Fənn: Qida fiziologiyası Tərtib etdi: müəl., b.ü. f d. Babaşli a.Ə



Yüklə 16,49 Mb.
Pdf görüntüsü
tarix01.01.2017
ölçüsü16,49 Mb.
#4084

Fənn:

Qida fiziologiyası

Tərtib etdi:

müəl., b.ü.f.d. BABAŞLI A.Ə.

MÜHAZİRƏ

14.

TƏDRIS



SƏHIYYƏ

OCAQLARINDA

KÜTLƏVI IAŞƏNIN TƏŞKILININ FIZIOLOJI ƏSASLARI

Plan 

Uşaqların qidalanması

Tələbələrin qidalanması


1. Uşaqların qidalanması

İnsanın uşaqlıq dövrü üçün intensiv böyümə və boyatma prosesləri

xarakterikdir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı

ən vacib şərtlərdən biridir. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti,

intellekti və aktiv hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri

zənginləşir, mühit-amillərinin qeyri-əlverişli təsirlərinə reaksiyaları

zənginləşir. Bir sözlə, uşaq orqanizminin böyümə və fəallığı yaşadığı

mühitə adaptasiyası və ona müdaxiləsinin, qurulma və energetik

proseslərinin yüksək səviyyələrdə həyata keçməsini tələb edir. Ona görə

də uşaqlıq dövründə rasional qidalanma bütün digər amillərdən daha

böyük əhəmiyyətlisi sayılır. Qeyd olunduğu kimi, uşaq orqanizmində,

əsas mübadilə və enerji məsrəfləri xeyli böyükdür, bu da əsas etibarilə

böyümə, bədən kütləsinin artması, əzələ işinin fəallaşması ilə əlaqədardır.


Uşaqlarda

assimilyator

(anabolik

sintetik)

proseslər

dissimilyator

(katabolik, deqrativ) proseslər üzərində dominantlıq edir. Erkən yaşda

orqanizmin quruluş və funksiyalarının düzgün formalaşması, həyat

fəaliyyəti üçün və digər biokimyəvi fızioloji parametrlərin təşəkkülü və

təzahürü üçün, şübhəsiz mənimsənilən qidanın əhəmiyyəti və keyfıyyəti

ilə sıx bağlıdır.

Böyüməkdə olan uşaq orqanizminin rasional qidalanmaya olan tələbləri,

yeniyetmə və ya yaşlı dövrlərdəki insan orqanizminin qidaya olan

tələblərindən xeyli fərqlənir. Bu tələblərin yerinə yetirilməməsi onun

böyümə və inkişafının pozulmasına səbəb olur. Ona görə də uşaqlıq

dövrü üçün qidalanma rasionlarının düzgün tərtib edilməsi sağlamlıq

nöqteyi-nəzərindən həmişə aktual məsələ olub və olaraq da qalır.

Qeyd edildiyi kimi, böyüyən orqanizmin toxuma və hüceyrələri,

orqanları və bütövlükdə bədənin qurulması və fəaliyyəti üçün zülallar

xüsusi əhəmiyyətə malikdirlər.



Uşaq orqanizminin zülala olan ehtiyaclarının düzgün müəyyən edilməsi

olduqca vacibdir, çünki, zülali maddələr tikinti və enerji materialı

olmaqla yanaşı, funksiyaların əsas daşıyıcısıdır. Orqanizmin azot balansı

kimi mühüm istiqamət göstəricisi də əsasən zülal və aminturşuların

mənimsənilməsi ilə əlaqədardır.

Qida rasionunda zülal çatışmazlığı və ya zülala görə qidanın az dəyərliyi

uşaq dietoloqlarını qayğılandıran əsas məsələlərdən biridir. Bu məsələnin

əhəmiyyəti ondan irəli gəlir ki, orqanizmdə zülal ehtiyatları olmur.

Zülallar orqanizmin böyümə fazasında yeni toxuma və hüceyrələrin

formalaşması üçün zəruridir. Uşağın yaşı nə qədər az olarsa, onun bədən

kütləsinin hər kiloqramı üçün bir o qədər çox zülal lazımdır. Belə ki, uşaq

orqanizminin inkişafı dövründə bədənin hər kq kütləsinə 5-5,5 q, 1-dən 3

yaşa qədər - 4,45 q, 4-dən 7 yaşa qədər 3,5-4 q, 8-dən 12 yaşa qədər - 3

q, 12-dən yuxan yaşlarda isə 2-2,5 q zülal tələb olunur. Oğlanlarda zülala

olan ehtiyac qızlardakından çoxdur. Böyüyən orqanizmdə zülalların

sintezi onların parçalanmasından üstün olduğuna görə uşaqlarda azot

balansı müsbət olur.


Zülalın optimal sutkalıq dozaları mövcuddur ki, bu dozalarda azotun

orqanizmdə maksimum saxlanması və ya retensiyası müşahidə edilir.

Məsələn: 1,5-dən 3 yaşa qədər maksimum retensiya 1 kq bədən kütləsinə

4 q zülal düşdükcə qeyd olunur. Zülalın bu normadan yuxarı artması

orqanizmdə retensiya ilə müşaiyyət olunmur. Azotun retensiyası təkcə

qidadakı zülallardan deyil, həmçinin zülal, yağ və karbohidratlar

arasındakı nisbətlərdən də asılıdır. Ən əlverişli retensiya qidada bu

maddələrin miqdarca nisbəti 1:1:4 olduğu halda müşahidə edilir. Ən

vacibi

odur


ki,

uşaqlar


qida

ilə


kifayət

qədər


əvəzolunmayan

aminturşularını ala bilsin. Məsələn: böyüm və qanın yaranmasına kömək

edən lizin aminturşusunun sutkalıq optimal miqdarı 3,2-4,8 q-a qədər,

böyümə üçün zəruri olan triptofanın miqdarı isə 1 q təşkil edir və s. 1-dən

3 yaşa qədər olan uşaqlarda qida ilə mənimsənilən zülalın 75%-ə qədəri

heyvanat mənşəli, 25%-ə qədəri isə bitki mənşəli olmalıdır.



Yaş artdıqca sutkalıq qida rasionunda heyvanat mənşəli zülalların

miqdarı getdikcə azalmalıdır. Məsələn, 5 yaşında olan uşaqlarda hər iki

növ qida zülalının miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri və

tələbələr üçün müəyyən edilən qida rasionlarında yaşlılarda olduğu kimi

heyvanat mənşəli zülallar 30, bitki zülalları isə 70%-ə yaxın olmalıdır.

Uşaqlarda karbohidrat mübadiləsi intensiv gedir və bu orqanizmin şəkərə

olan böyük tələbatları ilə əlaqədardır. Eyni zamanda böyüyən orqanizmdə

karbohid-rat-ların yağ və zülallardan əmələ gəlməsi prosesləri zəif təmsil

olunmuşdur. Adətən, 1-dən 3 yaşa qədər olan uşaqların karbohidratlara

olan sutkalıq tələbatı 183 q, 4-don 7 yaşa qədər 288 q, 8-dən 13 yaşa

kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir.

Uşaq orqanizminin yağlara olan ehtiyacı yaş çox olduqca azalır. Belə ki,

4 yaşa qədər olan dövrdə hər kq çəkiyə 3,5-4 q, məktəbəqədər və məktəb

yaşlarında isə 2,0-2,5 q yağ tələb olunur. Tədqiqatlar göstərmişdir ki, bu

zaman yağa bənzər maddələrdən fosfolipidlərin miqdarı artır. Bu halda

yaşla əlaqədar olaraq qanda xolesterinin, neytral yağların miqdarı

artmağa başlayır.


Uşaqların

müxtəlif

mineral


maddələrə

olan


tələbatları

fərqlənir, belə ki, onların qidasında Na, K və C1 az, Ca, P, N

isə nisbətən bir neçə dəfə çox olmalıdır. Uşaq orqanizminin

kalsium və fosfora olan ehtiyacları xüsusilə böyükdür, bu da

onların sümük toxumasının, skeletinin intensiv inkişafı ilə

bağlıdır. Həyatın birinci ilində kalsiuma olan tələbat ikinci

ilində olduğundan 8 dəfə artıq olur. Məktəbəqədər və məktəb

yaşlarında orqanizmin kalsiuma olan sutkalıq tələbatı 0,68-

2,36 mq/kq bədən kütləsinə bərabərdir. Qanın hemoqlobinin

tənəffüs funksiyası üçün dəmir elementi vacibdir, uşaqlarda

bu elementə sutkalıq tələbat 1-1,2 mq/kq çəki qiyməti

qədərdir.

Uşaq orqanizmində enerji sərfı yaşdan asılıdır və yaş artdıqca



onun qiyməti hər kq bədən kütləsinə görə hesablandıqda

tədricən artır. Aşağıdakı cədvəldə (cədvəl 1) uşaqlarda və

yeniyetmələrdə hər kq bədən kütləsinə görə yaşlılarla

müqayisədə sutkalıq enerji sərfınin qiymətləri verilmişdir

(V.İ.Molçanova görə).


Uşaqlarda enerjinin böyük hissəsi böyümə prosesinə sərf olunur. Bu

mənada yaş nə qədər kiçik olarsa, onun enerji məsrəfı də bir o qədər

yüksəkdir. Məsələn: 3 aylıq körpənin orqanizmi onda əmələ gələn

enerjinin 30%-ə qədərini, 9 aylıq uşaqda isə 21%-ə qədərini böyümə

prosesinə sərf edir.

Yaş dövrü

Enerjinin sutkalıq sərfi, (kcoul ilə)

Uşaqlarda

2 - 6 yaşda

294-315


7-10 yaşda

252 - 294

11-15 yaşda

189-231


Yaşlılarda

147-168


2) Tələbələrin qidalanması

Hesablamalara görə oğlan tələbələrin sutkalıq enerji ehtiyacı təxminən

3300 kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu

iki cinsdən olan tələbələrin əsas qida maddələrinə olan sutkalıq tələbat

normaları müvafıq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: zülallar -

113 və 96 q, o cümlədən heyvani zülallar -68 və 58 q, yağlar - 106 və 90

q, o cümlədən bitki yağları - 32 və 27 q, karbohidratlar isə - 451 və 383

q.

Tələbələrin sağlamlığını və tədris prosesində zehni iş qabiliyyətini lazımi



səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın

miqdarı və qida rejimləri arasındakı müddəalar mühüm rol oynayır.

Qəbul edilmiş normativlərə görə tələbə gündə dörd dəfə qidalanmalıdır.

Bəzi şəraitlərdə onun gündəlik rejimi ən azı üç və ya iki dəfə qidalanma

ilə məhdudlaşa bilər.


Tədris prosesinin yükü və tələbənin yaşadığı şərait, onun qidalanmasının

təşkili məsələsində mütləq nəzərə alınmalıdır. Tələbələrin gündə dörd

dəfə qidalanmasında kalorinin düzgün paylanmasına xüsusi fikir

verilməlidir.

Normativlərə görə birinci səhər yeməyi sutkalıq kalorinin 15%-ni, ikinci

səhər yeməyi 10%-ni, nahar yeməyi 45%-ni, şam yeməyi isə 20%-ə

qədərini təşkil etməlidir. Üç dəfəlik qida rejimi olduqda isə səhər yeməyi

sutkalıq kaloridə 30%, günorta yeməyi 50%, şam yeməyi 20%-ə qədər

olmalıdır.

Yeməklərarası

fasilələrin

müddətləri

6

saatdan


çox

olmamalıdır.

Texniki peşə məktəblərində oxuyan tələbələrin qidalanma rejimləri bir

qədər fərqlənə bilər. Cinsdən və təlim-tədris qaydalarından asılı olaraq

onların gündəlik yeməyinin ümumi kaloriliyi 3000 kkalori və ya daha

çox


olmalıdır.

Texniki-peşə

məktəbləri

şəbəkəsində

oxuyanların

qidasında müxtəlif zülalların, mineral elementlərin və vitaminlərin



zənginliyinə xüsusi fıkir verilməlidir.

Yüklə 16,49 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin