyevin  Moskvadan  vətənə  qayıdışı  prosesini 
sür
ətləndirdi. 1990-cı  il iyulun 20-də  o,  Bakıya  gəldi. 
Lakin Heyd
ər  Əliyevin  Bakıda  yaşamasına  o  zamankı 
respublika r
əhbərliyi səviyyəsində  ciddi maneələr və 
t
əhdidlər olduğundan iki gün sonra, iyulun 22-də Heydər 
Əliyev  Bakıdan  Naxçıvana  gəldi. Həmin gün Heydər 
Əliyevin  Naxçıvan  şəhərinin mərkəzi  meydanında  böyük 
dövl
ət xadiminin vətənə qayıdışı ilə əlaqədar toplaşan 80 
mind
ən  artıq  insanla  izdihamlı  görüşü  oldu.  Naxçıvanın 
ölk
ənin əsas hissəsi ilə təcrid olunaraq blokadaya alındığı 
ağır  və  məşəqqətli günlərini  yaşadığı  bir  dövrdə  Heydər 
Əliyevin gəlişi,  sözün  əsl mənasında  xalqın  getdikcə 
sarsılan  iradəsinin və  müstəqillik  arzularının  yenidən 
dirç
əlməsində  müstəsna həlledici amil oldu. Heydər 
Əliyev həmin gün meydanda xalq kütlələri önündə öz qısa 
çıxışında  öz  xalqı  ilə  birlikdə  olmaq üçün gəldiyini və 
başlıca məramını bəyan etdi.  
1990-
cı  il  avqustun  21-də  Heydər  Əliyevin 
avqustun 10-
da yazdığı müvafiq ərizəsinə baxan Naxçıvan 
Ali Sovetinin R
əyasət Heyəti  onun  Naxçıvan  MSSR 
v
ətəndaşı  sayılması  haqqında  qərar verdi. Bu, Heydər 
Əliyevin 1990-cı  il  sentyabrın  30-da Azərbaycan və 
Naxçıvan  ali  sovetlərinə  keçiriləcək seçkilərdə  iştirakına 
imkan ver
ən çox mühüm qərar idi. 
 
66 

Seçkil
ərdə  Heydər  Əliyev  340  №-li Nehrəm seçki 
dair
əsindən Azərbaycan SSR-in,  Naxçıvan  şəhəri üzrə  2 
№-li M.F.Axundov seçkil dairəsindən isə  Naxçıvan 
MSSR-
in  xalq  deputatlığına  namizəd göstərildi.  Xalqın 
yekdillikl
ə namizədliyini dəstəklədiyi Heydər Əliyev seç-
kiqabağı  kampaniya  zamanı  böyük  rəğbətlə  qarşılandığı 
h
ər yerdə seçicilər qarşısında çıxışlarında özünün ali siyasi 
m
əqsədlərini və  Azərbaycanın  qarşısında  duran  prioritet 
m
əsələni belə müəyyənləşdirirdi: “Mənim əsas məqsədim 
Az
ərbaycanın  ərazi bütövlüyünü və  Azərbaycanın  haki-
miyy
ətini respublikanın bütün ərazisində bərqərar etmək-
d
ən ibarətdir. Azərbaycan  Respublikasının  milli  dövlət 
kimi  inkişaf  etməsi indi əsas məsələdir. Bunun üçün 
Az
ərbaycan tam müstəqil, azad, demokratik respublika 
olmalıdır.  İndi    hər  şeydən  əvvəl bütün siyasi qüvvələr 
birl
əşməli, Azərbaycanın xoşbəxt gələcəyi naminə müba-
riz
ə  aparmalı,  xalqın  tərəqqisinə  kömək etməlidir. Bütün 
bu v
əzifələri həyata keçirmək üçün ancaq və ancaq birlik, 
yekdillik  lazımdır.  Hər cür dedi-qodunu, incikliyi aradan 
götürm
əli, bir yumruq kimi birləşməli, xalqımıza düşmən 
olan qüvv
ələrə  qarşı  durmalıyıq.  Bunun  üçün  rəhbərliklə 
xal
qın  yekdilliyi  tam  təmin  olunmalıdır” 
[
228, 1990, 26 
sentyabr
]
.  
1990-
cı ilin parlament seçkilərində öz seçicilərinin 
tam d
əstəyini alan Heydər Əliyev bütün rəqiblərinə qalib 
g
ələrək Azərbaycan SSR-in və  Naxçıvan  MSSR-in xalq 
deputatı seçildi.  
Naxçıvan  MSSR  Ali  Sovetinin  yeni  çağırışının 
1990-
cı  il  noyabrın  17-də  keçirilən  birinci  sessiyasına 
s
ədrlik deputatlar tərəfindən Heydər Əliyevə həvalə edildi. 
Sessiyada Az
ərbaycan milli dövlətçiliyinin dirçəlişi prose-
sinin h
əyata keçirilməsi ilə bağlı məsələlər geniş müzakirə 
 
67 

olundu. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 
adından “Sovet  Sosialist” sözləri  çıxarıldı  və  Naxçıvan 
Muxtar Respublika
sı  adlandırıldı.  Naxçıvan  MSSR  Ali 
Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublika-
sının  Ali  Məclisi  adlandırıldı 
[
108, s. 20
]
. Ali M
əclisin 
birinci sessiyası Azərbaycan Xalq Cümhuriyyətinin dövlət 
r
əmzi olan üçrəngli, ay-ulduzlu bayrağın Naxçıvan Mux-
tar  Respublikasının  Dövlət bayrağı  kimi  qəbul edilməsi 
haqqında qərar qəbul etdi. Heydər Əliyev sessiyada Azər-
baycan  Ali  Soveti  qarşısında  qanunvericilik  təşəbbüsü 
qay
dasında  qəbul edilən qərarı  elan  etdi:  “Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan 
Demokratik Respub
likasının  üçrəngli milli bayrağını 
Naxçıvan Muxtar Respublikasının  Dövlət  bayrağı  kimi  
q
əbul edirik və  Azərbaycanın ali hakimiyyət  orqanına 
bunu çatdırırıq. Eyni zamanda Azərbaycanın ali hakimiy-
y
ət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycan Res-
publika
sının  dövlət rəmzləri  haqqında  qərar qəbul etsin” 
[
128, s. 68
]
.  
İctimai-siyasi proseslərin sonrakı  axarı  bilavasitə 
Heyd
ər Əliyevin təşəbbüsü ilə uzaqgörənliklə qəbul edilən 
bu q
ərarlar ölkəmizdə  milli dövlətçilik  ənənələrinin bər-
pası prosesindəki tarixi-siyasi əhəmiyyətini qısa zamanda 
sübut etdi. Heyd
ər  Əliyev  özü  həmin qərarların  qəbul 
olunması  münasibətilə  Ali Məclisin  sessiyasında  etdiyi 
çıxışda  deyirdi:  “Biz  Naxçıvan  Muxtar  Respublikasının 
h
əyatında  böyük  tarixi  qərarlar qəbul  etdik.  Naxçıvan 
Muxtar Respublika
sının yeni adı qəbul olundu. Naxçıvan 
Muxtar Respublikasının ali hakimiyyət orqanının yeni adı 
q
əbul olundu və Naxçıvan Muxtar Respublikasının dövlət  
bayrağı, milli bayrağı qəbul olundu. Böyük məsələlər həll 
etdik v
ə  bu məsələlərin həll olunmasında deputatlar çox 
 
68 

böyük maraqla, böyük s
əylə  iştirak  etdilər, ona görə  də 
m
ən bu böyük məsələlərin qəbul olunması ilə əlaqədar sizi 
t
əbrik edirəm” 
[
228, 2004, 17 noyabr
]

Dörd gün sonra, noyabrın 21-də Ali Məclisin sessi-
yasının  növbəti  iclasında  isə  “1990-cı  ilin  yanvar  ayında 
Bakı  hadisələrinə  siyasi qiymət verilməsi haqqında”  və 
“Bakı  şəhərində  fövqəladə  vəziyyətə  münasibət barə-
sind
ə” qərarlar qəbul edildi. 20 Yanvar gününün muxtar 
respublikada h
ər il matəm  günü  kimi  qeyd  olunması 
q
ərara alındı və bu barədə Azərbaycan Ali Sovetinə təklif 
verildi.  
İlk  sessiyada  Afiyəddin  Cəlilov  Naxçıvan  Muxtar 
Respublikası Ali Məclisinin sədri seçildi. 
Qeyd ed
ək ki, Azərbaycan Respublikası Ali Sove-
tinin 5 fevral 1991-ci il tarixd
ə keçirilən XII çağırış birinci 
sessiyasında çıxış edən Heydər Əliyevin sayəsində Azər-
baycan
da  baş  verən  siyasi hadisələrə  düzgün qiymət 
verildi 
[
88, s. 27
]
. Az
ərbaycan Sovet Sosialist Respubli-
kası  Azərbaycan  Respublikası  adlandırıldı,  üçrəngli, ay-
ulduzlu bayraq Az
ərbaycanın Dövlət bayrağı elan edildi. 
SSRİ-nin tərkibində  olan müttəfiq  respublikaların 
böyük 
əksəriyyətində istiqlal ideyalarının geniş yayıldığı, 
dünyanın  ən böyük sosialist dövlətinin süqutu prosesinin 
getdiyi bir vaxtda M.Qorbaçov SSRİ-nin saxlanması üçün 
yeni ittifaq müqavil
əsinin  bağlanması  məqsədi ilə  ölkə 
üzr
ə  referendum keçirilməsinə  hazırlıqla  bağlı  barədə 
göst
əriş  vermişdi.  Əslində  mahiyyətcə  SSRİ-nin  yaradıl-
ması  haqqında  30  dekabr  1922-ci il tarixli müqavilənin 
t
əkrarı  olan  bu  müqavilə  rəsmi  Moskvanın  mənafeyini 
müdafi
ə  edən siyasi rəhbərliyin  olduğu  bəzi respublika-
larda guya r
əğbətlə  qarşılanmışdı.  Təəssüflər olsun ki, 
bel
ə  rəhbərliyin  olduğu  həmin respublikalar içərisində 
 
69 

siyasi prosesl
ərin məntiqi  ardıcıllığından  heç  cür  baş 
çıxara bilməyən o zamankı Azərbaycan iqtidarı da vardı. 
İttifaqı  qoruyub  saxlamağa  cəhd edənlərin  əksinə, 
z
əngin siyasi biliklərə və idarəetmə təcrübəsinə malik olan 
Heyd
ər  Əliyev  respublika  rəhbərliyinin bu mövqeyini 
Naxçıvan MR Ali Məclisinin 14 yanvar 1991-ci il tarixli 
sessiyasında  kəskin tənqid etdi. O, məsələyə  özünün son 
d
ərəcə ciddi və qəti münasibətini bildirərək göstərirdi ki, 
Az
ərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəy 
bildirm
ək  xalqımızın  qarşısında cinayət etmək deməkdir 
[
128, s. 104-105
]
. Eyni zamanda, o, faktlara 
əsaslanaraq 
Az
ərbaycan  Kommunist  Partiyasının  diktatura  rejiminin 
mürt
əce siyasəti nəticəsində  Azərbaycanda vəziyyətin 
ağırlaşdığına da diqqəti çəkirdi 
[
88, s. 14-20
]
.  
Heyd
ər  Əliyev  yeni  ittifaq  müqaviləsinə  dair 
mövqeyini  martın  7-də  Azərbaycan Ali Sovetinin 
sessiyasındakı  çıxışında  bir  daha  təkrarladı:  “Mən yeni 
ittifaqa da
xil olmağın və bunun üçün referendum keçirmə-
yin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Res-
pub
likası  iqtisadi  və  siyasi müstəqillik yolu ilə  getməli, 
tam istiqlaliyy
ət uğrunda  mübarizə aparmalıdır… Müstə-
qillik yolu q
ədər çətin yol yoxdur” 
[
218, 1991, 15 mart
]

T
əəssüflər olsun ki, Azərbaycan rəhbərliyini 
M.Qorbaçovun bu siyasi avantüra
sına qoşulmaq fikrindən 
daşındırmaq  mümkün  olmadı.  Lakin  Naxçıvan  MR  Ali 
M
əclisinin 1991-ci  il  martın  14-də  keçirilən  sessiyasında 
SSRİ-nin  saxlanılmasına  dair  17  mart  1991-ci ildə 
keçiril
əcək ümumittifaq referendumunda muxtar respubli-
ka
nın  iştirak  etməməsi barədə  qərar qəbul edildi. Hər 
halda, muxtar respublika istisna olmaqla, Az
ərbaycanda 
keçiril
ən  həmin  referendumda “mütəşəkkilliklə”  iştirak 
ed
ən respublika əhalisinin  guya  95  faizinin  ittifaqın 
 
70 

saxlanmasına səs verdiyi bəyan edildi 
[
122, s. 38
]
.  
Refrendumun n
əticələrinin  saxtalaşdırıldığını  cəmi 
bir neç
ə  ay sonra, 1991-ci il avqustun 30-da respublika 
parlamentinin Az
ərbaycan  Respublikasının  dövlət müstə-
qilliyinin b
ərpası  haqqında  Bəyannamə  ilə  Azərbaycanın 
öz dövl
ət müstəqilliyinə qovuşması, oktyabrın 18-də qəbul 
edil
ən “Azərbaycan  Respublikasının  Dövlət Müstəqilliyi 
haqqında” Konstitusiya Aktı və 1991-ci il dekabrın 29-da 
keçiril
ən referendumda  əhalinin 95 faizinin dövlət 
müst
əqilliyinə səs verməsi qəti şəkildə sübut etdi. 
Heyd
ər Əliyev avqustun 29-u və 30-da Azərbaycan 
Ali  Sovetinin  sessiyasında  çıxış  edərək kommunist par-
tiyasının  və  respublika rəhbərliyinin fəaliyyətini kəskin 
t
ənqid etdi, Azərbaycan  kommunist  partiyasının  və  Ali 
Sovetin buraxılmasını tələb etdi. O, öz fikirlərini və möv-
qeyini bununla 
əsaslandırırdı  ki,  hələ  mart  ayında  SSRİ-
nin  saxlanması  barədə  referendumda  iştirak  etməyə  səs 
ver
ən parlament indi müstəqilliyimizi məcburiyyət  qarşı-
sında  qalaraq  elan  edir.  Bu,  Heydər  Əliyevin  hadisələrə 
düzgün v
ə obyektiv yanaşmasının daha bir ifadəsi idi.  
Naxçıvan MR Ali Məclisinin 1991-ci il sentyabrın 
3-d
ə keçirilən fövqəladə sessiyası müstəqilliyin bərpasına 
dair b
əyanata əsaslanaraq belə hesab edirdi ki, Azərbaycan 
Respublika
sı özünün tam milli, dövlət müstəqilliyinə nail 
olmalı  və  mövcud  SSRİ  əsasında  hər  hansı  bir  formada 
yaradılacaq yeni dövlət ittifaqına daxil olmamalıdır 
[
228, 
2006, 1 noyabr
]
.  
H
əmin sessiyada qəbul edilən  başqa  bir  qərar öz 
tarixi 
əhəmiyyətinə  görə  xüsusilə  əlamətdar oldu. Həmin 
gün deputatların təkidli xahişi və parlament binası önündə 
mitinq keçir
ən xalq kütlələrinin tələbi ilə  Heydər  Əliyev 
Naxçıvan  MR  Ali  Məclisinin Sədri  seçildi. Ali Məclisin 
 
71 

sessiyasında  bu  barədə  qərar qəbul olundu: ”Heydər 
Əlirza  oğlu  Əliyev  Naxçıvan  Muxtar  Respublikası  Ali 
M
əclisinin Sədri seçilsin” 
[
181
, iş 0-05, v. 8
]
.  
Heyd
ər  Əliyev  özü  sonralar  Ali  Məclisin Sədri 
seçildiyi tarixi m
əqamı  belə  xatırlayırdı:  “Azərbaycana 
hakimiyy
ətə  qayıtmaq üçün gəlməmişəm. Mən ancaq 
Az
ərbaycanın  bu  ağır  dövründə, çətin  vaxtında  xalqıma 
köm
ək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə  bir 
neç
ə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs, 
siz öz köm
əyinizi nədə görürsünüz? Cavab vermişdim ki, 
m
ən Azərbaycan  xalqının  hər  bir  tapşırığını  yerinə 
yetirm
əyə hazıram. Mənim razılığım olmadan, mən bunu 
q
ətiyyətlə  deyirəm və  bunu  hamı    bilməlidir, məni 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinə  Sədr 
seçdil
ər. Sədr seçiləndən sonra da mən sessiyaya sədrlik 
etm
əkdən imtina etdim. İclası axıra qədər sədrin müavini 
apardı. Çox böyük əziyyət, mənəvi əziyyət içərisindəydim 
ki, m
ənim  razılığım  olmadan  məni sədr seçdilər” 
[
228, 
2005, 10 may
]

Heyd
ər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr 
seçilm
əsi bütövlükdə  Azərbaycanın  milli  maraqları 
baxımından böyük hadisə idi. Hadisənin əhəmiyyəti yalnız 
bunda deyildi ki, o, böyük dövl
ət idarəçiliyi təcrübəsinə və 
z
əngin siyasi biliklərə  malik  dünyada  tanınan  məşhur 
siyasi xadim idi. Bundan heç d
ə az əhəmiyyətli olmayan 
m
əqam bunda idi ki, Heydər Əliyev vətənə Azərbaycanda 
milli  azadlıq  hərəkatının  müqavimətinin  qırıldığı,  xalqın 
müst
əqillik  ideyalarına  inamının  səngidiyi bir dövrdə 
qayıtmış və öz şəxsi həyatı üçün heç bir təhdiddən çəkin-
m
əyərək müstəqil dövlətçilik  uğrunda  mübarizəyə  qoşul-
muş, ilk növbədə Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə 
milli dövl
ətçiliyə inam hissini formalaşdıra bilmişdi.  
 
72 

Heyd
ər  Əliyevin  Ali  Məclisə  Sədr seçilməsindən 
d
ərhal sonra gərgin ictimai-siyasi şəraitdə bir sıra çevik və 
ciddi q
ərarlar qəbul olundu. Ali Məclisin 1991-ci il 4 
sentyabr tarixli q
ərarı  ilə  sentyabrın  8-ə  təyin  olunmuş 
Az
ərbaycan  Respublikası  Prezidentinin  seçkilərinin keçi-
rilm
əsi  Naxçıvan  MR  ərazisində  dayandırıldı 
[
128,  s. 
130
]
.  Yaranmış  mürəkkəb dövrdə  prezident seçkilərinin 
keçirilm
əsini səhv  addım  kimi  qiymətləndirən Ali 
M
əclisin  sessiyası  seçkilərin  başqa  vaxtda  keçirilməsini 
respublika parlamentind
ən  xahiş  etdi.  Hələ  avqustun 29-
30-da Az
ərbaycan Ali Sovetinin sessiyasında da bununla 
bağlı müvafiq təkliflər səsləndirilmişdi. 
Az
ərbaycan rəhbərliyi Naxçıvan MR Ali Məclisinin 
q
ərarına tamamilə mənfi münasibət bəsləyərək Naxçıvana 
ciddi t
əzyiqlər göstərməyə  başladı.  Daxili  İşlər Nazir-
liyinin bir qrup zabiti, Az
ərbaycan parlamentinin deputat-
larından  ibarət  böyük  bir  qrup  muxtar  respublikanın 
hakimiyy
ət orqanlarını bu qərarı dəyişməyə məcbur etmək 
m
əqsədi ilə  Naxçıvana  göndərildi. Lakin öz mövqeyini 
q
ətiyyətlə  müdafiə  edən Heydər  Əliyev  yerli    televiziya 
vasit
əsi ilə bəyanat verdi və xəbərdarlıq etdi ki, Naxçıvana 
t
əzyiq üçün gələn qüvvələr muxtar respublikanı  tərk 
etm
əlidirlər,  əks təqdirdə  əhali  ayağa  qalxacaqdır 
[
22, s. 
88
]
.  Sentyabrın  8-də  Azərbaycanda keçirilən prezident 
seçkil
əri Naxçıvan MR ərazisində baş tutmadı. 
  Bir t
ərəfdən Heydər  Əliyevin  Naxçıvanda  milli 
dövl
ətçilik ənənələrinin bərpası ilə  bağlı həyata keçirdiyi 
t
ədbirlərə, digər tərəfdən isə  onun  xalq  arasındakı  böyük 
nüfuzuna gör
ə bu böyük dövlət xadiminə Azərbaycanın o 
zamankı iqtidar sahiblərinin bəslədiyi mənfi münasibət o 
d
ərəcəyə  çatdı  ki,  onlar  artıq  Heydər  Əliyevin  Azərbay-
 
73 

canda hakimiyy
ətə  gələ  biləcəyindən təşvişə  düşdülər və 
bunun  qarşısını  almaq  üçün  real  addımlar  atmağa  başla-
dılar. Əvvəlcə prezident seçkiləri haqqında qanunda prezi-
dentliy
ə namizədə qoyulan tələblər sırasına yaş senzi daxil 
edildi. Az
ərbaycan Ali Sovetinin 1991-ci  il  oktyabrın  8-
11-d
ə  keçirilmiş  fövqəladə  sessiyasında  isə  Konstitu-
siyanın 112-ci maddəsindən “Naxçıvan Muxtar Respubli-
kası  Ali  Məclisinin Sədri Azərbaycan  Respublikası  Ali 
Soveti S
ədrinin müavinidir” cümləsi  çıxarıldı 
[
181
,  iş  0-
08, v. 32
]
. Bununla, h
əm də Naxçıvanda prezident seçkisi 
baş  tutmadığından guya Heydər  Əliyevdən qisas  alınmış 
olurdu. 
Az
ərbaycanda xalqın etimadını itirmiş siyasi iqtida-
rın  öz  hakimiyyətinin ömrünü uzatmaq və  legitimləş-
dirm
ək üçün hər cidd-cəhdlə  prezident seçkilərinin  baş 
tutma
sına  çalışdığı  bir  vaxtda  Heydər  Əliyev  xalqı 
h
əmrəyliyə  və  milli mənafelər naminə  birliyə  səsləyir, 
torpaqlarımızın  müdafiəsi ilə  bağlı  ciddi tədbirlər həyata 
keçirirdi. 1991-ci il sent
yabrın 5-də Naxçıvan televiziyası 
il
ə çıxış edən Naxçıvan MR Ali Məclisinin Sədri Heydər 
Əliyev Azərbaycanın  bütövlüyü,  onun  bölünməzliyi haq-
qında  qətiyyətli fikirlər söyləmiş,  “Naxçıvan  MR  Azər-
baycan 
Respublikasının tərkib hissəsidir” kimi fikirləri ilə 
Az
ərbaycan xalqını birliyə və milli razılığa səsləmişdi. 
H
əmin ictimai-siyasi cəhətdən gərgin və  taleyüklü 
günl
ərdə Naxçıvan MR Ali Məclisinin Naxçıvanda Müda-
fi
ə  Komitəsinin  yaradılması  ilə  bağlı  sentyabrın  7-də 
q
əbul etdiyi qərar 
[
20, v. 74-76
]  muxtar  respublikanın
 
düşmən təcavüzündən mütəşəkkil və nizamlı müdafiəsinin 
t
əşkili üçün vaxtında atılmış çox mühüm addım idi. 
1991-
ci il  oktyabrın 18-də Azərbaycan Respublikası 
Ali Sovetinin q
əbul etdiyi  ”Azərbaycan  Respublikasının 
 
74 

dövl
ət müstəqilliyi haqqında” Konstitusiya Aktı elan edil-
miş müstəqilliyin konstitusion-hüquqi əsaslarının yaradıl-
ması  baxımından  zəruri və  mühüm bir tarixi sənəd idi. 
Heyd
ər  Əliyev  “Həyat” qəzetinin  redaksiyasına  bu tarixi 
hadis
ə  ilə  bağlı  göndərdiyi  teleqramda  xalqı  bu  münasi-
b
ətlə  təbrik  edirdi:  “Naxçıvan  Muxtar  Respublikasının 
əhalisi 1991-ci il oktyabrın  18-də  Azərbaycan Respubli-
kası Ali Sovetinin sessiyasında qəbul edilmiş “Azərbaycan 
Respubli
kasının dövlət müstəqilliyi haqqında” Konstitusi-
ya Aktı münasibətilə bütün Azərbaycan xalqını təbrik edir 
v
ə  bunu tarixi hadisə  kimi qəbul  edir... Biz bu gün 
xoşbəxtik ki, nəhayət, Azərbaycan  Respublikasının  ali 
hakimiyy
ət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin 
h
əyata keçirilməsi üçün ilk addımlar  atıbdır.  Azərbaycan 
xalqı  tam  əmin ola bilər  ki,  naxçıvanlılar  milli  azadlıq 
h
ərəkatı  uğrunda mübarizəni daha əzmlə  davam etdirə-
c
əklər” 
[
105, 1991, 23 oktyabr
]
.  
Heyd
ər  Əliyev  özünün milli birlik və  həmrəyliklə 
bağlı  ideyalarını  da  inkişaf  etdirir  və  bu  birliyin  yalnız 
ölk
ə  hüdudları  daxilində  deyil, habelə  bütün dünyada 
yaşayan  milyonlarla  azərbaycanlının  simasında  təcəssüm 
etdirilm
əsini zəruri  sayırdı.  Bu  məqsədlə  onun təşəbbüsü 
il
ə  1991-ci  il  dekabrın  16-da  Naxçıvan  MR  Ali  Məclisi 
“31 dekabr dünya Az
ərbaycan türklərinin həmrəylik və 
birlik günü” haqqında qərar qəbul etdi 
[
129, s. 271-274
]

Bu q
ərarla “sərhəd hərəkatı” adı ilə tarixə düşmüş 1989-cu 
il  dekabr  ayının  sonlarında  Azərbaycanın  İranla  dövlət 
s
ərhədlərinin sökülməsi prosesinin milli mənafelərə uyğun 
uğurlu şəkildə tarixiləşdirilməsi həyata keçirildi. 
Az
ərbaycan  Respublikası  1992-ci ilə  müstəqil 
dövl
ət kimi qədəm qoysa da, respublikada gedən 
hakimiyy
ət  çarpışmaları  Xocalı  soyqırımına  daxili  zəmin 
 
75 

yara
dır,  Şuşa  və  Laçının  ermənilər tərəfindən daha 
asanlıqla işğal edilməsinə yol açırdı. May ayının əvvəllə-
rind
ən erməni  silahlı  birləşmələrinin  Naxçıvana  da  qarşı 
irimiqyaslı  hərbi  əməliyyatlara  başladı.  Paytaxt  Bakıdan 
f
ərqli  olaraq  Naxçıvanda  xalqla  rəhbərliyin vəhdəti  düş-
m
ənə rəşadətlə sinə gərərək torpaqları qoruyub saxalmağa 
köm
ək etdi. Bu dövrdə  məhz Heydər  Əliyevin  siyasi 
bacarığı,  uğurlu  diplomatik  gedişləri və  Türkiyə  Cüm-
huriyy
əti ilə yaratdığı əlaqələr Ermənistanın hərbi təcavü-
zünü dünya ictimaiyy
ətinin pisləməsinə,  Naxçıvanın  isə 
xi
lasına səbəb oldu. 
1992-
ci il Naxçıvan MR üçün də çox mürəkkəb və 
m
əsuliyyətli il idi. Bu dövrdə Ali Məclisin Sədri Heydər 
Əliyevin rəhbərliyi ilə  Naxçıvanın  müdafiəsi, sosial-
iqtisadi v
ə  ictimai-siyasi vəziyyətinin  yaxşılaşdırılması 
sah
əsində  bir  sıra mühüm  addımlar  atılmışdı.  Qonşu 
Türkiy
ə ilə İrana olan səfərləri və həmin səfərlər zamanı 
imzalanan iqtisadi-m
ədəni əməkdaşlıq barədə protokollar, 
Araz  çayı  üzərində  Azərbaycanla  (Naxçıvanla)  Türkiyə 
arasında  Sədərək-Dilucu  “Ümid  körpüsü”nün  açılması 
[
20, v. 65-66
]
,  iki  qardaş  ölkə  arasında  əlaqələrin uzun 
ill
ərdən sonra bərpa edilməsi sonrakı mərhələdə Naxçıva-
nın  yalnız  iqtisadi həyatında  deyil,  həmçinin siyasi 
h
əyatında da müstəsna rol oynayırdı. 
 
Naxçıvan MR Ali Məclisinin 1992-ci il aprelin 6-
da keçiril
ən  sessiyası  iqtisadi  sahədə  islahat xarakterli 
prosesl
ər  baxımından  maraq  doğurur.  Sessiyada “Zərərlə  
işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işlə-
y
ən kolxoz və  sovxozların  ictimai mal-qarasının  özəlləş-
dirilm
əsi  haqqında”  qərarlar qəbul edilmişdi. Novator 
dövl
ət xadimi olan Heydər  Əliyevin  siyasi  uzaqgörənliyi 
il
ə atılmış bu addım Azərbaycanda yeni dövrün tələblərinə 
 
76 

uyğun  və  bu gün aparılan  iqtisadi  islahatların  başlanğıc 
m
ərhələsi oldu 
[
214, s. 83
]

1992-ci ild
ə  Azərbaycanda hakimiyyət dəyişikliyi 
baş  verdi.  Xalqın  təhlükəsizliyinin təmin edilməsində 
birbaşa məsuliyyət daşıyan prezident A.Mütəllibov Xocalı 
faci
əsindən sonra,  xalqın  və  siyasi qüvvələrin ciddi 
t
əzyiqləri  altında  martın  6-da istefaya getməyə  məcbur 
oldu. May ayının 14-də onun yenidən hakimiyyətə qayıt-
maq c
əhdi də  iflasa  uğradı.  Şuşanın  işğalından  sonra 
mövcud  iqtidarın  xalqın  arasında  tam  nüfuzdan  düşməsi 
il
ə  Bakıda  siyasi  mövqeyi  güclənən Azərbaycan Xalq 
C
əbhəsi-Müsavat birliyi Heydər Əliyevin Azərbaycan Ali 
Sovetinin s
ədri seçilməsi ilə bağlı bütün təşəbbüsləri süni 
şəkildə  boğaraq  parlament  sədri vəzifəsini  ələ  keçirdi. 
Düşmənin cəbhə  bölgəsində  aktiv  hərbi  əməliyyatlar 
keçir
ərək  Laçın  rayonunu  işğal  etdiyi  gündə  paytaxt 
Bakıda siyasi qüvvələr hakimiyyət məsələsi uğrunda mü-
bariz
ə aparırdılar. Məhz həmin gün, mayın 18-də Müsavat 
partiyasının sədri İ.Qəmbərov Ali Sovetin sədri, 1992-ci il 
iyunun 7-d
ə keçirilən prezident seçkilərində isə AXC sədri 
Ə.Elçibəy prezident seçildi. Azərbaycanın  əvvəlki kom-
munist rejiminin Heyd
ər  Əliyevə  qarşı  mənfi münasibəti 
il
ə  səciyyələnən siyasətini davam etdirən yeni siyasi 
iqtidar da prezident seçkil
ərində iştirakla bağlı yaş senzini 
aradan  qaldırmadığından  Heydər  Əliyevin  seçkilərdə 
iştirakı mümkün olmadı.  
Az
ərbaycanın  yeni  siyasi  iqtidarı  sələfindən daha 
da ir
əli gedərək  Naxçıvan  MR-də  dövlət  çevrilişi  hazır-
ladı. 1992-ci il oktyabrın 24-də AXC Naxçıvan vilayət və 
Ordubad rayon şöbələrinin 300 nəfərdən ibarət qanunsuz 
silah
lı  dəstələri 
[
156, s. 99
]
  bilavasit
ə  Azərbaycan 
Respublikasının o zamankı daxili işlər naziri İ.Həmidovun 
 
77 

göst
ərişi  və  dəstəyi ilə  Naxçıvan  MR  Daxili  İşlər Nazir-
liyini, Dövl
ət Tele-Radio Şirkətinin inzibati binalarını zəbt 
ed
ərək  Naxçıvanda  hakimiyyət  çevrilişi  haqqında  bəya-
natla çıxış etdilər. Qiyamçıların başlıca məqsədi Naxçıvan 
MR Ali M
əclisinin  binasını  ələ  keçirməklə  Heydər 
Əliyevi hakimiyyətdən  uzaqlaşdırmaq  idi.  İ.Həmidov 
h
ətta  bir qədər də  irəli gedərək Heydər  Əliyevin  fiziki 
c
əhətdən məhv ediləcəyi ilə  bağlı  fikirlər də  səsləndir-
mişdi. Lakin Naxçıvan əhalisi özünün seçdiyi qanuni haki-
miyy
ətin müdafiəsinə qalxdı və Heydər Əliyevin başçılığı 
altında  elə  həmin  gün  qiyamçılar  tutduqları  inzibati 
binalardan qovuldular. 
24  oktyabr  çevrilişinə  şəxsən  daxili  işlər naziri 
İ.Həmidovun  başçılıq  etməsi, həmin həyəcanlı  günlərdə 
Heyd
ər Əliyevin Azərbaycan prezidentinə və parlamentin 
s
ədrinə AXC-nin Naxçıvandakı qanunsuz əməlləri barədə 
d
əfələrlə  etdiyi telefon zənglərinə  etinasız  yanaşılması 
sübut  edirdi  ki,  Naxçıvanda  həyata keçirilən  bu  çevriliş 
c
əhdi ölkənin ali rəhbərliyi tərəfindən müdafiə olunur.  
1992-
ci il oktyabrın 25-də keçirilən Naxçıvan MR 
Ali M
əclisinin fövqəladə sessiyasında dövlət çevrilişi cəh-
di q
ətiyyətlə  pisləndi və  və  ölkə  rəhbərliyindən bu fakta 
hüquqi-siyasi qiym
ət verilməsi və  AXC-nin qanunsuz 
silahlı dəstələrinin buraxılması tələb edildi 
[
76, s. 37
]
, 24 
oktyabr hadis
ələri dövlət çevrilişinə cəhd kimi qiymətlən-
dirildi. Ali M
əclisin həmin gün qəbul etdiyi qərarda deyi-
lirdi: “Muxtar respublika 
əhalisinin iradəsini ifadə edərək 
Ali M
əclis Naxçıvan Muxtar Respublikasının konstitusiya 
hüquqlarının sarsılmazlığını bəyan edir və onların pozul-
masına  cəhd göstərənlərin hamısına  məsuliyyətləri haq-
qında xəbərdarlıq edir” 
[
129, s. 414
]

Bel
ə bir şəraitdə Azərbaycan siyasi mühitində yeni 
 
78 

siyasi qüvv
əyə, ölkənin problemlərinin həllini aydın görən 
v
ə  bu problemləri həll etmək  iqtidarında  olan  partiyaya 
ehtiyac duyulurdu. Ölk
ədəki siyasi qüvvələrin və  az-çox 
tanınan  siyasətçilərin müxtəlif kiçik partiyalarda təmsil 
olunduğunu  nəzərə  alsaq, belə  bir  partiyanın  Heydər 
Əliyevin rəhbərliyində və onun ətrafında yaranacağı şübhə 
doğurmurdu. Bu, həm də xalqdan və geniş ictimai təbəqə-
l
ərdən gələn, həyata keçirilməsi zərurətə  çevrilmiş  ciddi 
v
ə qaçılmaz sosial sifariş idi.  
Bu  sifarişin  həyata keçirilməsi istiqamətində  ilk 
addım ölkənin 91 nəfər ziyalısının Yeni Azərbaycan Parti-
ya
sının  yaradılması  və  ona rəhbərlik etməsi  xahişi  ilə 
1992-
ci il oktyabrın 16-da “Səs” qəzetində Naxçıvan MR 
Ali M
əclisinin Sədri Heydər  Əliyevə  “Azərbaycan Sizin 
sözünüzü gözl
əyir” adlı müraciəti oldu. Səkkiz gün sonra, 
oktyabrın  24-də  elə  həmin mətbu orqanda Heydər 
Əliyevin müraciətə  müsbət  cavabı  dərc edildi. Ölkənin 
taleyind
ən ciddi narahatlıq keçirən böyük lider cavabında 
Az
ərbaycanın  qarşısında  duran  həlli vacib və  təxirəsa-
lınmaz olan problemləri sadalayır və yeni yaranacaq parti-
yanın həmin problemlərin həlli ilə məşğul olmasını zəruri 
sayırdı.  
Bel
əliklə,  yaradılan  bütün maneələrə  baxmayaraq 
1992-
ci  il  noyabrın  21-də  Naxçıvan  şəhərində  Azərbay-
canın  müxtəlif  regionlarından  gəlmiş  nümayəndələrin 
iştirakı ilə Yeni Azərbaycan Partiyasının (YAP) təsis kon-
fran
sı  keçirildi.  YAP-ın  Proqram  və  Nizamnaməsi qəbul 
edildi, Heyd
ər  Əliyev  açıq  səsvermə  yolu ilə  partiyanın 
s
ədri seçildi. Konfransda qəbul edilən bəyanatda deyilirdi: 
“Yeni Az
ərbaycan Partiyası parlament tipli siyasi partiya 
olub, qanunun aliliyi, hamının qanun qarşısında bərabərli-
yi, dövl
ət və  vətəndaşın  qarşılıqlı  məsuliyyəti və  konsti-
 
79 

tusiya il
ə təsbit edilmiş normalara hörmət edilməsi prinsi-
pini 
əldə rəhbər tutur” 
[
129, s. 513
]

YAP-
ın  Azərbaycanın  müstəqillik tarixində  ən 
böyük mis
siyası Azərbaycanın ən ağır, faciəli günlərində, 
onun taleyi, ölüm-dirim m
əsələsi həll olunduğu bir vaxtda 
xalqla,  geniş  kütlə  ilə  onun yeganə  nicatı  olan  Heydər 
Əliyev  arasında  körpü  salmasında,  “Heydər-xalq, xalq-
Heyd
ər” birliyinin  təminatçısına  çevrilməsində  idi. 
Dövl
ətçiliyimizin  qorunmasında  və  möhkəmləndirilmə-
sind
ə, yeni iqtisadi münasibətlərin  formalaşdırılmasında, 
ictmai-siyasi sabitliyin b
ərqərar  olmasında,  demokratik 
c
əmiyyət  quruculuğunda  YAP  və  onun lideri Heydər 
Əliyev böyük rol oynadı. 
1993-cü ilin may-
iyun aylarında Gəncədə qiyamçı 
polkovnik S.Hüseynovun qanunsuz 
əməlləri və ona qarşı 
hökum
ət qüvvələrinin həyata keçirdiyi qeyri-peşəkar və 
qan tökülm
əsi ilə  nəticələnən hadisələr Azərbaycan 
dövl
ətçiliyini məhvolma təhlükəsi, cəmiyyəti isə vətəndaş 
müharib
əsi ilə  üz-üzə  qoydu. Belə  bir vəziyyətdə  siyasi 
iqtidara inamını itirmiş xalq bütün ümidini Naxçıvan MR 
Ali M
əclisinin Sədri Heydər  Əliyevə  bağlamışdı.  Artıq 
özünün  yaratdığı  siyasi  anarxiyanın  və  real hərbi təhdid-
l
ərin girovuna çevrilən  o  zamankı  iqtidar  da  özünün  və 
ölk
ənin  xilası  üçün,  cəmi bir il əvvəl hər vasitə  ilə 
hakimiyy
ətə  gəlməsinə  böyük  əngəllər törətdiyi Heydər 
Əliyevə  müraciət etməkdən  başqa  çarə  görmürdü. 
Bel
əliklə, prezident Ə.Elçibəyin xahişi və dəvəti ilə 1993-
cü il iyunun 9-da Heyd
ər  Əliyev  Naxçıvandan  Bakıya 
getdi 
[
128, s. 777
]

G
əncəyə  səfər edərək  baş  vermiş  hadisə  və 
n
əticələri barədə  yerində  məlumat alan Heydər  Əliyev 
1993-
cü  il  iyun  ayının  15-də  Azərbaycan parlamentinin 
 
80 

iclasında böyük səs çoxluğu ilə Azərbaycan Respublikası 
Ali Sovetinin S
ədri  seçildi.  İyunun  17-dən 18-ə  keçən 
gec
ə  Prezident  Ə.Elçibəy naməlum  şəraitdə  paytaxt 
Bakını  tərk edərək  doğulduğu  Naxçıvan  MR-in Ordubad 
rayonunun K
ələki kəndinə getdi. Nə qədər qəribə olsa da, 
milli dövl
ətçiliyimiz üçün son dərəcə  taleyüklü anda 
paytaxtı  tərk edən dövlət  başçısı  Kələki kəndindən guya 
ölk
əni idarə  etdiyi barədə  məsuliyyətsiz bəyanatla  çıxış 
etdi. Lakin artıq bu siyasi avantüraya vaxt itirmək məqamı 
olmadığından  1993-cü  il  iyun  ayının  24-də  Milli Məclis 
630 №li qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 
s
əlahiyyətlərinin  icrasını  Ali  Sovetin  Sədrinə  həvalə  etdi 
[
135, s. 438
]
. 1993-
cü  ilin  oktyabrın  3-ə  təyin olunan 
növb
ədənkənar prezident seçkilərində  çox böyük səs 
çoxluğu  ilə  Heydər  Əliyev  Azərbaycan  Respublikasının 
Prezidenti seçildi. Bununla da milli dövl
ətçiliyimizin 
xilası,  müstəqilliyimizin möhkəmləndirilməsi və  inkişafı 
prosesi başlandı. 
1997-
ci  il  iyul  ayının  27-də  Milli Məclis  xalqın 
müxt
əlif zümrələrinin, minlərlə  seçicinin müraciətlərini, 
arzu v
ə istəklərini nəzərə alaraq görkəmli siyasi və dövlət 
xadimi Heyd
ər  Əliyevin  respublikada  hakimiyyətə  qayıt-
dığı 15 iyun gününün Azərbaycan xalqının Milli Qurtuluş 
Günü elan edilm
əsi barədə qərar qəbul etdi 
[
147,  s.  5-6
]

Bu q
ərar Azərbaycanın böyük oğlu, görkəmli siyasi xadim 
Heyd
ər Əliyevə ümumxalq məhəbbətinin parlaq təzahürü 
idi.     
90-
cı  illərin  ortalarında  Azərbaycan  Respublikası, 
habel
ə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan dövlət 
quruculuğu sahəsində  keyfiyyətcə  yeni mərhələyə qədəm 
qoydu. Prezident Heyd
ər  Əliyevin  sədrliyi ilə  1995-ci il 
iyun 
ayının  2-də  Konstitusiya Komissiyası  yaradıldı. 
 
81 

Komissiya Az
ərbaycan Respublikasının Konstitusiyasının 
layih
əsini hazırlayıb 1995-ci il oktyabrın 15-də ümumxalq 
müzakir
əsinə  verdi. Müstəqil Azərbaycan dövlətinin ilk 
Konstitusiyası 1995-ci il noyabr ayının 12-də referendum 
yolu il
ə  qəbul olundu. Azərbaycan  Respublikası  Konsti-
tusiyası  Naxçıvan  Muxtar  Respublikasına  Azərbaycanın 
t
ərkibində muxtar dövlət statusu verdi 
[
77, s. 54
]

Az
ərbaycan Respublikasının yeni Konstitusiyasının 
VIII f
əsli Naxçıvan Muxtar Respublikasına həsr edildiyinə 
gör
ə,  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 23 
dekabr 1995-ci il tarixli q
ərarı ilə yeni Konstitusiya layi-
h
əsini hazırlayan Komissiya yaradıldı. Komissiya muxtar 
respublikanın  yeni  Konstitusiya  layihəsini  hazırlayaraq 
Az
ərbaycan  Respublikasının  yeni  Konstitusiya  layihəsini 
hazırlayan Komissiyaya təqdim etdi. Konstitusiya layihəsi 
üz
ərində  3 ilə  yaxın  müxtəlif səviyyələrdə  müzakirələr 
getdi. N
əhayət, qanunvericiliyə  uyğun  olaraq  1998-ci il 
iyunun  30-u v
ə  dekabrın  29-da iki dəfə  Azərbaycan 
Respublikasının  Milli  Məclisi tərəfindən təsdiq olunan 
Naxçıvan  MR  Konstitusiyası  elə  həmin gün Azərbaycan 
Respublikasının  Prezidenti  tərəfindən  imzalandı 
[
10, 
1998, 30 dekabr

v
ə  1999-cu  il  yanvar  ayının  8-də  nəşr 
olunaraq qüvv
əyə mindi.  
Az
ərbaycan  Respublikasının  Prezidenti  olduğu 
ill
ərdə  Heydər  Əliyev  Naxçıvana xüsusi münasibət 
b
əsləyir və  muxtar  respublikanın  hərtərəfli  inkişafı  üçün 
z
əruri diqqət və qayğı göstərirdi. Onun dövlət başçısı kimi 
Naxçıvana  ilk  səfəri 1996-cı  ilin  oktyabrında  baş  tutdu. 
Naxçıvanda  həmişəki kimi böyük məhəbbət və  hərarətlə 
qarşılanan  Heydər  Əliyev  Naxçıvana  olan  münasibətini 
bel
ə açıqlamışdı: ”Məni naxçıvanlılara bağlayan təkcə bu 
torpaqda  doğulmağım,  böyüyüb  həyata  atılmam  deyil, 
 
82 

h
əm də muxtar respublika üçün ağır dövrdə – 1990-1993-
cü ill
ərdə  onlarla bir yerdə  yaşamam,  Naxçıvanı  birgə 
qorumam idi” 
[
58, VII c., 1998, s. 477
]

S
əfər  zamanı  böyük  Azərbaycan  şairi  və  drama-
turqu H.Cavidin m
əzarı  üzərində  tikilmiş  məqbərənin 
açılışında  iştirak  edən Prezident Heydər  Əliyev ictimaiy-
y
ətin nümayəndələri,  əsgər və  zabitlərlə, Ali Məclisin 
üzvl
əri ilə görüşlər keçirdi. Muxtar respublikanın ictimai-
siyasi, iqtisadi, m
ədəni həyatı ilə yaxından maraqlandı və 
öz tövsiy
ələrini verdi. O, bu səfəri zamanı Azərbaycanın 
dövl
ətçiliyi istiqamətində  həyata keçirilən tədbirlərdə 
Naxçıvanın  həmişə  öncül yerlərdə  olduğundan  bəhs 
ed
ərək deyirdi: “Naxçıvan Muxtar Respublikası Azərbay-
canın  ayrılmaz  bir  hissəsi  kimi  milli  azadlıq  uğrunda, 
dövl
ət müstəqilliyimiz uğrunda gedən mübarizədə həmişə 
ön  sırada  olmuş,  təşəbbüskar  olmuşdur.  Azərbaycanda 
dövl
ət müstəqilliyi,  milli  azadlıq  yolunda  gedən 
mübariz
ənin  dayağı  olmuşdur  və  bu gün də  dayağıdır, 
g
ələcəkdə də belə olacaqdır” 
[
109, 1996, 1 noyabr
]
.  
Naxç
ıvanda  səfərdə  olarkən Heydər  Əliyev  İran 
İslam  Respublikası  Prezidentinin birinci müavini doktor 
H
əsən Həbibi ilə görüşmüş və Naxçıvan Muxtar Respub-
likasının problemlərinin həlli ilə bağlı məsələləri müzakirə 
etmişdi 
[
204, s. 90
]

Heyd
ər  Əliyev  Naxçıvana bu səfəri  zamanı 
blokadanın ən ağır dövründə özünün də burada yaşadığını, 
h
əmin məşəqqətli günlərin çətinliyini və  xalqla rəhbər-
liyin, özünün birlikd
ə, torpağa, vətənə dərin məhəbbət və 
s
ədaqət hissi bəsləyərək bütün çətinliklərə  sinə  gərdiyi 
keçmiş günləri xatırlayaraq deyirdi: “Bəli, günlər vardı ki, 
biz h
əftələrlə elektrik enerjisindən məhrum olurduq. Gecə 
saat ikiy
ə-üçə  qədər  iş  otağımızda  az  işıq  verən neft 
 
83 

lampası  ilə  oturub  işləyirdim,  bunu  hamı  bilirdi.  Evlərə 
elektrik, istilik verm
ək üçün heç bir imkan yox idi. İnsan-
lar h
əqiqətən donurdular. Bizim bir çox müşavirələrimiz, 
h
ətta Ali Məclisin sessiyaları qış vaxtı keçiriləndə insanlar 
paltoda, papaqda otururdular, çünki v
əziyyət həqiqətən 
çox  ağır  idi.  Amma  yenə  də  deyirəm,  naxçıvanlıların 
dözümlülüyü  hamımızı  bu  vəziyyətdən  çıxartdı.  O  illər 
bir-birimiz
ə sədaqətimizi sübut etdik. Siz sübut etdiniz ki, 
öz torpağınıza, xalqınıza, millətinizə, müqəddəs, müstəqil 
Az
ərbaycana sədaqətlisiniz və mənim də həm Azərbaycan 
xalqına, həm də Azərbaycan torpağına, həm də Naxçıvana 
s
ədaqətimin şahidi oldunuz” 
[
10, 1996, 2 noyabr
]

Naxçıvanın  muxtariyyət statusuna həmişə  böyük 
əhəmiyyət verən Prezident Heydər Əliyev 1999-cu il fev-
ralın 4-də “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin 
keçirilm
əsi haqqında”  fərman,  fevralın  12-də  isə  “Nax-
çıvan  Muxtar  Respublikasının  75  illik  yubileyi  üzrə 
Dövl
ət  Komissiyasının  tədbirlər  planı  haqqında”  Sərən-
cam  imzaladı.  Sərəncamda  deyilirdi:  “Naxçıvan  Muxtar 
Respublikasının 75 illiyinə həsr edilmiş elmi-praktik kon-
fransla
rın, yaradıcılıq ittifaqlarının, yubiley sessiyalarının, 
Naxçıvana həsr olunmuş musiqi və rəngkarlıq əsərlərindən 
ibar
ət festival və sərgilərin keçirilməsi, “Naxçıvan statisti-
ka güzgüsünd
ə” tarixi-statistik məcmuəsinin hazırlanması 
v
ə  nəşri  nəzərdə  tutulmuşdur...” 
[
208, 1999, 13 fevral
]

1999-cu ild
ə  Naxçıvan  Muxtar  Respublikasının  təşkil 
edilm
əsinin 75 illiyi ilə əlaqədar Bakı şəhərində, müxtəlif 
rayonlarda t
ədbirlər, elmi konfranslar keçirildi. 
Heyd
ər  Əliyev  Naxçıvan  MR-nın  75  illiyi müna-
sib
əti ilə keçirilən dövlət tədbirlərində iştirak etmək üçün 
1999-
cu il oktyabr ayının 10-da Naxçıvana gəldi. Naxçı-
vanda  “Kazım  Qarabəkir Paşa  məscidi”nin,  Naxçıvan 
 
84 

Dövl
ət Universitetinin yeni tədris korpusunun, Tədris-
ticar
ət mərkəzinin,  C.Naxçıvanski  adına  Hərbi liseyin 
Naxçıvan  filialının,  C.Məmmədquluzadənin ev muzeyi-
nin, akademik Z
ərifə  Əliyeva  adına  Naxçıvan  şəhər 
poliklini
kasının  və  digər yeni müəssisələrin  açılışında 
iştirak  və  çıxış  etdi.  Heydər  Əliyev  çıxışlarında  Naxçı-
vanın tarixinə və inkişafı məsələlərinə toxunaraq deyirdi: 
“Doğrudur,  75  il  ərzində  quruculuq  işində  Naxçıvanın 
ç
ətinlikləri də  çox olubdur. Bir çox illərdə  Azərbaycan 
r
əhbərliyi tərəfindən  Naxçıvana  ögey  münasibət olubdur. 
Amma bunların hamısına baxmayaraq, Naxçıvan yaşayıb, 
Naxçıvan inkişaf edibdir. Hər halda, 1969-cu ildən sonra 
Naxçıvanda,  bir  şəhərdə  yox, Naxçıvan Muxtar Respub-
likasının  bütün  ərazisində  aparılmış  quruculuq  işləri, 
inşaat, tikintilər, yaradılmış binalar, qəsəbələrin, şəhərlərin 
simasının dəyişməsi buna əyani sübutdur. 
Ancaq 1988-ci ild
ə  Ermənistanın  Azərbaycana 
t
əcavüzü başlayandan Naxçıvanın da ağır günləri başladı... 
O ağır illəri bir yerdə keçirdik. Çünki mən öz doğma tor-
pağımda,  öz  həmvətənlərimlə  birlikdə  Naxçıvanın  qoru-
nub 
saxlanması  uğrunda  mübarizə  apardıq  və  bu müba-
riz
ədə də biz qalib gəldik” 
[
58, ХХII c., 2007, s. 174
]

1999-
cu il oktyabrın 12-də muxtar respublikanın 75 
illiyin
ə  həsr  olunmuş  təntənəli yubiley  iclası  keçirildi. 
Heyd
ər Əliyev həmin iclasda geniş məzmunlu nitq söylədi 
v
ə  bildirdi ki: ”Son illər  Naxçıvanın  həyatında  böyük 
d
əyişikliklər  əmələ  gəlibdir. Baxmayaraq ki, elektrik 
enerjisi çatmır, qaz yoxdur. Bakı ilə əlaqələr məhduddur. 
Bütün bunlara baxmayaraq Türkiy
ə  ilə,  İranla  əlaqələr 
genişdir. Xüsusən  naxçıvanlıların öz fədakarlığı, işgüzar-
lığı hesabına Naxçıvan yaşayır, inkişaf edir və Naxçıvanda 
quruculuq prosesi gedir” 
[
130, s. 150
]
.  
 
85 

Heyd
ər Əliyev 1990-cı illərin əvvəllərində ölkədəki 
k
əskin və  mürəkkəb ictimai-siyasi  şəraitdə  Naxçıvanda 
q
əbul edilmiş tarixi qərarlara münasibət bildirərək deyirdi: 
“Yanvarın  19-da  Naxçıvan  Muxtar  Respublikasının  Ali 
Soveti yığışdı, iradə göstərdi və Naxçıvan Muxtar Respub-
likasının  SSRİ-nin tərkibindən  çıxması  haqqında qərar 
q
əbul etdi. Bu, təsadüfi hal deyildi. Bu, Naxçıvanda milli 
ruhun, müst
əqilliyə  bağlılığın,  müstəqillik  üçün  çalışma-
ğın,  azad  olmağın  rəmzi idi. 1991-ci  ilin  mart  ayında 
Az
ərbaycanda  sessiya  keçirilirdi  ki,  Sovet  İttifaqı  saxla-
nılsın,  ya  saxlanılmasın...  Naxçıvan  Muxtar  Respublikası 
Az
ərbaycanın  yeganə  bölgəsidir  ki,  SSRİ-nin saxlanması 
il
ə  əlaqədar 17 mart 1991-ci ildə  keçirilən referendumda 
iştirak etmədi... Ona görə də Naxçıvanda müstəqil qərarlar 
q
əbul edilirdi” 
[
58, ХХII c., 2007, s. 203-206
]

Prezident Heyd
ər  Əliyevin  Naxçıvana  növbəti 
s
əfəri 2002-ci il iyunun 15-də  oldu.  O,  Naxçıvanda 
Olimpiya-
idman kompleksinin açılışında, “N” saylı hərbi 
hiss
ədə  keçirilən mərasimdə  iştirak  etdi,  C.Naxçıvanski 
adına  Hərbi  liseyin  Naxçıvan  filialında  müdavimlərlə 
görüşdü.  İyunun  17-də  Heydər  Əliyev  Naxçıvan  MR-da 
yerl
əşən hərbi hissələrin komandirləri ilə  müşavirə 
keçirdi, bir gün sonra is
ə  görkəmli Azərbaycan rəssamı 
B
əhruz Kəngərlinin xatirəsinə  yaradılmış  muzeyin  açılış 
m
ərasimində iştirak və çıxış etdi. 
Heyd
ər  Əliyev  2002-ci il avqust  ayının  10-da 
Naxçıvana  həmin ildə  ikinci, ümumiyyətlə  isə,  Prezident 
kimi dördüncü d
əfə səfər etdi. Avqustun 11-də o, Şahbuz 
rayon ictimaiyy
əti ilə görüşdü, onlar qarşısında çıxış etdi. 
Az
ərbaycan  Respublikası  Prezidentinin  avqustun  7-də 
AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında imza-
ladığı Sərəncamla bağlı avqustun 12-də Naxçıvan MR Ali 
 
86 

M
əclisində  keçirilən  müşavirədəki  çıxışında  Heydər 
Əliyev  blokada  şəraitində  yaşayan  Naxçıvanın  inkişafın-
dan danışaraq deyirdi: “...Naxçıvanda inkişaf Azərbayca-
nın  başqa  bölgələrindən heç də  aşağı  səviyyədə  deyil, 
b
əlkə də yuxarıdır. Bu da çox sevindiricidir” 
[
10, 2002, 13 
avqust
]
.  
Bu s
əfər zamanı muxtar respublika üçün son dərəcə 
böyük 
əhəmiyyət  daşıyan  Naxçıvan  Hava  Limanının 
yenid
ən qurulması  məsələsi müzakirə  edildi və  bu  işin 
2003-cü ilin sonunad
ək  başa  çatdırılması  qərara  alındı. 
Avqustun 12-d
ə Vayxır su anbarında əsaslı yenidənqurma 
v
ə  bərpa  işlərinin  gedişi  ilə  yaxından  tanış  olan 
Az
ərbaycan Prezidenti iki gün sonra 14-də Sədərək, Şərur 
v
ə Babək rayonlarının sakinləri ilə görüşlər keçirdi. 
Bu s
əfərlərdən də göründüyü kimi, Heydər Əliyev 
Az
ərbaycan Respublikasının  Prezidenti  olduğu  1993-
2003-cü ill
ərdə  Naxçıvana  böyük  qayğı  ilə  yanaşmış, 
muxtar  respublikanın  siyasi-hüquqi, sosial-iqtisadi, elmi-
m
ədəni cəhətdən yüksəlişi  və  tərəqqisi yolunda mühüm 
q
ərarlar qəbul etmiş, ardıcıl tədbirlər həyata keçirmişdir.  
 
 
 
 
 
 
Yüklə 20,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin